Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-90/2020 13.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci ildə Xaçmaz rayonu Nizova kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 74,490 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib qanunsuz olaraq üzərində saxlayıb yaşadığı Xaçmaz rayonu Niyazoba kəndindəki evinə daşımış, bundan sonra əldə etdiyi qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 6,279 qram, 33,967 qram və 34,244 qram hissələrə bölüb 6,279 qram olan hissəsini bir ədəd bükülüdə qablaşdıraraq siqaret qutusunun içərisinə yerləşdirib əynindəki gödəkçəsinin cibinə qoyaraq üzərində, təmiz çəkiləri 33,967 qramvə 34,244 qram olan hissəsini isə iki ədəd sellofan bükümdə qablaşdıraraq bir ədəd sellofan bükümdə yerləşdirib yaşadığı evin həyətyanı sahəsindəki tikilidə gizlədərək saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 16:30 radələrində yaşadığı Xaçmaz rayonu Niyazoba kəndindəki evininq arşısında saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunda yerləşdirilmiş bir ədəd bükümdə təmiz çəkisi 6,279 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün razılığı əsasında yaşadığı Xaçmaz rayonu Niyazoba kəndindəki evinə baxış keçirilərkən evin həyətyanı sahəsindəki tikilidən bir ədəd ağ rəngli sellofanın içərisində gizlətdiyi təmiz çəkiləri 33,967 qram və 34,244 qram olmaqla iki ədəd açıq mavi rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Niyazoba kəndindəki evində hazırda arvadı və iki oğlu ilə birlikdə yaşayır. İki qızı ailəlidir və onlar hazırda ailələri ilə birlikdə xarici ölkədə yaşayırlar. Oğlanlarının biri hazırda onun yanında yaşamaqla təsərrüfatla məşğul olur, digər oğlu isə Bakı şəhərində fəhlə işləyir. Özü də təsərrüfatında çalışaraq ailəsini dolandırır və təxminən otuz ildən artıqdır ki, hamının «nəşə» kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. Narkotik vasitənin bu növündən başqa digər növlərindən, həmçinin psixotrop maddələr qəbul etmir və heç bir zaman da istifadə etməmişdir. Əvvəllər şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərmiş və onların hissələrini yığıb qurudaraq marixuana əldə etmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyinə görə Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə cəzasını çəkib azadlığa buraxılandan sonra tərkibində narkotik maddələr olan çətənə bitkisi əkməyi tərgitmiş və həmin vaxtdan etibarən bu işlə məşğul olmamışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində Xəzər dənizinin sahilində olduğu zaman qamışlıq ərazidə bir ədəd ağ rəngli polietilen torba diqqətini cəlb etmiş və yaxınlaşıb həmin torbanı götürüb açmışdır. Onun içərisində əlavə olaraq daha iki ədəd açıq mavi rəngli polietilen torba bükülüləri olduğunu, həmin sellofan torba bükülülərini açdıqda isə hər iki torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, içərilərində marixuana olan hər iki torbanı yenidən büküb həmin ağ rəngli polietilen torbaya qoyub yaşadığı evə gətirmiş və həyətindəki tikilidə gizlədərək saxlamışdır. Bundan sonra narkotik vasitə qəbul etmək istəyəndə həmin marixuanadan hissə-hissə götürüb istifadə etmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə istifadə etmək məqsədi ilə həmin narkotik vasitənin müəyyən hissəsini götürüb kağıza bükmüş və cibindəki siqaret qutusunun içərisinə qoymuşdur. Həmin gün saat 16:30 radələrində evdən küçəyə çıxanda evinin qarşısında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamış, ona qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, üzərində, həmçinin yaşadığı evdə marixuana saxlaması barədə onlarda məlumat olduğunu və buna görə də üstünə baxış keçirəcəklərini bildirmişlər. Əgər üstündə narkotik vasitə olduğunu etiraf etməsə onsuzda polis əməkdaşlarının üstündə axtarış aparıb narkotik vasitəni aşkar edəcəklərini başa düşmüş, buna görə də üstündə və yaşadığı evdə narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra əvvəlcə üstündəki, sonra isə həyətindəki tikilidə saxladığı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaları qablaşdıraraq götürmüş və bundan sonra onu özləri ilə birlikdə Bakı şəhərinə, Azərbaycan Respublikası DİN-nin Baş X2 aparmışlar. Orada hüquqlarının qorunmasından ötrü müdafiəçi ilə təmin edilmiş, daha sonra üzərinə və yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Protokolla tanış olduqda düzgün tərtib edildiyini görmüş və protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Sonradan o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və Təhqiqat İdarəsinə təqdim edilmişdir. Həmin idarədə müstəntiq tərəfindən dindirilərkən əgər narkotik vasitəni tapdığını deyərsə ona inanılmayacağını fikirləşmiş və buna görə də guya həmin narkotik vasitəni təxminən iki ay əvvəl Xaçmaz rayonu Nabran kəndində təsadüfən tanış olduğu «Cek» ləqəbli şəxsdən 250 manata aldığını demişdir. Əslində isə «Cek» ləqəbli şəxs tanımır və bunu polis əməkdaşlarının ona inanmaları üçün özündən uydurub demişdir. Həqiqətdə isə o, həmin narkotik vasitəni 2020-ci ilin yanvar ayında yaşadığı kəndin yaxınlığındakı Xəzər dənizinin sahilində qamışlıq ərazidən tapmış və götürüb evinə apararaq şəxsi istifadəsi üçün saxlamışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində gəzdirməsi və yaşadığı evdə saxlaması barədə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş X2 daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmasından ötrü Xaçmaz rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün idarənin X13 Üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X8 tərəfindən idarə rəhbərliyinə raportla məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. İdarənin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis mayoru X5 və o, qrupun tərkibinə daxil edilmiş, bundan sonra həmin gün adları çəkilən əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Niyazoba kəndinə gəlmiş və onun yaşadığı evin yerini müəyyən edib həmin evin yaxınlığında mövqe seçərək müşahidələr aparmağa başlamışlar. Saat 16:30 radələrində yaşadığı evin qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar və özünü şübhəli aparan bir şəxsin olduğunu müəyyən edib ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim edəndən sonra həmin şəxsin Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış edib Xaçmaz rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində gəzdirməkdə və yaşadığı ünvanda saxlamaqda şübhəli olduğu izah edilmiş, ona bununla bağlı videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış, yaşadığı evə isə baxış keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kağız büküm, həmin gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, əynindəki gödəkçənin altından geyindiyi qara rəngli digər qolsuz dəri gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusu və 01 (bir) ədəd alışqan, əynindəki tünd göy rəngli velvet şalvarın sol yan cibindən isə 05 (beş) manat pul çıxarıb təqdim etmiş və təqdim etdiyi kağız bükümün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra o, üstündə axtarış aparılmasını qonşuların görmələrini istəmədiyini demiş və onunla söhbətin evinin həyətində aparılmasını xahiş edərək onları həyətə dəvət etmişdir. Həyətdə daxil olandan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılmış, bükülünün içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 (bir) ədəd zərfə qoyulmaqla ağzı möhürlənmiş və iştirakçılarla yanaşı Təqsirləndirilən şəxs özü də həmin zərfin üzərini imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin onun üstündən başqa narkotik vasitə və əməliyyat marağı kəsb edən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 (beş) manat pul, 01 (bir) ədəd siqaret qutusu və 01 (bir) ədəd alışqan onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə əlavə olaraq narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmiş və onları həyətyanı torpaq sahəsində yerləşən məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikiliyə dəvət etmişdir. Bundan sonra o, tikilidən 01 (bir) ədəd ağ rəngli polietilen torbanın içərisindən ayrı-ayrılıqda 02 (iki) ədəd açıq mavi rəngli polietilen torbalar çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torbalar açıldıqda onların içərilərində tünd yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlələrin olduğu müəyyən edilmişdir. İçərilərində bitki mənşəli kütlələr olan həmin 02 (iki) ədəd açıq mavi rəngli polietilen torbalar ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 (bir) ədəd ağ rəngli polietilen torba ilə birlikdə 01 (bir) ədəd zərfə qoyulmuş və ağzı möhürlənmişdir. İştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü həmin zərfin üzərini imzalamışdır. Narkotik vasitələri haradan əldə etməsi soruşulduqda o, həmin narkotik vasitələri təxminən 3-4 gün əvvəl Xaçmaz rayonunda tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən tikiliyə baxış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi «İphone» markalı mobil telefon vasitəsi ilə çəkilməklə qeydə alınmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs götürüb özləri ilə birlikdə Baş X1yıtmış və idarəyə çatandan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə ona Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıda adları göstərilən vəkillərdən hər hansı biri tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmiş, bu səbəbdən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 qərarla idarəyə dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra faktla bağlı protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması və yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən tikiliyə baxış keçirilməsi prosesinin videogörüntüləri 01(bir) ədəd CD diskə köçürülərək həmin disk və Təqsirləndirilən şəxs götürülmüş içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 (iki) ədəd zərf protokola əlavə olunmaqla toplanmış material müvafiq qərar qəbul edilməsindən ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və Təhqiqat İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4142 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «…..Vət. Təqsirləndirilən şəxs üzərindən..…» yazıları və imzalar olan bir ədəd kağız zərfdəki 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd bükülüdə təmiz çəkisi – 6,279 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «…..Vət. Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı tikilidə…..» yazıları və imzalar olan bir ədəd kağız zərfdəki iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri - 33,967 qram; - 34,244 qram, ümumi çəkiləri - 68,211 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərlərində «…..Vət. Təqsirləndirilən şəxs üzərindən..…» və «…..Vət. Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı tikilidə…..» yazıları və imzalar olan 02 ədəd zərfdəki ümumi sayı 03 ədəd bükülüdə ümumi çəkisi - 74,490 qram olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 1122 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmsamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmsası ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görürür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 74,490 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib qanunsuz olaraq üzərində saxlayıb yaşadığı Xaçmaz rayonu Niyazoba kəndindəki evinə daşımış, bundan sonra əldə etdiyi qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 6,279 qram, 33,967 qramvə 34,244 qram hissələrə bölüb 6,279 qram olan hissəsini bir ədəd bükülüdə qablaşdıraraq siqaret qutusunun içərisinə yerləşdirib əynindəki gödəkçəsinin cibinə qoyaraq üzərində, təmiz çəkiləri 33,967 qramvə 34,244 qram olan hissəsini isə iki ədəd sellofan bükümdə qablaşdıraraq bir ədəd sellofan bükümdə yerləşdirib yaşadığı evin həyətyanı sahəsindəki tikilidə gizlədərək saxlamış, bu barədə Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Baş X2 daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 16:30 radələrində yaşadığı Xaçmaz rayonu Niyazoba kəndindəki evinin qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunda yerləşdirilmiş bir ədəd bükümdə təmiz çəkisi 6,279 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün razılığı əsasında yaşadığı Xaçmaz rayonu Niyazoba kəndindəki evinə baxış keçirilərkən evin həyətyanı sahəsindəki tikilidən bir ədəd ağ rəngli sellofanın içərisində gizlətdiyi təmiz çəkiləri 33,967 qram və 34,244 qram olmaqla iki ədəd açıq mavi rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsinı və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında 01(bir) ədəd zərfə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılan 74,430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs X6 məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 23 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili MəlikovHacıbalaMəlik oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 138(yüzotuzsəkkiz) manat ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevra l2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (onbir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. TəqsirləndirilənşəxsƏkbərovBayramƏmrioğluərazinarkolojidispanserindəqeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında 01 (bir) ədəd zərfə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılan 74,430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 23 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 138 (yüz otuz səkkiz) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-90/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-90/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver