Məhkəmə qərarları › İş №1(067)-91/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-91/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-91/2024 03.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxxx 1999-cu ildə Xaçmaz rayonu, Çaykənarı kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmayan, Xudat şəhəri, 1-ci şöbədə qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq kustar üsulla hazırlanmış 14,18 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, qurudulmuş marixuananın 7,46 qramını 03 dekabr 2023-cü il tarixdə, axşam saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı Məhəllə adlanan ərazidə tanışı Şahid3 10 manata satıb qalan hissəsini isə üzərində saxlamış, bu fakt Xaçmaz Rayon Polis X11 bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü ıl tarixdə Şahid3 Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində saxlanılıb həmin tarixdə saat 19:55-dən 20:04-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında Şahid3 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd kağız bükümdə, təmiz çəkisi 7,46 qram olan qurudulmuş marixuana aşkar edilməklə, habelə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, S.Rəhimov küçəsində saxlanılıb saat 23:45-dən 23:55-dək olan müddətdə Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,72 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, S.Rəhimov küçəsi, 12 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi qaydada günəmuzd işlər görüb pul qazanır. Atını çölə bağlamaq üçün getmiş və orada çobanların istirahət etmək üçün olan bisetkada oturub istirahət etdiyi zaman bir bükülü tapmış və onu cibinə qoyaraq Xudat şəhərinə gəlmişdir. Xudat şəhərində onun qarşısına tanışı Şahid3 çıxmışdır. O, Əlidən çöldən tapdığı bükümü göstərmiş və oun içərisində nə olduğunu soruşduqda, Əli ona “bu nəişədi, sən bunu hardan tapmısan»? soruşmuşdu. O, da Əliyə tapdığı yeri demişdir. Əli ona yalvarmış və demişdir ki, «onsuzda çəkmirsən, onu verdə mənə sənə 10 manatda pul verərəm».O, Əlinin nəişəyə görə ona vermək istədiyi 10 manat pulu istəmədikdə, sonuncu mağazaya keçərək hərəsinə bir bizon almış və bükülünü ondan götürmüşdür. Sonra ona demişdir ki, «çəkmək istəyirsənsə gəl çekək bir yerdə». O, da ona çəkməq istəmədiyini bildirdikdə, Əli ona «nolub, qız kimisən, gəl bir iki tüstü dartda səndə».Bundan sonra o, Əlidən nəişəni alaraq üç dənə tüsdü dartmışdır. Sonra isə onu Polis Bölməsinə çağırmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, S.Rəhimov küçəsi ev 12-də ailə üzvləriylə birlikdə yaşayır, rəsmi olaraq işləməsə də, fərdi qaydada günəmuzd işlər görüb pul qazanır. Narkotik vasitə əvvəllər bir neçə dəfə istifadə etmişdir. 02 dekabr 2023cü il tarixdə saat 15 radələrində Xudat şəhəri dəmir yolu vağzalının yaxın ərazidə gəzişərkən yerdə 1 ədəd sellofan büküm olduğunu görərək yerdən götürüb həmin bükümə açaraq baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni elə tapdığı formada əyinindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur, hətta bir dəfə də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə olduğu zaman Şahid3 ona zəng edərək marixuana istədiyi bildirmişdir. Şahid3 onun tanışı olduğundan, onun üçün narkotik vasitə təşkil edəcəyini demişdir. O, Əli ilə həmin gün təxminən bir saat sonra, elə axşam saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı məhəllə adlanan ərazidə görüşmüşlər və o, Şahid3 üzərində olan narkotik vasitə qururdulmuş marixuananın bir hissəsni təqribən yarısını 10 manat pul müqabilində satmışdır, qalan hissəni isə üzərində saxlamış ki, özü istifadə edər. O, pulu Əlidən aldıqdan sonra mağazaya girmiş, özü üçün bizon almış, ikisi də içmişdir. Bundan sonra Əlidən ayrılaraq yaşadığı evə gəlmişdir. Ertəsi gün, yəni 04 dekabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, S.Rəhimov küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və narkotik vasitələri qanunsuz olaraq ələd etməkdə, daşımaqda və satmaqda şübhəli olduğu üçün onu Xudat PB-yə dəvət etmişlər. O. da polis əməkdaşlarına etiraz etməmiş, polis əməkdaşlarında üzərində narkotik vasitənin olmasından və Əliyə satmağından məlumatlarının olduğunu düşünüb boynuna almamağın mənasız olmasını bilmişdir, buna görə onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə Xudat PB-yə gəlmişdir. Xaçmaz RPŞ-nin Xudat PB-də təhqıqatçı tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. O, etiraz etməkdikdən sonra Xudat PB-də üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Nadir Lalayevin iştirakı ilə vidoçəkilişlə keçirilən şəxsi axtarış zamanı o, özü könüllü olaraq əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellafon bükümü çıxararaq təqdim etmişdir və içərisində narkotik vasitə olan qurudlmuş marixuana olmasını bildirmişdir. Həmin sellafon bükümün içərisinə baxılan zaman qurudulmuş marixuana aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq o, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən tapdığını və qurudlmuş marixuanadan bir hissəsini xx.xx.2023- cü il tarixdə Şahid3 10 manat pul müqabilində satdığını qalan hissəsini isə üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin zərfdə imza etmişlər. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmüş marixuananı o, tapmış, heç kimdən almamışdır. O, ilk dəfə idi kiməsə narkotik vasitə satmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Şahid3 narkotik vasitələrin satışı lə məşğul olmasını heç vaxt eşitməməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, X12 Şahid3 narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. Bu barədə rapotla rəhbərliyə müraciət etdi və əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna onunla birlikdə Şahid2 Xapolad oğluda daxil olmuşdur.Dekabr ayının 2-də axşam saat 17:00 və ya 18:00-da biz Şahid3 saxlayaraq Polis Bölməsinə gətirmişlər. X10 təhqiqatçı X13 Nuriyevin üzərinə baxış keçirərkən siqaret qutusunun içərisində bir büküm marixuana aşkar olunaraq götürüldü. Şahid3 həmin narkotik vasitəni hardan əldə etdiyi soruşduqda, o, onlara Əhməd adlı şəxsdən 10 manata aldığını bildirmişdir.Bundan sonra onlar tərəfindən yenidən əməliyyat qrupu yaradıldı. Ondan sonra axşam saat 22:00 və ya saat 23:00 radələri olardı Təqsirləndirilən şəxs saxlayaraq X12 gətirmişlər. X7 Xurşudov özü etiraf etmişdir ki, narkotik vasitəni Şahid3 verib. Şahid Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhər sakini Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Şahid3 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışam Əməliyyat məlumatı əsasında onlar Şahid3 Xudat şəhəri, Nəsimi küçəsində olduğunu müəyyən etmişlər və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmin yerdə Şahid3 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Xudat PB-nə dəvət etmişlər. Şahid3 etiraz etməyərək onlarla birlikdə Xudat PB-nə gəlmişdir. Yolda gələrkən Şahid3 hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanlıs qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin X10 Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenant Kamran Zeynalov tərəfindən Şahid3 şübhəli şəxs qismində tutularaq müdafiəç ə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış apa' acağ izah olunmuş və Şahid3 şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Kamran Zeynalov tərəfindən Şahid3 qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Şahid3 könüllü oluraq əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə olmasını bildirmişdir. Həmin 01 ədəd kağız bükümün içərisinə baxış keçirən zaman narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid3 həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhər sakini olan Əhməd adlı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid3 üzərindən aşkar edilən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Şahid3, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Şahid3, o və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Bundan sonra verilmiş əməliyyat tapşırığının icrası zamanı Şahid3 narkotik vasitəni satan şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyyən olunmuşdur. Əməlliyat tədbirlərinin keçirilməsinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri S.Rəhimov küçəsində saxlanılaraq Xudat PB-yə gətirilmişdir. X10 Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd seilafon bükümünü çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin 01 ədəd bükümün içərisinə baxılan zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər küdə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən tapdığını, narkotik vasitənin bir hissəsini xx.xx.2023- cü il tarixdə Xudat şəhər sakini Şahid3 10 manata satdığını bildirmışdiı. Əhı ı əd Xurşudovun üzərindən aşkar edilən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Şahid3 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla arlarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, tutulmamışdan bir neçə gün qabaq Əhmədlə yolda rastlaşmış və söhbət əsnasında Əhməd ona «bələ bir şey var məndə» bildirmişdir. Sonradan o, Əhmədə zəng edərək görüşmüş və 10 manat pul verərək nəişəni götürmüşdür. Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, narkotik vasitə əvvəllər cəmi 1- 2 dəfə qəbul etmişdir. Tanışı Təqsirləndirilən şəxs narkotik vasitə marixuanası olmasından xəbərdar olmuş, buna görə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Əhmədə zəng edərək onunla görüşmək və marixuana almaq istədiyini demişdir. Əhməd də buna etiraz etməmiş, onun üçün narkotik vasitə təşkil edəcəyini demişdir. O, təxminən bir saat sonra, Əli ilə axşam saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı Məhəllə adlanan ərazidə görüşmüşdür. Əhməd üzərindəki narkotik vasitə marixuananı çıxarıb bir hissəsini ayırıb ona vermişdir. O, da Əhmədə buna görə 10 manat pul vermişdir. Narkotik vasitəni Əhməddən alandan sonra mağazadan bizon alıb içmişlə və sonra o, çıxıb getmişdir. Həmin narkotik vasitəni də üzərində saxlamışdır ki. nəvaxtsa istifadə edər. Ertəsi gün, yəni 04 dekabr 2023-cü il tarixdə, saat 18:00-da Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində piyada gəzən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və onun üzərində narkotik avsitə olması barədə məlumatlı olmalarını deyərək onu Xudat PByə dəvət etmişlər. O, da razılaşıb onlarla Xudat PB-yə getmiş və ona dövlət hesabına vəkil təqdim etmişlər. Daha sonra vəkilin iştirakı ilə üzərinə video çəkilş ilə şəxsi axtarış prosesi həyata keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunu çıxarıb içərisində narkotik vasitə marixuana olmasını demişdir. O, həmin narkotik vasitə olan marixuana kütləsini Xaçmaz rayonu, Xudat şəhəri, sakini Əhməd adlı şəxsdən 10 manat müqabilində aldığını demiş və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar edilmiş marixuana kütləsi onun və vəkilinin iştirakı ilə içərisi boş olan kağız konvertə qoyularaq ekpertizaya təqdim etmək üçün qablaşdırılmışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzalarıla təsoiq edilmişdir. Əlavə olaraq göstərmişdir ki, O, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir qanunsuz hərəkət olunmamışdır. Təqsirləndirilən şəxs başqa kiməsə narkotik vasitə satması barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid2 bildirdi ki, o, təqsirləndirilən şəxs olan Şahid3 şübhəli şəxs qismində tutulmasında iştirak etmiş və onun üzərində axtarış aparılarkən üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasında iştirak etməmişdir. Şahid Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhər sakini Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Şahid3 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışam Əməliyyat məlumatı əsasında onlar Şahid3 Xudat şəhəri, Nəsimi küçəsində olduğunu müəyyən etmişlər və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmin yerdə Şahid3 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Xudat PB-nə dəvət etmişlər. Şahid3 etiraz etməyərək onlarla birlikdə Xudat PB-nə gəlmişdir. Yolda gələrkən Şahid3 hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanlıs qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin X10 Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenant Kamran Zeynalov tərəfindən Şahid3 şübhəli şəxs qismində tutularaq müdafiəç ə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış apa' acağ izah olunmuş və Şahid3 şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Kamran Zeynalov tərəfindən Şahid3 qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Şahid3 könüllü oluraq əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə olmasını bildirmişdir. Həmin 01 ədəd kağız bükümün içərisinə baxış keçirən zaman narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid3 həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhər sakini olan Əhməd adlı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid3 üzərindən aşkar edilən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Şahid3, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Şahid3, o və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Bundan sonra verilmiş əməliyyat tapşırığının icrası zamanı Şahid3 narkotik vasitəni satan şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyyən olunmuşdur. Əməlliyat tədbirlərinin keçirilməsinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri S.Rəhimov küçəsində saxlanılaraq Xudat PB-yə gətirilmişdir. X10 Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd seilafon bükümünü çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin 01 ədəd bükümün içərisinə baxılan zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər küdə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən tapdığını, narkotik vasitənin bir hissəsini xx.xx.2023- cü il tarixdə Xudat şəhər sakini Şahid3 10 manata satdığını bildirmışdiı. Əhı ı əd Xurşudovun üzərindən aşkar edilən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Şahid3 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla arlarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə hesab edir ki, şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid2 ibtidai istintaqda verdiyi ifadədən fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə ziddiyətli ifadə olduğundan həmin ifadə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan çibindən 01 ədəd bükülmüş selofan bağlamada narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 03 fevral 2024-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə məhkəmə-bioloji ekspertizasına dair 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1651 nömrəli ekspert rəyində göstərilmişdir ki, üzərində “Nuriyevin üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 7,46 qram və üzərində “Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 6,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannalxs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Marixuananın ümumi çəkisi - 14,18 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram) qalıq - 14,08 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 290 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə hallarıolub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlaməıləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Xurşudov X4 xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 11 dekabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, aşkar edilmiş və təhqiqatdan sonra qalan 14,08 qram qalıqları 02 (iki) ədəd kağız zərfə qablaşdırılmış qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulmadan azad edilməsi və şübhəli şəxs qismində statusuna xitam verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 4(067)-152/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və istintaq müddətinin sonunadək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)- 91/2024 saylı qərarından və Xaçmaz rayon Polis Şöbəsi tərəfindən daxil olmuş axtarışda olan şəxsin tutulması haqqında 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 09 may 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsn məhkum olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏDnin nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görürün ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Xudat şəhəri 1-ci şöbə adlanan ünvanda ailəsi iə birgə yaşayır. Subaydır. Hərbi xidmətdə olub. Yaşadığı müddətdə onun haqqında Xudat şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq kustar üsulla hazırlanmış 14,18 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, qurudulmuş marixuananın 7,46 qramını 03 dekabr 2023-cü il tarixdə, axşam saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı Məhəllə adlanan ərazidə tanışı Şahid3 10 manata satıb qalan hissəsini isə üzərində saxlamış, bu fakt Xaçmaz Rayon Polis X11 bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü ıl tarixdə Şahid3 Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində saxlanılıb həmin tarixdə saat 19:55-dən 20:04-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında Şahid3 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd kağız bükümdə, təmiz çəkisi 7,46 qram olan qurudulmuş marixuana aşkar edilməklə, habelə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, S.Rəhimov küçəsində saxlanılıb saat 23:45-dən 23:55-dək olan müddətdə Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,72 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı təqsirli əmələ görə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 8 saylı qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və o, məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu iş üzrə toplanmış digər sübutlarla: şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə yanaşı qiymətləndirərək, uydurulmuş dəlil kimi rədd edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 09 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonra qalan qalıqları 02 ədəd kağız bağlamalar məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmis iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, 07 dekabr 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixədək 2 ay 29 gün ev dustaqlığı müddəti ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 09 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonra qalan qalıqları 02 ədəd kağız bağlamalar məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmis iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : NƏRMİN ABİYEVA.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar