Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-90/2024 07.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 21 avqust 1992-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, özünün deməsinə görə orta təhsilli və fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 2000-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, özünün deməsinə görə natamam orta təhsilli və fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X7 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində, həmin kənddən keçən dəmir yolu xəttinin 40 metr şimal istiqamətində yerləşən "OBA" marketin qarşısına getmiş, qabaqcadan razılaşdıqları kimi o, küçədə pusquda dayanıb kənar şəxslərin mağazaya yaxınlaşmasına nəzarət etməklə Əli Əliyev və Təqsirləndirilən şəxs2 dəmir alətdən istifadə edib mağazanın qapısının qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olmaqla həmin mağazadan bir qutusunun qiyməti 4 manat olan 24 qutu Sobranie White, bir qutusunun qiyməti 4 manat olan 12 qutu X5, bir qutusunun qiyməti 4 manat olan 10 qutu Sobranie Blue, bir qutusunun qiyməti 3,2 manat olan 19 qutu LD Compact White, bir qutusunun qiyməti 2,9 manat olan 18 qutu LD Platinum, bir qutusunun qiyməti 3,8 manat olan 11 qutu Winston XS Silver, bir qutusunun qiyməti 3,8 manat olan 15 qutu Winston Xstyİe Caster, bir qutusunun qiyməti 4 manat olan 12 qutu Kent 8, bir qutusunun qiyməti 4 manat olan 10 qutu Kent Nano 1, bir qutusunun qiyməti 4 manat olan 17 qutu Kent Nano 4, bir qutusunun qiyməti 2,9 manat olan 9 qutu Rothmans Blue, bir qutusunun qiyməti 2,9 manat olan 12 qutu Rothmans Silver, bir qutusunun qiyməti 2,9 manat olan 12 qutu X10 Silver, bir qutusunun qiyməti 2,9 manat olan 15 qutu X3, bir qutusunun qiyməti 2,7 manat olan 16 qutu West Silver, bir qutusunun qiyməti 3,8 manat olan 14 qutu Winston Xstyİe Compact Silver, bir qutusunun qiyməti 4 manat olan 20 qutu Davidoff Gold SL, bir qutusunun qiyməti 2,9 manat olan 18 qutu Pal Mall AM Nights Garagat, bir qutusunun qiyməti 2,4 manat olan 15 qutu Viceroy N-Series Silver markalı olmaqla cəmi 955,6 manat dəyərində siqaretlər, hər birinin dəyəri 30 manat olmaqla cəmi 90 manat dəyərində 3 ədəd Black Label markalı viski, 150 manat dəyərində 1 ədəd dəmir seyf və həmin seyfin içərisində olan 1400 manat nağd pulu, yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus özgənin əmlakını qanunsuz olaraq götürüb aparmaqla cəmi 2595,6 manat (iki min beş yüz doxsan beş manat altmış qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X7 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində, həmin kənddən keçən dəmir yolu xəttinin 40 metr şimal istiqamətində yerləşən "OBA" marketin qarşısına getmiş, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 küçədə pusquda dayanıb kənar şəxslərin mağazaya yaxınlaşmasına nəzarət etməsindən istifadə etməklə Əli Əliyevin dəmir alətdən istifadə edib mağazanın qapısının qıfılını sındırmasından sonra o və Əli Əliyev saxlanc yerinə qanunsuz daxil olmaqla həmin mağazadan bir qutusunun qiyməti 4 manat olan 24 qutu Sobranie White, bir qutusunun qiyməti 4 manat olan 12 qutu X5, bir qutusunun qiyməti 4 manat olan 10 qutu Sobranie Blue, bir qutusunun qiyməti 3,2 manat olan 19 qutu LD Compact White, bir qutusunun qiyməti 2,9 manat olan 18 qutu LD Platinum, bir qutusunun qiyməti 3,8 manat olan 11 qutu Winston XS Silver, bir qutusunun qiyməti 3,8 manat olan 15 qutu Winston Xstyİe Caster, bir qutusunun qiyməti 4 manat olan 12 qutu Kent 8, bir qutusunun qiyməti 4 manat olan 10 qutu Kent Nano 1, bir qutusunun qiyməti 4 manat olan 17 qutu Kent Nano 4, bir qutusunun qiyməti 2,9 manat olan 9 qutu Rothmans Blue, bir qutusunun qiyməti 2,9 manat olan 12 qutu Rothmans Silver, bir qutusunun qiyməti 2,9 manat olan 12 qutu X10 Silver, bir qutusunun qiyməti 2,9 manat olan 15 qutu X3, bir qutusunun qiyməti 2,7 manat olan 16 qutu West Silver, bir qutusunun qiyməti 3,8 manat olan 14 qutu Winston Xstyİe Compact Silver, bir qutusunun qiyməti 4 manat olan 20 qutu Davidoff Gold SL, bir qutusunun qiyməti 2,9 manat olan 18 qutu Pall Mall AM Nights Garagat, bir qutusunun qiyməti 2,4 manat olan 15 qutu Viceroy N-Series Silver markalı olmaqla cəmi 955,6 manat dəyərində siqaretlər, hər birinin dəyəri 30 manat olmaqla cəmi 90 manat dəyərində 3 ədəd Black Label markalı viski, 150 manat dəyərində 1 ədəd dəmir seyf və həmin seyfin içərisində olan 1400 manat nağd pulu, yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus özgənin əmlakını qanunsuz olaraq götürüb aparmaqla cəmi 2595,6 manat (iki min beş yüz doxsan beş manat altmış qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar hazırkı cinayət əməlini törədərkən sərxoş olmuş, çəkmək üçün siqaretləri olmadığından oğurluq etmək fikrinə düşmüşlər və təxminən gecə saat 02-03 radələrində hazırkı cinayət əməlini törətmişlər. O, səhv etdiyini anlayır. Həmçinin bildirdi ki, oğurluq etdikləri “OBA” market onun yaşadığı ərazidə yerləşir, o, həmin marketdən əvvəllər alış-veriş etməmişdir. Onlar, yəni Xəyal, Əli və o birlikdə başqa yerdən oğurluq etməmişlər, o, ilk dəfədir, cinayət törətmişdir. Onlar cinayəti törətdikləri vaxt təxminən axşam saat 10 radələrində yaşadıqları ərazidə, dəmir yolu xəttinin yaxınlığında birlikdə oturaraq spirtli içki qəbul etmişlər. Onlar “OBA” marketdən təxminən 200 metr aralıda oturmuşlar, oturduqları yerdən baxdıqda həmin marketi görmək mümkün olmuşdur. Həmin vaxt oğurluq etmək təklifini Əli etmişdir. “OBA” marketin yaxınlığında digər market də olmuşdur. Məhz “OBA” marketdən oğurluq etmələrinin xüsusi bir səbəbi olmamış, Əli sadəcə, həmin marketdən oğurluq etməyi təklif etdiyindən o və Xəyal da razılaşmışdır. Onlar “OBA” marketdən pul oğurlamağı düşünmüşlər, marketə daxil olduqdan sonra puldan başqa siqaret və digər əmlakları da oğurlamışlar. O özü marketə daxil olmamış, küçədə dayanaraq nəzarət etmiş, marketə Əli və Xəyal daxil olmuşdur. O, pusquda marketin qarşısında dayanmamış, sərxoş olduğundan oturduqları yerdə qalaraq ətrafa nəzər yetirmişdir ki, kimsə gəlsə, Əli və Xəyala xəbər etsin. O, Əli və Xəyalın marketə necə daxil olduqlarını görməmişdir. Əli və Xəyal “OBA” marketdən oğurluq edərək onun yanına gəldikdə özləri ilə ittihamda qeyd olunan siqaretləri, həmçinin pul oğurlayaraq gətirdiklərini görmüşdür, lakin pulun məbləğini xatırlamır. Oğurladıqları siqaretlərdən təxminən 10-15 qutu siqaret, puldan isə, dəqiq xatırlamır, təxminən 180 manatı ona vermişlər. Oğurlanaraq ona verilmiş əmlakları özünün şəxsi ehtiyaclarına istifadə etmişdir. Oğurluq etdikdən sonra o öz yaşadığı evə getmiş, Əli və Xəyalın isə hara getdiklərini bilmir. O, zərərçəkmiş şəxsə vurduqları ziyanın üçdə bir hissəsini, yəni özünə aid hissəsini ödəmişdir. Lakin ziyanla bağlı məbləği onun valideynləri ödədiyindən o, hansı məbləğin ödənildiyini bilmir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edir. O, ailəlidir, beş yaşında bir övladı var. O, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, Əli Əliyev və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir, onların arasında heç bir ədavət olmamışdır. 12 aprel 2022-ci İİ tarixdə, saat 23 radələrində yaşadığı Qusarçay kəndində Xəyal ilə söbət edən zaman Xəyal demişdir ki, “kasıbçılıqdır. Əli ayıq adamdır, gəl ona deyək, bir yol desin pul qazanaq.” O da razılaşmışdır. 13 aprel 2022-ci il tarixə keçən gecə, saat 02 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində dəmiryolunun yanında Əli, Xəyal və o görüşmüşlər. Haradan pul əldə etmək barədə söhbət edən zaman Əli demiş ki, “elə əsl pul qazanmaq vaxtıdır, gecədir, gəlin gedək "Oba" marketə girək nə bacarsaq götürək.” O, onlara mağazaya girməyəcəyini demişdir. Əli ilə Xəyal da ona demişdir ki, “onda sən içəri girmərsən, küçədə dayanarsan, gəlib-gedən olsa bizə xəbər verərsən, içəridən nə götürə bilsək bölərik.” O da razılaşmışdır və 13 aprel 2022-ci il tarixdə, saat 03 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən "Oba" marketin yanına gəlmişlər. O, küçədə dəmiryolunun yanında dayanmışdır. Əli ilə Xəyalın başında papaq olmuş, o demişdir ki, “papaqlarınızda bıçaqla dəlik açın başınıza keçirin ki, kamerada tanınmayasınız, corablarınızı da əlinizə keçirin ki, əl İziniz düşməsin.” Əli ilə Xəyal da o deyəni etmişlər və sonra da mağazaya tərəf gedib çöl tərəfdən işıqları söndürüb içəri daxil olmuşlar. Həmçinin Əlinin əlində qapını açmaq üçün dəmir alət olmuş, onu Xəyal Əliyə vermişdir. Bir neçə dəqiqə sonra da onlar əllərində dəmir seyf, həmçinin kisədə siqaretlər və 3 ədəd spirtli içki ilə gəlmişlər. Onlar dəmiryolunu keçib yaxınlıqdakı üzüm bağlarına tərəf getmişlər, sonra da orada Əli həmin dəmir alətlə Xəyal ilə birlikdə seyfi açmışlar. Sonra da seyfdən çıxan pulu bölmüşlər və ona 400 manat pul vermişlər, lakin seyfdən neçə manat pul çıxmasını o özü görməmişdir, çünki ətrafa diqqət edirdi ki, gəlib-gedən olsa gizlənsinlər. Bundan başqa, oğurlanmış siqaretlərdən də bir neçə ədədini götürmüşdür, içkilər isə Əli ilə Xəyalda qalmışdır. Dəmir seyf həmin gün orada qalmış, onlar çıxıb getmişlər. 1-2 gün sonra isə seyfin aşkar edilməməsi üçün Əli ilə birlikdə seyfin olduğu yerə gəlmişlər və həmin seyfi götürüb aparıb Qusarçay-Yeni Həyat kənd yolunda yolun sol tərəfində yerləşən mişar daşı ilə çəkilmiş hasarın dibinə atmış və çıxıb getmişlər. Əlavə olaraq qeyd etmişdir ki, oğurluğu üçü birlikdə etmişlər, başqa şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırkı cinayət əməlini törətmək təklifini Əli etmiş, “OBA” marketin qapısını Əli qırmış, bu zaman təhlükəsizlik siqnalı işə düşmüş, lakin buna baxmayaraq, o və Əli marketə daxil olaraq oğurluq etmişlər. Marketin qapısının qırılaraq açılmasında o iştirak etməmiş, bu hərəkəti Əli etmişdir. Həmçinin bildirdi ki, onlar Namikin ifadəsində göstərdiyi kimi, dəmiryol xəttinin kənarında oturub spirtli içki qəbul etmiş və sərxoş olmuşlar. Oğurladıqları puldan və siqaretlərdən o özünə bir qismini götürmüşdür. O, həmin marketdən siqaretləri, içkiləri oğurlamış, seyfin olduğu yerə getməmiş, o, siqaret və içkiləri götürdükdən sonra Əli seyfi götürərək çıxaranda o da Əliyə seyfi marketdən çölə çıxarmaqda kömək etmişdir. Seyfi də Əli qıraraq açmışdır. Oğurladıqları əmlaklardan özünə götürdüklərini şəxsi ehtiyacları üçün istifadə etmişdir. O, zərərçəkmiş şəxsə vurduqları ziyanın üçdə bir hissəsini, yəni özünə aid hissəsini ödəmişdir. Lakin ziyanla bağlı məbləği onun qohumları ödədiyindən o, hansı məbləğin ödənildiyini bilmir. Cinayət əməlini törədərkən o, ağır sərxoş olmuş, həmin vaxt hətta evinə gedən yolu da tapa bilməzmiş. O, törətdiyi cinayət əməlinə görə çox peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Əli Əliyev onun həmkəndliləridir, aralarında heç bir ədavət olmamışdır. 13 aprel 2022-ci il tarixə keçən gecə, saat 02 radələrində Əli Əliyevə zəng edərək demişdir ki, “Namiklə birlikdəyik, gəl görüşək sənlə işim var.” Əli də razılaşmış və bir neçə dəqiqə sonra Xaçmaz rayonu, Qusarçay kəndində olan dəmiryolunun yanında Namiklə birlikdə Əli ilə görüşmüşlər. Orada o, maddi vəziyyətinin yaxşı olmadığını demişdir, haradan pul əldə edə bilərik deyə sual vermişdir. Əli də demişdir ki, “elə əsl pul qazanmaq vaxtıdır, gecədir, gəlin gedək "Oba" marketə girək, nə bacarsaq götürək”. Onlar da Əli ilə razılaşmış, lakin Namik demişdir ki, “mən mağazaya girməyəcəm.” Onlar da demişlər ki, “onda sən içəri girmərsən, küçədə dayanarsan, gəlib-gedən olsa bizə xəbər verərsən, içəridən nə götürə bilsək bölərik.” Namik də razılaşmış və 13 aprel 2022-ci il tarixdə, saat 03 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən "Oba" marketin yanına gəlmişlər. Namik Əli ilə ona demişdir ki, “başınızdakı papaqda görmək üçün dəlik açın, corabları da əlinizə keçirin, iz düşməsin.” Onlar da Namikin dediklərin etmişlər və papaqda dəlik açıb başına keçirmişlər ki, üzü kameraya düşməsin. Corablarını da çıxarıb əlinə keçirmişlər ki, əl izləri mağazaya düşməsin. Namik küçədə dəmiryolunun yanında dayanmışdır. Əli ilə o isə mağazaya tərəf getmişdir. Əli mağazanın yan tərəfinə gedib çöldəki elektrik birləşdiricidən işıqları söndürmüşdür. Sonra da onun gətirdiyi dəmir alətlə Əli mağazanın qapısının qıfılını sındırmışdır və onlar içəri daxil olmuşlar. Onlar mağazaya daxil olanda siqnalizasiya səsləri çalmış, Əli tez həmin təhlükəsizlik qurğusunun dinamikini divardan sökmüş və səs kəsilmiş, sonra da onu küçəyə tullamışdır. Bundan sonra Əli ilə birlikdə mağazanı axtarmışlar və arxa otaqda divara birləşdirilmiş olan seyfi görmüşlər. Əli həmin seyfi dartıb yerdən qopartmış, sonra da onlar birlikdə seyfi həmin otaqdan çıxartmışlar. Bundan başqa, mağazadan bir ədəd kisəyə müxtəlif markalı siqaretlər yığmışlar və 03 ədəd spirtli içki götürüb çıxmışlar. Onlar mağazadan çıxıb Namikin yanına gəlmiş, dəmiryolunu keçib yaxınlıqdakı üzüm bağlarına tərəf getmişlər, sonra da orada həmin dəmir alətlə Əli ilə birlikdə seyfi açmışlar, seyfdən 1400 manat pul çıxmışdır. Xəyal ilə o, hərəsi 500 manat götürmüşlər, Namikə isə 400 manat vermişlər. Həmçinin Namikə bir neçə ədəd siqaret də vermişlər. Əli özü də siqaretdən bir neçə ədəd götürmüş və siqarelərin bir hissəsi, həmçinin içkilər onda qalmışdır. Bundan sonra da dəmir seyf həmin gün orada qalmış, onlar çıxıb getmişlər, pulları şəxsi ehtiyaclarına xərcləmişdir, içkini isə özü içmişdir. 1-2 gün sonra isə seyfin aşkar edilməməsi üçün Namiklə Əli birlikdə seyfin olduğu yerə gedib həmin seyfi götürüb aparıb Qusarçay-Yeni Həyat kənd yolunda haradasa ataraq çıxıb getmişlər. Əlavə olaraq qeyd etmişdir ki, oğurluq etməkdə onlara başqa heç kim kömək etməyib, oğurluğu üçü birlikdə törətmişlər. Seyfin çəkisi təxminən 30 kq olardı. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasındakı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın məbləği kimi 2000 manat ödənilməsi öz təsdiqini tapmış, lakin təqsirləndirilən şəxslər qalan məbləğin də ödənildiyini, yəni ziyanın tam ödənildiyini, qalan həmin məbləğin oğurluq edilmiş marketin müdirinə verildiyini bildirmişlər, marketin müdiri də bunu təsdiq edərək ona verilmiş pulu Zərərçəkmiş şəxs MMCnin hesabına köçürdüyünü bildirmiş, lakin hesabda həmin məbləğin köçürülməsi əks olunmamış, bu halı araşdıraraq növbəti məhkəmə iclasında ziyanın tam olaraq ödənilibödənilməməsi barədə bildirəcəkdir. Hazırda isə o, tərtib etdiyi mülki iddianı məhkəməyə təqdim edir, ziyanın tam, yaxud qismən ödənildiyini müəyyən etdikdən sonra bu barədə məhkəməyə bildirəcəkdir. O, istintaq zamanı müəyyən edilmiş 2595,6 manat ziyan məbləği ilə razıdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyanın tam şəkildə ödənildiyi, həmin təqsirləndirilən şəxslərlə barışıq əldə olunduğunu, sonunculara qarşı şikayət və tələbinin olmadığını bildirmiş, işin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ərizədə qeyd olunanları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən “Oba” marketdə işləyir. 13 aprel 2022-ci il tarixdə, saat 03:40 radələrində mağazanın adminstratoru Nümayəndə1 ona zəng edərək telefonuna həyəcan siqnalı gəldiyini bildirmişdir və ona mağazaya getməsini demişdir. O da Qusarçay kəndində yaşadığından evdən çıxıb mağazaya getmişdir. O, mağazaya çatanda görmüşdür ki, giriş qapısı və dəmir barmaqlıqların qıfılı sındırılmışdır. O, mağazaya daxil olaraq görmüşdür ki, həyəcan siqnalının dinamikləri də sökülüb. O, bu barədə Nümayəndə1 zəng edib mağazadan oğurluq olmasını demişdir. Bundan sonra da DİN-in 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Bir qədər sonra həm Şahlar özü, həm də polis işçiləri mağazaya gəlmişlər və baxış keçirmişlər. İş materiallarında olan Nümayəndə1 ifadəsindən müəyyən edilir ki, o, 2021-ci ilin dekabr ayından Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən "Oba" marketin adminstratorudur. Mağaza hər gün saat 08:00-dan 22:00-dək fəaliyyət göstərir. 12 aprel 2022-ci il tarixdə də həmişə olduğu kimi saat 22:00-da mağazanı bağlayıb yaşadığı evə getmişdir. Mağazada siqnalizasiya qurğusu var, qapı açılarsa dərhal işə düşür. Həmin gecə, yəni 13 aprel 2022-ci il tarixə keçən gecə saat 03:40 radələrində telefonuna həyəcan siqnalı gəlmişdir. O da dərhal həmin mağazada satıcı-kassir işləyən Şahid xəbər vermişdir ki, tez gedib marketə baxsın. Anar marketə gedib baxıb və mağazadan oğurluq olduğunu gördüyü üçün DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. O özü həmin yerə gələndə polis əməkdaşları da gəlmişdir, ərizə yazaraq hadisə barəsində yazılı məlumat vermişdir. Şikayətində mağazadan 1000 (min) manat dəyərində müxtəlif marka siqaretlər, ümumi dəyəri 90 manat olan 03 ədəd "Black Label" markalı viski və içərisində 2 min manat nağd pul olan dəmir seyfin naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Lakin hadisəni törətmiş şəxslər məlum olduqdan sonra seyfdən 1400 manat oğurlamış olduqlarını demişilər. Buna görə özü mağazada təkrar yoxlama aparmışdır. Bütün malları və pulları hesabladıqdan sonra məlum olmuşdur ki, mağazadan ümumi dəyəri 955 manat 60 qəpik dəyərində siqaretlər, yəni bir qutusunun qiyməti 4 manat olan 24 qutu Sobranie White, bir qutusunun qiyməti 4 manat olan 12 qutu X5, bir qutusunun qiyməti 4 manat olan 10 qutu Sobranie Blue, bir qutusunun qiyməti 3,2 manat olan 19 qutu LD Compact White, bir qutusunun qiyməti 2,9 manat olan 18 qutu LD Platinum, bir qutusunun qiyməti 3,8 manat olan 11 qutu Winston XS Silver, bir qutusunun qiyməti 3,8 manat olan 15 qutu Winston Xstyİe Caster, bir qutusunun qiyməti 4 manat olan 12 qutu Kent 8, bir qutusunun qiyməti 4 manat olan 10 qutu Kent Nano 1, bir qutusunun qiyməti 4 manat olan 17 qutu Kent Nano 4, bir qutusunun qiyməti 2,9 manat olan 9 qutu Rothmans Blue, bir qutusunun qiyməti 2,9 manat olan 12 qutu Rothmans Silver, bir qutusunun qiyməti 2,9 manat olan 12 qutu X9 Silver, bir qutusunun qiyməti 2,9 manat olan 15 qutu X3, bir qutusunun qiyməti 2,7 manat olan 16 qutu West Silver, bir qutusunun qiyməti 3,8 manat olan 14 qutu Winston Xstyİe Compact Silver, bir qutusunun qiyməti 4 manat olan 20 qutu Davidoff Gold SL, bir qutusunun qiyməti 2,9 manat olan 18 qutu Pall Mail AM Nights Garagat, bir qutusunun qiyməti 2,4 manat olan 15 qutu Viceroy N- Series Silver markalı siqarerlər, hər birinin dəyəri 30 manat olan 3 ədəd Black Label markalı viski, içərisində 1400 manat nağd pul olan dəmir seyf oğurlanmışdır. Həmin dəmir seyfin dəyəri təxminən 150 manatdır. Beləcə ona ümumilikdə siqaretlərə görə 955,6 manat, viskilərə görə 90 manat, seyfə görə 150 manat və 1400 manat dəyərində nağd pul zərəri vurulmuşdur. Oğurluq zamanı qapının qıfılına görə 5 manat zərər, siqnalizasiya qurğusunun dinamikinin sındırılmasına görə 25 manat zərər vurulmuş olsa da, hadisəni törədən şəxslər ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Buna görə heç bir şikayət və tələbi də yoxdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X7 istintaqdan gizlənərək yayındığına görə barəsində axtarış elan edilmişdir. İş materiallarından müəyyən edilir ki, X4 yaşadığı ünvanda olmaması müəyyən edilmiş və onun olduğu yer müəyyən edilməmişdir. İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərardan və həmin tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan müəyyən edilir ki, X7 istintaqdan qəsdən boyun qaçıraraq yayındığına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin (hazırkı) materiallarından X7 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən edilir ki, Şahid və Nümayəndə1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək 13 aprel 2024-cü il tarixdə, saat 03:40 radələrində Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən Zərərçəkmiş şəxs mağazasından naməlum şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat verərək həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs mağazası Xaçmaz rayonu, Qusarçay kəndində, həmin kənddən keçən dəmiryolu xəttindən 40 metr şimal istiqamətində yerləşir. Marketin giriş qapısı plastik materialdandır, lakin dəmir barmaqlıqlarla qorunur. Mağazanın girişində sol tərəfdə kassa qurğusu vardır. Nümayəndə1 mağazaya daxil olaraq içəridə siqaretlər və viskilər olan rəfləri təqdim edərək oradan siqaretlərin və viskilərin oğurlandığını bildirmiş, daha sonra mağazada dəmir seyfin olduğu yeri təqdim edərək oradan həmin seyfin içərisində pul ilə birlikdə oğurlandığını bildirmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, X6 Xaçmaz RPŞ-də təklif olunmuşdur ki, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən “OBA” marketdən oğurluq etməsini, mağazaya necə daxil olmasını bilavasitə hadisə yerinə çıxmaqla göstərsin. O, bu təkliflə razılaşmış və birlikdə Əli Əliyevin göstərdiyi istiqamətdə hadisə yerinə gedilmişdir. Hadisə yerində Əli Əliyev həmin marketin yan tərəfində olan elektrik birləşdiricisini təqdim edərək içəri daxil olmazdan əvvəl işıqları birləşdiricidən söndürdüyünü, daha sonra dəmir alətlə marketin qapısının qıfılını sındırdığını, Xəyal ilə birlikdə marketə daxil olduğunu, Namikin isə dəmir yolunun yanında dayanıb ətrafa, gəlibgedənlərə nəzarət etdiyini bildirmişdir. Marketə daxil olduqdan sonra siqnalizasiyanın işə düşməsi səbəbindən səs dinamikini söküb atdığını, sonra marketdə otağa keçərək orada divara bərkidilmiş olan dəmir seyfi söküb çıxararaq apardıqlarını, həmçinin marketdən müxtəlif markalı siqaretləri, 03 ədəd spirtli içki olan viski götürüb marketdən çıxdıqlarını bildirmişdir. Bundan sonra Əli Əliyev dəmiryolu xəttini keçərək orada olan üzüm bağının yaxınlığını təqdim edərək seyfi orada açdıqlarını, içərisindəki pulu götürüb böldüklərini bildirmişdir. Bundan başqa, o, seyfi Xaçmaz rayonu, Qusarçay kəndində, Qusarçay-Yeni Həyat kənd yolunun sol tərəfində yerləşən hasarın içəri tərəfində kol dibinə atdığını bildirmiş və onun təqdim etdiyi yerdə 01 ədəd dəmir seyf aşkar edilmişdir. Baxışda iştirak edən “OBA” marketin adminstratoru Nümayəndə1 aşkar edilən seyfin “OBA” marketdən oğurlanmış seyf olduğunu bildirmişdir. Həmin seyf hadisə yerindən maddi sübut kimi götürülmüşdür. Hadisə yerinə baxışda müdafiəçi də iştirak etmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerinə - Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “OBA” marketin yerləşdiyi yerə gedilərək yoxlanılmış, Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Hadisə yerinə baxışda müdafiəçi də iştirak etmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsi hadisə yerinə - Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “OBA” marketin yerləşdiyi yerə gedilərək yoxlanılmış, Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2023-cü il tarxli, 9/7012 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 40sm x 55sm x 80sm ölçülü dəmir seyfin istifadədə olması və xüsusiyyətələri nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 150 manat müəyyən edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evli olmaqla bir azyaşlı uşağı var. (xx.xx.2018) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs1 işsizdir, fərdi əməklə məşğuldur. Mehriban, ünsiyyətcil, xoş xasiyyətlidir. Qonşularla münasibəti yaxşıdır. Vətənpərvərdir, “Vətən Müharibəsi” iştirakçısıdır. Barəsində Nümayəndəliyə heç bir şikayət-müraciət daxil olmamışdır. Nümayəndəliyin rəhbərliyi tərəfindən heç bir irad və xəbərdarlıq almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs2 işsizdir, fərdi əməklə məşğuldur. Mehriban, ünsiyyətcil, xoş xasiyyətlidir, kənd camaatı ilə münasibəti yaxşıdır. Kəndin ictimai işlərində iştirak etmişdir. Barəsində Nümayəndəliyə heç bir şikayətmüraciət daxil olmamışdır. Nümayəndəliyin rəhbərliyi tərəfindən heç bir irad və xəbərdarlıq almamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyanın tam şəkildə ödənildiyi, həmin təqsirləndirilən şəxslərlə barışıq əldə olunduğu, sonunculara qarşı şikayət və tələbinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tutulmamış, həbs edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, 01 ədəd dəmir seyf maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd dəmir seyf hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş materiallarında olan zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən mağazasından 13 aprel 2022-ci il tarixdə etdikləri oğurluq cinayəti nəticəsində həmin MMC-yə ümumilikdə 2595 manat 60 qəpik məbləğində maddi ziyan dəymişdir. Buna görə də həmin ziyan məbləğinin və mülki iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 46 manat, ümumilikdə 2641 manat 60 qəpik məbləğin təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2024-cü il tarixli ərizələrdən, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında izahatından müəyyən edildi ki, təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs-mülki iddiaçıya vurduqları ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, mülki iddianın geri götürülməsi xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd dəmir seyf hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-90/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-90/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver