Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-97/2021 31.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, xx.xx.1976-cı ildə Xaçmaz rayonu, Tikan-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu, Tikan-oba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 19.05.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 06 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizinə gələrək orada özü ilə gətirdiyi 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş torları qurmuş və 07 yanvar 2021-ci il saat 09 radələrinədək olan müddət ərzində 3 ədəd hər biri 275 (iki yez yetmiş beş) manat olmaqla 825 (səkkiz yüz iyirmi beş) manat dəyərində dəniz sıfı, 4 ədəd hər biri 33 (otuz üç) manat olmaqla 132 (yüz otuz iki) manat dəyərində kütüm və 6 ədəd hər biri 11 (on bir) manat olmaqla 66 (altmış altı) manat dəyərində adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 (min iyirmi üç) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 11 radələrində tutduğu balıqları sahilə çıxararkən X6 İdarəsinin Xaçmaz Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və baxış zamanı ondan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 02 (iki) ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş torlar, 03 (üç) ədəd dəniz sıfı, 04 (dörd) ədəd kütüm və 06 (altı) ədəd adi siyənək balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası JM-in 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 06 yanvar 2021-ci il tarixdə saat 09 radələrində balıq tutmaq məqsədi ilə Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus olan 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girmişdir. Sahildən bir qədər aralandıqdan sonra 2 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cilka adlandırılan sintetik sapdan toxunmuş torları suda qurub yaşadığı evə qayıtmış, ertəsi gün, yəni 07 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizində qurduğu torları yığmaq məqsədi ilə yenidən həmin 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girdikdən sonra torları qurduğu yerə gəlmişdir. Torları sudan çıxararkən müxtəlif balıqları tutduğunu görmüşdür. Saat 11 radələrində torları tutduğu balıqlarla birlikdə qayığa yığıb sahilə çıxarkən X6 idarəsinin Xaçmaz xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakları ilə ona məxsus olan 1 ədəd taxta qayığa, 2 ədəd taxta avarlara, 2 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cilka adlandırılan sintetik sapdan toxunmuş torlara və həmin torların vasitəsi ilə Xəzər dənizindən tutduğu balıqlara baxış keçirtmişlər. Baxış zamanı məlum olmuşdur ki, tutduğu balıqların 3 ədədi dəniz sıfı, 4 ədədi kütüm, 6 ədədi isə adi siyənək balıqlarıdır. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Polis əməkdaşları baxış keçirilməsi ilə bağlı protokol tərtib etmiş və baxışdan sonra ondan götürdükləri balıqovlama vasitələrini və tutduğu 3 ədəd dəniz sıfı, 4 ədəd kütüm və 6 ədəd adi siyənək balıqlarını götürmüşlər. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında mülki iddiaçı - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və mühafizəsi Departamentinin səlahiyyətli nümayəndəsi X4 mülki iddianı müdafiə edərək göstərmişdir ki, 07 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz balıq ovu ilə məşqul olarkən polis əməkdaşları tərəfindən yaxalanmışdır. Onun iştirakı ilə 1 ədəd taxta qayığa, 2 ədəd taxta avarlara, 2 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cilka adlandırılan sintetik sapdan toxunmuş torlara və həmin torların vasitəsi ilə Xəzər dənizindən tutduğu balıqlara baxış keçirtmişlər. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tutduğu balıqların 3 ədədi dəniz sıfı, 4 ədədi kütüm, 6 ədədi isə adi siyənək balıqları olmuş və həmin balıqlar protokollaşdırılaraq götürülmüşdür. Faktla bağlı Təqsirləndirilən şəxs barəsində X6 İdarəsinin əməkdaşları tərəfindən 07 yanvar 2021-ci il tarixdə protokol tərtib edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği 1023 manat məbləğindədir. Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyan 1023 manat məbləğindəvurduğu ziyanın alınaraq dövlət nəfinə ödənilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Xaçmaz xətt polis bölməsinin rəisi Şahid1 ifadə verərək bildirdi ki, 07 yanvar 2021-ci il tarixdə X6 idarəsinin Xaçmaz xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 11 radələrində Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd dəniz sıfı, 04 ədəd kütüm və 06 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd dəniz sıfı, 04 ədəd kütüm və 06 ədəd adi siyənək balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə iclasında şahid Su NPİ-nin Xaçmaz XPM-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə analoci ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Qubad oğlu ifadə verərək bildirdi ki, 07 yanvar 2021-ci il tarixdə X6 idarəsinin Xaçmaz xətt polis məntəqəsinin əməkdaşları onu ekoloci cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 11 radələrində Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd dəniz sıfı, 04 ədəd kütüm və 06 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd dəniz sıfı, 04 ədəd kütüm və 06 ədəd adi siyənək balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X6 idarəsinin Xaçmaz xətt polis məntəqəsinin əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid4 Qubad oğlunun ifadəsi ilə analoci məzmunda ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xaçmaz RİHB-nın Uzunoba İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.02.2021ci il tarixli, 9/291 saylı rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində, tədqiq edilən qanunsuz ovlanmış balıqların qiymətlərinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq etmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndindən və qiymətlərindən, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizində balıqların qanunsuz ovlamaqla məşğul olmasından, 07 yanvar 2021-ci il tarixə, balıq ehtiyatlarına vurulmuş maddi ziyanın məbləği aşağıdakı kimi müəyyən edilir. – 6 ədəd adi siyənək balığı 66,00 manat,4 ədəd kütüm balığı 132,00 manat, 3 ədəd dəniz sıfı balığı isə 825,00 manatdır. Jinayət işinin 4-cü vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə, saat 11:15 radələrində Xaçmaz rayonunun Tikan-oba kəndi ərazisində qanunsuz balıq tutarkən, Su NPİ-nin Xaçmaz XPM-nin əməkdaşları tərəfindən yaxalanmış və ondan Xəzər dənizindən qanunsuz olaraq 03 (üç) ədəd dəniz sıfı, 04 (dörd) ədəd kütüm və 06 (altı) ədəd adi siyənək balıqlarını tutması aşkar edilmişdir. Jinayət işinin 7-ci vərəqəsində olan 07 yanvar 2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs məxsus qanunsuz balıq ovladığı ov alətləri - 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 02 (iki) ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş torlar maddi sübut kimi Su NPİ-nin Xaçmaz XPM-ində saxlanılır. Jinayət işinin 8-ci vərəqəsində olan 07 yanvar 2021-ci il tarixli Qaimədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz olaraq tutduğu 03 (üç) ədəd dəniz sıfı, 04 (dörd) ədəd kütüm və 06 (altı) ədəd adi siyənək balıqları «Xudat-Balıq» ASJ-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 06 yanvar 2021-ci il tarixdə, saat 09 radələrində Xaçmaz rayonu, Tikan-oba kəndi istiqamətində Xəzər dənizinə gələrək orada özü ilə gətirdiyi 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş torları qurmuş və 07 yanvar 2021-ci il tarixə, saat 09 radələrinədək olan müddət ərzində 3 ədəd hər biri 275 (iki yez yetmiş beş) manat olmaqla 825 (səkkiz yüz iyirmi beş) manat dəyərində dəniz sıfı, 4 ədəd hər biri 33 (otuz üç) manat olmaqla 132 (yüz otuz iki) manat dəyərində kütüm və 6 ədəd hər biri 11 (on bir) manat olmaqla 66 (altmış altı) manat dəyərində adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 (min iyirmi üç) manat məbləğində ziyan vurması faktı tamamilə sübuta yetir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası JM-nin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. «Xudat-Balıq» ASJ-nə təhvil verilmiş, ümumi çəkisi 5 kq 03 (üç) ədəd dəniz sıfı, 04 (dörd) ədəd kütüm və 06 (altı) ədəd adi siyənək balıqlarının satışından əldə edilən 5 manat 34 qəpik məbləğində pul vəsaiti «Xudat-Balıq» ASJ-nin hesabından dövlət büdcəsinə keçirilməlidir. Xaçmaz XPM-də saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 02 (iki) ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş torları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizə xidmətinə verilməlidir. İş üzrə mülki iddia təmin edilməli, dövlət balıq ehtiyatlarına vurulmuş 1023 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci olan cəmi 50 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası JPM-nin 344, 347, 349, 351- 353, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə recimə, sanitariya-gigiyena və karantin recimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. «Xudat-Balıq» ASJ-nə təhvil verilmiş, ümumi çəkisi 5 kq 03 (üç) ədəd dəniz sıfı, 04 (dörd) ədəd kütüm və 06 (altı) ədəd adi siyənək balıqlarının satışından əldə edilən 5 manat 34 qəpik məbləğində pul vəsaiti «Xudat-Balıq» ASJ-nin hesabından dövlət büdcəsinə keçirilsin. Xaçmaz XPM-də saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 02 (iki) ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 55x55 mm. olan cılka adlandırılan sintetik sapdan toxunmuş torları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizə xidmətinə verilsin. İş üzrə mülki iddia olan - dövlət balıq ehtiyatlarına vurulmuş 1023 (min iyirmi üç) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət bitdikdən sonrakı gün apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-97/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-97/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver