Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-91/2023 05.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-17/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Xaçmaz şəhəri, 28 May küçəsi, dalan 1, ev 4-də qeydiyyatda olan, hazırda cəzasını cəzaçəkmə müəssisəsində çəkən- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 sentyabr 2022-ci il tarixdə, saat 03:30 radələrində Zərərçəkmiş şəxs zəng edib sonuncunun evdə olmadığına əmin olduqdan sonra Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən evin qapısının qarşısına gələrək açarseçmə üsulu ilə qapını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, qapıdan girişdən solda yerləşən qablar qoyulması üçün nəzərdə tutulan rəfin altdan ikinci gözündəki iki ədəd çaydanlardan ümumilikdə 710 manat, həmin rəfin yanındakı paltar rəfinin sol üstdən üçüncü gözündən 100 ABŞ dolları (170 manat) və 2930 manat, həmçinin qapıdan girişdə solda olan çarpayının sol hissəsində döşəyin altından 1360 manat məbləğində pul vəsaitini qanunsuz götürüb apararaq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 5170 (beş min yüz yetmiş) manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 yanvar 2023-cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs evinin yaxınlığına gələrək sonuncunun evdə olmadığına əmin olduqdan sonra Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən evinin qapısını açarseçmə üsulu ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq qapıdan girişdən üzbəüz divarın yaxınlığında yığılmış yataq avadanlıqlarının arxasında olan Zərərçəkmiş şəxs məxsus çantanın içərisindən bir ədəd 583 əyar, 8,8 qram qaşsız 704 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 583 əyar, 5 qramlıq 400 manat dəyərində qızıl üzüyü, 50 manat pulu, həmçinin qapıdan girişdə solda olan çarpayının sol hissəsində döşəyin altından 500 manat məbləğində pul vəsaitini qanunsuz götürüb apararaq, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla ümumilikdə 1654 (min altı yüz əlli dörd) manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə əvvəllər qonşuluqda yaşamış, aralarında hər hansı ədavət olmamış, münasibətləri yaxşı olmuş, zərərçəkmiş şəxsin evinə gedib-gəlmişdir. O, Zərərçəkmiş şəxs evindən iki dəfə oğurluq etmişdir. Zərərçəkmişin evindən etdiyi birinci oğurluq vaxtı Həzrəyə zəng edərək evdə olub-olmamasını yoxlamış, belə etməyinin səbəbi zərərçəkmişin evindən oğurluğu rahat edə bilməsi üçün olmuş və o həmin oğurluğu edərkən Həzrə evdə olmamışdır. İkinci oğurluğu isə xx.xx.2023-cü il tarixdə etmiş, həmin oğurluq vaxtı isə Həzrəyə zəng edərək sonuncunun evdə olub-olmamasını yoxlamamış, Həzrə evdə olmamış, o evə daxil olaraq qızıl zinət əşyalarını oğurlamışdır. O, zərərçəkmiş şəxsin evinə daxil olaraq birinci oğurluq zamanı çayniklərin içərisindən cəmi 710 manat oğurlamış, lakin qeyd olunan digər məbləğdə olan pulları oğurlamamışdır. İkinci oğurluq zamanı isə zərərçəkmiş şəxsin evindən çantanın içərisindən bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və 35 manat pul oğurlamış, lakin qeyd olunan digər əmlakları oğurlamamışdır. O, zərərçəkmiş şəxsin onun digər əmlakları da oğurladığını bildirməsinin səbəbini bilmir, ola bilsin, ondan vaxtilə aldığı pul məbləğinə görə ziyanın məbləğini çox göstərmişdir. O, oğurladığı 710 manat və 35 manat pulu özünün ehtiyacları üçün xərcləmişdir. Həmçinin oğurladığı həmin bir ədəd qızıl üzüyü və bir ədəd qızıl boyunbağını sataraq əldə etdiyi pulu özünün ehtiyacları üçün xərcləmişdir. O, zərərçəkmişə vurduğu ziyanı hazıradək ödəməmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç yerdə işləməmiş, fərdi qaydada evlərdə ustalıqla məşğul olub dolanmışdır. Zərərçəkmiş şəxs 2014-cü il tarixdən tanımışdır. Həmin dövrdə o, qeydiyyatda olduğu Xaçmaz şəhəri 28 May küçəsində yaşamışdır. O, Həzrənin sələmə pul verdiyini eşitmişdir. Bu səbəbdən o, 2014-cü ildə Həzrədən 80 manat pul almışdır. Bundan sonra onunla aralarında münasibət yaxınlaşmağa başlamışdır. O, Həzrənin yaşadığı evə ara-sıra gedib gəlmişdir. O, Həzrənin evinə sadəcə Həzrə olduğu zamanlarda getmişdir. O, 2015-ci ilin dekabr ayında ünvan 2 ünvanına köçmüşdür. Lakin köhnə yaşadığı küçəyə mütəmadi olaraq getmişdir. Həmçinin Həzrənin də yaşadığı evə getmişdir. 21 sentyabr 2022-ci il tarixdə o, Həzrənin məlumatı olmadan yaşadığı ünvana qonaq kimi getmiş, Həzrə ilə bir qədər söhbət etmək istəmişdir. Belə ki, həmin vaxt saat təxminən 21 radələri olmuşdur. Həzrə evin qapısından baxdıqda o olduğunu bilib qapını açmışdır. O, Həzrə ilə salamlaşaraq evinə daxil olmuşdur. Həzrə də həmişə olduğu kimi onun gəlişini normal qarşılamışdır. O, evə daxil olduqdan sonra evin tək olan otağındakı stolda əyləşmişdir. Həzrə ona bir fincan çay vermişdir. O, söhbət əsnasında Həzrəyə anasının maaş kartının olmasını, həmin kartı verəcəyi təqdirdə ona 500 manat pul verib verməyəcəyini soruşmuşdur. Həzrə isə cavabında özünün pulunun olmamasını ona bildirmişdir. Bundan sonra Həzrə hamama girmişdir. O isə otaqda qalmışdır. O, Həzrənin pulu gizlətdiyi yeri bilirmiş. Həzrənin hamamda olmasından istifadə edərək pulunu gizlətdiyi yerdən pullarını oğurlamaq qərarına gəlmişdir. O, ayağa duraraq qablar üçün nəzərdə tutulan rəfin orta gözündə qoyulan dəmliklərin (çayniklərin) və qabların içərisinə baxmışdır. Orada olan dəmliklərin ikisinin içərisində pulun olmasını gördükdə götürmüşdür. O həmin pulları birləşdirərək cibinə qoymuşdur. Daha sonra Həzrə ondan şübhələnməsin deyə yenidən otaqda oturaraq hamamdan çıxmasını gözləmişdir. Bir qədər sonra Həzrə hamamdan çıxmışdır. O yenidən bir fincan çay içmişdir. Bir qədər söhbət etdikdən sonra isə saat təxminən 23 radələrində Həzrə ilə sağollaşaraq evdən çıxmışdır. O, Xaçmaz şəhərində yerləşən Heydər Əliyev parkı yaxınlığında tanımadığı taksiyə əyləşərək öz yaşadığı evə getmişdir. O, evdə olduğu zaman həmin pulları saymış və Həzrənin evindən oğurladığı pulların ümumilikdə 710 manat olmasını bilmişdir. Belə ki, həmin pulun 2 əskinası 100 manatlıq, geriyə qalanları isə xatırladığı qədərilə 50, 20, 10, 5 və əksər hissəsi isə 1 manatlıq pullar olmuşdur. O həmin pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Həzrə onun mobil telefonuna sonradan zəng etsə də, o Həzrənin zəngini açmamışdır. Həmin oğurluqla bağlı polis şöbəsinə dəvət olunsa da, o, oğurluq etməsini boynuna almamışdır. Lakin sonradan polis əməkdaşlarının həmin oğurluqla bağlı ondan şübhələnmələrini bildiyindən o, Həzrənin yaşadığı evə gedərək polisdə olan şikayətini geri götürməsini istəmişdir. Lakin Həzrə şikayətini geri götürməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yenidən o Həzrənin evinə gedərək oğurluqla bağlı ərizəsini geri götürməsini xahiş etmişdir. Həzrə həmin vaxt onu yenidən evinə qəbul etmişdir. O, evə daxil olaraq yenidən evin tək olan otağında əyləşmişdir. Aralarında səmimiyyət olduğundan Həzrənin evində özü çay dəmləmişdir. O özünə çay süzərək içdiyi zaman Həzrə hamama daxil olmuşdur. O isə evdə hərəkət etdiyi zaman qapı ilə üzbəüz olan divarın aşağı hissəsində olan qutuların arxasında əl çantasının olmasını görmüşdür. O həmin vaxt yenidən oğurluq etmək fikrinə düşmüşdür. Daha doğrusu, 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda hər birini 100 manat müqabilində verdiyi 1 ədəd üzüyünü və 1 ədəd boyunbağısını Həzrənin çantasından götürmək istəmişdir. Bu məqsədlə o, əl çantasını açmış və orada olan topa qızılların arasından özünə məxsus olan 1 ədəd qızıl üzüyü və bir ədəd qızıl boyunbağını götürmüşdür. Həmçinin eyni çantada olan 30 manat pulu da götürmüşdür. Bundan sonra yenidən Həzrənin hamamdan çıxmasını gözləmişdir. Həzrə bir qədər sonra hamamdan çıxmışdır. Onlar bir qədər söhbət etdikdən sonra Həzrə yenidən ərizəsini götürmək istəmədiyini bildirmişdir. O bundan sonra yaşadığı evə geri qayıtmışdır. O, Həzrədən oğurladığı daha öncədən özünə məxsus olan bir ədəd qızıl üzüyü növbəti gün Xaçmaz şəhərində N.Nərimanov küçəsində yerləşən “Orxan” marketlə üzbəüz beşmərtəbəli binanın altında İlqar adlı şəxsə məxsus qızıl mağazasına 180 manata satmışdır. Bundan təxminən 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə boyunbağını da eyni qızıl mağazasına 160 manata satmışdır. Onun mobil telefonu olmadığından sonradan Həzrənin onu axtarıbaxtarmadığını bilməmişdir. O, qızılları sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. O, birinci dəfə Həzrənin evindən sadəcə 710 manat pul oğurlamışdır. Onun Həzrəyə daha öncədən 2000 manat borcu olduğundan, bəlkə də, Həzrə bilərəkdən oğurlanmış pulu 5000 manat və 100 ABŞ dolları kimi qeyd etmişdir. O hər iki oğurluğu tək törətmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs çantasından oğurladığı qızıllar, yəni bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı Həzrənin olmuşdur. O, keçmişdə həmin qızıllar özünə məxsus olsa da, sonradan hər birini 100 manat müqabilində Həzrəyə vermişdir. Yəni oğurluq etdiyi zaman artıq həmin qızıllar Həzrəyə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun ünvan 3 ünvanında yerləşən 1 otaqlı evi vardır. O həmin evdə tək yaşayır. Özü Xaçmaz rayon İcra Hakimiyyətində xadimə işləyir. Hər gün səhər tezdən saat 03 radələrində yaşadığı evdən çıxaraq Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsini süpürür. Hər gün saat 10 radələrində işini bitirərək yaşadığı evə geri qayıdır. Yenidən saat 14 radələrində işə gedərək saat beşdə evə geri qayıdır. O yaşadığı evdə mütəmadi olaraq öz çətin zamanları üçün pul yığır. O özü üçün təxminən 5000 (beş min manat) pul yığmışdır. Həmin pulu isə evin 3 ayrı yerində gizlətmişdir. Belə ki, 600-700 manat pulunu evin tək olan otağının qapısından girişdə solda yerləşən qablar qoyulması üçün nəzərdə tutulan rəfin altdan ikinci gözündəki iki ədəd çaynikin içərisində gizlətmiş, bundan başqa, 2930 manat və 100 ABŞ dollar pulunu qablar qoyulması üçün nəzərdə tutulan rəfin yanındakı paltar rəfinin sol üstdən 3-cü gözündə paltarların altında sellofan paketdə gizlətmiş, digər 1360 manat pulunu həmin otaqda qapıdan girişdə solda olan çarpayının sol hissəsində döşəyin altında sellofan paket içərisində gizlətmişdir. Belə ki, sonuncu dəfə 21 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində çaynikin içərisindən 15 manat götürərək bazara getmişdir. Həmin zaman onun pulu yerində olmuşdur. 22 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində yaşadığı evdən çıxaraq işə gedirmiş. Həmin zaman saat 03:16-da Əsli müəllimənin oğlu olan, əvvəllər onunla qonşu olmuş Təqsirləndirilən şəxs ona zəng etmiş və onun harada olmasını soruşmuş və Elman ona “mən sənin işlədiyin yerin yaxınlığındayam, səni görmürəm ki” deyə bildirmişdir. O isə Elmana küçənin baş hissəsində olduğunu bildirmişdir. Bundan sonra Elman mobil telefonunu söndürmüşdür. Həmin gün saat 09 radələrində işdən evə geri qayıtmışdır. O bir qədər evdə olduqdan sonra bacısıgilə qonaq getmək üçün evdən çıxmaq qərarına gəlmişdir. Belə ki, yol pulu olaraq çaynikdə saxladığı puldan götürmək üçün çayniki açmışdır. Bu zaman çaynikin içərisində saxladığı pulun olmadığını görmüşdür. O həmin vaxt dərhal digər pulları gizlətdiyi yerləri də yoxlamışdır. Bu zaman əmin olmuşdur ki, həqiqətən evində gizlətdiyi bütün pulları oğurlanmışdır. O dərhal bu barədə məlumat vermək üçün Xaçmaz rayon prokurorluğuna getmişdir. Oradan isə Xaçmaz RPŞ-yə gedərək oğurluq barədə məlumat vermişdir. Həmin vaxt polis əməkdaşları onun yaşadığı evə gələrək baxış keçirmişlər. Baxış zamanı o, evdən pulların oğurlandığı yeri polis əməkdaşlarına təqdim etmişdir. O, evində baş vermiş oğurluq hadisəsində Elmandan şübhələnmişdir, çünki Elman həmin hadisə baş verən gün ona zəng edərək harada olmasını soruşmuşdur. O, ilkin izahatında və baxış zamanı polis əməkdaşlarının onu səhv başa düşməsini, həqiqətən də pullarını 3 ayrı yerdə saxlamasını, həmçinin təxmini olaraq orta hesabla 5000 manatının oğurlanmasını bildirmişdir. Həqiqətdə ona məxsus olan oğurlanmış pulların miqdarı 5000 manatdan yuxarı olmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə işini daha tez bitirdiyindən yaşadığı evə 06 radələrində qayıtmalı olmuşdur. O həmişə evinin qapısını açarla kilidləyir. Həmin zaman evin qapısını açmaq istədikdə kilidin açıq olmasını, lakin qapının evin içərisindən çəkmə kilidlə bağlı olmasını bilmişdir. O bu zaman qapını açmaq istəsə də, aça bilməmişdir. Bir neçə dəqiqə sonra evin qapısı içəridən açılmış və evindən Təqsirləndirilən şəxs çıxmasını görmüşdür. O Elmandan evinə necə girməsini və yaşadığı evdə nə etməsini soruşduqda Elman soyuq olduğundan açıq olan evinin qapısından evinə daxil olmasını bildirmişdir. Lakin o Elmana inanmayaraq yenidən sual vermək istədikdə, Elman uzaqlaşmışdır. O həmin zaman Elmanın evindən oğurluq etməsini düşünüb evinin içərisində olan pullarını və qızıllarını yoxlamışdır. Həmin vaxt evində qapının girişi ilə üzbəüz divarın yaxınlığında yığılmış yataq avadanlıqlarının arxasında olan çantasından 1 ədəd qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağısının, 50 manat pulunun və həmçinin otağın qapısından girişdən solda olan çarpayısının sol hissəsində döşəyin altında saxladığı 500 manat pulunun oğurlanmasını bilmişdir. Bundan sonra polisə şikayət ərizəsi yazmışdır. Bundan öncə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı evdən baş vermiş oğurluğu da Təqsirləndirilən şəxs törətmişdir. Baş vermiş hadisi zamanı ona məxsus 8.8 qramlıq 583 əyar qızıl boyunbağı, 5 qramlıq 583 əyar qızıl üzük və 550 manat pul oğurlanmaqla maddi ziyan dəymişdir. O, qızıl boyunbağı və üzüyünü uzun illər bundan öncə almışdır. Qızıl üzüyü təxminən 170, boyunbağısı isə təxminən 190 manat dəyərində olmuşdur. Bu günkü dəyəri isə daha çox olmalıdır. O, 22 sentyabr 2022-ci il tarixdə mənzilinizdən baş vermiş oğurluq zamanı özünə məxsus olan evdəki qablar qoyulan rəfdə olan qablarda saxladığı pulun miqdarını dəqiq olaraq xatırlamasa da, həmin qablarda olan oğurlanmış ona məxsus pulların Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi kimi 710 manat kimi qəbul edilməsinə etiraz etməmişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasında qeyd olunan qiymətlərlə razıdır. O daha öncədən Elmangilə 2400 manat pulu borc olaraq vermiş, bugünkü günədək nə Elman, nə də anası Əsli həmin pulu geri qaytarmamışlar. Onun evindən oğurlanan pulların onun Elmangilə borc verdiyi 2400 manatla heç bir əlaqəsi yoxdur. Həmçinin bildirmişdir ki, o, həmin məbləğdə borc pulu təqsirləndirilən şəxsin uşağı xəstə olduğu üçün vermişdir, lakin təqsirləndirilən şəxs avtomobil almışdır. Elmanın onun evindən ikinci dəfədə oğurladığı 500 manat onun atasının pensiyası olmuş, atasının pensiya kartı onun özündə olur, 50 manatı və qızıl zinət əşyalarını isə toydan gələrkən çantasında saxlamışdır. O, beşmərtəbəli bina evində, birinci mərtəbədə yaşayır, mənzili birotaqlıdır. Onun mənzilinin açarı təqsirləndirilən şəxsdə olmamış, təqsirləndirilən birinci dəfə oğurluq etdikdən sonra o, qapının kilidini dəyişdirmiş, lakin təqsirləndirilən bundan sonra da qapını özündə olan hansısa vasitə ilə açmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı hazıradək ödəməmişdir. O, vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Sonuncu ilə aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Xaçmaz şəhər sakini kimi tanıyır. Elmanla da aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. O, icarə əsasında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Orxan marketlə üzbəüz beşmərtəbəli binanın birinci mərtəbəsində zərgər fəaliyyəti göstərir. Belə ki, o, qızıl zinət əşyalarının alışı və təmiri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat günortadan sonra Təqsirləndirilən şəxs onun iş yerinə gələrək ona qızıl üzük satmaq istədiyini bildirmişdir. O, Elmandan həmin qızıl üzüyün özünə məxsus olub-olmamasını soruşmuş, Elman isə təsdiq edərək onu inandırmışdır. O, Elmanı əvvəldən tanıdığından sözünə inanmışdır. Elmandan alış üçün şəxsiyyət vəsiqəsini istəmiş, lakin Elman şəxsiyyət vəsiqəsinin olmadığını bildirdiyindən o, Elmanın adını vərəqdə qeyd etmişdir ki, gələcəkdə lazım ola bilər. Həmçinin özünə həmin kağıza imza etdirmişdir. Bundan sonra razılaşdıqları kimi Elmana həmin qızılın müqabilində 180 manat pul vermişdir. Bundan iki gün sonra Elman yenidən onun işlədiyi yerə gəlmişdir. Elman bu dəfə isə özü ilə boyunbağı gətirmişdir. O yenidən həmin boyunbağının Elmanın olub-olmamasını soruşmuş, Elman isə yenidən ona boyunbağının özünün olmasını bildirmişdir. Bu dəfə də Elman özü ilə şəxsiyyət vəsiqəsi gətirmədiyindən o, Elmanın adını vərəqə əlavə etmişdir. Yenidən Elmana imza etdirmişdir. Həmin qızıl boyunbağının müqabilində isə Elmana 160 manat pul vermişdir. Bundan sonra onun Elmanla əlaqəsi kəsilmişdir. O, Elmanın həmin qızılları oğurlamasını polis şöbəsinə dəvət edildiyi zaman bilmişdir. Onun Elmandan aldığı boyunbağı və qızıl üzüyün əyar və çəkiləri yadında qalmamışdır. Həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxsin də ona satdığı qızıl zinət əşyalarının dəyərini qramına görə hesablayıb vermişdir, belə ki, onlar qızıl alanda qramına görə dəyərləndirib alırlar. Təqsirləndirilən şəxsin ona satdığı həmin qızıl zinət əşyaları artıq satılmışdır, ona həmin əşyaların oğurluq olması o, onları satdıqdan sonra məlum olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid, təqsirləndirilən şəxsin anası Şahid3 təqsirləndirilən şəxsin onun oğlu olduğunu bildirərək ifadə verməkdən imtina etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi üzdən tanıyır. Sonuncu ilə aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Elman da həmçinin Həzrəni tanıyır. Onun bildiyi qədərilə Elman və Həzrənin arasında hər hansı bir yaxın münasibət olmamışdır. Onun oğlu Həzrənin evindən pul və həmçinin heç bir şey oğurlamamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək oğlu Təqsirləndirilən şəxs evinə yenidən onun icazəsi olmadan daxil olduğunu, yenidən evindən qızıl zinət əşyaları və pul oğurlamasını bildirmişdir. O isə Zərərçəkmiş şəxs sakit olmasını, heç kimə şikayət etməməsini, özünün həmin pulu geri qaytaracağını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun sözünə inanmayaraq polisə şikayət etmişdir. Onun məqsədi Elmanın polis tərəfindən tutulmaması olmuşdur. Bu səbəbdən o, Həzrədən həm ilk oğurluqla bağlı şikayətini geri çəkməsini, həm də ikinci oğurluqla bağlı Elmandan şikayət etməməsini xahiş etmiş və ona dəyən ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Onlar eyni binada qalırlar. O, anası ilə binanın birinci blokunun 4-cü mərtəbəsində, Zərərçəkmiş şəxs isə 3-cü blokun birinci mərtəbəsində qalır. 21 sentyabr 2022-ci il tarixdə, saat təxminən 23:15-də futbol oynadığı Xaçmaz şəhəri ərazisində yerləşən “Avtobaza” yaxınlığındakı meydançadan çıxaraq Xaçmaz şəhərində yerləşən H.Əliyev parkında yerləşən İdeal adlı kafeyə futbol oynadığı Alik adlı məhəllə sakini ilə getmişdir. Onlar orada 22 sentyabr 2022-ci il tarixin 01 radələrinə kimi olmuşlar. Daha sonra kafe bağlandığından onlar oradan çıxaraq “Beynəlxalq bank”ın yaxınlığındakı marketə getmişlər.Aliki oradan evləri üçün çörək almışdır. Bundan sonra onlar yaşadıqları ev istiqamətində hərəkət etmişlər. Həmin zaman binalarının yaxınlığında bir nəfər şəxsin tək olaraq oturmasını görmüşlər. Onlar küçələrində olan şəxsin kim olması ilə maraqlanmaq üçün yaxınlaşmışlar. Yaxınlaşdıqları zaman həmin şəxsin daha öncədən onların binalarının yaxınlığında yaşayan soyadını və ata adını bilmədiyi Elman adlı şəxs olmasını görmüşlər. Onlar Elmanla salamlaşmışlar. Onlar bir qədər söhbət etdikləri zaman onların yanlarına üzdən tanıdığı, lakin adını bilmədiyi təxminən 20-li yaşlarda olan oğlan onları tanıdığından onlara yaxınlaşmışdır. Həmin zaman Elman həmin oğlana pul verərək siqaret almasını tapşırmışdır. Həmin şəxs gedərək onların daha öncədən girdikləri marketdən siqaret almışlar. Onlar isə Elmanla söhbət etdikləri zaman “nə edirsən burada” sulalına “gedirəm evə” deyə cavab vermişdir. Bir qədər sonra bayaqkı şəxs gələrək Elmanın siqaretini vermişdir. Siqaret alan şəxs içkili olmuşdur. Belə ki, onlar Elmanı daha öncədən marketin qarşısında “Go” spirtli içkisi içdiyi zaman görmüşlər. Onlar Elmanın siqaretindən götürdükdən sonra Alik evlərinə getmişdir. Onlar isə təxminən 5 dəqiqə Elmanla söhbət etdikdən sonra Elman “Beynəlxalq bank”ın yaxınlığındakı bazar tərəfə getmişdir. O isə orada peşə məktəbinin həyətindən keçərək yaşadığı binaya getmişdir. Elman daha öncədən onların yaxınlıqlarında yaşamışdır. Daha sonradan isə Elman onların küçəsinə köçmüşdür. Elmanı uşaqlıq zamanlarından tanıyır. Elmanla hər hansı bir düşmənçilikləri və ədavətləri olmamışdır. Bəzi zamanlarda Elman böyüdüyü küçəyə ara-ara gəlmişdir. Onlar Elmanı gördükləri zaman üzərində hər hansı bir əşya görməmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il saat 13 radələrindən xx.xx.2022-ci il saat 09 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanından onun çayniklərin içərisində qoyub saxladığı beş min manat pullarının oğurlanması barədə bildirmiş, həmin şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baxış keçirilmiş, Baxış zamanı Zərərçəkmiş şəxs oğurlanmış pulların həmin evdən oğurlananadək mövcud olmuş yerlərini göstərmişdir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs oğurlanmış qızıl zinət əşyalarının və pulların həmin evdən oğurlananadək mövcud olmuş yerlərini göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 24 yanvar 2023-cü il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində və xx.xx.2023-cü il tarixində iş üzrə zərərçəkmiş şəxsin ünvan 5 ünvanından oğurluq etməsi ilə bağlı ifadəsi həmin ünvanda yerində yoxlanılmış və əmlakları oğurladığı yerləri əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli, 9/842 nömrəli rəyindən, həmçinin həmin rəyi vermiş ekspert X3 ifadəsindən müəyyən edilir ki, 1 ədəd 583 əyar, 8.8 qramlıq qaşsız qızıl boyunbağının 2023-cü ilin yanvar ayına olan orta bazar qiymətinin 704 manat və 1 ədəd 583 əyar 5 qramlıq qızıl üzüyün 2023-cü ilin yanvar ayına olan orta bazar qiymətinin 400 manat olmaqla ümumilikdə 2 adda qızıl zinət əşyalarının qeyd olunan tarixə nəzəri qaydada dəyərlərinin 1104 manat olması müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, 20 fevral 2023-cü il tarixli 9/842 saylı rəyində qızıl zinət əşyalarının “2022-ci ilin iyun ayına olan orta bazar qiyməti” sözü “2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti” kimi qəbul ediİməsi, yazılması və oxunması qərara alınmışdır. İş materiallarında olan “Kapital Bank” tərəfindən verilmiş valyuta məzənnələrinə dair 22 sentyabr 2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, 1 ABŞ (USD) dolları Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixinə olan məzənnəsinə əsasən 1.70 manat dəyərində olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, Şahid3 barəsində həmin Məcəllənin 177-ci, Şahid4 barəsində isə həmin Məcəllənin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində ittihamda qeyd olunan əmlakların hamısını deyil, bir qismini oğurlaması barədə bildirdiyi xüsusata tənqidi yanaşaraq, ifadəsindəki bu xüsusatın təqsirləndirilənin özünü müdafiə xarakteri daşıdığı, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-17/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən çıxarışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs bir az yaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından, həmçinin Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-17/2023 saylı hökmündən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməllərini həmin hökmün qanuni qüvvəyə minməsindən əvvəl, yəni xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də onun 2022-ci ilin aprel ayından digər cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq 2022-ci ilin sentyabr ayından hazırkı iş üzrə cinayət əməlini törətməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-17/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Xaçmaz rayon məhkəməsinin hökmü ilə ona qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)- 17/2023 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs, barəsində olan digər hökmə əsasən həbs qətimkan tədbiri seçilərək ona cəza təyin edilmiş və o, 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan digər hökmə əsasən həbs qətimkan tədbiri seçilməklə ona cəza təyin edilərək cəzaçəkmə müəssisəsində çəsanının çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz rayon məhkəməsinin 1(067)-17/2023 saylı 11 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin olunmuş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 1(067)-17/2023 saylı 11 yanvar 2023-cü il tarixli hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzasının çəkilməsinin həmin tarixdən hesablanması ilə əlaqədar, hazırkı cinayət işi üzrə barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-91/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-91/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver