Məhkəmə qərarları › İş №1(067)-99/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-99/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-99/2024 29.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qəhrəmanova (Sultanova) Elmira Həsən qızınının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1969-cu ildə Xaçmaz rayonunun,Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun, Yergüc kəndində yaşayan, barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxsunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq övladları, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Qəhrəmanova (Sultanova) Elmira Həsən qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5800,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Qəhrəmanova (Sultanova) Elmira Həsən qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Xaçmaz rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsinə əsasən hər ay 50 manat məbləğində sabit aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İmkanı olmadığından qeyd olunan alimenti ödəyə bilməmişdir. Qətnaməni icra etmədiyi üçün 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbs edildikdən sonra da, hər hansı bir məbləğ ödəməmişdir. Halhazırda onun 5180 manat ödənilməyən aliment borcu vardır. Həmin borcun 1400 manatını məhkəmə gedişatı zamanı ödəməyə hazır olduğunu, həmçinin mülkiyyətində olan avtomobili cavabdehə notarial qaydada verəcəyini qalan pulu hissə-hissə avqust ayına qədər ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Qəhrəmanova (Sultanova) Elmira Həsən qızı onun keçmiş həyat yoldaşıdır. Ailə həyatı qurduqdan sonra uzun müddət mehriban ailə şəraitində yaşamışlar. Elmira ilə birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Sultanov Asif adlı övladları dünyaya gəlmişdir. Lakin sonradan ailə münasibətləri gərginləşməyə başlamış, birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdəndə Elmira ilə arasında olan nikah məhkəmə qaydasında xitam edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ondan xx.xx.2012-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2006-cı il təvəllüdlü Asif Sultanovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat məbləğində sabit alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Sözü gedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edHmlş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 (yeddi) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5180,00 manat məbləğində aliment pulunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir.Maddi imkanının zəif olması səbəbindən buğünədək aliment borcu üzrə qətnaməni icra etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Qəhrəmanova (Sultanova) Elmira Həsən qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Xaçmaz rayon Məhəkəmsinin 2012-ci il tarixli qətnaməsi ilə boşanmış və bir uşağın saxlanılması üçün hər ay ona 50 manat məbləğində sabit aliment kəsilmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif yerlərdə işləsədə kəsilən aliment ödəməmişdir. Bununla bağlı o, alimenti ödəmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Xaçmaz rayon məhkəməsinin qərarı ilə 07 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin həbsdən çıxdıqdan sonra da ona aliment ödəməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona ödəilməli olan məbləğ 5180 manat təşkil edir. Məhkəmə gedişatı zamanı təqsirləndirilən şəxs çıxış edərək bildirdi ki, ona ödəniləcəq aliment borcunun 2000 manatını indi ödəyəcəyini qalan borcu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qalan borcu avqust ayının axırınadək ödəyəcəyini öhdəsinə götürərsə və bu barədə məhkəməyə izahat verdiyi təqdirdə o, onunla razılaşa biləcəyini bildirmişdir. Sonrakı iclasda 1400 manat pulu, həmçinin avtomobili notarial qaydada onun mülkiyyətinə verilməsinə etiraz etmişdir. Zərərçəkən şəxs Qəhrəmanova (Sultanova) Elmira Həsən qızının ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Sultanov Asif adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2006-cı il təvəllüdlü Asif Sultanovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat məbləğində sabit alimentin alınaraq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə S.Seyidov müxtəlif yerlərdə fəhlə işləyib aylıq 300,00-400,00 manat qazanc əldə edib, lakin qazancını özünə xərcləyir, uşaqın saxlanması üçün ona maddi yardım göstərmir, icra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 (yeddi) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış 5180,00 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində sabit aliment alınaraq tələbkar Qəhrəmanova (Sultanova) Elmira Həsən qızının xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi onun icraatına daxil olduqda borcluya bildiriş və icraata başlamaq haqqında qərar təqdim olunmuşdur. Lakin buna baxmayaraq borclu könüllü olaraq aliment pulunu ödəniş etməmişdir. Belə olan halda borclu barəsində məcburi tədbirlər görülmüşdür. 2023-cü il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur və baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon Məhkəməsinin qərarı ilə 07 gün müddətinə həbs olunmuşdur.Həmcinin borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla müraciət olunmuş və oun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan icra sənədi ilə bağlı borclu tərəfindən Qəhrəmanova (Sultanova) Elmira Həsən qızına yaranmış 5180 manat aliment borcu ilə əlaqədar təqdimat hazırlanaraq baxılması üçün Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndərilmişdir. Şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2006-cı il təvəllüdlü Asif Sultanovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat məbləğində sabit aiımentın alınaraq tələbkar Qəhrəmanova (Sultanova) Elmira Həsən qızının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 1670,00 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5180,00manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 07 (yeddi) gün müddətində həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1- ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixlərdə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5180,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir.Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir.Tələbkar Zərərçəkmiş şəxs (Sultanova) Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 2012-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs hər ay 50 manat məbləğində aliment alınaraq Elmira Qəhramanovaya ödənilməsi qət edilmişdir. Qeyd olunan icra vərəqi icra məmuru Şahid1 icraatına daxil olmuşdur. İcra vərəqəsi icraata daxil olduqdan dərxal sonra icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş cavabdeh Təqsirləndirilən şəxs göndərilmişdir. Alimenti ödəməyi üçün Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin qərarı ilə 07 gün müddətinə həbs inzibati məsuliyyətə cəlb edilmişdir Təqsirləndirilən şəxs borcu ödəməsinə heç bir təşəbbüs göstərməmişdir. Bu günədək tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və təqdimat verilən vaxtda 5180 manat məbləğində aliment borcu vardır. Şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2006-cı il təvəllüdlü Asif Sultanovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat məbləğində sabit aiımentın alınaraq tələbkar Qəhrəmanova (Sultanova) Elmira Həsən qızının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 1670,00 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5180,00manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 07 (yeddi) gün müddətində həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1- ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixlərdə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5180,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir.Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir.Tələbkar Zərərçəkmiş şəxs (Sultanova) Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 aprel 2012-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs hər ay 50 manat məbləğində sabit alimentin alınaraq zərərçəkmiş şəxs Qəhrəmanova (Sultanova) Elmira Həsən qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 25 yanvar 2013-cü il tarixli qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2013-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişinin surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)- 793/2012 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli, 8(067)-339/2014 saylı qərardadının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs məcburi qaydada Xaçmaz rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2017-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə həmin tarixədək heç bir məbləğdə aliment ödəmədiyini, 22 iyun 2017-ci il tarixədək 500 manat ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(067)-29/2018 saylı qərardadının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2017-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə həmin tarixədək heç bir məbləğdə aliment ödəmədiyini, alimenti ödəmədiyinin səbəbi imkanı olmadığından dəyə bilmədiyini, 2018-ci ilin iyun ayına kimi 500 manat ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 27 aprel 2018-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-251/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Sultanov X12 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 11 may 2018-ci il tarixli “Cinayət Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 3250 manat aliment borcunu 10 gün müddətində tələbkar Əfsanə Ağarzayevaya ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 27 iyul 2021-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə həmin tarixədək heç bir məbləğdə aliment ödəmədiyini, alimenti ödəmədiyinin səbəbi imkanı olmadığı səbəbindən ödəyə bilmədiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 13 sentyabr 2021-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-251/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Sultanov X12 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 14 iyul 2022-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında 6 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə aliment borcundan 400 manatını ödəmiş, hal-hazırdada avqust ayı daxil olmaqla 4480 manat eliment borcunu tələbkarın razılığı əsasında 2022-ci ilin noyabr ayının sonunadək ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 21 fevral 2023cü il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə aliment borcundan sonuncu dəfə 2022-ci ilin avqust ayında 800 manat aliment pulu ödədiyini,qalan 4780 manat aliment borcdan isə 10 gün müddətinə yenidən ödəniş edəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 03 mart 2023-cü il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-339/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Sultanov X12 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2023-cü il tarixli “Cinayət Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 4880 manat aliment borcunu 10 gün müddətində tələbkar Əfsanə Ağarzayevaya ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən X10 X9 filialınına ünvanladığı xx.xx.2023-cü il tarixli sorğusundan görünür ki, Məhkəmə qərarlarının icrası ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Məşqulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olub-olmaması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan X10 X9 filialının 22 may 2023-cü il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Sultanov X1 elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatda deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Qəhrəmanova (Sultanova) X15 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında 16 oktyabr 2012-ci il tarixli, 2(067)-793/2012 saylı icra sənədi üzrə 5180 manat məbləğində aliment borcu yaranmışdır. İcra məmuru ona rəsmi iş axtaran kimi Xaçmaz rayon Məşgulluq Mərkəzində qeydiyyata durmasını bildirmiş, lakin o, qeydiyyata durmaqdan imtina etmiş, səbəbini isə onunla izah etmişdir ki, rəsmi iş yerində əmək haqqı az olduğu üçün ona sorf etmədiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin “Cinayət məsuliyyətinə cəlbetmə haqqında” 04 sentyabr 2023-cü il tarixli bildirişinin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 5180 manat aliment borcunu tələbkar Elmira (Sultanova) Qəhrəmanovaya ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi kiçik ədliyyə müşaviri Faiq Rəhmənovun 06 fevral 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına üzürlü səbəb olmadan gəlmədiyindən, onun iştirakını təmin edilməsi məqsədi ilə o, istintaq orqanına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi kiçik ədliyyə müşaviri Faiq Rəhmənovun 22 fevral 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığından, olduğu yer məlum olmadığından barəsində axtarış elan edilərək tutulması qərara alınmış, 22 fevral 2024-cü il tarixdə cinayət işinin icraatı dayandırılmış, təqsirləndirilən şəxs tapılaraq tutulduğundan 09 mart 2024-cü il tarixdə cinayət işinin icraatı təzələnmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsə aliment borcundan 2000 manat ödəməyə hazır olduğunu söyləmiş, lakin zərərçəkmiş şəxs bundan imtina etmişdir. Bundan əlavə olaraq 29 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs 5180 manat aliment borcundan 2000 manat ödəməyə hazır olduğunu, qalan məbləği isə gələn ayın 25-nə kimi verəcəyini bildirsə də zərərçəkmiş şəxs buna razı olmadığını bildirdimişdir. 29 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 1400 manat pul və avtomobilini notarial qaydada vermək istədiyini, yerdə qalan 600 manat pul borcunu isə iyunun 20-nə kimi verəcəyini bildirsə də, zərərçəkmiş şəxs bu təklifdən də imtina etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs aliment borcunun bir hissəsini bir neçə dəfə məhkəmə zalında ödəməyini təklif etsə də, zərərçəkmiş şəxs bununla razılaşmamışdır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs RSFSR Bryansk Qarnizon Hərbi Tribunalının xx.xx.1989-cu il tarixli hökmünə əsasən RSFSR CM-nin 146-cı maddəsinin 2-cä hissəsinin (bənd ABV), 144-cü maddəsinin (2:247 bənd A:40) təqsirli bilinərək ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, həmçinin Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək ona qəti olaraq 4000,00 (dörd min) manat cərimə cəzası təyin edilmiş, eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2, 177.3 və 177.4-cü maddələri ilə təqsirli bilinərək ona 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüç kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, Yergüç kəndində yaşayır. Yaşadığı müddət ərzində qonşular və kənd sakinləri ilə münasibəti normal olmuş, özündən böyüklərə və kiçiklərə qarşı səmimidir. Kəndin ictimai işlərindəyaxından işlərinə yaxından iştirak edir. Onun barəsində Yergüc kənd İƏD-si üzrə nümayəndəliyinə sorğu və məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs aliment borcunun 5180 manatının 1400 manatını pul və mülkiyyətində olan avtomobili cavabdehə vermək istəyini, lakin cavabdeh razılaşmadığını barəsində cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin 2021-ci ildə qəbul edilərək icraata başlanılmış məhkəmənin qətnaməsi ilə bağlı icra sənədi üzrə tələbkara hazıradək heç bir məbləğdə aliment ödəməməsini və zərərçəkmiş şəxsin ziyanı tələb etməsini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 08 mart 2024-cü il tarixli protokoldan, şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 09 mart 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 29 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar