Məhkəmə qərarları › İş №1(067)-99/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-99/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-99/2025 28.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Tovuz rayonu, Ağdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Tovuz rayonu, Ağdam kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs övladı Şahid əlillik dərəcəsi təyin edilərək sonuncunun pensiya alması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 avqust 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 1500 manat, 28 avqust 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 1100 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2600 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-6767-9825 nömrəli bank kartına köçürülməsinə nail olmaqla qanunsuz ələ keçirmiş, bununla da o, dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. İbtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şahid və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onların arasında heç bir ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən X5 yanında olan vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs görmüş və ona yaxınlaşıb Mərkəzə nə üçün gəldiyini soruşmuşdur. Saleh də demişdir ki, “oğlum müharibə iştirakçısıdır, ona pensiya alması üçün sənədlər hazırlamağa gəlmişik.” O, Salehə demişdir ki, “gəlin sizə kömək edim, əgər işinizi həll edə bilsəm mənə 500 manat da zəhmət haqqı verərsiniz.” Beləcə onlar razılaşmışdır, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonuna gəlmiş və onlar Xaçmaz rayonu, Qusarçay kəndində görüşmüşlər, həmin vaxt Salehin oğlu Pərviz də orada olmuşdur. Onlar kafedə oturub söhbət etmiş, Pərvizə əlillik pensiyası düzəltmək məsələsini həll etmək üçün 1500 manata razılaşmışlar, sonra da o, özünə məxsus "xxxx" ASC-yə aid kart hesabını Salehə verib getmişdir. xx.xx.2023-cü il tarixdə Saleh onun verdiyi "xxxx" ASC-yə aid plastik kart hesabına 1500 manat pul göndərmişdir. xx.xx.2023cü il tarixdə isə Salehdən əlavə 1100 manat pul almışdır. Lakin faktiki olaraq Salehin oğlu Pərviə təqaüd düzəltməmiş, pulu da bankomatdan çıxararaq öz ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs aldatmaq üçün hansısa vəzifəli şəxsin adından istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bir daha ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməklə, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı oğlu Şahid yaralanmışdır. Buna görə oğlu əlillik dərəcəsi alaraq aylıq pensiya almalı idi. Oğlu Şahid sənədlərini hazırlamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Pərvizlə birlikdə Bakı şəhərində yerləşən X7 getmişlər. Onlar Mərkəzdən çıxan zaman orada adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış, Mərkəzə nə üçün gəldiyini soruşmuşdur. O, də demiş ki, “oğlum müharibə iştirakçısıdır, ona pensiya alması üçün sənədlər hazırlamağa gəlmişik.” Elxan orada ona demiş ki, “əgər buradan iş düzəltmək istəsən sənə baha başa gələcək, mənim həkim tanışlarım var, əlaqələrim genişdir, mən sizə kömək edərəm ucuz qiymətə həll edərsiniz, əgər işinizi həll edə blsəm mənə 500 manat zəhmət haqqı verərsiniz.” Onlar etiraz etməmiş və Elxan onun mobil nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə Elxan Ona zəng edərək Xaçmaz rayonuna gəlmiş və onlar Xaçmaz rayonu, Qusarçay kəndində görüşmüş, həmin vaxt oğlu Pərviz də yanında olmuşdur. Onlar kafedə oturub söhbət etmişlər, Elxan demiş ki, “1500 manat pul verəcəksiniz Pərvizin pensiya alması üçün əlillik dərəcəsi alması məsələsini həll edəcəyəm.” O, Elxana hazırda pulunun olmadığını demişdir, Elxan isə ona özünə məxsus "xxxx" ASC-yə aid **********679825 nömrəli plastik kart nömrəsini vermiş və pulu həmin karta göndərməyini demişdir. O, Elxanla razılaşmış və Elxan çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-dən qızıl-zinət əşyaları girov qoymaqla 1500 manat kredit pul götürmüşdür. Götürdüyü pulu həmin gün, günorta saatlarında elə həmin bankın daxilində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Elxanın ona verdiyi "xxxx" ASC-yə aid **********679825 nömrəli plastik kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Elxan ona yenidən zəng etmiş və demişdir ki, “işiniz hazır olur, təcili 1100 manat da göndər işi tam bitirim.” O, yenə Elxana inanıb həmin gün yenidən Muğanbank ASC-yə gedib başqa qızıl-zinət əşyalarını girov qoyub 1100 manat kredit götürmüşdür. Götürdüyü 1100 manat pulu da xx.xx.2023-cü il tarixdə günorta saatlarında əvvəlki qaydada, yəni elə həmin bankın daxilində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Elxanın ona verdiyi "xxxx" ASC-yə aid **********679825 nömrəli plastik kart hesabına göndərmişdir. Lakin bundan sonra zaman keçdikcə Pərviz üçün pensiya məsələsi həll olmamış, o, Elxana zəng etdikdə hər dəfə vaxtı uzatmışdır. Sonra Elxan zənglərə cavab verməmiş, başa düşmüş ki, onu aldadıb, buna görə Elxan barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə istintaqı zamanı dindirilərkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək eyniməzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan ödəniş etməmişdir. Ona görə də, barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunuraq tədqiq edilmiş Şahid zərərçəkmiş şəxs Şahismayıl Cəfərovla oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Tovuz RİHB-nin Ağdam kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeyd Tovuz rayonunun Ağdam kəndində yaşamır, ailəsi ilə əlaqəsi yoxdur, arvadı X4 ilə olan nikahı xx.xx.2019-cu ildə pozulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025cü il tarixli tələbnamədən və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərarından görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4- cü maddəsi ilə təyin edilmiş 02 il 02 ay azadlıqdan məhrumetmə cəzası, 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və üzərində qəti olaraq 01 il 09 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayon məhkəməsin 1(067)-99/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığından barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz RPŞ-nin 05 sentyabr 2025-ci il tarixli 3-13-79/2-24553/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli DE-974/245165/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək ona təyin edilmiş cəzanın 01 il 21 gün hissəsini çəkmiş, 08 ay 14 gün hissəsi çəkilməmiş qalmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini , zərərçəkmiş şəxslərin və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs övladı Şahid əlillik dərəcəsi təyin edilərək sonuncunun pensiya alması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 avqust 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 1500 manat, 28 avqust 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 1100 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2600 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-6767-9825 nömrəli bank kartına köçürülməsinə nail olmaqla qanunsuz ələ keçirmiş, bununla da o, dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddəini təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Şirvan Apelyasiya məhkəməsinin 1(106)-629/2024 saylı 19 iyul 2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya məhkəməsinin 1(106)- 629/2024 saylı 19 iyul 2024-cü il tarixli hökmündə qeyd edilmiş 06 mart 2024-cü ildən 19 iyul 2024-cü ilədək həbsdə saxlandığı 04 ay 13 gün müddət, habelə Şirvan Apelyasiya məhkəməsinin 1(106)-629/2024 saylı 19 iyul 2024-cü il tarixli hökmünə əsasən çəkmiş olduğu 01 il 21 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, həmin Məcəllənin 69.3-cü maddələrinə əsasən ümumilikdə 10 ay 24 gün müddət olmaqla hazırki hökmlə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı gündən, yəni 04 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs X1 ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs ziyan tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs X1 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Şirvan Apelyasiya məhkəməsinin 1(106)-629/2024 saylı 19 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və hazırki hökmlə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şirvan Apelyasiya məhkəməsinin 1(106)-629/2024 saylı 19 iyul 2024-cü il tarixli hökmündə qeyd edilmiş 06 mart 2024-cü ildən 19 iyul 2024-cü ilədək həbsdə saxlandığı 04 ay 13 gün müddət, habelə Şirvan Apelyasiya məhkəməsinin 1(106)- 629/2024 saylı 19 iyul 2024-cü il tarixli hökmünə əsasən çəkmiş olduğu 01 il 21 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, həmin Məcəllənin 69.3-cü maddələrinə əsasən ümumilikdə 10 ay 24 gün müddət olmaqla hazırki hökmlə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 04 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə mülki iddianın,maddi sübutun, ekspertiza xərclərinin və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Zərər çəkmiş şəxs X1 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar