Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-99/2020 11.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ET D İ: Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə saat 15 radələrində işıqlı şəraitdə özünə məxsus «VAZ-21124» markalı, 0652HM05 dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Xaçmaz-Niyazabad kənd yolu ilə Niyazabad kəndi istiqamətində hərkətdə olarkən Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməyərək həmin yolun Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarı ilə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ baldırın içəri yan bağlarının qırılması ilə hər iki sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuramaya aid xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx xxx 2019-cu il tarixdə saat 15 radələrində özünə məxsus «VAZ-21124» markalı avtomobili idarə edib Xaçmaz-Niyazabad kənd yolu ilə Niyazabad kəndi istiqamətində hərəkətdə olarkən həmin yolun Qaraqurtlu kəndi ərazisindən keçən hissəsinə çatdıqda yolun kənarı ilə velosipedçinin hərəkət etdiyini görmüş, həmin velosipedçiyə çatmağa təxminən 30 metr qalmış arxadan gələn VAZ- 21099 markalı avtomobil onu ötüb keçmişdir. VAZ-21099 markalı avtomobil onu ötüb keçərkən toz qaldırdığı üçün o, velosipedçini görə bilməmiş, yalnız yaxın məsafədə velosipedçinin yolun sağ kənarı ilə hərəkət etdiyini görmüş, əyləci basıb avtomobili saxlamaq istəsədə hadisənin qarşısını ala biməyərək velosipedçi- Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomaşının qabaq sağ hissəsi ilə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. O, avtomaşını saxlayıb düşərək Zərərçəkmiş şəxs yerdən qaldırıb həmin yolla hərəkətdə olan Elyar adlı şəxin idarə etdiyi avtomobilə əyləşdirərək Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yola salmışdır. Daha sonra özü də xəstəxanaya getmişdir. Xəstəxanada Fizulinin hadisə nəticəsində sağ ayağının sındığını bilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin müalicəsi ilə bağlı lazım olan bütün maddi köməkliklərini etmiş və onlar arasında hazırda barışıq əldə olunmuşdur. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Barışmaları nəzərə alınmaqla barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx xxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində velosipedinə əyləşib Xaçmaz-Niyazabad avtomobil yolunun sol kənarı ilə yaşadığı kəndin yaxınlığında yerləşən özünə məxsus bağ sahəsinə gedərkən həmin yolun Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən küçən hissəsinə çatdıqda arxadan iki avtomobilin gəldiyini görüb yolun sağ kənarına keçmişdir ki, həmin avtomobillər ötüb getsinlər. Yolun sağ kənarına çatdıqda arxadan gələn avtomobillərdən biri sağ yan tərəfindən onu vurmuş və nəticədə o, zərbədən yerə yıxılaraq ayaq nahiyəsindən xəsarət almışdır. Onu avtomaşını ilə vurmuş sürücü, Xaçmaz şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs dərhal avtomaşını saxlayıb onu yerdən qaldırıb, yoldan keçən başqa bir avtomaşına əyləşdirərək Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yola salmışdır. Xəstəxanada ona baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağ ayağının baldır hissədən sındığı məlum olmuşdur. Hadisədən bir qədər sonra Elxan özü də xəstəxanaya gəlib onun səhhəti ilə maraqlanmış və onun müalicəsi üçün lazım olan bütün maddi köməkliklərini göstərmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, hal-hazıda onlar barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, xx xxx 2019-cu il tarixdə günorta saatlarında Xaçmaz rayonunun Gülalan kəndi ərazisində yerləşən əkin sahəsinə getmək məqsədilə özünə məxsus VAZ 21099 markalı avtomobillə evdən yola çıxmışdır. Xaçmaz-Niyazabad kənd yolu ilə Niyazabad kəndi istiqamətində hərəkətdə olarkən həmin yolun Qaraqurtlu kəndi ərazisindən keçən hissəsinə çatdıqda yolun sağ kənarı ilə bir velosipedçi, ondan bir qədər arxada isə VAZ-21124 markalı, 0652HM05 qeydiyyat nişanlı avtomobil Niyazabad kəndi istiqamətində hərkətdə olmuşlar. VAZ-21124 markalı 0652HM05 qeydiyyat nişanlı avtomobil velosipedçinin bərabərinə çatdıqda avtomobilin ön tərəfi arxadan velosipedə dəymiş və velosipedçi yerə yıxılmışdır. O, həmin yerə gəlib avtomobili saxlamış və baxdıqda velosipedçinin onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs olduğunu, hadisə törədən şəxsin isə VAZ-21124 markalı avtomobili isə Xaçmaz şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Elxan maşından dərhal düşərək Fizulini yerdən qaldırıb onun avtomobilinə əyləşdirmiş və ondan Fizulini xəstəxanaya aparmasını xahiş etmiş, özü də xəstəxanaya gələcəyini demişdir. O, etiraz etməyərək avtomobilini hərəkətə gətirərək Fizulini Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Fizulinin ayağının sındığı ona məlum olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ baldırın içəri yan bağlarının qırılması ilə hər iki sümüyünün qapalı sınığı bərk küt əşya təsirindən törənməklə, xx xxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 8/412 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21124 markalı 0652HM05 qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş matriallarına olan hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Xaçmaz- Niyazabad kənd yolunun Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisindən keçən hissəsidir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz rayonu, Niyazabad kəndi istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfaltbeton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Həmin yerdə yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun sağ tərəfində olan ehtiyat hissəsinin eni 1,3 metr, sol tərəfində olan ehtiyat hissəsinin eni isə 1,4 metrdir. Hadisə baş verdiyi yerdə yolun sağ tərəfində bağ sahələri yerləşir, sol tərəfi isə açıq sahədir. Hadisə ərəfəsində “Vaz 21124” markalı, 0652HM05 qeydiyyat nişanlı avtomobil Xaçmaz-Niyazabad kənd yolu ilə Niyazabad kəndi istiqamətində, velosipedçi isə yolun sağ kənarı ilə eyni istiqamətdə hərkətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X5 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2207 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 saylı ünvanda qeydiyytatda olmaqla ünvan 3 a ünvanında anası X1, qardaşı X2 və arvadı Nöhbalayeva Aynurə Qülbala qızı ilə birlikdə yaşayır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X5 üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri müsbət səiciyyələndirilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barışdıqlarını bildirməklə, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığından, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinixahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 129 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayəti işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar olaraq qərar Xaçmaz Rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə məhkəmə ekspertiza xərcinin dəyəri- 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasənTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcinin dəyəri- 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-99/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-99/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver