Məhkəmə qərarları › İş №1(067)-93/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-93/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-93/2022 12.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrinin İdarəetmə X23 şəxs Xaçmaz rayon X12 Hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-cərrahı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 2 may 2011-ci il tarixdən Xaçmaz rayon Mərkəzi Xəstəxanasının, 01 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrinin İdarəetmə X23 şəxs Xaçmaz rayon X12 Hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-cərrahı vəzifəsində, eyni zamanda, həmin Poliklinika üzrə 06 yanvar 2020-ci il tarixli, 06№-li əmrə əsasən qeyd olunan Xəstəxananın Həkim məsləhət komissiyasının tərkibində həkim cərrah vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün, 20 dekabr 2013-cü il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş, 12 dekabr 2020-ci il tarixdə müraciət etmiş, 31 iyul 1985-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 Bayram oğlunun müayinələrində “Sol bud sümüyünün aşağı 1/3-nin cərrahi əməliyyatdan sonra əyri bitişmiş sınığı. Sol diz oynağının postravmatik artozu, kontrakturası. Sağ pəncənin İİİ-İV-V daraq sümüklərinin əyri bitişmiş köhnə sınıqları” kimi diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə sonuncunun barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 12 dekabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Xaçmaz rayon Mərkəzi Xəstəxanasının inzibati binasında rəsmi sənəd olan ambulator xəstənin tibbi kartasında Şahid4 Bayram oğlunun əsas diaqnozunun ağırlaşması qismində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin 30 dekabr tarixli 413 nömrəli qərarının 2.5.15-ci bəndinə əsasən 3-cü dərəcə müddətsiz əlillik təyin edilməsinə əsas verən “Sərt damağın 2 sm qədər burun və ağız boşluqları birləşdirən fistul tənəffüs, nitq funksiyasının pozulması” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları diyircəkli qələm vasitəsilə əlyazma formasında daxil edərək öz imzası ilə təsdiq edib, habelə həmin xəstəxanada kompüter otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Xəstəxanada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə daxil olaraq düzgün olmayan həmin diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 15 mart 2021-ci il tarixli, 0329003AAKBY nömrəli elektron göndərişə daxil edib özünə məxsus 262F**********11 saylı elektron imzasından istifadə edərək təsdiq etməklə həmin göndərişi Xəstəxanada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrinin İdarəetmə X23 şəxsin Xaçmaz rayon X12 Hüquqi şəxsin Poliklinika şöbəsinin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, 2011-ci ildən Xaçmaz rayon X2 şöbəsinin həkim-cərrahı kimi fəaliyyət göstərir. Bundan başqa sözügedən poliklinikada həkim məsləhət komissiyasının da üzvüdur. İş fəaliyyəti xəstələrin qəbulundan, diaqnozunun qoyulmasından, müalicəsindən ibarətdir. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim məsləhət komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkiməmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Həkim məsləhət komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma-88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsini həyata keçirir. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə tabe edilmişdir. 2017-ci ildən isə həkim məsləhət komissiyaları rayonda yerləşməklə müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılmışdır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsusdur. Elektron imza ona məxsus olsa da onu sistemə həkimin nəzarəti və redaktəsi altında operator daxil edir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə isə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmur. Şahid4 Bayram oğlunun barəsində xx.xx.2021-ci il tarixli Travmatologiya və Ortopediya İnstitutunun arayışında “Sağ qasıq sümüyünün əyriliyi və aşağı şaxəsinin bitişmiş sınığı sinfizin metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət. Sol budun aşağı 1/3 nin qeyri düzgün bitişmiş, oynaqdaxili sınığı postravmatik deformasiya. Xroniki ostemilitin qalıq əlamətləri, sol diz oynağının deformasiya edici artrozu, oynağın kəskin kontrakturası, əzələ atrofiyası sol aşağı ətrafın 5 sm qısalığı yeriş və hərəki funksiyalarının pozulması diaqnozu qoyulmuşdur”, bundan əlavə xx.xx.2013-cü il tarixli Hərbi Həkim məsləhət komissiyasının qərarında “avtoqəza travması nəticəsində hər iki ətraflarında cərrahi, üçün çoxsaylı travmaları”, eləcə də sərt damağı 2.0 sm qədər burun və ağız boşluqlarını birləşdirən, fəaliyyət göstərən fistul axacağı, tənəffüs nitq funksiyalarının mülayim dərəcədə pozulması ilə, Keçirilmiş Qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin vegetativ-damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri diaqnozu qoyulmuşdur. Həmin diaqnozlar əsasında da Forma 088-ə yazılmışdır. Qeyd olunan diaqnozlar Hərbi həkim məsləhət komissiyasının qərarında olduğundan o da həmin xəsarəti əsas götürüb, forma 088-ə ağırlaşma dizanozları kimi qeyd etmişdir. Şahid4 Bayram oğlu barələrində ET İnstitutlarının rəyi və epikrizlər əsasında Forma 88 yazılmış və həmin sənədlər Tibbi Sosial Ekspert Komissiyasının sisteminə yerləşdirilmişdir. Yəni, onlara hansı xəstəliklər təqdim edilmişdirsə, onun əsasında Forma 88 tərtib edilib sistemə yerləşdirilmiş, həkim məsləhət komissiyasının stasionar müalicənin nəticələrini dəyişmək kimi səlahiyyətləri olmamışdır. Şahid4 Bayram oğlu hərbi xidmət zamanı xəsarət almış, hazırda da işləməmiş, hərbi xidmətdən buna görə tərxis olunmuş, əvvəllər də təqaüd almışdır. Aldığı xəsarətlərə görə hərbi həkim məsləhət komissiyası tərəfindən şəhadətnamə verilmiş, qeyd olunan xəsarətlər həmçinin “sərt damağın 2.0 sm qədər burun və ağız boşluqlarını birləşdirən, fistul tənəffüs nitq funksiyalarının pozulması” kimi diaqnozları həmin şəhadətnamədə yazılmış, o da həmin şəhadətnamədə yazılanları əsas götürüb, həmçinin də xx.xx.2021-ci il tarixli Travmatologiya və Ortopediya İnstitutunun arayışında yazılanları əsas götürüb forma 088 yazılması üçün göndəriş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə bildirdi ki, təmsil etdiyi Xaçmaz rayon X12 Hüquqi şəxsin Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB Publik Hüquqi şəxsin Xaçmaz rayon X7 Hüquqi şəxsin direktor müavini, baş həkimi vəzifəsində işləyən Şahid2 ifadəsində bildirdi ki, 2021ci ilin yanvar ayndan Həkim Məsləhət Komissiyasının sədri olmuşdur, həmçinin də onun ixtisası anestezioloq-reanimotoloq həkimi və səhiyyənin təşkili və sosial gigiena olmuşdur. Əlilliklə bağlı müraciət edən şəxslərin diaqnozları barədə dəqiq məlumatları müalicə həkimləri və komissiyanın üzvləri dəqiq məlumat verə bilərlər. Qeyd etmişdir ki, Forma 088-də direktor Şahid1 adı sədr kimi qeyd edilsədə direktorun xx.xx.2021-ci il tarixli komissiya üzvlərinin təyin edilməsi haqqında əmrdə sədr qismində baş həkim olaraq o, təyin edilmişdir. Həmin ərəfədə onun elektron imzası gecikdiyindən, təxminən may ayında elektron imza təqdim olunduğundan, 2021-ci ilin yanvar ayının sonu və mart ayında təsdiq olunmuş Forma 088-lər direktorun imzası vasitəsi ilə təsdiqlənmişdir. Şahid4 Bayram oğlu, X1 və X16 barələrində ET İnstitutlarının rəyi və epikrizlər əsasında Forma 88 yazılmış və həmin sənədlər Tibbi Sosial Ekspert Komissiyasının sisteminə yerləşdirilmişdir. Yəni, onlara hansı xəstəliklər təqdim edilmişdirsə, onun əsasında Forma 88 tərtib edilib sistemə yerləşdirilmişdir. Bildirim ki, həkim məsləhət komissiyasının stasionar müalicənin nəticələrini dəyişmək kimi səlahiyyətləri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB Publik Hüquqi şəxsin Xaçmaz rayon X12 Hüquqi şəxsin direktoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər həkim məsləhət komissiyasının sədri olsa da 2021-ci ilin yanvar ayndan Həkim Məsləhət Komissiyasının sədri, direktor müavini, baş həkim Şahid2 olmuşdur. 2021-ci ilin yanvar ayının 25 dən həkim məsləhət komissiyasının sədri olmuşdur, həmçinin də onun ixtisası LOR həkimi olmuşdur. Əlilliklə bağlı müraciət edən şəxslərin diaqnozları barədə dəqiq məlumatları müalicə həkimləri və komissiyanın üzvləri dəqiq məlumat verə bilərlər. Qeyd etmişdir ki, Forma 088-də onun adı sədr kimi qeyd edilsədə tərəfindən xx.xx.2021-ci il tarixli komissiya üzvlərinin təyin edilməsi haqqında əmrdə sədr qismində baş həkim Lətib Abasov təyin edilmişdir. Lətif Abbasovun elektron imzası gecikdiyindən, təxminən may ayında elektron imzası təqdim olunduğundan. 2021-ci ilin yanvar ayının 30-da və mart ayında təsdiq olunmuş Forma 088-lər onun imzası vasitəsi ilə təsdiqlənmişdir. Şahid4 Bayram oğlu, X1 və X16 barələrində ET İnstitutlarının rəyi və epikrizlər əsasında Forma 88 yazılmış və həmin sənədlər Tibbi Sosial Ekspert Komissiyasının sisteminə yerləşdirilmişdir. Yəni, onlara hansı xəstəliklər təqdim edilmişdirsə, onun əsasında Forma 88 tərtib edilib sistemə yerləşdirilmişdir. Bildirir ki, həkim məsləhət komissiyasının stasionar müalicənin nəticələrini dəyişmək kimi səlahiyyətləri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB Publik Hüquqi şəxsin Xaçmaz rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, o, xəstələrin diqanozları ilə bağlı hər hansı fikir bildirə bilməmiş, çünki, onun ixtisası həkim olmamışdır. O, yalnız həkimlərin ona təqdim etdiyi diaqnozlar, epikrizdə olan və tibbi kartalarda olan məlumatları, tam hazır formada yazılmış forma 088-i daxil etmişdir. Hər bir şəxslə bağlı məlumatlar forma 88-ə daxil edilərkən, müvafiq olaraq həkim məsləhət komissiyasının üzü olan həkim özü baxmış, hər gün həkim məsləhət komissiyasının üzvləri sədrlə birlikdə müzakirələr aparmış və yekun rəy verilmişdir. Bundan sonra yekun nətəcələri o, sistemə yükləyib yadda saxlamışdır. Həkimlərin və sədrin elektron imzaları özlərində olmuş, özləri elektron imzaları vasitəsi ilə təsdiq etmişlər. Həkim Məsləhət komissiyasının üzvləri Nəzakət Dəmirovanın E-imza nömrəsi 262F0D2A8016800A, Təqsirləndirilən şəxs E-imza nömrəsi 262F**********11, Könül Məmmədovanın E-İmza nömrəsi 262C69F70016800C kimi qeyd olunmuşdur, həmin Eimzalatrın nömrələri flaşkart formasında qurğunun üzərində qeyd edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 Bayram oğlu ifadəsində göstərmişdir ki, 2006-cı ilin oktyabr ayından 2009-ci ilin mat ayına kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-cü ordu Korpusunun 194 saylı Hərbi hissəsinin əşya-ərzaq xidmətinin rəisi vəsifəsində işləmiş, 2010-cu ilin may ayından Xüsusi Dövlət Mühafizə Xidmətinin maliyyə plan şöbəsinin mühasibi, iyul ayından İxrac Neft qaz boru kəmərlərinin təhlükəsizliyi İdarəsinin Xaçmaz rayon şöbəsinin baş mühasibi vəzifəsində işləmişdir. 2013-cü mart ayının 31-də xidmətdə olarkən avtoqəza keçirmiş və həmin avtoqəza nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Bundan sonra əməliyyatlar keçirmiş, 7 gün müddətində koma vəziyyətində olmuşdur. Avtoqəza zamanı “Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, Avtoqəza travması nəticəsində (xx.xx.2013-cü il) Sol bud sümüyünün diafizinin aşağı 3/1-nin və distal metafizinin qəlpəli, yerdəyişmiş, oynaqdaxili açıq sınığına, simfirin cırılmasına, sağ qasıq sümüyünün hər iki şaxənin yerdəyişmiş sınığına, hər iki sirkə kasasının, sağ aşıq sümüyünün cisminin yerdəyişməyən sınığına, sol lateral topuğun, sağ ayağın İİİ-V daraq sümüklərinin, başın yerinidəyişmiş sınıqlarına görə aparılmış simfizin və sol bud sümüyünün açıq reporiziyası, metal lövhə ilə osteosintezi” kimi xəsarətlər almışdır. Növbəti illər ərzində mütəmadi olaraq müalicələr almış, səhhətində normallaşma olsa da, xidmətdən azad olunmuşdur. Və hazırda da ona aldığı xəsarətlər əziyyət vermiş, onun normal iş qabiliyyəti olmamışdır. Qeyd olunan xəsarətlərlə bağlı o, 2013-cü ilin dekabr ayında Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, komissiyyaya aldığı xəsrətlərlə bağlı bütün sənədləri təqdim etmiş, orada onun aldığı xəsatərlər təsdiqini tapdığından Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərilmişdir. Həmin vaxtdan ona 2-ci qrup əlillik təyin edilmişdir. 2015-ci ildə komissiyyadan keçmiş və yenidən ona yenidən əlillik təyin edilmişdir. O, mütəmadi olaraq xəstəliyi ilə bağlı təqaüd almışdır. 2020-ci ilin dekabr ayında növbəti dəfə komissiyadan keçəndə ona bildirmişlər ki, artıq o, tam reabilitasiya olunmuş, buna görə də ona əlillik təyin edilməmişdir. O, buna etiraz etsə də və xəsarətlərinin olmasını, faktiki olaraq aldığı xəsarətlərdən əziyyət çəkdiyini desə də, onu heç bir müayinələrdən keçirmədən sadəcə formal baxış keçirlməklə əlilliyin təyin edilməyəcəyini bildirmişlər. AK.Mirqasımov adına xəstəxanada müayinədən keçib sənədləri ekspertizaya təqdim etmiş, onda “Sol bud sümüyünün aşağı 1/3-nin cərrahi əməliyyatdan sonra əyri bitişmiş sınığı. Sol diz oynağının postravmatik artozu, kontrakturası. Sağ pəncənin İİİ-İV-V daraq sümüklərinin əyri bitişmiş köhnə sınıqları” kimi xəstəliklərin olduğu müəyyən edilmişdir. Həmin ekspertizanın göndərişində Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində, müalicə aldığım xəstəxanalarda və Forma 88-də qeyd edilmiş xəstəliklər göstərilmiş, müayinə edildikdən sonra göndərişdə göstərilən xəstəliklər onda aşkar edilmişdir. Lakin hesab etmişdir ki, onun əlilliyinin kəsilməsi tam qanunsuzdur. Ona yenidən əlillik təyin edilməlidir. Hətta aldığı xəsrətlərinin nəticəsində müvazinətini saxlaya bilmədiyindən sonradan da diz oynağından ayağı sınmışdır. Yenidən əməliyyat keçirmiş, diz oynağına metal hissə qoyumuşdur. Xəstəxanalarda aldığı stasionar müalicə əsasında tərtib edilmiş epikrizə xəstəliklərin qeyd edilməsi və həmin epikrizin Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə yerləşdirilməsi müqabilində heç bir şəxsə hər hansı məbləğdə pul verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 592.2/KEŞ nömrəli rəyindən görünür ki, Şahid4 Bayram oğlunun məhkəmə tibbi ekspertizası və “Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” PHŞ-də aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hazırda onda “sol bud sümüyünün aşağı 1/3-nin cərrahi əməliyyatdan sonra əyri bitişmiş sınığı. Sol diz oynağının postravmatik artrozu, kontrakturası. Sağ pəncənin İİİ-İV-V daraq sümüklərinin əyri bitişmiş, köhnə sınıqları” diaqnozların olması müəyyən edilmişdir. Şahid4 adına Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 032003AAKY nömrəli göndərişdə qeyd olunan diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı qismən öz təsdiqini tapmışdır. Buna məsul şəxslər müalicə həkimi və komissiya üzvləridir. Obyektiv, laborator, kliniki və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, Şahid4 Bayram oğlunun məhkəmə tibbi ekspertizası və “Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” PHŞ-də aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda “Sol bud sümüyünün aşağı 1/3-nin cərrahi əməliyyatdan sonra əyri bitişmiş sınığı. Sol diz oynağının postravmatik artrozu, kontrakturası. Sağ pəncənin İİİ- İV-V daraq sümüklərinin əyri bitişmiş, köhnə sınıqları” diaqnozların olması müəyyən edilmişdir. Şahid4 Bayram oğluna Xaşmaz rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən yazılmış diaqnoz qismən düzgündür. Obyektiv, laborator, kliniki və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid4 Bayram oğlunun barəsində Xaşmaz rayon Mərkəzi Xəstəxanasının 0329003AAKBY nömrəli göndərişində qeyd olunmuş “Sol bud sümüyünün aşağı 1/3-nin cərrahi əməliyyatdan sonra əyri bitişmiş sınığı. Sol diz oynağının postravmatik artrozu, kontrakturası. Sağ pəncənin İİİ-İV-V daraq sümüklərinin əyri bitişmiş, köhnə sınıqları” diaqnozları məhkəmə tibbi müayinə zamanı təsdiqini tapsa da, həmin göndərişdə “Sərt damağın 2 sm qədər burun və ağız boşluqları birləşdirən fistul tənəffüs, nitq funksiyasının pozulması” kimi qeyd edilmiş diaqnoz öz təsdiqini tapmamışdır. Şahid4 Bayram oğlunda müəyyən edilmiş xəstəliklərin müalicələr dövründə qismən sağalması mümkündür. Göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. Buna məsul müalicə həkimi və komissiya üzvləridir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Şahid4 Bayram oğlunun adına Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 032003AAKBY nömrəli göndərişdə əsas diaqnoz “Bədənin bir neçə nahiyələrini əhatə edən müştərək sınıqlar Avtoqəza travması nəticəsində (xx.xx.2013) sol bud sümüyünün diafizinin aşağı 3/1-nin və distal metafizinin qəlpəli, yerdəyişmiş, oynaqdaxili açıq sınığına, simfirin cırılmasına, sağ qasıq sümüyünün hər iki şəxənin yerdəyişmiş sınığına, hər iki sirkə kasasının, sağ aşıq sümüyünün cisminin yerdəyişməyən sınığına, sol lateral topuğun, sağ ayasğın İİİ-V daraq sümüklərinin başın yerdəyişmiş sınıqlarına görə aparılmış simfizin və sol bud sümüyünün açıq reporizisiyası, mütal lövhə ilə asteosintezi” kimi, ağırlaşma diaqnozu “Bədənin bir neçə nahhiyələrini əhatə edən müştərək sınıqlar, əsas diaqnozun davamı: sol aşağı ətrafın, çənə cisminin çıxarılmamış, metokonstruksiyalar (metal lövhələr, millər və vintlər), Sərt damağın 2 sm qədər burun və ağız boşluqlarını birləşdirən fistul tənəffüs və nitq funksiyalarının pozulması” kimi göstərilmişdir. Eyni zamanda ağırlaşma kimi qeyd olunmuz diaqnoz həmin göndərişdə müayinə nəticələri hissəsində həkim cərraha aid olan hissədə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Şahid4 Bayram oğlunun adına Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xəstənin ambulator kartasından görünür ki, Şahid4 barəsində 12 dekabr 2020-ci il tarixdə müraciətində rəsmi sənəd olan ambulator xəstənin tibbi kartasında ağırlaşma diaqnozu “Bədənin bir neçə nahiyələrini əhatə edən müştərək sınıqlar, əsas diaqnozun davamı: sol aşağı ətrafın, çənə cisminin çıxarılmamış, metokonstruksiyalar (metal lövhələr, millər və vintlər), Sərt damağın 2 sm qədər burun və ağız boşluqlarını birləşdirən fistul tənəffüs və nitq funksiyalarının pozulması” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin 30 dekabr tarixli 413 nömrəli qərarından görünür ki, qərarın 2.5.15-ci bəndinə əsasən “çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları” (K10.0-K10.9) diaqnozu 3-cü dərəcə müddətsiz əlillik təyin edilməsinə əsas verir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan X9 və Ortopediya İnstitutunun 21 fevral 2021-ci il tarixli 1041/1198 nömrəli arayışından görünür ki, Şahid4 Bayram oğlunda “Sağ aşıq sümüyünün əyriliyi və aşağı şaxəsinin bitişmiş sınığı sinfizin metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət, Sol budun aşağı 1/3-nin qeyridüzgün bitişmiş oynaq daxili sınığı, postravmatik deformasiya. Xroniki osteomielitin qalıq əlamətləri, Sol diz oynağının deformasiyaedici artrozu, oynaq kəskin kontrakturası, əzələ atrofiyası dol aşağı ətrafın 5 sm qısalığı, yeriş və hərəkət funksiyasının pozulması.” diaqnozları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xaçmaz rayon Mərkəzi Xəstəxanası üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli 08 nömrəli, xx.xx.2019-cu il tarixli 06 nömrəli, xx.xx.2020-ci il tarixli 06 nömrəli və xx.xx.2021-ci il tarixli 15 nömrəli əmrlərdən görünür ki, həmin Xəstəxananın həkim məsləhət komissiyası - sədr baş həkim direktor Şahid1, Şahid2, üzvlər həkim nevropatoloq X10, həkim cərrah Təqsirləndirilən şəxs və həkim terapevt X5 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xaçmaz rayon Mərkəzi Xəstəxanası üzrə qəbul edilmiş xx.xx.2011-ci il tarixli 13 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ildən həmin poliklinikada həkim cərrah vəzifəsində işləyir, eyni zamanda yuxarıda qeyd olunan əmrdən də göründüyü kimi Həkim Məsləhət Komissiyasının üzvüdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan flaşkart formalı elektron daşıyıcının fotoşəklindən görünür ki, 262F**********11 saylı E-imza nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011ci il tarixli 30 nömrəli əmri ilə “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”-dən görünür ki, həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və sair. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən tərtib edilmiş xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 iyun 2012-ci il tarixli AZ-İİ seriyalı 900540 nömrəli X8 surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından himayələrində yetkinlik yaşına çatmamış X11 adında oğlu ovladı var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli AZ-İV seriyalı 616950 nömrəli X8 surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından himayələrində azyaşlı X17 adında qız ovladı var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin MKİS-nin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Şahid4 Bayram oğlunun adına Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 032003AAKBY nömrəli Forma-088 və Şahid4 Bayram oğlunun adına tərtib edilmiş ambulator xəstənin tibbi kartasının əsli, Şahid4 Bayram oğlunun adına tərtib edilmiş Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2074 nömrəli xəstəlik haqqında şəhadətnamənin, X9 və Ortopediya İnstitutunun 21 fevral 2021-ci il tarixli 1041/1198 nömrəli arayışı təsdiqlənmiş surətləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 21 aprel 2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004- cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində iki azyaşlı uşağlarının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmaması və himayəsində iki azyaşlı uşağlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, iş yerinin olmaması, özünün həyat şəraiti, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, himayəsində azyaşlı uşağının olması, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağlarının olmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza təyin edilərkən, əlavə cəza kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrinin İdarəetmə X23 şəxs Xaçmaz rayon X14 məsləhət komissiyasının tərkibində vəzifə tutmaq hüququndan da məhrum edilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Şahid4 Bayram oğlunun adına Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 032003AAKBY nömrəli Forma-088 və Şahid4 Bayram oğlunun adına tərtib edilmiş ambulator xəstənin tibbi kartasının əsli, Şahid4 Bayram oğlunun adına tərtib edilmiş Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2074 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin, X9 və Ortopediya İnstitutunun 21 fevral 2021-ci il tarixli 1041/1198 nömrəli arayışı təsdiqlənmiş surətləri cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi zərərin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib 2.000 (iki min) manat cərimə cəzasına, CM-in 313-cü maddəsi ilə təqsirli bilinib 1.500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrinin İdarəetmə X23 şəxs Xaçmaz rayon X14 məsləhət komissiyasının tərkibində vəzifə tutmaq, habelə səhiyyə sahəsində rəhbər və maddi məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – Şahid4 Bayram oğlunun adına Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 032003AAKBY nömrəli Forma-088 və Şahid4 Bayram oğlunun adına tərtib edilmiş ambulator xəstənin tibbi kartasının əsli, Şahid4 Bayram oğlunun adına tərtib edilmiş Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2074 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin, X9 və Ortopediya İnstitutunun 21 fevral 2021-ci il tarixli 1041/1198 nömrəli arayışı təsdiqlənmiş surətləri cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. İş üzrə müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar