Məhkəmə qərarları › İş №1(067)-99/2019

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-99/2019

15.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-99/2019 15.08.2019 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi,məhkəmə iclas katibi Sanayev Şamil Sanay oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 oğlunun iştirakı ilə, xx xxxx 1975-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmuş, Xaçmaz rayonu Çiləgir kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx xxxx 2019-cu il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 avqust 2019-cu il tarixdə, Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Xaçmaz rayonu Mürşüd-oba Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə bələdiyyə sədri kimi əhaliyə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı həyətyanı torpaq sahələrinin təkbaşına satılmasını həyata keçirmək səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə Xaçmaz rayonu Müşkür kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə ona Xaçmaz rayonu Mürşüd-oba bələdiyyəsinə aid olmaqla Xaçmaz rayonu Mürşüd-oba və Sabir-oba kəndləri arasında yerləşən ərazidən fərdi yaşayış evi tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi verəcəyini vəd edib aldadaraq 2014-cü ilin iyul ayının ortalarında Xaçmaz rayonu Mürşüd-oba kəndində 2000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, Xaçmaz rayonu Çiləgir kəndində qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2005-ci ildən 2010-cu ilədək ünvan 2, 2010-cu ildən isə Çiləgir bələdiyyəsi Mürşüd-oba bələdiyyəsi ilə birləşdirilyindən həmin ildən 2017-ci ilin iyul ayına kimi Mürşüd-oba bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Bələdiyyə sədri kimi vəzifəsi bələdiyyə şurasının qərarı əsasında bələdiyyənin ehtiyat fonduna aid torpaq sahələrinin hərrac yolu ilə satışı və digər torpaq sahələri üçün müqavilələrin bağlanılması, əhalidən vergilərin yığılması, bələdiyənin büdcəsi hesabına sosial infrastrukturun inkişafı və s olmuşdur. Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 320.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3800 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və sonradan məhkəmə qərarı ilə həmin cərimə cəzası əmək haqqından 20% dövlət nəfinə tutulma cəzası ilə əvəz edilmiş, lakin hazırda heç yerdə işləmədiyindən bununla bağlı heç bir ödəmə edə bilməmişdir. Xaçmaz rayonu Müşkür kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. Lakin Zərərçəkmiş şəxs Xaçmaz rayonu Mürşüd-oba kəndində yaşayan qayınatası Şahid1 tanımış və onunla münasibəti yaxşı olmuşdur. 2014-cü ilin yay aylarında Xaçmaz rayonu Mürşüd-oba kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə əhaliyə fərdi yaşayış evi tikmək üçün bələdiyyənin balansında olmaqla Xaçmaz rayonu Mürşüd-oba kəndi ilə Sabir-oba kəndi arasında yerləşən ərazidən torpaq sahəsi paylanıldığı ərəfədə Şahid1 ona müraciət etmiş və fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilməsini xahiş etmişdir. O, etiraz etməyib həmin ərazidən Şahid1 0,07 ha həyətyanı torpaq sahəsi verəcəyini bildirmiş və həmin torpaq sahəsi üçün Şahid1lə 2000 manata danışıb razılaşmışdır. Şahid1lə danışıb razılaşandan sonra onunla birlikdə gedib torpaq sahəsinə baxış keçirmiş və veriləcək torpaq sahəsini ona göstərmişdir. Torpaq sahəsinə baxandan sonra Şahid1 ona ilkin olaraq 1000 manat, sonra isə hər dəfə 500 manat olmaqla iki dəfəyə daha 1000 manat məbləğində pul vermiş və beləliklə o, torpaq sahəsi üçün Şahid1 ümumilikdə 2000 manat məbləğində pul almışdır. Torpaq sahəsi ilə bağlı Şahid1lə danışıb razılaşanda və həmin torpaq sahəsinə görə ondan pul alanda Zərərçəkmiş şəxs da yanlarında olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs tanımasa da, sonradan onun Şahid1 qızının əri olduğunu və Xaçmaz rayonu Müşkür kəndində yaşadığını bilmiş, lakin torpaq sahəsi ilə bağlı Talehlə onun arasında heç bir söhbət olmamışdır. Bundan bir qədər keçəndən sonra Şahid1 etiraz etməyə başlamış, qeyd olunan ərazidən torpaq sahəsi istəmədiyini demiş, həm də ona 0,07 ha yox, başqa ərazidən 0,10 ha torpaq sahəsi verilməsini tələb etmişdir. O, Şahid1 bu kimi tələblərini görüb ya ondan aldığı 2000 manat pulu qaytarmaq, ya da ki, ona başqa ərazidən torpaq sahəsi vermək qərarına gəlmiş, sonradan aralarında olan söhbət zamanı onun özünə də bununla bağlı fikrini bildirmişdir. Ona bir qədər gözləməsini, imkan olarsa ona başqa ərazidən torpaq sahəsi verəcəyini, yox əgər alınmasa aldığı pulu geri qaytaracağını demişdir. Şahid1 etiraz etməyib onunla razılaşmış, lakin sonradan Şahid1 torpaq sahəsi verə bilməmiş və torpaq sahəsinə görə ondan aldığı pulu isə maddi vəziyyəti ilə bağlı öz ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir. Şahid1 kürəkəni Zərərçəkmiş şəxs onun barəsində Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi verməsi və guya ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verəcəyini vəd edib aldadaraq ondan 2000 manat məbləğində pul aldığını göstərməsi 2018-ci ilin dekabr ayında ona məlum olmuşdur. Lakin şəxsən özü əvvəllər Zərərçəkmiş şəxs tanımamış və torpaq sahəsi ilə bağlı onunla aralarında heç bir söhbət olmamış və bu adla ondan pul almamışdır. Qeyd etdiyi kimi o, torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs qayınatası Şahid1lə danışmış və fərdi yaşayış evi tikmək üçün ona 0,07 ha həyətyanı torpaq sahəsi verəcəyini vəd edib ondan 2000 manat məbləğində pul almışdır. Lakin sonradan ona torpaq sahəsi verə bilməmiş, aldığı pulu isə maddi vəziyəti ilə əlaqədar öz ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir. Həmin faktla bağlı Xaçmaz RPŞ-də barəsində cinayət işi başlanılmasını sonradan bilmiş, bundan sonra Şahid1 aldığı pulu tam olaraq ona qaytarmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Barəsində yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin ayrı-ayrı şəxslər üçün müxtəlif tikinti işləri görür, bundan başqa özünə məxsus 0,23 ha pay torpaq sahəsində çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2014-cü ilin iyul ayının təxminən ortalarından, yəni o, Xaçmaz rayonu Mürşüd-oba kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdən tanımış, həmin vaxta kimi onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. Özü Xaçmaz rayonu Mürşüdoba kənd sakini Çimnaz Fərəcova ilə ailə həyatı qurmuş, buna görə də tez-tez Xaçmaz rayonu Mürşüd-oba kəndinə, qayınatası Şahid1 evinə gedib-gəlmiş və Təqsirləndirilən şəxsla tanışlığı da Xaçmaz rayonu Mürşüd-oba kəndində, qayınatası Şahid1 həyətində olmuşdur. 2014-cü ilin yay aylarında Mürşüd-oba kənd bələdiyyəsi tərəfindən Mürşüd-oba kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün əhaliyə həyətyanı torpaq sahələri paylanılarkən həmin kəndin ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi alıb orada özü üçün fərdi yaşayış evi tikmək qərarına gəlmiş və 2014-cü ilin iyul ayının təxminən ortalarında qayınatası Şahid1 evində ona bu barədə öz fikrini bildirmişdir. Qayınatası Şahid1 onun fikrini bəyənmiş və bələdiyyə sədri Təqsirləndirilən şəxs telefon nömrəsini ona verib torpaq sahəsi ilə bağlı özünün onunla danışmasını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng etmiş və telefon danışığı zamanı ona Mürşüd-oba kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi istədiyini demişdir. Təqsirləndirilən şəxs ona 0,08 ha yox, 0,06 ha həyətyanı torppaq sahəsi verə biləcəyini və bunun üçün ona 2000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, etiraz etməyib onun dediyi qiymətlə razılaşmış və pulu götürmək üçün onu qayınatası Hətəmin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və telefon danışığından təxminən yarım saat sonra özü tək idarə etdiyi avtomobillə onun qayınatası Hətəmin həyətinə gəlmişdir. O, qayınatası Hətəm, qayınanası Zeynəb, qayınları Elvin və Şahid2lərin yanında torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs sayıb 2000 manat məbləğində pul vermişdir. Bundan sonra elə həmin gün qayınatası Şahid1 və Təqsirləndirilən şəxsla birlikdə Xaçmaz rayonu Mürşüd- oba kəndi ilə Sabir-oba kəndlərinin arasında, Çiləgir kəndinə gedən yolun kənarına, fərdi yaşayış evləri tikmək üçün əhaliyə paylanan torpaq sahəsinin yerləşdiyi əraziyə getmiş, orada Təqsirləndirilən şəxs ona verilən torpaq sahəsini ölçmüş və həmin torpaq sahəsinin onun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədlərini təxminən 2- 3 ay ərzində hazırlayıb verəcəyini deyəndə o, etiraz etməmiş və bundan sonra ayrılmışlar. Lakin Təqsirləndirilən şəxs dediyi vaxtda torpaq sahəsinin sənədlərini hazırlayıb ona verməmiş, bundan sonra özü tez-tez ona zəng edib bu baradə maraqlanmağa başlamış, o, isə hər dəfə onu arxayın edərək narahat olmamasını, torpaq sahəsinin onunku olduğunu və gedib orada işlərini görməsini demişdir. Buna görə də o, həmin torpaq sahəsində müəyyən çökək yerlər olduğundan oranı düzləmək məqsədi ilə altı Kamaz torpaq tökdürmüş, 2018ci ilin noyabr ayının axırlarında torpaq sahəsinin ətrafını dəmir torla hasara almaq istəyəndə isə Xaçmaz rayonu Mürşüd-oba kəndində yaşayan və Roma kimi tanıdığı Rübail Cəfərov ona yaxınlaşmış və həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Rübail Cəfərova həmin torpaq sahəsini 2014-cü ilin yay aylarında bələdiyyə sədri Təqsirləndirilən şəxs 2000 manata aldığını deyəndə Rübail Cəfərov həmin torpaq sahəsinə dair sənədləri göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığı və qeyd olunan torpaq sahəsini verəcəyi adı ilə 2000 manat məbləğində pulunu ələ keçirməsi ona məlum olmuşdur. Buna görə də məsələni araşdırmaq məqsədi ilə Ədaləti axtarmağa başlamış, onun özü ilə üzbəüz görüşə bilməsə də, bir neçə dəfə onunla telefon əlaqəsi saxlamış, niyə görə ona qarşı belə bir hərəkət etdiyini soruşmuş və hətta pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs hər dəfə ona guya daha yaxşı yerdən torpaq sahəsi verəcəyinə söz vermiş, lakin sonradan o, ümumiyyətlə telefon zənglərinə cavab verməmiş və ondan qaçaraq gizlənməyə başlamış, buna görə də xx xxxxxx 2018-ci il tarixdə onun barəsində Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə anket məlumatında qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin dövlət tərəfindən atası və onların ailə üzvlərinə verilmiş pay torpaq sahəsini əkib-becərməklə ailələrini dolandırırlar. Xaçmaz rayonu Müşkür kəndində yaşayan Zərərçəkmiş şəxs bacısı Çimnazın əridir. Xaçmaz rayonu Çiləgir kəndindən olmaqla 2014-cü ilə kimi Xaçmaz rayonu Çiləgir kənd bələdiyyəsinin, 2014-cü ildən 2017ci ilə kimi isə Xaçmaz rayonu Mürşüd-oba kənd Bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs uzun illərdir tanımışlar. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2014-cü ilin yay aylarında Mürşüd-oba kənd bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikmək üçün əhaliyə həyətyanı torpaq sahələri paylanılan ərəfədə Təqsirləndirilən şəxs Mürşüd-oba bələdiyyəsinin sədri vəzifəsində işləmiş və əhaliyə torpaq sahələrinin paylanması ilə şəxsən özü məşğul olmuşdur. 2014cü ilin iyul ayının təxminən ortalarında Zərərçəkmiş şəxs atası Hətəmə fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Mürşüd-oba kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi almaq fikrində olduğunu demiş, atası, Talehin fikrini bəyənmiş və Təqsirləndirilən şəxs telefon nömrəsini ona verib torpaq məsələsi ilə bağlı özünün onunla danışmasını bildirmişdir. Bundan sonra Taleh atasının yanında Təqsirləndirilən şəxs zəng edib ona Mürşüd-oba kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi istədiyini demiş, Ədalət ona 0,08 ha yox, 0,06 ha həyətyanı torpaq sahəsi verə biləcəyini və bunun üçün ona 2000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Taleh etiraz etməyib Təqsirləndirilən şəxs dediyi qiymətlə razılaşmış və bundan bir neçə gün sonra atasının yanına gələrək əgər Taleh torpaq sahəsi alacaqsa pulun heç olmasa bir hissəsini verməsinini bildirmişdir. AtasıHətəm Talehə zəng edib bu barədə deyəndə Taleh atasına əgər üstündə pul varsa onun əvəzinə Ədalətə verməsini tapşırmış və sonra ozunun həmin pulu qaytaracağını bildirmişdir. Həmin vaxt atasının üstundə cəmi 600 manat məbləğində pul olduğundan həmin pulu çıxarıb Ədalətə vermiş və pulun qalan hissəsini bir neçə günə çatdıracaqlarını demişdir. Bundan bir neçə gün sonra Taleh onların evinə gəlmiş, atasının onun əvəzinə Ədalətə verdiyi 600 manat pulu qaytarmış və Ədalətə verməli olduğu qalan 1400 manatı da gətirdiyini bildirmişdir. Bundan sonra onlar Ədalətə zəng edib pulu götürmək üçün onun həyətinə dəvət etmiş, telefon danışığından təxminən yarım saat sonra Ədalət özü tək idarə etdiyi avtomobillə həyətinə gəlmiş, Taleh torpaq sahəsi ilə bağlı onun, anası Zeynəb, onun və digər qardaşı Elvin yanında Təqsirləndirilən şəxs sayıb 1400 manat məbləğində pul vermişlər. Beləliklə, Taleh torpaq sahəsi üçün Ədalətə ümumilikdə 2000 manat məbləğində pul vermiş, bundan sonra elə həmin gün Taleh və atası Hətəm, Təqsirləndirilən şəxsla birlikdə fərdi yaşayış evləri tikmək üçün əhaliyə paylanan torpaq sahəsinin yerləşdiyi Mürşüd-oba kəndi ilə Sabir-oba kəndlərinin arasındakı əraziyə, Çiləgir kəndinə gedən yolun kənarına getmiş, orada Təqsirləndirilən şəxs Talehə verilən torpaq sahəsini ölçmüş və həmin torpaq sahəsinin Talehin olduğunu bildirmişdir. Ədalət torpaq sahəsinin sənədlərini təxminən 2-3 aya hazırlayıb verəcəyinə söz vermiş, Taleh etiraz etməmiş və bundan sonra onlar Ədalətdən ayrılmışlar. Lakin Təqsirləndirilən şəxs dediyi vaxtda torpaq sahəsinin sənədlərini hazırlayıb verməmiş, bundan sonra Taleh tez-tez ona zəng edib torpaq sahəsi ilə maraqlanmış, o, hər dəfə Talehə narahat olmamasını, torpaq sahəsinin onunku olduğunu və gedib orada işlərini görməsini deyərək arxayın etmişdir. Buna görə də Taleh həmin torpaq sahəsində olan çökək yerləri düzləmək məqsədi ilə ora bir neçə maşın torpaq tökdürmüş, 2018-ci ilin noyabr ayının axırlarında torpaq sahəsinin ətrafını dəmir torla hasara almaq istəyəndə isə Xaçmaz rayonu Mürşüd-oba kəndində yaşayan və Roma kimi tanıdıqları Rübail Cəfərov həmin torpaq sahəsinin sənədə əsasən ona məxsus olduğunu demişdir. X6 həmin torpaq sahəsini 2014-cü ilin yay aylarında bələdiyyə sədri Təqsirləndirilən şəxs 2000 manata aldıqlarını deyəndə Rübail Cəfərov həmin torpaq sahəsinə dair sənədləri göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs Talehi aldatması və qeyd olunan torpaq sahəsini ona verəcəyi adı ilə 2000 manat məbləğində pulunu ələ keçirməsi məlum olmuşdur. Buna görə də məsələni araşdırmaq məqsədi ilə Taleh Ədaləti axtarmağa başlamış, o, Ədalətin özü ilə üzbəüz görüşə bilməsə də, bir neçə dəfə telefon əlaqəsi saxlayıb niyə görə ona qarşı belə bir hərəkət etdiyini soruşmuş və verdiyi pulu qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə guya Talehə daha yaxşı yerdən torpaq sahəsi verəcəyinə söz vermiş, sonradan isə o, ümumiyyətlə Talehin telefon zənglərinə cavab verməmiş və qaçıb gizlənməyə başlamış, buna görə də Taleh xx xxxxxx 2018-ci il tarixdə onun barəsində Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə anket məlumatında qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Xaçmaz rayonu Sabir-oba kənd sakini Şahid1 tanıyır. Adları çəkilən şəxslərin hər ikisi ilə münavsibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Şahid1 Xaçmaz rayonu Müşkür kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayından tanıyır. Lakin həmin vaxta kimi Zərərçəkmiş şəxsla onun arasında heç bir münasibət olmamışdır. Belə ki, 2014-cü ilin yay aylarında Təqsirləndirilən şəxs Xaçmaz rayonu Mürşüd-oba bələdiyyəsinin sədri vəzifəsində işlədiyi ərəfədə Xaçmaz rayonu Mürşüd-oba bələdiyyəsinin balansında olan və Xaçmaz rayonu Mürşüd- oba kəndi ilə Sabir-oba kəndi arasında yerləşməklə Çiləgir kəndinə gedən yolun kənarındakı ərazidən fərdi yaşayış evi tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi verilməsi üçün ona müraciət etmiş və rəsmi sənədlər əsasında qeyd olunan ərazidən 0,07 ha ölçüdə torpaq sahəsi almışdır. Həmin ərazidə ondan başqa daha bir neçə şəxsə, o cümlədən onun qonşuluğunda Xaçmaz rayonu Çiləgir kəndindən olan X2 da həyətyanı torpaq sahəsi verilmiş, lakin maddi vəziyyəti ilə bağlı bir neçə il həmin torpaq sahəsində heç bir iş görə bilməmişdir. 2018-ci ilin noyabr ayının sonlarında torpaq sahəsin gedəndə Zərərçəkmiş şəxs ona verilmiş həmin torpaq sahəsinin ətrafını dəmir torla hasara almaq istədiyini görmüş, həmin torpaq sahəsinin ona məxsus olduğunu deyəndə Zərərçəkmiş şəxs torpaq sahəsini 2014-cü ilin iyul ayının ortalarında bələdiyyə sədri Təqsirləndirilən şəxs 2000 manata aldığını demişdir. Ondan torpaq sahəsi ilə bağlı sənədinin olub-olmadığını soruşanda isə o, torpaq sahəsi üçün hələ heç bir sənədinin olmadığını bildirmişdir. Həmin torpaq sahəsinə görə özünə verilmiş müvafiq sənədləri Zərərçəkmiş şəxs göstərmiş və bundan sonra o, heç bir söz demədən çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Zərərçəkmiş şəxs verəcəyinə söz verməsi sonradan ona məlum olmuş və Zərərçəkmiş şəxs həmin torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini bilmişdir. Lakin şəxsən özü həmin torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olmuş söhbətlər barədə ətraflı heç nə bilməmiş və bununla bağlı heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə anket məlumatında qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin ailə üzvləri ilə birlikdə özlərinə məxsus həyətyanı və pay torpaq sahələrində çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs uşaq yaşlarımdan tanıyır. O, həmkəndlisi olmaqla 2014-cü ilə kimi Xaçmaz rayonu Çiləgir kənd bələdiyyəsinin, 2014-cü ildən 2017-ci ilə kimi isə Xaçmaz rayonu Mürşüd-oba kənd Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Xaçmaz rayonu Sabir-oba kənd sakini Şahid1 və onun Xaçmaz rayonu Müşkür kəndindən olan kürəkəni Zərərçəkmiş şəxs da tanımış, adları çəkilən şəxslərin hər üçü ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. O, özü 2014-cü ilin yay aylarında Xaçmaz rayonu Mürşüd-oba kəndi ilə Sabir-oba kəndlərinin arasındakı ərazidən, Çiləgir kəndinə gedən yolun kənarından fərdi yaşayış evi tikmək məqsədi ilə 0,07 ha həyətyanı torpaq sahəsi almış və qeyd olunan torpaq sahəsi ona həmin ərəfədə Mürşüd-oba bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Bununla bağlı müvafiq sənədləri var və hazırda həmin ərazidə fərdi yaşayış evinin tikintisi ilə məşğul olur. Qeyd olunan ərəfədə həmin ərazidən ondan başqa daha bir neçə şəxsə, o cümlədən onun qonşuluğunda Şahid1 qohumu Zərərçəkmiş şəxs da torpaq sahəsi verilmişdir. Lakin Zərərçəkmiş şəxs verilmiş torpaq sahəsində Xaçmaz rayonu Mürşüd-oba kəndindən olan Roma kimi tanıdığı Rübail Cəfərov tərəfindən ev tikildiyi sonradan ona məlum olmuşdur. Şəxsən özünün bununla bağlı heç bir məlumatı olmasa da, Xaçmaz RPŞ-nə dəvət olunanda Zərərçəkmiş şəxs verilmiş torpaq sahəsini Təqsirləndirilən şəxs sonradan Rübail Cəfərova satması və buna görə də Zərərçəkmiş şəxs onun barəsində Xaçmaz rayon prokurorlduğuna şikayət ərizəsi verməsini bilmişdir. Lakin şəxsən özü qeyd olunan torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan söhbətlər barədə ətraflı heç nə bilməmiş və bu barədə hər hansı bir məlumatı olmamışdır. İşdə olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd İƏD-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən və Xaçmaz rayon Məhkəməsindən alınmış hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 7(067) 130/2018-ci il saylı qərarına əsasən 3800 manat cərimə cəzası aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzası ilə əvəz olunmuşdur. İşdə olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) il, 05(beş) ay 24 (iyirmi dörd gün) müddətinə islah işləri cəzası çəkilməmiş qalmışdır. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödəmiş, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Mürşüdoba Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə bələdiyyə sədri kimi əhaliyə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı həyətyanı torpaq sahələrinin təkbaşına satılmasını həyata keçirmək səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə Xaçmaz rayonu Müşkür kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə ona Xaçmaz rayonu Mürşüd-oba bələdiyyəsinə aid olmaqla Xaçmaz rayonu Mürşüd-oba və Sabir-oba kəndləri arasında yerləşən ərazidən fərdi yaşayış evi tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi verəcəyini vəd edib aldadaraq 2014-cü ilin iyul ayının ortalarında Xaçmaz rayonu Mürşüd-oba kəndində 2000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin ittiham edilən cinayət əməllərini törətməsi zərərçəkmişin və şahid ifadələri ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarxli, 721 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzalar qismən, toplanılmaq yolu ilə, o, qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, bundan sonra Xaçmaz rayon məhkəməsinin 7(067)-130/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarına əsasən 3800 manat cərimə cəzası aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Hal-hazırda məhkum Təqsirləndirilən şəxs 01 il 05 ay 24 gün müddətinə islah işləri çəkilməmiş cəzası qalmışdır. Əvvəlki hökm üzrə təyin edilmiş əlavə cəzaya münasibətdə məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qanunun həmin tələbləri baxımından Təqsirləndirilən şəxs, ona Xaçmaz rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş əlavə cəza olan 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü; Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü bərabər tutulur; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz şəhərinin ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək01 (bir) ilmüddətinədövlət və yerli özünüidarə orqanlarında rəhbər vəmaddiməsulvəzifə tutma hüququndan məhrum edilməklə02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hazırkı cəza Təqsirləndirilən şəxs əvvəlki hökm və qərar üzrə təyin edilmiş və çəkilməmiş qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5, 66.4, 68.1.3 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq əsas cəzalar qismən toplanılmaqla, əlavə cəza isə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) ilmüddətinədövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz şəhərinin ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmazrayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar