Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-90/2021 02.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, məhkəmə iclasının katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X7, X8, Süleymanova(Bəşirova) Aysel Zahir qızının, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Süleymanov Beykəs Qadaşbala oğlunun, X1, X4 və Laçınova (Süleymanova) Məlahət Beykəs qızının və onların müdafiəçisi Müdafiəçi iştirakları ilə Xüsusi ittihamçılar X7, X8, Süleymanova (Bəşirova) Aysel Zahir qızının xüsusi ittiham qaydasında şikayətlərinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X13, X15, Süleymanova(Bəşirova) Aysel Zahir qızı X2, X1, X4 və Laçınova (Süleymanova) Məlahət Beykəs qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanılmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Süleymnanova (Bəşirova) Aysel Zahir qızı onların doğma övladıdır. Aysel Süleymanova 24 sentyabr 2011-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 28.06.2012-ci il tarixdə X10, 04.11.2015- ci il tarixdə isə X14 anadan olmuşdur. Son zamanlar onların xasiyyəti uyğun gəlmədiyindən, eləcə də Kamran Süleymanovun özü və ailə üzvləri onu yola vermədiyindən, qızı Aysel Süleymanova 21 iyul 2020 ci il tarixdə onların yanlarına gəlmişdir və hal-hazırda onlarla birlikdə yaşayır. Kamran Süleymanov isə uşaqları öz evində saxlayıb anaları ilə görüşməyə imkan verməmişdir. Bununla əlaqədar qızları X18 ilə birgə nikahların ləğv edilməsi və onların birgə nikahından anadan olan Tunar və Onurun ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə hal-hazırda Xaçmaz rayon məhkəməsində baxılır. Lakin buna baxmayaraq X9, onun atası- X5, anası- X3və bacısı Laçınova(Süleymanova) Məlahət Beykəs qızı bizim ünvanımıza şərəf vələyaqətimizi ləkələyən bizi nüfuzdan salan sözlər deyərək, ailəmizin pozğun həyattərzi keçirməsini, qızımız Ayselin həm Xaçmaz rayonunda, həm də onun əxlaqsız həyat tərzi keçirməsini üçün Türkiyə dövlətinə getdiyini bildirərək yalan məlumatlar yayaraq bizi qonşular, tanışlar, qohumlar bir sözlə bizi tanıyanlar arasında rüsvay edib ailəmizi nüfuzdan salırlar. Onların belə hərəkətləri barədə dəfələrlə Xaçmaz rayon polis şöbəsinə rəsmi qaydada müraciət etsək də onlar belə əməllərinə son qoymayır və bu əməllərini mütəmadi olaraq davam etdirməklə ailəmizin şərəf və layəqətini ləkələyən yalan məlumatlarını davam etdirirlər. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsini və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçılar X13, X15, Süleymanova(Bəşirova) Aysel Zahir qızı xüsusi itttiham qaydasında verilmiş ərizələrini müdafiə edərək, ərizənin icraata götürülməsini vəməhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5, X3, X9 və Laçınova (Süleymanova) Məlahət Beykəs qızı və onların müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul Məhkəmə belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin qanunvericiliyə müvafiq qaydada verilmədiyini bildirərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi göstərilməlidir. Xüsusi ittihamçılar isə xüsusi ittiham qaydasında vermiş olduqları ərizələrində qeyd edilən halları göstərməmişlər. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar, yəni, soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi, həmçinin, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2, X1, X4 və Laçınova (Süleymanova) Məlahət Beykəs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçılar X13, X15, Süleymanova(Bəşirova) Aysel Zahir qızı xüsusi ittiham qaydasında şikayətlərinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ : Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2, X1, X4 və Laçınova (Süleymanova) Məlahət Beykəs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçılar X13, X15, Süleymanova(Bəşirova) Aysel Zahir qızı xüsusi ittiham qaydasında şikayətlərinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-90/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-90/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver