Məhkəmə qərarları › İş №1(067)-91/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-91/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-91/2021 09.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi 110 adda cehiz əmlakları, qızıl-zinət əşyaları və ya onların dəyəri cəmi 5286 manat və 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-2431/2018 saylı 31 avqust 2018-ci il tarixli, həmçinin Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü il tarixli X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 20 avqust 2019-cu il tarixli 2(067)-2271/2019 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 16 yanvar 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli, 3(067)-101/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilməsinə, daha sonra 01 may 2020-ci il tarixdə yenidən inzibati protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməklə, məhkəmənin həmin tarixli, 3(067)368/2020 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 15 may 2020-ci və 28 oktyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-24/2020 nömrəli, 13.02.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 noyabr 2020-ci il tarixə əmlak tələbinə dair iş üzrə 5286 manat, 30 manat ödənilmiş dövlət rüsumu və aliment tələbinə dair icra sənədi üzrə isə 950 manat aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2013-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs ilə faktiki nikah münasibətlərinə daxil olub evlənmiş, ailə qurduqdan sonra Rusiya Federasiyasına köçmüşlər və orada sahibkarlıqla məşğul olmuşdur. Qeyri-rəsmi nikah münasibətlərindən 26 dekabr 2014-cü ildə Cəvahir adlı uşaqları anadan olmuşdur. 2018-ci ilin mart ayında ailə münasibətləri pozulduğundan ayrılmışlar. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən 110 adda cehiz əmlakları, qızıl-zinət əşyaları və ya onların dəyəri cəmi 5286 manat və 30 manat dövlət rüsumunun, həmçinin həmin məhkəmənin 20 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən 26 dekabr 2014-cü il tarixli X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat miqdarında alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnamələrindən 2020-ci ilin yanvar ayınıda məlumatı olmuş, həmin tarixə kimi Rusiya Federasiyasında yaşamışdır. 2020-ci ilin iyun ayına qədər "xxxx" MMC-də işləmiş, pandemiya dövründə işlər dayandığından öz ərizəsi ilə işdən çıxmışdır. Cehiz əmlakları Zərərçəkmiş şəxs tərəfindən tam şəkildə götürülmüşdür. Xaçmaz rayon icra və probasiya şöbəsində olarkən qismən aliment ödəmiş, 2020-ci ilin noyabr ayına aliment borcu 950,00 manat təşkil edir. Qızıl-zinyət əşyalarına dair qətnaməni ədalətsiz hesab edərək, əmlakın dəyərini ödəməkdən imtina etmişdir. Qətnamələri tam icra etmədiyindən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Maddi imkansızlığı ilə əlaqədar icra sənədləri üzrə borcunu ödəyə bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə qarşılıqlı razılığa gəlmiş, ödəməli olduğu məbləğdən zərərçəkmiş şəxsə 500 manat ödəmişdir. Qalan məbləği hər ayın 9-dan gec olmayaraq ayda 500 manat hesabı ilə ödəyəcəkdir. Əməlindən peşman olmaqla ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onların qeyri-rəsmi nikah münasibətlərindən 26 dekabr 2014-cü ildə Cəvahir adlı bir nəfər uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə 27 mart 2018-ci il tarixdə ayrılmışlar. Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 110 adda cehiz əmlakları, qızıl-zinət əşyaları və ya onların dəyəri cəmi 5286 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi, həmçinin həmin məhkəmənin 20 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü il təvəllüdlü uşaqları Cəvahirin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Qətnamələr icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Cehiz əmlaklarını tam şəkildə Təqsirləndirilən şəxs evindən götürmüşdür. Dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, o, alimenti ödəyəcəyini bildirsə də, qızıl-zinyət əşyalarının dəyərini ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən onun barəsində müvafiq qanuni tədbirlərin görülməsi barədə tələblərindən sonra Xaçmaz Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə, həmin məhkəmənin 01 may 2020-ci il tarixli qərarı ilə isə 10 gün müddətinə həbs inzibati tənbeh tətbiq edilmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs heç bir nəticə çıxarmamış və əmlak tələbinə dair icra sənədi üzrə olan 5316 manat, aliment tələbinə dair icra sənədi üzrə olan 950 manat borcunu ödəməmişdir. Məhkəmə istintaqının gedişatında borcun ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs icra sənədləri üzrə ona ödəməli olduğu borcdan 500 manat ödəniş etmiş və qalan borcunu da ayda 500 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu səbəbdən hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli, 2(067)-2431/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 110 adda cehiz əmlakları, qızıl zinət əşyaları və ya onların dəyərinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin Xaçmaz Rayon Məhkəməsinin 20.08.2019-cu il tarixli, 2(067)-2271/2019 saylı digər qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15.07.2019-cu il tarixdən başlayaraq hər ay 26.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri icraya yönəldilmiş, 31.08.2018-ci il tarixli, 2(067)-2431/2018 saylı icra sənədi üzrə Xaçmaz rayon icra və probasiya şöbəsində 28.11.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, lakin tələb tam yerinə yetirilməmişdir. Belə ki, cehiz əmlakları tam şəkildə tələbkar Zərərçəkmiş şəxs qaytarılsa da, qızıl zinət əşyaları mövcud olmadığından onların dəyəri olan 5286 manat və 30 manat ödənilmiş dövlət rüsumu ödənilməmiş qalmışdır. Bundan başqa 20.08.2019-cu il tarixli, 2(067)-2271/2019 saylı icra sənədi üzrə 11.10.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri həyata keçirmək üçün edilmiş sorğular və digər yoxlamalar qanaətbəxş olmamışdır. 11.10.2019-cu il tarixli qərarla icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu şöbəyə dəvət olunsa da üzrlü səbəb göstərmədən çağırışlara gəlməmişdir. Onun barəsində 28 oktyabr 2019-cu il tarixdə axtarış elan olunması haqqında qərar qəbul edilərək icra olunması üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. 16 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Həmin vaxt borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə əməl etmədiyi və icra sənədinin icrasından yayındığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Xaçmaz Rayon Məhkəməsinə verilmiş və məhkəmənin 16.01.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət müəyyən edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs hərəkətsizlik göstərmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri icra etməmişdir. Xaçmaz rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 8(067)-24/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonradan borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasından yayındığı üçün Xaçmaz Rayon Məhkəməsinin 01.05.2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində həbs inzibati tənbeh tətbiq edilmişdir. Əmlak tələbi üzrə borcunu və aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxsuə 28.10.2020-ci il tarixdə sonuncu xəbərdarlıq göndərilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, əmlak və aliment tələbi üzrə borcunu tam ödəməmiş və hətta ödənilməsinə təşəbbüs göstərməmişdir. 17.11.2020-ci il tarixə borclunun əmlak tələbinə dair iş üzrə 5286 manat, 30 manat ödənilmiş rüsumu və aliment tələbinə dair icra sənədi üzrə isə 950 manat ödənilməmiş borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2431/2018 saylı, 31.08.2018-ci il tarixli və 2(067)-2271/2019 saylı, 20.08.2019-cu il tarixli qətnamələrini dəfələrlə inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Xaçmaz rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs barəsində toplanmış sənədlər cinayət məsuliyyətinə cəlb olunması və barəsində istintaq aparılması üçün aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 110 adda cehiz əmlakları, qızıl zinət əşyaları və ya onların dəyərinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İş materiallarında olan 28 noyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 110 adda cehiz əmlakları, qızıl zinət əşyaları və ya onların dəyərinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı icra vərəqəsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata qəbul edilmiş və icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü ildə anadan olmuş X1 atası olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 iyul 2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində, 120 manat miqdarında alimentin tutlaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 02 oktyabr 2019-cu il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 iyul 2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində, 120 manat miqdarında alimentin tutlaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 saylı icra vərəqəsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata qəbul edilmiş və icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair 11 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində olan Xaçmaz rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı və 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 3(067)-101/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı və 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin 16 yanvar 2020-ci il tarixli, 3(067)-101/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 8(067)-24/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 01 may 2020-ci il tarixli, 3(067)-368/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı və 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin 01 may 2020-ci il tarixli, 3(067)-368/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs inzibati xəta haqqında iş üzrə qərarlara əsasən inzibati məsuliyyətə cəlb edildikdən sonra ona xəbərdarlıq məktubları göndərilməklə müəyyən olunmuş müddət ərzində 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı və 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 icra sənədləri üzrə tələbi icra etməsi barədə xəbərdarlıq məktubları göndərilmiş, əks təqdirdə barəsində cinayət işinin başlanılması ilə əlaqədar təqdimat göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 110 adda cehiz əmlakları, qızıl-zinət əşyaları və ya onların dəyəri cəmi 5286 manat və 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-2431/2018 saylı 31 avqust 2018-ci il tarixli, həmçinin Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü il tarixli X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 20 avqust 2019-cu il tarixli 2(067)-2271/2019 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 16 yanvar 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli, 3(067)- 101/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilməsinə, daha sonra 01 may 2020-ci il tarixdə yenidən inzibati protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməklə, məhkəmənin həmin tarixli, 3(067)368/2020 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 15 may 2020-ci və 28 oktyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-24/2020 nömrəli, 13.02.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 noyabr 2020-ci il tarixə əmlak tələbinə dair iş üzrə 5286 manat, 30 manat ödənilmiş dövlət rüsumu və aliment tələbinə dair icra sənədi üzrə isə 950 manat aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, icra sənədləri üzrə borcundan məhkəmə istintaqının gedişatında zərərçəkmiş şəxsə 500 manat ödəniş etməklə zərərçəkmiş şəxslə razılıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci mddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar