Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-94/2022 22.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Maqsudkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.991 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 12 mart 2022-ci il tarixdə saat 17:50-də o. Xaçmaz şəhəri. İİ.Əliyev küçəsində saxlanılıb gətirilərək ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında 12 mart 2022-ci il tarixdə saat 19:05-dən 19:20-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki üzərində ağ rəngli çalarları olan tünd boz rəngli gödəkçənin sağ yan cibindəki kibrit qutusundan içərisində olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.991 qram narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o. satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o təxminən iki ildən çoxdur ki, narkotik vasitə istifadə edir. 12 mart 2022-ci il tarixdə saat 17 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Oba marketin yaxınlığında piyada gəzən zaman yolun kənarında, yerdə bir ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutusunu götürüb içərisinə baxan zaman görmüşdür ki. qutunun içərisində kibrit dənələri və bir ədəd sellofan büküm vardır. O həmin sellofan bükümün içərisinə baxanda görmüşdür ki. sellofan bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə vardır. O. narkotik vasitə heroin istifadə etdiyi üçün həmin sellofan torbanın içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bilmişdir. Ona görə də. həmin sellofan bükümü yenə də kibrit qutusunun içərisinə qoyub qutunu da əynində olan qış gödəkçəsinin sağ yan cibinə qoyub yoluna davam etmişdir. Bir qədər məsafə qət etdikdən sonra iki nəfər mülki geyimli tanımadığı şəxslər ona yaxınlaşıb bildirmişlər ki, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Ona görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Xaçmaz rayon Polis Şöbəsində o, şübhəli kimi tutulmuş və ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, cibində olan kibrit qutusunu təqdim edib onun içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitədən başqa onun üzərindən hər hansı bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş vasitə aşkar olunmamışdır. O, səmimi şəkildə etiraf edərək bildirmişdir ki, sellofan bükümün içərisindəki narkotik vasitə olan heroindir və onun özünə məxsusdur. O, etdiyi əməldən peşmandır. O narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. O, tapdığı zamanlarda narkotik vasitə olan heroin, marixuana, eləcə də psixatrop maddə olan metamfetamin istifadə etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikləri zaman onun hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçdirdiyini, himayəsində yaşlı valideyinlərinin olduğunu bildirməklə barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə Xaçmaz rayonu Maqsudkənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O, dərhal bu məlumatı polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 12 mart 2022-ci il tarixdə saat 17:50-də onlar Təqsirləndirilən şəxs Xaçmaz, şəhəri H.Əliyev küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Yaqub onlarla Xaçmaz RPŞ- nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu eyni gödəkçənin sol yan cibindən isə bir ədəd “MAXVİ" markalı mobil telefonu çıxararaq stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxılan zaman orada kibrit dənələrinin və bir ədəd sellofan bükümün olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olmasını bildirmişdir. Həmin bükümün içərisinə baxılan zaman sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirimiş və üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu və heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Həmin içərisində narkotik vasitə heroin olan sellofan büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığı şəxsi istifadəsi üçün üzərində saxladığı qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən daha sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə fizikikimyəvi ekspertizasının 13 mart 2022-ci il tarixli 6/1458 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan istintaq zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizası təyin edilərək keçirilmiş, ekspertizanın 13 may 2022-ci il tarixli 2438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya. intoksikasiya. əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0,991 qram olan narkotik vasitə heroin və bir ədəd içərisində şəxsi axtarış videogörüntüsii olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə tərəfimdən qəbul edilmiş xx.xx.2022 və xx.xx.2022- ci il tarixli qərarlarla maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,941 qram qalığının saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş İctimai Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs əvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.991 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 12 mart 2022-ci il tarixdə saat 17:50-də o. Xaçmaz şəhəri. İİ.Əliyev küçəsində saxlanılıb gətirilərək ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında 12 mart 2022-ci il tarixdə saat 19:05-dən 19:20-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki üzərində ağ rəngli çalarları olan tünd boz rəngli gödəkçənin sağ yan cibindəki kibrit qutusundan içərisində olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.991 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 14 mart 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 14 mart 2022-ci il tarixdə “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 12 mart 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 14 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,941 qram heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,941 qram heroin məhv edilsin. İş üzrə müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-94/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-94/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver