Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-97/2020 21.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Xaçmaz rayonu Uzun-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Uzun-oba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21:45 radələrində ictimai yer sayılan Xaçmaz rayonun, Uzunoba kəndində yerləşən ərzaq dükanında dükanın sahibi Zərərçəkmiş şəxs pivə istəyən zaman Aydının ona sərxoş olduğu üçün pivə verməyəcəyini deməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ucadan nəlayiq ifadələrlə təhqir edərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insan arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq özgənin əmlakının məhv edilməsi ilə ilə müşayiət olunan hərəkətlər edərək, Zərərçəkmiş şəxs yaxasından tutu bonu vurmağa cəhd göstərib sonuncuya məxsus ərzaq dükanında olan xırdavat vitrinin şüşəsini yumruqla vuraraq sındırmış və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 40- 50 manat maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki,o, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs qonşuluğunda yaşayır. Onunla düşəmçiliyim və ədavəti olmayıb. Aydın evinin yaxınlığında özünə məxsus ərzaq dükanını işlədir. Baş vermiş hadisə ilə əlaqədar bildirmək istəyir ki, xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrində, yaşadığı kəndin yaxınlığında meyvə bağında işləyən zaman 05 qramlıq Azərbaycan istehsalı olan «Zalatoy kalsu» markalı araq icmişdir.Həmin gün təxminən saat 20 radələrində pivə almaq üçün Aydının dükanına getmişdir. Ondan 05 qramlıq küller pivəsini alıb evinə gedmişdir. Evdə pivəni içdikdən bir müddət sonra yenidən dükana getmişdir. Aydından pivə istədikdə, o, ona içkili olduğu üçün pivə verməyəcəni bildirmişdir.Sərxoş olduğu üçün Aydının sözləri ona təsir etdi və onun yaxasından tutub söyməyə başlamışdır. Həmin vaxt atam dükana gələrək, onu tutub onu dükandan çıxarmaq istəmişdir. Atası onu dükandan çıxaran zaman xırdavat vitrinin şüşəsini yumruqla vurub sındırmışdır. Atası onu çətinliklə dükandan çıxarıb evə aparmışdır. Evdə valideyinləri etdiyi hərəkətə görə onu danlamışlar. Bir müddətdən sonra içkinin təsiri getdiyi üçün özünə gəlmiş və etdiyi əmələ görə peşman olduğuna görə də evdən çıxaraq Aydının yaşadığı evin qarşısına getmişdir. O, Aydını çağırıb üzrxahlıq etmək üçün onunla söhbət etmək istədiyini bildirmiş, Aydın isə ona içgili olduğunu və ertəsi gün söhbət etmələrini bildirmişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayıra. Rəsmi olaraq işləməsə də, yaşadığı kənd ərazisində ərzaq dükanı işlədir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur, münsabitləri həmişə yaxşı olmuş, düşmənçiliyləri və ədavətləri olmamışdır. xx xxxxx 2020ci il tarixdə saat 21:30 radələrində o, dükanda olan zaman, Samir sərxoş vəziyyətdə dükana gəldi və ondan spirtli enerji içkisi istədi. Həmin vaxt dükanda müştərilər olduğundan o, Samirdən gözləməyi xahiş etdi və bildirdi ki, ondan əvvəl gələn müştəriləri yola salandan sonra ona həmin içkini verəcək. Bu vaxt Samir əsəbləşdi və kobud şəkildə ondan nə üçün onunla yola getmədiyini soruşdu. O, da ona cavab olaraq qonşu olduqlarını və münasibətlərinin yaxşı olduğunu bildirdi. Samir isə buna məhəl qoymayaraq müştərilərin yanında onun ünvanına nəlayiq ifadələr işlətdi. O, da Samirə baş qoşmayaraq ona bir ədəd spirtli enerji içkisi verdi. Daha sonra Samir çıxıb getdi. Təxminən 15 dəqiqə sonra Samir atası Yarbala ilə işlədiyi dükana qayıtdı və yenidən ondan soruşdu ki, nə üçün onunla yola getmir. O, da Samirə bildirdi ki, “hal-hazırda içkilisən, səhər ayılanda gələrsən söhbət edərik”. Bu vaxt Samir onun yaxasından tutub dartmağa başladı, bunu görən kimi Yarbala aralarına girib onu Samirin əlindən aldı. Daha sonra Samir əsəbi şəkildə yenidən onun ünvanıma nəlayiq ifadələr işlətdi və dükanda olan vitrinin şüşəsini yumruqla sındırdı. Bu vaxt Yarbala Samiri bayıra çıxardı. Bayıra çıxan zaman Samir dükanın qapısını dartaraq qarmışdır Samir gedəndən sonra o, dükanı bağlayıb evinə gedmişdir. Təxminəm 23:50 radələrində Samir onun yaşadığı ünvana gəldi, uca səslə qışqıraraq onun ünvanına söyüşlər işlətməyə başladı və onu evdən çölə çağırdı. O, da həyətə düşərək qapını açmadan ondan çıxıb getməyi tələb etmişdir. Daha sonra küçədən tanımadığı bir nəfər şəxs keçən zaman Samiri götürüb özü ilə aparmışdır. O, Samirin hərəkətlərinə dözə bilməyib məcbur olub DİN-nin 102 xidmətinə zəng vurub ondan şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. İş üzrə Təqsirləndirilən şəxs onun oğlu, zərərçəkmiş şəz Zərərçəkmiş şəxs isə onun qonşusudur. Zərərçəkmiş şəxslə heç bir düşmənciliyləri və ədavətləri olmadığını bildirmişdir.xx xxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində, oğlu Təqsirləndirilən şəxs evə içkili vəziyyətdə gəlmişdi. O, qısa müddətdən sonra evdən çıxaraq naməlum istiqamətdə gedmişdir. Təxminən yarımsaatdan sonra ona bildirmişlər ki, Samir Aydın ilə onun dükanında mübahisə edir. O, Dərhal evdən çıxıb Aydının dükanına gedmişdir. Həmin vaxt görmüşdür ki, Samir pivə almaq üstündə Aydın ilə mübahisə edərək, onun ünvanına nəlayiq ifadələr işlədir və onu vurmaq istəyir O, Samiri qucaqlayıb dükandan çıxarmaq istəmiş, lakin həmin vaxt Samir yumruqla xırdavat vitrininşüşəsini yumruqla vuraraq sındırmışdır. Bundan sonra o, çətinliklə Samiri dükandan çıxarmış və evə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Aydın Samirdən şikayət etmişdir. İş materiallarına əlavə edilmiş diskdən təqsirləndirilən şəxsin xx xxxxx 2020-ci il tarixdə zərərçəkmişə məxsus ərzaq dükanında olan xırdavat vitrinin şüşəsini yumruqla vuraraq sındırması və nəticədə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş Min bir xırdavat fərdi istehsal müəssisəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 332 saylı arayışından görünür ki, 2020-ci ili naprel ayına olan, eni 60 sm, uzunluğu 1.20 metr olan 5 mm-lik şüşə 35-40 manat təşkil edir. İşdə olan Xaçmaz rayon MTE və PA Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 229 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimyyəti Başçısının Uzun-oba İƏD-də nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21:45 radələrində ictimai yer sayılan Xaçmaz rayonun, Uzunoba kəndində yerləşən ərzaq dükanında dükanın sahibi Zərərçəkmiş şəxs pivə istəyən zaman Aydının ona sərxoş olduğu üçün pivə verməyəcəyini deməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ucadan nəlayiq ifadələrlə təhqir edərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insan arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq özgənin əmlakının məhv edilməsi ilə ilə müşayiət olunan hərəkətlər edərək, Zərərçəkmiş şəxs yaxasından tutu bonu vurmağa cəhd göstərib sonuncuya məxsus ərzaq dükanında olan xırdavat vitrinin şüşəsini yumruqla vuraraq sındırmış və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 40-50 manat maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etməklə xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ağırlığını və onun əmlak vəziyyətini nəzərə alaraq, ona əməlinin tövsif olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etmə müvafiq hesab edir. Bu zaman məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətlərinin törədilməsini təsdiq edən 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətlərinin törədilməsini təsdiq edən 1 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-97/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-97/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver