Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-93/2025 15.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Feyzi oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əməllərində cinayətlərin residivi olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası ƏN-nin PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2015-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.4 və 150.1-ci maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 06 iyul 2014-cü il tarixdən hesablanmaqla 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 3 ay 2 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən döyüş sursatlarını və yivli odlu silahı qanunsuz əldə edib döyüş sursatını daşıyaraq üzərində saxlamaqla gəzdirmiş, odlu silahı isə daşıyaraq saxlamış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Ağtala kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 03 yanvar 2025-ci il tarixdə saat 16:10-16:21 müddətində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1975-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 03 ədəd ştat patron və xx.xx.2025də saat 17:00-17:13 müddətində Xaçmaz rayonu, Ağtala kəndi ərazisində olmaqla həmin kənd ərazisində yerləşən «X12» MMC-yə məxsus soyuducu anbardan şərq istiqamətində 200 metr məsafədə yerləşən qəbiristanlıq ərazisində olan kolluq sahəyə baxış keçirilərkən idman çantasında olan göy rəngli polietilen torbanın içərisində 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş AKM * modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivli silah hesab edilən avtomat silahı aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə edib daşıyaraq saxlamaqla gəzdirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, sözügedən silahı polis əməkdaşları tərəfindən PŞ-ya dəvət edilməzdən bir neçə gün əvvəl, təxminən 26 dekabr 2024-cü il tarixdə Xaçmaz rayonu, Çiləgir kəndi ərazisində yerləşən körpünün altından tapıb gizlətmişdir. O, silahı tapdığında sökülmüş vəziyyətdə sellofan torbanın içərisində olmuş və həmin sellofan torbanın içərisində döyüş sursatı olan patronları da olmuşdur. Bundan sonra o özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən PŞ-ya dəvət edilmişdir. Həmin vaxt patronlar onun üzərində olmasına baxmayaraq polis əməkdaşları ondan silah barəsində heç nə soruşmamışlar. Lakin o özü silahı taparaq gizlətməsini etiraf etmişdir. Polis əməkdaşlarına onda silah olması barədə məlumat verilməmiş və ya həmin silahla kimisə hədələməmişdir. Məhkumluğunun olduğu üçün ona problem yaranacağından çəkinib əvvəldən silahı tapması barədə polisə məlumat verməmişdir. Vəziyyətin bu dərəcəyə çatacağını bilmiş olsa idi patronları üzərində saxlamadan məhv edərdi. O, Silahı tapdıqdan dərhal sonra bu barədə polisə məlumat verdiyi halda cinayət məsuliyyətindən azad olunacağını bilmədiyindən peşmandır. Həmçinin hazırkı cinayət əməlini digər cinayət işi üzrə vaxtından əvvəl azad olunduğu dövrdə törətməmişdir. Bununla da o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona hər hansı psixoloji təzyiq göstərilmədiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu və məhkəmə tərəfindən barəsində veriləcək istənilən cəza ilə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib daşıyaraq saxlamaqla gəzdirməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili Əfqan X1 odlu silahın olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Xaçmaz rayonu, Ağtala kəndi ərazisində xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs yaxınlaşıb onu PŞ-ya dəvət etmişlər. PŞ-da olarkən Təqsirləndirilən şəxs üzərində olan üç ədəd patronu çıxarıb təqdim etmişdir. Bundan sonra o, avtomat silahını tapdığını və qəbirstanlıqda aparıb gizlətdiyini bildirmişdir. Hadisə yerinə getdiklərində Təqsirləndirilən şəxs silahı gizlətdiyi yeri könüllü olaraq onlara bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs odlu silah olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar xidmətdə olduqları zaman yolun kənarında Təqsirləndirilən şəxs yaxınlaşaraq PŞ-ya dəvət etmişlər. PŞ-da təhqiqatçının xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman cibindən avtomat silahına aid patron açkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Ağtala kəndində yerləşən rus qəbirstanlığında avtomat silahın olduğunu etiraf etmişdir. Əməliyyat qrupu yaradılmış və onlar göstərilən ünvana getmişlər. Göstərilən ünvanda Təqsirləndirilən şəxs özü könüllü olaraq silahı təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 yanvar 2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 03 yanvar 2025-ciil tarixli “Şübhəli şəxsin tutulması haqqında”protokoldan (cild 01, vərəq 25) görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır (tutulmuşdur). - 03 yanvar 2025-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan (cild 01, vərəq 28) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində tünd göy rəngli cins şalvar, tünd boz rəngli qış gödəkçəsi, ayağında qara rəngli dəri ayaqqabı, başında isə qara rəngli yun papaq vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə edib üzərində saxlaması və gəzdirməsi barədə məlumat daxil olduğu bildirildikdən sonra Təqsirləndirilən şəxs üzərində 03 ədəd patron olduğunu bildirərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd patronu təqdim etmişdir. Həmin patronlar maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı X8 tərəfindən götürülmüşdür. - 03 yanvar 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 31) müəyyən edilir ki, həmin yer Xaçmaz rayonu, Ağtala kəndi ərazisində olmaqla həmin kənd ərazisində yerləşən “X12” MMC-yə məxsus soyuducu anbardan şərq istiqamətində 200 metr aralı məsafədə yerləşmişdir. Qəbirstanlıqda Təqsirləndirilən şəxs kollarla əhatə olunmuş yerdə olan qurumuş yarpaqları və ağac budaqlarını əli ilə təmizlədikdə qurumuş ağac yarpaqlarının altında bir ədəd üzərinə “adidas” yazılmış qara rəngli idman çantasının olduğu, açıldıqda içərisində 01 ədəd üzərinə “AMUR FİRMASİ” sözləri yazılmış göy rəngli polietilen torba olması, polietilen torba açıldıqda isə içərisində sökülmüş vəziyyətdə avtomat silahının və hissələrinin olması müəyyən edilmişdir. Həmin avtomat silahı və hissələri maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı X8 tərəfindən götürülmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 yanvar 2025-ci iltarixli, 25/2R №-li ekspertin rəyində (cild 01, vərəq 40) göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-li silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 1975-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstrksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Qeyd: Təqdim edilmiş 03 ədəd 7,62x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu. - 05 yanvar 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 01, vərəq 52) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. - 05 yanvar 2025-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin 4(067)-1/2025 saylı qərarı ilə (cild 01, vərəq 68) Təqsirləndirilən şəxs barəsində 03 yanvar 2025-ci il tarixdən, saat 15:55-dən hesablanmaqla 03 ay həddində, yəni 03 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - 13 yanvar 2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və“Raport”dan (cild 01, vərəq 77, 87) müəyəyn edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru İkraməddin Zəkiyevin icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Ağtala kəndində yaşayan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq döyüş sursatı hesab edilən 03 ədəd 7,62x39 mm kalibrli patronları üzərində saxlamaqla gəzdirmiş və 01 ədəd odlu, yivli avtomat silahını Xaçmaz rayonu, Ağtala kəndində “rus qəbristanlığı” adlanan ərazidə gizlətməklə saxlamışdır. Fakt ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs avtomatı və patronları hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əlavə silah sursatın olması barədə məlumat əldə etmək mümkün olmamış, əldə olunan məlumata görə həmin silahı özü tapmışdır. Təqsirləndirilən şəxs silah sursatı tapanda yanında şahid olmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 78) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 149.2.4, 150.1, 66.3-cü maddələrinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 5(067)-1/2025 saylı qərarından (cild 01, vərəq 81) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə edib saxlaması və daşıması barədə daxil olmuş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 yanvar 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək cəzasının çəkilməmiş hissəsindən qalan 3 (üç) ay 2 (iki) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2025-ci il tarixli, 3/36 (cild 01, vərəq 106) nömrəli ekspert rəyindən müəyyən edilir ki, təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal olunmuş AKM modelli Kalaşnikov konstruksiyalı döyüş təyinatlı yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş avtomat silahın və hissələrin üzərində sonradan təyinatı dəyişən əlavə dəyişikliklər edilməmişdir. Təqdiqata təqdim edilmiş avtomat silahın istehsal tarixi və zavod nömrəsi bildirən sahələr dərindən pozulduğundan, hansı nömrəli olmasını və hansı tarixdə istehsal olunduğunu müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim ediılmiş avtomat silahın funksional əhəmiyyət daşımayan lülə qutusunun qapağı “ПН 5862” avtomat silaha məxsusdur. Tədqiqata təqdim edilmiş 2 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik Kalaşnikov konstruksiyalı “AKM”, “AKMS” patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. - 21 fevral 2025-ci il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan (cild01, vərəq 111) və 22 fevral 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 117) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən və ekspertiza tədqiqatından sonra qalıq qalan 02 ədəd zavod üsulu ilə hazırlanan patronun və Xaçmaz rayonu, Ağtala kəndində yerləşən qəbirstanlıqdan aşkar edilmiş, Təqsirləndirilən şəxs gizlətdiyi bir ədəd 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivli silahı hesab edilən avtomat silah maddi sübut hesab edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin və Xaçmaz rayonu, Ağtala kəndində yerləşən rus qəbirstanlığına baxış keçirilməsinin görüntülərini əks etdirən iki ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: - Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 78) müəyyən edilir ki, təqsirləndirilən şəxs Qeybullayev X9 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 237.1, 234.2, 66.3-cü maddələrinə əsasən 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2010cu il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Resopublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunub. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.4, 150.1, 66.3-cü maddələrinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Nərəcan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 15 fevral 2025-ci il tarixli “Xasiyyətnamə”dən (cild 01, vərəq 94) müəyyən edilir ki, Təqsirləndirilən şəxs uzun müddət həbsdə olmuş, yaxın günlərdə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs kənd sakinləri tərəfindən müsbət xarakterizə olunmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi düzgün hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməllərində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Abdlla oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, onun tutulduğu (saxlanıldığı) andan, yəni 03 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən və ekspert tədqiqatından sonra qalıq qalmış 02 ədəd patron və Xaçmaz rayonu, Ağtala kəndində yerləşən qəbirstanlıqdan aşkar edilmiş, Təqsirləndirilən şəxs gizlətdiyi bir ədəd 7,62 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivli silahı hesab edilən avtomat silah hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin və Xaçmaz rayonu, Ağtala kəndində yerləşən rus qəbirstanlığına baxış keçirilməsinin görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu (saxlanıldığı) andan, yəni 03 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən və ekspert tədqiqatından sonra qalıq qalmış 02 ədəd patron və Xaçmaz rayonu, Ağtala kəndində yerləşən qəbirstanlıqdan aşkar edilmiş, Təqsirləndirilən şəxs gizlətdiyi bir ədəd 7,62 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivli silahı hesab edilən avtomat silah hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin və Xaçmaz rayonu, Ağtala kəndində yerləşən rus qəbirstanlığına baxış keçirilməsinin görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-93/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-93/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver