Məhkəmə qərarları › İş №1(067)-96/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-96/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-96/2020 22.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, məhkumluğu ödənilmiş,işləməyən, Xaçmaz şəhəri M.F.Axundov küçəsi, ev 44-də yaşayan barasində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamış, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində, «şəxsiyyətlər müzeyinin» qarşısındakı parkda saxlanılaraq RPŞ-yə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,161 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1, 234.2,318.2 və 221.2.2-ci maddələri ilə məhkum olunmuşdur. Fərdi əməklə məşqul olub ailəsini dolandırır.Narkotik vasitə qəbul edir. Təxminən bir neçə gün bundan əvvəl Bakı şəhərində olarkən şəhərin 20 yanvar dairəsində metrostansiyasının yaxınlığında, yerdə bir ədəd kağız büküm görmüşdür. Həmin kağız bükümü açıb içərisinə baxarkən onun, içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Bundan sonra həmin bükümü bədənində ağrılar olduğu zaman gəbul etmək məqsədiilə çibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində, olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onlarla RPŞ-nə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək onlarla RPŞ-nə gəlmiş və orada tanımadığı iki mülki geyimli şəxslərin yanında ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir maddənin və ya əşyanın olub-olmamasını soruşulmuşdur. Əynindəki qara rəngli gödəkçənin sağ yan çibində olan iki qramlıq şpristi, limon duzunu, bir ədəd alışqanı, 13 manat pulu, bir ədəd kibrit qutusunu və bir ədəd 20 yanvar dairəsində tapdığı, içərisində narkotik maddə heroin olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü içərisində nə olduğunu ondan soruşduqda o, sözügedən bükümü tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində aşkar olunmuş, içərisində narkotik maddə olan büküm onun və hal şahidlərinin gözü qarşısında qablaşdırılaraq möhürlənmiş və onlar hər biri bunu doğru olduğunu imzaları ilə təstiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. O, bu məlumatı Xaçmaz polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs ifşa olunması məqsədiilə o, və işlədiyi şöbənin NMQnun əməliyyat müvvəkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qruppu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə onlar Təqsirləndirilən şəxs, Xaçmaz şəhəri, H.Əliyev küçəsində «şəxsiyyətlər müzeyinin» parkında olduğunu müəyyən etmişlər və hmin yerdə ona yaxınlaşıb, özlərini təqdim edərək, Xaçmaz RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmiş, iki nəfər hal şahidi dəvət olunmuş və üzərinə şəxsi axtarış keçirilmədən öncə üzərindəki əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki, qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd iki qramlıq şpris, 1 ədəd paketdə yarımcıq limon duzunu, bir ədəd alışqan, 02 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq əskinaslarla ümumilikdə 13 manat kağız pul, 01 ədəd kibrit qutusunu, 01 ədəd siqaretin qızılı rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Həmin qızılı rəngli kağız bükümü açılmış və içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bir neçə ildər ki, narkotik vasitə olan heroini şprisə dolduraraq inyeksiya yolu ilə qəbul etdiyini, üzərindən aşkar edilərək götürülmüş limon duzunu da öz istifadəsi üçün hazırladığı narkotik vasitəyə qatmaq məqsədi ilə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində qəhvəyi rəngli bərk maddə olan 01 ədəd qızılı rəngli kağız büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş və protokol tərtib olunmuşdur. Onlar həmin protokolu və zərfin üzərini imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1unn ifadəsi ilə analoci ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon polis şöbəsinin İTB-nin təhqiqatçısı X7 ifadə verərək göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon polis şöbəsində dəvət olunmuş, iki nəfər hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki, qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd iki qramlıq şpris, 1 ədəd paketdə yarımcıq limon duzu, bir ədəd alışqan, 02 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq əskinaslarla ümumilikdə 13 manat kağız pul, 01 ədəd kibrit qutusu, 01 ədəd siqaretin qızılı rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Həmin qızılı rəngli kağız bükümü açılmış və içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bir neçə ildər ki, narkotik vasitə olan heroini şprisə dolduraraq inyeksiya yolu ilə qəbul etdiyini, üzərindən aşkar edilərək götürülmüş limon duzunu da öz istifadəsi üçün hazırladığı narkotik vasitəyə qatmaq məqsədi ilə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində qəhvəyi rəngli bərk maddə olan 01 ədəd qızılı rəngli kağız büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş və protokol tərtib olunmuşdur. Onlar həmin protokolu və zərfin üzərini imzalamışlar. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, xx xxxxxx 2020ci il tarixdə saat 19 radələrində Xaçmaz RPŞ-nin qarşısından keçib evə getmək üçün Bakı prospekti istiqamətində getmişdir. Həmin vaxt 1 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmış və RPŞ-də keçirilən istintaq hərəkətində hal şahidi kimi iştirak etməyini xahiş etmişdir və o, razılaşıb birlikdə Xaçmaz RPŞ-nin inzibati binasına daxil olmuşdur. Oraya ondan başqa bir nəfər də hal şahidi dəvət olunmuşdur və onlar xidməti iş otaqlarının birinə daxil olmuşlar, orada müstəntiq tərəfindən Xaçmaz şəhər sakini olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, onlara və digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd 2 qramlıq şpiris, 01 ədəd paketdə yarımçıq limon duzunu, 01 ədəd alışqan, 02 ədəd 5 (beş) manatlıq, 03 ədəd 1 (bir) manatlıq əskinaslarla ümumilikdə 13 manat kağız pul, 01 ədəd kibrit qutusunu, 01 ədəd siqaretin qızılı rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Həmin qızılı rəngli kağız büküm açılmış və içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bir neçə ildir ki, narkotik vasitə olan heroini spirisə dolduraraq ineksiya yolu ilə qəbul etdiyini, üzərindən aşkar edilərək götürülmüş limon duzunu da öz istifadəsi üçün hazırladığı narkotik vasitəyə qatmaq məqsədi ilə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində qəhvəyi rəngli bərk maddəolan 01 ədəd qızılı rəngli kağız büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş və protokol tərtib olunmuşdur. Onlar polis əməkdaşları ilə birlikdə həmin protokolu və zərfin üzərini imzalamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4, ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə analoji ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu maddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloci və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4782 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bükümdə təmiz çəkisi 0,161 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X3–X6 Ekspert Komissiyasının xx xxx 2020-ci il tarixli 1259 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.1, 66.3-cü maddələri ilə təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR MM-nin xx.xx.2016-cı il tarixli «Amnistiya» qərarına əsasən əsas cəzadan 06 ay çıxarılaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı iol tarixli qərarı ilə 177.1-ci maddə xaric edilmiş və cəzasının sonu ilə azad edilmişdir.Məhkumluğu ödənilmişdir. İş materiallarında olan, Xaçmaz İƏD-dən verilmiş xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, o, cəmiyyətdən təcrid edilməklə islah olunmalıdır. Odur ki, məhkəmə, ona əməlinin tövsif olunduğu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-ninanbarında saxlanılan, Təqsirləndirilən şəxsüzərindənaşkaredilərəkgötürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,161qram olan heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 109.90 (yüz doqquz manat, doxsan qəpik) manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti cəza 01 (bir) il azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,161qram olan heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 109.90 (yüz doqquz manat, doxsan qəpik) manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar