Məhkəmə qərarları › İş №1(067)-96/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-96/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-96/2022 25.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi, Qanuni nümayəndə2 Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X4, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 2004-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa qerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamamorta təhsilli, subay, X7 İİ kursunda oxuyan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3şayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs X3 21 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi evin qarşısına getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcə daş hasardan aşmaqla evin həyətinə, daha sonra evin taxta materialından olan pəncərəsini sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oradan 110 manat məbləğində nağd pulu, 475,00 manat dəyərində 01 ədəd 5 qram çəkidə İtaliya istehsalı olan 783 əyarlı qızıl üzüyü, 400,00 manat dəyərində 01 cüt 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qızıl sırğanı, 25,00 manat dəyərində Çin istehsalı olan 01 ədəd «Casio» markalı qol saatını, 100 manat dəyərində sırğa-cütü, üzük və boyunbağıdan ibarət bijuteriya dəstini, hər bir ədədi 20,00 manat olmaqla 40,00 manat dəyərində 02 ədəd gümüş qadın üzüyünü, 20,00 manat dəyərində 01 ədəd «Braun» markalı saç qurudan feni və 10 manat dəyərində 01 ədəd universal tipli mobil telefon enerji qidalandırıcısını oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1180,00 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 21 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı X3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri ünvan 4 ünvanında yerləşən fərdi evin qarşısına getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcə daş hasardan aşmaqla evin həyətinə, daha sonra evin taxta materialından olan pəncərəsini sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oradan 110 manat məbləğində nağd pulu, 475,00 manat dəyərində 01 ədəd 5 qram çəkidə İtaliya istehsalı olan 783 əyarlı qızıl üzüyü, 400,00 manat dəyərində 01 cüt 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qızıl sırğanı, 25,00 manat dəyərində Çin istehsalı olan 01 ədəd «Casio» markalı qol saatını, 100 manat dəyərində sırğa-cütü, üzük və boyunbağıdan ibarət bijuteriya dəstini, hər bir ədədi 20,00 manat olmaqla 40,00 manat dəyərində 02 ədəd gümüş qadın üzüyünü, 20,00 manat dəyərində 01 ədəd «Braun» markalı saç qurudan feni və 10 manat dəyərində 01 ədəd universal tipli mobil telefon enerji qidalandırıcısını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1180,00 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 20 noyabr 2021-ci il tarixdə yaşadıqları küçədə tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edərkən Amin pul lazım olduğunu bildirmiş və Aminin bu sözündən sonra ona pul əldə etmək üçün oğurluq etməyi təklif etmişdir. Amin onun təklifi ilə razılaşaraq gedib məhlələri gəzməyi və sahibsiz ev taparlarsa oradan oğurluq etməyi demişdir. O, etiraz etməmiş və bundan sonra ikisi birlikdə gəzə-gəzə Xaçmaz şəhəri Ordubadi küçəsinə getmişlər. Həmin vaxt artıq 21 noyabr 2021-ci il tarix təxminən gecə saat 01 radələri olmuş, hava qaranlıq olduğundan həmin küçədə bir evin işıqlarının yanmadığını görmüş və sahiblərinin evdə olmadıqlarını hiss etmişlər. Ona görə də həmin evə girib oradan oğurluq etmək qərarına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra birinci olaraq Amin hasardan aşaraq evin həyətinə keçmiş, Aminin arxasınca o, özü də hasardan aşıb evin həyətinə girmişdir. Həyətə daxil olduqdan sonra Amin şüşəbəndin pəncərəsini açmış və onlar ikisi birlikdə evə daxil olmuşlar. Evin içərisi qaranlıq olduğundan işıqları yandırmadan özlərində olan alışqanın işığı ilə evin içərisini axtarmağa başlamış, Amin otaqların birindəki dolabdan içərisində qızıl-zinət əşyaları, bijuteriyalar, saat və pul olan torbanı tapıb cibinə qoymuş, otaqdan çıxdıqda isə masanın üzərindəki telefon adapterini və saç qurudan feni də götürmüşdür. Bundan sonra evdən çıxıb Aminlə birlikdə onların evinə getmiş, həmin vaxt onların evində heç kim olmadığından Aminlə birlikdə mətbəxə keçmiş və orada Amin oğurladıqları əşyaları cibindən çıxarıb masanın üstünə qoymuşdur. Onlar həmin əşyaların içərisindən yalnız 01 ədəd üzüyün qızıl olduğunu fikirləşib onu özlərində saxlamış, qalan bijuteriyaların, 01 cüt sırğanın və 01 ədəd qol saatının adi əşyalar olduğunu güman etdiklərindən onları aparıb evlərinin arxa tərəfindəki zibilxanaya atmışdır. Amin gecəni onların evində qalmış, səhəri gün ikisi birlikdə oğurladıqları qızıl üzüyü aparıb Xaçmaz mərkəzi bazarında ölçdürmüş və onlara həmin üzüyün qiymətinin təxminən 120-130 manat civarında olacağı bildirilmişdir. O, üzüyü cibinə qoymuş və Aminə həmin üzüyü tanışı Talehə verib satdıracağını demişdir. Oğurladıqları telefon adapteri və saç qurudan fen onların evində qaldığından valideynləri görməsinlər deyə Aminə saç qurudan feni və telefon adapterini götürüb özündə saxlamasını bildirmişdir. Amin etiraz etməyib onunla birlikdə onların evinə gəlmiş, o, telefon adapterini və saç qurudan feni götürüb Aminə vermişdir. Amin çıxıb getmiş və həmin vaxtdan sonra təxminən iki həftə Amini görməmişdir. Sonradan o, oğurladıqları qızıl üzüyü tanışı Taleh adlı şəxsin vasitəsi ilə 120 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləməklə istifadə etmiş, həmin ərəfədə Amini Xaçmaz şəhəri ərazisində görə bilmədiyindən üzüyün satışından əldə olunan puldan ona verməmişdir. Özü mobil telefondan istifadə etmədiyi üçün sonradan tanımadığı şəxsdən xahiş edib onun telefonu ilə Aminlə əlaqə saxlamış və telefon danışığı zamanı Amin ona Şamaxı rayonunda oxuduğu kollecdə olduğunu demişdir. O, Amindən saç qurudan fenin və telefon adapterinin yerini soruşmuş və Amin də ona həmin əşyaları gizlətdiyi yeri demişdir. Gedib Aminin dediyi yerə baxmış, lakin saç qurudan fenin və telefon adapterinin Aminin dediyi yerdə olmadığını görmüşdür. Sonradan yenidən Aminlə telefon əlaqəsi saxlayıb ona saç qurudan fenin və telefon adapterinin dediyi yerdə olmadığını bildirdikdə Amin ona həmin əşyaları onun gizlətdiyi yerdən kimin götürdüyünü bilmədiyini və bu barədə heç bir məlumatının olmadığını demişdir. Oğurluq etdikləri Xaçmaz şəhəri ünvan 4 ünvanında yerləşən evin Zərərçəkmiş şəxs məxsus olduğunu Xaçmaz rayon polis şöbəsinə dəvət edildikdən sonra bilmiş, lakin şəxsən özü əvvəllər Zərərçəkmiş şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxsə vurduqları ziyan valideynləri tərəfindən ödənilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndə- Qanuni nümayəndə2 Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X4 iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 20 noyabr 2021-ci il tarixdə yaşadıqları küçədə tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət edərkən Rəvana pul lazım olduğunu demiş və bu sözündən sonra Rəvan ona oğurluq etməyi təklif etmişdir. Rəvanın təklifindən sonra özü Rəvana gedib məhlələri gəzməyi və sahibsiz ev taparlarsa oradan oğurluq etməyi bildirmişdir. Rəvan etiraz etməmiş və onlar birlikdə gəzə-gəzə Xaçmaz şəhəri Ordubadi küçəsinə getmişlər. Gecə saat 01 radələrində küçədə bir evin işıqlarının yanmadığını görmüş və evin sahiblərinin evdə olmadıqlarını bilmişlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra birinci olaraq özü hasardan aşmaqla evin həyətinə keçmiş və arxasınca Rəvan da həyətə daxil olmuşdur. Bundan sonra o, özü şüşəbəndin pəncərəsini açmış və Rəvanla birlikdə evə daxil olmuşlar. Evin içərisi qaranlıq olduğundan işıqları yandırmadan özlərində olan alışqanın işığı ilə evi axtarmağa başlamış, o, otaqların birindəki dolabdan qızıl-zinət əşyaları, bijuteriyalar, saat və pul olan torba tapıb cibinə qoymuşdur. Otaqdan çıxarkən masanın üzərindəki telefon adapterini və saç qurudan feni də götürmüş və bundan sonra hər ikisi evdən çıxmış və Rəvangilin evinə getmişlər. Həmin vaxt Rəvangilin evində heç kim olmamış, oğurladıqları üzüyü, sırğanı və bijüteriyanı masanın üstünə qoyb baxmış və həmin əşyaların arasında yalnız bir ədəd üzüyün qızıl olduğunu fikirləşmişlər. Buna görə də həmin üzüyü özlərində saxlamış, qalan bijuteriyaları isə Rəvan aparıb evlərinin arxa tərəfindəki zibilliyə atmışdır. Səhəri gün oğurladıqları qızıl üzüyü Xaçmaz mərkəzi bazarında ölçdürmüş və onlara həmin üzüyün qiymətinin təxminən 120-130 manat olacağı bildirilmişdir. Rəvan üzüyü tanışı Talehə verib satdıracağını deyib onu özündə saxlamış, oğurladıqları telefon adapteri və saç qurudan fen Rəvangilin evində qaldığından Rəvan ona həmin əşyaları götürüb özündə saxlamasını demişdir. O, etiraz etməyib Rəvanla birlikdə onların evinə gedərək telefon adapterini və saç qurudan feni götürüb aparıb gizlətmiş və bundan sonra öz evlərinə getmişdir. Evlərinə gəldikdən sonra Şamaxı şəhərində təhsil aldığı kollecdən ona zəng olunmuş və kollecə çağırılmışdır. Buna görə də anası Amaliya ona pul verib Şamaxı şəhərinə yola salmışdır. O, Rəvanla görüşmədən Şamaxı şəhərinə getmiş və bir-iki həftə kollecdə olmuşdur. Şamaxı şəhərində olarkən Rəvan tanımadığı nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng edərək saç qurudan fenin və telefon adapterinin yerini soruşmuşdur. O, həmin əşyaları gizlətdiyi yeri ona demişdir. Telefon danışığından bir qədər sonra Rəvan yenidən ona zəng edərək fenin və adapterin dediyi yerdə olmadığını bildirmişdir. Rəvana bu barədə başqa heç bir məlumatının olmadığımı demişdir. 2022-ci ilin yanvar ayının ortalarında Şamaxı şəhərindən Xaçmaza gəldikdə Rəvanla görüşmüş, söhbət əsnasında Rəvan ona oğurladıqları qızıl üzüyü tanışı Talehin vasitəsi ilə 120 manata satdığını, ehtiyacı olduğundan pulu xərclədiyini demiş və həmin puldan ona verməmişdir. Bununla bağlı o, Rəvana heç nə deməmişdir. Zərərçəkmiş şəxsə vurduqları ziyan valideynləri tərəfindən ödənilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 20 noyabr 2021-ci il tarixdə səhər saat 07 radələrində evdən çıxıb işə getmiş və həmin gün Xaçmaz mərkəzi rayon xəstəxanasından Bakı şəhərinə «Covid-19» xəstələrinin müalicəsi ilə bağlı ixtisaslaşdırılmış xəstəxanaya xəstə aparmışdır. Qeyd olunan tarixdə əri Şahid2 də saat 10 radələrində evdən çıxıb toy məclisinə getməli olduğundan o, da evdə olmamışdır. O, xəstəni Bakı şəhərində xəstəxanaya yerləşdirib Xaçmaz şəhərinə qayıdarkən əri Əfqanla telefon əlaqəsi saxlamış və birlikdə evə getmək üçün xəstəxananın qarşısında onu gözləməsini xahiş etmişdir. Bakı şəhərindən qayıdıb iş yerinə çatdıqda artıq 21 noyabr 2021-ci il gecə saat 01 radələri olmuş, növbəni təhvil verdikdən sonra xəstəxananın qarşısında onu gözləyən əri Əfqanla görüşmüş və ikisi birlikdə evə getmişlər. Saat 01:30 radələridə evə çatıb qapını açaraq içəri daxil olduqda evdə səliqə-səhmanın pozulduğunu, əşyaların dağıdıldığını və aynabəndin yuxarı hissəsindəki pəncərə şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşlər. Evdə olmadıqları müddət ərzində kiminsə evə girdiyini hiss etmiş və buna görə də Əfqanla birlikdə evdəki əşyaları nəzərdən keçirməyə başlamışlar. Həmin vaxt yataq otağındakı güzgülü termonun siyirməsindən İtaliya istehsalı olan 5 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünün, Rusiya istehsalı olan 5 qram çəkidə 01 cüt qızıl sırğanın, Çin istehsalı olan 01 ədəd «Casio» markalı qol saatının, sırğa-cütü, boyunbağı və üzükdən ibarət gümüş bijuteriya dəstinin, 02 ədəd gümüş qadın üzüklərinin, habelə yataq otağındakı şifonerin içərisindən paltarların arasından 110 manat məbləğində nağd pulun, masanın üzərindən 01 ədəd mobil telefonlara aid universal enerji qidalandırıcısının (adapterin) və 01 ədəd saç qurudan fenin oğurlandığını müəyyən etmişlər. Bundan sonra o, dərhal istifadəsində olan mobil telefonla 102 Xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Onun məlumatından bir neçə dəqiqə sonra Xaçmaz rayon polis şöbəsinin əməkdaşları evlərinə gələrək onun özünün iştirakı ilə hadisə yerinə baxış keçirtmiş və bu barədə protokol tərtib etmişlər. Beləliklə, hadisə nəticəsində ona ümumilikdə 1180 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ödənilməklə aralarında barışıq əldə etmişlər. Ona görə də hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Zərərçəkmiş şəxs əri Şahid2 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, xx xxxxxxx 2005-ci ildə anadan olmaqla yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs2 doğma oğludur və o, hazırda X5 2-ci kursunda təhsil alır. Amin əyani təhsil aldığından dərsdə olduğu müddətlərdə Şamaxı şəhərində yaşayır və buna baxmayaraq o, arabir Xaçmaz şəhərinə evlərinə gəlib-gedir. 2021-ci ilin noyabr ayının ortalarında Amin Xaçmaz şəhərinə, evlərinə gəlmiş, bir neçə gün evdə qaldıqdan sonra təhsil aldığı kollecdən ona zəng olunmuş və məktəbə çağırılmış, buna görə də o, Aminə 100 manat pul verib onu Şamaxı şəhərinə yola salmışdır. 2022-ci ilin mart ayının əvvəllərində Aminin Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən axtarıldığını bildikdə onu götürüb polis şöbəsinə gətirmiş, polis əməkdaşları ilə söhbət zamanı Aminin 21 noyabr 2021-ci il tarixə keçən gecə Xaçmaz şəhəri N.Tusi küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri ünvan 4 ünvanında yerləşən evdən 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, bir neçə ədəddən ibarət bijuteriya əşyası, 01 ədəd qol saatı, 01 ədəd saç qurudan fen, 01 ədəd telefon adapteri və 110 manat məbləğində pul oğurlamaları ona məlum olmuşdur. Bununla bağlı Aminin özü ilə söhbət etdikdə o, həqiqətən Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan tarixdə Xaçmaz şəhəri Ordubadi küçəsində yerləşən evdən adları sadalanan əşyaları oğurladıqlarını etiraf etmişdir. İş materiallarında olan baxış keçirilməsinə dair 22 noyabr 2021-ci il tarixli protokoldan və əlavə olnmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri ünvan 4 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evidir. Evin həyətyanı torpaq sahəsi qonşu evlərin həyətyanı torpaq sahələrindən dəmir tor hasarla ayrılmış və həyətə giriş üçün dəmir materialdan hazırlanmış darvaza qoyulmuşdur. Dəmir darvaza evin giriş qapısı ilə üzbəüz olmaqla evlə darvaza arasında 8 metr məsafə vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin sınmış pəncərə şüşəsini göstərərək evdə olmadıqları müddət ərzində naməlum şəxsin həmin pəncərə şüşəsini sındırmaqla içəri daxil olduğunu və yataq otağındakı şkafdan ona məxsus 01 ədəd qızıl üzüyü, 01 cüt qızıl sırğanı, gümüş bijuteriyaları və nağd pulu oğurladığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 05 apre 2022-ci il tarixli protokoldan və əlavə edilmiş foto şəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs1 21 oktyabr 2021ci il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi ilə bağlı verdiyi ifadəsini təsdiq etməklə oğurluq etdikləri yeri əyani olaraq yerində göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 12 may 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi ilə bağlı verdiyi ifadəsini təsdiq etməklə oğurluq etdikləri yeri əyani olaraq yerində göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 9/2286 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, zərgərlik məmulatları satışı mağazalarında, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə anoloji malların markasına, modelinə uyğun olaraq, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd istifadə edilmiş vəziyyətdə olan, İtaliyada istehsal olunmuş 5 qram çəkidə 783 əyarlı qızıl üzük- 475,00 manat; - 01 cüt Rusiya Federasiyasında istehsal olunmuş 5 qram çəkidə 583 əyarlı qızıl sırğa- 400,00 manat; - 01 ədəd istifadə olunmuş «Braun» markalı saç qurudan fen- 20,00 manat olmaqla qeyd olunan 03 adda malların 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 895,00 manat müəyyən edilir. İstifadədə olmuş sırğa-cütü, üzük və boyunbağıdan ibarət bijuteriya dəsti tədqiqata təqdim edilmədən həmin mallar üzrə, habelə 02 ədəd istifadədə olmuş gümüş üzük və 01 ədəd istifadədə olmuş universal tipli mobil telefon enerji qidalandırıcısı haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, çəkisi və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli, 9/2721 nömrəli rəyindən görünür ki, 01 ədəd Çin istehsalı olan, 2020-ci ildən istifadədə olmuş, orginal olmayan «Casio» markalı qol saatının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 25 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 09 mart 2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvəllər məhkum olumamışlar. İş materiallarında olan şəxsiyyət vəsiqəti məlumatları barədə Azərbaycan Respublikası DİN-nin elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2004-cü ildə anadan olmaqla cinayət törədərkən yetkinlik yaşına çatmamış, halhazırda yetkinlik yaşına çatmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəti məlumatları barədə Azərbaycan Respublikası DİN-nin elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2005-ci ildə anadan olmaqla cinayət törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 21 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi evin qarşısına getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcə daş hasardan aşmaqla evin həyətinə, daha sonra evin taxta materialından olan pəncərəsini sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oradan 110 manat məbləğində nağd pulu, 475,00 manat dəyərində 01 ədəd 5 qram çəkidə İtaliya istehsalı olan 783 əyarlı qızıl üzüyü, 400,00 manat dəyərində 01 cüt 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qızıl sırğanı, 25,00 manat dəyərində Çin istehsalı olan 01 ədəd «Casio» markalı qol saatını, 100 manat dəyərində sırğa-cütü, üzük və boyunbağıdan ibarət bijuteriya dəstini, hər bir ədədi 20,00 manat olmaqla 40,00 manat dəyərində 02 ədəd gümüş qadın üzüyünü, 20,00 manat dəyərində 01 ədəd «Braun» markalı saç qurudan feni və 10 manat dəyərində 01 ədəd universal tipli mobil telefon enerji qidalandırıcısını oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1180,00 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 21 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı X3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri ünvan 4 ünvanında yerləşən fərdi evin qarşısına getmiş, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcə daş hasardan aşmaqla evin həyətinə, daha sonra evin taxta materialından olan pəncərəsini sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oradan 110 manat məbləğində nağd pulu, 475,00 manat dəyərində 01 ədəd 5 qram çəkidə İtaliya istehsalı olan 783 əyarlı qızıl üzüyü, 400,00 manat dəyərində 01 cüt 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qızıl sırğanı, 25,00 manat dəyərində Çin istehsalı olan 01 ədəd «Casio» markalı qol saatını, 100 manat dəyərində sırğa-cütü, üzük və boyunbağıdan ibarət bijuteriya dəstini, hər bir ədədi 20,00 manat olmaqla 40,00 manat dəyərində 02 ədəd gümüş qadın üzüyünü, 20,00 manat dəyərində 01 ədəd «Braun» markalı saç qurudan feni və 10 manat dəyərində 01 ədəd universal tipli mobil telefon enerji qidalandırıcısını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1180,00 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.1, 435.4.1-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayan barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməli törətmələrini, əməllərini səmimi etiraf etməklə peşmançılıq hissi keçirmələrini, cinayət törədərkən yetkinlik yaşına çatmadıqlarını, Təqsirləndirilən şəxs2 hal-hazırda da yetkinlik yaşına çatmadığını, dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etmələrini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və onlara cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyələrini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 03 mart 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin şəxsin tutulmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 05 mart 2022-ci il tarixli qərarından və həmin tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs1 03 mart 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 05 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 03 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 22:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “nəzarət altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 100 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 03 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini 22:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 22:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin maddi sübutun və mülki iddianın olmaması mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar