Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-98/2025 03.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il təvəllüdlü, Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Fərzəlioba kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istitaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda narkotik vasitəni daşıyaraq Xaçmaz rayonu, Fərzəlioba kənd Sənətkarlıq klubunun inzibatı binasında yaşadığı otaqda saxlamış və bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11 yanvar 2025-ci il tarixdə saat 02:00-dan saat 02:15-dək olan müddət ərzində onun yaşadığı Xaçmaz rayonu, Fərzəlioba kənd Sənətkarlıq klubunun inzibatı binasında olan otağa baxış keçirilərkən çarpayının üstündə olan döşəyin altından 01 ədəd sellofan bağlamada 455 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, dost-tanışları ilə yaşadığı ünvanda bir araya gələrək, yeyib-içdikdən sonra qonaqları yola salaraq, yatmışdır. Gecə yarısı onu kiminsə sillələdiyini hiss edərək oyanmışdır. Gözünü açdıqda isə içəridə beş nəfər polis əməkdaşlarının olduğunu və yaşadığı yerin qapısının sındırdıqlarını görmüşdür. Polis əməkdaşları ona əməliyyat tapşırığı əsasında gəldiklərini bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Stolun üzərində isə olan yarım kibrit qutusu narkotik vasitə ona məxsus olmuşdur. Həmin kibrit qutusunun içərisindən üç dəfə özü çəkmişdir. Polis əməkdaşları kibrit qutusunu aşkar etdikdə içində neçə qram olduğunu dəqiq bilmir. Təxmini qutuda ən azı 3-4 papirosluq narkotik vasitə var idi. Yatdığı çarpayıda döşəyinin altından aşkar edilərək götürülmüş narkotik vasitəni isə özləri ora qoymuşdur, ona məxsus olmamışdır. O, özündən aşkar olunan həmin bir kibrit qutu narkotik vasitəni Bakı şəhərində yerləşən kafedən ucuz qiymətə almışdır. Narkotik vasitəni 30-40 manata satırlar. O, özü narkotik vasitə istifadəsiçisidir. Bundan əlavə ifadəsində bildirmişdir ki, o, əvvəl polis əməkdaşları tərəfindən Polis Şöbəsinə aparılmış, orada 2 saat sonra ayıldıqdan sonra isə onu təkrar yaşadığı ünvana gətirərək videoçəkiliş etmişlər. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yaşamağa evi olmadığına görə yaşadığı Xaçmaz rayonu, Fərzəlioba Kənd Sənətkarlıq klubunun otaqlarından biri yaşamağı üçün verilmiş və həmin klubda olan otaqda qalmışdır. 3-4 il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkmişdir. 2024-cü ilin yay aylarında Xaçmaz rayonu, Fərzəli-oba kəndi yaxınlığında olan meşə sahəsində gəzərkən kolların arasında təxminən 1 metr hündürlükdə bir ədəd çətənə bitkisinin bitdiyini görmüş, marixuanadan istifadə etdiyinə görə çətənə bitkisini tanımışdır. Çətənə bitkisini kökündən çıxarıb yarpaqlarını yığaraq gətirmiş və yaşadığı Xaçmaz rayonu, Fərzəli-oba kənd Sənətkarlıq klubunun otağında yerə sərib qurutmaqla təxminən 500 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. Əldə etdiyi marixuananı bir ədəd göy rəngli sellofan torbaya doldurduqdan sonra qaldığı otaqda olan çarpayının üstündəki döşəyin altında gizlədib saxlamışdır. Sonrakı günlərdə əldə etdiyi marixuananın bir hissəsini papirosa doldurmaq yolu ilə çəkmiş, qalan hissəsi isə sellofan torbanın içərisində döşəyin attında qalmışdır. 11 yanvar 2025-ci il tarixdə saat 02 radələrində yaşadığı Xaçmaz rayonu, Fərzəli-oba kənd Sənətkarlıq klubunun otağında olarkən otağın qapısı döyülmüş və qapını açanda qapının qarşısında mülki və xidməti geyimdə olan polis əməkdaşları dayanmalarını görmüşdür. Polis əməkdaşları özlərim təqdim etdikdən sonra qaldığı otaqda narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirərək video çəkilişlə qaldığı otağa baxış keçirmək istədiklərini bildirmiş, polislərin qaldığı otağa baxış keçirmələrinə etiraz etməyərək içəri dəvət etmişdir. Orada latınla oxuya bildiyini, köhnə əlifba ilə yəni kiril əlifbası ilə yaza bildiyini bildirmişdir. Polis əməkdaşları birgə otağa daxil olduqdan sonra təhqiqatçı bir daha qaldığı otaqda narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğunu bildirərək bununla bağlı nə göstərə biləcəyini soruşmuş, qaldığı otaqda narkotik vasitə saxladığını bildirmiş və otaqda olan çarpayının üstündəki döşəyi qaldırıb altında saxladığı sellofan torbada olan marixuananı götürərək polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı təqdim etdiyi sellofan torbanı üst hissədən qayçı ilə kəsmiş və içərisində olan qurudulmuş marixuananı görüb predmetin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, etiraf edərək bildirmişdir ki , sellofan torbada olan bitki kütləsi «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuanadır. X5 sellofan torbada olan qurudulmuş marixuananı iştirakı ilə bir ədəd kağız paketdə qablaşdırıb möhürləyərək protokol tərtib etmiş, qurudulmuş marixuananın qablaşdırıldığı kağız paketin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Bundan sonra Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət olunmuş, orada marixuananın özünə məxsus olmasını, 2024-cü ilin yay aylarında Xaçmaz rayonu, Fərzəli-oba kəndi ərazisində yerləşən meşə sahəsində tapdığı bir ədəd çətənə bitkisinin yarpaqlarını yığıb qurutmaqla əldə edib saxlamasını bildirmişdir. Həmin yeri dəqiq xatırlamamışdır. Əməlindən peşmandır, gələcəkdə belə əməllərə yol verməyəcəkdir. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Xaçmaz rayon Polis Şöbəsinin X10 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Fərzəli-oba kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Fərzəli-oba kəndində yerləşən “kənd sənətkarlar” klubunun inzibati binasındakı otaqda qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məruzə etmişdir. Bundan sonra əməliyyat qrupu yaradılaraq, Şahid2 və Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Kamran Zeynalovun iştirakı ilə 11 yanvar 2025-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin ünvanda polis əməkdaşı Kamran Zeynalov qapını döydüyü zaman Əlixan İsmayıılov qapını açaraq onları qarşılamışdır. Onlar sonuncuya barəsində narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlaması barədə daxil olmuş məlumata əsasən orda olduqlarını bildirdikdən sonra otaqda video çəkilişin aparılmasına zərurət olduğunu bildirmişlər. Əlixan İsmayıılov da buna etiraz etməmişdir. Sonuncudan narkotik vasitəni saxladığı yer barədə soruşduqda özü çarpayının altından bağlı vəziyyətdə olan bağlamanı onlara təqdim etmişdir. Ona həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda isə o, yaşadığı Xaçmaz rayonu, Fərzəli-oba kəndi yaxınlığındakı meşə ərazisindən tapdığı çətənə bitkisindən əldə etdiyini, və şəxsi istifadəsi üçün onu öz otağında saxladığını bildirmişdir. Bundan sonra həmin bağlama təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi məqsədilə onların iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi kimi hal baş verməmişdir. Onlar Təqsirləndirilən şəxs evində vidoçəkiliş apardıqdan sonra onu Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində ifadəsi Xaçmaz rayon Polis Şöbəsinin X10 CA-ın əməliyyat müvəkkili Şahid2 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasına bir daha təsdiq edərək, analoji ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, sözügedən hadisədən uzun müddətdir keçir. Həmin hadisə barədə onu deyə bilər ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunub saxlanması barədə X15 məlumat daxil olmuşdur. Bundan sonra rəhbərliyin göstərişi ilə üç nəfərdən ibarət əməliyyat qrupu yaradılaraq, hadisə yerinə getmişlər. Onlar narkotik aşkar etdikləri evə daxil olanda stolun üstündə narkotik vasitənin olub-olmamasını dəqiq xatırlamır. Onlar Əlixan adlı şəxsə onun barəsində narkotik vasitələrini qanunsuz olaraq əldə edib, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Bundan sonra sonuncu evdə yatdığı yerin altından bağlamanı çıxararaq, onlara təhvil vermiş və onlara həmin narkotik vasitəni tapdğını bildirmişdir. Daha sonra aşkar olunan narkotik vasitə - qurudulmuş marixuana qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Cinayət işinin materiallarında olan şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis baş leytenantı rütbəsində olmuşdur. Xaçmaz rayonu, Fərzəlioba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Fərzəlioba kəndində yerləşən Kənd Sənətkarlar Klubunun inzibatı binasındakı otaqda narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və yaşadığı otaqda saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyi altında Xaçmaz RPŞ-nin X10 CA üzrə əməliyyat müvəkkili X4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 yanvar 2025-ci i! tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Fərzəlioba kəndində yerləşən Kənd Sənətkarlar Klubunun inzibati binasında olmasını bildikdən sonra əvvəlcədən dəvət edilmiş Xaçmaz RPŞ-nin TB-nın təhqiqatçısı, polis baş leytenantı Kamran Zeynalovun iştirakı ilə həmin yerə getmişdirlər. Həmin ünvanın qarşısında Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs qaldığı otağın qapısı döyülmüş, sonuncu kimin gəlməsini soruşmuş, polis əməkdaşları olduqlarını biləndən sonra Təqsirləndirilən şəxs çölə çıxmışdır. TB-nm təhqiqatçısı, polis baş leytenantı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və yaşadığı otaqda saxlaması barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı Xaçmaz rayonu, Fərzəlioba kəndində yerləşən Kənd Sənətkarlar Klubunun inzibati binasında otaqda videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə həmin ünvana daxil olmuşdurlar. Bundan sonra Təqsirləndirilən şəxs qapıdan içəri daxıl olaraq polisləri yatdığı yerin yaxınlığına gətirmiş, həmin yerdə yatdığı çarpayının baş hissəsindən bir ədəd göy rəngli bağlamanı çıxarıb, təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bağlamanın nə olması, haradan əldə edilməsi soruşulduqda, Təqsirləndirilən şəxs bağlamanın içərisindəkınin nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kütləni Xaçmaz rayonu, Fərzəlioba kəndi yaxınlığındakı meşə massivindən tapdığı çətənə bitkisindən əldə etməsini, şəxsi istifadəsi üçün qaldığı otaqda saxlamasını bildirmişdir. Bundan sonra həmin bağlama təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi məqsədilə iştirakları ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan, şahid qismində ifadəsii alınmış Xaçmaz rayon Polis Şöbəsinin X10 CA üzrə əməliyyat müvəkkili X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon X7 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Fərzəlioba kəndində yerləşən kənd sənətkarlar klubunun inzibati binasındakı otağa baxış keçirilməsi haqqında 11 yanvar 2025-ci il tarixli protokolundan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 özünü və digər iştirakçıları təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Fərzəlioba kənd Sənətkarlıq Klubunun inzibati binasında yerləşən otağın qarşısında baxış keçirilməsi prosesinə başlamış, sonra Təqsirləndirilən şəxs yaşadığı otağa daxil olmuş, otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs yatdığı yatağa yaxınlaşıb yastıq olan tərəfdən döşəyi qaldırıb altından yapışqan lentlə bağlanmış bir ədəd göy rəngli sellofan bağlamanı çıxarıb həmin bağlamanı təqdim etmişdir. Həmin bitki kütləsi olan bağlamanın üzərinə baxışda iştirak edən şəxslərin ad və soyadları yazılaraq, həmin şəxslərin hər biri adlarının qarşısından imza etmiş və bundan sonra həmin kağız paket Kamran Zeynalov tərəfindən götürülmüşdür. «Şübhəli şəxs qismində tutma haqqında» 11 yanvar 2025-ci il tarixli qərarın və həmin tarixli protokolun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə HK-1/17 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 11 yanvar 2025-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 11 yanvar 2025-ci il tarixdə Xacmaz rayon X7 Bölməsinin təhqiqatçısı X6 tərəfindən cinayət işi başlanılmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» müstəntiqin 12 yanvar 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə 13 yanvar 2025-ci il tarixdə baxış keçirilərkən Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilməsi və həmin evdən narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi əksini tapmışdır. Xaçmaz rayon Məhkəməsinin 12 yanvar 2025-ci il tarixli, 4(067)-7/2025 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən, saat 13:30-dan hesablanmaqla 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 5(067)-10/2025 nömrəli qərarından müəyyən edilir ki, Xaçmaz rayon X12 PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat tədbirinin keçirilməsi barədə 11 yanvar 2025-ci il qərarı qanuni hesab edilmişdir. «Maddi sübutun tanınması haqqında» X17 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 21 yanvar 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü «DVD» formatlı disk və 455 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən müstəntiq tərəfindən maddi sübut hesab olunmuş, “DVD” disk cinayət işinin materiallarına əlavə olunmuş, həmin otaqdan aşkar edilən ekspertiza tədqiqatından sonra qalmış bir ədəd kağız paketdə qablaşdırılan 454,9 qram narkotik vasitə qurudulmuş marixuana isə saxlanılmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2025-ci il tarixli, 3-16-16-2-7/54 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş kağız paketdə 01 ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi - 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 07 fevral 2025-ci il tarixli, 670 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs Rafikovıçin somatik vəziyyətinin yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən edilir ki, Xaçmaz rayon Xalq Məkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs 11 sentyabr 1997-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 113-cü maddəsi ilə təqsirli bilinərək, ona 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 05 avqust 2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 1(067)-76/2025 saylı hökmü ilə 15 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinərək, ona 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 15 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xaçmaz Rayon icra Hakimiyyəti başçısının Köhnə Xudat İƏD üzrə nümayəndəsinin tərtib etdiyi 07 fevral 2025-ci il tarixli 41 nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Fərzəlioba kəndində yerləşən Kənd Sənətkarlar Klubunun inzibati binasında istifadəsiz qalmış bir otaqda müvəqqəti yaşamışdır. Məhkəmənin mövqeyi: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinə dair 01 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8№-li qərarının 4-cü bəndində izah edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı qurudulmuş halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə - marixuana qurudulmuş halda ümumi təmiz miqdarı 455 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət işində qeyd olunan hallarla bağlı ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi izahatların ziddiyyətli olması, onun yalnız törətdiyi cinayət əməlinin məsuliyyətindən yayınma və özünü müdafiə xarakterli olması halı kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Hazırki cinayət işinə əlavə edilmiş “Şübhəli şəxs qismində tutma haqqında” 11 yanvar 2025-ci il tarixli qərarın və həmin tarixli protokolun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə HK-1/17 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Hazırki cinayət işinə əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 12 yanvar 2025-ci il tarixli, 4(067)-7/2025 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən, saat 13:30-dan hesablanmaqla 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs qaldığı otaqdan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan qalıq 454.9 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 78 (yetmiş səkkiz)manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın (hökmün bu hissədə də icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs qaldığı otaqdan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan qalıq 454.9 qram narkotik vasitə olan marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-98/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-98/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver