Məhkəmə qərarları › İş №1(067)-97/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-97/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-97/2024 09.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əməlində cinayətlərin residivi olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 “həbs” qətimkan tədbiri seçilmiş və ƏN PX-nin 3 saylı İTda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.2-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 6 ay müddətinə azaldılmasına, habelə həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda o, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz-Quba avtomobil yolunda yerləşən «Çeşmə» restoranı yaxınlığında saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 01 fevral 2024-cü il tarixdə saat 21:41-21:52 müddətində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən «Platinium» markalı siqaret qutusunun içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 0,288 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olduğünu bildirməklə göstərmişdir ki, Quba şəhəri, Səkinəxanım küçəsi, ev 40-da qeydiyyatda olmasına baxmayaraq Quba şəhəri, Ərdəbil küçəsi ev 124-də yaşayır və heç bir yerdə işləmir. Təxminən son 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir və əsasən istifadə etdiyi narkotik vasitə heroin olmuşdur. Təxminən bir neçə gün əvvəl işləmək üçün Bakı şəhərinə getmiş, orada olarkən Bakı şəhərində, xatırlamadığı yerdə olarkən 1 (bir) ədəd büküm taparaq həmin bükümü açdıqdan sonra içinə baxdıqda həmin bükümdəki kütlənin narkotik vasitə heroin olmasını görüb və istifadə etmək üçün həmin bükümü üzərində saxlamışdır. 01 fevral 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhərindən Quba şəhərinə evə qayıdarkən həmin 1 ədəd bükümü də istifadə etdiyim ağ rəngli “Platinium” markalı siqaret qutusunun içərisinə qoyaraq üzərində saxlamışdır. Xaçmaz rayonuna gəlib oradan yaşadığı Quba şəhərinə getmək istədiyindən Xaçmaz şəhərində yerləşən dairədən Quba şəhərinə gedən yol istiqamətində piyada gedərkən həmin yolun sağ tərəfində yerləşən «Çeşmə» restoranı yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb və özlərini ona təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və daşımasında şübhəli olmasını ona bildirib və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt tapdığı 1 ədəd bükümdə narkotik vasitə əyinindəki ağ rəngli qış gödəkçəsinin sağ yan cibində olan “Platinium” markalı siqaret qutusunun içində olmuşdur. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nə getmiş, RPŞ-də hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilib və onun hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra isə vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərəkən əyinindəki ağ rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd “Platinium” adlı siqaret qutusunu, 1 ədəd alışqanı və 1 ədəd mobil telefonu çıxardaraq otaqdakı masanın üzərinə qoymuşdur. Həmin içində 5 ədəd siqaret olan qutunun içindən 1 ədəd bükümdə narkotik vasitə hesab olunan heroini çıxarıb və könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa digər ciblərindən 4 ədəd bank kartlarını, 1 ədəd üzərində yazılı qeydlər olan kağız parçasını, 1 ədəd qırmızı rəngli dəftərçəni və 3 ədəd 1 manatlıq pul əskinsalarmı çıxardaraq təqdim etmişdir. Müstəntiq 1 ədəd kağız bükümün içindən 1 ədəd şəffaf sellofan bükümünü çıxardıqda həmin bükümdə qəhvəyi rəngli kütlənin olmasını ondan müəyyən olunmuş və həmin 1 ədəd bükümün içində qəhvəyi rəngli küllənin nə olmasını ondan soruşduqda həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin 1 ədəd bükiimdəki heroini taparaq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə olan heroin müstəntiq tərəfindən elektron tərəzidə çəkilərkən ümumi çəkisinin bükümlə birlikdə 0,53 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş digər əşyalar özünə geri qaytarılmışdır. Bundan sonra müstəntiq tərəfindən 1 ədəd büküm ağ rəngli ağ rəngli zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Xaçmaz şəhəri, H.Əliyev prospekti, ev 25-də yaşayır və Xaçmaz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2024-cü il tarixdə Quba şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü yəni 01 fevral 2024-cü il tarixdə saat 20 radələrində Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz-Quba avtomobil yolunda yerləşən «Çeşmə» restoranının yaxınlığında saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində X8 tərəfindən müdaifəçi Vüsal Hacıyevin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçriləcəyi barədə məlumat verilmişdir. Videoçəklişi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahin Kərimov özünə məxsus «Samsunq» markalı mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Platinium” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd mobil telefonu və digər ciblərindən isə 4 ədəd bank kartlarını, 1 ədəd üzərində yazılı qeydlər olan kağız parçasını, 1 ədəd qırmızı rəngli dəftərçəni, və 3 ədəd 1 manatlıq pul əskinaslarım çıxanıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisində 5 ədəd siqrel və bir ədəd kağız kəsiyi bükülüsü aşkar edilmişdir. Kağız bükümün içinə baxdıqda onun içində şəfaf sellafon kəsiyinin içində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunduğu üçün həmin kütlənin nə olmasını müstəntiq Təqsirləndirilən şəxs soruşduqda o, həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin bükümü taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin 1 ədəd büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilərkən qablaşma ilə birlikdə ümumi çəkisinin 0,53 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə bənzər kütlə olan həmin büküm aşkar olunduğu kimi bir ədəd ağ rəngli kağız zərfə qoyulub və qablaşdıriaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Firiudun Məmmədovun üzərindən qanunsuz başqa hər hansısa bir əşya aşkar edilmədikdən sonra onun üzərindən aşkar edilmiş əhəmiyyət kəsb etməyən əşyalar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və onlara oxunduqdan sonra həmin protokolu imzalarunzla ilə təsdiq etmişlər Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 fevral 2024cü il tarixli şəxsi axtarış protokolundan göründüyü kimi Xaçmaz rayon polis şöbəsinin inzibati binasında RPŞ-nin İB-nin müstəntiqi X5, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvvəkkili Şahid1 əməliyyat müvəkkili, Şahid2la birlikdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, müdafiəçi Vüsal Hacıyevin iştirakı ilə əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Platinium” markalı siqaret qutusunun içindən 1 ədəd kağız kəsiyinin içindən 1 ədəd sellofan bükümünü çıxardaraq təqdim etmiş, həmin büküm açıldıqda onun içində qəhvəyi rəngli, toz şəkilində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş və həmin narkotik vasitə müstəntiq tərəfindən ekspertizaya göndərilməsi üçün 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilməsinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD dikskə xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-də keçirilən baxışda Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirak edərkən göründüyü kimi 01 fevral 2024-cü il tarixdə şəxsi axtarış zamanı o, özü könüllü olaraq əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Platinium” markalı siqaret qutusunun içindən 1 ədəd kağız kəsiyinin içindən 1 ədəd sellofan bükümünü çıxardaraq təqdim edərək həmin qutunun içində narkotik vasitə olmasını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içində olan kağız kəsiyinin içindəki 1 ədəd, şəffaf sellofan bükümünü əlinə götürüb və içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olmasını ondan soruşduqda o, 1 ədəd bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə heroin olduğunu və onu taparaq istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. X8 tərəfindən 1 ədəd bükümdə narkotik vasitə ekspertizaya göndərilməsi üçün 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu deyərək şəxsi axtarış keçrilməsi və protokol tərtib edilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 02 fevral 2024- cü il tarixli 3-16- 16/2-6/749 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd zərfdə, 01 ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Heroinin ümumi təmiz çəkisi 0,288 qram olması, 0,05 qramının tədqiqata sərf edililməsi və 0,238 qramının qalıq qalması nəzərə alınmalıdır.Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Narkoloji Ekspertizasının 16 fevral 2024-cü il tarixli 1013 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-nin tələbnaməsindən və Quba rayon məhkəməsindən alınmış hökmün surətindən göründüyü kimi Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib xx.xx.2021 -ci ildən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2022- ci il tarixli qərarı ilə cəza 6 ay azaldılıb. Suraxanı rayon məhkəməsinin xx.xx.2022- ci il tarixdə ona təyin edilmiş 02 il 06 azadlıqdan məhrumetmə cəzasının 11 ay 04 gün hissəsi şərti hesab edilərək vaxtından əvvəl cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya şöbəsindən qeydiyyatdan çıxarılıb. Məhkəmə qərarlarının surətlərindən göründüyü kimi Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi vardır. Beləliklə, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.2-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 6 ay müddətinə azaldılmasına, habelə həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda o, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz-Quba avtomobil yolunda yerləşən «Çeşmə» restoranı yaxınlığında saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 01 fevral 2024-cü il tarixdə saat 21:41-21:52 müddətində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən «Platinium» markalı siqaret qutusunun içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 0,288 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən halları müəyyn etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından, tələbnamədən, hökmün və qərarın surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 avqust 2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunsa da, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 01 fevral 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halın olmaması, barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 01 fevral 2024-cü il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 03 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2024-cü il tarixdə barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə 01 may 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,238 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – X11 anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,238 qram təşkil edən narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar