Məhkəmə qərarları › İş №1(067)-90/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-90/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-90/2023 24.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs X2 hüquqi varisi X3, müdafiəçi – Xaçmaz rayonu vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Quba rayonunun Çarxaçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, S.Ələsgərov küçəsi ev 34-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə, saat 18:45 radələrində qaranlıq və quru hava şəraitində özünə məxsus «Hyundai Accent» markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili park etdiyi, Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də yerləşən avtotəmir emalatxanasının qarşısından geriyə hərəkət etdirib Xaçmaz-Quba avtomobil yoluna çıxarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin geriyə hərəkətə başlayarkən bu manevrin təhlükəsiz olmasını, hərəkətin digər iştirakçılarına maneə yaratmamasını, lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməmiş və həmin anda avtomobilin arxasından keçən piyada X6 avtomobilinin arxa hissəsi ilə vurub yerə yıxaraq sonuncuya baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş təpə və ənsə sümüklərinin böyük qəlpəli sınıqları, sol gicgah və sol qaş nahiyələrinin əzilmiş yaraları, sağ diz nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmaqla sonuncunun ölümünə səbəb olan, başın küt travması nəticəsində baş beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma ilə nəticələnən xəsarət yetirmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bunlara əməl etməyərək avtomobilinə əyləşib hadisə yerindən qaçmış, bununla da o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydasını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittihamla bağlı (özünü təqsirli bilərək) ifadəsində göstərdi ki, o, avtomobil təmiri emalatxanasında çilingər işləyir. 25 dekabr 2022-ci il tarixdə, saat təxminən 18 radələrində Xaçmaz-Quba yolunda yerləşən çayxanada tanışları Maqsud və İsmətlə oturaraq çay içib, söhbət etmişlər. Bir qədər sonra isə o, Xaçmaz şəhərində Xaçmaz RPŞ-nin əvvəlki inzibati binasının yerləşdiriyi yerin yaxınlığında olan avtoyumada bir avtomobili təmir etmək üçün getməli olduğundan çayxanadan çıxmışdır ki, getsin. Həmin vaxt Maqsud və İsmət də onunla birlikdə qalxmışlar. Maqsud və İsmət çayxanaya sonuncuya məxsus “VAZ 2106” markalı avtomobil ilə, o isə özünə məxsus “Hyundaı Accent” markalı avtomobil ilə gəlmişdir. Onlar avtomobillərini yan-yana, avtomobillərin arxası yolun hərəkət hissəsinə tərəf olmaqla saxlamışlar. Onlar çayxanadan çıxdıqdan sonra Maqsud və İsmət sonuncuya məxsus avtomobilə əyləşmişlər və ilk olaraq onlar avtomobili hərəkətə gətirərək avtomobil yolunu keçib yolun əks tərəfinə keçmişlər və orada dayanmışlar. O, öz avtomobilini qızdırdıqdan sonra avtomobilini geriyə doğru sürməyə başlamış, bu zaman o, sürəti artırmamış, avtomobilinin sürətlər qutusu avtomat olduğundan avtomobili arxaya doğru öz sürətilə hərəkət etmiş, həmin zaman özü də avtomobilindəki monitordan, həmçinin avtomobilinin güzgülərindən istifadə etməklə arxasında maneə olub-olmamasına nəzarət etmişdir. Bu zaman o, monitordan görmüşdür ki, Maqsud qaçaraq ona tərəf gəlir, o dərhal əyləci basaraq avtomobilini saxlamış və Maqsuddan nə baş verdiyini soruşmaq üçün aşağı düşmüş, o, avtomobilinin arxasında bir şəxsin, yəni iş üzrə zərərçəkmiş şəxsin yıxılmış, qanlı və hərəkətsiz olduğunu görmüş, Maqsud ona “elə bildim yıxılan sənsən” demiş, sonuncu ona getməsini məsləhət görmüşdür. Bundan sonra o, qorxduğu üçün avtomobilinə əyləşib sürərək hadisə yerindən uzaqlaşmışdır. Hesab edir ki, zərərçəkmiş şəxsi o vurmamış, ondan əvvəl kimsə vurmuşdur. Bundan başqa, o, Maqsud və İsmətlə sağollaşıb avtomobillərinə əyləşib getmişlər, lakin nədənsə İsmətgil avtomobili yolun əks tərəfində saxlamış, İsmət düşərək avtomobilinə çöl tərəfdən nəzər yetirmiş, Maqsud isə ona tərəf qaçmışdır. O, bir qədər sonra hadisə yerinə qayıdaraq kənardan baxdıqda orada polis əməkdaşlarının olduğunu, həmçinin İsmətin atasının da orada olduğunu görmüşdür. Bundan sonra o, hadisə yerinə getməmiş, təmir etməli olduğu avtomobil üçün getmiş və hadisə yerinə geri qayıtmamışdır. Üç gündən sonra polis əməkdaşları onu taparaq polis şöbəsinə aparmışlar. Hadisə vaxtı o, avtomobili geriyə idarə edərkən monitor vasitəsilə nəzarət etmiş, həmin vaxt zərərçəkmiş şəxs onun avtomobilinin arxasında olmamışdır, o, Maqsudun ona tərəf qaçdığını görərək avtomobilinin hərəkətini saxlamışdır. Bundan əlavə, zərərçəkmiş şəxs onun avtomobili saxladığı yerdən təxminən iki metr aralıda olmuşdur. Ona görə də o, hesab edir ki, ola bilsin ki, zərərçəkmişi o vurmamışdır. Bəlkə də, o vurmuş, lakin o, vurarkən bunu görməmiş, nə də hiss etməmişdir. Buna görə də o hesab edir ki, zərərçəkmişi ola bilsin ki, başqa şəxs vurmuş, lakin o, hadisə yerindən qaçdığından polis tərəfindən onun əməl boynuna qoyulmuşdur. Hadisə yerində müşahidə kameraları olmuş, lakin o, azadlıqda olmasına baxmayaraq, o, gedərək həmin kameraların qeydə aldığı videogörüntülərə səhlənkarlıq edərək baxmamışdır. Həmin müşahidə kameralarının hadisə vaxtı qeydə aldığı videogörüntünü ona qohumu öz telefonunda göstərmiş, lakin həmin görüntüdə onun yalnız avtomobil yoluna çıxaraq getməsi hissəsi əks olunmuşdur. O, gedərək müşahidə kamerasının hadisə vaxtı qeydə aldığı görüntüyə tam olaraq baxmamış və görüntünü əldə etmək üçün getməmişdir. Əlavə olaraq bildirdi ki, o, çayxananın qarşısında avtomobilini işə salaraq iki-üç dəqiqə mühərrikinin isinməsi üçün dayanmış və həmin vaxt onun avtomobilinin qarşıdakı və arxadakı işıqları da yanmış, işlək vəziyyətdə olmuşdur. O, barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, S.Ələsgərov küçəsi ev 34-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, 2009-cu ildən fərdi qaydada avtomobil təmiri emalatxanasında çilingər kimi fəaliyyət göstərir və əsasən VAZ markalı avtomobillərin təmiri ilə məşğul olur. 2017-ci ildən hal-hazıra kimi Xaçmaz rayonu Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də yerləşən özünə məxsus avtomobil təmiri emalatxanasında avtomobillərin təmiri ilə məşğul olur. 25 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu Bay-oba kəndində yaşayan tanışı Şahid4 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək Xaçmaz-Quba avtomobil yolunun kənarında, onun işlədiyi emalatxanadan bir qədər yuxarıda yerləşməklə Şair adlı şəxsin işlətdiyi çayxanaya çay içməyə çağırmışdır. O, çayxananın qarşısına çatanda Maqsud və onun həmkəndlisi olmaqla tanışı Şahid5 ora gəlmişlər. Çayxananın qarşısında Maqsud və İsmətlə görüşüb üçü birlikdə çayxanaya qalxıb orada çay içib bir qədər söhbət edəndən sonra ona zəng gəlmiş və qalxıb çayxanadan çıxmışlar. Birinci olaraq X13 məxsus VAZ-2106 markalı avtomobilə əyləşib hərəkətə başlamış və yolun əks tərəfinə keçəndən sonra avtomobili orada saxlamışlar. Bundan sonra o, özünə məxsus «Hyundai Accent» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobili geriyə hərəkət etdirəndə avtomobilin arxa hissəsinin nəyəsə toxunduğunu hiss etmişdir. Buna görə də dərhal avtomobili saxlayıb yerə düşmüşdür. Bu zaman avtomobilinin arxa tərəfində, yolun Quba istiqamətinə görə hərəkət hissəsinin sağ kənarında tanımadığı bir şəxsin ağzıüstə yerdə uzanmış vəziyyətdə olduğunu və başından qan axdığını görmüşdür. Həmin şəxsi avtomobili geriyə hərəkət etdirərkən avtomobilinin arxa hissəsi ilə vurduğunu hiss etmişdir. Lakin qorxduğu üçün həmin şəxsə yaxınlaşa bilməmişdir. Bu vaxt yol keçən tanımadığı şəxslərin idarə etdiyi avtomobillərdən bir neçəsi orada dayanmış və həmin sürücülərdən kimsə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə və X14 zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxt Maqsudla İsmət də avtomobildən düşüb ora yaxınlaşmışlar. O başa düşmüşdür ki, artıq həmin şəxs ölmüşdür. Maqsudla İsmət orada dayanmayıb çıxıb getmişlər. O da özünü pis hiss etdiyi üçün orada dayanmayıb avtomobilinə əyləşib sürərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerindən 100 metr Xaçmaz şəhəri istiqamətdə sürüb avtomobilini avtomobillərin ehtiyat hissələri mağazasının qarşısında saxlamış və özü düşüb hadisə baş verən yerə qayıtmışdır. O, hadisə yerinə qayıdanda artıq polis əməkdaşları hadisə yerinə gəlmişlər. Lakin qorxduğu üçün onlara yaxınlaşmamış və geri avtomobilinin yanına qayıtmışdır. Həmin vaxt Xaçmaz rayonu Şıxlar kəndindən olan Həsən adlı tanışı zəng edib onu Xaçmaz şəhəri, Heydər Əliyev küçəsində yerləşən çayxanaya çağırmışdır. O, avtomolbilinə əyləşib Xaçmaz şəhəri Heydər Əliyev prospektində Mühafizə polisinin inzibati binasının qarşısındakı çayxanaya gəlmişdir. Həsənlə çay içib söhbət etsə də, ona hadisə ilə bağlı heç nə deməmişdir. Təxminən 1 saat oturandan sonra çayxanadan çıxıb evinə gəlmişdir. Səhəri gün eşitmişdir ki, avtomobillə vurduğu şəxs Xaçmaz rayonu, Çinartala kənd sakinidir və hadisə yerində ölmüşdür. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobilə aid müvafiq sənədləri olmuşdur. İki gün sonra Xaçmaz RPŞ-yə dəvət olunanda gəlmiş və hadisə törətməsini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 hüquqi varisi X7 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Çinartala kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. X8 onun əri olmuşdur. 2007-ci ildə Arif Vəlibəyovla rəsmi nikahla evlənmiş və birgə nikahdan üç övladları vardır. Əri Ariflə aralarında münasibətləri yaxşı olmuşdur. Arif son vaxtlar Xaçmaz rayonunun Qusarçay kəndində fərdi qaydada qaynaqçı işləmişdir. Arif 25 dekabr 2022-ci il tarixdə, səhər saat 8-də evdən çıxıb işə getmiş, nahar fasiləsinə yaxın evə gəlib nahar edəndə ona zəng gəlmişdir. Arif zəng edənin məktəb yoldaşı Ceyhun olduğunu demişdir. Amma o, onların nə danışdıqlarını və Ceyhunun nə məqsədlə zəng etməsini bilməmişdir. Nə də ki, Arif bununla bağlı heç bir söz deməmişdir. Sonra da yenidən evdən çıxıb işə getmişdir. Sonra o, Arifin telefonuna zəng etmişdir. Arifin telefonuna zəng getsə də o, telefona cavab verməmişdir. Axşam saat 20 də ona məlum olmuşdur ki, Arifi maşın vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmçinin bildirdi ki, onun ərinin kiminləsə düşmənçiliyi, ədavəti olmamışdır. O, təqsirləndirilən şəxsdən başqa digər kiminsə onun ərini vuraraq öldürməsi barədə heç nə eşitməmişdir. Nə təqsirləndirilən şəxs, nə də sonuncunun qohumlarından kimsə ərinin yas mərasimlərinə gəlməmişlər, bir qədər sonra təqsirləndirilən şəxs dostları ilə onlara gəlmiş, lakin təqsirləndirilənin qohumlarından kimsə gələrək üzrxahlıq etməmiş, barışıq istəməmişdir. O, notarial qaydada verdiyi ərizədə şikayəti və tələbi olmadığını bildirsə də, bunu təqsirləndirilən şəxsin azyaşlı uşaqlarına görə etmişdir. O, dövlət ittihamçısının təqsirləndirilən şəxsə təyin edilməsini təklif etdiyi 05 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə razıdır, o, təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, fərdi qaydada özünə məxsus “VAZ 2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs üç olar ki, avtomobil ustası kimi tanıyır. 25 dekabr 2022-ci il tarixdə o, həmkəndlisi Şahid5 zəng edib harada olduğunu soruşmuşdur. İsmət Xaçmaz şəhərində Bakı prospektindəki avtomobil dairəsinin yanında müştəri gözlədiyini demişdir. O, İsmətə kənddən çıxıb çay içməyə gəldiyini demiş və usta Loqmanla da danışıb çay içməyə dəvət etmişdir. O, Xaçmaz-Quba avtomobil yolunda avtomobil təmiri emalatxanalarının üstündə yerləşən «Ada» çayxanasının qarşısına gələndə Loqman artıq orada olmuşdur. Onlar birlikdə çayxanaya gəlib çay sifariş etmişlər. Bir neçə dəqiqə sonra İsmət də onların yanına gəlmişdir. Birlikdə çay içib söhbət edərkən Loqmanın telefonuna zəng gəlmiş, Loqman getməli olduğunu demişdir. Onlar birlikdə çayxanadan çıxıb avtomobillərini saxladıqları yerə gəlmişlər. O, İsmətin avtomobilinə əyləşmiş və birinci olaraq yolun əks tərəfinə sürüb keçmişlər. Loqman isə avtomobilini qızdırmaq üçün bir qədər gözləmişdir. Həmin vaxt dayandıqları yerdən yola çıxmaq üçün İsmət avtomobilinin yan güzgüsündən arxaya tərəf baxanda birdən yerdə kiminsə yıxılıb qaldığını demişdir. O, dərhal avtomobildən düşüb baxanda əvvəlcə fikirləşmişdir ki, yıxılan Loqmandır. Lakin yaxınlaşanda başqa şəxsin olduğunu görmüşdür. Lakin həmin vaxt Loqmanın öz avtomobilində əyləşdiyini görmüşdür. Onlar yıxılanın yanına yaxınlaşanda Loqman da avtomobilindən düşüb yanlarına gəlmişdir. O, Loqmandan nə baş verməsini soruşanda Loqman nə baş verdiyini bilmədiyini demişdir. Bundan sonra tanımadəğı bir cavan oğlan DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, İsmətlə birlikdə oradan Bakı prospektindəki avtomobil dairəsinə gəlmiş, Loqmanın oradan nə vaxt getməsini bilməmişdir. İsmətlə birlikdə Bakı yolundakı çayxanalardan birində çay içib söhbət etmişlər. Həmçinin bildirdi ki, o, İsmət və Loqman çayxanaya hər biri ayrılıqda öz avtomobilləri ilə gəlmişlər, onlar avtomobillərini çayxananın qarşısına sürərək yan-yana, arxa hissələri avtomobil yoluna tərəf olmaqla saxlamışlar, Loqmanın avtomobili ortada, onun avtomobili sonuncudan sağda, İsmətin avtomobili isə Loqmanın avtomobilindən solda dayanmışdır. Onlar çayxanadan çıxanda o öz avtomobilinə əyləşmiş, lakin avtomobili işə düşmədiyindən İsmətin avtomobilinə əyləşmiş, İsmət avtomobili arxaya sürərək üzü Xaçmaz rayonuna istiqamət alaraq yolun əks tərəfinə keçib saxlamış, bundan sonra İsmət Loqmanın avtomobilinin olduğu yerə baxdıqda yerdə qaraltı nəyinsə olduğunu görüb ona demiş, o isə həmin vaxt İsmətin avtomobilində telefonu ilə məşğul olmuş, İsmətin deməsindən sonra o da baxaraq yerdə kiminsə yıxılmış vəziyyətdə olduğunu görüb fikirləşmişdir ki, Loqmana nəsə olmuş və yıxılaraq qalan odur. O, dərhal İsmətin avtomobilindən düşərək Loqmanının avtomobili tərəfə qaçmış, lakin görmüşdür ki, yerdə yıxılıb qalan şəxs başqasıdır və həmin şəxsin baş, qulaq hissələri qan içindədir. Əgər onun avtomobili işə düşmüş olsa idi, bəlkə də, həmin şəxsi o vurmuş olacaqdı, belə ki, həmin şəxs onun avtomobilinin arxa tərəfində vurulmuşdur. O, İsmətin avtomobilindən düşərək Loqmanın avtomobili tərəfə qaçıb çatdıqda Loqman artıq yerdə, öz avtomobilinin arxa tərəfində dayanmışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, fərdi qaydada özünə məxsus “VAZ 2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəldən avtomobil ustası kimi tanımışdır. 25 dekabr 2022-ci il tarixdə həmkəndlisi Şahid4 ona zəng edib harada olduğunu soruşmuşdur. O, Xaçmaz şəhərində Bakı prospektində avıtomobil dairəsində dayanıb müştəri gözlədiyini bildirmişdir. Maqsud ona demişdir ki, evdən çıxıb gəlir, usta Loqmanla da danışıb birlikdə çay içməyi təklif etmişdir. O, bir neçə dəqiqə sonra Maqsuda zəng edib hansı çayxanada olduqlarını soruşmuşdur. Maqsud Xaçmaz-Quba yolundakı «Ada» çayxanasına gəldiyini demişdir. O, çayxananın qarşısına çatanda Maqsudla Loqmanın avtomobillərinin yan-yana çayxananın qarşısında dayandığını görmüşdür. O da avtomobilini irəli sürüb saxlamış və çayxanaya gəlmişdir. Həmin vaxt Maqsudla Loqmanın oturub çay içdiklərini görmüş və onların yanına gəlib oturmuşdur. Bir qədər oturandan sonra kimsə Loqmana zəng edərək avtomobilinin təmiri üçün Loqmanı çağırmışdır. Onlar üçü də durub çayxanadan çıxmışlar. Maqsud gəlib onun avtomobilində əyləşmiş və demişdir ki, gedib başqa çayxanada çay içsinlər. O, avtomobilini hərəkətə gətirib dayandıqları yerdən yolun digər tərəfinə keçərək dayanmışdır ki, qarşıdan gələn avtomobillər keçdikdən sonra yolun hərəkət hissəsinə çıxaraq Xaçmaz rayonu istiqamətində getsin. Ondan sonra Loqman da öz avtomobilinə əyləşmişdir. O, yolun qarşı tərəfində olanda avtomobilinin yan güzgüsündən arxaya, Loqman dayanan tərəfə baxanda yolun Quba istiqamətində hərəkət zolağında bir nəfərin yerə yıxıldığını görmüş, lakin o bilməmişdir ki, həmin şəxs yerə özü yıxılmış, yoxsa Loqman avtomobili ilə vurmuşdur. O, Maqsuda bu barədə demiş, Maqsud həmin şəxsin Loqman olduğunu zənn edərək dərhal onun avtomobilindən düşərək yıxılanın yanına tərəf getmişdir. O isə meyitdən qorxduğu üçün bir az aralıda dayanmışdır. Həmin vaxt Loqmanın orada olmasını görməmişdir. Maqsud qayıdıb gələn kimi oradan çıxıb digər çayxanaya gedib çay içmişlər. Həmçinin bildirdi ki, ayaqüstdə olan həmin şəxsin yerə yıxıldığını görmüş, Maqsudla o, avtomobilindən düşmüşlər, o, meyit olan yerə getmədən, nisbətən aralıdan baxmış, hava qaranlıq olduğundan Loqmanın həmin vaxt avtomobilindən yerə düşməsini, sonuncunun avtomobilinin çayxanaya gəldikləri zaman saxladığı yerdən tərpədib-tərpətmədiyini görməmişdir. O, çayxananın qarşısından asfalt yolun əks tərəfinə, qrunt hissəyə keçərək, Loqmanın avtomobili saxladığı yerə münasibətdə qrunt yolla bir qədər irəli, yəni Xaçmaz rayonu istiqamətinə sürərək gələn avtomobilləri buraxaraq asfalt yola çıxmaq üçün gözləmiş, bu zaman o arxaya güzgü vasitəsilə baxarkən şəxsin yerə yıxıldığını görmüşdür. Həmin vaxt o, Loqmanın avtomobilinin işıqlarının, arxa işıqlarının yandığını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Arif Vəlibəyov onun qardaşı olmuşdur. Hadisə baş verən gün axşam saat 8 radələrində polis əməkdaşı ona zəng edərək Xaçmaz-Quba yoluna gəlməsini demişdir. O, polis əməkdaşının dediyi yerə getmiş və orada ona onun qardaşının ola biləcəyi bir şəxsin öldüyünü və xəstəxanaya aparıldığını bildirmişlər. O, taksi ilə xəstəxanaya gəlmiş və morqda baxaraq ölən şəxsin onun qardaşı olduğunu bilmişdir. Həmçinin bildirdi ki, qardaşının kim tərəfindən avtomobillə vurulduğu ona məlum olmamış, bir neçə gündən sonra polis əməkdaşları həmin şəxsi tapandan sonra o bilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Çinartala kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada Xaçmaz rayonu Qusarçay kəndində dəmirçi emalatxanasında qaynaqçı işləyir. 25 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində əvvəllər də tanıdığı Samir adlı usta ilə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən yeməkxanada əyləşib çörək yeməyə hazırlaşanda Samir ona qardaşı Ariflə Ceyhun adlı tanışının da yanlarına gəldiyini demişdir. Onlar razılaşmışlar ki, Arifgili də gözləyib birlikdə nahar etsinlər. Sonra onun aldığı bir şüşə 05 litirlik araq da içmişlər. Bir neçə dəqiqə sonra Ariflə Ceyhun da yanlarına gəlmişlər. Arifgilin gətirdiyi bir şüşə 0,7 litirlik arağı da içmişlər. Birlikdə naharı edib arağı içəndən sonra ona zəng gəlmiş, o, telefonla danışandan sonra çölə çıxmış və Qusarçay kəndinə işlədiyi emalatxanaya gəlmişdir. Oradan da Xudat şəhərinə «Qayalı» marketə gedib bazarlıq etdib evə qayıtmışdır. Evə çatanda oğlu Daşdəmirin telefonuna zəng gəlmiş və zəng edənin kim olduğunu bilməmişdir. Zəng edən onu Xaçmaz-Quba avtomobil yoluna çağırmışdır. Xaçmaza çatanda birinci çörək yedikləri kafeyə gəlmiş, qardaşıgili soruşmuşdur. Kafenin işçisi Arifgilin də onun ardınca kafedən çıxıb getdiklərini bildirmişdir. O, bir qədər avtomobil dairəsinin yanında dayananda taksi sürücülərindən kimsə Quba yolunda bir nəfəri avtomobil vurub öldürdüyünü dediyini eşitmişdir. Dərhal Xaçmaz mərkəzi rayon xəstəxanasına gəlmiş, orada ona məluma olmuşdur ki, avtomobillə vurulan qardaşı Arif Vəlibəyovdur və hadisə yerində ölmüşdür. Sonra bununla bağlı evlərinə zəng edib bu barədə məlumat vermişdir. O, hadisənin harada və hansı şəraitdə baş verməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Dinyami oğlu ifadəsində göstərdi ki, o, hadisə baş verən gün zərərçəkmiş şəxs Ariflə Xaçmaz-Quba yolunun girişində kafedə yemək yemiş və spirtli içki qəbul etmişlər. Sonra isə onlar kafedən çıxmış, Arifgil ondan ayrılmış, o da işlədiyi emalatxanaya getmişdir. Səhəri gün eşitmişdir ki, Arifi avtomobil vurmuşdur. O, hadisənin şahidi olmamışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid3 Dinyami oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada Xaçmaz-Quba avtomobil yolunun kənarında icarə əsasında götürdüyü emalatxanada dülgər işləyir. 25 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində əvvəllər də tanıdığı Şahid2 zəng edib ondan sifariş verib yanında qoyduğu taxtaları hansı formada kəsiləcəyini soruşmuşdur. Aydəmir taxtaları iki hissəyə bölünəcəyini deyəndən sonra ona birlikdə nahar etməyi təklif etmişdir. O, etiraz etməmiş və Bakı prospektində yerləşən avtomobil dairəsi yaxınlığındakı Valeh adlı şəxsin işlətdiyi yeməkxanada görüşməyə razılaşmışlar. Bir neçə dəqiqə sonra Aydəmirin qardaşı mərhum Arif Vəlibəyov da ona zəng edib harada olduğunu soruşmuşdur. O, Arifə iş yerində olduğunu demişdir. Arif ondan nahar edib-etmədiyini soruşmuşdur. O, Arifə qardaşı Aydəmirin gəlməsini gözlədiyini və birlikdə nahar etməyi razılaşdıqlarını demişdir. Arif ona Ceyhun adlı tanışı ilə gələcəyini, onları da gözləmələrini demişdir. O, bir söz deməmiş, saat 13 radələrində Aydəmirlə Valeh adlı şəxsin yeməkxanasında görüşmüşdür. Aydəmirə qardaşı Arifin də nahara gələcəyini demişdir. Aydəmir bir söz demədən mağazaya getmiş, bir şüşə 0,5 litrlik araq alıb gətirmiş, sonra da Arifə zəng edib harada olmalarını soruşmasını demişdir. O, zəng edəndə Arif 20-25 dəqiqəyə çatacaqlarını bildirmişdir. O, Aydəmirlə birlikdə çörək yeməyə başlamışlar. Təxminən yarım saat keçməmiş Ariflə Ceyhun da yanlarına gəlmişlər. Birlikdə nahar edərək Arifin gətirdiyi 0,7 litrlik arağı da içmişlər. Çörək yeyib qurtarandan sonra Ceyhun mağazaya gedib bir şüşə də 0,5 litrlik araqla meyvə alıb gətirmiş və həmin arağı da meyvə ilə içmişlər. Təxminən saat 16 da qalxıb yeməkxanadan çıxmışlar. Aydəmir qabaqda, qardaşı Arif və Ceyhun isə onun ardınca avtomobil dairəsi tərəfə getmişlər. O isə Quba yolunda yerləşən emalatxanasına gəlmişdir. Sonradan da yeznəsi Niyaza zəng edib xahiş etmişdir ki, içkili olduğu üçün gəlib onu evə aparsın. Bir qədər sonra Niyaz gəlib onu evlərinə aparıb düşürmüşdür. Bir neçə saat sonra ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən ondan harada olduğunu soruşmuşdur. O, evdə olduğunu desə də, içkili olduğu üçün onunla danışmamışlar. Səhəri gün telefonuna baxanda xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Arifdən ona iki dəfə zəng gəldiyini görmüşdür. Telefonu səssizdə olduğu üçün zəng olunmasını bilməmişdir. Səhər Xaçmaz RPŞ-yə dəvət olunanda bilmişdir ki, axşam saat 19 radələrində Arifi Xaçmaz-Quba avtomobil yolunda, onun işlədiyi emalatxanadan təxminən 200 metr Quba istiqamətində avtomobil vurmuş və Arif hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, hadisə günü Arifgillə kafedə yeyib-içmişlər, sonra isə kafedən çıxaraq hərə bir istiqamətə çıxıb getmiş, o da Arifgillə sağollaşaraq öz yaşadığı ünvana getmişdir. Evdə olduğu zaman, axşam saatlarında ona zəng edərək demişlər ki, Arifi Xaçmaz-Quba yolunda avtomobil vurmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Manaf-oba kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi təsərrüfatında çalışaraq ailəsini dolandırır. 25 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində onunla məktəb yoldaşı olmuş mərhum Arif Vəlibəyov telefonuna zəng edib harada olduğunu soruşdur. O, Arifə bildirmişdir ki, yaşadığı Xaçmaz rayonunun Manaf oba kəndində evdədir. Arif ona təklif etmişdir ki, Xaçmazda işi varsa o da Xaçmaza gedir, birlikdə getsinlər. O, Arifə bildirmişdir ki, onsuz da Xaçmaz şəhərinə gəlib «Aksess Bank»a pul köçürmə etməlidir. O, Çinartala avtobus dayanacağında Ariflə görüşmüş və birlikdə taksi ilə Xaçmaza gəlmişlər. Yolda Arif ona demişdir ki, qardaşı Aydəmirlə Samir adlı usta birlikdə çörək yeyirlər və onları da çağırırlar. O, etiraz etməmiş və birlikdə bir şüşə araq alıb onların yanına, Xaçmaz şəhəri, Bakı prospektindəki avtomobil dairəsi yaxınlığındakı kafeyə gəlmişlər, birlikdə çörək yeyib araq içmişlər. Çörək yeyib qurtarandan sonra Aydəmir ona demişdir ki, mağazaya gedib bir şüşə 0,5 litrlik araqla meyvə alıb gətirsin. O, etiraz etməmiş və yaxınlıqdakı mağazadan bir şüşə araqla meyvə alıb gətirmiş və birlikdə həmin arağı da içmişlər. Təxminən saat 16 radələrində qalxıb yeməkxanadan çıxmışlar, birlikdə avtomobil dairəsinə kimi gəlmişlər. Orada Arif ona demişdir ki, uşaqlarını parkdan götürüb sonra gedəcək. Artıq həmin vaxt Aydəmirlə Samir yanlarından getmişlər. O, Ariflə görüşüb ayrılandan sonra başqa bir məktəb yoldaşı Cəmillə rastlaşmış və sonuncu onu gətirib Çinartala kəndində düşürmüşdür. Axşam saat 22 radələrində Çinartalada yaşayan sinif yoldaşları ona zəng edib demişlər ki, Arifi maşın vurmuş və aldığı xəsarətlərdən ölmüşdür. O, içkili olduğu üçün evdən çıxmamışdır. Səhəri gün doğrudan da Arif Vəlibəyovun avtomobillə vurulduğunu və öldüyünü bilmişdir. Lakin hadisənin harada və hansı şəraitdə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Cığatay kəndində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada təsərrüfatında çalışaraq ailəsinin dolanmasına köməklik edir. 25 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Yergüc kəndindən çıxıb özünə məxsus “VAZ 2106” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobillə evinə, yəni Xaçmaz rayonu Cığatay kəndinə gedərkən Xaçmaz şəhərinin girişində yerləşən avtomobil təmiri emalatxanalarının qarşısına çatanda bir nəfərin onun hərəkətinə görə yolun əks hərəkət hissəsində yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Avtomobilini saxlayıb həmin yerə yaxınlaşanda bir nəfər tanımadığı şəxsin ağzı üstə yolun sağ hərəkət hissəsində yıxılmış vəziyyətdə olduğunu və baş nahiyəsindən qan axdığını görmüşdür. Dərhal emalatxanaların birinin qarşısından boş su qabını götürüb hadisə yerini nişan vermək üçün qoymuşdur ki, hərəkətdə olan avtomobillər yenidən hadisə törətməsin. Sonra da istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla DİN-nin 102 xidmətinə və TTYS-na hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o orada dayanmayıb çıxıb evinə getmişdir. İş materiallarında olan 25 dekabr 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 18:51 radələrində Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz rayonu, Xaçmaz dairəsindən Quba rayonu istiqamətində gedən yolda, dairədən 200 metr məsafədə bir nəfər şəxsin avtomobil yolunun hərəkət hissəsində qan içində hərəkətsiz uzanması, ölüb-ölmədiyini bilməməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 25 dekabr 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki: Hadisə yeri Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-dir. Həmin yerdə yolun eni 6,5 metr olmaqla hər iki tərəfində yolun ehtiyat hissələri vardır. Həmin yerdə yolu ayıran xətt yoxdur. Hadisə baş verən ərazidə avtomobilin geriyə hərəkətə başladığı yerdə (Quba istiqamətində yolun sağ kənarında) ikimərtəbəli tikili vardır. Həmin tikilinin birinci mərtəbəsi avtomobil təmiri emalatxanaları, ikinci mərtəbəsində isə çayxana fəaliyyət göstərir. Yol asfalt örtüklü olmaqla quru və hamardır. Hadisə yolun Quba istiqamətindəki hərəkət zolağının sağ tərəfində baş vermişdir. Piyada yolun quba istiqamətində yolun sağ tərəfindən 0,8 metr yolun hərəkət zolağında olmuşdur. Təqsirləndirilən şəxs təmir emalatxanasının qarşısında park etdiyi, özünə məxsus “Hyundaı Accent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirib asfalt yola çıxarkən, avtomobilin arxasından keçən, sərxoş vəziyyətdə olan piyada X6 görməmiş və avtomobilinin arxa hissəsi ilə onu vurmuşdur. İş materiallarında olan 25 dekabr 2022-ci il tarixli “Əməliyyat tapşırığı”ndan, ona cavabdan və şəxsin tutulması haqqında protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də X6 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundaı Accent” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saxlanılaraq polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Xaçmaz- Quba yolunda piyada X6 vurduğu yeri göstərməsi təklif olunmuş, bundan sonra müstəntiqin və müdafiəçi Rauf Nemətovun da iştirakı ilə Xaçmaz RPŞ-dən avtomobil ilə hərəkətə başlanılmış, Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə gedilməyə başlanılmışdır. Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də, yolun sağ tərəfində avtotəmir emalatxanalarının qarşısında dayanılmış, Təqsirləndirilən şəxs hadisə baş verən gün, yəni 25 dekabr 2022-ci il tarixdə həmin yerdə avtomobilini saxladığı yeri, geriyə hərəkətə başlayarkən avtomobilin arxasından səs gəldiyini və avtomobilini saxlayıb yerə düşəndə yolun hərəkət hissəsində bir nəfər tanımadığı şəxsin yerdə ağzıüstə yıxılıb qaldığını gördüyünü bildirərək həmin xüsusatları əyani olraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 25 dekabr 2022-ci il tarixli, 57 saylı ekspert rəyindən müəyyən edilir ki, 1983-cü il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. X2 meyitinin bədənində aşağıdakı xəsarətlər - baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş təpə və ənsə sümüklərinin böyük qəlpəli sınıqları, sol gicgah və sol qaş nahiyələrinin əzilmiş yaraları, sağ diz nahiyəsinin qançırı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirimə müddəti, qərarda qeyd olunduğu kimi, 25 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. 2. Ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti müayinədən 2-3 saat əvvələ uyğun gəlir. 3. Şahid2 ölümündən az əvvəl spitrtli içki qəbul edib-etməməsi laborator cavablar alındıqdan sonra əlavə olaraq bildiriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 8/401 saylı ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Hyundai Accent”” markalı, 99NO431 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən, DİN-nin DYP veb-portalından çıxarışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs adına BD604873 nömrəli, xx.xx.2022-xx.xx.2032-ci il müddətli sürücülük vəsiqəsi olmaqla onun B1, B, C1, C kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədərkən idarə etdiyi “Hyundaı Accent” markalı, 99NO431 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə görə, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarının 17-ci bəndində göstərilir ki, Qanunun bu tələbindən (37-ci mad.İV hissəsi) irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263- 1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətlərindən və Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və onun xx.xx.2015-ci il və xx.xx.2018-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı var. İş materiallarında olan həmin Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliy tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas və əlavə cəzaları tam toplamaq yolu ilə ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan və “Şəxsin tutmadan azad olunması haqqında” 30 dekabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X4, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “baqşa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X4, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddı sübutun və mülki iddianın olmaması, həmçinin xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar