Məhkəmə qərarları › İş №1(067)-95/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-95/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-95/2021 17.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayonu vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, iki yetkinlik yaşına çatmayan uşağı olan, Xaçmaz şəhəri, N.Ələskərov küçəsi dalan 1, ev 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 22 aprel 2020ci il tarixdə, saat 23:20-də AF 322299 seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21013 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni etibarnaməsi olmadan Xaçmaz şəhəri, Bakı prospekti ilə mərkəzi “Xaçmaz dairəsi” istiqamətində 55-60 km/saat sürətlə idarə edərkən həmin hərəkət yolunun sol hissəsində yerləşən “Vahid Çörək” sexinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması nəticəsində idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu soldan sağa doğru iti yerişlə keçən piyada X9 vurmasına, nəticədə ehtiyatsızlıqdan sonuncunun ölməsinə səbəb olmuş həyat üçün təhlükəli olan kəllə tağı sümüyünün sınması və baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma ağır zərər vurmaya aid, alt çənə sümüyünün sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, boynun sol yarısında çiynə keçən qançır, sağ said və dirsək oynağının əzilməsi yaraları isə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə onun idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun özünə məxsus “VAZ-21013” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili şəxsi işlərində istifadə edir. Həmin avtomobili hazırkı cinayət əməlini törətməmişdən bir il əvvəl etibarnamə əsasında Şahid3 almışdır. Xaçmaz rayon məhkəməsinin 21.02.2020-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edildiyi üçün 6 ay müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş, lakin Sumqayıt apellyasiya məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə Xaçmaz rayon məhkəməsinin həmin qərarı dəyişdirilərək nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumedilmə cəzası cərimə cəzası ilə əvəz edilmişdir. O, 22 aprel 2020-ci il tarixdə, təxminən saat 22:40 radələrində evdən küçəyə çıxmış və qonşuluqda yaşayan Nizaminin küçədə dayandığını görüb sonuncuya avtomobilinə əyləşib bir qədər Xaçmaz şəhəri ərazisində gəzməyi təklif etmişdir. Nizami gəlib avtomobilinin ön sağ oturacağında əyləşmiş, özü isə sükan arxasında əyləşib avtomobili idarə edib əvvəlcə, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə getmiş, sonra isə Xaçmaz şəhəri, Bakı prospekti ilə “Xaçmaz dairəsi” adlanan dairəyə doğru getməyə başlamışdır. Həmin vaxt yağış yağmış, avtomobilin qarşı alın şüşəsinin silgəcləri isə yavaş tempdə işlədiyi üçün alın şüşəni yaxşı silə bilməmiş, qarşısını görməkdə çətinlik çəkmişdir. Saat 23:20 radələrində Bakı prospekti ilə 55-60 km/saat sürətlə hərəkət edərkən Xaçmaz dairəsi istiqamətində yolun sol tərəfində yerləşən “Vahid çörək” sexinin qarşısına çatanda əli ilə sükanda olan silgəc tənzimləyicisinin rejimini dəyişməyə çalışmış, həmin anda fikri bir anlığa orada qalmış, qarşıya baxmamış, bu vaxt Nizami “adam” sözünü demiş, o, qarşıya baxanda qarşıda orta yaşlı bir kişinin olmasını görmüş, avtomobilini saxlaya bilməyib ön tərəfi ilə həmin piyadanı vurmuş və zərbənin nəticəsində piyada havaya doğru qalxaraq kapotun üzərinə düşərək baş nahiyəsi sağ tərəfdən qarşı alın şüşəsinə dəyərək asfaltın üzərinə düşmüşdür. O həmin anda əyləcə bassa da, yol yaş olduğu üçün avtomobilini təxminən 5 metr qarşıda saxlaya bilmişdir. Bundan sonra Nizami ilə birlikdə avtomobildən yerə düşmüş, vurduğu piyadaya dərhal yaxınlaşmış, piyada yolun asfalt hissəsində yola nisbətən paralel vəziyyətdə ayaq hissəsi Xaçmaz dairəsinə doğru hərəkətsiz qalmış, baş nahiyəsi qan içərisində olmuş, əynində qış geyimi olduğundan bədənində olan hər hansı bir xəsarəti görə bilməmişdir. Vurduğu piyada hərəkətsiz vəziyyətdə olmuş, qaldığı yerdən tərpətmədən Nizami dərhal öz mobil telefonu ilə “103” xidmətinə zəng edərək həkim çağırmış, o isə öz mobil telefonu ilə DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Xaçmaz RPŞ-nin iki yol polisi əməkdaşı və müstəntiq Cavid Kərimli gəlmiş, müstəntiq onun iştirakı ilə hadisə yerini müayinə etmiş, meyiti isə tibbi müayinədən keçirmək üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparmışlar. Bir gün sonra isə ölən piyadanın Quba rayonunun Talabqışlaq kəndindən olmasını və adının Ədalət olmasını bilmişdir. Hadisə günü spirtli içki qəbul etməmiş, tam ayıq vəziyyətdə olmuşdur. Törətdiyi cinayət hadisəsindən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş zərərlə bağlı maddi köməklik etmiş və barışmışlar. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, iki yetkinlik yaşına çatmayan uşağının olmasının və ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 hüquqi varisi X11 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X12 doğma qardaşıdır. X13 Gülnara Novruz qızı ilə ailə həyatı qurduqdan sonra Quba rayonunda yaşamış, onların uzun illər övladları olmamış, 2015-ci ildə bir qız övladları dünyaya gəlmiş, 2018-ci il tarixdə qardaşı Ədalətlə Gülnarənin arasında baş vermiş ailə məişət zəmnində yaranan mübahisələr səbəbindən boşanmışlar. X6 az yaşlı qızı ilə birlikdə yaşamaq üçün Moskva şəhərinə getmiş, hazırda orada yaşayırlar. O, 23 aprel 2020-cil tarixdə, saat 01 radələrində evdə olduğu zaman yaşadığı kəndin sahə müvəkkili ona zəng edərək Xaçmaz rayonu ərazisində Ədaləti avtomobil vurmasını və aldığı xəsarətlərin ağırlığı nəticəsində ölməsi barədə məlumat vermiş, o dərhal Xaçmaz RPŞ-nə, daha sonra isə Xaçmaz RMX-na getmiş, orada qardaşının meyiti tibbi ekspert tərəfindən müayinə oldunduqdan sonra onlara verilmiş, 23 aprel 2020-ci il tarixdə qardaşı Ədaləti Quba rayonunun Talabıqışlaq kənd qəbiristanlığında dəfn etmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Xaçmaz RPŞ-nin İB-nə dəvət edilərək onun hüquq və mənafeyini müdafiə etmək üçün hüquqi varisi qismində iştirak edə biləcəyi izah olunduqdan sonra ərizə ilə müraciət edərək qardaşı Ədalətin cinayət işi üzrə hüquqi varisi qismində tanınmasını xahiş etmiş, bu barədə qərar qəbul edilmişdir. Hadisədən sonra bilmişdir ki, qardaşı Ədalət Süleymanov yolu keçmək istəyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21013” markalı avtomobillə qardaşını vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanı tam olaraq ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Hazırda barışmışlar. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşayır. 22 aprel 2020-ci il tarixdə onun vəfat etmiş atasının ölüm günü olduğu üçün gün ərzində dostu Fazillə bir yerdə olmuş, gün ərzində atasının dəfn olunduğu qəbiristanlığa gedərək ziyarət etmişlər. Həmin gün axşam saat 22:40 radələrində evdən çıxaraq, Təqsirləndirilən şəxs idarə etdiyi və sonuncunun özünə məxsus olan “VAZ- 21013” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobili ilə Xaçmaz şəhəri ərazisində bir neçə dövrə etmişlər. Həmin gün gecə saatlarında şəhərdə olarkən hava yağışlı olmuş, Fazil avtomobili idarə etmiş, o, ön sağ oturacaqda əyləşmiş, avtomobildə başqa sərnişin olmamışdır. Fazil avtomobillə Bakı prospektindən “Xaçmaz dairəsi” adlanan dairəyə doğru gələrkən yağış intensiv olduğu üçün, avtomobilin qarşı alın şüşəsinin silgəcləri yavaş tempdə işlədiyi üçün Fazil sükanda olan silgəc tənzimləyicisini əli ilə rejimini dəyişərkən fikri bir anlığa orada qalmış, həmin vaxt Bakı prospektində hərəkət istiqamətində yolun sol tərəfində yerləşən “Vahid Çörək” sexinin qarşısından bir nəfər orta yaşlarında kişinin piyada yolu əks tərəfə - sağ tərəfə keçdiyini görmüş, Fazilin də həmin piyadanı görməsini zənn etmiş, ona görə də Fazilə hər hansı bir xəbərdarlıq etməmiş, az bir vaxta piyada onların hərəkət hissəsinə daxil olmuş, Fazilə ehtiyatlı olmasını demək istəmiş, bu zaman Fazil də piyadanı görmüş və həmin anda Fazil idarə etdiyi “VAZ-21013” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobilin qarşı ön hissəsi ilə piyadanı vurmuş, zərbənin nəticəsində piyada havaya doğru qalxaraq kapotun üzərinə düşərək, baş nahiyəsi onun oturduğu tərəfdən qarşı alın şüşəsinə dəyərək asfalt üzərinə düşmüş, həmin anda Fazil əyləcə bassa da, yol yaş olduğu üçün avtomobil təxminən 5 metr qarşıya doğru sürüşürək dayanmış, bundan sonra hər ikisi avtomobildən yerə düşərək vurulmuş piyadaya dərhal yaxınlaşmış, piyada yolun asfalt hissəsində yola nisbətən paralel vəziyyətdə ayaq hissəsi dairəyə doğru hərəkətsiz qalmış, baş nahiyəsi qan içində olmuş, əynində qış geyimi olduğu üçün bədənində olan hər hansı bir xəsarəti görə bilməmiş, piyadanı hərəkətsiz vəziyyətdə qaldığı yerdən tərpətmədən dərhal öz mobil telefonu vasitəsilə “103” xidmətinə zəng edərək həkim çağırmış, Fazil isə öz mobil telefonu ilə DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan sonra hadisə yerinə Xaçmaz rayon polis şöbəsinin iki yol polisi əməkdaşı və müstəntiq gəlmiş, müstəntiq təqsirləndirilən şəxsin iştirakı ilə hadisə yerini müayinə etmiş, meyiti tibbi müayinədən keçirmək üçün Xaçmaz RMX-nın morquna aparmışlar. Bir gün sonra isə ölən piyadanın Quba rayonunun Talabıqışlaq kəndindən olmasını və adının Ədalət olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, “PAZ 32054 R” markalı, ** BL *** qeydiyyat nişanlı avtobusu etibarnamə əsasında idarə etmişdir. Nəqliyyat vasitəsini idarə etmək üçün isə “BCD” dərəcəli sürücülük vəsiqəsi var. Etibarnamə əsasında idarə etdiyi həmin avtobusla hər gün “Qafqaz” konserv zavodunda işləyən işçiləri işə aparıb-gətirir. 22 aprel 2020-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi avtobusla Xaçmaz şəhəri, Bakı prospekti ilə “Qafqaz” konserv zavodu istiqamətində getməyə başalamış, Xaçmaz şəhəri, Bakı prospektində sol tərəfdə yerləşən “Vahid Çörək” sexinin qarşısına çatanda yolun hərəkət hissəsinə xeyli sayda adamların toplaşdığını görmüş, ona görə də avtobusu yolun sağ kənarında nə baş verdiyini öyrənmək üçün saxlamış, avtobusdan yerə düşəndə yolun hərəkət hissəsində baş nahiyəsi qan içində olan bir kişi meyiti və meyitin yaxınlığında isə “VAZ-21013” markalı avtomobilin dayanmasını görmüşdür. Orada olan adamlardan nə baş verdiyini soruşduqda, həmin “VAZ-21013” markalı avtomobil yolu keçən piyadanı vurduğunu və piyadanın hadisə yerində ölməsini öyrənmiş, sonra “VAZ-21013” markalı avtomobilə yaxınlaşıb həmin avtomobilin qabaq buferinin əzilməsini, alın şüşəsinin isə sınmış vəziyyətdə olmasını görmüş, həmin vaxt yolun hərəkət hissəsində uzanmış kişini “VAZ-21013” markalı avtomobilin vurmasını başa düşmüş, orada olan vaxt həmin “VAZ-21013” markalı avtomobilin sürücüsünü - Təqsirləndirilən şəxs tanımışdır. O, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini soruşmuş, Fazil ona hava yağışlı olduğu üçün yolu keçən piyadanı görməyib, idarə etdiyi avtomobillə vurmasını bildirmiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar Fazilin iştirakı ilə hadisə yerində yolu ölçüb fotoşəkillər çəkmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, “VAZ-21013” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olub, həmin avtomobili təxminən 2018-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs 1000 manata satmış və sonuncuya baş etibarnamə vermişdir. Həmin avtomobili Təqsirləndirilən şəxs satıb pulunu aldığına görə həmin avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Həmin avtomobilə dair heç bir şikayəti, iddiası və tələbi yoxdur. “VAZ-21013” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki şəhadətnaməsi onun adına olmasına baxmayaraq, faktiki sahibi Təqsirləndirilən şəxs hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan 22 aprel 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 23:35 radələrində iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 055 693-99- 30 mobil telefon nömrəsindən DİN-nin “102” xidmətinə zəng edərək avtomobil ilə yoldan keçən şəxsin (kişini) vurulması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 23 aprel 2020-ci il tarixli, 19 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1964-cü il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi müayinəsinə və laborator müayinənin cavabına əsaslanaraq: 1. Ə.S.Süleymanovun meyitində aşağıdakı xəsarətlər vardır: baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunmuş kəllə tağı sümüklərinin və alt çənə sümüyünün qəlpəli sınığı, boyunun sol yarısında çiyinə keçən qançır, sağ said və dirsək oynağının əzilmiş yaraları. 2. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl güclü küt əşya (əyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan şərait və müddətdə, yəni 22.04.2020-ci il tarixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür. 3. Ə.S.Süleymanovun ölümünə səbəb almış olduğu sağlamlığa AĞİR zərər vuran xəsarətlər nəticəsində, yəni kəllə tağı sümüklərinin sınması və baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Alt çənə sümüyünün sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, boynun sol yarısında çiyinə keçən qançır, sağ said və dirsək oynağının əzilmiş yaraları isə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 4. Ə.S.Süleymanovun meyitində aşkar olunmuş xəsarətlərin xarakterini, yerləşmə yerlərini, eləcə də “VAZ-21013” markalı avtomaşında aşkar edilmiş zədələrin xarakterini nəzərə alıb göstərmək olar ki, Ə.S.Süleymanov xəsarətləri alarkən bədənin yan səthi hərəkətdə olan avtomaşına tərəf olmuş, ilk zərbə onun bud nahiyəsinə yetirildikdən sonra o həmin avtomaşının kapotu üzərinə yıxılmış, baş nahiyəsi ön qoruyucu şüşəyə (podpresə) dəydikdən sonra həmin avtomaşının ön tərəfinə yıxılmış, baş və sağ yuxarı ətraf təkərlər arasında sıxılmışdır. 5. Ə.S.Süleymanovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tətqiqatı nəticəsində 0,5‰-İi qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq vəziyətinə aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 aprel 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən, fotoşəkillərdən və DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən edilir ki: Hadisə yeri Xaçmaz şəhəri, Bakı prospektidir (“Vahid” çörək sexinin qarşısı). Baxış qaranlıq havada keçirilmişdir. Yerin örtüyü asfalt, asfaltın vəziyyəti yaş, eni 12 metr, hərəsi 6 metr enində olmaqla iki hərəkət zolağından, ibarət olmuş, nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti olmuşdur. “VAZ-21013” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində meyitdən üç metr aralı vəziyyətdə olmuşdur. Həmin nəqliyyat vasitəsinin qabaq alın şüşəsi sınmış, qabaq hissəsi əzilmiş vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2020-ci il tarixli, 8/982 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ibtidai istintaq tərəfindən verilən məlumatlara əsasən, “VAZ- 21013” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşvə onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21013” markalı avtomobili etibarnaməsi olmadan idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 22 aprel 2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən heç bir sərxoşluq halında olmamışdır. İş materiallarında olan sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs AF 322299 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədərkən idarə etdiyi “VAZ-21013” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid3dur. İş materiallarında olan etibarnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, sahibi Şahid3 olan hazırkı cinayət işi üzrə cinayət hadisəsinin törədildiyi “VAZ-21013” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 il müddətinə, etibarlılıq müddəti 28 oktyabr 2019-cu il tarixədək olmaqla Təqsirləndirilən şəxs etibarnamə əsasında verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsini maddi sübut kimi tanınma haqqında” 23 iyul 2020-ci il tarixli qərardan və qəbzdən müəyyən edilir ki, hazırkı iş üzrə avtonəqliyyat hadisəsinin törədildiyi “VAZ-21013” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və həmin nəqliyyat vasitəsi saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Adil oğlunun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264, 143 və 185-ci maddələrinin tərkib əlamətləri olmadığından QadaşovAfiqŞahbaba oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini əmələ gətirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən, sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarında diqqətə çatdırılır ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263- 1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 15-ci bəndində diqqətə çatdırılır ki, zərər çəkmiş şəxsin ölümü yolnəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərər çəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Həmin qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 22 aprel 2020-ci il tarixdə, saat 23:20-də AF 322299 seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21013 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni etibarnaməsi olmadan Xaçmaz şəhəri, Bakı prospekti ilə mərkəzi “Xaçmaz dairəsi” istiqamətində 55-60 km/saat sürətlə idarə edərkən həmin hərəkət yolunun sol hissəsində yerləşən “Vahid Çörək” sexinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması nəticəsində idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu soldan sağa doğru iti yerişlə keçən piyada X9 vurmasına, nəticədə ehtiyatsızlıqdan sonuncunun ölməsinə səbəb olmuş həyat üçün təhlükəli olan kəllə tağı sümüyünün sınması və baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma ağır zərər vurmaya aid, alt çənə sümüyünün sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, boynun sol yarısında çiynə keçən qançır, sağ said və dirsək oynağının əzilməsi yaraları isə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə onun idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD-də nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD-də nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparır, ətrafındakılara qarşı mehribandır, küçənin və şəhərin ictimai işlərində yaxından iştirak edir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 notarial qaydada tərtib edilmiş ərizələrindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmiş, onun təsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də ona qarşı şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş tərəfə vurduğu ziyanla əlaqədar maddi köməklik göstərməsini, barışdıqlarını və zərərçəkmiş tərəfin ona qarşı şikayəti və tələbinin olmamasını, iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə görə, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü madəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları və barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan, “Təqsirləndirilən şəxsin tutmadan azad edilməsi haqqında” qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) günədək tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə, təqsirləndirlən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirihökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında, sübutların qiymətləndirilməsinə dair qərarlardan və qəbzdən müəyyən edilir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21013” markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobil saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut olan “VAZ-21013” markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobilin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X8, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 01 (bir) gün ona təyin olunmuş əsas cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 01 (bir) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübut olan “VAZ-21013” markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobilin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar