Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-98/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1954-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X8 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Xudat xəstəxanasında həkim-anestezioloqreanimatoloq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 28 mart 2020-ci il tarixdə, saat 17 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu halında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X8 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Xudat xəstəxanasında “Kəskin appendisit, yerli peritonit” diaqnozu ilə daxil olmuş xəstə Zərərçəkmiş şəxs üzərində aparılmış “Sağtərəfli pararektal laparotomiya, Appendektomiya, Qarm boşluğunun drenaj olunması” cərrahiyə əməliyyatında həkim-anestezioloq-reanimatoloq qismində iştirak edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş təlimat qaydalarını pozaraq cərrahiyyə əməliyyatından öncə xəstəyə tam həcmdə müayinə aparmalı (EKQ, ağciyərlərin rentgen müayinəsi), anestezioloji risk faktoru düzgün qiymətləndirməli olduğu halda bunları etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib xəstə Zərərçəkmiş şəxs vena daxilinə yeritdiyi tibbi dərman nəticəsində baş vermiş anaflaktik şok səbəbindən sonuncunun ölməsinə səbəb olmuş, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 28.03.2020-ci il tarixdə, saat 14 radələrində Xudat şəhər xəstəxanasında olarkən Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə xəstəxanaya gələrək, həkim-cərrah Şahid2 qəbulunda olmuş, həmin gün saat 16 radələrində həkim Şahid2 ona “kəskin appendisit” diaqnozu ilə xəstə daxil olduğunu, təcili əməliyyat olunmalı olduğunu deyib onu əməliyyatda anestezioloq qismində iştirak etməyə dəvət etmişdir. Bundan sonra əməliyyata hazırlığa başlamış, əməliyyat olunmalı xəstə xəstəxananın ikinci mərtəbəsində yerləşən cərrahiyə otağına yerləşdirilmiş, həmin gün təxminən saat 16:10-da əməliyyat başlamış, əməliyyatda özü, həkim-cərrah Şahid2, həkim-cərrah Şahid3 iştirak etmişlər. Əməliyyat başlayan kimi xəstə Zərərçəkmiş şəxs vena daxili 3 ml ketamin, sonra 0.3 ml arduan, 20 dəqiqədən sonra yenidən 1.5 qram ketamin vurulmuş, bundan sonra göstərişə görə hər 2-3 dəqiqədən bir 1-2 ml ditilin vurulmuş, əməliyyatın ortasında 1 ml vena daxili morfi vurulmuşdur. Əməliyyat təxminən 1 saat 40 dəqiqə çəkmiş, xəstənin appendisit nahiyyəsi çıxarıldıqdan sonra xəstənin vəziyyəti kəskin pisləşmiş, təzyiqi kəskin aşağı düşmüş, dərhal xəstəyə intubasiya olunmuş, yəni süni oksigen verilmiş, damar daxilinə 1 ml adrenalin, 3 ml deksametazon vurulmuş, daha sonra damcı üsulu ilə damar daxili 4 ml dofamin vurulmuş, süni tənəffüs cihazının tezliyini qaldırmış, lakin aparılan bütün tibbi tədbirlərə baxmayaraq xəstə əməliyyat masasında ölmüşdür. Baş vermiş hadisədən peşmaçılıq hissi keçirir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs hüquqi varisi X3 göstərdi ki, ölmüş şəxs Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur. 28 mart 2020-ci il tarixdə, saat 17 radələrində yaşadı evdə olarkən qohumları tərəfindən ona qardaşı Zərərçəkmiş şəxs Xudat şəhər xəstəxanasında appendisit əməliyyatı olunan zaman ölməsi barədə məlumat verilmişdir. Bundan sonra dərhal Xaçmaz rayonuna getmiş, həmin vaxtı Vadimin meyiti artıq Xaçmaz rayon mərkəzi xəstəxanasının meyitxanasına yerləşdirilmişdir. Orada olarkən ona məlum olmuşdur ki, Vadimin əməliyyatında iştirak etmiş həkim anestezioloq Qayib Saruxanov əməliyyat zamanı sərxoş vəziyyətdə olmuş, onun səhlənkarlığı və etinasızlığı səbəbindən qardaşı Zərərçəkmiş şəxs əməliyyat zamanı ölmüşdür. Hazırda təqsirləndirilən şəxs X1 qarşı heç bir şikayəti yoxdur, cəza təyin edilərkən bunun nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. 22 mart 2020-ci il tarixdən əri Vadimin qarın nahiyəsində küt ağrılar başlamış, hər ağrı başladıqda “Noşpa” dərmanı qəbul edərək ağrılarını kəsmişdir. 28 mart 2020-ci il tarixdə saat 10 radələrində Xudat şəhər xəstəxanasında işdə olarkən Vadimə zəng edib əhvalını soruşmuş, Vadim ağrılarının daha da kəskinləşdiyini bildirdiyindən ona dərhal Xudat şəhər xəstənasına gəlib həkim müayinəsindən keçməsini bildirmişdir. Çox keçmədən Vadim həmin xəstənaya gəldikdən sonra onunla birlikdə xəstəxananın həkim-cərrahı Şahid2 qəbulunda olmuş, Şahid2 Vadimi müayinə edib onda appendisit olmasından şübhələnmiş və diaqnozu dəqiqləşdirmək məqsədi ilə USM, qan və sidik analizlərinin müayinəsi üçün Vadimi göndərişlə Xaçmaz şəhərində yerləşən “Med Star” klinikasına yönləndirmişdir. Bundan sonra Vadim ilə birlikdə həmin klinikaya getmiş, Vadim orada qeyd olunan müayinələrdən keçmiş və analiz nəticələrinə əsasən həkimlər Vadimdə appendisit olduğunu bildirmiş, lakin diaqnozun həkim tərəfindən tam təsdiq olunacağını demişlər. Bundan sonra Şahid2 zəng edərək müayinənin nəticələrini ona demiş, Şahid2 isə Xudat şəhər xəstəxanasında onları gözlədiyini bildirmişdir. Həmin gün saat 14 radələrində Vadim ilə birlikdə Xudat şəhər xəstəxanasına getmiş, həkim Şahid2 analiz nəticələrinə baxıb Vadimdə appendisit diaqnozu olduğunu bildirmiş və təcili cərrahiyə əməliyyatına ehtiyyacı olduğunu demişdir. Vadimin təxirəsalınmaz əməliyyata ehtiyyacı olduğunu görüb elə həmin xəstəxanada onun əməliyyat olunmasına razılıq vermiş, bundan sonra Vadim orada stasionar müalicəyə alınmış, palataya yerləşdirilmiş, saat 16 radələrində Vadim əməliyyat otağına aparılaraq həkim- cərrah Şahid2, həkim-anestezioloq Təqsirləndirilən şəxs və digərilərinin iştirakları ilə əməliyyat başlamışdır. Özü isə palatada əməliyyatın bitməsini gözləmişdir. Təxminən 1 saat 30 dəqiqədən sonra əməliyyat otağının qarşısında gərginlik yarandığını hiss etmiş, çünki bir neçə dəfə əməliyyat otağından xadimənin girib-çıxdığını görüb ondan Vadimin vəziyyəti ilə bağlı soruşduqda, xadimənin heç bir məlumat vermədiyindən şübhələnmişdir. Çox keçmədən xəstəxananın baş həkimi Şahid4 xəstəxanaya gəlmiş, ondan nə baş verdiyini soruşduqda, Şahid4 da ona heç nə olmadığını deyib əməliyyat otağına daxil olmuş, bir neçə dəqiqədən sonra isə çölə çıxıb “qızım sənə heçnə deyə bilmərəm” deyib kənara çəkilmiş və kiminləsə telefonda danışmışdır. Daha sonra əməliyyat otağından həkim Təqsirləndirilən şəxs çıxmış, Təqsirləndirilən şəxs Vadimə nə olduğunu soruşduqda o, heç nə demədən çıxıb getmiş, daha sonra baş həkim Şahid4 ona Vadimin öldüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 2004-cü ildən hazırki günə kimi Xudat şəhər xəstəxanasında həkim-cərrah işləyir. 28 mart 2020-ci il tarixdə, saat 9:00 radələrində xəstəxanada olarkən Zərərçəkmiş şəxs arvadı X2 ilə birlikdə xəstəxanaya gələrək onun qəbulunda olmuşlar. Zərərçəkmiş şəxs onun qəbulunda olan zaman kəskin mədə ağrılarından şikayət etmiş, bu ağrıların onda 6 gün əvvəl başladığını demişdir. Zərərçəkmiş şəxs müayinə edərək onda kəskin appendisit əlamətlərinin olmasından şübhələnmiş, bunu dəqiqləşdirmək məqsədi ilə USM, qan və sidik analizlərinin müayinəsi üçün Vadimi göndərişlə göndərmişdir. Vadim qeyd olunan müayinələrdən keçdikdən sonra onun arvadı Əlviyyə Aydəmirova onun mobil telefon nömrəsinə zəng edərək analizlərin cavablarının yaxşı olmadığını, USM müayinəsində appendisit şübhəsinin olduğunu bildirmiş, sonra isə onun işdə olduğunu soruşub əməliyyat üçün Xudat şəhər xəstəxanasına gəlmək istədiklərini demişlər. Həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs öz arvadı ilə birlikdə yenidən xəstəxanaya gəlmiş, onun analiz və USM nəticələrinə baxıb bir daha əmin olmuşdur ki, xəstədə kəskin appendisit diaqnozu vardır və xəstəyə mütləq təxirəsalınmaz cərrahi əməliyyat keçirilməlidir. Stasionar xəstənin tibbi kartasını açaraq xəstənin əməliyyata qəbul edilməsi üçün müvafiq hazırlıq işləri aparmış, həmçinin Xudat şəhər xəstəxanasının həkim-cərrahı Şahid3 və həkim-anestezioloq Təqsirləndirilən şəxs məlumat verərək həmin cərrahiyə əməliyyatında iştirak etməyə dəvət etmişdir. Həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxs xəstəxananın cərrahiyə otağına yerləşdirilmiş və təxminən saat 16:10-da əməliyyat başlamış, həmin əməliyyatda özü, köməkçi qismində həkim-cərrah Şahid3, həkimanestezioloq Təqsirləndirilən şəxs, əməliyyat-tibb bacısı Şəlalə Ramazanova, anestezisttibb bacısı Şahid5 iştirak etmişlər. Əməliyyatın başlanğıcında anestezioloq tərəfindən xəstə narkoz vəziyyətə salınmış, bundan sonra xəstənin Zərərçəkmiş şəxs sağ tərəfli pararektal kəsik aparılmış, dəri və dəri altı piy qatı kəsilmiş, aponevroz kəsilmiş, düz əzələ yana çəkilmiş və qarın boşluğu açılmışdır. Qarın boşluğunda təftiş zamanı kor bağırsaq və appendiksin əsası tapılmış, appendiksi bitişmələrdən ayırdıqda həmin nahiyədə kəskin üfunətli təxminən 100 qrama qədər qatı irinli möhtəviyyət olmuş, həmin möhtəviyyət tamponlarla təmizlənərək qurudulmuşdur. Bu vaxt müəyyən olunmuşdur ki, appendiks kor bağırsağın arxasında yerləşmiş, həmin nahiyədə birbaşa hərəkətlər icra etmək mümkün olmadığından qərar vermişdir ki, retroqrad appendektomiya icra olunsun. Bu üsulla appendektomiya icra olunmuş, appendiksin güdülü tikişlər ilə örtülmüş, sonra isə appendiks texniki çətinliklər ilə qarın boşluğundan çıxarılmışdır. Appendiks qanqrenozperforativ dəyişikliklərə uğramışdır. Bundan sonra kiçik çanaq sanasiya olunmuş və kiçik çanağa drenaj boru yerləşdirilmiş, drenaj əlavə kəsikdən çıxarılmışdır. Bu vaxt yaradan gələn tünd rəngli qanın rəngi onu narahat etmiş, anestezioloq Təqsirləndirilən şəxs xəstənin qanının rənginin normadan tünd olduğunu deyib anesteziya sahəsində problem olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə heç bir problem olmadığını demiş, lakin qanın rəngi daha da tündləşdiyi üçün əməliyyatı saxlamış, anestezoloji problemin yarandığını düşünüb anestezioloqun öz işini görməsinə şərait yaratmış, belə vəziyyətdə xəstəyə cərrahi müdaxiləni davam etdirmək olmazdı. Təqsirləndirilən şəxs öz işində hər hansı bir köməklik lazım olub-olmadığını, ona nə cür kömək edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə anestezist-tibb bacısı Şahid5 ilə birlikdə xəstəni bu vəziyyətdən çıxarmaq üçün zəruri tədbirlər görməyə başlamışlar, lakin görülmüş tibbi tədbirlərə baxmayaraq xəstə təxminən saat 17:30 radələrində əməliyyat masasında ölmüşdür. Bundan sonra bu barədə xəstəxananın baş həkimi Şahid4 məlumat verilərək əməliyyat otağına dəvət olunmuş, çox keçmədən baş həkim özü də əməliyyat otağına gələrək baş verənləri ətraflı öyrənmiş, sonra da xəstənin ailə üzvlərinə bu barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 28 mart 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə nahar edərkən Xudat şəhər xəstəxanasının həkim-cərrahı Şahid2 onun mobil telefon nömrəsinə zəng edərək xəstəxanaya kəskin appendisit diaqnozu ilə xəstə daxil olduğunu, təcili əməliyyat olunmalı olduğunu deyib onu əməliyyatda cərrah köməkçisi qismində iştirak etməyə dəvət etmişdir. Nahardan sonra saat 15:45-də Xudat şəhər xəstəxanasına getmiş, orada xidməti həkim geyimini geyinib cərrahiyyə əməliyatı üçün digər hazırlıqları görməyə başlamış, həmin vaxtı əməliyyat olunmalı xəstə Zərərçəkmiş şəxs xəstəxananın ikinci mərtəbəsində yerləşən cərrahiyə otağında olmuş və həkim-anestezioloq Təqsirləndirilən şəxs tərəfindən əməliyyata hazırlanmışdır. Həmin gün saat 16:10-da əməliyyat başlamış, həmin əməliyyatda özü, həkim-cərrah Şahid2, həkim-anestezioloq Təqsirləndirilən şəxs, tibb bacıları və xadimələr iştirak etmişlər. Əməliyyat zamanı xəstə Zərərçəkmiş şəxs sağ qalça nahiyəsində kəsik aparılmış, dəri və dəri altı piy qatı kəsilmiş, aponevroz kəsilmiş, düz əzələ yana çəkilmiş və qarın boşluğu açılmışdır. Appendisit nahiyəsində kəskin üfunətli iy verən 100 qrama qədər qatı irinli möhtəviyyət olmuş, həmin möhtəviyyət tamponlarla təmizlənərək qurudulmuş, appendisitin uc hissəsi bel nahiyəsinin arxa tərəfində yerləşməklə bərkimiş-yapışmış halda olduğundan appendisiti çıxarmaq üçün retroqrad üsülu tədbiq etməklə, yəni adi qaydada deyil əks tərəfdən başlanılaraq appendisit çıxarılmış, sonradan həmin boşluq təmizlənilmiş, yuyulmuş və tampon olunmuşdur. Kiçik çanağa drenaj qoyulmuş, bu vaxt xəstənin vəziyyəti kəskin pisləşmiş və təxminən 17:30 radələrində xəstə əməliyyat masasında ölmüşdür. Bundan sonra bu barədə xəstənin ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, o, “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 Xudat şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyir. 28 mart 2020-ci il tarixdə, saat 09 radələrində Xudat şəhər xəstəxanasında olduğu zaman xəstəxanada mühafızəçi ştatında işləyən Şahid1 yaxınlaşaraq əri Zərərçəkmiş şəxs səhhətinin pisləşməsini, Xaçmaz şəhərində müayinə olunması üçün onunla birlikdə getməsinə icazə verməsini xahiş etmişdir. O, Şahid1 icazə vermiş, özü isə Nabran kəndi ərazisində “Ulduz” istirahət mərkəzində karantinə getmişdir. Həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxs Xudat şəhər xəstəxanasında cərrahiyyə əməliyyatına girmişdir. Bir müddət sonra saat 17 radələrində cərrahiyə şöbəsindən ona zəng olunaraq xəstə Zərərçəkmiş şəxs cərrahiyə otağında ağır vəziyyətdə olduğu bildirilmişdir. O, dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına bu barədə məlumat verib özü dərhal Xudat şəhər xəstəxanasma iş yerinə getmişdir. Cərrahiyə otağına daxil olarkən əməliyyatı aparan həkim-cərrah Şahid2 xəstə Zərərçəkmiş şəxs appendisit əməliyyatı aparılan zaman ölməsi barədə ona məlumat vermişdir. Bundan sonra o, aidiyyatı orqanlara və xəstənin ailə üzvlərinə bu barədə məlumat vermişdir. Şahid4 ifadəsinə əlavə olaraq göstərdi ki, Xudat şəhər xəstəxanası Xaçmaz rayon mərkəzi xəstəxananın tabeçiliyində fəaliyyət göstərir, hansısa xəstəyə lazım olan hər hansı müayinə metodu Xudat xəstəxanasında olmadıqda xəstə lazımı müayinədən keçməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs da həmçinin xəstə Zərərçəkmiş şəxs əməliyyat olunmazdan əvvəl tələb olunan müayinələrdən keçmək üçün mərkəzi xəstəxanaya göndərmək əvəzinə səhlənkarlıq edərək xəstəni zəruri müayinələrədən keçirmədən əməliyyata hazırlamışdır. Xudat xəstəxanasında lazımı avadanlıq olmaması, həkimi məsuliyyətdən azad etmir, çünki avadanlığın olmadığı təqdirdə həkim özü zəruri tədbir görməlidir, ya xəstəyə bu barədə məlumat verib onu başqa xəstəxanaya yönləndirməlidir, ya da ki, onu müayinə olunması üçün rayonun mərkəzi xəstəxanasına göndərməlidir. Təqsirləndirilən şəxs isə bunların heç birini etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona Xudat şəhər xəstəxanasında xəstənin EKQ, rentgen və digər zəruri müayinələr üçün zəruri avadanlıq və şərait olmadığını bildiyi halda, xəstə Zərərçəkmiş şəxs bu çatışmazlıqlar barədə əvvəlcədən xəbərdar etməməsi, xəstəyə başqa tibb müəssisəsində daha yaxşı ixtisaslı tibbi xidmət göstərilməsi üzrə tədbirlər görməməsi barədə soruşduqda Təqsirləndirilən şəxs cavabında səhvini etiraf edərək xəstə Zərərçəkmiş şəxs bu şəraitdə əməliyyat olunmasında həkimanestezioloq kimi iştirak etməməli olduğunu, lakin etinasızlıq edib bu əməliyyatda iştirak edərək Zərərçəkmiş şəxs ölümünə səbəb olduğunu bildirmişdir. Bu fakt Təqsirləndirilən şəxs işlədiyi xəstəxanada lazımı avandanlıq olmadığını bəhanə gətirib xəstə Zərərçəkmiş şəxs cərrahiyə əməliyyatından əvvəl tam həcmdə zəruri müayinələrdən keçməsini bu və ya digər üsulla təmin etməyərək Zərərçəkmiş şəxs ölümünə səbəb olmasını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, 28 mart 2020-ci il tarixdə, saat 14 radələrində Xudat şəhər xəstəxanasında işdə olduğu zaman Zərərçəkmiş şəxs ailə üvləri ilə birlikdə xəstəxanaya gəlmiş, həkim-cərrah Şahid2 qəbulunda olmuş, həmin gün saat 16 radələrində həkim-anestezioloq Qayib Saruxanov ona kəskin appendisit diaqnozu ilə xəstə daxil olduğunu, təcili əməliyyat olunmalı olduğunu deyib onu əməliyyatda anestezist-tibb bacısı qismində iştirak etməyə çağırmışdır. O, əməliyyata hazırlığa başlamış, əməliyyat olunmalı xəstə xəstəxananın ikinci mərtəbəsində yerləşən cərrahiyə otağına yerləşdirilmişdir. Həmin gün saat 16:10-da əməliyyat başlamış, həmin əməliyyatda o, həkim-cərrah Şahid2, həkim-cərrah Şahid3, həkim-anestezioloq Qayib Saruxanov, əməliyyat-tibb bacısı Şəlalə Butayeva, kiçik-tibb bacıları Nərgiz və Kifayət iştirak etmişlər. Əməliyyat başlayan kimi xəstə Zərərçəkmiş şəxs vena daxili 3 ml ketamin, sonra 0.3 ml arduan, 20 dəqiqədən sonra yenidən 1.5 qram ketamin vurulmuş, bundan sonra göstərişə görə hər 2-3 dəqiqədən bir 1-2 ml ditilin vurulmuş, əməliyyatın ortasında 1 ml vena daxili morfı vurulmuşdur. Əməliyyat təxminən 1 saat 40 dəqiqə çəkmiş, xəstənin appendisit nahiyyəsi çıxarıldıqdan sonra xəstənin vəziyyəti kəskin pisləşmiş, təzyiqi kəskin aşağı düşmüş, dərhal xəstəyə süni tənəffüs aparatı ilə oksigen verilmiş, damar daxilinə 1 ml adrenalin, 3 ml deksametazon vurulmuş, daha sonra damcı üsulu ilə damar daxili 4 ml dofamin vurulmuş, süni tənəffüs cihazının tezliyi qaldırılmış, lakin aparılan bütün tibbi tədbirlərə baxmayaraq xəstə əməliyyat masasında ölmüşdür. Bundan sonra bu barədə xəstənin ailə üzvlərinə məlumat verilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 mart 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri “Xaçmaz rayon mərkəzi xəstəxanası” X8 Xudat şəhər xəstəxanasının əməliyyat otağıdır. Həmin otaq xəstəxananın ikinci mərtəbəsində yerləşir. Otağa daxil olduqda otağın mərkəzində cərrahiyə masası vardır, masanın üzərində beli üstə uzadılmış Zərərçəkmiş şəxs meyiti vardır. Meyitin üzərinə ağ mələfə sərilmişdir. Mələfəni götürdükdən sonra Zərərçəkmiş şəxs meyitinə xarici baxış keçirilən zaman onun sağ qalça nahiyyəsində cərrahiyə kəsiyinin olması müəyyən edilmiş, meyitin üzərində digər hər hansı gözlə görünən xəsarət aşkar edilməmişdir. Cərrahiyə masasının yanında süni-tənəffüs cihazı var, otağın yaxın və uzaq küncündə digər tibbi ləvazimatlar, dərman preparatları və təkərli xərək var. Əməliyyat otağının girişində sağ tərəfdə sanitar qovşaq (yuyunma otağı) vardır. İş materiallarında olan meyitə xarici baxış keçirilməsi haqqında 28 mart 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ tərəfində şaquli istiqamətində 12 sm uzunluğunda üzərində seyrək cərrahi tikişlər olan yara və bu yaradan 5 sm sağda 1.5 sm uzunluğunda drenaj yara vardır. Meyitin bədən səthində digər hərhansı xəsarət və ya onun izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 25 aprel 2020-ci il tarixli, 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb anesteziya məqsədi ilə vena daxilinə yeridilmiş tibbi dərman nəticəsində baş vermiş anaflaktik şok olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı daxili üzvlərində hər hansı bir xəstəliyin morfoloji əlaməti aşkar edilməmişdir. İş materiallarında olan Komisyon məhkəmə-tibbi ekspertizasının 05 iyun 2020-ci il tarixli, 202/KEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs 28.03.2020-ci il tarixdə xəstəxananın cərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Kəskin appendisit. Yerli peritonit” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində təxirəsalınmaz qaydada ümumi venadaxili anesteziya altında “Sağtərəfli pararektal laparotomiya, Appendektomiya, Qarın boşluğunun drenaj olunması” cərrahiyyə əməliyyatının icrasına başlanılmışdır. Əməliyyatın gedişi zamanı xəstənin vəziyyətində pisləşmə qeyd olunmuş, əməliyyat dərhal dayandırılmış, anestezioloqa məlumat verilmiş, bununla əlaqədar xəstəyə müvafiq reanimasion tədbirlər göstərilmiş, lakin aparılan reanimasion tədbirlərə baxmayaraq saat 17:20-də xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “anesteziya məqsədi ilə vena daxilinə yeridilmiş tibbi dərman nəticəsində baş vermiş anaflaktik şok”un olduğu müəyyən edilmişdir ki, bununla da tətbiq edilmiş ümumi venadaxili anesteziya ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, icra edilmiş cərrahiyyə əməliyyatından öncə xəstəyə anestezioloq-rcanimatoloq tərəfindən tam həcmdə müayinə aparılmamış (HKQ, ağciyərlərin rentgen müayinəsi), anestezioloji risk faktoru düzgün qiymətləndirilməmişdir. Bu da sonradan geridönməz fəsadın yaranmasına, yəni ölümə gətirib çıxartmışdır. Zərərçəkmiş şəxs göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim anestezioloq-reanimatoloqdur. İş materiallarında olan “Xaçmaz rayon mərkəzi xəstəxanası” X8 03 aprel 2020-ci il tarixli, 409 saylı cavab məktubunda və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən cərrahiyə əməliyyatında Xudat xəstəxanasının şöbə müdiri Şahid3, həmin xəstəxananın həkim- cərrahı Şahid2, həkim-anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs iştirak etmişlər. Təqsirləndirilən şəxs 26.03.2006-cı il tarixdə “Xaçmaz rayon mərkəzi xəstəxanası” X8 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Xudat xəstəxanasında həkim-anestiozoloq-reanimatoloq işinə qəbul edilmişdir. İş materiallarında olan “Xaçmaz rayon mərkəzi xəstəxanası” X8 Xudat şəhər xəstəxanası tərəfindən tərtib edilmiş 75 saylı xəstəlik tarixçəsinin surətindən görünür ki, xəstə Zərərçəkmiş şəxs 28.03.2020-ci il tarixdə, saat 14:00-da “Kəskin appendisit” diaqnozu ilə Xudat şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olmuş, aparılmış reanimasion tədbirlərə baxmayaraq xəstə 28.03.2020-ci il tarixdə, saat 17:25-də cərrahiyə əməliyyatı zamanı ölmüşdür. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 28.03.2020-ci il tarixli, 93 saylı protokoldan görünür ki, 28 mart 2020-ci il tarixdə, saat 22:00-da Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbair Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8in direktoru tərəfindən verilmiş 28 oktyabr 2021ci il tarixli, 1714 nömrəli arayışdan görünür ki, həqiqətən Təqsirləndirilən şəxs 29 avqust 1984-cü il tarixdən hal-hazıra kimi “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 səhiyyə xidmətlərinin təşkili şöbəsinin Xudat xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışır və 13 iyul 2020-ci il tarixdən “Xaçmaz RMX” X8in 13 iyul 2020-ci il tarixli, 81 nömrəli əmri ilə Koronavirus COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar tibbi xidmət göstərmək məqsədilə könüllü olaraq “Quba Mərkəzi Rayon Xəstəxanası” X7 ezam olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbair Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8in direktoru tərəfindən verilmiş 26 oktyabr 2021ci il tarixli, 1690 nömrəli məktubdan gürünür ki, 2020-ci il tarixdən Xaçmaz rayonunda İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar xəstəxanada daxili struktur dəyişikliklər edilmiş və həmin tarixdən Xudat Şəhər Xəstəxanası “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 nəzdində öz fəaliyyətini Xudat Ailə Sağlamlıq Mərkəzi kimi davam etdirir. Bununla əlaqədar “Xaçmaz RMX” PHŞ-in 02.03.2020-ci il tarixli, 33 nömrəli əmrinə əsasən ASMlərdə stasionar müalicə və cərrahi əməliyyatlar kimi xidmətlərin göstərilməsi dayandırılmış və bunun yolveriməz olduğu barədə bölmə rəhbərlərinə məlumat verilmişdir. (Bölmə rəhbərləri əmrlə tanış olduqlarını imzaları ilə təsdiq etmişlər). İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan iş və yaşayış yeri barədə xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs iş və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 mart 2020-ci il tarixdə, saat 17 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu halında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X8 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Xudat xəstəxanasında “Kəskin appendisit. Yerli peritonit” diaqnozu ilə daxil olmuş xəstə Zərərçəkmiş şəxs üzərində aparılmış “Sağtərəfli pararektal laparotomiya, Appendektomiya, Qarm boşluğunun drenaj olunması” cərrahiyə əməliyyatında həkim-anestezioloqreanimatoloq qismində iştirak edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş təlimat qaydalarını pozaraq cərrahiyyə əməliyyatından öncə xəstəyə tam həcmdə müayinə aparmalı (EKQ, ağciyərlərin rentgen müayinəsi), anestezioloji risk faktoru düzgün qiymətləndirməli olduğu halda bunları etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib xəstə Zərərçəkmiş şəxs vena daxilinə yeritdiyi tibbi dərman nəticəsində baş vermiş anaflaktik şok səbəbindən sonuncunun ölməsinə səbəb olmuş, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün qismən etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlini qismən etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, iş və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətçi olmamasını və ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini və ümumiyyətlə Xaçmaz, Quba rayonlarının ərazisini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Habelə, qeyd olunan Məcəllənin 208.0.5-ci maddəsində göstərilir ki, məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda cinayət işinin başlanmasına səbəb olur. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, 2020-ci il tarixdən Xaçmaz rayonunda İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar xəstəxanada daxili struktur dəyişikliklər edilmiş və həmin tarixdən Xudat Şəhər Xəstəxanası “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 nəzdində öz fəaliyyətini Xudat Ailə Sağlamlıq Mərkəzi kimi davam etdirmişdir. Bununla əlaqədar “Xaçmaz RMX” PHŞ-in 02.03.2020-ci il tarixli, 33 nömrəli əmrinə əsasən ASM-lərdə stasionar müalicə və cərrahi əməliyyatlar kimi xidmətlərin göstərilməsi dayandırılmış və bunun yolveriməz olduğu barədə bölmə rəhbərlərinə məlumat verilmişdir. (Bölmə rəhbərləri əmrlə tanış olduqlarını imzaları ilə təsdiq etmişlər). Məhkəmə nəticəyə gəlir ki, “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 nəzdində öz fəaliyyətini Xudat Ailə Sağlamlıq Mərkəzi kimi davam etdirən mərkəzin həkim-cərrahı Şahid2, həmin mərkəzin həkim-cərrahı Şahid3 və Mərkəzin baş həkimi Şahid4 “Xaçmaz RMX” PHŞ-in 02.03.2020-ci il tarixli, 33 nömrəli əmrinə əsasən ASM-lərdə stasionar müalicə və cərrahi əməliyyatlar kimi xidmətlərin göstərilməsinin dayandırılması, bunun yolveriməz olduğu barədə bölmə rəhbərlərinə məlumat verilməsinə və bu barədə əmrlə tanış edilmələrinə baxmayaraq həmin əmrin tələblərini pozaraq 28 mart 2020-ci il tarixdə, saat 17 radələrində Mərkəzə “Kəskin appendisit, yerli peritonit” diaqnozu ilə daxil olmuş xəstə Zərərçəkmiş şəxs əməliyyat olunması üçün aidiyyəti üzrə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X7 göndərməli olmalarına baxmayaraq xəstəni əməliyyat etmiş və nəticədə sonuncu ehtiyatsızlıqdan vena daxilinə yeridilən tibbi dərman nəticəsində baş vermiş anaflaktik şok səbəbindən ölmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 nəzdində öz fəaliyyətini Xudat Ailə Sağlamlıq Mərkəzi kimi davam etdirən mərkəzin həkimcərrahı Şahid2, həmin mərkəzin həkim-cərrahı Şahid3 və Mərkəzin baş həkimi Şahid4 barəsində məhkəmədə müəyyən olunan cinayət haqqında məlumat baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini və ümumiyyətlə Xaçmaz, Quba rayonlarının ərazisini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X8 nəzdində öz fəaliyyətini Xudat Ailə Sağlamlıq Mərkəzi kimi davam etdirən mərkəzin həkim-cərrahı Şahid2, həmin mərkəzin həkim-cərrahı Şahid3 və Mərkəzin baş həkimi Şahid4 barəsində məhkəmədə müəyyən olunan cinayət haqqında məlumat baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdr Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-98/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-98/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver