Məhkəmə qərarları › İş №1(067)-95/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-95/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-95/2022 10.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə

1. xx xxxx 1980-ci ildə Xaçmaz rayonunun Bəy-qışlaq kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, 3910 manat ödənilməmiş cərimə cəzası qalmış, Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzasının ödənilməmiş qalan 3910 (üç min doqquz yüz on) manat hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 3910 (üç min doqquz yüz on) manat cərimə cəzası təyin edilmiş, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1;

2. xx xxxx 1993-cü ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, işləməyən, Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2;

3. xx xxxx 1998-ci ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, işləməyən, Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26 dekabr 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏN ETDİ :

Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayının sonlarında, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 küçədə pusquda dayanıb kənar şəxslərin evə yaxınlaşmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 2300 ABŞ dollarını, yəni yerli valyuta ilə 3910 manat dəyərində pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 960 manat dəyərində "Panasonic" markalı müşahidə kamerasının yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin fevral ayının sonlarında, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 küçədə pusquda dayanıb kənar şəxslərin evə yaxınlaşmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 2300 ABŞ dollarını, yəni yerli valyuta ilə 3910 manat dəyərində pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 960 manat dəyərində "Panasonic" markalı müşahidə kamerasının yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 2021-ci ilin fevral ayının sonlarında, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi küçədə pusquda dayanıb kənar şəxslərin evə yaxınlaşmamasına nəzarət etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 2300 ABŞ dollarını, yəni yerli valyuta ilə 3910 manat dəyərində pul vəsaitini qanunsuz olaraq götürüb aparmasına şərait yaratmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 960 manat dəyərində "Panasonic" markalı müşahidə kamerasının yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin fevral ayında imkanlı qohumlarının evindən oğurluq etmək qərarına gəlmişdir. Bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2lə danışmış və ona oğurluq edəcəkləri adamın qohumları olduğunu demişdir. Belə ki, qohumlarından olan Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşadığını və evində heç kimin olmadığını bildiyindən 2021-ci ilin fevral ayının sonlarında o, Elnur ilə danışmış, ona demişdir ki, qohumu Bahaddin Rusiyadadır, onun evinə oğurluğa girməyi təklif etmişdir. Sonra onlar həmkəndliləri Təqsirləndirilən şəxs3gilə gedib çağıraraq, üçü bir yerdə bu barədə danışmış və gecə saat 01 radələrində birlikdə Bahaddinə məxsus olan, Qobuqıraq kəndində yerləşən evinə getmişlər. Onlar evə çatdıqdan sonra Mövlüd ilk öncə çöldə dayanmışdır ki, küçədən gəlib-gedən olsa onlara xəbər etsin. Elnurla o isə evin ön tərəfindən hasardan aşmaqla həyətə daxil olmuş, evin ətrafına baxmış, içəri daxil olmaq üçün yol axtarmış, lakin evin pəncərələri və qapısı dəmir barmaqlıqla bağlı olduğundan özü ilə gətirdiyi dəmir parçasından istifadə etməklə evin giriş qapısının dəmir barmaqlığında olan qıfılını sındırıb barmaqlığı açmışdır. Barmaqlığı açdıqdan sonra isə yenidən həmin dəmir parçasından istifadə etməklə plastik qapını da qanırıb açmışdır. Sonra isə Elnurla içəri daxil olub, onlar alışqanın üzərindəki işıqdan istifadə etməklə ikinci mərtəbəyə çıxıb yuxarı mərtəbədən bütün otaqları axtarmağa başlamışlar. Lakin 2-ci mərtəbədə nə pul, nə də qiymətli əşya tapmamışlar. Sonra isə 1-ci mərtəbəyə düşüb, 1-ci mərtəbədəki otaqları axtarmışlar, həmin mərtəbədə sonuncu otağa, yəni yataq otağına daxil olub şkafın içərisinə baxdıqda qovluqda sənədlər olmasını görmüşdür. O, həmin qovluğu götürüb sənədlərin arasına baxarkən orada 2300 ABŞ dolları olmasını görmüşdür. O, pulu götürüb cibinə qoymuş və Elnurla birlikdə evdən çıxmışlar. Lakin onlar evdən çıxdıqda o, pul tapması barədə nə Elnura, nə də Mövlüdə heç nə deməmişdir. Elnurla o, evdən çıxdıqda qapının və barmaqlığının qıfılını çəkib öz yerinə keçirtmiş və qapını bağlı formada qoyub oradan uzaqlaşmışlar. Onlar Bahaddinin evindən çıxdıqdan sonra Mövlüdə evdən heç nə çıxmadığını demiş, sonra da sağollaşıb evlərinə getmişdir. Lakin bir gün sonra o, Elnurla məhlədə danışarkən ona demişdir ki, əslində evdən biraz pul tapmışdır. Sonra da 600 ABŞ dolları sayıb Elnura vermiş, lakin Mövlüdə heç nə verməmişdir. Özünə qalan 1700 ABŞ dollarını isə öz əyləncələrinə xərcləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, hadisədən bir neçə ay keçdikdən sonra qonşuluqda yaşayan şəxslərin çoxu danışmışlar ki, Bahaddinin evinə oğrular girmiş, evdən heç nə tapa bilməyib çıxmışlar. Buna görə o, düşünmüşdür ki, yəqin evdə çox pul var, lakin tapa bilməmişlər. 05 iyun 2021-ci il tarixdə gecə saat 02 radələrində yenidən Elnur və Mövlüd ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək məqsədilə həmin evə getmişlər. Bu dəfə onlar üçü də evin ön tərəfindəki hasardan aşaraq həyətə daxil olmuş, o, evin həyətinə girdikdə həyətdə artıq kamera quraşdırıldığını görmüşdür. Həyətə girdikdən sonra həyətdəki saxlanc yerindən dəmir parçası tapıb, həmin dəmir parçasından istifadə etməklə ilk dəfə açdığı formada barmaqlığı və qapını açmış, sonra üçü də içəri daxil olmuşdur. Evin içərisində olan bütün qapılar açarla bağlı olmuşdur. Onlar evin 1-ci mərtəbəsində qapıları açmaq üçün alət axtarmış, pilləkənin altından eletrik burğacı tapmışlar. Mövlüd həmin burğacdan istifadə etməklə qapını açmağa cəhd etsə də aça bilməmiş, buna görə qapıları təpiklə vurub açmağa başlamışdır. Mövlüd evin bütün qapılarını təpiklə vurub açmışdır. Onlar hər üçü evi təxminən bir saat tamamilə axtarsalar da evdən pul və ya qiymətli heç bir əşya tapmamışlar. Sonra isə kameranın yaddaş qurğusunu axtarmışlar ki, çıxarıb özləri ilə aparsınlar, görüntüləri qalmasın. Onlar evin 1-ci mərtəbəsindəki mətbəxə daxil olarkən oradan elektron cihaz səsi eşitmişlər. Həmin cihazın səsinə diqqətlə qulaq asaraq onun mətbəx mebelinin içində olmasını görmüş və baxdıqda bilmişlər ki, kameranın yaddaş qurğusudur. Elnur həmin yaddaş qurğusunun naqillərini əli ilə açmış və yaddaş qurğusunu götürüb çıxmışlar. Onlar 1-ci dəfə olduğu kimi yenidən qapını və barmaqlığı öz yerinə keçirtmiş, sonra da hasardan aşmaqla oradan uzaqlaşmışlar. Mövlüd öz evlərinə getmiş, Elnurla o isə kənddən keçən Qobu çayının yanına gedib kameranın yaddaş qurğusunu çaya atmışlar, sonra da dağılışıb evlərinə getmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin fevral ayında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona qohumu Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşamaqla Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən evində heç kimin olmadığını, həmin evə girib oğurluq etməyi təklif etmişdir. O da Calal ilə razılaşmış, sonra da onlar digər həmkəndliləri Təqsirləndirilən şəxs3 çağırmış, üçü bir yerdə bu barədə danışaraq gecə saat 01 radələrində birlikdə Bahaddinə məxsus evə getmişlər. Evə çatdıqdan sonra Mövlüd çöldə dayanmışdır ki, küçədən gəlib-gedən olsa onlara xəbər etsin. Calal ilə o isə evin ön tərəfindən hasardan aşmaqla həyətə daxil olmuşlar. Onlar evin ətrafına baxmış, içəri daxil olmaq üçün yol axtarmış, lakin evin pəncərələri və qapısı dəmir barmaqlıqla bağlanmışdır. Buna görə Calal özü ilə gətirdiyi dəmir alətdən istifadə etməklə evin giriş qapısının dəmir barmaqlığında olan qıfılını qanırıb barmaqlığı, sonra isə yenidən həmin dəmir parçasından istifadə etməklə plastik qapını da qanırıb açmışdır. Bundan sonra ikisi də içəri daxil olmuş, alışqanın üzərindəki işıqdan istifadə etməklə ikinci mərtəbəyə çıxıb yuxarı mərtəbədən bütün otaqları axtarmağa başlamışlar. Lakin 2-ci mərtəbədə nə pul, nə də qiymətli hər-hansı əşya tapmamışlar. Sonra isə 1-ci mərtəbəyə düşüb oradakı otaqları axtarmışlar, lakin heç nə tapmayıb çıxmışlar, Mövlüdə də heç nə tapmadıqlarını demişlər. Onlar evdən çıxdıqda qapının və barmaqlığın qıfılını çəkib öz yerinə keçirtmişlər və qapını bağlı formada qoyub oradan uzaqlaşmışlar. Lakin bir gün sonra o, Calal ilə məhlədə danışarkən Calal ona əslində evdən biraz pul tapdığını demiş və 600 ABŞ dolları sayıb ona vermiş, Mövlüdə heç nə deməməyi ona tapşırmışdır. O da pulu götürüb Mövlüdə heç nə deməmişdir. Lakin Calal həmin evdən nə qədər pul oğurladığını ona deməmişdir. Hadisədən bir neçə ay keçdikdən sonra qonşuluqda yaşayan şəxslərin çoxu Bahaddinin evinə oğrular girdiyini, evdən heç nə tapa bilməyib çıxdığını danışmışlar. Buna görə Calal onlara yəqin evdə çox pul olduğunu, onlar tapa bilmədiyini demişdir. Bu səbəbdən 05 iyun 2021-ci il tarixdə gecə saat 02 radələrində yenidən Calal və Mövlüd ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək məqsədilə həmin evə getmişlər. Bu dəfə onlar üçü də evin ön tərəfindəki hasardan aşaraq həyətə daxil olmuşlar. Evin həyətinə girdikdə həyətdə artıq kamera quraşdırıldığını görmüşlər. Həyətə girdikdən sonra Calal dəmir parçasından istifadə etməklə barmaqlığı və qapını açmış, sonra üçü də içəri daxil olmuşlar. Evin içərisində olan bütün qapılar açarla bağlı olduğundan onlar evin 1-ci mərtəbəsində qapıları açmaq üçün alətlər axtarmış, pilləkənin altından eletrik burğacı tapmışlar. Mövlüd həmin burğacdan istifadə etməklə qapını açmağa cəhd eləsə də aça bilməmiş, buna görə qapıları təpiklə vurub açmağa başlamışdır. Mövlüd evin bütün qapılarını təpiklə vurub açmış, hər üçü evi təxminən bir saat axtarsalar da evdən pul və ya qiymətli heç bir əşya tapmamışlar. Onlar evin 1-ci mərtəbəsindəki mətbəxə daxil olarkən oradan elektron cihaz səsi eşitmişlər. Həmin cihazın səsinə diqqətlə qulaq asaraq onun mətbəx mebelinin içərisində olduğunu görmüş və o, həmin yaddaş qurğusunun naqillərini əliylə açaraq qurğunu götürüb çıxmışlar. Mövlüd öz evlərinə getmiş, Calal ilə o isə kənddən keçən Qobu çayının yanına gedib kameranın yaddaş qurğusunu çaya atmışlar, sonra da hərəsi öz evinə getmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin fevral ayında həmkəndlisi Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşadığını və evində heç kimin olmadığını bildirərək həmin evdən oğurluq etməyi təklif etmişdir. 2021-ci ilin fevral ayının sonlarında Calal ilə Elnur gəlib onu çağırmış, Calal onlara Bahaddinin evinə girmək barədə danışmışdır. Onlar üçü də razılaşdıqdan sonra gecə saat 01 radələrində birlikdə Bahaddinə məxsus olan, yaşadığı Qobuqıraq kəndində yerləşən evinə getmişlər. Onlar evə çatdıqdan sonra o çöldə dayanmışdır ki, küçədən gəlib-gedən olsa xəbər etsin. Elnurla Calal isə evin ön tərəfindən hasardan aşmaqla həyətə daxil olmuşlar. Təxminən 40 dəqiqə sonra Elnurla Calal evdən çıxmış, lakin evdən heç nə çıxmadığını bildirməklə sağollaşıb hərəsi öz evinə getmişdir. Hadisədən bir müddət sonra qonşuluqda yaşayanlar Bahaddinin evinə oğru girdiyini, evdən heç nə tapa bilməyib çıxdıqlarını danışmışıar. Buna görə Calal onlara evdə pul olduğunu, lakin onlar tapa bilmədiklərini demiş və yenidən həmin evə oğurluğa girməyi təklif etmişdir. Calalın təklifi ilə 05 iyun 2021-ci il tarixdə gecə saat 02 radələrində yenidən Elnur və Calal ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək məqsədilə həmin evə getmişlər. Bu dəfə onlar üçü də evin ön tərəfindəki hasardan aşaraq həyətə daxil olmuş, evin həyətinə daxil olduqda həyətdə kamera quraşdırıldığını görmüşlər. Həyətə girdikdən sonra Calal həyətdəki saxlanc yerindən dəmir parçası tapmış, həmin dəmir parçasından istifadə etməklə dəmir barmaqlığı və qapını qanırıb açmış, sonra üçü də içəri daxil olmuşdur. Evin içərisində olan bütün qapılar açarla bağlı olduğundan onlar evin 1-ci mərtəbəsində qapıları açmaq üçün alətlər axtarmış, pilləkənin altından eletrik burğacı tapmışlar. Calal burğacı ona verərək qapını açmasını demişdir. O, həmin burğacdan istifadə etməklə qapını açmağa cəhd eləsə də aça bilməmiş, buna görə qapıları təpiklə vurub açmağa başlamışdır. Onlar hər üçü evi təxminən 1 saat tamamilə axtarsalar da evdən pul və ya qiymətli heç bir əşya tapmamışlar. Onlar evin 1-ci mərtəbəsindəki mətbəxə daxil olub oradan kameranın yaddaş qurğusunu tapıb çıxartmışlar. Sonra da onlar evdən çıxıb oradan uzaqlaşmış və hərəsi öz evinə getmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərk təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanı məhkəmə istintaqı gedişatında tam olaraq ödədiklərini, hazırda onun təqsirlndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını, hazırda Rusiya Federasiyasında olduğu üçün Azərbaycana gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ərizəsinin nəzərə alınmasını və işə iştirakı olmadan baxılmasını xahiş etdmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının fikrini dinləyərək Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs göstərmişdir ki, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlir, Rusiyada fərdi qaydada ticarətlə məşğul olur. Əvvəllər Rusiyaya tez-tez gedib gəlsə də son zamanlar koronavirus pandemiyası ilə əlaqədar gediş- gəlişdə çətinliklər yarandığından Azərbaycana tez-tez gələ bilməmişdir. Xaçmaz rayonunda olduğu vaxt 09 fevral 2021-ci il tarixdə dostu Şahid etibarnamə vermişdir ki, Xaçmaz rayonunda olmadığı müddətdə onun əvəzindən dövlət orqanlarına müraciət etmək hüququ olsun. Xaçmaz rayonu, Qobuqıraq kədində ona məxsus olan ev vardır. Həmin evin 1-ci mərtəbəsində yataq otağında sənədlər qovluğunun arasına 2300 ABŞ dolları qoymuşdur. Həmin pulu evə ona görə qoymuşdur ki, Xaçmaz rayonuna gəldikdə lazım olarsa xərcləsin. 2021-ci ilin fevral ayında o, Rusiya Federasiyasında olduğu müddətdə xəbər tutmuşdur ki, yaşadığı evə kimsə girib oğurluq edib. O, Firuza telefonla zəng edib demişdir ki, gedib evdə yataq otağında qovluğu yoxlasın. Sonra Firuz ona zəng edib demişdir ki, qovuğun arasında pul yoxdur. O da başa düşmüşdür ki, 2300 dolları artıq oğurlanıb. Lakin bununla bağlı şikayət etməmiş, Firuzdan xahiş etmişdir ki, evə kamera quraşdırsın. Həmçinin evdə artıq nə pul, nə də qızıl-zinət əşyaları saxlamamışdır. Evə kamera quraşdırıldıqdan bir müddət sonra, yəni 05 iyun 2021-ci il tarixdə müşahidə kameraları işləmədiyindən Firuza bu barədə məlumat vermiş, Firuz gedib evə baxdıqdan sonra ona zəng edib evə yenidən oğrular girdiyini, kameranın yaddaş qurğusunun oğurlandığını, həmçinin evdə olan 6 ədəd taxta qapının təpiklə vurulmaqla, elektrikli burğacla deşilməklə açıldığını, bütün otaqların axtarıldığını demişdir. Evdə pul və ya qızıl olmadığından həmin oğrular kameranın yaddaş qurğusundan başqa heç nə oğurlamamışlar. O, Firuza demişdir ki, polisə şikayət etsin. Oğurlanmış yaddaş qurğusunun qiyməti 960 manat olmuş, qapılara isə ümumilikdə 2000 manat ziyan dəymişdir, həmin qapıları sonradan Bakı şəhərində tanımadığı ustaya təmir etdirib düzəltdirmişdir. Hadisədən bir neçə ay keçdikdən sonra o, xəbər tutmuşdur ki, oğurluğu edən Calai, Elnur və Mövlüddür, onlar polis tərəfindən müəyyən edilərək tutulmuşlar. Evdən edilən birinci oğurluq zamanı ona yalnız 2300 ABŞ dolları məbləğində, yəni milli valyutada 3910 manat ziyan dəymiş, evin heç bir əşyası sındırılmamışdır. İkinci oğurluq zamanı isə 960 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanmış, 2 min manat dəyərində isə qapılara ziyan vurulmuşdur. İbtiadi istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur, Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşamaqla yanaşı, daha çox Rusiya Federasiyasında olur. Bahaddin Xaçmaz rayonunda olmadığı müddətdə onun evinə özü nəzarət edir. 2021ci ilin fevral ayının ortalarında həmin evə baxmaq üçün gedərkən görmüşdür ki, evə oğru girib. O, bu barədə Bahaddinə məlumat vermiş, sonra Bahaddinin sözü ilə evdə olan sənədlərin arasında baxmış, orada Bahaddinin qoyduğu 2300 ABŞ dollarının oğurlandığını aşkar etmişdir. Bundan sonra Bahaddinin sözü ilə həmin evə müşahidə kameraları quraşdırmışdır. 05 iyun 2021-ci il tarixdə Bahaddin ona demişdir ki, kameralar işləmir. O, dərhal həmin evə getmiş və evin qapısının qanırılmaqla açılmış olduğunu, qapıların qıfıllarının sındırılmış olduğunu, bəzilərində təpik izlərinin olduğunu və müşahidə kamerasının yaddaş qurğusunun oğurlandığını aşkar etmişdir. Hadisə barədə Bahaddinə məlumat vermiş, həmçinin polis şöbəsinə şikayət etmişdir. Evə quraşdırılmış müşahidə kamerasının markası "Panasonic" olmuş, yaddaş həcmi çox olduğundan yaddaş qurğusunu 960 manata almışdır. İş materiallarında olan ifadələrin yerində yoxlanılması haqqında 28 dekabr 2021, 08 yanvar 2022 və 23 fevral 2022-ci il tarixli protokollardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələri törətdikləri bütün oğurluq hadisələri üzrə yerində yoxlanmış və onlar ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək göstərmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cərimə cəzasından 90 manat vəsait ödəmiş, 3910 manat ödənilməmiş cərimə cəzası qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 22 sentyabr 2022-ci il tarixli, 1(067)-86/2022 nömrəli hökmündən görünür ki, məhkəmənin qeyd olunan hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzasının ödənilməmiş qalan 3910 (üç min doqquz yüz on) manat hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 3910 (üç min doqquz yüz on) manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 26 dekabr 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayının sonlarında, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 küçədə pusquda dayanıb kənar şəxslərin evə yaxınlaşmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 2300 ABŞ dollarını, yəni yerli valyuta ilə 3910 manat dəyərində pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 960 manat dəyərində "Panasonic" markalı müşahidə kamerasının yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin fevral ayının sonlarında, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 küçədə pusquda dayanıb kənar şəxslərin evə yaxınlaşmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 2300 ABŞ dollarını, yəni yerli valyuta ilə 3910 manat dəyərində pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 960 manat dəyərində "Panasonic" markalı müşahidə kamerasının yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 2021-ci ilin fevral ayının sonlarında, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi küçədə pusquda dayanıb kənar şəxslərin evə yaxınlaşmamasına nəzarət etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 2300 ABŞ dollarını, yəni yerli valyuta ilə 3910 manat dəyərində pul vəsaitini qanunsuz olaraq götürüb aparmasına şərait yaratmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 960 manat dəyərində "Panasonic" markalı müşahidə kamerasının yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməllərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmalarını, zərərçəkmiş şəxsə vurulmiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, barələrində təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cərimə cəzasından 90 manat vəsait ödəmiş, 3910 manat ödənilməmiş cərimə cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3910 manat cərimə cəzasından azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən, 3910 manat cərimə cəzası ilə tam toplamaq yolu ilə üzərində qəti cəza saxlanılması məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası və Təqsirləndirilən şəxs3 həmin hökmlə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə və cərimə cəzaları cəzalar müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 dekabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 23 dekabr 2021-ci il tarixdən və Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3910 manat cərimə cəzasından azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən, 3910 manat cərimə cəzası ilə tam toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3910 (üç min doqquz yüz on) manat cərimə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar müstəqil icra edilsin. Cəza çəkməsinin 25 dekabr 2021-ci il tarixdən hesablansın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar