Məhkəmə qərarları › İş №1(067)-95/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-95/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-95/2025 03.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü ildə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Xudat şəhəri, 2-ci şöbə yaşayış massivində qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz rayonunun Tel kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 mart 2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Tel kəndi ərazisində olmaqla, Tel kəndinin qəbirstanlığının qarşısında yerləşən bağ evinin yaxınlığına gedib dəmir materialdan hazırlanmış tor hasarını əyib üzərindən keçməklə əvvəlcə evin həyətinə, daha sonra isə həmin həyətdə yerləşən yaşayış yeri hesab edilən təmirsiz evin ön sol tərəfində olan pəncərəsini açmaqla evə qanunsuz daxil olub ümumilikdə 935 manat dəyərində özgənin əmakını, yəni, “Stels” markalı, 28 ölçülü, şassisi yaşıl rəngli olan 150 manat dəyərində bir ədəd velosipedi, 135 manat dəyərində olan bir ədəd ot biçən aparatı, 85 manat dəyərində olan bir ədəd böyük laqondanı, 45 manat dəyərində olan bir ədəd kiçik laqondanı, 45 manat dəyərində olan bir ədəd dreli, 2.5 mm qalınlığında, mis materialdan olan, Türkiyə Respublikası istehsalı, 50 m uzunluğunda 75 manat dəyərində olan elektrik naqilini və 04 mm qalınlığında, mis materialdan hazırlanmış, Türkiyə Respublikası istehsalı, 200 m uzunluğunda 400 manat dəyərində olan elektrik naqilini qəsdən qanunsuz götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 mart 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Tel kəndi ərazisində olmaqla, kənd qəbirstanlığının qarşısında yerləşən bağ evinin yaxınlığına gedib dəmir materialdan hazırlanmış tor hasarını əyib üzərindən keçməklə əvvəlcə evin həyətinə, daha sonra isə həmin həyətdə yerləşən yaşayış yeri hesab edilən təmirsiz evin ön sol tərəfində olan pəncərəsini açmaqla evə qanunsuz daxil olub ümumilikdə 695 manat dəyərində özgənin əmakını, yəni, odla yandırılıb qızdırılan, 8 litr həcmində su tutan, Rusiya Federasiyası istehsalı, 250 manat dəyərində olan bir ədəd samovarı, çuqun materialından hazırlanmış, 8 hissədən ibarət olan bir ədədinin qiyməti 80 manat, cəmi 160 manat dəyərində olan iki ədəd radiatoru, hər biri 20 metr uzunluğunda olan, bir ədədinin qiyməti 25 manat, cəmi 100 manat dəyərində olan 04 ədəd uzadıcı elektik naqilini, 20 manat dəyərində olan hava vuran nasosu, Almaniya Respublikası istehsalı, sarı rəngli, 80 manat dəyərində olan bir ədəd elektrik mühərrikini, 45 manat dəyərində olan, qırmızı rəngli, dəmir materialdan hazırlanmış çilingər sıxacmı, hər biri 10 manat, cəmi 40 manat dəyərində olan 04 ədəd kəlbətini qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, hərbi xidmətdən gəldikdən sonra maddi vəziyyəti pis olmaqla pula ehtiyacı olduğundan Xaçmaz rayonu, Tel kəndi ərazisində onun yaşadığı evin qonşuluğunda yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evinə 17 mart və 19 mart 2025-ci il tarixlərdə dəmir materialdan olan tor hasarı əyib həyətə keçməklə oradan evə daxil olub ittiham aktında sadalanan velosiped və digər əmlakları oğurlamışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyəcəkdir. Hərəkətlərindən səmimi peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Tel kəndində babasına məxsus evdə tək yaşayır. Valideynlərinin hər ikisi vəfat etmiş, bacısı isə evlənərək Fizuli rayonuna köçüb orada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək pul qazanıb dolanışığını təmin edir. 2024-cü ilin mart ayında hər hansı bir yerdə iş tapa bilməmiş, pul alacağı hər hansı bir qohumu da olmamışdır deyə çarəsiz qalmışdır. Xaçmaz rayonu, Tel kəndində onun yaşadığı evin qonşuluğunda Bakı şəhər sakini Tahir adlı şəxsə məxsus ev vardır, Tahir həmin evə ayda bir dəfə, elə olur ki, ondan artıq müddətdə gəlib baş çəkir, qalan günlərdə də Tahirin evi boş olur, yəni heç kim yaşamır. Tahirin evinin həyəti ilə onun yaşadığı evin həyətinin arasında dəmir materialdan hazırlanmış tordan düzəldilmiş hasar vardır. 17 mart 2024-cü il tarixdə saat 11 radələrində onun pula ehtiyacı olmuşdur deyə oğurluq etmək məqsədi ilə yaşadığı evin həyətindən dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən aşıb Tahirin yaşadığı evin həyətinə keçmişdir. Tahirin yaşadığı evin həyətində iki ədəd ev vardır. Həmin evlərdən biri tam təmirlidir və yaşayış üçün yararlıdır, digər evin isə təmiri olmadığına görə yaşamaq üçün yararlı deyildir. Lakin təmirsiz evin də qapı və pəncərələri qoyulmuş, damı və döşəməsi vurulmuşdur, lakin içərisində təmiri yoxdur. Həmin vaxt o, təmirsiz olan evə yaxınlaşıb qarşısında olan pəncərədən içəriyə baxanda görmüşdür ki, içəridə velosiped, ot biçən aparat, naqil və digər təsərrüfat əşyaları vardır. O, təmirsiz evin ön sol tərəfində olan pəncərəsinin sağ tərəf yuxarı hissəsində olan pəncərənin şüşəsinin yerinə qoyulmuş kartonu çıxarıb yerə atmış və əlini içəriyə salıb pəncərəni açmışdır. Pəncərəni açdıqdan sonra pəncərədən evə daxil olmuş və həmin otaqda olan iki ədəd laqondanı, “Stels” markalı, 28 ölçülü bir ədəd velosipedi, tutacağı orta hissədən sınmış vəziyyətdə olan bir ədəd ot biçən aparatı, bir ədəd dreli, və mis materialdan hazırlanmış iki top naqili bir-bir götürüb apararaq yaşadığı evin həyətinə qoymuş və fikirləşmişdir ki, otaqda olan əşyaların hamısını oğurlamasın. O, həmin əşyaları daşıyıb aparıb yaşadığı evin həyətinə qoyduqdan sonra velosipedi götürüb sürərək Xudat şəhər avtovağzalına getmişdir. Xudat şəhər avtovağzalında göyərti satan Adil adlı şəxsə yaxınlaşıb velosipedi 30 manata satmaq istədiyini bilmiş, lakin Adil almaq istəməmişdir. Bu zaman orada lotereya satışı ilə məşğul olan Azər adlı şəxs ona yaxınlaşıb velosipedə baxdıqdan sonra 25 manat pul verəcəyini bildirmiş, o da Azərlə razılaşmışdır. Bu zaman Azər adlı şəxs Adilə demişdir ki, Adil ona 25 manat pul versin, Adil də Azərin sözünə görə ona 25 manat pul vermiş, o da velosipedi Azərə verib oradan çıxıb getmişdir. Bundan sonra o, yenidən yaşadığı evin həyətinə qayıdıb laqondaları götürüb Tel kəndində yaşayan Səxavət adlı şəxsin yanına getmiş və laqondaları ona göstərib Bakı şəhərinə getməli olduğunu, ona görə də ona təcili pul lazım olduğunu, bu səbəbdən laqondaları 60 manat pula satmaq istədiyimi bildirmiş, Səxavət də 60 manat pulunun olmadığını, həm də laqondaları baha satdığını bildirib ən çox 50 manat pul verə biləcəyini bildirmiş, o da Səxavətlə razılaşmış, Səxavətdən 50 manat pul alıb laqondaları sonuncuya satmışdır. Bundan sonra yaşadığı evə qayıtmış, səhəri gün naqilləri götürüb meşə sahəsinə aparıb orada əridib mis əldə etmiş və əldə etdiyi misi, dreli və ot biçən apartı küçədə metal alan tanımadığı şəxsə satmış, əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. 19 mart 2024-cü il tarixdə onun yenə də pulu qurtardığından yenidən Tahirə məxsus evdən oğurluq etməyi qərara almış, bu məqsədlə 19 mart 2024-cü il tarixdə saat 12 radələrində yenidən dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən keçərək əvvəlcə evin həyətinə, daha sonra isə iki gün əvvəl açdığı pəncərədən evin içərisinə daxil olub həmin otaqda olan odla yandırılıb qızdırılan bir ədəd samovarı, çuqun materialından hazırlanmış, 8 hissədən ibarət olan iki ədəd radiatoru, bir ədəd hava vuran nasosu, 04 ədəd uzadıcı naqili, bir ədəd elektriklə işləyən mühərriki, qırmızı rəngli, dəmir materialdan hazırlanmış çilingər sıxacını və 04 ədəd kəlbətini götürüb yenə də onları yaşadığı evin həyətinə daşıyıb yığmış və elə həmin gün səyyar metal qəbul edən tanımadığı şəxsə satmış, əldə etdiyi pulu da öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, o, özü ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Oğurluq hadisəsi olmuş Xaçmaz rayonunun Tel kəndi ərazisində yerləşən bağ evi ona məxsus olmaqla mövsümi ev olduğu üçün yay aylarında istirahət etmək üçün həmin evə gəlib-gedir. İl ərzində isə iki aydan bir həmin evə baş çəkmək üçün gəlib-gedir. Təqsirləndirilən şəxs Elən oğlunu tanıyır, onunla çəpər qonşusudurlar. Sonuncu dəfə bağ evinə baş çəkməyə gələrkən evindəki çox əşyalarınsamovar, otbiçən, laqonda, naqillər və digər əşyaların olmadığını görmüşdür. Sonradan polis orqanlarına müraciət etmiş və aparılmış araşdırma zamanı məlum olumuşdur ki, onun evindən oğurluğu çəpər qonşusu Təqsirləndirilən şəxs etmiş və oğurladığı əşyaların satmışdır. İbtidai istintaq zamanı oğurlanmış əşyalardan 1 ədəd velosiped ona təhvil verilmiş, 2 ədəd laqonda Xaçmaz rayon Polis Şöbəsində saxlanılır. Digər əşyalar isə qaytarılmamışdır. Zərərçəkmiş şəxs olaraq bildirir ki, təqsirləndirilən şəxs onun ziyanının müəyyən qismini ödəsə onun barəsində şikayətçi olmayacaqdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun Xaçmaz rayonu, Tel kəndində özünə məxsus 12 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsində o, özü üçün ev tikdirmişdir. Həmin ev Tel kəndinin qəbirstanlığının qarşısında yerləşir. Belə ki, həmin torpaq sahəsində iki ədəd ev tikdirmiş, həmin evlərdən biri tam təmirlidir və yaşayış üçün yararlıdır, digər evin isə təmiri olmadığına görə yaşamaq üçün yararlı deyildir. Lakin təmirsiz evin də qapı və pəncərələri qoyulmuş, damı və döşəməsi vurulmuşdur, lakin içərisinə təmir etdirməyə maddi imkanı çatmamışdır. O, əsasən Bakı şəhərində yaşadığına görə Tel kəndində yerləşən evinə hərdən gəlib baş çəkir, Bakı şəhərində olduğu vaxtlarda evə heç kim nəzarət etməmişdir. Sonuncu dəfə 2023-cü ilin noyabr ayının sonlarında gəlib evə baş çəkmiş, həmin vaxt hər şey öz qaydasında olmuşdur. Tel kəndində olan təmirsiz evdə cəmi bir ədəd otaq vardır, "həmin otağın da çölə baxan üç ədəd pəncəsi vardır. Pəncərələrin iki ədədi ön tərəfə, bir ədədi isə yan tərəfə baxır. O, təsərrüfatda işlətdiyi əşyalarını və ümumiyyətlə özünə məxsus digər əşyaları həmin təmirsiz evin otağına qoyub saxlamış, həmin evin də qapısını bağlı saxlamışdır ki, kimsə girib əşyaları götürə bilməsin. 29 aprel 2024-cü il tarixdə Tel kəndində yerləşən evinə baş çəkmək üçün gəldikdə görmüşdür ki, təmirsiz evin ön sol tərəfində olan pəncərəsinin sağ tərəf yuxarı hissəsində olan pəncərənin şüşəsinin yerinə qoyduğu karton orada yoxdur. Bu hal onda şübhə yaratmış və o, dərhal evin qapısını açıb evə daxil olub baxanda görmüşdür ki, orada olan “Stels” markalı, 28 ölçülü 150 manat dəyərində bir ədəd velosiped, tutacağı orta hissədən sınmış, 135 manat dəyərində olan bir ədəd ot biçən aparat, 85 manat dəyərində olan bir ədəd böyük laqonda, 45 manat dəyərində olan bir ədəd kiçik laqonda, 45 manat dəyərində olan bir ədəd drel, 2.5 mm qalınlığında, mis materialdan olan, Türkiyə Respublikası istehsalı, 50 m uzunluğunda 75 manat dəyərində olan elektrik naqili, 04 mm qalınlığında, mis materialından hazırlanmış, Türkiyə Respublikası istehsalı, 200 m uzunluğunda 400 manat dəyərində olan elektrik naqili, odla yandırılıb qızdırılan, 8 litr həcmində su tutan, Rusiya Federasiyası istehsalı, 250 manat dəyərində olan bir ədəd samovar, çuqun materialından hazırlanmış, 8 hissədən ibarət olan bir ədədinin qiyməti 80 manat olan ümumilikdə iki ədəd radiyator, hər biri 20 metr uzunluğunda olan, bir ədədinin qiyməti 25 manat dəyərində olan 04 ədəd uzadıcı (elektrik naqili), 20 manat dəyərində olan hava vuran nasos, Almaniya Respublikası istehsalı, sarı rəngli, 80 manat dəyərində olan bir ədəd elektrik mühərriki, 45 manat dəyərində olan, qırmızı rəngli, dəmir materialdan hazırlanmış çilingər sıxacı, hər biri 10 manat dəyərində olan 04 ədəd kəlbətinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bu barədə polisə məlumat vermiş, bir qədər sonra hadisə yerində Yalama PB-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o, evdən oğurlanan əşyaların sayını tam bilmədiyindən tam yaza bilməmiş, lakin sonradan evə baxdıqda görmüşdür ki, yuxarıda qeyd etdiyi əşyalar oğurlanmışdır. Sonradan polis əməkdaşları ona bildirmişlər ki, həmin oğurluğu Tel kənd sakini Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, 2024-cü ilin mart ayının sonlarında o, Xudat şəhər avtovağzalında lotereya satan köşkündə olarkən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onun yaxınlığında göyərti satışı ilə məşğul olan Adil adlı şəxsə yaxınlaşıb əlində tutduğu işlənmiş velosipedi satmaq istədiyini bildirmişdir. Adil isə pulunun olmadığını, ona görə də velosipedi almaq istəmədiyini demişdir. O, həmin velosipedi almaq məqsədi ilə neçəyə satdığını soruşduqda Elşən 30 manata satdığını bildirmişdir. Velosipedi 25 manata almaq barədə razılaşmış və almışdır. Velosipedin oğurluq olduğunu bilməmiş, Vüsal velosipedin özünə məxsus olduğunu bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Xaçmaz rayonu, Xudat şəhərində “Azərlotereya” biletlərinin satışı ilə məşğul olub dolanışığını təmin edir. Dəqiq tarixini xatırlamasa da 2024-cü ilin mart ayının sonlarında o, Xudat şəhər avtovağzalında olan zaman bir nəfər tanımadığı cavan oğlan onun yaxınlığında göyərti satışı ilə məşğul olan Adil adlı şəxsə yaxınlaşıb əlində tutduğu işlənmiş velosipedi satmaq istədiyini bildirmişdir. Adil isə pulunun olmadığını, ona görə də velosipedi almaq istəmədiyini demişdir. Bu zaman o görmüşdür ki, Anar velosipedi almaq istəməmiş, ona görə də o, həmin velosipedi almaq məqsədi ilə neçəyə satmasını soruşmuş, həmin şəxs də 30 manata satdığını bildirmişdir. O, velosipedi satan şəxsə demişdir ki, əgər 25 manata versə onda alar. Velosipedi satan şəxs 25 manata satmağa razı olmuş, həmin vaxt onun üzərində pul olmadığına görə Adildən xahiş etmişdir ki, həmin şəxsə 25 manat pul versin, daha sonra o pulunu qaytarar. Adil cibindən çıxarıb velosipedi satan şəxsə 25 manat pul vermiş, həmin şəxs də velosipedi onun yanma qoyub çıxıb getmişdir. O, həmin şəxsi tanımamış, velosipedi satan zaman həmin şəxs özünə məxsus olduğunu bildirmişdir. Velosipedi satan şəxsin əlində velosipeddən başqa heç bir şey olmamışdır. Daha sonra o, Adilin 25 manatını qaytarmışdır. O, həmin velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Miqdadoviç göstərmişdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs ona 50 manata laqondalar satmışdır. Satdığı əşyanın babsından qaldığını və özlərinə məxsus olduğunu bildirmişdir. Polis Şöbəsinə dəvət edildikdən sonra Vüsalın ona satdığı laqondanın oğurluq olduğunu bilmişdir. Şahid2n ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ev ustası işləyir, işi ilə bağlı laqondadan da istifadə edir. 2024-cü ilin mart ayının sonlarında mərhum həmkəndlisi Elşənin oğlu Vüsal onun yaşadığı ünvana gəlib əlində olan iki ədəd laqondanı göstərib Bakı şəhərinə getməli olduğunu, əlində olan laqondaları göstərib mərhum atasından qalan laqondalar olduğunu bildirib həmin laqondaları 60 manata satmaq istədiyini demişdir. Vüsalın atası Elşən yaşadığı dövrdə ev ustası işləmişdir, ona görə də laqondaların ona atasından qalma olmasına inanmışdır. O, laqondalara baxıb görmüşdür ki, bir az tozlanmış vəziyyətdədir, ona görə də Vüsala demişdir ki, əgər işləyirlərsə bunlara ən çoxu 50 manat pul verə bilər. Vüsal da onunla razılaşmış, o, laqondaları yoxlayıb görmüşdür ki, işləyirlər, ona görə də istifadəsi üçün həmin laqondaları Elşəndən alsın. Bir aydan çox həmin laqondaları istifadə etmiş, 2024-cü ilin may ayının əvvəllərində onu Yalama PB-nə dəvət etmişlər və ondan Təqsirləndirilən şəxs laqonda alıb-almadığını soruşmuşlar, o da düzgün izahat verərək Vüsaldan 50 manata iki ədəd laqonda aldığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları aldığı laqondalarm oğurluq olduğunu demişlər, o da həmin laqondalarm oğurluq yolu ilə əldə edildiyini bilmədiyini və gətirib həmin laqondaları könüllü surətdə təqdim edə biləcəyini demişdir. İzahat verdikdən sonra yaşadığı evin həyətində həmin laqondaları təqdim etmiş, polis əməkdaşları tərəfindən protokol tərtib edilərək laqondalar götürülmüşdür. O, həmin laqondaların oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus hadisə yeri hesab edilən ev Xaçmaz rayonu, Tel kəndi ərazisində olmaqla, Tel kəndinin qəbirstanlığının qarşısında yerləşən təmirsiz evdir. İş materiallarında olan Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs pul ilə aldığını bildirib 01 ədəd velosipedi öz razılığı əsasında Xaçmaz Rayon Polis X6 Bölməsində təqdim etmişdir. Baxış zamanı həmin velosiped sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Mübariz Əliyev tərəfindən götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs həmin velosipedi tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş 03 may 2024-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid2 Miqdadoviç Təqsirləndirilən şəxs pul ilə aldığını bildirib 02 ədəd laqondanı öz razılığı əsasında yaşadığı Xaçmaz rayonu, Tel kəndində yerləşən evdə təqdim etmişdir. Baxış zamanı həmin laqondalar sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Mübariz Əliyev tərəfindən götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs həmin laqondaları tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Tel kəndində yerləşən evdən oğurlanmış 01 ədəd “Stels” markalı 28 ölçülü velosiped və iki ədəd laqonda sübut əhəmiyyəti kəsb etdiyindən 22 yanvar 2025ci il tarixli qərarla maddi sübut kimi tanınmış, 01 ədəd velosiped Zərərçəkmiş şəxs qaytarılmış, 02 ədəd laqonda isə saxlanması üçün Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz rayon məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 1(067)-95/2025 saylı qərarı ilə iş üzrə dəymiş zərərin məbləğinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı müvafiq qiymətləndirici rəyinin alınması qərara alınmışdır. Məhkəmənin müvafiq qərarı əsasında "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən verilmiş, aparılmış araşdırmanın nəticəsinə dair “daşınar əmlakın qiymətləndirilməsi barədə” 08 iyul 2025-ci il tarixli, QX/86 nömrəli hesabatdan görünür ki, Xaçmaz rayon məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 1(067)-95/2025 saylı qərarı əsasında 1(067)- 95/2025 nömrəli cinayət işi üzrə siyahısı əlavə edilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən siyahısı əlavə edilmiş istifadə olunmuş 1 ədəd “Stels” markalı, 28 ölçülü, şassisi yaşıl rəngli olan velosipedin, istifadə olunmuş 1 ədəd otbiçən aparatın, istifadə olunmuş 1 ədəd böyük laqondanın, istifadə olunmuş 1 ədəd kiçik laqondanın, istifadə olunmuş 1 ədəd drelin, istifadə olunmamış 2.5 mm qalınlığında, mis materiaidan oian, Türkiyə Respubiikası istensaiı, 50 metr uzuniuğunaa eiektrik naqiiinin, istifadə olunmamış 4 mm qalınlığında, mis materialdan hazırlanmış, Türkiyə Respublikası istehsalı, 200 metr uzunluğunda elektrik naqilinin, istifadə olunmuş odla yandırılıb qızdırılan, 8 litr həcmində su tutanın, istifadə olunmuş Rusiya Federasiyası istehsalı 1 ədəd samovarın, istifadə olunmuş çuqun materialdan hazırlanmış, 8 hissədən ibarət olan 2 ədəd radiatorun, istifadə olunmamış 4 ədəd hər biri 20 metr uzunluğunda olan uzadıcı elektrik naqilinin, istifadə olunmuş hava vuran nasosun, istifadə olunmuş Almaniya Respublikası istehsalı, sarı rəngli 1 ədəd elektrik mühərrikinin, istifadə olunmuş qırmızı rəngli, dəmir materialdan hazırlanmış çilingər sıxacının və istifadə olunmuş 4 ədəd kəlbətinin 2024-cü ilin mart ayına orta bazar dəyəri 1564,00 manat təşkil edir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 mart 2024 və 19 mart 2024-cü il tarixlərdə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Tel kəndi ərazisində olmaqla, kənd qəbirstanlığının qarşısında yerləşən bağ evinin yaxınlığına gedib dəmir materialdan hazırlanmış tor hasarını əyib üzərindən keçərək əvvəlcə evin həyətinə, daha sonra isə həmin həyətdə yerləşən yaşayış yeri hesab edilən təmirsiz evin ön sol tərəfində olan pəncərəsini açmaqla evə qanunsuz daxil olub zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1564 manat dəyərində əmlakları oğurlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, dəymiş zərərin ödənilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2025-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 4(067)-16/2025 saylı və 14 aprel 2025-ci il tarixli, 1(067)-95/2025 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2025-ci il tarixdə barəsində 03 ay həddində- 19 yanvar 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmənin hazırlıq iclasının 14 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut olan 1 ədəd “Stels” markalı velosipedin sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 02 ədəd laqonda Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərci olan qiymətləndirmə hesabatının tərtib olunması üçün nəzərdə tutulmuş 210 manat xidmət haqqı Təqsirləndirilən şəxs tutularaq qiymətləndirməni aparmış Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyə əlavə edilmiş- çəkilmiş xərclərə dair rekvizitində göstərilən VÖEN:**********, H/h: AZ67TURA********************, Bank: "xxxx" ASC Xaçmaz filialı, Kod:510266, VÖEN: **********, M/h: AZ26NÄBZ********************, S.W.İ.F.T.: TURAAZ22 nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanı tələb etdiyini bildirsə də təqsirləndirilən şəxsə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunmalıdır ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 yanvar 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd velosipedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 02 ədəd laqonda Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci olan qiymətləndirmə hesabatının tərtib olunması üçün nəzərdə tutulmuş 210 manat xidmət haqqı Təqsirləndirilən şəxs tutularaq qiymətləndirməni aparmış Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyə əlavə edilmiş- çəkilmiş xərclərə dair rekvizitində göstərilən VÖEN:**********, H/h: AZ67TURA********************, Bank: "xxxx" ASC Xaçmaz filialı, Kod:510266, VÖEN: **********, M/h: AZ26NÄBZ********************, S.W.İ.F.T.: TURAAZ22 nömrəli hesabına köçürülsün. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar