Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-97/2023 12.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonunun Padar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 0,373 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Heydər Əliyev prospektində saxlanılıb Polis Şöbəsinə dəvət edilərək şöbənin inzibati binasında 26 yanvar 2023-cü il tarixdə saat 18:25-18:40 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd kağız bükümünün içərisindən 0,373 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. 19 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Ağ çadır” restoranının qarşısından keçərkən yolun kənarından bir ədəd kağız büküm tapmış, bükümü yerdən götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan tapdığı heroin olan kağız bükümü istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuş və üzərində gəzdirməyə başlamışdır. Həmin gündən sonra 26 yanvar 2023-cü il tarixədək tapdığı heroindən bir-iki dəfə yandıraraq tüstüsünü çəkmə yolu ilə istifadə etmişdir. 26 yanvar 2023-cü il tarixdə saat 17 radələrində heroin olan kağız bükümü əynində olan gödəkçənin sol yan cibinə qoyub şəxsi işləri ilə bağlı Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhəri, H.Əliyev prospektində olarkən polis əməkdaşları onu saxlayıb Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qablaşması açılmamış iki ədəd “Viceroy” markalı siqaret qutusu, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə içərisində narkotik vasitə heroin olan bir ədəd kağız büküm aşkar olunaraq götürülmüşdür. Müstəntiq üzərindən aşkar edilmiş kağız bükümü açdıqda içərisində olan qəhvəyi rəngli toz halında maddə aşkar olunmuş, müstəntiq həmin maddənin nə olduğunu soruşduqda o, kağız bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, onu bir həftə əvvəl tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra heroin olan büküm müstəntiq tərəfindən götürülərək müvafiq qaydada bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş və həmin zərf möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə Xaçmaz rayonunun Padar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, o, dərhal bu məlumatı Xaçmaz rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və şöbə rəhbərinin müvafiq əmri ilə Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Polis şöbəsinin Post patrul xidməti bölməsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvləri olaraq onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edildikdən sonra 26 yanvar 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Əliyev küçəsində olduğunu müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində Xaçmaz rayon Polis Şöbəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra şöbə rəsinin göstərişi ilə istintaqının aparılması həvalə edilmiş müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncuya dövlət büdcəsi hesabına müdafiəçi təqdim edildikdən sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoyması təklif olunmuş, sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd “Viceroy” markalı siqaret qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, bu zaman Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol yan cibinin ağızlığında olan zəncirbəndi açıb həmin cibdə olan bir ədəd kağız bükümü otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “bir ədəd kağız bükümün içərisinə baxılarkən bükümün içərisində qəhvəyi rəngli maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümün içərisində olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və bir həftə əvvəl Xaçmaz şəhəri ərazisindən tapdığını bildirmişdir. Daha sonra aşkar olunmuş kağız büküm müstəntiq Nemət Xasayev tərəfindən ağ rəngli bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Xaçmaz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmış, baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. dır. Məhkəmə ictintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin post partul xidməti bölməsinin polis nəfəri Şahid3 Ağasoltan oğlu və Xaçmaz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon polis şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinin inzibati binasında videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin narkotik vasitə heroin olduöunu, həmin narkotik vasitəni bir həftə əvvəl Xaçmaz şəhəri ərazisində tapdığını bildirmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilməsinin görüntüləri əksini tapmışdır. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 6/482 saylı ekspert rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №58” möhür əksi, “Təqsirləndirilən şəxs ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,373 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,323 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 24 fevral 2023-cü il tarixli 1066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 5(067)-15/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında müstəntiqin 28 yanvar 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə 0,373 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, həmin heroinin ekspertiza tədqiqatından sonra qalan 0,323 qram qalığı saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında müstəntiqin 03 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı disk işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 20 fevral 2023-cü il tarixli, PHŞ-6- 43/2-571/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RMX-da həkim narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 0,373 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Heydər Əliyev prospektində saxlanılıb Polis Şöbəsinə dəvət edilərək şöbənin inzibati binasında 26 yanvar 2023-cü il tarixdə saat 18:25-18:40 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd kağız bükümünün içərisindən 0,373 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında müstəntiqin 26 yanvar 2023-cü il tarixli qərarından və həmin tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 4(067)-7/2023 saylı qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən həbsdən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş və qeyd olunan tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 12 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə- heroinin ekspertiza tədqiqatından sonra qalan 0,323 qram qalığı məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,373 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,323 qram çəkidə qalığı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan cəmi 110 (bir yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-97/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-97/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver