Məhkəmə qərarları › İş №1(067)-91/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-91/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-91/2022 11.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 385 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, bu fakt, 05 mart 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Atatürk küçəsində saxlanılıb ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 12:50-13:05 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində gizlədib saxladığı sellofan torbanın içərisində, təmiz çəkisi 385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz şəhəri. Atatürk küçəsi ev 84-də yaşayır. Latın qrafikalı azərbaycan əlifbası ilə sərbsət yaza və oxuya bilir. O, əvvəllər ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilərək Xaçmaz rayon məhkəməsinin hökmü ilə iki dəfə məhkum olunmuşdur. Hər iki dəfə törətdiyi cinayət əməllərinə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilmişdir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. O, 05 mart 2022-ci il tarixdə təxminən saat 12 radələrində şəxsi işi ilə əlaqədar Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “ağ ciyər xəstəlikləri dispanserindən morq istiqamətinə gedərkən yolun kənarındakı şam ağaclarının altında 01 ədəd göy-qəhvəyi rəngli polietilen torba olduğunu görmüşdür. Həmin sellofan torbanın içərisində nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını hiss etmişdir. Həmin vaxt ətrafda ondan başqa heç kim olmamışdır. Polietilen torba onun diqqətini çəkdiyindən yaxınlaşıb torbanı yerdən götürmüş və torbanı açıb içərisinə baxanda içərisində yaşıl rəngli xırdalanmış və spesifik iyə malik bitki mənşəli kütlənin olduğunu görmüşdür. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün sellofan torbanın içərisindəki bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. Buna görə də o, həmin torbanı büküb əynindəki gödəkçənin içəri sol qoltuq altı hissəsinə qoymuşdur. Onun məqsədi həmin narkotik vasitəni yaşadığı evə gətirib gizlətmək və lazım olanda istifadə etmək olmuşdur. Narkotik vasitəni gödəkçəsinin altında gizlətdikdən sonra xəstəxanın həyətindən çıxmış və yaşadığı evin yerləşdiyi Xaçmaz şəhəri, Atatürk küçəsinə gəlmiş, yaşadığı evə çatmağa təxminən 100 metr qalmış həmin küçədə mülki geyimli iki nəfər şəxs mənə yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra onun qonunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması barədə məlumatları olduğunu demişlər və onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. O, hiss etmişdir ki, artıq polis əməkdaşları onun üstündə narkotik vasitə olmasını bilmişlər. Buna görə də o, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də gəldikdən sonra müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, o cümlədən ona müdafiəçi ilə təmin olunma hüquq izah edilmişdir. Hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi təqdim edildikdən sonra qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğundan video çəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılacağı bildirilmişdir. O, üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, üstündə narkotik vasitə və ya yaxud qanunla qadağan olunmuş əşyalar vardırsa onları təqdim etməsi təklif olunmuş, bu zaman o, əynində olan gödəkçənin sol qoltuqaltı nahiyəsində gizlədərək saxladığı içərisinə narkotik vasitə olan qurudulmuş marixuana olan polietilen torbanı və əynində olan şalvarın arxa sağ cibindən qara rəngli pul qabını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Polis əməkdaşları polietilen torbanın içərisində nə olduğunu soruşduqda o, torbanın içərisindəki bitki kütləsinin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi və hansı məqsədlə üzərində saxlaması soruşulduqda həmin narkotik vasitəni bir qədər əvvəl Xaçmaz RMX-nin həyətindəki morqun yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üstünü axtarmışlar, lakin onun üstündən başqa hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşı onun təqdim etdiyi sellofan toranı içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə yenidən büküb üzərini yapışqanlı lentlə bağlayıb möhürləmişdir. O və digər iştirakçılar həmin bağlamanın üzərini imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş pul qabına açılıb baxılmış, içərisində heç bir şey olmadığından pul qabı özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuşdur. Düzgün tərtib edildiyi üçün o, həmin protokolu imzası ilə təsdiq etmişdir. Polis əməkdaşlarından biri onun üzərinə şəxsi axtarış keçirilməsini əvvəldən axıra kimi mobil telefonla çəkmişdir. O. təxminən bir il olar ki, əlinə düşəndə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 05 mart 2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O. dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi şöbənin NMQnin əməliyyat müvəkkili, Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 05 mart 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri. Atatürk küçəsində olduğunu müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin altında olan sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisindən aşkar edilən bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan sellofan torba qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. İştirakçılar tərəfindən həmin sellofan torbanın üzərinə yapışdırılmış kağız imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış sellofan torbanın tamlığını imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 05 mart 2022-ci il saat 12:50-dən 13:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində gizlədib saxladığı sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis mayoru X1, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında sonuncunun üzərinə, müstəntiq E.Allahverdiyevin xidməti iş otağında şəxsi axtarış keçirilməsinə başlandığı müəyyən olunur. Şəxsi axtarış keçirilməzdən əvvəl, şəxsi axtarış prosesində iştirak etmiş şəxslər özlərini təqdim edir. Bundan sonra müstəntiq Elxan Allahverdiyev tərəfindən, Təqsirləndirilən şəxs, şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olub-olmaması soruşulur və sonuncu etirazının olmadığını bildirir. Daha sonra müstəntiq X5 Cəfərova, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu və bu səbəbdən üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə və ya psixatrop maddə varsa təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol qoltuq altında saxladığı sellofan torbanı çıxarıb otaqda olan masanın üzərinə qoyur. Müstəntiq həmin sellofan torbasının içərisinə baxan zaman, sellofan torbanın içərisindən xırdalanmış və qurudulmuş, spesifik bitki kütləsi olması görünür. Müstəntiq sellofan torbanın içərisindəki bitki kütləsinin nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs “nəşə” olduğunu və həmin sellofan torbanı içərisindəki bitki kütləsi ilə birlikdə Xaçmaz rayon mərkəzi xəstəxanasının arxasındakı morqun yanından tapdığını bildirir. Bundan sonra müstəntiq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul qabını masanın üzərindən götürüb içərisinə baxır. Pul qabının içərisində hər hansı bir əşya aşkar olunmur. Müstəntiq pul qabının içərisinə baxan zaman. Təqsirləndirilən şəxs bildirir ki, onun üzərində başqa narkotik vasitə yoxdur, üzərindən aşkar olunmuş sellofan torbanın içərisində olan bitki kütləsini isə həmin sellofan torba ilə birlikdə Xaçmaz şəhərində yerləşən Xaçmaz RMX-nin arxasındakı morqun yanından tapıb gizlətmək üçün yaşadığı evə aparan zaman yaşadığı evin yerləşdiyi küçədə, yəni Xaçmaz şəhəri, Atatürk küçəsində Cahangir və digər polis əməkdaşı tərəfindən saxlanılaraq RPŞ-nə gətirildiyini bildirir. Daha sonra müstəntiq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan sellofan torbanı yapşqan lent ilə bağlayır və möhürləyir. Müstəntiq sellofan torbanı möhürləyən zaman, şəxs axtarış istintaq hərəkətinin aparılması zamanı videogörüntünün Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 tərəfindən çəkildiyini bildirir. Daha sonra müstəntiq E.Allahverdiyev Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin bitməsini bildirir və videogörüntü həmin yerdə bitir. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 06 mart 2022-ci il tarixli 7/219 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ....” yazısı və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd mavi rəngli sellofan torbada təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının 06 may 2022-ci il tarixli 2273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yarananan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş bir ədəd sellofan torbada, təmiz çəkisi 385 qram narkotik vasitə olan qurudulmuş marixuana və onun üzərinə şəxsi axtarışın keçirilməsi videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 384,8 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞnin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Xaçmaz Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 3500 manat cərimə cəzası tətbiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilərək həmin cəza 02 il şərti sınaq müddəti ilə əvəz edilmiş, xx.xx.2020ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 20 may 2022-ci il tarixli 458 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 7(067)-30/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan 3500 manat cərimə cəzası 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və “28 May Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı tarixli qərarı ilə 1.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-cı il tarixdə amnistiya tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən ‘əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 385 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, bu fakt, 05 mart 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Atatürk küçəsində saxlanılıb ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 12:50-13:05 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində gizlədib saxladığı sellofan torbanın içərisində, təmiz çəkisi 385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 05 mart 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 07 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdən 07 mart 2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 11 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 384,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdən 07 mart 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 384,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar