Məhkəmə qərarları › İş №1(067)-96/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-96/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-96/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər – X1 və X3 iştirakı ilə X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin sentyabr ayının 3-də “Facebook” sosial şəbəkəsində onun özünə məxsus olan “Cemil Memmedli” profilində (https://www.facebook.com/cemil.memmedli.54) Azəbaycan Respublikasında fəaliyyət göstərən Ağ partiyanın sədri Tural Abbaslının ünvanına yumoristik yanaşma əxz edən bir paylaşım etmişdir. Həmin paylaşıma yazılan şərhlərdə Fuad Həbibov əvvəlcə paylaşıma etiraz etsə də, sonradan bu etirazı onun ünvanına yalan olduğunu bilə-bilə, müxtəlif böhtan və təhqirlər səsləndirərək, daha ağır formada onun işgüzar nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmağa çalışmışdır. Belə ki, Fuad Həbibov həmin statusa yazdığı şərhdə “türmə tarixinə qalsa, hərdən sən də yan-yörənə bax, barıqaya qardaş deyən adamsan” yazaraq, onu guya hansısa “barıqa” (narkoticarətçi)-lərlə isti münasibəti olduğunu yazaraq, bilə-bilə ona böhtan atmışdır. Həmçinin həmin statusa yazdığı digər şərhlərdə Fuad Həbibov guya nə vaxtsa onun yanında olanları cahillikdə, tupoyluqda ittiham etdiyini, daha sonra, onun Fuadın fikirlərinə münasibət bildirərkən istifadə etdiyi sözlərə görə, “arvad kimi qarğış etməkdə” ittiham edib, təkbətək görüş tələb edib. Həqiqətən də onlar Fuadla Xaçmazda yerləşən restoranların birində görüşmüşlər və Fuad öz səhvini anladığını deyib, üzr istəmişdir. Daha sonra isə 2022-ci ilin mart ayının 20-də o, başqa bir sosial şəbəkə istifadəçisinin Tural Abbaslının ünvanına paylaşdığı satirik statusu paylaşmışdır. O, statusu paylaşan bir gün sonra, yəni səhəri gündən etibarən Fuadın bacısı Gülnarə Həbibova, sonuncuya məxsus “Gülnara Habibova” adlı Facebook profilindən onun ünvanına yalan olduğunu bilə-bilə yalan və iftiralar dolu böhtanlar yazaraq, onun işgüzar nüfuzunu ləkələməyə çalışmış, şərəf və ləyaqətini qəsdən alçaltmışdır; 1) Mart ayının 21-də Gülnarə Həbibova özünə məxsus profilində onun ünvanına yazdığı mətndə belə bildirir: “Biz axı çox seyi hələki açıq danışa bilmirik. Kimin xəbəri ola bilər ki? O oyunlardan ki, sənin bövük ağaların oynayıb. Sən də onların informasiya dasıyan çuğulçusu olmusan. Cünki “işin” budur, illərlə belə yaşayırsan. Qatillərdən aldıqları milyonları şəxsən mənim həbsimlə barter eləmək istəyən ağalarının planları pozulub”. Göründüyü kimi Gülnarə Həbibova anasının qatillərini milyonlarla pul alıb, gizlətmək istəyən hansısa insanların, (təbii ki, hansısa orqanları nəzərdə tutur) olduğunu, onun da onların “çuğulçusu” olduğunu iddia edir. Onun 20 ildən çox jurnalist fəaliyyətini, işgüzar nüfuzunu, şərəfini və ləyaqətini alçaldaraq, guya illər boyu ancaq kimlərinsə “xəbərçisi, adamı”olduğunu iddia edərək, açıq-aydın yazır ki, onun bütün ömrü boyu “işi” bundan ibarət olub. 2) Daha sonra Gülnarə Həbibova eyni mətndə bildirir: “2021ci ilin yayında “poqonlu” ağalarının torbatikən nökəri olan Cəmilin maskası tam cırıldı”. Yenə də göründüyü kimi Gülnarə Həbibova onun ünvanına yalan olduğunu bilə-bilə “hansısa poqonlu ağaların torbatikən nökəri” ifadəsini işlədərək, onun şərəf və ləyaqətini alçaldır, qəsdən işgüzar nüfuzunu aşağılayır. 3) Daha sonra Gülnarə Həbibova yazır: “Mən sənə avqust ayında canliya çıxmağı təklif etdim. Qaçdın. Cünki sənin əslində kim olduğunu hamı biləcək idi. Biləcək idilər ki, sən müstəntiq və dostun “polkovnikin” tapşırığı ilə planlaşdırılan həbsim ücün məni necə aldatmaq istəmisən (hayıf ki, cox seyi yaza bilmirəm)”. Yenə də aşkar görünür ki, Gülnarə Həbibova onu hansısa müstəntiqlə, həmçinin bir polkovniklə qabaqcadan əlbir olaraq, özünün həbsi üçün hansısa planlarının olduğundan danışır. Halbuki Gülnarə onu heç vaxt heç bir canlıya çağırmayıb və çağırmadığı üçün, təbii ki, imtina da etməmişdir. Onun heç kəslə, heç bir orqanla, heç bir qanunsuz işi olmamışdır. Bütün bunları, yalan olduğunu bilə-bilə, onun ünvanına qəsdən söyləyərək, onun işgüzar nüfuzunu alçaltmağa çalışan Gülnarə Həbibova həm də, bu yalanlarla ictimaiyyət qarşısında onun şərəf və ləyaqətini alçaldır. 4) Yenə həmin mətndə Gülnarə Həbibova yazır; “Sənin bütün əldə edə bildiyin məlumatları “yuxarılara” ötürdüyünü bilirdik. Sən elə sən xislətdə olan böyük ağalarının nökərisən, cünki onlar sənin kimilərinin əli ilə çörək yeyirlər. Bir neçə dəfə haralara işlədiyini açıq yazmağımı istəmisən. Bilirsən axı, onların adını açıq yazmaq olmur, tapşırığı axıracan yerinə yetirə bilməmisən, istəyirsən ki, indi belə torba tikəsən?” Yenə də bu şəxs ictimaiyyətin göz qarşısında, yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini alçaltmaq niyyəti ilə onun ünvanına böhtan yazır. İctimai rəyi aldadaraq, onun guya kimlərinsə sifarişləri ilə bu günə qədər xalqı aldatdığını, guya hansısa qeyri-müəyyən şəxslərə işlədiyini iddia edir. 5) Gülnarə Həbibova yeni bir status yazır. Həmin statusda, “bu məsələnin başı Bakıda oturan poqonlu dostlarına gedib cıxır. Bilirəm ki, sahiblərinin işi yarımçıq qalıb, bundan sonra yazacaqlarım mənim həyatım üçün təhlükə yaradacaq. Səni isə sahiblərin qoruyacaq. Çünki şər zəncirinin son həlqəsinə qaynaq olunmuş qarmağın imicini zədələmək, polisayın bundan sonrakı fəaliyyətinə mane olmaq olmaz. Polisay belə böyük işlərdə bizim kimilərini birdəfəlik udmaq, imkanlı balıqları yolmaq ücün sən onlara bundan sonra hələ çox lazım olacaqsan” yazaraq, yenə də onun kimlərəsə işlədiyini, guya cəmiyyətdə imkanlı adamları şərləyərək, kimlərinsə maraqları üçün mərdimazarlıq etməkdə suçlayır. Bu sözlərlə onun jurnalist fəaliyyətini qəsdən xalqın gözündən salmağa çalışaraq, onun ictimai nüfuzunu aşağılayır. 6) Yenə həmin gün bir başqa status yazaraq “adını böyük hərflərlə yazdım ki, hörmətli olasan, ağalarına hörmət qoyuram ki, qəzəblərinə tuş gəlməyim. Əlimiz sənin mübarək əlinə çatana qədər necə yazıq günündə olmağımız və öz xoşumuzla sənin necə bizim ikiayaqlı GPS-imiz olmağın da bir ayrı mövzudur” qeyd edir. Yenə də aşkar formada guya onun kiminsə tapşırığı ilə guya onları təqib etdiyini yazaraq, onu qanunsuz təqib kimi bir cinayət əməlində günahlandırır. Bu da açıq-aşkar yalan olduğunu bilə-bilə onun ünvanına şər-böhtan yazaraq, onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmağa yönəlmiş sistemli şəkildə davranışlarının bir parçasıdır. 7) Yenə həmin statusda Gülnarə Həbibova “Xaçmaza gələnlər Elnur Rzayevə tapşırıq verməyiblər, hansı işlərə baxmısan, bir sən, bir də sahiblərin bilir, polisay müəllim” yazaraq onun guya kimlərinsə tapşırıqlarını yerinə yetirdiyini iddia edir. Bununla da onun jurnalist fəaliyyətinə qəsdən, bilərəkdən kölgə salmağa çalışaraq, şərəf və ləyaqətini alçaldır. 8) Yenə də həmin gün, 22 mart tarixində başqa bir status yazır: “Cəmil Məmmədli, deyəsən dostlarının bəziləri bilir ki, sən kimlərə işləyirsən, səni vəziyyətdən çıxarmağa çalışırlar. Sən poqonlulardan danış. Kimdən nə alıblar, polisay bilməmiş olmaz. Alver edənlərin tən ortasında olub”. Yenə də aşkar görünür ki, onun ünvanına "sən kimlərə işləyirsən. Poqonlu dostların kimdən nə alıblar" yazaraq, guya onun hansısa dövlət orqanına işlədiyini və həmin orqanların da guya kimlərdənsə nəsə alıb, nəyinsə müqabilində cinayət işini bağladıqlarını iddia edirlər. Bu statusda həm onun, həm də hansısa dövlət orqanının ünvanına guya təmənnalı iş görüərək, hansısa qanunsuz əməli törətməkdə günahlandırır. 9) Daha sonra yenə də elə həmin gün, başqa bir statusda “torbatikən müəllim, özünü gülünc günə qoyma, belə dostlarını bol elə ki, bir az sifətin görünsün. Qanpulunan alver edənlər rayona gələndən gedənə qədər sənlə əməkdaşlıq ediblər. Rəzil adam, sənə bir sualım da var: sahiblərinə bu qədər leş dasımısan, hec olmasa sənə kiçik də olsa paqon verdilər? Adam arasında taxa bilməsən də evdə taxıb gəzəsən” yazır. Bu statusda da onun ünvanına aşkar böhtan və təhqir yazır, həmçinin prokurorluq və DTX əməkdaşlarını da qan pulu ilə alver edənlər adlandırır. Həmin statusun altında, Gülnarə Həbibovanın qardaşı, “Ağ” partiyanın Xaçmaz rayon təşkilatının sədri Fuad Həbibov yenə də bilə-bilə onun ünvanına yalan və iftira dolu böhtanlar yazaraq, onun işgüzar nüfuzunu ləkələməyə çalışmış, şərəf və ləyaqətini alçaltmışdır. Fuad Həbibov həmin statusun altında yazdığı şərhdə bildirir: “Cəmil Məmmədli, qəhbə bilirsən kimdi? Bu işi öz anamın işi kimi araşdıracam deyib sukalıq edən. Camaatın balasının torbasını tikib, qıraqda gözləyən. Sonra da madyan kimi artistlik edən. Qabağıma çıxanda tək gəlmə. Hər ay hansı qurum üçün siyahı yeniləyirsənsə, onların da əməkdaşlarını da gətir, üzümə durquzmağa. Amma belə sənin dalın üçün deyil qabağıma çıxmaq”. Göründüyü kimi Fuad Həbibov onu " kiminsə torbasını tikməkdə, sonradan isə guya qıraqda durub gözləməkdə”, "madyan kimi artistlik etməkdə”, guya hər ay "hansısa qurum üçün, hansısa siyahını yeniləməkdə” ittiham edərək, ona yalan olduğunu bilə-bilə böhtan atır, təhqir edir. Həmin statusa yazdığı növbəti şərhində Fuad Həbibov: “Cəmil Məmmədli, bilirəm, sənin ücün ana söyüşü çox əhəmiyyətsiz seydir, avqustun sonunda söydün, hec sroku bir ay da çəkmədi” yazaraq, guya onun yalandan söyüş söyən biri olduğunu iddia edir. Bununla da qəsdən, bilərəkdən onu ictimaiyyətin qarşısında nüfuzdan salmağa hesablanmış iftiralarını davam etdirir. Daha sonra Fuad Həbibov növbəti şərhdə: “özün kimi 50 manatlıqları yığ, piar apar, kül olsun elə sənin kimi cındırların başına. Tural Abbaslının əxlaqının 1 faizi topanızda yoxdu ay şərəfsizlər” deyib, şərhlərdə ona eyib tutub, onu müdafiə edənləri və birbaşa onu təhqir edir. Yenə də həmin statusda, Fuad Həbibov yazdığı növbəti şərhdə: “sən qəhbə deyilsənsə, şərəfsiz suka deyilsənsə, günahsız adamın həbsi oyununda, 2020-nin avqustundan 2021-ci ilin oktyabrına qədər torba tikmə əməliyyatında şestyorka olmamısansa, səmimi səkildə yenə də mənə deyərdin ki, mən bu oyunda yoxam, məni də aldadıblar. Ay qəhbə...” deyərək, onu heç anlamadığı, xəbəri olmayan hansısa bir qanunsuz həbsi reallaşdırmaqda, kiməsə, necəsə guya kömək etdiyini iddia edib, ona həm böhtan atır, həm də yenə təhqir edir. Yenə həmin statusa yazdığı növbəti şərhdə Fuad Həbibov “Ay cındır, ana söyüşü söydün öz payına, mən də inandım. Artistlik alnına yazılıb da. Ayda bir dəfə “üzr hekayələri” yaz, safları özünə inandır” deyib, onun ünvanına birbaşa təhqir yağdırır. Fuad Həbibov növbəti şərhində “ümumi sözlərlə burda söhbəti fırlatma. Ay şərəfsiz, bax şou deyirsən, nə bilim artistlik deyirsən, mənim şou nəyimə lazımdır ki? Sən 2021-ci ilin fevralında Xaçmaz polis şöbəsində ailə üzvlərimə qarşı qaldırılan saxta cinayət işində bizə montai olunmuş material soxuşduran qəhbəsən. Bu günəcən kompyuterdə qalır verdiyin. Qurbanın Cavidi vurduğu yeri kəsib bizə vermişdin. Mən o kadrları tamam ayrı yerdən tapdım. Özün də bilirsən ki, bunu mən bilmişəm. Xəbər göndərdin ki, məndə nə var onu göndərmişəm, bəlkə o yeri düşməvib?” deyərək onun ünvanına birbaşa təhqir və böhtan yazır. Növbəti şərhində Fuad Həbibov yenə də onun ünvanına “səhər əlində təsbeh, axşam pivə bokalı tutan ərəbşünas, şərqşünas düdük” deyərək şərəf və ləyaqətini alçaldır. Daha sonra Fuad Həbibov satqınçılıqda ittiham edərək deyir “misalüçün mən sənin kimi fəxr etmirəm ki, vaxtaşırı filan qurumda gedib müxalifətçilərin siyahısını yeniləyirəm”. Bununla da onun birbaşa işgüzar nüfuzuna zərbə vurmağa çalışaraq, ona şər və böhtan atır. Bundan sonra yazdığı şərhdə Fuad Həbibov “təxminən beynində belə bir plan var. Burda söyüş söyürsən, gəlirəm razborkaya, dava düşür. ya Allah sənə verir, ya mənə, sonra sahiblərin gəlir, hər ikimizi aparır. Sən illər ərzində “içəridən” necə çıxırsansa, eyni qaydada çıxırsan. Mənim aqibətim isə bəllidir” deyib, yenə də onun ünvanına şər-böhtan yazır. Daha sonra yenə də Fuad Həbibov ona xitabən “yanımda gəzmədin, yallandın. Ay düşük. sən özünü nə hesab edirsən axı? Kimsən axı? Ali təhsilin olmadan özünü camaata ərəbşünas, şərqşünas kimi, jurnalist kimi soxuşdurmusan, bəsdi də. Mənim sənə nə ehtiyacım ola bilər ki? Aldanıb qeyrətli, namuslu adam, jurnalist bilmişdim. Ay düşük. sən yanımıza gələndə də bilirdik hansı qurumların adamısan. Lakin adam sanırdıq. işverən olduğunu gec bildik...” yazaraq, yenə də ona böhtan atır, işgüzar nüfuzuna ləkə vurmağa çalışır. Növbəti şərhində Fuad Həbibov “sənin kimi sukaların əlindən müxalifət olar? Əlli yerə işlədiyini bilsəydim, səni nümayəndə təyin edərdim? Ay cındır, burdan torbamı tikib məni qızışdıran kim idi? Bir yanda sənin çəkdiyin qəşəng materiallarla Xaçmaz polis şöbəsində saxta cinayət isi başlatmışdılar? Torbanıza düşməmişəmsə. bu sizin loxluğunuzdur” yazaraq, yenə də ona böhtan atır və təhqir edir. Daha sonra yenə də Fuad Həbibov uzun uzadı bir şərh yazaraq, “mən vəzifədə olanda sən hələ sonradan əksəriyyətini satdığın müxalifətçilərin yanında sülənirdin. Yenə deyirəm, Allah mənim ruzimi qapımda verib. Mən sənin kimi Şəmsəddinin hamısını cinayətkar etdiyi, xirtdəyə qədər zibilin içində olduğu məmurlara xox gəlib dolanmıram” deməklə, onun işgüzar nüfuzuna ləkə yaxaraq, yalan danışdığını bilə-bilə, ona böhtan ataraq, guya onun hansısa məmurlara hədə-qorxu gələrək, bunun müqabilində dolandığını iddia edir. Göstərilənlərə əsasən, X2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə ittiham hökmü qəbul edilərək cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə və məhkəmə baxışına təyin edilməsinə etirazlarının olduğunu bildirərək, həmin şikayətin düzgün tərtib edilmədiyini, şikayətdə həm iki şəxsin məsuliyyətə cəlb edilməsi xahiş edilmiş, həm də barəsində şikayət verilmiş şəxs Fuad Həbibovun yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu olduğundan şikayət ayrı-ayrılıqda verilərək, ona aid hissədə şikayət Yasamal rayon məhkəməsinə verilməlidir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, barəsində şikayət verilmiş şəxs X5 qeydiyyat ünvanının ünvan 2 yaşadığını bildirmişdir. Bundan əlavə, xüsusi ittiham qaydasında şikayətə X3 Xaçmaz rayonunda yaşamasını təsdiqləyən hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə görə, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə iki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yerini təsdiq edən sənəd əlavə edilmədiyindən, həmçinin hazırkı qərarda qeyd edilən digər halları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar