Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-94/2024 13.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Xaçmaz şəhəri, A.Mustafayev küçəsində yerləşməklə, Xaçmaz şəhəri Heydər Hüseynov küçəsi ilə A.Mustafayev küçəsinin kəsişməsindən Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi istiqamətinə doğru 10 metr məsafədə yolun sağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fəaliyyətsiz mebel sexinin damından həmin sexə qanunsuz daxil olaraq orada avtomobil təkərlərinin olmasını görüb sexin içəridən məftillə bağlanmış qapısını açıb kənar şəxslərin oraya daxil olmasının qarşısını almaq məqsədi ilə özünün aldığı asma kilidlə bağladıqdan sonra 21 noyabr 2023-cü il tarixdə saat 02 radələrində qeyd olunan sexə yenidən gəlib oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 4 ədəd üzərlərində “Mercedes Benz, X11 245/45R18YXL söz, hərf və rəqəmləri həkk olunmuş “Mercedes Benz” markalı avtomobilə aid hər birinin qiyməti 1000 (min) manat olmaqla ümumilikdə 4000 (dörd min) manat dəyərində olan diskli təkərləri qanunsuz götürüb apararaq saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə 22 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Xaçmaz şəhəri, A.Mustafayev küçəsində yerləşməklə, Xaçmaz şəhəri Heydər Hüseynov küçəsi ilə A.Mustafayev küçəsinin kəsişməsindən Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi istiqamətinə doğru 10 metr məsafədə yolun sağında olan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fəaliyyətsiz mebel sexinin qapısına özünün öncədən bağladığı kilidi açıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 4 ədəd “Lada Niva” markalı avtomobilə aid hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində olan diskli təkərləri qanunsuz götürüb aparmaqla təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar eyni niyyətlə 23 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Xaçmaz şəhəri, A.Mustafayev küçəsində yerləşməklə, Xaçmaz şəhəri Heydər Hüseynov küçəsi ilə A.Mustafayev küçəsinin kəsişməsindən Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi istiqamətinə doğru 10 metr məsafədə yolun sağında olan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fəaliyyətsiz mebel sexinin qapısına özünün öncədən bağladığı kilidi açıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 4 ədəd üzərlərində “X12” sözləri həkk olunmuş “Pikap” tipli avtomobilə aid hər birinin qiyməti 100 (yüz) manat dəyərində olmaqla ümumilikdə 400 (dörd yüz) manat dəyərində olan disksiz təkərləri qanunsuz götürüb apararmaqla təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və etdiyi cinayət əməlini etiraf edərək ifadəsində bildirmişdir ki, yaşadığı ünvana yaxın məsafədə yerləşən işləməyən mebel sexinə daxil olduqdan sonra orada gördüyü 12 ədəd avtomobil təkərlərinin hamısını oğurlamaq niyyətinə gəlmişdir. Oğurladığı təkərləri Cəlal adlı şəxsə 450 manat pul müqabilində satmışdır. Cəlal adlı şəxs həmin 12 ədəd avtomobil təkərlərinin haradan əldə etdiyini ondan soruşduqda o, özünə məxsus olduğunu demiş, Cəlal isə onun qardaşlarında avtomobillər olduğundan təkərlərin ona məxsus olacağını düşünərək inanmışdır. Dəymiş ziyanı zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmək fikri yoxdur. Etdiyi əməldən peşmandır, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, o, hadisə barəsində zərərçəkmiş şəxsin dəqiq məlumatı olduğunu, lakin dünyasını dəyişdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanla onun yaşadığı ünvan arasında bir küçə var. Sexdən lazımsız dəmirlər və 4 ədəd “Niva”, 4 ədəd “Mercedes” və 4 ədəd “Pikap” markalı avtomobil təkərləri oğurlanmışdır. “Pikap”ın təkərləri qaytarılmışdır. “Mercedes” markalı avtomobilin təkərləri təzə, lakin “Niva” markalı avtomobilin təkərləri isə işlənmiş olmuşdur. Ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. Pikapın təkərlərinin qiyməti 450 manatdır. Dəymiş ziyan qaytarılmayıb. Lakin şikayəti və tələbi yoxdur. Barışıq əldə olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, soyuducuda işlədiyini və təqsirləndirilən şəxsin ona zəng edərək “Mercedes”, “Niva” və “Pikap” markalı avtomobillərə məxsus təkərlərin olduğunu və satmaq istədiyini bildirdi. O, həmin təkərlərin müqabilində təqsirləndirilən şəxsə 600 manat pul verməli idi. Pikapa məxsus təkərləri polisə təhvil vermiş, lakin “Mecedes” və “Nivaya” məxsus təkərləri tanımadığı şəxsə 500 manat müqabilində satmışdır, Cavidə isə 450 manat ödəniş etmişdir. “Mercedes”ə məxsus təkərlər yararsız olmuşdur. Təqsirləndirilən şəxs həmin təkərlərin qardaşlarının avtomobillərinin təkərləri olmasını bildirmişdir. O, ehtiyacı olduğu üçün sataraq qardaşının yanına, yəni Dağıstan Respublikasına getmək istədiyini bildirdi. Təqsirləndirilən şəxs təkərləri satarkən tək olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -Baxış keçirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 06) görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus, mebel təmir sexinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus təmir sexinin giriş qapısı boz rəngli metal qapıdır. Sexə baxılan zaman sexing içərisində məişətdə istifadə olunan taxta və metal boruların olması müşahidə edilmişdir. Zərərçəkmiş şəxs məxsus sexin içərisində digər bir ədəd otağın olması müşahidə edilmişdir. Zərərçəkmiş şəxs həmin otağa daxil olaraq orada özünə məxsus olan 4 ədəd diskli “Mersedes” markalı avtomobilə aid, 4 ədəd diskli “Niva” markalı avtomobilə aid və 4 ədəd disksiz pikap təkərlərinin olmasını həmin tərkərləri Təqsirləndirilən şəxs oğurlamasını bildirmişdir. -Baxış keçirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 14) görünür ki, Şahid yaşadığı yuxarıda qeyd olunan evin həyətyanı sahəsinə daxil olaraq oradakı yardımçı tikiliyə yaxınlaşdı. O yardımçı tikilinin içərisinə daxil olduqdan sonra iştirakçıları da oraya daxil olmağı bildirib orada olan 4 ədəd təkərləri təqdim edərək həmin təkərləri 2023-cü ilin noyabr ayında faktiki olaraq baxışda iştirak edən Təqsirləndirilən şəxs gətirərək ona satmasını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Şahid qeyd etdiklərini təsdiq edərək həmin təkərləri 23 noyabr 2023-cü il tarixdə faktiki olaraq baxışda iştirak edən Zərərçəkmiş şəxs məxsus olan mebel sexindən oğurladığını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs isə həmin təkərlərin özünə məxsus olmasını, onları pikap təkərləri olmaqla üzərlərində olan “Cordiant Off-road” sözlərindən tanımasını bildirmişdir. -26 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs Seyfu roğlu 26 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır (tutulmuşdur). -27 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 43) müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə X7 zərərçəkmiş şəxs qismində tanınmışdır. -28 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəqə 52) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir. -Xaçmaz rayon məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 4(067)-160/2023 saylı qərardan (cild 01, vərəq 69) görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 26 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -Xaçmaz rayon məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 1(067)-24/2020 saylı hökmündən (cild 01, vərəq 74) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Amnistiya aktının tətbiq edilməsi barədə 25 noyabr 2021-ci il tarixli qərardan (cild 01, vərəq 88) görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/249 nömrəli ekspert rəyindən (cild 01, vərəq 99) müəyyən olunur ki, analoji mallara müvafiq olaraq, təqdim edilmiş fotoşəkildən istifadə etməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 04 ədəd Pikap tipli avtomobilə aid diskləri olmadan, üzərlərində “X12” sözləri həkk olunmuş təkərlərin 2023-cü ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 400,00 (4 ədx100 man) manat müəyyən edilir. Digər 2 adda təkərlər tədqiqata təqdim edilmədiyindən müvafiq tədqiqatlar aparılmadan, markası, modeli, istehsal yeri və s. digər texniki göstəriciləri barədə ətraflı məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. -20 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan (cild 01, vərəq 104) görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. -22 fevral 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan (cild 01, vərəq 115) və 08 mart 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, vərəq 147) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 4 ədəd “Pikap” tipli avtomobilə aid disksiz təkərlər işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. -01 mart 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında qərardan (cild 01, vərəq 125) görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin tövsifi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə dəyişdirilmişdir. -01 mart 2024-cü il tarixli cinayət işi üzrə təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 01, vərəq 128) görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək o, həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.2 və 177.2.23-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. -Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 145) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Xaçmaz rayon məhkəməsinin 18 mart 2024-cü il tarixli, 4(067)-43/2024 saylı qərarından (cild 01, vərəq 178) görünür ki, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 26 aprel 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə, törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təkrar saxlanc yerinə daxil olmaqla sonuncunun əmlakını gizli yolla talamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət Prosessual Məcəllə) 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cinayətlər məhkəmə təcrübəsində də tanınır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Şəxs, talamanı oğurluq yolu ilə edərək düşünülmüş cinayəti bir neçə mərhələdə həyata keçirirsə onun əməlləri digər tövsifedici əlamətlər olmadığı halda Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə əhatə olunan bir davam edən cinayət kimi tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Lakin məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs sexə girərək 12 ədəd təkəri görməsi və onları oğurlayaraq satması niyyəti əvvəlcədən yaranmış, o, bu vahid niyyətlə qıfıl alaraqhəmin sexin qapısını bağlamaqla başqa şəxslərin oraya daxil olaraq təkərləri oğurlamasının qarşısını almağa çalışmış, bununla da düşünülmüş talama cinayətini bir neçə mərhələdə həyatakeçirmək niyyətinin olduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən onun əməlində CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlaməti mövcud deyildir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, vərəq 144) müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlidən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini həmçinin, təqsiləndirilən şəxsin talama cinayətlərinə görə dəfələrlə məhkum olunmasını, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi X6 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin344-347-ci, 349-cu, 351-353-cü, 356-cı , 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ÖK M E TDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 4 ədəd “Pikap” tipli avtomobilə aid disksiz təkərlər işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan saxlanmasından ötrü zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-94/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-94/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver