Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-92/2025 01.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Anar Mürsəliyev küçəsi (Bünyatzadə küçəsi), ev 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs vəzifədə işləyən qohumları vasitəsi ilə sonuncunun tanışı Şahid1 “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” pubik hüquqi şəxsin Təcili və X5 xidmətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 1050 manat, xx.xx.2024-cü il tarixdə saat 19:13-də Sabirabad rayonu, Ulacalı kəndində yerləşən “Ənnağı” marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsilə 200 manat, 21 iyun 2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 49 manat, 26 iyun 2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 10 manat, 27 iyun 2024-cü il tarixdə 18:00-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yeləşən “Saf marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsilə 50 manat pul vəsaitini özünə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6273-2232 nömrəli bank kartına köçürülməsinə nail olub, habelə 2024-cü ilin iyun ayının sonlarında Xaçmaz şəhəri. Nəriman Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin Xaçmaz filialının qarşısında 1000 manat, 2024-cü il tarixdə iyul ayının əvvəllərində günorta saatlarında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 3252 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs şəxsən alıb, həmçinin 05 iyul 2024-cü il tarixdə səhər saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 9 manat, 06 iyul 2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 40 manat, 08 iyul 2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 20 manat, 10 iyul 2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M 10” mobil tətbiqi vasitəsilə 20 manat, 06 sentyabr 2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə 300 manat pul vəsaitini özünə məxsus yuxarıda qeyd olunan bank kartına köçürülməsinə nail olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6000 manat məbləğində pul vəsaitini ələ keçirmiş, bununla da o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində (xx.xx.2025) göstərdi ki, o, zərərçəkmiş şəxsdən işə düzəltmə ilə bağlı hissə-hissə olaraq, ümumilikdə 6000 manat pul almışdır. Onun həmin məbləği zərərçəkmişə qaytarmaq fikri vardır. Həmçinin bildirdi ki, o heç yerdə işləmir. O, zərərçəkmiş şəxsdən pulu işə düzəltmək adı ilə almışdır. Ona işə düzəldə biləcəyi barədə başqa bir şəxs söz vermişdir, o, zərərçəkmiş şəxsdən aldığı pulun bir qədərini həmin şəxsə vermiş, o özü də həmin şəxsi tapa bilmir. O, vurduğu ziyanla bağlı zərərçəkmiş şəxsə hazıradək heç bir məbləğ ödəməmiş, vurduğu ziyan məbləğini 15-20 gün ərzində tam olaraq ödəyəcəyinə söz verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, onun əvvəllər dinə marağı olduğu üçün bir çox vaxtı məscidlərdə və digər dini yerlərdə camaat üçün istixarələr etmiş, lakin hər hansı məbləğdə onlardan pul almamışdır. Zərərçəkmiş şəxs tanımış, Zərərçəkmiş şəxs ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Mirağa üçün də bir neçə dəfə istixarələr oxumuş, lakin Zərərçəkmiş şəxs hər hansı maddiyyat güdməmişdir. 2024-cü ilin yay aylarında maddi sıxıntıları olduğundan Bakı şəhərinə iş tapmaq üçün getmişdir. Lakin özünə uyğun olan iş tapmağı üçün bir az gözləməli olduğundan, Bakı şəhərində kirayə qalmağa və dolanışığı üçün maddi imkanı olmadığından Xaçmaz şəhərinə qayıtmalı olmuşdur. 2024cü ilin iyun ayının sonlarında Mirağa ilə yadında qalmayan çayçıda görüşən zaman söhbət edərkən, Mirağa tanışının sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. Həmin vaxtı ağlına Mirağaya yuxarı vəzifəli tanışlarının olmasını deyərək, əgər ətrafında işə düzəlmək istəyən qohumları olsa onları işə düzəldə biləcəyinə əmin edib, həmin yolla pul alaraq, ehtiyaclarına xərcləyib, sonradan geri qaytarmaq fikri gəlmişdir. Həmin yolla pul əldə edib, vəziyyətini düzəltmək istəmişdir. Mirağa söhbət əsnasında tanışı Fəxrətdin adlı şəxsin əvvəllər sürücü kimi işləməsini, hazırda işsiz olmasını bildirmiş, Zərərçəkmiş şəxs Xaçmaz Rayon X3 X4 sürücü kimi ayda 950 manat maaş alacağı qarşılığında sürücü kimi tanışını işə düzəldə biləcəyini bildirmişdir. Bu işin qarşılığında Mirağadan 6000 manat pul istəmiş, Mirağa isə bir müddət sonra həmin pulu özünün ödəyəcəyini bildirib işi tez həll etməyini xahiş etmişdir. Həmin işi alındaracağına söz verib, bu işin müqabilində Mirağadan xx.xx.2024-cü il tarixdə günorta saatlarında 1050 manat, xx.xx.2024-cü il tarixdə saat 19:13-də 200 manat, 21 iyun 2024-cü il tarixdə günorta saatlarında 49 manat, 26 iyun 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz 10 manat, 27 iyun 2024-cü il tarixdə 18:00da 50 manat pulu özünə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6273-2232 saylı kart hesabına, 2024-cü ilin iyun ayının sonlarında Xaçmaz şəhəri, Nəriman Nərimanov prospektində yerləşən "xxxx" ASC-nin qarşısında 1000 manat və 2024-cü il tarixdə iyul ayının əvvəllərində günorta saatlarında ünvan 3 ünvanının qarşısında 3252 manat əlbəəl, 05 iyul 2024-cü il tarixdə səhər saatlarında 9 manat, 06 iyul 2024-cü il tarixdə günorta saatlarında 40 manat, 08 iyul 2024-cü il tarixdə günorta saatlarında 20 manat, 10 iyul 2024-cü il tarixdə günorta saatlarında 20 manat, 06 sentyabr 2024-cü il tarixdə günorta saatlarında 300 manat pulu özünə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6273-2232 saylı kart hesabına köçürmə yolu ilə ələ keçirib, ümumilikdə aldığı 6000 manat pulu verdiyi vədə əməl etməyərək, öz ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır, bir daha belə hala yol verməyəcəkdir. Bundan başqa dələduzluq əməli etməmiş, törətdiyi dələduzluq əməlində köməklik edən şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun dostu Mübariz qardaşı Fəxrətdini işə düzəlmək istəmiş, Təqsirləndirilən şəxs bunu bildikdə ona demişdir ki, yüksək vəzifədə işləyən yaxın qohumu vardır, Fəxrətdini işə düzəltdirə bilər. Bununla da təqsirləndirilən şəxs onda inam yaratmış və onun inamından istifadə edərək dələduzluq etmiş, ona verilmiş pul məbləğini qaytarmamış, o da məcbur olaraq kredit almış və dostu Mübarizgilin pulunu qaytarmışdır. Bununla da ziyan ona dəymişdir. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsə pul vəsaitini 2024-cü ilin iyun ayından başlayaraq hissəhissə, ittihamda qeyd olunan yerlərdə və vasitə ilə olmaqla ümumilikdə 6000 manat vermişdir. Təqsirləndirilən şəxs ona dostunun qardaşını bir ay müddətində işə düzəldəcəyini bildirmişdir. 2024-cü ilin sentyabr-oktyabr aylarından təqsirləndirilən şəxsdən işin düzəldilməsinin nə yerdə qaldığı ilə maraqlanmağa başlayanda, təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməməyə, qaçaraq gizlənməyə başlamışdır. Onun təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, o, sonuncudan belə bir əməl törədəcəyini gözləməmişdir. Təqsirləndirilən şəxsə həmin pulu dostu Mübarizgil onun vasitəsilə verdiyindən və o, dostunun qarşısında yalançı kimi çıxdığından özü həmin məbləğdə pulu kredit alaraq qaytarmışdır. O, təqsirləndirilən şəxsdən vurulmuş ziyanın məbləğinin qaytarılmasını tələb edir, əks təqdirdə, cəzalandırılmasını istəyir. O, təqsirləndirilən şəxsi iki il olar ki, tanıyır, həmçinin sonuncunu dindar bir şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanla bağlı hazıradək heç bir məbləğ ödəməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında diş texniki kimi fəaliyyət göstərmişdir, Təqsirləndirilən şəxs və Şahid1 tanımış, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs dini bilən şəxs kimi, həmçinin baxıcı kimi tanımışdır. Yasin bir neçə dəfə pul qarşılığında istixarə edib, dualar oxumuş və dinlə məşğul olmuşdur. 2024-cü ilin iyun ayının sonlarında Yasinlə söhbət edən zaman sonuncu “əgər ətrafında Xaçmaz RMX-da TTY-a sürücü kimi ayda 950 manat maaş alacağı qarşılığında işə düzəlmək istəyən olsa, 6000 manat qarşılığında həmin şəxsin işini düzəldə bilərəm” demişdir. Yasinə inandığı üçün dostu olan Mübarizlə əlaqə saxlayıb görüşmüş, həmin məsələni Mübarizə bildirəndə, Mübariz sürücülük hüququnu yeni əldə etdiyini, amma qardaşının bu işə düzələ biləcəyini bildirmişdir. Bundan sonra qardaşı Fəxrətdini yanına söhbət etmək üçün çağırmışdır. Fəxrətdin oraya gəldikdə məsələni olduğu kimi izah etmiş, tanışının Fəxrətdini sürücü kimi işə düzəldəcəyinə əminlik vermiş, Mübarizlə çörək kəsdiyini, buna görə köməklik edərək həmin pulu özü verəcəyini bildirmişdir. İş alınandan sonra kreditə girərək, Fəxrətdin həmin pulu geri verməli olmuşdur. Fəxrətdin razılaşdığı üçün Fəxrətdinə yaxşılıq etmək istədiyindən Yasinlə danışıb razı olduğunu bildirmişdir. Yasin həmçinin yuxarı vəzifədə işləyən tanışının olmasını və özünün də DTX-nin gizli əməkdaşı olmasını bildirib, həmin işi həll edə biləcəyinə əmin etdiyi üçün bu riskə getmişdir. Sürücü işinin alınması üçün yaşadığı evdə olan zaman Yasinə məxsus 5522- 0993-6273-2232 saylı “04/29” “081” yazılı "xxxx" ASC-yə məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə günorta saatlarında 1050 manat pul göndərmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 19:13-də Sabirabad rayonu, Ulacalı kəndində yerləşən “Ənnağı” marketdə quraşdırılan “Mpay” ödəmə terminalı vasitəsilə Yasinə məxsus 5522- 0993-6273-2232 saylı kart hesabına 200 manat pul göndərmişdir. Bundan başqa, yaşadığı ünvan 1 ünvanında olan zaman 21 iyun 2024-cü il tarixdə günorta saatlarında 49 manat, 26 iyun 2024-cü il tarixdə günorta saatlarında 10 manat, 27 iyun 2024-cü il tarixdə saat 18:00-da Xaçmaz şəhəri, N.Nərimanov prospektində yeləşən “Saf market”də quraşdırılan “Mpay” ödəmə terminalı vasitəsilə 50 manat pulu Yasinə məxsus 5522-0993-6273-2232 saylı kart hesabına göndərmişdir. Yasinə 2024-cü ilin iyun ayının sonlarında Xaçmaz şəhəri, Nəriman Nərimanov prospektində yerləşən "xxxx" ASC-nin qarşısında 1000 manat və 2024-cü il tarixdə iyul ayının əvvəllərində günorta saatlarında növbəti 3252 manat pulu Yasinə özünün yaşadığı ünvan 3 ünvanının qarşısında əlbəəl vermişdir. Bundan başqa, yaşadığı evdə olan zaman 05 iyul 2024-cü il tarixdə səhər saatlarında 9 manat, 06 iyul 2024-cü il tarixdə günorta saatlarında 40 manat, 08 iyul 2024- cü il tarixdə günorta saatlarında 20 manat, 10 iyul 2024-cü İİ tarixdə günorta saatlarında 20 manat, 06 sentyabr 2024-cü il tarixdə günorta saatlarında 300 manat pulu mobil telefonunda quraşdırılmış “M10” mobil tətbiqi vasitəsilə Yasinə məxsus 5522-0***-*******2 saylı kart hesabına köçürmüşdür. Həmin pulları göndərəndən sonra Yasin işləri 1 aya həll edəcəyinə söz vermişdir. Müddət keçəndən sonra şəxsi işlərinə başı qarışdığı üçün Yasinlə tez-tez əlaqə saxlaya bilməmiş, bir müddət sonra Yasinin pulunu ələ keçirməsini anlamışdır. Yasin pulları alandan sonra telefonlarını açmamış, etibarından sui-istifadə etmişdir. Yasin tanışı Fəxrətdini işə düzəltmək adı ilə dələduzluq etmişdir. Ödənişlərin qəbzlərini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, əvvəllər bir şirkətdə sürücü işləmiş, sonra isə həmin işdən azad olunmuş və işsiz qalmışdır, daha sonra isə qardaşı Mübariz ona X8da sürücü işi olduğunu demiş, o da həmin işə düzəlməsi üçün pul vermişdir. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsi görməmiş və tanımamışdır. O, pulu onun üçün işi düzəldəcəyinə vəd vermiş şəxsə çatdırması üçün Zərərçəkmiş şəxs vermiş, həmin məbləğ ümumilikdə 6000 manat olmuşdur. Ona TTY-da sürücü kimi işə düzəldikdən sonra 950 manat əmək haqqı alacağı bildirilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, əvvəllər sürücü olaraq işlədiyi üçün münasib iş axtarırmış. 2024-cü ilin iyun ayının sonlarında qardaşı Mübariz zəng edərək, sürücü işi olmasını, özünün sürücülük hüququnu təzə almasını, buna görə işə girə bilmədiyini, maraqlana biləcəyini bildirmişdir. İşə ehtiyacı olduğundan qardaşının yanına getmişdir. Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında qardaşı Mübarizin yanında Mirağa adlı şəxsin dayanmasını görmüşdür. Ora çatanda qardaşı onları tanış etmiş, Mirağanın əvvəllər də qardaşı ilə münasibəti olmuşdur. Həmin yerdə Mirağa Xaçmaz RMX-da X8 Stansiyasında xidməti avtomobilə sürücü vakant yeri olmasını, maaşın 950 manat olmasını bildirmişdir. O da həmin təkliflə maraqlanmış, Mirağa həmin işin alınması üçün 6000 manat pul lazım olmasını bildirmişdir. Mirağa tanışının sürücü kimi işə düzəldəcəyinə əminlik vermiş, Mübarizlə çörək kəsdiyini, buna görə köməklik edərək həmin pulu yerinə verəcəyini bildirmişdir. İş alınandan sonra kreditə girərək, həmin pulu Mirağaya geri verməli olmuşdur. Sonradan Yasin adlı şəxsin Mirağa ilə arasında olan münasibətdən istifadə edərək, Mirağanın 6000 manat pulunu işə düzəltmək adı ilə aldadaraq ələ keçirməsini bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs tanımış, dostluğu olmuşdur. Yasin adlı şəxsi isə Mirağanın yanında görmüş, lakin Yasini şəxsən tanımamışdır, ədavəti və ya düşmənçiliyi olmamışdır. Mirağaya bir neçə dəfə tanışı olarsa, sürücü kimi hansısa yerə işə qəbul etdirə biləcəyini maraqlanmış, Mirağa da elə bir adam tapsa deyəcəyini bildirmişdir. 2024-cü ilin iyun ayının sonlarında Mirağa iş yeri olan sexin qarşısına gəlmiş, söhbət əsnasında sürücülük işinin olmasını, Yasin adlı tanışının həmin işi alındıracağını bildirmişdir. O, yeni sürcülük hüququ aldığı üçün qardaşının işinin düzəlməsini istəmişdir. Qardaşına zəng edərək, sürücü işi olmasını, sürücülük hüququnu təzə almağına görə işə girə biimədiyini, qardaşının maraqlana biləcəyini bildirmişdir. Buna görə qardaşı Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısına gəlmişdir. Bundan sonra onları tanış edib, sexdə öz işini görməyə başlamışdır. Bir müddət sonra qardaşı Fəxrətdin Xaçmaz RMX-da X8 Stansiyasında xidməti avtomobilə sürücü vakant yeri olmasını, maaşın 950 manat olmasını bildirmiş, həmin işə düzəlməsi üçün Yasin adlı şəxsə Mirağa Fəxrətdinin əvəzinə 6000 manat pul verəcəyini demişdir. Bundan başqa xatırlamadığı tarixdə Mirağanın yanına çay içmək üçün yadında qalmayan çayçıya gedən zaman Yasin adlı şəxsin Mirağanın yanında olmasını görmüşdür. Orada Yasin və Mirağadan işin alınmasının nə yerdə qalmasını soruşduqda, Yasin adlı şəxs işi alındıracağını, narahat olmamağını bildirmişdir. İş materiallarında olan müraciətdən (şikayət) müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-ə müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq 6000 manat pulu ondan aldığını və Təqsirləndirilən şəxs qaçıb gizləndiyini bildirərək, sonuncunun barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş elektron məlumat daşıyıcısından (bank kartından) müəyyən edilir ki, Xaçmaz RPŞ-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi sonuncunun özünə məxsus elektron məlumat daşıyıcısına baxış keçirilmişdir. Həmin məlumat daşıyıcısı qara rəngli olmaqla üzərində “tam”, 5522-0993-6273-2232 saylı “04/29”, “ABB mobile üçün skan et”, “937” abb-bank.az yazıları, arxa hissəsində isə “TAM” yazısı vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vasitəsilə sonuncunun tanışı Şahid1 Xaçmaz Rayon Mərkəzi X1 Tibbi Yardıma sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib xx.xx.2024-cü il tarixdə 1050 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, 21 iyun 2024-cü il tarixdə 49 manat, 26 iyun 2024-cü il tarixdə 10 manat, 27 iyun 2024-cü il tarixdə 50 manat, 05 iyul 2024-cü il tarixdə 9 manat, 06 iyul 2024-cü il tarixdə 40 manat, 08 iyul 2024-cü il tarixdə 20 manat, 10 iyul 2024-cü il tarixdə 20 manat, 06 sentyabr 2024-cü il tarixdə 300 manat pulu köçürmə yolu ilə həmin karta köçürdərək məxaric etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd elektron məlumat daşıyıcısı sübut əhəmiyyəti kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəmə terminalı və mobil tətbiq vasitəsilə edilmiş pul köçürmələrinə dair qəbzlərdən, həmçinin iş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və sonuncuya məxsus olmaqla üzərində "xxxx", “tam”, 5522-0993-6273-2232, “04/29” yazıları həkk olunmuş bank kartından, həmin karta aid hesabdan çıxarışlardan (05 vərəq) və 07 fevral 2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Xaçmaz RPŞ-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi sonuncunun özünə məxsus elektron məlumat daşıyıcısının çıxarışına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vasitəsilə sonuncunun tanışı Şahid1 Xaçmaz Rayon Mərkəzi X1 Tibbi Yardıma sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib xx.xx.2024-cü il tarixdə ümumilikdə 1050 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, 21 iyun 2024-cü il tarixdə 49 manat, 26 iyun 2024-cü il tarixdə 10 manat, 27 iyun 2024-cü il tarixdə 50 manat, 05 iyul 2024-cü il tarixdə 9 manat, 06 iyul 2024-cü il tarixdə 40 manat, 08 iyul 2024-cü il tarixdə 20 manat, 10 iyul 2024-cü il tarixdə 20 manat, 06 sentyabr 2024-cü il tarixdə isə ümumilikdə 300 manat pulu köçürmə yolu ilə köçürdərək məxaric etdiyini, bunun da çıxarışda əksini tapdığını bildirmişdir. İş materiallarından, 07 fevral 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 25 fevral 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərilən pulların çıxışını əks etdirən qəbzlərin 07 sayda kserosurət vərəqləri, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi 05 vərəqə çıxarış və pulların köçürüldüyü özünə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6273-2232 saylı “Tam” kart maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, pul köçürmə qəbzlərini, ödəniş kartı üzrə hesabdan çıxarışı sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin Məcəllənin 178-ci maddəsinin tərkibini yaradır. Eyni əməl xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin 178.2.4-cü maddəsinin tərkibləri yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il 09 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli qərarı ilə “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarı tətbiq edilərək, təyin edilmiş cəzadan azad edilmiş və məhkum xx.xx.2016-cı il tarixdə Şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Xaçmaz şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuş, yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli qərarlardan və axtarışda olan şəxsin tutulması barədə protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı çağırışlara gəlməkdən qəsdən boyun qaçıraraq istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilərək işin icraatı dayandırılmış, xx.xx.2025-ci il tarixdə tutulmuş və işin icraatı təzələnmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs işin məhkəmə prosesi zamanı məhkəmə iclaslarına gəlməkdən yayındığına görə barəsində xx.xx.2025-ci il tarixli qərarla axtarış elan edilmiş, 13 iyun 2025-ci il tarixdə tutularaq həbs edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 03 fevral 2025-ci il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 05.02 2024-cü il tarixli qərarından və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 1(067)-92/2025 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 13 iyun 2025-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 13 iyun 2025-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş - pulların köçürüldüyü Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5522-0993-6273-2232 saylı “Tam” kart, Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərilən pulların çıxışını əks etdirən qəbzlərin 07 sayda kserosurət vərəqləri (iş səh.17-23), həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi və ona məxsus kart hesabına pulların köçürüldüyünü əks etdirən 05 vərəq çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş - pulların köçürüldüyü Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5522-0993-6273-2232 saylı “Tam” kart, Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərilən pulların çıxışını əks etdirən qəbzlərin 07 sayda kserosurət vərəqləri (iş səh.17-23), həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi və ona məxsus kart hesabına pulların köçürüldüyünü əks etdirən 05 vərəq çıxarış cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddianın, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-92/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-92/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver