Məhkəmə qərarları › İş №1(067)-93/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-93/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-93/2021 23.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natik Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Xaçmaz rayonu Qələbə küçəsi ev 1, mənzil 56-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 25 fevral 2021-ci il tarixdə saat 16:30 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qələbə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Xaçmaz RPŞ-nin inzibati binasında saat 17:30-dan 17:50-dək olan müddətdə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qış gödəkcəsinin altında saxladığı 01 ədəd ağ rəngli sellofan torbada içərisində təmiz çəkisi -465 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, bəzi vaxtlar narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Xaçmaz Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməini törətməkdə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə çəkilməmiş 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 03 ay 07 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və həmin cəzasını çəkib qurtardığından cəzasının sonu ilə azad olunmuşdur. 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində öz yaşadığı evdən çıxıb evinin yaxınlığındakı bulağa su içməyə getmişdir. Bulağın yanına çatan vaxt orada yerdə olan ağ rəngli sellofan torbanı görmüşdür. Həmin torba diqqətini cəlb etdiyindən əli ilə yoxladıqda görmüşdür ki, torbadan xüsusi qoxu gəlir. O, həmin ağ rəngli sellofan torbanı açmış və içərisində göy rəngli digər sellofan torbanın da olmasını görmüşdür. Həmin torbanı da açdıqda içərisində spesifik qoxulu iyə malik narkotik vasitə olan marixuananın olmasını görmüşdür. O, əvvəllər marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni tanımış və öz şəxsi istifadəsi üçün götürüb əynində olan qara rəngli qış gödəkcəsinin qoltuğuna qoyub gödəkcənin qabağını bağlamışdır. Ailə üzvlərinin torbanı görərək içərisindəkinin nə olacağını soruşacaqlarına görə əvvəlcə evə getməyə qorxmuş, buna görə təxminən 2 saata yaxın ətrafda gəzmiş, torbanı harada gizlədəcəyini dəqiqləşdirə bilməmişdir. Saat 16:30 radələrində qərara gəlmişdir ki, elə ən güvənli yer öz yaşadığı evdir, torbanı aparıb həyətində gizlətsin. Buna görə yaşadığı ev istiqamətində hərəkət etmiş, yaşadığı küçəyə çatıb evinə tərəf hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində gəzdirib daşımaqla saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O, şübhə yaratmamaq üçün polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Yol boyu polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdiyi üçün o, üzərində olan narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında xidməti otaqda müstəntiq tərəfindən ona hüquqları izah edilmiş və ona müdafiəçisi Müdafiəçi1 təqdim edilmişdir. Vəkili Müdafiəçi1 iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra, vəkilinin və digər iki nəfər polis əməkdaşlarının iştirakı ilə onun üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan qabaq ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan hər hansı bir əşya varsa təqdim etsin. O, da əynində olan qara rəngli qış gödəkcəsinin qabağını açıb gödəkcənin altında saxladığı içərisində narkotik vasitə marixuana olan ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. O, üzərində olanları təqdim etdikdən sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparsa da hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi ağ rəngli sellofan büküm müstəntiq tərəfindən açılmış, içərisindən göy rəngli sellofan büküm çıxmış, həmin göy rəngli sellofan büküm açıldıqda isə içərisində olan üzərində gəzdirib saxladığı marixuana aşkar edilmişdir. Müstəntiq tərəfindən ona həmin bitki tərkibli kütlənin nə olması barədə sual verildikdə o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan “nəşə” yəni marixuanadır. O, həmin vaxt bildirmişdir ki, üzərində gəzdirdiyi narkotik vasitəni tapmış və öz şəxsi istifadəsi üçün saxlamış, lakin heç kimə satmamışdır. Sonra onun üzərində aşkar edilən narkotik vasitə marixuana müstəntiq tərəfindən qablaşdırılaraq protokollaşdırılmış, protokol iştirak edən şəxslər və özü tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilən göy rəngli ətir və 13 manat pul isə ona qaytarılmışdır. Törətdiyi cinayət əməlindən hazırda peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 01.01.2021-ci il tarixdən Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Qələbə küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə əməliyyat məlumatı əldə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə həmin gün, yəni 25.02.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda şübhəli olduğunu bildirmiş və onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərk onlarla polis şöbəsinə getmişdir. Xaçmaz RPŞdə X5 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi dəvət olunaraq təqdim edilmişdir. X1rın və vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin altında saxladığı 01 ədəd sellofan bükümü, həmçinin cibindən ətir və pul çıxarıb təqdim etmiş, bükümün içərisində marixuana olmasını bildirmişdir. X5 həmin torbanı açıb baxan zaman içərisindən narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu və həmin narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X5 həmin qablaşdırmanı ekpertizaya təqdim etmək üçün götürmüş, ətir və pullar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər-hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış proesi əvvəldən sonadək videokamera ilə lentə alınmış və bitdikdən sonra çəkiliş dayandırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 analoji məzmunda ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2021-ci il tarixli 7/221 nömrəli rəyindən görünür ki -tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 465.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 1315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 3 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 25 fevral 2021-ci il tarixdə saat 16:30 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qələbə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Xaçmaz RPŞ-nin inzibati binasında saat 17:30-dan 17:50-dək olan müddətdə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qış gödəkcəsinin altında saxladığı 01 ədəd ağ rəngli sellofan torbada içərisində təmiz çəkisi -465 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 3 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və lakin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəza çəkmiş şəxsin ödənilməmiş məhkumluğu CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivini yaratmadığından onun əməlində cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzasını ağırlaşdıran halların olmamasını müəyyən edərək, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 464.98 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 72 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixdən 27 fevral 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 464.98 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar