Məhkəmə qərarları › İş №1(067)-93/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-93/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-93/2020 27.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçis iMüdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Meqri şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, azərbaycanlı, subay, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 22-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üstündə saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzalın qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki sarı rəngli parça materiallı gödəkçənin sol qolundakı cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 0,195 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ev 22-də qeydiyyatda olsa da, 2 ildir ki, Xaçmaz şəhəri, H.Əliyev prospekti, ev 9-da qeyri-rəsmi şəkildə ər-arvad kimi Sabirabad rayonu, Suqovuşan kənd sakini X5 ilə birlikdə yaşayır. Öz avtomobili ilə Xaçmaz rayonu ərazisində taksi kimi işləyirdi. İki ay olar ki, avtomobilini satdığı üçün hal-hazırda heç bir yerdə işləmir. 3 il olar ki, narkotik vasitə heroindən istifadə edirdi. Lakin son vaxtlar narkotikdən istifadə etməyi tərgitmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzalda gəzişərkən yerdə bir ədəd şəffaf sellofan bükümü görmüşdür. Həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda qəhvəyi rəngli toz şəkilində kütlə olduğunu görmüşdür. Əvvəllər o, narkotik vasitə olan heroindən istifadə etdiyinə görə həmin şəffaf sellofan bükümünün içərisindəki kütlənin heroin olmasını bilmiş və həmin bükümü əynində olan sarı rəngli parça materiallı gödəkçənin sol yan cibinə qoyaraq öz istifadəsi üçün üzərində saxlamışdır ki, bədəni tələb etsə istifadə edər. xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzalın ərazisində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxışlaşaraq özlərini təqdim edib, Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gəlmişdir. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün üzərində saxladığı narkotik vasitə olan heroini özündən kənarlaşdıra bilməmişdir. Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və o, yenə də etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl özünü Xaçmaz polis şöbəsinin müstəntiqi kimi təqdim edən Əhməd adlı polis əməkdaşı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan narkotik vasitə olan heroini təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki sarı rəngli parça materiallı gödəkçənin sol qolunda olan cibindən ağ rəngli sellofan bükümü, sarı rəngli şalvarın sol yan cibindən bir ədəd "kent 4" markalı siqareti və bir ədəd alışqanı, sağ yan cibindən bir ədəd "20" manatlıq, beş ədəd "1" mantlıq əskinasları, bir ədəd 20 qəpiyi çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan bükümü açarkən içərisindən qəhvəyi rəngli toz şəkilində kütlə aşkar olunmuşdur ki, o, polis əməkdaşlarına bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzal ərazisində yerdən tapdığını, əvvələr narkotik vasitə olan heroindən istifadə etdiyinə görə tapdığı bükümün içərisindəki kütlənin heroin olmasını bilərək onu cibinə qoyub öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş və üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin sellofan büküm qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu sellofan paketin qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər.Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. O, heç kimdən narkotik almamış və heç kimə narkotik satmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzalın ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilən zaman yolda və gətirildikdən sonra Xaçmaz RPŞ-nin inzibati binasında ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Xaçmaz RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis leytenantı rütbəsindədir. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, işlədiyi bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı X2 və polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzalın qarşısında olduğunu müəyyən etmiş və xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Polis şöbəsində Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Əhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsini təklif edilmişdir. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki sarı-qara rəngli parça materiallı gödəkçənin sol qolunda olan cibindən ağ rəngli sellofan bükümü, sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd "20" manatlıq, beş ədəd "1" manatlıq əskinasları və 20 qəpik dəmir pulu, sol yan cibindən bir qutu "Kent 4" markalı siqareti və bir ədəd alışqanı çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bükümü açarkən içərisindən qəhvəyi rəngli toz şəkilində kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtovağzal ərazisində yerdən tapdığını, əvvələr narkotik vasitə olan heroindən istifadə etdiyinə görə tapdığı bükümün içərisindəki kütlənin heroin olmasını bilərək onu cibinə qoyub öz itifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin pulların öz şəxsi pulları olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin sellofan büküm qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol müstəntiq tərəfindən ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, sonra isə o, və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu sellofan paketin qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. İş materiallarında olan video diskə məhkəmə tərəfindən baxış keçirilmiş və təqsirləndirilən şəxsin üzərində olan bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini könüllü surətdə təhvil verərək, törətdiyi əməli etiraf etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloji və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4318 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,195 qram, tədqiqata sərf edildi - 0,060 qram, qalıq - 0,135 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3–X6 Ekspert Komissiyasının xx xxxxx 2020-ci il tarixli, 1015 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs “TİRYƏK” alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən “NARKOMANİYA” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan, Bakı şəhər Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmüinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Odur ki, məhkəmə, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması növündə cəzının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə ona əsaslanır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmiş«başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkotikdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Xaçmaz RPŞ-də saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildiqdən sonra qalıq təmiz çəkisi - 0,135 qramnarkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə üzərinə saat 24-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsindəhökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkotikdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertizasının dəyəri 81,82 (səksən bir manat, səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Xaçmaz RPŞ-də saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildiqdən sonra qalıq təmiz çəkisi - 0,135 qramnarkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar