Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-91/2025 14.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Xaçmaz rayonunun, Yeni-Sudur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun, Yeni- Sudur kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 22:30 radələrində, Xaçmaz rayonu, Yeni-Sudur kəndindən Pirquluoba kənd yoluna 40 metr şimal istqamətdə yerləşən evdə yaşayan Təqsirləndirilən şəxs yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs ilə ailə məişət zəmnində aralarında baş vermiş mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs qəsdən yumruq ilə sifət nahiyəsinə və boynunun ənsə nahiyəsinə vurub yerə yıxaraq sonuncuya boynun və sağ sifət nahiyəsinin qançırları qismində sağlamlığa zərər vurmayan, ənsə nahiyəsinin hematoması qismində sağlamlığa qəsdən yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təstiqləyərək bildirmişdir ki, Xaçmaz rayonu, Yeni-Sudur kəndində yaşayır. Daimi olaraq heç bir yerdə işləmir və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, barəsində şikayət ərizəsi ilə müraciət edən Zərərçəkmiş şəxs onun gəlinidir, Kifayət ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, təxminən 6 ay bundan öncə, 2024-cü ilin yay aylarında bağırsaq əməliyyatı keçirmişdir. Əməliyyat olunmamışdan öncə şəxsi işlərini Özü görmüşdür. Lakin əməliyyat olunduqdan sonra ağır işlər görə bilməmiş və ona ailə üzvləri köməklik etmişdir. Təxminən 01 aydır ki gəlini ilə aralarında mübahisə olmuşdur. Belə ki, səhhəti ilə bağlı şəxsi işlərini özü edə bilməmiş və gəlini Kifayətdən ona kömək etməsini xahiş etmişdir. Kifayət, ara-sıra ona narazılığını bildirərək, onun işlərinə köməklik etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 09 radələrində oğlu Fərhad evdən çıxaraq iş yerinə getmişdir. Fərhad saat 01 radələrinədək işdə olmuş və həmin müddət ərzində o, gəlini və nəvələri ilə birlikdə evdə qalmışdır. Axşam təxminən 22 radələrində yaşadığı ünvana çörək, spirtli içki və kolbasa alaraq gəlmişdir. Evdə olan zaman gəlini onunla mübahisə etməyə başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs spirtli içki içməməyini və yaşadıqları ünvana səliqəli saxlamağını bildirmişdir. O, Kifayətə şəxsi işlərini görməkdə çətinlik çəkdiyini ona yemək bişirməkdə və geyimini təmizləməkdə kömək etməsini bildirmişdir. Kifayət, onun ilə pis rəftar edərək, onun üçün heç bir görməyəcəyini bildirmişdir. O, Kifayətin bu sözlərindən əsəbiləşərək saat təxminən 22:30 radələrində Kifayətin sağ sifət nahiyəsinə bir dəfə yumruq ilə vurmuşdur. Sonra Kifayət yerə yıxılmışdır. Həmin vaxt evdə heç kəs olmamışdır, belə ki, nəvələri öz otaqlarında yatmışlar. Daha sonra Kifayətin xx.xx.2025-ci il tarixdə onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etməsi barədə məlumat almışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ifadə verərək bildirmişdir ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Yeni-Sudur kəndində yaşayır. Artıq 1 ildir ki, yaşadığı ünvanda qayınatası Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edir və spirtli içki qəbul edərək mübahisələr yaratmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 22:30 radələrində o, Xaçmaz rayonu, Yeni-Sııdur kəndində yerləşən evinin mətbəxində olan zaman qayınatası Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmişdir. Təqsirləndirilən şəxs mətbəxə daxil olmuş və orada olan divanda əyləşmişdir və ona nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Cəfərə evi tərk etməsini və evdə nalayiq ifadələr işlətməməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, ayağa qalxaraq onun üzünün sağ nahiyəsinə yumruq zərbəsi endirmiş, başının ənsə hissəsinə də vuraraq yerə yıxmışdır. O, çətinliklə də olsa, evdən çölə çıxararaq qapını kilidləmiş və Xaçmaz RPŞ-nin əməkdaşlarına zəng edərək məlumat vermişdir, sonra onlar yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, qayınatası Təqsirləndirilən şəxs onu döyməsinə övladları və ya başqa şəxslər şahidlik etməmişdirlər. Hadisə baş verən zaman azyaşlı övladları evin digər otağında yatmışdırlar. Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X3 Şəxsin Xaçmaz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 87 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematoması, boynun və sağ sifət nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2025-ci il tarixinə uyğun gəlir və ənsə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, boynun və sağ sifət nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 14 fevral 2025-ci il tarixli protokolundan görünür ki, baxış keçirilən yer Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətidir. Həmin ev Yeni-Sudur kəndi ərazisində Xaçmaz rayonu, Pirquluoba kənd yolunun 40 metr şimal istiqamətində yerləşir Fərdi yaşayış evinin kənarları açıq vəziyyətdədir. Evin giriş qapısı dəmir materialdandır. Dəmir qapını açdıqda ağ rəngli plastik qapıda vardır. Fərdi yaşayış evi bir mərtəbəli olmaqla mişar daşından tikilmiş, bir divarı yaşıl rənglə boyanmış bir divarı isə suvaqlanmışdır. Geri qalan divarlar suvaqsızdır. Evə daxil olduqda 2*3 ölçüdə dəhliz və oradan mətbəxə və otaqları keçmək üçün qapı vardır. Qapı plastik materialdan ibarət olmaqla bir laylıdır. Ev 03 otaq olmaqla, girişlə üzbəüz mətbəx yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Pirquluoba inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs çalışqandır, zəhmətsevəndir. Onun kənd camaatı arasında hörməti vardır. Yeni-Sudur kəndinin ictimai işlərində fəal iştirak edir. Pirquluoba nümayəndəliyinə onun haqqında heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materiallarında olan 05 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydasında verilmiş ərizəsindən görürünr ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur və təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-91/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-91/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver