Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-94/2021 03.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natik Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Əliş qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 17 avqust 1989-cu ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də fəhlə işləyən, Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbə ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cavabdeh kimi 23 iyul 2014-cü il tarixdən başlayaraq, övladı, 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 85,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(067)-1612/2014 saylı qətnaməsinin və 27 yanvar 2016-cı il tarixdən başlayaraq, övladı, 18.10.2014-cü il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs2 xeyrinə və 20,00 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(067)-1286/2016 saylı qətnaməsinin, həmçinin, 03 mart 2016cı il tarixdən başlayaraq, övladı, 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(067)-1923/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs şəxsi maraq niyyətilə təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə 6735,00 manat məbləğində, tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə isə 4730,00 manat məbləğində aliment borcunu ödəməmiş, tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 2 aydır "xxxx" MMC-də fəhlə işləyərək hər ay 450 manat əmək haqqı alır. 2013-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs1 Əliş qızı ilə ailə münasibətləri pis olduğundan nikahları rəsmi qaydada xitam olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 ilə xasiyyəti uyğun gəlmir, tez-tez aralarında mübahisələr yaranırdı. Həmin nikahdan 2013-cü il təvəllüdlü Toğrul adlı övladları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən 23 iyul 2014-cü il tarixdən başlayaraq 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 85,00 manat sabit pul məbləğində alimenti və həmin məhkəmənin digər qətnaməsinə əsasən 03 mart 2016-cı il tarixdən başlayaraq, 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əlavə 2016-cı ilin əvvəllərində Zərərçəkmiş şəxs2 ilə ailə münasibətləri pis olduğundan nikahları rəsmi qaydada xitam olunmuşdur. Bu nikahdan isə 2014-cü il təvəllüdlü Zəhra adlı övladları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən 27 yanvar 2016-cı il tarixdən başlayaraq, Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamələr icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququm müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə 6735,00 manat məbləğində, tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə isə 4730,00 manat məbləğində aliment borcunu ödəməmişdir. Məhkəmə gedişatı zamanı o, zərərçəkmiş şəxslərin hər birinə 500 manat pul ödəmiş, zərərçəkmiş şəxslərin və məhkəmə qarşısında öhdəlik götürərək bildirmişdir ki, zərərçəkmiş şəxslərə hər ay hər birinə köhnə aliment borcundan 150 manat aliment ödəyəcəkdir. Aliment borcunu ödəməyə söz verdiyinə görə zərərçəkmiş şəxslər onun tutulması ilə bağlı şikayətçi olmamışlar. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2016-cı ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə ailə münasibətləri pis olduğundan nikahları rəsmi qaydada xitam olunmuşdur. Belə ki, onunla xasiyyəti uyğun gəlmir, zorakılıq edərək dəfələrlə xəsarət yetirdiyindən, tez-tez aralarında mübahisələr yaranmışdır. Bu səbəbdən nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2016-cı il tarixdən başlayaraq, 18.10.2014-cü il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində aliment ödəməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək 4730,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs kifayət qədər maddi imkana sahib olmasına baxmayaraq, həmin borcu qərəzli olaraq ödəmədiyini, həmçinin övladı ilə maraqlanmadığını, onlara heç bir yardım göstərmədiyini, ümumiyyətlə o, valideynlik borcunu yerinə yetirməyən məsuliyyətsiz bir insan olmuşdur. Lakin məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs aliment borcundan ona 500 manat pul ödəmiş, köhnə aliment borcundan hər ay 150 manat ödəyəcəyi ilə bağlı onun və məhkəmənin qarşısında yazılı öhdəlik götürmüşdür. Təqsirləndirilən şəxs aliment borcunu ödəyəcəyinə söz verməsinə, onun və məhkəmənin qarşısında aliment borcunu ödəyəcəyi ilə bağlı yazılı öhdəlik götürməsinə, övladının atası olmasına, məhkəmə istintaqı dövründə 500 manat köhnə aliment borcundan ödəməsinə və tutulduğu halda köhnə aliment borcunu və aylıq ödəyəcəyi alimenti ödəyə bilməyəcəyinə görə onun tutulmasını istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Əliş qızı bildirdi ki, 2013-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə ailə münasibətləri pis olmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlmirdi. Bu səbəbdən nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, qətnaməsi ilə Təqsirləndirilən şəxs 23 iyul 2014-cü il tarixdən başlayaraq hər ay 85 manat və həmin məhkəmənin digər qətnaməsi ilə 03 mart 2016-cı il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamələr icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək 6735,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs kifayət qədər maddi imkana sahib olmasına baxmayaraq, həmin borcu qərəzli olaraq ödəmədiyini, həmçinin övladı ilə maraqlanmadığını, onlara heç bir yardım göstərmədiyini, ümumiyyətlə o, valideynlik borcunu yerinə yetirməyən məsuliyyətsiz bir insan olmuşdur. Lakin məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs aliment borcundan ona 500 manat pul ödəmiş, köhnə aliment borcundan hər ay 150 manat ödəyəcəyi ilə bağlı onun və məhkəmənin qarşısında yazılı öhdəlik götürmüşdür. Təqsirləndirilən şəxs aliment borcunu ödəyəcəyinə söz verməsinə, onun və məhkəmənin qarşısında aliment borcunu ödəyəcəyi ilə bağlı yazılı öhdəlik götürməsinə, övladının atası olmasına, məhkəmə istintaqı dövründə 500 manat köhnə aliment borcundan ödəməsinə və tutulduğu halda köhnə aliment borcunu və aylıq ödəyəcəyi alimenti ödəyə bilməyəcəyinə görə onun tutulmasını istəmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs 23 iyul 2014-cü il tarixdən başlayaraq, 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 85,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(067)- 1612/2014 saylı qətnaməsi, Təqsirləndirilən şəxs 27 yanvar 2016-cı il tarixdən başlayaraq, 18.10.2014-cü il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs2 xeyrinə və 20,00 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(067)-1286/2016 saylı qətnaməsi və Təqsirləndirilən şəxs 03 mart 2016cı il tarixdən başlayaraq, 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(067)-1923/2016 saylı qətnaməsi qərəzli olaraq icra edilməmişdir. Sözügedən qətnamələr icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, qətnamələr üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə 6735,00 manat məbləğində, tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə isə 4730,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi və həyətyanı sahədə əmlak vəziyyətinə baxış keçirilmiş, lakin orada borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkarlanmamışdır. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasına, ona yeni icra müddətinin verilməsinə baxmayaraq, qətnamələr üzrə borcundan ödəniş etməmiş, dövlət adından çıxarılan məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınmağa davam etmişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər birinə 500 manat olmaqla, ümumilikdə iki zərərçəkmiş şəxsə 1000 manat məbləğində aliment borcunu ödəməsindən məlumatı vardır. Məhkəmədə şahid qismind ifadə vermiş Xaçmaz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(067)-1612/2014 saylı və 31 mart 2016-cı il tarixli, 2(067)-1923/2016 saylı qətnamələri ilə borclu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Əliş qızının xeyrinə 6735,00 manat məbləğində aliment verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(067)-1286/2016 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 4730,00 manat məbləğində aliment verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2014-cü il tarixli, 2(067)-1612 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2 (067)-1612 saylı, 22 avqust 2014-cü il tarixli qətnaməsi 30 sentyabr 2014-cü il tarixdə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2014-cü il tarixdə Xaçmaz rayon Məhkəmə İcraçıları Bölməsinin məhkəmə icracısı X5 tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 03 oktyabr 2014-cü il tarixli qərardan görünür ki, Xaçmaz rayonun, Alekseyevka kəndində yaşayan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş 22 fevral 2016-cı il tarixli, 2(067)-1286 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2 (067)-1286 saylı, 22 fevral 2016cı il tarixli qətnaməsi 24 avqust 2016-cı il tarixdə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2016-cı il tarixdə Xaçmaz rayon Məhkəmə İcraçıları Bölməsinin məhkəmə icracısı X5 tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 09 sentyabr 2016-cı il tarixli qərardan görünür ki, Xudat şəhəri, 6-cı şöbədə yaşayan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş 31 mart 2016-cı il tarixli, 2(067)-1923 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2 (067)-1923 saylı, 31 mart 2016cı il tarixli qətnaməsi 27 iyul 2016-cı il tarixdə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş 27 iyul 2016-cı il tarixdə Xaçmaz rayon Məhkəmə İcraçıları Bölməsinin məhkəmə icracısı X5 tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 27 iyul 2016-cı il tarixli qərardan görünür ki, Xudat şəhəri, 4-cü şöbədə yaşayan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 3(067)-590/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 22 avqust 2014-cü il tarixli 2(067)-1612/2014 saylı qətnaməsi və 31 mart 2016-cı il tarixli 2(067)-1923/2016 saylı qətnaməsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 30.06.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs fiziki şəxs X3 yanında fəhlə vəzifəsində fəaliyyət göstərir, aylıq əmək haqqı 250 (iki yüz əlli) manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aliment borcu üzrə zərərçəkmiş şəxslərin hər birinə ayrı-ayrılıqda 500 (beş yüz) manat, ümumilikdə 1000 manat məbləğində ödənişlər etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasma qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasınaa qarşı" (21 iyul 2005-ci il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, məhkəmə istintaqı dövründə ümumilikdə 1000 manat olmaqla, iki zərərçəkmiş şəxsin hər birinə köhnə aliment borcundan 500 manat pul ödəməsini, köhnə aliment borcundan hər ay 150 manat ödəyəcəyi ilə bağlı zərərçəkmiş şəxslərin və məhkəmənin qarşısında yazılı öhdəlik götürməsini, aliment borcunu ödəyəcəyinə söz verməsini, övladlarının atası olmasına və məhkəmə istintaqı dövründə iki zərərçəkmiş şəxsdən hər birinə 500 manat köhnə aliment borcundan ödəməsinə və tutulduğu halda köhnə aliment borcunu və aylıq ödəyəcəyi alimenti ödəyə bilməyəcəyinə görə zərərçəkmiş şəxslərin onun tutulmasını istəməməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində zərərçəkmiş şəxslərə borclu olduğu pul vəsaiti üzrə hər birinə 500 manat məbləğində ödənişlər etmiş, borclu olduğu pul vəsaitinin qalan hissəsini sonunculara yaxın vaxtlarda ödəyəcəyi barədə yazılı öhdəlik götürmüş, zərərçəkmiş şəxslər də bu halları təsdiq edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişlər. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra zərərçəkmişlə razılıq əldə etməsi, borclu olduğu pul vəsaiti üzrə ödənişlər etməsi və qalan borcu üzrə yaxın müddətdə ödənişlər aparacağı barədə öhdəlik götürməsi eyni zamanda onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını, şəxsin islah olunmasına təsirini və azadlıqda qalarsa iki övladının saxlanılması üçün zərərçəkmiş şəxslərə aliment borcunu ödəməsini təmin etmək üçün hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və buna görə də, barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin edilməlidir. Bu zaman məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1 və Cəzaların İcrası Məcəlləsinin 43.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təyin edilmiş cəza təqsirləndirilən şəxsin iş yeri üzrə çəkilməli, həmçinin cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldiyi gündən hesablanmalı və təyin edilmiş cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 344-347, 349, 351-354, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldiyi gündən hesab edilsin. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun və məhkəmə xərclərinin olmaması, həmçinin mülki iddianın verilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, elan olunduqdan 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-94/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-94/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver