Məhkəmə qərarları › İş №1(067)-92/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-92/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-92/2023 03.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Əliyeva (Əskərova) Aybəniz İslam qızının, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh (borclu) kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları - xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Əliyeva (Əskərova) Aybəniz İslam qızına ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-879/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5231 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əliyeva (Əskərova) Aybəniz İslam qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi ilə bağlı zərərçəkmişə verməli olduğu 5231 manat aliment borcunu hazırda tamamilə ödəmişdir. O, ifadəsinə əlavə olaraq heç nə bildirmək istəmir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirmişdir ki, onun iş üzrə zərərçəkmişə verməli olduğu 5231 manat aliment borcu 2021ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayınadək yığılaraq yaranmışdır. Alimenti ödəməməsinin səbəbi iş yerinin olmaması olmuş, o, iş üçün məşğulluq mərkəzinə müraciət etmiş, lakin oradan ona iş təklif edilməmişdir. Zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödəmiş, zərərçəkmişlə barışmış, ona görə də barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Əliyeva (Əskərova) Aybəniz İslam qızı ilə 2005-ci il tarixdə el adət-ənənəsi üzrə evlənmiş, lakin rəsmi nikaha 2010-cu il tarixdə daxil olmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Əskərova Aysel və xx.xx.2010-cu il təvəllüdlü Əskərzadə Nihad adlı övladları olmuşdur. Onlar uzun zaman mehriban və xoşbəxt ailə şəraitində yaşamışlar. Lakin sonradan onların ailə münasibətləri çox pis olmuşdur. Belə ki, onunla xasiyyəti uyğun gəlmədiyi üçün tez-tez aralarında mübahisələr yaranıb. Bu səbəbdən də Aybəniz Əliyeva 2020-ci il tarixdə nikahın ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-879/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat məbləğində sabit alimenti Əliyeva (Əskərova) Aybəniz İslam qızının xeyrinə ödəməlidir. Sözü gedən qətnamə icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Yaranmış aliment borcunu ödəmədiyinə görə icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıqlar edilmiş, izahatı alınaraq qanunvericiliyin tələbi izah olunmuşdur. Bundan əlavə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 gün müddətinə inzibati qaydada həbs olunmasına və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5231,00 manat məbləğində aliment pulunu maddi imkanı olmadığına görə ödəməmişdir. Hazırda rəsmi iş yeri yoxdur. Hal-hazırda Xaçmaz şəhərində fərdi qaydada maşın ustası kimi işləyir. Orta hesabla aylıq gəliri 400-500 manat olur. Hazırda aliment borcundan heç bir ödəniş etmir. Məhkəmə qətnaməsi üzrə yaranmış 5231 manat aliment borcunu ödəmədiyi üçün elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Əliyeva (Əskərova) Aybəniz İslam qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ona alimentlə bağlı ödənişləri lazımınca etməmiş, alimentlə bağlı az-az, 30-40 manat olmaqla ödənişlər etmiş və təqsirləndirilən şəxsin 2022-ci ilin oktyabr ayınadək ona 5231 manat aliment borcu yaranmışdır. Hazırda isə təqsirləndirilən şəxs aliment borcunun məbləği olan 5231 manatı ona tam olaraq ödəmişdir, lakin təqsirləndirilən ona 2023-cü ilin iyun ayından aliment ödəməlidir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci ilədək yaranmış aliment borcunu ona ödəmiş, onun təqsirləndirilənə qarşı şikayəti yoxdur, təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsinə və barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Əliyeva (Əskərova) Aybəniz İslam qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, O Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə el adətənənəsi üzrə evlənmişlər, lakin rəsmi nikaha 2010-cu il tarixdə daxil olmuşlar. Birgə nikadan xx.xx.2006-cı il təvəllüdlü Əskərova Aysel və xx.xx.2010-cu il təvəllüdlü Əskərzadə Nihad adlı övladları dünyaya gəlmişdir. Uzun zaman mehriban və xoşbəxt ailə şəraitində yaşamışlar. Lakin sonradan ailə münasibətləri çox pis olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öncə Rusiya Federasiyasına, daha sonra isə Türkiyə Respublikasına getmişdir. Bu səbəbdən də 2020-ci ildə nikahın ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-879/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları - xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5231 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunan aliment borcunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, əks halda, Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun tədbir görülməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)- 879/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 25 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X8 verilməlidir. Qeyd olunan icra sənədi üzrə Xaçmaz rayon icra və probasiya şöbəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. İcra sənədinin icrası ilə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilsə də, tələb yenə icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2022-ci il tarixdə onun axtarılması barədə qərar qəbul edilmiş və icra olunması üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tapılaraq Xaçmaz rayon icra və probasiya şöbəsinə gətirilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə əməl etməyərək məhkəmə qərarının icrasından yayındığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 3(067)-1297/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs 07 (yeddi) gün inzibati həbs inzibati tənbeh növü təyin edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Həmçinin Xaçmaz Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs tələbkar X5 xeyrinə qeyd olunan icra sənədi üzrə 5231 manat məbləğində vəsaitin ödənilməsindən yayınmışdır. Bu səbəbdən də tələbkar X2 rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs icra şöbəsində aliment borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, lakin tələbkar borcu birdəfəyə tam olaraq ödənilməsini tələb etdiyindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-879/2021 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 25 fevral 2021-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 170 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-879/2021 saylı icra vərəqəsinin və Xaçmaz rayon icra və probasiya şöbəsinin 03 mart 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-879/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-879/2021 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. “Bildiriş” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2021 və xx.xx.2022-ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, izahatlarında xx.xx.2021-ci il tarixli 2(001)-879/2021 saylı icra sənədinə əsasən tələbkar Aybəniz Əskərovaya olan aliment borcunu ödəməli olduğunu, bir müddət Azərbaycan Respublikasında olmadığını, yaranmış aliment borcunu, maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini, gələcəkdə ödəyəcəyinə söz verdiyini bildirmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2021ci il tarixli 2(001)-879/2021 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı, həmçinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən və “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Akt-ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Xaçmaz rayonunun Qaraçı kəndində olmuş, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs sonuncu yaşayış yerində yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilərək axtarış işi açılmışdır. İş materiallarında olan icra və probasiya şöbəsinin təqdimatının və Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-108/2022 saylı qərardadının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Binəqədi rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-879/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin inzibati xəta haqqında 12 avqust 2022-ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-1297/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Əskərov X12 rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-879/2021 saylı icra sənədini qərəzli olaraq icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Əskərov X13 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin 29 avqust 2022-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati həbs tənbehindən sonra ona yaranmış aliment borcunu ödəməsi üçün 10 gün müddətə yeni müddət təyin edilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən çıxarışın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan X6 X4 filialının 26 aprel 2022-ci il tarixli cavab məktubunun surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Əskərov X3 elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 24 aprel 2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Əliyeva (Əskərova) X11 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Binəqədi rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(001)- 879/2021 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün sonuncunun barəsində cinayət işinin açılmasını xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Əliyeva (Əskərova) Aybəniz İslam qızı Təqsirləndirilən şəxs xx.xx.2022-ci ilədək yaranmış 5231 manat məbləğində aliment borcunu ona ödədiyini, onun təqsirləndirilənə qarşı şikayətinin olmadığını bildirərək, təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsinə və təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödədiyini, zərərçəkmişlə barışıq əldə olunmasını bildirərək təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2022-ci ilədək yaranmış öhdəliyini (ödəməli olduğu məbləği) ödəməklə qətnaməni icra etməsini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışıq əldə etdiklərini, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar