Məhkəmə qərarları › İş №1(067)-96/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-96/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-96/2025 02.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, 07 avqust 1984-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əməllərində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Nadirov X9 Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 08 Noyabr 2024-cü il tarixdə saat 02:15 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında dayanmış X8 mülkiyyətində olmaqla Zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə əsasında idarə etdiyi **-OE-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobilini sahibinin iradəsinə zidd olaraq talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olmaqla avtomobilin üstündə olan açarla mühərrikini işə salıb idarə edərək həmin avtomobili Siyəzən rayonu, Sədan kəndində yol kənarında olan beton maneəyə çırparaq saxlamış, bununla da o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Bundan başqa o, təkrar 17 yanvar 2025-ci il tarixdə saat 20:20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində "xxxx" MMCnin mülkiyyətində olmaqla Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Khazar SD Minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə mühərriki işlək vəziyyətdə olan avtomobilin qapısını açaraq içərisinə daxil olmaqla həmin avtomobil ilə Xaçmaz şəhəri ərazisində gəzdikdən sonra həmin avtomobili Xaçmaz-Quba avtomobil yolunun üzərində yerləşən Armudpadar kəndində saxlamış, bununla da o, təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanda tək yaşayır. Subaydır və müxtəlif yerlərdə fəhləlik etməklə dolanır. 07 noyabr 2024-cü il tarixdə gəzmək üçün Sumqayıt şəhərinə təkbaşına getmiş, Sumqayıt şəhərində yemək yemiş və spirtli içki qəbul etmişdir. 07 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024-cü il tarixə keçən gecə Sumqayıt şəhərində əvvəllər tanımadığı taksi fəaliyyət ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-OE- *** dövlət nömrə nişanlı avtomobili Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində “ESDP” zavodunun yanında olan restoranın qarşısında saxlatmış, İsmayılla onu Siyəzən rayonuna aparması barədə danışmış və 35 manat yol pulu qarşılığında onu Siyəzən şəhərinə, yaşadığı ünvana aparması barədə İsmayılla razılaşmışdır. İsmayıl onu-Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 12 ünvanında yerləşən evinin qarşısına gətirmiş, ardınca isə o, üzərində pulunun olmadığını və pulun evdə olduğunu söyləmiş və avtomobildən düşərək evdən pul gətirmək məqsədilə həyətə daxil olmuşdur. Bu zaman İsmayılda pulu götürmək üçün avtomobildən düşərək onun ardınca evin həyətinə daxil olmuş, o, İsmayılın həyətdə gözləməli olduğunu bildirmişdir. Qeyd edir ki, həmin an içindən avtomobili idarə etmək istəyi yaranmış, buna görə də həyətə çıxaraq İsmayıla çay içməyi təklif eləmiş və onu söhbətə tutmuşdur. Bilirmiş ki, avtomobilin açarları üzərindədir və qapılar da açıqdır. İsmayılın həyətdə oturub başının qarışmasından istifadə edərək qaçaraq onun avtomobilinə doğru getmiş və “Opel Astra” markalı minik avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Qeyd edir ki, o, avtomobilin içərisində olan zaman açarlar avtomobilin üzərində imiş. Ardınca isə avtomobili hərəkət etdirərək Siyəzən rayonu, Sədan kəndini istiqamətində getmişdir. O, yaşadığı evin qarşısından təxminən 10 kilometr getdikdən sonra Sədan kənd ərazisində olan zaman sərxoş olduğu üçün avtomobilin idarə etməsini itirmiş və avtomobil yolun sağ kənarında olan beton maneələrə dəyərək yolun hərəkət hissəsindən çıxaraq əzilmişdir. Avtomobildən düşmüş və bir qədər orada gözlədikdən sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Ona polis şöbəsinə getmək lazım olduğunu bildirmişlər və onu sərxoşluq müayinəsindən keçirmişlər. Bundan başqa 17,01.2025-ci il tarixdə axçam saat 18 radələrində, Siyəzən şəhərində yerləşən avtovağzalda dayanan taksi fəaliyyətini göstərən “Khazar SD Minik” markalı **-PZ-*** avtomobilin sürücüsünə yaxınlaşmış və avtomobili Xaçmaz şəhərinə sürməsini istəmişdir. Həmin sürücü 50 manat müqabildə gedəcəyini bildirmiş və o da razılaşmışdır. Daha sonradan öyrənmişdir ki, sürücünün adı Zərərçəkmiş şəxs1dur. Həmin avtomobilə əyləşərək Xaçmaz şəhərinə yola düşmüş, Xaçmaz şəhərinə çatdıqdan sonra "Məkan” kafesində oturmuş, orada spirtli içki qəbul etmişdir, avtomobilin sürücüsü isə çay içmişdir. Daha sonra onlar kafedən çıxmış və o, getdiyi yeri göstərəcək deyərək avtomobilə əyləşmişdir. Yolda sürücü Xaçmaz şəhərində “Lukoil” yanacaq doldurma məntəqəsində ayaq yoluna getmək üçün saxlamış və sürücü Zərərçəkmiş şəxs1 avtomobildən düşərək ayaqyoluna getmişdir. Bu zaman da o, avtomobildə tək imiş və avtomobilin motoru işlək vəziyyətdə imiş. Həmin an onda bir anlıq avtomobili idarə etmək istəyi yaranmış, buna görə də tez avtomobildən düşərək avtomobilin sükan arxasına oturmuş və avtomobili Xaçmaz şəhərində təxminən 5-10 dəqiqə idarə etdikdən sonra avtomobili Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairədən Quba rayonu istiqamətinə sürmüş və avtomobili dairədən 1 kilometr aralı məsafədə Xaçmaz rayonu, Armudpadar kəndinin ərazisinə düşən hissədə yolun sağında yerləşən kafenin qabağında saxlamış və kafeyə daxil olmuşdur. Kafedə pivə sifariş vermiş və həmin pivəni içən vaxtı polis əməkdaşları kafeyə daxil olmuşlar, özlərini ona təqdim etmişlər və onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş və onu avtomobillə birlikdə Xaçmaz RPŞ-yə gətirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə öncə özünü Xaçmaz epizodu üzrə təqsirli bilsə də, Siyəzən epizodu üzrə özünü təqsirli bilməmişdir. Deməsinə görə, Siyəzən şəhərində zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ona Opel markalı avtomobili idarə etməsi üçün icazə vermişdir. Buna görə də, həmin epizod üzrə özünü təqsirli bilməmişdir. Lakin Zərərçəkmiş şəxs2, həmçinin Siyəzən epizodu üzrə şahidlər dindirildikdən sonra Təqsirləndirilən şəxs həmin epizod üzrə də təqsirini etiraf etmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olmaqla, Şabran rayonu, Ağbaş kəndində ailəsi ilə birlikdə yaşayır. Subaydır və boş vaxtı olanda "xxxx" MMC-dən lizinqiə aldığı “Khazar SD Minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi çalışır. Qeyd edir ki, həmin avtomobili etibarnamə əsasında idarə edirmiş, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Siyəzən şəhərində yerləşən avtovağzalın ətrafında müştəri tapmaq məqsədi ilə etibarnamə əsasında idarə etdiyi “Xəzər” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmışdır. Həmin vaxt bir nəfər müştəri yaxınlaşmış və özünü Əzizağa kimi təqdim eləmişdir. Əzizağa ona bildirmişdir ki, ailəsini Xaçmaz şəhərindən Siyəzən şəhərinə gətirmək lazımdır. O, 50 manat müqabilində bu işi görəcəyini söyləmiş, Əzizağa da razılıq vermişdir və onlar Xaçmaz şəhərinə yola düşmüşlər. Xaçmaz şəhərinə çatdıqdan sonra Əzizağa onu müxtəlif yerlərə sürdürmüş və sonra Xaçmaz şəhərində yerləşən “Məkan” kafesinə sürməyini xahiş etmişdir. Orada Əzizağa spirtli içki qəbul etmiş, o, isə çay içmişdir. Daha sonra Əzizağa bildirmişdir ki, ailəsini götürüb Siyəzən şəhərinə qayıtsınlar və onlar avtomobilə əyləşərək yola düşmüşlər. Saat 20:20 radələrində o, avtomobili Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində ayaq yoluna getmək üçün saxlamışdır. O, Əzizağaya 5 dəqiqəyə qayıdacağını demiş və ayaq yoluna getmişdir. Avtomobilin mühərriki işlək vəziyyətdə qalmışdır. O, ayaq yolundan qayıdanda görmüşdür ki, nə avtomobil, nədə ki Əzizağa avtomobil saxladığı yerdə yoxdular. Bu vaxtı dərhal DİN-nin 102 zəng mərkəzinə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gələrək dərhal avtomobilin axtarışlarına başlamışlar və qısa vaxtında avtomobili qaçırdan şəxslə birlikdə taparaq avtomobili ona qaytarmışlar. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5irlikdə yaşayır. Evlidir və iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 08 noyabr 2024- cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində “Esdp” zavodunun yanında üzü Bakı şəhəri istiqamətində gedən zaman yolun kənarında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona əl edərək avtomobili saxlamağını istəmiş, o da avtomobili saxlayan zaman onu Siyəzən rayonuna aparmağını xahiş etmişdir. O, Əzizağaya onu 35 manata Siyəzən rayonuna aparacağını bildirmiş, Əzizağa onun ilə razılaşaraq pulu evdə verəcəyini bildirmiş, o da Əzizağa ilə razılaşmış və birlikdə Siyəzən şəhərinə gəlmişlər. Siyəzən şəhəri ərazisində Nihat marketin yanında, daha doğrusu Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 12 ünvanının qarşısında Əzizağa avtomobili saxlamağını bildirmiş, o, avtomobili tanımadığı evin qarşısında üzü “ Nihat” market istiqamətində saxlamış və avtomobildən düşərək pulu almaq üçün Əzizağanın arxasınca getmişdir. Evin həyətində olan zaman Əzizağa ondan evin həyətində gözləməyini bildirmiş, o, evin həyətində gözləyən zaman Əzizağa evə daxil olaraq həyətə çıxmış, həyətdə ona “gəl çay iç“ deyərək bir qədər onu söhbətə tutmuş, daha sonra isə Əzizağa həyətdən qapılarını açıq vəziyyətdə qoyduğu avtomobilə tərəf iti addımlarla gedərək avtomobilin sükanı arxasında əyləşib avtomobili idarə edərək ona məlum olmayan istiqamətdə getmişdir. Qeyd edir ki, avtomobilin açarları avtomobilin üzərində imiş. O, avtomobilin arxasınca qaçsa da avtomobilə çata bilməmiş və avtomobilin qaçırılması barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları ona avtomobilin Siyəzən rayonu, Sədan kənd ərazisində “Qala yolu” adlanan ərazidə yolun kənarında qəza etmiş halda aşkar edildiyi barədə məlumat vermişlər. O, polis əməkdaşları ilə birlikdə avtomobilin olduğu yerə getmiş, avtomobilin yanında gedən zaman sərxoş halda olan Əzizağanın da orada olmasını görmüşdür. Bundan əlavə avtomobilin sənədlə mülkiyyətçisi X12 olsa da faktiki sahibi özüdür və avtomobilin qaçırılması zamanı maddi ziyan ona dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək ifadəsində göstərmişdir ki, 2013-cü ilin dekabr ayından Siyəzən RPŞ-nin PPX- nin polis nəfəri vəzifəsində xidmət edir. Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, ev 12-də yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyırmış, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 08 noyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində Siyəzən rayonu, Sədan kəndi ərazisində PPX Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman RPŞ-nin X6 şəhər sakini Təqsirləndirilən şəxs “Opel Astra” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobili qaçırması barədə radiostansiya vasitəsi ilə məlumat vermişlər. Onlar Siyəzən-Məşrif avtomobil yolu ilə hərəkətdə olan zaman həmin yolun Siyəzən rayonu Sədan kəndində keçən hissəsində yolun sağ kənarında beton maneədən təxminən 5 metr kənarda bir avtomobilin ön hissəsinin çuxura düşməsini görmüşdür. Onlar həmin avtomobilə yaxınlaşan zaman avtomobilin bir qədər əvvəl Növbətçi hissə tərəfindən qaçırılan avtomobil olduğunu, avtomobilin yanında isə Təqsirləndirilən şəxs olmasını görmüşlər. Bundan sonra bu barədə polis şöbəsinin Növbətçi hissəsinə məlumat vermiş və X16 Bölməsinin əməkdaşları ilə birlikdə avtomobilin və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsini təmin etmişlər. Əzizağa polis şöbəsində əməkdaşlar tərəfindən sərxoşluq müayinəsindən keçirilmiş, avtomobili və Təqsirləndirilən şəxs təhvil verdikdən sonra yenidən xidmətlərinə davam etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Siyəzən rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən müəyyən olunur ki, Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən 08 noyabr 2024-cü il tarixdə “Opel Astra” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən müəyyən olunur ki, Xaçmaz RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru X3 tərəfindən 17 yanvar 2025-ci il tarixdə “Khazar SD Minik” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən müəyyən olunur ki, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə ifadəsinin yerində yoxlanılması ilə bağlı istintaq hərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsini bir daha təsdiq edərək törətmiş olduğu cinayətlərin detallarını əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən müəyyən olunur ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 02 dekabr 2024-cü il tarixli arayışdan da görsəndiyi kimi Nadirov X9 şəhəri, H.Əliyev prospekti, ev 12 ünvanında yaşamışdır. EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Siyəzən RPŞ-nin müstəntiqi, polis kapitanı X5 oğlunun 08 noyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan da göründüyü kimi, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili Siyəzən RPŞ-nin mühafizə olunan duracağındadır. Avtomobil qara rəngdə olub, avtomobilin ön sol tərəfi maneəyə dəyərək dayandığına görə üzərində əziklər vardır. Avtomobilin hava yastıqları açılmış, ön sol işıqları isə yararsız vəziyyətdədir. Bundan əlavə kapot əzilmiş, ön bufer yararsız vəziyyəiə düşmüşdür. Avtomobilin arxa sol qapısında da əziklər vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 avtomobilin qaçırılmamışdan əvvəl saz vəziyyətdə olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Xaçmaz RPŞ-nin İBnin sabiq müstəntiqi, polis mayoru X1 17 yanvar 2025-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan da göründüyü kimi, Zərərçəkmiş şəxs1 **-PZ-*** dövlət qeydiyyat nişanlı “Khazar SD Minik” markalı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobilin istehsal tarixi 2021-ci il olub, boz rəngdədir, avtomobildə heç bir zərbə və əzik izi aşkar edilməmişdir. Avtomobil istifadəyə yararlı vəziyyətdədir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən Nadirov X9 Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin' xx.xx.2024-cü il qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi vardır. Beləliklə, təqisləndirilən şəxs Nadirov X9 Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 08 Noyabr 2024-cü il tarixdə saat 02:15 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında dayanmış X8 mülkiyyətində olmaqla Zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə əsasında idarə etdiyi **-OE-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobilini sahibinin iradəsinə zidd olaraq talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olmaqla avtomobilin üstündə olan açarla mühərrikini işə salıb idarə edərək həmin avtomobili Siyəzən rayonu, Sədan kəndində yol kənarında olan beton maneəyə çırparaq saxlamış, bununla da o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Bundan başqa o, təkrar 17 yanvar 2025-ci il tarixdə saat 20:20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində "xxxx" MMCnin mülkiyyətində olmaqla Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Khazar SD Minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə mühərriki işlək vəziyyətdə olan avtomobilin qapısını açaraq içərisinə daxil olmaqla həmin avtomobil ilə Xaçmaz şəhəri ərazisində gəzdikdən sonra həmin avtomobili Xaçmaz-Quba avtomobil yolunun üzərində yerləşən Armudpadar kəndində saxlamış, bununla da o, təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal olaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 08 noyabr 2024-cü il (saat 06:00) tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Nadirov X9 RPŞ-da şübhəl şəxs qismində tutulmuş və 09 noyabr 2024-cü il tarixdə (saat 11:58) azad edilmişdir. Siyəzən RPŞ-nin müstəntiqin 09 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan, həmçinin Xaçmaz RPŞ-nin müstəntiqinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və Xaçmaz rayon məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə yeni cinayət törətdiyinə görə şübhəli şəxs qismində tutulmuş və ona AR CM-nin 185.2.2-ci maddəsi ilə ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noybar 2024-cü il tarixdən saat 06:00-dan 09 noyabr 2024-cü il saat 11:58 tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində residivin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Khazar SD Minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-OE-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı qurtaranadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixdən (saat 06:00-dan) 09 noyabr 2024-cü il tarixədək saat (11:58-dək), yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğuna təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan “Khazar SD Minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-OE-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar