Məhkəmə qərarları › İş №1(067)-99/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-99/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-99/2021 24.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1989-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 228.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 may 2020ci il tarixdə gecə saat 01 radələrində Şabran rayonu ərazisində Zərərçəkmiş şəxs1 məxsus VAZ-21099 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək Xaçmaz rayonuna gəlmiş, Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobildən düşüb gedərkən avtomobilin arxa oturacağının üstündə olan Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin cibindən içərisində vətəndaşın digər mühüm şəxsi sənədi olan 25 manat dəyərində 01 ədəd AE 112857 nömrəli sürücülük vəsiqəsi, 25 manat dəyərində 01 ədəd AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsi və 01 ədəd ƏN-İV 354530 nömrəli etibarnamə, həmçinin Kapital Banka aid hər bir ədədinin qiyməti 8 manat olmaqla 16 manat dəyərində 02 ədəd **********394652 nömrəli və **********329580 nömrəli Visa electron/Maestro plastik kartları, Unibanka aid hər bir ədədinin qiyməti 10 manat ollmaqla 20 manat dəyərində 02 ədəd **********999137 nömrəli və **********404048 nömrəli «Albalı plus» debet plastik kartları olan pul kisəsini tamah məqsədi ilə talamaqla həmin tarixdə gecə saat 03:36:26, 03:37:43 və 03:38:51-də Kapital Banka aid **********394652 nömrəli Visa electron/Maestro plastik kartını Xaçmaz rayonu Qaraqurtlu kəndi Z.Əliyeva küçəsində, Xaçmaz-Niyazoba avtomobil yolunun kənarında yerləşən «Məşəl» market mağazasının qarşısında quraşdırılmış Kapital Banka aid bankomata daxil edib üzərində yazılmış identifikasiya nömrəsindən (pin kodundan) istifadə edərək Zərərçəkmiş şəxs1 hesabından 200 manat, 80 manat və 90 manat məbləğində pulu üç dəfəyə çıxarmaqla ona ümumilikdə 456 (dörd yüz əlli altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, bununla da o, vətəndaşın digər mühüm şəxsi sənədini talamış və elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 24 avqust 2020-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən «Əsma» mağazasının qarşısından X1 məxsus 150 manat dəyərində 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 27 avqust 2020-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən Xaçmaz rayon Məşğulluq Mərkəzinin inzibati binasının qarşısından Zərərçəkmiş şəxs5 məxsus 150 manat dəyərində 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 01 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 69 saylı evin darvazasının qarşısından Zərərçəkmiş şəxs8 məxsus 154 manat dəyərində 01 ədəd 28 ölçülü «Saft» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri İ.Qayıbov küçəsində yerləşən «Quru meyvələr» mağazasının qarşısından Zərərçəkmiş şəxs6 məxsus 160 manat dəyərində 01 ədəd 28 ölçülü «Pilot-Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının arxa tərəfindəki giriş hissəsinin yaxınlığından Zərərçəkmiş şəxs10 məxsus 160 manat dəyərində 01 ədəd 28 ölçülü «Pilot- Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 noyabr 2020-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində yerləşən 59 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin damındakı nəfəslikdən içəri girərək oradan 180 manat dəyərində 01 ədəd 82 sm dioqanallı «LG» markalı televizoru və 15 manat dəyərində 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiveri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 195 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 10 noyabr 2020-ci il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs11 məxsus Xaçmaz şəhəri Qaçaq Nəbi küçəsi, yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik pəncərəsinin şüşəsini sındırıb içəri girərək oradan 700 manat dəyərində 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizoru gizli olaraq talamış, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 noyabr 2020-ci il tarixdə saat 08 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri Ş.Sultanov küçəsində yerləşən 24 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin həyətindəki tikiliyə girərək oradan 420 manat dəyərində 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüteri gizli olaraq talamış, bununla da o, təkrarən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 17 noyabr 2020-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs9 məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 160 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra plastik materialından olan pəncərəni itələyib açmaqla evə girərək oradan 180 manat dəyərində 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizoru, 50 manat dəyərində 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonu və 45 manat məbləğində nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 ümumilikdə 275 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 noyabr 2020-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Xaçmaz rayonu Palçıq-oba kəndində yerləşən «İnternet klub»a plastik materialından olan pəncərəni itələyib açmaqla qanunsuz daxil olub oradan hər bir ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd «Sony» PlayStation-3 markalı oyun aparatlarını gizli olaraq talamış, bununla da o, təkrarən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 1986-cı ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 01 ədəd 5,45 mm kalibrli, ******* №-li, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu avtomat silahı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı olan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı Xaçmaz şəhəri M.Hüseyn küçəsi dalan 1-də yerləşən 3 saylı evdə döşəmənin altında gizlədərək saxlamış və 02 mart 2021ci il tarixdə saat 21:40 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərkən döşəmənin altından qeyd olunan 01 ədəd avtomat silah, həmin silaha aid 30 ədəd patron və 01 ədəd daraq aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti ağır olduğundan 16 may 2020-ci il tarixdə gecə saat 01 radələrində Şabran rayonu ərazisində Zərərçəkmiş şəxs1 məxsus VAZ-21099 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək Xaçmaz rayonuna gəlmiş, Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobildən düşüb gedərkən avtomobilin arxa oturacağının üstündə olan Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin cibindən içərisində 1 ədəd AE 112857 nömrəli sürücülük vəsiqəsi, 1 ədəd AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsi və 1 ədəd ƏN-İV 354530 nömrəli etibarnamə, həmçinin Kapital Banka aid 2 ədəd **********394652 nömrəli və **********329580 nömrəli Visa electron/Maestro plastik kartları, Unibanka aid 02 ədəd **********999137 nömrəli və **********404048 nömrəli «Albalı plus» debet plastik kartları olan pul kisəsini götürmüş, həmin tarixdə gecə saatlarında Kapital Banka aid **********394652 nömrəli Visa electron/Maestro plastik kartını Xaçmaz rayonu Qaraqurtlu kəndi Z.Əliyeva küçəsində yerləşən «Məşəl» market mağazasının qarşısında quraşdırılmış Kapital Banka aid bankomata daxil edib üzərində yazılmış identifikasiya nömrəsindən istifadə edərək üç dəfəyə ümumilikdə 456 manat məbləğində pulu çəkmiş, əldə etdiyi pulu ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Oğurladığı sənədləri və plastik kartları isə pul kisəsi ilə birlikdə Xaçmaz-Niyazoba yolunun dəmir yolu xəttinin üstündən keçən hissəsindəki körpünün altında gizlətmiş, sonradan Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları hər şeyi olduğu kimi etiraf edərək içərisində sənədlər və plastik kartlar olan pul kisəsini gizlətdiyi yerdən götürüb təqdim etmişdir. Bundan başqa 24 avqust 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən «Əsma» mağazasının qarşısından X1 məxsus 1 ədəd 28 ölçülü «Stels» markalı velosipedi gizli olaraq oğurlamış, oğurladığı həmin velosipedi sonradan Şabran şəhərində tanımadığı bir nəfər şəxsə 80 manata sataraq pulunu ehtiyaclarına xərcləmişdir. Həmçinin 27 avqust 2020-ci il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən Xaçmaz rayon Məşğulluq Mərkəzinin inzibati binasının qarşısından Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 28 ölçülü «Stels» markalı velosipedi gizli olaraq oğurlayıb sürərək Şabran şəhərində velosiped təmiri və alqı-satqısı ilə məşğul olan Rufulla adlı şəxsə öz malı kimi təqdim edib 70 manata sataraq pulunu ehtiyaclarına xərcləmişdir. Bundan başqa 01 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 69 saylı evin darvazasının qarşısından Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd 28 ölçülü «Saft» markalı velosipedi gizli olaraq oğurlayıb Şabran şəhərinə aparmış, həmin velosipedi Rufulla adlı şəxsə öz malı kimi təqdim edib 120 manata sataraq pulunu ehtiyaclarına xərcləmişdir. Bundan başqa 11 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Xaçmaz şəhəri İ.Qayıbov küçəsində yerləşən «Quru meyvələr» mağazasının qarşısından Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd 28 ölçülü «Pilot-Stels» markalı velosipedi gizli olaraq oğurlayıb Şabran şəhərinə aparmış, həmin velosipedi də Rufullaya öz malı kimi təqdim edib 120 manata sataraq pulunu ehtiyaclarına xərcləmişdir. Bundan başqa 29 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının arxa tərəfindəki giriş hissəsinin yaxınlığından Zərərçəkmiş şəxs10 məxsus 1 ədəd 28 ölçülü «Pilot-Stels» markalı velosipedi oğurlayıb bir müddət sürərək Xaçmaz şəhəri dəmiryolu vağzalı yaxınlığında tanımadığı şəxsə yadında qalmayan qiymətə satmışdır. Bundan başqa 08 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində yerləşən 59 saylı evin həyətinə hasardan aşmaqla daxil olub evin damındakı nəfəslikdən içəri girərək oradan 1 ədəd 82 sm dioqanallı «LG» markalı televizoru və 1 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiveri gizli oğurlamış, həmin əmlakları elə həmin gün Xaçmaz şəhərində Bəhruz adlı şəxsə təxmini olaraq yadında qalan 100-150 manata satmışdır. Bundan başqa 10 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs11 məxsus Xaçmaz şəhəri Qaçaq Nəbi küçəsi, yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan aşmaqla daxil olub, evin plastik pəncərəsinin şüşəsini sındırıb içəri girərək oradan 1 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizoru gizli olaraq oğurlayıb, həmin televizoru Xaçmaz rayonunun Qaraqurtlu kəndində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ona olan borcunun əvəzinə vermişdir. Daha sonra 13 noyabr 2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri Ş.Sultanov küçəsində yerləşən 24 saylı evin həyətinə hasardan aşıb evin həyətindəki tikiliyə girərək oradan 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüteri oğurlamış, sonradan həmin kompüteri Xaçmaz şəhərində Bəhruz adlı şəxsə 100 manata satmış, lakin kompüterin oğurluq olması barədə ona heç nə deməmişdir. Bundan başqa 17 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 160 saylı evin həyətinə hasardan aşmaqla daxil olub, plastik pəncərəni itələyib açaraq evə girib oradan 1 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizoru, 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonu və 45 manat məbləğində nağd pulu oğurlamış, oğurladığı televizoru da Xaçmaz şəhərində yaşayan «Qoçu» ləqəbi ilə tanınan Bəhruz adlı şəxsə 160 manata satmış, oğurladığı telefon isə nasaz olduğundan özündə qalmış və sonradan polis əməkdaşları tərəfindən saxlanılarkən həmin telefonu onlara təqdim etmişdir. Oğurladığı pulu və televizorun satışından əldə etdiyi pulları öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Bundan başqa 21 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Xaçmaz rayonu Palçıq-oba kəndində yerləşən «İnternet klub»a pəncərəni itələyib açmaqla daxil olub oradan 02 ədəd «Sony» PlayStation-3 markalı oyun aparatlarını gizli olaraq oğurlamış, onları da Bəhruz adlı tanışına öz malı kimi təqdim edib 170 manata satmışdır. 2020-ci ilin təxminən noyabr ayının əvvəllərində Şabran şəhəri ərazisində olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görmüş, axtarışda olduğu üçün onu tutmaq istədiklərini fikirləşib həmin yerdən qaçmışdır. Qaçarkən polis əməkdaşları da arxasınca düşmüş, bir qədər qaçdıqdan sonra avtomobil yolunu keçib meşəlik əraziyə girərək gizlənmiş və polis əməkdaşları onu tapa bilməmişlər. Sonra meşədən çıxmaq istədikdə ağacın dibində bir ədəd torba olduğunu görmüş, onu götürüb açdıqda içərisində bir ədəd avtomat silah, onun qundağı, darağı və darağın içərisində isə güllələr olduğunu görmüşdür. O, avtomat silahı və onun hissələrini yenidən torbanın içərisinə yığaraq torbanı götürüb yolun kənarına çıxmış, oradan yol avtomobili ilə Xaçmaz şəhərinə gələrək tapdığı avtomat silahla onun hissələrini yaşadığı evdə döşəmənin altında gizlətmişdir. 02 mart 2021-ci il tarixdə təxminən saat 22 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onu yaxalamış və bundan sonra o, video çəkiliş vasitəsi ilə evdə, döşəmənin altında saxladığı həmin avtomat silahı, darağı və patronları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin silah və onun hissələri qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs1 Şahir oğlu 24 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etdikdən sonra məhkəməyə ərizəsini təqdim edərək Göranboy rayonunun Xoylu kəndində yaşamaqla yol məsafəsi uzaq olduğundan və bu səbəbdən məhkəməyə gəlib-getmək çətinlik yaratdığından növbəti məhkəmə hazırlıq, məhkəmə baxışı iclaslarında iştirak edə bilməyəcəyini, ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ziyanı təqsirləndirilən şəxsdən tələb etdiyini, təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu bildirməklə məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə digər proses iştiraçılarının fikrini dinləyərək Zərərçəkmiş şəxs1 Şahir oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilməklə məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs1 Şahir oğlu göstərmişdir ki, 16 may 2020-ci il tarixdə gecə saat 01 radələrində özünə məxsus VAZ-21099 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Şahid1 ilə birlikdə Bakı şəhərindən Xaçmaz rayonuna gələrkən Şabran rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında, yolun kənarında dayanmış tanımadığı bir nəfər ona əl etdiyindən avtomobili saxlamış və həmin şəxs ona yaxınlaşaraq Xaçmaz şəhərinə getmək istədiyini bildirmişdir. O, etiraz etməmiş, həmin şəxsə özlərinin də Xaçmaz rayonuna getdiklərini demiş və onun avtomobilə əyləşməsinə icazə vermişdir. İş yoldaşı Şahid1 onun yanında, qabaq sərnişin yerində oturduğundan həmin şəxs avtomobildə arxa oturacaqda əyləşmiş və bundan sonra o, Xaçmaz rayonu istiqamətində hərəkətini davam etdirmişdir. Xaçmaz şəhərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısına çatdlqda həmin şəxs ondan avtomobili saxlamağı xahiş etdiyindən o, avtomobili saxlamış və həmin şəxs avtomobildən düşüb getmişdir. Bundan sonra o, yoluna davam etmiş və qaldıqları Xaçmaz rayonu Müzəffər-oba kəndinə getmişdir. Səhər saat 08:10 radələrində mobil telefonuna baxdıqda ona SMS gəldiyini görmüş və SMS-i oxuyanda "xxxx" Banka aid maaş kartından 370 manat məbləğində pulunun Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində quraşdırılmış bankomatdan çıxarılması ona məlum olmuşdur. Özünə məxsus plastik kartlar və digər sənədlər olan pul kisəsini avtomobildə saxladığı gödəkçəsinin cibində olduğundan dərhal düşüb avtomobilin arxa oturacağının üstündəki gödəkçəsinin cibinə baxmış, içərisində sürücülük vəsiqəsi, etibarnamə, avtomobilə aid qeydiyyat şəhədətnaməsi, üzərində kod yazılmış 02 ədəd "xxxx" banka aid və 02 ədəd «Unibank»a aid plastik kartları olan pul kisəsinin oğurlandığını görmüşdür. Bundan sonra axşam Bakı şəhərindən gələrkən Şabran rayonu ərazisində avtomobilə götürdüyü şəxsin ona məxsus sənədləri və kartları oğurladığını bilmişdir. Buna görə də əvvəlcə istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 göstərdi ki, 10 noyabr 2020-ci il tarixdə saat 20 radələrində evdə olduğu zaman Xaçmaz rayonu Qaraqurtlu kəndində onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yanına gələrək özü ilə 1 ədəd «Samsung» markalı 107 sm dioqanallı televizor gətirmiş, söhbət əsnasında Namiq həmin televizoru ona olan 400 manat borcunun əvəzinə götürməsini təklif etmişdir. O, etiraz etməyib razılaşmış, Namiq televizora görə ona əlavə olaraq 150 manat məbləğində pul verməli olduğunu dedikdə onunla razılaşıb elə həmin gün Namiqə 100 manat pul vermiş, qalan 50 manat pulu 2-3 günə çatdıracağını bildirmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri Ş.Sultanov küçəsi 24 ünvanında yerləşən evində işlədiyi zaman Namiq ora gələrək ona borclu qaldığı 50 manat pulu istəmişdir. Namiqə 50 manatı vermiş və o, çıxıb getmişdir. 13 noyabr 2020-ci il tarixdə səhər saatlarında işləmək üçün Xaçmaz şəhəri Ş.Sultanov küçəsi 24 ünvanında yerləşən evinə gəlib qapını açaraq içəri daxil olarkən masanın üzərində saxladığı, təxminən iki il bundan əvvəl işlənmiş vəziyyətdə 350 manata aldığı «Toshiba» markalı nootbuk kompüterin yerində olmadığını görmüşdür. Qardaşı oğlu Kamran Ağasıyev həmin otağın qapısının açarının yerini bildiyindən və arabir gəlib həmin kompüterdən istifadə etdiyindən kompüteri Kamranın götürdüyünü fikirləşmiş, buna görə dərhal Kamrana zəng edib bu barədə maraqlandıqda Kamran kompüteri götürmədiyini, lakin axşam Təqsirləndirilən şəxs onlar tərəfdə gördüyünü bildirmişdir. Kamrana bir neçə gün əvvəl Təqsirləndirilən şəxs borcunun əvəzində ona bir ədəd «Samsung» markalı televizor verdiyini dedikdə Kamran bir neçə gün əvvəl Namiqin onun iş yoldaşı Təbrizin qardaşı Zərərçəkmiş şəxs11 evindən bir ədəd «Samsung» markalı televizor oğurladığını bildirmişdir. Namiqin verdiyi televizorun oğurluq olmasına əmin olmaq üçün Kamrandan iş yoldaşını götürüb onun evinə gəlməsini və televizora baxmalarını xahiş etmişdir. Telefon zəngindən təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs11 onun evinə gəlmiş, o, televizoru görən kimi tanımış və televizorun ona məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs ona məxsus «Toshiba» markalı kompüteri masanın üzərində gördüyündən və ondan başqa onun evinə heç kim gəlmədiyindən həmin kompüterin də Namiq tərəfindən oğurlandığına əmin olmuş, bundan sonra həm özü, həm də Zərərçəkmiş şəxs11 Xaçmaz rayon Polis Şöbəsinə zəng edib bu barədə məlumat vermişlər. Polis əməkdaşları gəldikdən sonra o, Namiqin borcunun əvəzində ona verdiyi televizoru onlara təqdim etmişdir. Həmçinin polis əməkdaşlarına 13 noyabr 2020-ci il tarixə keçən gecə Namiqin onun evindən də 01 ədəd kompüter oğurladığını bildirmiş və bununla bağlı ərizə vermişdir. Sonradan araşdırma ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda artıq Namiqin də polis şöbəsində olduğunu görmüş, polis əməkdaşlarının yanında o, özü 13 noyabr 2020-ci il tarixə keçən gecə onun Xaçmaz şəhəri Ş.Sultanov küçəsi 24 ünvanında yerləşən evindən 01 (bir) ədəd «Toshiba» markalı nootbuk kompüteri oğurladığını etiraf etmişdir. Sonradan ona məxsus oğurlanmış əmlak müəyyən edilərək ibtidai istintaq zamanı ona qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 21 noyabr 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı kənddə icarə əsasında işlətdiyi internet klubdakı televizoru götürüb evə aparmaq məqsədi ilə kluba getmiş, giriş qapısını açıb içəri daxil olaraq televizoru götürdükdə ona qoşulmuş bir il əvvəl aldığı 02 ədəd «Sony» Playstation- 3 markalı oyun aparatlarının yerində olmadığını müəyyən etmişdir. İnternet klubun arxa tərəfinə baxan pəncərələri yoxladıqda plastik materialdan olan pəncərələrdən birinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra xəstəxənada olarkən kiminsə həmin pəncərədən internet kluba daxil olduğunu və oyun aparatlarını oğurladığını başa düşmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək bu barədə əlavə ərizə ilə müraciət etmişdir. Müraciəti ilə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində internet klubdan ona məxsus iki ədəd «Playstation» markalı oyun aparatlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Ona məxsus əmlaklar ibtidai istintaq zamanı ona geri qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 05 noyabr 2020-ci il tarixdə Bakı şəhərinə getmiş və 10 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evə baxmaq üçün həmin ünvana getmişdir. Evə daxil olduqdan sonra içəridə olan səliqəsəhmanın pozulduğunu və əşyaların qarışdırıldığını görmüşdür. Otağa keçdikdə oradan 01 (bir) ədəd 82 sm dioqanallı «LG» markalı televizorun və bir ədəd peyk antenasına aid «Truman» markalı resiverin oğurlandığını müəyyən etmişdir. Həmin ərəfədə xəstə olmaqla müalicələr aldığından hadisə barədə dərhal polisə məlumat verə bilməmiş, sonradan 03 dekabr 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. İbtidai istintaq zamanı oğurlanmış əmlakların yeri müəyyən edilərək ona qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, 2020-ci ilin avqust ayının 20-də Xaçmaz şəhərində yerləşən mağazalardan birindən özü üçün 220 manata bir ədəd təzə «Stels» markalı, 28 ölçülü velosiped almış və həmin velosipedlə lazım olan yerlərə gedib-gəlmişdir. 27 avqust 2020-ci il tarixdə saat 11 radələrində işlə bağlı müraciət etmək məqsədi ilə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən Xaçmaz rayon Məşğulluq Mərkəzinə getmiş və velosipedi məşğulluq mərkəzinin inzibati binasının divarına söykəyib saxlayaraq içəri daxil olmuşdur. Mərkəzin işçilərindən iş olub-olmaması ilə bağlı maraqlandıqdan sonra dərhal binadan çölə çıxmış və həmin vaxt velosipedinin saxladığı yerdə olmadığını görmüşdür. Məşğulluq mərkəzinin inzibati binasına girib çıxdığı müddət ərzində kiminsə onun velosipedini oğurladığını bilmiş və buna görə də əvvəlcə dərhal istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan 2021-ci ilin yanvar ayında Polis Şöbəsinə dəvət olunduqda polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ona məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən edildiyi və həmin velosipedin aşkar edilərək götürüldüyü ona məlum olmuşdur. İbtidai istintaq zamanı oğurlanmış ona məxsus 1 ədəd velosiped ona qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, 2020-ci ilin təxminən may ayında işə gedib-gəlmək məqsədi ilə 250 manata bir ədəd 28 ölçülü «Stels» markalı velosiped almış və gündəlik olaraq həmin velosipedlə Xaçmaz şəhər mərkəzi bazar ərazisində, İ.Qayıbov küçəsində yerləşən «Quru meyvələr» mağazasına işə gedibgəlmişdir. 11 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində nahardan qayıdıb özünə məxsus velosipedi mağazanın qarşısında saxladıqdan sonra mağazaya daxil olmuş və yenidən işi ilə məşğul olmağa başlamışdır. Saat 17 radələrində mağazadan çölə çıxdıqda velosipedin saxladığı yerdə olmadığını görmüş, iki gün ərzində velosipedini axtarmış, lakin onu tapa bilməmişdir. Buna görə də velosipedin oğurlanmasına əmin olaraq 13 sentyabr 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə gedib velosipedin oğurlanması barədə ərizə vermişdir. 2021-ci ilin yanvar ayında Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ona məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən edilməsi məlum olmuşdur. İbtidai istintaq zamanı oğurlanmış ona məxsus 1 ədəd velosiped ona qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxs X2 göstərdi ki, təxminən 9 il bundan əvvəl bazarlığa gedib-gəlmək üçün 200 manata bir ədəd «Stels» markalı 28-lik velosiped almış və lazım olan yerlərə həmin velosipedlə gedib-gəlmişdir. 24 avqust 2020ci il tarixdə 9 il bundan əvvəl bazarlığa gedib-gəlmək üçün 200 manata aldığı «Stels» markalı 28-lik velosipedlə Xaçmaz şəhər mərkəzi bazarında yerləşən paltar mağazasına getmiş və velosipedi Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən paltar mağazası ilə üzbəüz yerləşən «Əsma» mağazasının qarşısında saxlayıb mağazaya daxil olmuşdur. Təxminən 15 dəqiqə mağazanın içərisində olmuş və bundan sonra mağazadan çıxıb evinə getmək üçün velosipedi saxladığı «Əsma» mağazasının qarşısına yaxınlaşdıqda velosipedin orada olmadığını görmüşdür. Ətrafda olan tanımadığı şəxslərdən mağazanın qarşısından kiminsə velosiped götürdüyünü görüb-görmədikləri ilə maraqlanmış və ətrafı axtarmış, lakin velosipedi tapa bilməmişdir. Velosipedin oğurlandığı ona məlum olaraq dərhal Xaçmaz rayon Polis Şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. 2021-ci ilin yanvar ayında Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ona məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən edildiyi və həmin velosipedin aşkar edilərək götürüldüyü ona məlum olmuşdur. İbtidai istintaq zamanı oğurlanmış ona məxsus 1 ədəd velosiped ona qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X2 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs8 göstərdi ki, 2020-ci ilin avqust ayının sonlarında atası Şahid2 onun üçün 400 manata bir ədəd «SAFT» markalı velosiped almışdır. 01 sentyabr 2020-ci il tarixdə anası Könül xalasıgilə getdiyini, qayıdanda ev üçün bazarlıq edəcəyini və yükü ağır olacağından velosipedlə onun qarşısına gəlməsini tapşırmışdır. Buna görə də o, saat 14:30 radələrində velosipedlə evdən çıxıb anasının qarşısına getmiş, yolda onunla qarşılaşıb əlindəki çantaları almış və velosipedə qoyaraq evə gətirmişdir. Evə çatdıqda velosipedi küçə tərəfdən darvazaya söykəmiş və çantaları götürüb həyətə keçmişdir. Təxminən 3-5 dəqiqə ərzində çantaları evə qoyub küçəyə çıxdıqda velosipedinin darvazanın qarşısında olmadığını görmüş və dərhal qonşuluqda yaşayan, lakin adını bilmədiyi şəxsə yaxınlaşıb ondan darvazanın qarşısından velosipedini kiminsə götürdüyünü görüb-görmədiyini soruşmuşdur. Həmin şəxs görmədiyini demiş və hətta onu öz avtomobilinə oturdub onunla birlikdə velosipedi tapmaq üçün ara küçələri axtarmağa başlamışdır. Lakin xeyli axtarsalar da, velosipedi tapa bilməmiş və bundan sonra həmin qonşu onun atası Fikrətə zəng edib bu barədə məlumat vermişdir. Telefon zəngindən bir qədər sonra atası işdən icazə alıb evə gəlmiş, o, hadisə barədə soruşduqda ona hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra atası Fikrət əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra isə o, bu barədə əlavə olaraq Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşları ona məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını müəyyən etmiş və velosiped həmin şəxsdən aşkar edilərək götürülmüşdür. Oğurlanmış velosiped ona qaytarılmışdır. Onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs9 göstərdi ki, 17 noyabr 2020-ci il tarixdə nahar vaxtı ailə üzvləri Xudat şəhərində yaşayan qohumlarının ad günü məclisinə getmiş, saat 18 radələrində o, özü də işdən çıxıb Xudat şəhərinə getmişdir. Həmin gün saat 22 radələrində ailə üzvləri ilə birlikdə Xudat şəhərindən öz evlərinə qayıtmış, həyətə daxil olduqda qonaq otağının plastik materialından olan pəncərəsində ayaqqabı izləri olduğunu görmüş və evdə olmadıqları müddət ərzində kiminsə evə girdiyindən şübhələnmişdir. Buna görə də dərhal evə daxil olub otaqları nəzərdən keçirməyə başlamış və qonaq otağına daxil olduqda divardan asdıqları 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizorun yerində olmadığını görmüşdür. Bundan sonra o, yataq otağına keçmiş, həmin otaqda səliqə-səhmanın pozulduğunu və əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Orada olan əşyaları nəzərdən keçirdikdə 1 ədəd «Samsung» GT S5230 markalı mobil telefonun yerində olmadığını müəyyən etmiş, bundan sonra evdə olmadıqları müddət ərzində naməlum şəxsin qonaq otağının pəncərəsindən içəri daxil olaraq televizoru və mobil telefonu oğurladığına tam əmin olmuşdur. Ona görə də evdə heç nəyə toxunmadan istifadəsində olan mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra isə Xaçmaz rayon Polis Şöbəsinə gələrək hadisə barədə əlavə olaraq ərizə ilə müraciət etmiş və bununla bağlı izahat vermişdir. Polis Şöbəsindən evə qayıtdıqdan sonra evdəki əşyaları bir daha diqqətlə nəzərdən keçirərkən otaqdakı dəmir kassanın açılaraq içsərisindəki pulların götürüldüyü və kassanın boş vəziyyətdə divanın arxa tərəfinə atıldığını görmüşdür. Bundan sonra evdən naməlum şəxs tərəfindən 01 ədəd televizor, 01 ədəd mobil telefon və kassanın içərisində olan təxminən 40-50 manat məbləğində pulun oğurlanması məlum olmuşdur. 2021-ci ilin fevral ayının əvvəllərində Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda keçirilmiş tədbirlər nəticəsində ona məxsus evdən televizorun, mobil telefonun və kassanın içərisindəki 40-50 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən edildiyi ona məlum olmuşdur. Oğurlanmış televizor, mobil telefon və pullar ona qaytarılmaqla dəymiş ziyan ona ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs10 göstərdi ki, 29 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində özünə məxsus «Stels» markalı 28 ölçülü velosipedlə təsərrüfat müdiri işlədiyi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına işə gəlmiş, velosipedi xəstəxananın arxa tərəfindəki həyətdə inzibati binaya qalxmaq üçün nəzərdə tutulmuş pilləkənə söykəyib saxladıqdan sonra xəstəxananın inzibati binasına daxil olmuş və öz işi ilə məşğul olmağa başlamışdır. Saat 15:10 radələrində velosipedi götürmək üçün getdikdə onun yerində olmadığını görmüş və ətrafda olan tanımadığı şəxslərdən pilləkənin yanından kiminsə velosiped götürdüyünü görüb-görmədikləri ilə maraqlanmışdır. Lakin bu barədə heç bir məlumat əldə edə bilməmiş və xəstəxananın içərisində olduğu müddət ərzində kiminsə velosipedini oğurladığına əmin olmuşdur. Buna görə də dərhal Xaçmaz rayon Polis Şöbəsinə gəlmiş və hadisə barədə ərizə vermişdir. Sonradan 2021-ci ilin yanvar ayında Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ona məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən edildiyi məlum olmuşdur. Ona məxsus velosiped geri qaytarılmamış və vurulmuş maddi ziyan təqsirləndirilən şəs Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və və ziyanını tələb edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs11 göstərdi ki, 10 noyabr 2020-ci il tarixdə təxminən saat 18 radələrində arvadı Aida və azyaşlı oğlu Salmanla birlikdə yaşadıqları evin qapı və pəncərələrini bağlayıb atasıgilə getmiş, iki saatdan sonra, yəni saat 20 radələrində öz evlərinə qayıtmışlar. Evə çatdıqda həyətə giriş darvazasının açıq, həyətə daxil olduqda isə evin işıqlarının sönmüş və mətbəxin plastik materialından olan pəncərəsinin şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşlər. Atasıgildə olduqları müddət ərzində kiminsə evlərinə girdiyindən şübhələnmiş, ona görə də evə keçməmiş mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Telefon zəngindən bir neçə dəqiqə sonra Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları evlərinə gəlmiş və onun özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı yataq otağından naməlum şəxs tərəfindən təxminən iki ay əvvəl mağazadan 700 manata aldıqları 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizorun oğurlandığı onlara məlum olmuş, polis əməkdaşları hadisə yerinə baxış keçirib bu barədə protokol tərtib etdikdən sonra özü də onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gedərək hadisə barədə əlavə olaraq şikayət ərizəsi vermişdir. Sonrada ona evlərindən telvizoru Təqsirləndirilən şəxs oğurlayaraq Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan Zərərçəkmiş şəxs2 satdığı ona məlum olmuş və bu barədə məlumatı Polis Şöbəsinə verdikdən sonra oğurlanmış televizor ibtidai istintaq zamanı ona qaytarılmaqla dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs11 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs8 onun oğludur. 2020-ci ilin avqust ayının sonlarında 400 manata oğlu Əli üçün bir ədəd «SAFT» markalı velosiped almışdır. 01 sentyabr 2020-ci il tarixdə günorta saatlarında oğlu əli küçədən gəldikdən sonra velosipedi küçə tərəfdən darvazaya söykəmiş və həyətə keçmişdir. Təxminən 3-5 dəqiqə ərzində çantaları evə qoyub küçəyə çıxdıqda velosipedinin darvazanın qarşısında olmadığını görmüş və dərhal ona telefonla zəng edib məlumat vermişdir. Bundan sonra o, əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra isə bu barədə əlavə olaraq Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşları tərəfindın oğluna məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmiş və velosiped həmin şəxsdən aşkar edilərək götürülmüşdür. Oğurlanmış velosiped onlara qaytarılmışdır. Məhkəmə ictintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs 17 noyabr 2020-ci il tarixdə saat 20 radələrində oğlu Zərərçəkmiş şəxs9 məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 160 saylı evin həyətinə daxil olub plastik pəncərəni itələyib açmaqla evə girərək oradan 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizoru, 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonu və 45 manat məbləğində nağd pulu oğurlamışdır. Polis Şöbəsinə tərəflərindən rəsmi qaydada müraciət olunduqdan sonra Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlakların yeri müəyyən edilərək geri qaytarılmış və ziyan ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi Şahid4 göstərdi ki, 02 mart 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat silah saxlaması barədə məlumat əldə etmiş və ona görə də həmin gün bu barədə raportla Xaçmaz rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi Xaçmaz rayon X9 Bölməsinin müstəntiqi X4 həvalə olunmuşdur. Bundan sonra həmin tarixdə saat 21 radələrində CABnin əməliyyat müvəkkilləri Şahid5, Şahid6, şöbənin KTQ-nun baş inspektor kriminalisti Şahid7 və müstəntiq Rəşad Babayevlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onları Təqsirləndirilən şəxs özü qarşılamış, müstəntiq Rəşad Babayev tərəfindən ona yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılmasından ötrü videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş və ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bundan sonra ona evdə odlu silah varsa onu təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onları evin içərisində sağ tərəfdə yerləşən otağa dəvət etmiş, əvvəlcə həmin otaqdakı döşəmənin üzərindəki xalçanı, sonra isə döşəmənin taxtalarından bir ədədini qaldıraraq döşəmənin altından 01 ədəd avtomat silah, 01 ədəd qundaq və içərisində patron olan 01 ədəd daraq çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi daraqdakı patronlar bir-bir boşaldılaraq sayılmış və darağın içərisində cəmi 30 ədəd patron olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomat silahı və onun hissələrini üç ay əvvəl Şabran rayonu ərazisində meşəlik sahədən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilərək götürülmüş avtomat silah və onun hissələri bir ədəd torbaya qoyularaq qablaşdırılmış və ağzı möhürlənməklə götürülmüşdür. Fakta bağlı müstəntiq Rəşad Babayev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert kriminalist Şahid7 tərəfindən «Samsung» markalı videokamera vasitəsi ilə çəkilməklə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid6 və şöbənin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Şahid7 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid8 göstərdi ki, Goranboy rayonu Xoylu kəndində yaşayan Zərərçəkmiş şəxs1 16 may 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə və Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək qeyd olunan tarixdə gecə saat 01 radələrində idarə etdiyi VAZ-21099 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Xaçmaz rayonuna gələrkən Şabran rayonu ərazisində, yolun kənarında dayanmış tanımadığı bir şəxsi sərnişin kimi avtomobilə götürüb Xaçmaz şəhərinə gətirdiyini və Xaçmaz şəhərində, yolun kənarında yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanında düşürərək evə getdiyini, səhər saat 08:10 radələrində yuxudan durub telefonuna baxarkən SMS gəldiyini və həmin SMS-ə əsasən ona məxsus "xxxx" Banka aid maaş kartından 370 manat məbləğində pulunun Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yerləşən bankomatdan çıxarıldığını bildiyini, bundan sonra avtomobilin arxa oturacağının üstünə qoyduğu gödəkçəsinin cibindən sürücülük vəsiqəsinin, etibarnamənin, avtomobilə aid qeydiyyat şəhadətnaməsinin, üzərində kod yazılmış kağızla birlikdə 02 ədəd "xxxx" banka aid plastik kartın və «Unibank»a aid 02 ədəd «albalı» kartının oğurlandığını müəyyən etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məlumatı rəsmi qeydiyyata alındıqdan sonra oğurluq etmiş şəxsin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinə başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və bununla bağlı o, şöbəyə dəvət edilmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs həqiqətən 16 may 2020-ci il tarixdə gecə saatlarında Şabran şəhərində yaşayan qohumunun evindən qayıdarkən yolun kənarından tanımadığı şəxsin idarə etdiyi VAZ-21099 markalı avtomobilin arxa oturacağına oturub Xaçmaz şəhərinə gəldiyini, Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanında avtomobildən düşərkən avtomobilin salonunda ayaqaltına düşmüş pul qabını götürdüyünü, pul qabını açıb baxarkən onun içərisində müxtəlif sənədlər və üzərində kod yazılmış plastik kartların olduğunu, elə həmin gecə yaşadığı Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində, Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən mağazanın qarşısındakı bankomatda kartları yoxladığını və həmin kartlardan birindən 370 manat məbləğində pulu bankomatdan çıxararaq öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Sonradan 2020-ci ilin avqust-noyabr ayları ərzində Xaçmaz şəhəri ərazisində mağazaların, xəstəxananın və evlərin qarşısından, həmçinin yaşayış evlərindən və digər saxlanc yerlərindən ayrı-ayrı şəxslərə məxsus velosiped, televizor, kompüter, oyun aparatları və s. oğurlanması faktlarına görə Xaçmaz rayon X10 Bölməsində araşdırılması aparılan materiallar üzrə qeyd olunan oğurluq hadisələrini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirləri keçirilməsinə başlanılmışdır. Keçirilmiş tədbirlər nəticəsində qeyd olunan hadisələrin də Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və bundan sonra o, Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərək həmin faktlarla bağlı onunla söhbətlər aparılmışdır. Aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs özü də 2020-ci ilin avqust-noyabr ayları ərzində Xaçmaz şəhəri ərazisində ayrı-ayrı mağazaların, xəstəxananın, məşğulluq mərkəzinin qarşısından bir neçə ədəd velosiped, ayrı-ayrı evlərdən bir neçə ədəd televizor, peyk antenasına aid resiver, mobil telefon, nootbuk kompüter, oyun aparatları və s. oğurladığını etiraf etmiş, hətta aparılmış söhbətlərdən sonra Təqsirləndirilən şəxs oğurlayıb satdığı bir neçə ədəd velosipedin, televizorların, kompüterin və digər əşyaların yerləri müəyyən edilərək maddi sübut kimi götürülmüşdür. Qeyd olunan faktlardan başqa 2021-ci ilin mart ayının əvvəllərində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd Kalaşnikov markalı avtomat silah və həmin silaha aid komplekt hissələrinin aşkar edilərək götürülməsi barədə sonradan eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan Zərərçəkmiş şəxs2 doğma əmisidir. X16 rayonu Qaraqurtlu kəndində yaşasa da, onun Xaçmaz şəhəri Ş.Sultanov küçəsi 24 ünvanında yerləşən başqa bir evi də var. Həmin ev köhnə olmaqla yaşayış üçün yararsız olduğundan əmisi onu söküb və yerində yeni ev inşa etdirir. Lakin ev yaşayış üçün tam hazır deyil. Buna baxmayaraq əmisi həmin evin otaqlarından birini müvəqqəti olaraq özünə məxsus alət və avadanlıqları yığmaq üçün hazırlamışdır. Əmisi alət və avadanlıqlardan başqa özünə məxsus «Toshiba» markalı nootbuk kompüteri də çox vaxt həmin otaqda saxlamış, arabir lazım olanda o, da əmisinin özündən icazə alıb həmin evə getmiş və kompüterdən istifadə etmişdir. 13 noyabr 2020-ci il tarixdə saat 10 radələrində əmisi Rasim ona zəng edib «Toshiba» markalı kompüterin yerində olmadığını demiş və kompüteri götürüb-götürməməsi ilə maraqlanmışdır. O, ona kömpüteri götürmədiyini və bununla bağlı hər hansı bir məlumatının olmadığını demişdir. Lakin 12 noyabr 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs əmisinin evi yerləşən küçədə olduğunu görmüş, camaat arasında gedən söhbətlərdən Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində oğurluqlar etdiyini eşitdiyindən, bundan əlavə təxminən iki gün əvvəl iş yoldaşı Təbriz Bayramovun dediyinə görə onun qardaşının evindən televizor oğurlandığını bildiyinə görə telefon danışığı zamanı əmisi Rasimə axşam qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs onlar tərəfdə olduğunu gördüyünü demiş və Namiqdən televizor alıbalmaması ilə maraqlanmışdır. Əmisi ona Təqsirləndirilən şəxs bir neçə gün əvvəl borcunun əvəzinə ona 01 ədəd «Samsung» markalı televizor verdiyini demişdir. O, əmisinə Namiqin ona verdiyi televizorun oğurluq ola biləcəyini dedikdə əmisi iş yoldaşı Təbrizi və qardaşı Ruslanı televizora baxmaq üçün onun evinə göndərməsini xahiş etmişdir. Bundan sonra o, iş yoldaşına zəng edib onlarla bu barədə danışmış və əmisinin evinə gedib Namiqin ona verdiyi televizora baxmalarını xahiş etmişdir. Bundan sonra əmisinin evinə gedib Namiqin ona verdiyi televizora baxaraq tanıdıqlarını, bununla bağlı həm əmisinin, həm də Zərərçəkmiş şəxs11 Xaçmaz rayon Polis Şöbəsinə məlumat verdikləri və əmisinin həmin televizoru polis əməkdaşlarına təqdim etməsi sonradan ona məlum olmuşdur. Həmçinin polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əmisi Rasimə məxsus kompüterin də Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının və hətta həmin kompüterin yerinin müəyyən edilərək götürüldüyünü eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərdi ki, 16 may 2020-ci il tarixdə gecə saat 01 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs1 məxsus VAZ-21099 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Xaçmaz rayonuna gəlmək üçün yola çıxmış və həmin vaxt avtomobili Ramil özü idarə etmiş, o, isə Ramilin yanındakı qabaq sərnişin oturacağında əyləşmişdir. Şabran rayon ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısına çatanda yolun kənarında dayanmış tanımadığı bir şəxs maşını saxlamaları üçün onlara əl ilə işarə etmiş və Ramil avtomobili saxlamışdır. Həmin şəxs onlara yaxınlaşıb Xaçmaz şəhərinə getdiyini və onu da götürmələrini xahiş etmişdir. Ramil etiraz etməyib həmin şəxsi avtomobilə götürmüş və o, avtomobildə arxa oturacaqda əyləşmişdir. Xaçmaz şəhərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısına çatdıqda həmin şəxs Ramildən avtomobili dayandırmağı xahiş etmiş, Ramil avtomobili saxlamış və o, avtomobildən düşüb getmişdir. Bundan sonra Ramil onu gətirib evlərinə düşürmüş və özü isə Xaçmaz rayonu Müzəffər-oba kəndində işçilər üçün quraşdırılmış yataqxanada qaldığından həmin kəndə getmişdir. Axşam Bakı şəhərindən gələrkən yolda Şabran rayonu ərazisindən sərnişin kimi avtomobilə götürdükləri şəxsin Ramilin avtomobilinin arxa oturacağının üstündəki gödəkçəsinin cibindən içərisində sənədləri olan pul kisəsini oğurlaması və üzərində kod yazılmış "xxxx" banka aid plastik kartdan onun 370 manat məbləğində pulunu çıxarıb götürməsi və Zərərçəkmiş şəxs1 bununla bağlı Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi səhəri gün ona məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi mıhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid9 göstərmişdir ki, təxminən 7-8 il olar ki, velosiped təmiri və alqı-satqısı ilə məşğul olur. Bu məqsədlə yaşadığı evin həyətində velosiped təmiri emalatxanası açmış və bütün gün ərzində orada olur. Əsasən ayrı-ayrı şəxslərdən istifadə olunmuş velosipedlər alıb onları təmir etdikdən sonra satır və bu yolla ailəsini dolandırır. Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən avqust ayının axırlarından tanıyır. Həmin vaxta kimi onunla aralarında heç bir münasibət olmamışdır. Tanış olduqları vaxtdan 2020-ci ilin noyabr ayının əvvəllərinə kimi tarixləri dəqiq yadında qalmayan ayrıayrı vaxtlarda Təqsirləndirilən şəxs hər bir ədədi təxminən 70-80 manatdan 4 ədəd istifadə olunmuş velosiped almışdır. Namiqdan aldığı velosipedlər hamısı 28 ölçülü olmaqla onlardan iki ədədi «Stels» markalı, bir ədədi «Pilot Stels» markalı, bir ədədi isə «Saft» markalı lolmuşdur. Velosipedləri Təqsirləndirilən şəxs həmişə Şabran şəhərinə onun velosiped təmiri və alqı-satqısı ilə məşğul olduğu emalatxanaya gətirmiş, hər dəfə ona velosiped satdıqda velosipedin gah özünə məxsus olduğunu, gah qardaşına məxsus olduğunu, qardaşı əsgərliyə getdiyindən onun velosipedini satdığını, gah da satmaq istədiyi velosipedi ucuz qiymətə düşdüyündən aldığını və pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs hər dəfə satmaq üçün onun yanına velosiped gətirdikdə özü tək gəlmiş, yanında başqa heç kim olmamış və satdığı velosipedlərin pulunu ondan nağd olaraq almışdır. Velosipedlərin oğurluq olması barədə Namiq ona heç nə deməmiş, lakin sonradan polis əməkdaşları onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət edib Təqsirləndirilən şəxs velosiped alıb-almaması ilə maraqlandıqda o, polis əməkdaşlarına hər şeyi olduğu kimi etiraf etmiş və həqiqətən 2020-ci ilin avqust ayının sonlarından təxminən noyabr ayının əvvəllərinə kimi ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs 04 ədəd velosiped aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində bir neçə oğurluq hadisələri törətməsi və ona satdığı velosipedlərin oğurluq olması məlum olmuşdur. Həmin vaxta kimi o, Namiqin oğurluq etməsini bilməmiş və bununla bağlı aralarında hər hansı bir söhbət olmamış, Təqsirləndirilən şəxs ona satdığı velosipedlərin sahiblərinin kimlər olmasını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid10 göstərmişdir ki, bir neçə il olar ki, özünə məxsus VAZ- 21012 markalı, H825 05 P dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən iki il olar ki, tanıyır. 2020-ci ilin noyabr ayında tarixləri dəqiq yadında qalmayan ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs ona 100 manata 01 ədəd «Toshiba» markalı nootbuk kompüter, 160 manata 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizor, 150 manata 01 ədəd 82 sm dioqanallı «LG» markalı televizor və 01 ədəd «Truman» markalı peyk antenasına aid resiver, həmçinin 170 manata 02 ədəd «Sony» Playstation markalı oyun aparatları satmışdır. Namiq ona həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan onları satdığını demişdir. Lakin sonradan polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət edib Təqsirləndirilən şəxs ona hər hansı bir əşya satıb-satmaması ilə maraqlananda polis əməkdaşlarına hər şeyi olduğu kimi etiraf etmiş və həqiqətən 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs 01 ədəd nootbuk kompüter, 02 ədəd televizor, 01 ədəd peyk antenasına aid resiver və 02 ədəd oyun aparatları aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində bir neçə oğurluq hadisəsi törətməsi və ona satdığı qeyd olunan əşyaların oğurluq olması məlum olmuşdur. Buna görə də o, Təqsirləndirilən şəxs aldığı həmin əşyaları gətirib polis əməkdaşlarına təqdim etmiş, lakin Namiqin ona satdığı əşyaları nə vaxt və haradan oğurlamasını, həmin əşyaların dəqiq kimlərə məxsus olmasını bilməmişdir. Polis şöbəsinə dəvət olunan vaxta kimi o, Namiqin oğurluq etməsini bilməmiş və bununla bağlı aralarında hər hansı bir söhbət olmamışdır. Hətta sonradan polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd Kalaşnikov markalı avtomat silah və həmin silaha aid hissələrin aşkar olunması ona məlum olmuş, lakin əvvəllər onun bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan hadisə yerlərinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılmış, o, Zərərçəkmiş şəxs1 məxsus AE 112857 nömrəli sürücülük vəsiqəsini, AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsini, ƏN-İV 354530 nömrəli etibarnaməni, Kapital Banka aid **********394652 və **********329580 nömrəli «Visa» plastik kartlarını və Unibanka aid **********999137 və **********404048 nömrəli «albalı» plastik kartlarını hadisədən sonra gizlətdiyi yerdən götürüb təqdim etmiş, bundan başqa 24 avqust 2020-ci il tarixdə Xaçmaz şəhəri mərkəzi bazarı ərazisində, M.Hüseynzadə küçəsində yerləşən «Əsma» mağazasının qarşısından zərərçəkmiş şəxs X1 məxsus 01 ədəd velosipedi, 27 avqust 2020-ci il tarixdə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən Xaçmaz rayon Məşğulluq Mərkəzinin inzibati binasının qarşısından Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd velosipedi, 01 sentyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 69 saylı evin darvazasının qarşısından Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd velosipedi, 11 sentyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri mərkəzi bazarı ərazisində, İ.Qayıbov küçəsində yerləşən «Quru meyvələr» mağazasının qarşısından Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd velosipedi, 29 oktyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının arxa tərəfdən giriş hissəsinin qarşısından Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd velosipedi, 08 noyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində yerləşən 59 saylı evdən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd televizoru və 01 ədəd peyk antenasına aid resiveri, 10 noyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri Qaçaq Nəbi küçəsində, yeni yaşayış massivində yerləşən evdən Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd televizoru, 13 noyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri Ş.Sultanov küçəsində yerləşən 24 saylı evdən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd nootbuk kompüteri, 17 noyabr 2020-ci il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 160 saylı evdən Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd televizor, 01 ədəd mobil telefon və 45 manat məbləğində pulu, 21 noyabr 2020-ci il tarixdə Xaçmaz rayonu Palçıq-oba kəndində yerləşən «internet klub»dan Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd oyun aparatlarını necə və hansı şəraitdə oğurladığını əyani olaraq göstərməklə ifadələrində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin avqust-noyabr ayları ərzində ayrıayrı vaxtlarda oğurlanaraq satılmış Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 82 sm dioqanallı, «LG» markalı televizor və 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiver, Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizor, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüter, Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd «Sony» PlayStation markalı oyun aparatları Xaçmaz şəhər sakini Şahid10, zərərçəkmiş şəxs X1 məxsus 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped, Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 28 ölçülü «Saft» markalı velosiped Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped Şabran şəhər sakini Şahid9, Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizor Xaçmaz rayonu Qaraqurtlu kənd sakini Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefon isə Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu Qaraqurtlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, baxış keçirilməyə başlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah saxlaması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olması və həmin məlumatın yoxlanılmasından ötrü yaşadığı evə video çəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və ondan baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və ona yaşadığı evdə odlu silah saxlayırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin içərisində, sağ tərəfdə yerləşən otaqda əvvəlcə döşəmənin üzərindəki xalçanı, sonra isə döşəmənin taxtalarından bir ədədini qaldıraraq döşəmənin altından üzərində 86. ******* nömrələri yazılmış 01 ədəd odlu silaha bənzər avtomat, 01 ədəd qundaq və içərisində patronlar olan 01 ədəd daraq çıxarıb təqdim etmiş, darağın içərisində olan patronlar çıxarılaraq sayıldıqda 30 ədəd olması müəyyən edilmişdir. Baxış zamanı evdən silah və onun hissələrindən başqa digər qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin avtomatı və hissələrini haradan əldə etdiyi soruşulmuş, o, silahı və onun hissələrini Dəvəçi (Şabran) rayonunda meşədən tapdığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd qundaq və içərisində 30 ədəd patron olan 01 ədəd daraq 01 ədəd torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin görüntüləri «Samsung» markalı videokamera ilə çəkilməklə qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 03 mart 2021-ci il tarixli, 21/173R nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlapvə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar (bax: avtomatın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrpli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 09 mart 2021-ci il tarixli, 011-2228-1221 nömrəli məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, ******* №-li Kalaşnikov kostruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" X17 Cəmiyyətindən daxil olmuş ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məxsus 510307*******5060 nömrəli kartın balansından Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yerləşən ticarət mərkəzində quraşdırılmış bankomatdan 16 may 2020-ci il tarixdə saat 03:36:26, 03:37:43 və 03:38:51-də 200 manat, 80 manat və 90 manat olmaqla üç dəfəyə ümumilikdə 370 (üç yüz yetmiş) manat məbləğində pul məxaric edilmişdir. İş materiallarında olan "xxxx" X17 Cəmiyyəti Xaçmaz filialından alınmış 23 fevral 2021-ci il tarixli, 38 nömrəli məktubdan müəyyən olunur ki, 01 ədəd 03 illik Visa electron/Maestro kartın qiyməti 8 (səkkiz) manat, 01 ədəd 03 illik Visa Classic/Mastercard kartın qiyməti 15 (on beş) manat, 01 ədəd 01 illik Visa electron/Maestro kartın qiyməti 8 (səkkiz) manat, 01 ədəd 01 illik Visa Classic/Mastercard kartın qiyməti 15 (on beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Xaçmaz RQİ və TBŞ-dən alınmış 20 fevral 2021-ci il tarixli, 016-297-597-1221 nömrəli məktubdan görünür ki, 01 (bir) ədəd sürücülük vəsiqəsi 25 (iyirmi beş) manat və 01 (bir) ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 25 (iyirmi beş) manat dəyərində qiymətləndirilir. İş materiallarında olan “Unibank”dan alınmış 12 mart 2021-ci il tarixli, HD/1280 nömrəli məktubdan müəyyən olunur ki, «Albalı plus» (MC world/Visa Rewards) debet kartın satış qiyməti 10 (on) manat, «Albalı plus» Premium debet kartın satış qiyməti 20 (iyirmi) manat təşkil edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 mart 2021-ci il tarixli, 9/586 nömrəli rəyindən görünür ki, istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 01 ədəd «LG» markalı 82 sm dioqanallı televizorun 180 manat, 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiverin 15 manat, 01 ədəd «Samsung» markalı 82 sm dioqanallı televizorun 180 manat, 01 ədəd «Sony» Playstation-2 markalı oyun aparatının 80 manat, 01 ədəd «Sony» Playstation-3 markalı oyun aparatının isə 200 manat olmaqla sadalanan əşyaların ümumilikdə dəyəri təxminən 655,00 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2021-ci il tarixli, 9/1082 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped və televizor satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən əvvəllər istifadədə olmuş tədqiqat obyektlərinin köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi: - 01 sentyabr 2020-ci il tarixə bir ədəd «Saft» markalı 28 ölçülü velosipedin qiyməti 154,00 manat; - 10 noyabr 2020-ci il tarixə 01 ədəd «Samsung» markalı, 108 sm dioqanallı televizorun qiyməti 700,00 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 aprel 2021-ci il tarixli, 9/1528 nömrəli rəyindən görünür ki, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə işlək vəziyyətdə olan 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin orta bazar qiyməti 150 manat, 2020-ci ilin sentyabr ayına işlək vəziyyətdə olan 01 ədəd 28 ölçülü «Pilot-Stels» markalı velosipedin orta bazar qiyməti 160 manat, 2020-ci ilin oktyabr ayına işlək vəziyyətdə olan 01 ədəd 28 ölçülü»Adidas-Shimano» markalı velosipedin orta bazar qiyməti 130 manat, 2020-ci ilin noyabr ayına işlək vəziyyətdə olan 01 ədəd Çin istehsallı «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı notbuk kompüterin orta bazar qiyməti 420 manat olmaqla sadalanan əşyaların ümumilikdə dəyəri təxminən 1010,00 manat müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonradan müəyyən edilərək götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd AE 112857 nömrəli sürücülük vəsiqəsi, 01 ədəd AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsi, 01 ədəd ƏN-İV 354530 nömrəli etibarnamə, Kapital Banka aid 01 ədəd **********394652 nömrəli və 01 ədəd **********329580 nömrəli Visa electron/Maestro kartları, Unibanka aid 01 ədəd **********999137 nömrəli və 01 ədəd **********404048 nömrəli «Albalı plus» debet kartları, Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped, Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 28 ölçülü «Saft» markalı velosiped, Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 82 sm dioqanallı «LG» markalı televizor və 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiver, Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizor, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüter, Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizor və 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefon və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd «Sony» PlayStation-3 markalı oyun aparatı, habelə 08 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 məxsus ünvan 6 ünvanında törədilmiş oğurluq hadisəsinin vidogörüntüləri köçürülmüş 01 ədəd CD disk və 02 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsi prosesinin videogörüntüləri köçürülmüş 01 ədəd CD disk 08 may 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilməklə 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ******* №-li, 5,45 mm kalibrli olmaqla, 1986-cı ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan avtomat, keçmiş SSRİ dövlətində istehsal olunmuş döyüş sursatı olan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq 04 mart 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən maddi sübut kimi tanınmış, patronlardan 03 ədədinin ekspertiza tədqiqatı zamanı eksperimental atəşlər açılmaqla istifadə edilməsi nəzərə alınmış, qalan 27 ədəd 5,45x39 mm kalibrli patronlar, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat silah və 01 ədəd daraq müvafiq qaydada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin silah otağına təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialından alınmış 27 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonun istifadə olunması nəzərə alınaraq təqdim olunmuş vəziyyətdə qiyməti təxminən 50,00 (əlli) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışlar. İş materiallarında olan 01.06.2013, 10.10.2015, 01.05.2019, 17.06.2020 və 12.08.2021-ci il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birgə nikahlarından anadan olmuş 18.01.2012, 09.04.2015, 31.05.2016, 15.04.2019 və 03.06.2020-ci il təvəllüdlü 5 nəfər azyaşlı uşaqları vardır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 may 2020-ci il tarixdə gecə saat 01 radələrində Şabran rayonu ərazisində Zərərçəkmiş şəxs1 məxsus VAZ-21099 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək Xaçmaz rayonuna gəlmiş, Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobildən düşüb gedərkən avtomobilin arxa oturacağının üstündə olan Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin cibindən içərisində vətəndaşın digər mühüm şəxsi sənədi olan 25 manat dəyərində 01 ədəd AE 112857 nömrəli sürücülük vəsiqəsi, 25 manat dəyərində 01 ədəd AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsi və 01 ədəd ƏN-İV 354530 nömrəli etibarnamə, həmçinin Kapital Banka aid hər bir ədədinin qiyməti 8 manat olmaqla 16 manat dəyərində 02 ədəd **********394652 nömrəli və **********329580 nömrəli Visa electron/Maestro plastik kartları, Unibanka aid hər bir ədədinin qiyməti 10 manat ollmaqla 20 manat dəyərində 02 ədəd **********999137 nömrəli və **********404048 nömrəli «Albalı plus» debet plastik kartları olan pul kisəsini tamah məqsədi ilə talamaqla həmin tarixdə gecə saat 03:36:26, 03:37:43 və 03:38:51-də Kapital Banka aid **********394652 nömrəli Visa electron/Maestro plastik kartını Xaçmaz rayonu Qaraqurtlu kəndi Z.Əliyeva küçəsində, Xaçmaz-Niyazoba avtomobil yolunun kənarında yerləşən «Məşəl» market mağazasının qarşısında quraşdırılmış Kapital Banka aid bankomata daxil edib üzərində yazılmış identifikasiya nömrəsindən (pin kodundan) istifadə edərək Zərərçəkmiş şəxs1 hesabından 200 manat, 80 manat və 90 manat məbləğində pulu üç dəfəyə çıxarmaqla ona ümumilikdə 456 (dörd yüz əlli altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, bununla da o, vətəndaşın digər mühüm şəxsi sənədini talamış və elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 24 avqust 2020-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən «Əsma» mağazasının qarşısından X1 məxsus 150 manat dəyərində 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 27 avqust 2020-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən Xaçmaz rayon Məşğulluq Mərkəzinin inzibati binasının qarşısından Zərərçəkmiş şəxs5 məxsus 150 manat dəyərində 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 01 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 69 saylı evin darvazasının qarşısından Zərərçəkmiş şəxs8 məxsus 154 manat dəyərində 01 ədəd 28 ölçülü «Saft» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri İ.Qayıbov küçəsində yerləşən «Quru meyvələr» mağazasının qarşısından Zərərçəkmiş şəxs6 məxsus 160 manat dəyərində 01 ədəd 28 ölçülü «Pilot-Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının arxa tərəfindəki giriş hissəsinin yaxınlığından Zərərçəkmiş şəxs10 məxsus 160 manat dəyərində 01 ədəd 28 ölçülü «Pilot- Stels» markalı velosipedi gizli olaraq talamış, bununla da o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 noyabr 2020-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində yerləşən 59 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin damındakı nəfəslikdən içəri girərək oradan 180 manat dəyərində 01 ədəd 82 sm dioqanallı «LG» markalı televizoru və 15 manat dəyərində 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiveri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 195 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 10 noyabr 2020-ci il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs11 məxsus Xaçmaz şəhəri Qaçaq Nəbi küçəsi, yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik pəncərəsinin şüşəsini sındırıb içəri girərək oradan 700 manat dəyərində 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizoru gizli olaraq talamış, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 noyabr 2020-ci il tarixdə saat 08 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri Ş.Sultanov küçəsində yerləşən 24 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin həyətindəki tikiliyə girərək oradan 420 manat dəyərində 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüteri gizli olaraq talamış, bununla da o, təkrarən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 17 noyabr 2020-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs9 məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 160 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra plastik materialından olan pəncərəni itələyib açmaqla evə girərək oradan 180 manat dəyərində 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizoru, 50 manat dəyərində 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonu və 45 manat məbləğində nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 ümumilikdə 275 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 noyabr 2020-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Xaçmaz rayonu Palçıq-oba kəndində yerləşən «İnternet klub»a plastik materialından olan pəncərəni itələyib açmaqla qanunsuz daxil olub oradan hər bir ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd «Sony» PlayStation-3 markalı oyun aparatlarını gizli olaraq talamış, bununla da o, təkrarən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 1986-cı ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 01 ədəd 5,45 mm kalibrli, ******* №-li, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu avtomat silahı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı olan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı Xaçmaz şəhəri M.Hüseyn küçəsi dalan 1-də yerləşən 3 saylı evdə döşəmənin altında gizlədərək saxlamış və 02 mart 2021ci il tarixdə saat 21:40 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərkən döşəmənin altından qeyd olunan 01 ədəd avtomat silah, həmin silaha aid 30 ədəd patron və 01 ədəd daraq aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 228.1 və 326.2-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnın 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olumasına və ailəsinin həyat şəraitinə təsirini geniş müzakirə etmiş və nəzərə almışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsind 5 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti hərbi vəziyyət zamanı törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 21 noyabr 2020-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 4(067)- 187/2020 saylı qərarından, müstəntiqin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 23 noyabr 2020-ci il tarixli qərarından, axtarışda olan şəxsin tutulması haqqında 17 yanvar 2021-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 4(067)-9/2021 saylı qərarından, şübhəli şəxs qismində tutma haqqında 02 mart 2021-ci il tarixli, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 04 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdən 23 noyabr 2020-ci il tarixədək, 17 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək və 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək axtarışda və cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulub saxlanılaraq ümumilikdə 06 gün həbsdə olmuşdur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdən 23 noyabr 2020-ci il tarixədək, 17 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək və 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 06 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalı və cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi gündən, yəni 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 01 ədəd AE 112857 nömrəli sürücülük vəsiqəsi, 01 ədəd AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsi, 01 ədəd ƏN-İV 354530 nömrəli etibarnamə, Kapital Banka aid 01 ədəd **********394652 nömrəli və 01 ədəd **********329580 nömrəli Visa electron/Maestro kartları, Unibanka aid 01 ədəd **********999137 nömrəli və 01 ədəd **********404048 nömrəli «Albalı plus» debet kartlarının Zərərçəkmiş şəxs1, 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin Zərərçəkmiş şəxs7, 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin Zərərçəkmiş şəxs5, 01 ədəd 28 ölçülü «Saft» markalı velosipedin Zərərçəkmiş şəxs8, 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin Zərərçəkmiş şəxs6, 01 ədəd 82 sm dioqanallı «LG» markalı televizorun və 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiverin Zərərçəkmiş şəxs4, 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizor Zərərçəkmiş şəxs11, 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüterin Zərərçəkmiş şəxs2, 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizorun və 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonun Zərərçəkmiş şəxs9, 01 ədəd «Sony» PlayStation-3 markalı oyun aparatının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsinin silah otağına təhvil verilmiş 01 ədəd 5,45 mm kalibrli, ******* №-li, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat silah, 27 ədəd 5,45x39 mm kalibrli patronlar və 01 ədəd avtomat silahının darağı dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə edilməldir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş videogörüntülərin yazıldığı 2 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs10 vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını Təqsirləndirilən şəxs tələb etdiklərini bildirsələr də cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişlər. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs10 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onların Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə ekspertiza xərci olan 150 manat pul təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 228.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə və Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdən 23 noyabr 2020-ci il tarixədək, 17 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək və 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 06 (altı) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 03 (üç) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd AE 112857 nömrəli sürücülük vəsiqəsi, 01 ədəd AD 334009 nömrəli qeydiyyat şəhadətnaməsi, 01 ədəd ƏN-İV 354530 nömrəli etibarnamə, Kapital Banka aid 01 ədəd **********394652 nömrəli və 01 ədəd **********329580 nömrəli Visa electron/Maestro kartları, Unibanka aid 01 ədəd **********999137 nömrəli və 01 ədəd **********404048 nömrəli «Albalı plus» debet kartlarının Zərərçəkmiş şəxs1, 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin Zərərçəkmiş şəxs7, 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin Zərərçəkmiş şəxs5, 01 ədəd 28 ölçülü «Saft» markalı velosipedin Zərərçəkmiş şəxs8, 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedin Zərərçəkmiş şəxs6, 01 ədəd 82 sm dioqanallı «LG» markalı televizorun və 01 ədəd «Truman TM2010» markalı peyk antenasına aid resiverin Zərərçəkmiş şəxs4, 01 ədəd 108 sm dioqanallı «Samsung» markalı televizor Zərərçəkmiş şəxs11, 01 ədəd «Satellite A665» modelli, 16 sm dioqanallı «Toshiba» markalı nootbuk kompüterin Zərərçəkmiş şəxs2, 01 ədəd 82 sm dioqanallı «Samsung» markalı televizorun və 01 ədəd «Samsung» GT S5230 markalı mobil telefonun Zərərçəkmiş şəxs9, 01 ədəd «Sony» PlayStation-3 markalı oyun aparatının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsinin silah otağına təhvil verilmiş 01 ədəd 5,45 mm kalibrli, ******* №-li, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat silah, 27 ədəd 5,45x39 mm kalibrli patronlar və 01 ədəd avtomat silahının darağı dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş videogörüntülərin yazıldığı 2 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 150 (bir yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar