Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-98/2022 18.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 27 avqust 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətinin giriş qapısının qarşısında dayanan, yaşadığı evdə usta işləyən Zərərçəkmiş şəxs məxsus VAZ-21065 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olduqdan sonra, sükanın altında olan plastması söküb həmin yerdə olan naqilləri bir-birinə birləşdirməklə avtomobilin mühərrikini işə salmış və həmin avtomobil ilə Xaçmaz şəhəri ərazisində gəzdikdən sonra yenidən yaşadığı Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi ev 6, mənzil 6 ünvanında yerləşən evin həyətinin giriş qapısının qarşısında saxlamış, bununla da o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, qəsdən talama məqsədi olmadan 10 noyabr 2021-ci il tarixdə evlərində usta işləyən Zərərçəkmiş şəxs məxsus VAZ 21065 markalı nəqliyyat vasitəsini evlərinin qarşısından sonuncunun xəbəri olamadan sükanın altında olan plastması söküb orada olan naqilləri bir-birinə birləşdirməklə avtomobilin mühərrikini işə salaraq avtomobili oradan qaçırmışdır və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, həmçinin məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi və işdəki digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və törətdiyi əməli bir daha səmimi etiraf edərək, Zərərçəkmiş şəxs ilə barışdığını bildirməklə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə başlanmış cinayət işi üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi ev 6, mənzil 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, ünvan 3 ünvanında yerləşən yaşadığı evi təmir etdirmək qərarına gəlmiş, bu məqsədlə, Xaçmaz rayonu, Həsənqala kənd sakini Zərərçəkmiş şəxs evində usta işləmək üçün dəvət etmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərindən Zərərçəkmiş şəxs onun yaşadığı evdə usta işləməyə başlamışdır. Cavid hər səhər onların evində usta işləməyə gələndə özünə məxsus olan VAZ 21065 markalı, ** FZ *** qeydiyyat nişanlı avtomobil ilə gəlib getmişdir. 10 noyabr 2021-ci il tarixdə Cavid yenə də onların evində işləmək üçün gəlmişdir. Cavid həmin gün də özünə məxsus olan avtomobil ilə gəlmişdir. Həmin gün Cavid özünə məxsus olan VAZ 21065 markalı avtomobili yaşadığı evin həyətinin giriş qapısının qarşısında saxlamışdır. Həmin gün saat 16 radələrində Cavid küçəyə çıxdıqdan sonra bildirmişdir ki, onun avtomobili qaçırılmışdır. Cavid bildirdi ki, onun avtomobilini onun oğlu Nəsrulla qaçırmışdır. O, əvvəlcə Cavidin dediklərinə inanmamışdır. Ancaq Cavid həmin gün gedib oğlu Nəsrulla barəsində polisə şikayət etmiş və bundan sonra Cavid onun evində işini yarımçıq qoyub çıxıb getmişdir. 17 noyabr 2021-ci il tarixdə o, işlədiyi kafedə olan zaman Cavid onun işlətdiyi kafeyə gəlmişdir. Həmin vaxt Nəsrulla da kafedə olmuşdur. Cavid onun işlədiyi kafeyə gəlib ondan pul istəmişdir. Bu zaman Nəsrulla kafenin içərisindən çıxıb Cavidi görüb demişdir ki, “Cavid üzrlü hesab elə, sənin maşınını qaçırmışam, bir səhvdir etmişəm”, bu sözləri deyib Nəsrulla Cavidi qucaqlamışdır. Cavid də orada Nəsrullaya demişdir ki, “yaxşı səni bağışlayıram”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, S.Xatın küçəsi ev 39-da yaşayır. Xaçmaz rayonu, Həsənqala kəndində yaşayan Zərərçəkmiş şəxs onun xalasıqının əridir. 2021-ci ilin noyabr ayının əvvəllərində Cavid ona demişdir ki, o, tanımadığı şəxsdən VAZ 21065 markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır, lakin Cavid həmin avtomobili öz adına yox, onun adına sənədləşdirmək istəmişdir. O da, Cavidlə razılaşmış və xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxsla birlikdə Xaçmaz RQ və TBŞ-nə gedərək həmin avtomobili onun adına sənədləşdirmişlər. VAZ 21065 markalı, ** FZ *** qeydiyyat nişanlı avtomobili onun adına sənədləşdirdikdən sonra, Zərərçəkmiş şəxs avtomobili idarə etməsi üçün Cavidə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə Cavidə baş etibarnamə vermişdir. Həmin vaxtdan sonra Cavid VAZ 21065 markalı, ** FZ *** qeydiyyat nişanlı avtomobili idarə etmişdir. VAZ 21065 markalı, ** FZ *** qeydiyyat nişanlı avtomobil onun adına olsa da, əslində avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxsdur. Avtomobili əvvəlki sahibindən Cavid özü almışdır, lakin avtomobili xx.xx.2021-ci il tarixdə onun adıma sənədləşdirmişlər, ancaq həmin avtomobil ilə onun heç bir əlaqəsi yoxdur. VAZ 21065 markalı, ** FZ *** qeydiyyat nişanlı avtomobilin qaçırılması nəticəsində ona hər hansı bir ziyan dəyməmişdir, avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq olunmuş Zərərçəkmiş şəxs yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhəmə istintaqında tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan başqa, Cavadov X3 RPŞ-nin İB-də icraatda olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. Lakin cinayət işinə əlavə edilmiş Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X4 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İHBnın Xaçmaz şəhər İƏD-dən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs 27 avqust 1991ci ildə ünvan 5 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır, cinayət işinin materiallarına əsasən mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Zərərçəkmiş şəxs imzalayaraq verdiyi ərizəsindən görünür ki, o, özünə məxsus olan VAZ 2106 markalı ** FZ *** dövlət nömrə nişanlı avtomaşını təhvil almışdır. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən Dövlət ittihamçısı3 məhkəmə çıxışları zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsin barəsində aparılan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi xahişini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırmaya) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1- ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarına və Azərbaycan Respublikası CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə istinadən məhkəmə hesab edir ki, VAZ 2106 markalı ** FZ *** dövlət nömrə nişanlı avtomaşının onun sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə icraata xitam verildiyi üçün Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. VAZ-2106 markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomaşının onun sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-98/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-98/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver