Məhkəmə qərarları › İş №1(068)-1/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-1/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-1/2021 14.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ X19 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, üzərində məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,178.2.1-ci maddəsi ilə və xx xxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Xızı rayon İH başçısının Baxşılı kənd İƏD üzrə nümayəndəliyində baş mühasib işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29,178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüququnu əvəzsiz olaraq əldə etmək məqsədilə 2015-ci ildə Xızı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun qohumu - Sumqayıt şəhər sakini vətəndaş X14 Xızı Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı və ona əlavə edilmiş yerquruluşu planı ilə satılmış perspektiv inkişaf fonduna aid, alqı-satqı predmeti olan Xızı şəhəri, “Fin evləri” yaşayış massivində yerləşən, 0,01 ha üçün 335 manat olmaqla, ümumilikdə satış qiyməti 2680 manat olan 0,08 ha torpaq sahəsinin olduğunu bildikləri halda, Xızı şəhəri, Arif Dadaşzadə küçəsində yerləşən və vətəndaş X5 məxsus 0,8 ha torpaq sahəsinin bazar qiymətinin daha baha və real alıcısı olduğundan, yerquruluşu planının qanunsuz olaraq dəyişdirilməsinə dair sövdələşmiş, bu məqsədlə aralarında cinayətkar rolları bölüşdürərək, qərar əsasında verilmiş planı itirdiklərini bildirməklə, özünün 25 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı Ərazi İdarəsinə qanunsuz müraciəti əsasında, həmin idarənin mühəndisi Şahid5 iştirakı ilə yerə baxış zamanı Xızı Bələdiyyəsi sədrinin iştirak etməməsindən sui-istifadə etməklə sonuncunu aldadaraq, bilərəkdən Loğman Zülfüqarlıya məxsus torpaq sahəsini göstərmiş, bu əsasla torpaq sahəsinin koordinatlarının yerinin dəyişdirilməsinə və buna əsasən 25 dekabr 2015-ci il tarixli müayinə (baxış) aktının tərtib olunmasına nail olmuş, bu aktın imzalanaraq, möhürlənib yeni koordinatlarla səlahiyyətli orqana təqdim edilməsi üçün Təqsirləndirilən şəxs2 qohumluq əlaqəsindən sui-istifadə edərək bələdiyyə sədrinə biləbilə düzgün olmayan məlumatlar verməklə, həmin aktda qeyd olunan koordinatların guya Nadir Aşurova satılmış 0,08 ha torpaq sahəsinə aid olduğunu əminliklə bildirməklə bələdiyyə sədrini aldatmış və onun xidməti otağında qeyd olunan akta imza etdirərək möhürlətmiş, Təqsirləndirilən şəxs1 həmin aktı Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə təqdim etməklə torpağın koordinatlarını 8 ildən sonra qanunsuz yolla dəyişdirərək, bazar qiyməti ilə daha baha olan Xızı şəhəri, Arif Dadaşzadə küçəsində yerləşən və vətəndaş X5 məxsus 0,8 ha torpaq sahəsinə aid olmasına dair ilkin sənədlərin əldə olunmasına nail olmuş, lakin aktın saxta əsaslarla tərtib olunmasını bilən bələdiyyə sədri Zərərçəkmiş şəxs Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı Ərazi İdarəsinə ünvanladığı 14 iyun 2018-ci il tarixli rəsmi məktubla Təqsirləndirilən şəxs1 ifşa etmiş, beləliklə, həmin qanunsuz sənədlərin dövlət reyestrində qeydiyyatının qarşısı alınmışdır. Bununla da, Təqsirləndirilən şəxs1 özgə əmlakına dair hüquqların əvəzsiz əldə edilməsinə yönəlmiş dələduzluq cinayət əməlini törətməyə cəhd etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüququnu əvəzsiz olaraq əldə etmək məqsədilə 2015-ci ildə Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumu - Sumqayıt şəhər sakini vətəndaş X14 Xızı Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı və ona əlavə edilmiş yerquruluşu planı ilə satılmış perspektiv inkişaf fonduna aid, alqı-satqı predmeti olan Xızı şəhəri, “Fin evləri” yaşayış massivində yerləşən, 0,01 ha üçün 335 manat olmaqla, ümumilikdə satış qiyməti 2680 manat olan 0,08 ha torpaq sahəsinin olduğunu bildikləri halda, Xızı şəhəri, Arif Dadaşzadə küçəsində yerləşən və vətəndaş X5 məxsus 0,8 ha torpaq sahəsinin bazar qiymətinin daha baha və real alıcısı olduğundan, yerquruluşu planının qanunsuz olaraq dəyişdirilməsinə dair sövdələşmiş, bu məqsədlə aralarında cinayətkar rolları bölüşdürərək, qərar əsasında verilmiş planı itirdiklərini bildirməklə, Təqsirləndirilən şəxs1 25 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 2 saylı Ərazi İdarəsinə qanunsuz müraciəti əsasında, həmin idarənin mühəndisi Şahid5 iştirakı ilə yerə baxış zamanı Xızı Bələdiyyəsi sədrinin iştirak etməməsindən sui-istifadə etməklə sonuncunu aldadaraq, bilərəkdən Loğman Zülfüqarlıya məxsus torpaq sahəsini göstərmiş, bu əsasla torpaq sahəsinin koordinatlarının yerinin dəyişdirilməsinə və buna əsasən 25 dekabr 2015-ci il tarixli müayinə (baxış) aktının tərtib olunmasına nail olmuş, qohumluq əlaqəsindən sui-istifadə edərək bu aktın imzalanaraq, möhürlənib yeni koordinatlarla səlahiyyətli orqana təqdim edilməsi üçün bələdiyyə sədrinə bilə-bilə düzgün olmayan məlumatlar verməklə həmin aktda qeyd olunan koordinatların guya Nadir Aşurova satılmış 0,08 ha torpaq sahəsinə aid olduğunu əminliklə bildirərək bələdiyyə sədrini aldatmış və onun xidməti otağında qeyd olunan akta imza etdirərək möhürlətmiş, Təqsirləndirilən şəxs1 həmin aktı Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə təqdim etməklə torpağın koordinatlarını 8 ildən sonra qanunsuz yolla dəyişdirərək bazar qiyməti ilə daha baha olan Xızı şəhəri, Arif Dadaşzadə küçəsində yerləşən və vətəndaş X5 məxsus 0,8 ha torpaq sahəsinə aid olmasına dair ilkin sənədlərin əldə olunmasına nail olmuş, lakin aktın saxta əsaslarla tərtib olunmasını bilən bələdiyyə sədri Zərərçəkmiş şəxs Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı Ərazi İdarəsinə ünvanladığı 14 iyun 2018-ci il tarixli rəsmi məktubla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa etmiş, beləliklə, həmin qanunsuz sənədlərin dövlət reyestrində qeydiyyatının qarşısı alınmışdır. Bununla da, Təqsirləndirilən şəxs2 özgə əmlakına dair hüquqların əvəzsiz əldə edilməsinə yönəlmiş dələduzluq cinayət əməlini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanda qeydiyyatda olsa da, 2014-cü ildən həyat yoldaşı və 2 azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır. Təxminən 2005-2010-cu illərdə Xızı şəhər bələdiyyəsinin üzvü olmuşdur. 2015-ci ilin təxminən sentyabr ayında 20 ildir tanıdığı Təqsirləndirilən şəxs2 qızının toy mərasimi ilə əlaqədar pula ehtiyacı olduğunu və Xızı şəhərində, onun ata evinin yaxınlığında 0,08 ha torpaq sahəsini satdığını bildirmişdir. Həmin ərazidə onun da, 0,16 ha torpaq sahəsi olmasına və torpağın qiymətinin getdikcə artmasına görə, Mənsurdan torpaq sahəsini ala biləcəyini ona bildirmişdir. Bundan sonra, Mənsurla aralarında olan şifahi razılıq əsasında, sotu 5000 manat olmaqla, ümumilikdə 40000 manat müqabilində həmin 0,08 ha torpaq sahəsini almışdır. Mənsur həmin torpağı ona satarkən torpaq sahəsinin bacanağı X12 adına rəsmiləşdirilməsini bildirmiş və ödədiyi pul müqabilində X14 məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətini, X12 adına Xızı qəsəbəsinin zona bölgüsündə 2-ci zonaya aid edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 15 noyabr 2007-ci il tarixli, 123 nömrəli rəyini, Xızı Bələdiyyəsinin ehtiyat fondundan 0,08 ha torpaq sahəsinin verilməsinə dair Azərbaycan Respublikası Xızı rayonu Xızı Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 13 saylı iclasından çıxarışı, X17 ilə Azərbaycan Respublikası Xızı rayonu Xızı Bələdiyyəsi arasında 29 noyabr 2007-ci il tarixdə 282 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktı və 09 oktyabr 2007-ci ildə Nadir Aşurov tərəfindən Xızı Bələdiyyəsinin hesabına Kapital Bankda ödənilmiş 160 manat ödəniş qəbzini təqdim etmişdir. Mənsur həmin vaxt torpaq sahəsinin yeri olaraq Xızı şəhərində, Qazməmməd qaz kəmərinin yaxınlığında olan ərazini göstərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə aralarında torpağın alqı-satqısına dair təklikdə və ya hər hansı bir şəxsin iştirakı ilə heç bir yazılı sənəd tərtib edilməmişdir. Bundan sonra, sənədləri qaydasına salmaq üçün əldə olan sənədlərlə Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidməti "xxxx" MMCnin 2 saylı Sumqayıt Tədqiqat İdarəsinə müraciət olunmuş və X12 adına Xızı Bələdiyyəsindən satılmış 0,08 ha torpaq sahəsinə həmin İdarədən 25 dekabr 2015-ci il tarixdə 90/12 saylı GPRS koordinatları barədə arayış və arayışa əlavə bələdiyyədə həmin koordinatlarının təsdiqi üçün X9 çıxarış və akt verilmişdir. Daha sonra, Mənsur həmin aktı təsdiq etmək üçün 2016-cı ilin təxminən yanvar ayının əvvəllərində Xızı Bələdiyyəsinin hazırkı sədri Zərərçəkmiş şəxs təqdim etmiş, lakin Zərərçəkmiş şəxs Mənsurdan 10000 manat rüşvət istəmiş və o da, məcbur olub Mənsur vasitəsilə həmin 10000 manat pulu vermiş və Xaliq həmin pul müqabilində 2016-cı ilin təxminən yanvar ayının sonlarında öz imzası və möhürü ilə aktı öz xidməti kabinetində Mənsurun iştirakı ilə təsdiq etmişdir. Bundan sonra, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək üçün Mənsurla birlikdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xızı rayon şöbəsinə yazılı müraciət etmişlər, lakin onlara şifahi bildirmişlər ki, hazırda Xızı rayonunun xəritəsi yenidən hazırlandığından çıxarış verilməsi dayandırılmışdır və 2017-ci ilədək xəritə tamamilə işlənib qurtardıqdan sonra çıxarışların verilməsi məsələsinə baxılacaqdır. Ona görə də, 06 iyun 2018-ci il tarixdə X17 ilə birlikdə Sumqayıt Asan Xidmət Mərkəzinə gedərək, Nadir Aşurovdan öz adına ƏN-İ № 660918 saylı etibarnamə almışdır ki, torpaq sahəsinin sənədləşməsi ilə bağlı yaranmış problemlə özü məşğul ola bilsin. Daha sonra, Mənsur tərəfindən ona satılmış torpaq sahəsinin, yəni Nadir Aşurovun adına bələdiyyədən alınmış torpaq sahəsinin bələdiyyə tərəfindən ikinci dəfə Loğman Zülfüqarlıya satılmasını bilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə zərərçəkmiş şəxslə barışmasının və cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödəniləcək məbləğini tam olaraq ödəməsinin nəzərə alınaraq, barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 1988-ci ildən Xızı şəhərində yaşayır və şəhər sakini kimi Təqsirləndirilən şəxs1la uzun müddət dostluq əlaqələri olmuşdur. O, bacanağı Nadir Abuşovun adına 2007-ci ildə aldığı 0,08 ha torpaq sahəsini təxminən 2013-cü ilin axırı 2014-cü ilin əvvəllərində 12000 manata Təqsirləndirilən şəxs1 satmışdır. Lakin, torpaq sahəsinə dair sənədləşdirmə işlərinin aparılmasından onun heç bir xəbəri olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satdığı həmin torpaq sahəsi Zülfüqarlı qardaşlarının evlərinin yanında deyil, Xızı şəhərində Fin evlərinin yaxınlığında olmuş, satdığı torpaq sahəsinin pulundan Xəqani ona ilkin olaraq 4250 manat vermiş, qalan pulun isə sənədləşdirilmə apardıqdan sonra verəcəyinə vəd vermişdir. Bundan sonra, sənədləşmə işləri ilə Xəqani özü məşğul olmuş, sonuncu bircə dəfə onun yanına gələrək, akta bələdiyyə sədrinin imza etməklə möhür vurmasını bildirmiş, torpaq sahəsi onun olduğundan bələdiyyə sədri Zərərçəkmiş şəxs müraciət edərək akta imza etdirib möhür vurdurmuşdur. Belə ki, aktda çəkilən imza Nadir Aşurova məxsus olmamış, eləcə də torpaq sahəsinə baxış keçirən zaman Nadir Aşurov orada iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs aktı verəndə torpaq sahəsi «Fin evlərinin» yanında yerləşdiyini demiş, bələdiyyə sədri də cavabında araşdırıb imza çəkib möhürləyəcəyini bildirmişdir. O, həmin vaxt koordinatların onun yerinə aid olmamasını bilməmişdir. Xəqani ona zəng edib demişdir ki, ondan soruşsalar deyər ki, torpağı 40000 manata almışdır. Lahiyə Tədqiqat İdarəsinə nə o, nə də Nadir Aşurov müraciət etməmişlər. Həmin idarəyə Təqsirləndirilən şəxs1 özü müraciət etmiş, torpaq sahəsi onun olduğuna görə Xəqani aktı gətirib ona vermişdir ki, aparıb bələdiyyə sədrinə imza etdirsin. O, belə bir aktın olmasını bilməmiş, ancaq Xəqani verəndə həmin aktı görmüşdür. Aktı bələdiyyə sədrinə imza üçün aparanda Nadir Aşurovdan onun adına etibarnamə olmuş və onun satdığı yer Xızı şəhərində Fin evlərinin yanında yerləşmişdir. Torpağı Təqsirləndirilən şəxs1 təxminən 2013-cü ilin axırı 2014-cü ilin əvvəllərində satmışdır. O, torpağı 2007-ci ildə Nadir Aşurovun adına almış və faktiki sahibi o, olmuşdur. Torpağı alanda keçmiş bələdiyyə sədri Şahid6 həmin ərazini ona göstərmiş, qızına toy etdiyi üçün pul lazım olduğundan torpağını Təqsirləndirilən şəxs1 satmışdır. Onun Zülfüqarlı qardaşlarının evinin yanında torpaq sahəsi olmamışdır. Torpaq sahəsini Xəqaniyə satanda da demişdir ki, torpaq Fin evləri tərəfdədir gedək baxaq, lakin Xəqani ona bildirmişdir ki, hal-hazırda sənəd lazımdır, torpağa sonra baxarıq. Torpağı 12000 razılaşmışlar, həmin puldan ona Xəqani 4250 manat pul ödəmişdir. Həmin pulu Xəqani Mehdiabadda yanacaqdoldurma məntəqəsinin yanında yeznəsinə vermişdir. Həmin pul 4000 ABŞ dolları olmuş və onu çevirəndə 4250 manat etmişdir. Xəqani 4250 manat pulu verdikdən sonra bələdiyyə sədrinə aktı imza etdirmək üçün gətirmişdir. Akta bələdiyyə sədri imza çəkib möhür vurandan sonra Nadir Aşurovun əvəzinə Təqsirləndirilən şəxs1 maşının içərisində imza etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə zərərçəkmiş şəxslə barışmasının və cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödəniləcək məbləğini tam olaraq ödəməsinin nəzərə alınaraq, barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 23 avqust 2015-ci il tarixdən Xızı şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 Xızı şəhər sakini kimi təxminən 15 ildir tanıyır, hər hansı dostluq və ya qohumluq əlaqələri yoxdur, o cümlədən Təqsirləndirilən şəxs1la heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 isə şəhər sakini kimi tanımaqla yanaşı, onunla qohumluq əlaqələri də vardır. Sumqayıt şəhər sakini X12 Xızı şəhər Bələdiyyəsinə 22 oktyabr 2007-ci il tarixli müraciəti əsasında, bələdiyyə iclasının 20 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə X23 şəhər ərazisində İİ zonaya aid olan 0,08 ha bələdiyyə torpağı satılmışdır. Həmin dövrdə də, bələdiyyə sədri Şahid6 olmuşdur. 2015-ci ilin təxminən dekabr ayında Təqsirləndirilən şəxs2 etibarnamə əsasında bələdiyyəyə şifahi müraciət edərək Nadir Aşurovla bələdiyyə arasında torpaq alqı-satqısına dair sənədləri, bundan əlavə "xxxx" MMC-nin 2 saylı Sumqayıt Tədqiqat İdarəsinin mühəndisi Şahid5 və vətəndaş X12 imzaladığı 07 dekabr 2015-ci il tarixli aktı təsdiq edilməsi üçün ona təqdim etmişdir. O, həmin sənədləri, Xızı şəhər bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 13 saylı iclasının qərarından çıxarışını, həmin torpaq sahəsinin alqı-satqısına dair bələdiyyə ilə Nadir Aşurov arasında hazırlanmış aktı, həmin torpağın dövlət rüsumunun ödənilməsi haqqında qəbzi, X13 Komitəsinin Xızı rayon şöbəsinin 15 noyabr 2007-ci il tarixli, 123 saylı rəyini nəzərdən keçirmişdir. Daha sonra, arxiv sənədlərinə baxaraq, torpağın Xızı şəhəri ərazisində “Fin evləri” adlanan ərazidə olmasını Mənsurdan soruşduqda, sonuncu həqiqətən də, torpaq sahəsinin həmin ərazidə ayrılmasını təsdiq etmişdir. Ona görə də, hər hansı qanun pozuntusu aşkar etmədiyinə görə və eyni zamanda Təqsirləndirilən şəxs2 şəhər sakini və qohumu kimi etibar etdiyindən "xxxx" MMC-nin 2 saylı Sumqayıt Tədqiqat İdarəsinin 07 dekabr 2015-ci il tarixli aktını koordinatları dəqiqləşdirmədən şəxsi imzası və bələdiyyə möhürü ilə təsdiq etmişdir. Bununla yanaşı, o, ümumiyyətlə nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 heç vaxt hər hansı bir vəsait istəməmiş, Xəqani də gördüyü işə görə ona heç bir vəsait verməmişdir. Nadir Aşurova satılmış bələdiyyə torpağı ilə əlaqədar ona etibarnamə əsasında şəxsən Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 görməmiş, onunla torpaq sənədləşdirməsi üçün hər hansı yerdə danışıqları olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi tamamilə yalandır, ona böhtan atmaqla Nadir Aşurovun adına alınmış torpaq sahəsinə qanunsuz formada çıxarış almaq cəhdindən başqa bir şey deyildir. Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi sənədlərdən də görünür ki, X14 2007-ci ildə satılmış bələdiyyə torpağına dair etibarnamə Nadir Aşurov tərəfindən Təqsirləndirilən şəxs1 Sumqayıt Asan Xidmət Mərkəzi tərəfindən 06 iyun 2018-ci ildə verilmişdir, yəni Xəqani X1 2007-ci ildə satılmış bələdiyyə torpağına dair hər hansı hüququ olmadan ona hansı əsasla 2015-ci ilin dekabr ayında müraciət etməsi və onun da Xəqaninin müraciətinə baxıb Aşurov Nadirə məxsus torpaq sahəsinin aktını təsdiq etməsi Təqsirləndirilən şəxs1 yalan və böhtan sözlərinin göstəricisidir. Təqsirləndirilən şəxs1la şikayətdən əl çəkməyi barədə danışıqları olmuşdur, lakin bu hər hansı bir cinayət əməlini gizlətməyə görə yox, yalan sözlərlə onu rayon içərisində biabır etməməsinə görə olmuşdur. Həmçinin, Xəqani görüşlər zamanı onu akta imza edib təsdiq etdiyinə görə məsuliyyət daşıması və tutulacağı ilə hədələmiş, o da, həmin imzasına görə narahatçılıq keçirmişdir. Məsələnin aralarında uzlaşmaqla həll edə biləcəklərini fikirləşmiş, lakin Xəqani onun hədələrdən ehtiyat etdiyini gördüyündən ondan əlavə torpaq sahəsi və ümumilikdə 50000 manat pul verməsini istədikdə o, sonuncu ilə razılaşmamışdır. Hal hazırda ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, hazırki cinayət işinə xitam verilməsini və təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, belə ki, Təqsirləndirilən şəxs1 bacısı Vəfa Bağırova onun qardaşı Məhəddin Bağırovla evlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2lə də qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2lə onun əvvəllər hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Bildirmək istəyir ki, həqiqətən Sumqayıt şəhər sakini X17 2007-ci ildə o, Xızı Bələdiyyə sədri işlədiyi dövrdə Bələdiyyəyə rayonda torpaq almaq arzusu ilə əlaqədar müraciət etmiş, vətəndaşın müraciəti Bələdiyyənin iclasında müzakirə edilmiş və X16 torpağından 08 sot torpaq satılmasına hər hansı bir maneə olmamış, ona görə də iclasın qərarı əsasında həmin şəxsə “Fin evləri” adlanan ərazidə Bələdiyyə mülkiyyətində olan 08 sot torpaq satılmış, eyni zamanda Nadir Aşurova həmin torpaq sahəsi əyani şəkildə də göstərilmişdir. Oxşar məzmunda Təqsirləndirilən şəxs1 ərizəsi Xızı rayon İcra Hakimiyyətində də araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 iddiaları tamamilə əsassızdır. Bundan əlavə İcra Hakimiyyətində arxiv sənədləri əsasında araşdırma zamanı 2007-ci ildə o, Xızı Bələdiyyə sədri işlədiyi dövrdə X14 qanuna müvafıq qaydada Xızı şəhərinin “Fin evləri” adlanan hissəsindən torpaq sahəsinin verilməsi, ərizəsində qeyd etdiyi X3 torpaq sahələrinin çıxarışlarındakı koordinatların Nadir Aşurova satılmış torpaq sahəsinin koordinatlarından tamamilə fərqli ərazilərdə, Təqsirləndirilən şəxs1 iddia etdiyi X3 2005-ci ilə aid çıxarış əsasında mülkiyyəti olan torpaq sahəsi isə Nadir Aşurova satılmış torpaq sahəsindən təxminən 01 km məsafədə yerləşən torpaq sahəsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qaynatasıdır. 2015-ci ildə qaynatası Təqsirləndirilən şəxs2 ona zəng edərək dostu Təqsirləndirilən şəxs1 nömrəsini verərək Sumqayıt şəhərində onunla görüşüb 4000 manat pul verəcəyini bildirmişdir. O da, öz istifadəsində olan ***-***-**-** nömrəli telefondan zəng edərək sonuncuya Təqsirləndirilən şəxs2 yeznəsi olduğunu dedikdə, Xəqani ona Novxanıda olduğunu bildirmişdir. Bundan sonra, özünə məxsus Mersedes Benz E 280 markalı avtomobillə Novxanı kəndinə gedərək, Təqsirləndirilən şəxs1la görüşmüş və sonuncu ona Mənsura çatdırmaq üçün 4000 ABŞ dolları pul vermişdir. O, həmin pulu alıb yenidən Sumqayıt şəhərinə qayıtmış və qaynatası Təqsirləndirilən şəxs2 zəng edərək 4000 ABŞ dollar məbləğində pulu Xəqanidən almasını bildirmişdir. Pulu aldıqdan iki gün sonra o, Xızı rayonuna gəlmiş və aldığı 4000 ABŞ dollar pulu qaynatası Təqsirləndirilən şəxs2 vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, təxminən 2015-ci ilin iyul ayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Xidmətin Bakı Təhqiqat Lahiyə İdarəsinin mühəndisi vəzifəsində işləyir, vəzifəsi vətəndaşların və ya bələdiyyələrin idarəyə müraciəti əsasında idarə rəhbərliyinin göstərişi ilə torpaq sahələrinin müayinə baxışının keçirilməsi, bununla əlaqədar müayinə aktının tərtib edilməsindən ibarətdir. 07 dekabr 2015-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında adının qarşısındakı imza onun şəxsi imzasıdır və həmin akt xatırladığı qədər vətəndaş Təqsirləndirilən şəxs1 mühəndis işlədiyi İdarəyə müraciəti əsasında vətəndaşlar Təqsirləndirilən şəxs1, Nadir Aşurov və bələdiyyə sədri Zərərçəkmiş şəxs iştirakları ilə onun tərəfindən tərtib edilmişdir. X17 ilə hər hansı tanışlığı yoxdur, həmin şəxsi Xızı şəhərində torpaq sahəsinin müayinəsi zamanı görmüşdür. Belə ki, tərəfindən tərtib edilmiş 07 dekabr 2015-ci il tarixli akt və ona əlavədən də göründüyü kimi Təqsirləndirilən şəxs1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Layihə Tədqiqat İdarəsinə müraciəti əsasında X12 adına Xızı şəhərində rəsmiləşdirilmiş torpaq sahəsinə 2015-ci ildə Təqsirləndirilən şəxs1, Nadir Aşurov və bələdiyyə sədri Zərərçəkmiş şəxs iştirakları ilə baxış keçirmişlər və baxış əsnasında həmin aktı tərtib etmişdir. Uzun müddət keçdiyinə, həmçinin çoxlu sayda müayinə baxış keçirdiyinə görə hal-hazırda Nadir Aşurova satılmış bələdiyyə torpağının sahəsinin ölçmə işlərini dəqiq olaraq harada aparılmasını xatırlamır, lakin həmin torpaq sahəsinin ölçmə işlərini bələdiyyə sədri Zərərçəkmiş şəxs iştirakı ilə və sonuncunun göstərdiyi ərazidə aparmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs guya torpaq sahəsinin ölçmə işlərində iştirak etməməsi və gələcəkdə də belə halların baş verməməsi üçün Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Layihə Tədqiqat İdarəsinə məktub ünvanlaması ilə əlaqədar bildirir ki, bu tamamilə yalandır. Mübahisə gedən torpaq sahəsinin ölçmə işləri aparılarkən orada ondan başqa X17, Təqsirləndirilən şəxs1 və Xızı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirak etmişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, 2011-ci ildən ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarərsində özəl mərzçəkən vəzifəsində işləyir. Vətəndaşların idarəyə müraciəti əsasında, rəhbərliyin yazılı göstərişi əsasında Xızı rayonu ərazisində müraciət edən şəxlərin daşınmaz əmlaklarının çöl ölçmə işlərini aparır. İşi ilə əlaqədar uzun müddət Xızı rayonunda olduğundan Təqsirləndirilən şəxs1 Xızı rayon sakini kimi tanıyır, hər hansı qohumluq, dostluq əlaqəsi və ya onunla, hər hansı yaxın qohumu ilə heç vaxt ədavəti, düşmənçiliyi olmamışdır. Bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 işlədiyi idarəyə 07 dekabr 2015-il tarixli aktda koordinatları göstərilən torpaq sahəsi və ya X2 bələdiyyə torpağı ilə əlaqədar heç vaxt müraciət etməmişdir. Vətəndaşların idarəyə rəsmi müraciəti və rəhbərliyinin ona yazılı göstərişi olmadan o, hər bir yerdə ölçmə işləri aparmaq, eləcə də ona təhkim olunmuş hər hansı bir cihazdan istifadə etmək hüququ yoxdur və həmçinin GPS cihazından rəsmi göstəriş olmadan istifadə mümkün deyil, həmin cihaz mərkəzi sistemlə birbaşa əlaqəlidir, həmin cihazdan göstəriş olmadan istifadə etməsi onun cəzalanması ilə nəticələnər. İşlədiyi müddət ərzində, hazırkı tarixədək belə bir hal yaşanmamış, işində daima nöqsansız fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1 bildirdikləri tamamilə yalandır, böhtandır, hansı səbəbdən belə bir sözlər deməsini başa düşə bilmir. Belə ki, 07 dekabr 2015-ci il tarixli aktdan görünür ki, həmin torpaq sahəsinin ölçmə işlərində o, iştirak etməmişdir. Həmin kordinatlarda ölçmə işləri aparılmışdır, təkrarən onun həmin yerdə ölçmə işləri aparması mənasız hal olardı. Təqsirləndirilən şəxs1 iddia etdiyi torpaq sahəsinin X3 adına sənədləşdirilməsində, yəni qeydiyyata alınmasında iştirak etməsinə görə hesab edir ki, Xəqani belə bir böhtan atmaqla öz ağlınca onu problemlərə salmağa çalışmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ilin təxminən dekabr ayından "xxxx" ASC-də hüquqşünas vəzifəsində çalışır. "xxxx" ASC-nin rəhbəri X6 ona 18 yanvar 2018-ci il tarixdə Xızı rayonu ərazisində özünə məxsus olan mülkiyyət hüququ ilə tanınmış əmlaklarında müəyyən hərəkətləri həyata keçirməyə imkan verən etibarnamə vermişdir. Həmin etibarnamə üzrə o, X5 məxsus olan Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin çıxarışın əldə edilməsi istiqamətində müəyyən işlər görmüşdür. Həmin torpaqlarda Loğman Zülfüqarlının evi olmuş və o, mütamadi olaraq həmin yerə gələrək işlərin necə getməsi ilə maraqlanmışdır. 2018-ci ilin təxminən iyul ayının əvvəllərində qeyd edilən yerdə olarkən həmin vaxtlarda tanımadığı hündür boylu, sarışın, göy göz, dolu bədənli, özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən həmin şəxs ona yaxınlaşaraq həmin torpaqlardan 0,08 ha torpağın ona məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 torpağın ona aid olmasını iddia etdiyi tədqirdə sənədlərinin onlara təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə heç bir sənəd təqdim etməmiş və getmişdir. Həmin hadisədən bir neçə gün sonra, yəni təxminən iyul ayının əvvəllərində, günorta saatlarında Loğman müəllimin Xızı şəhərindəki bağında bağban işləyən Rafiq istifadəsində olan mobil nömrədən ona zəng edərək Təqsirləndirilən şəxs1 adlı şəxsin sərxoş vəziyyətdə bağa gələrək ərazidə işləyən ustaları təhdid və təndiq edərək hasarlama işlərinin dayandırılmasını tələb etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 mobil nömrəsini Rafiqdən alıb, onunla əlaqə saxlamış və problemin nədən ibarət olmasını ondan soruşmuşdur. Həmin vaxt Xəqani ona bildirdi ki, hasarlanan yer onun torpaq ərazisidir və Loğman Zülfürqarlı həmin ərazini qanunsuz zəbt edərək hasarlayır. O, Xəqaniyə əsəbləşib dava-dalaş yaratmağın lazım olmadığını, torpaqla əlaqədar sənədlərini sabah gətirib ona təqdim edəcəyini, onun da özündə olan sənədləri təqdim etməsini, yaranmış anlaşılmazlığı aralarında mədəni formada həll etmələrinin mümkün olduğunu bildirmiş və Xəqani ilə səhəri gün Xızı şəhərində görüşmələri barədə razılaşmışlar. Təqsirləndirilən şəxs1la həmin danışıqlarının səhəri günü, yəni təxminən iyul ayının ortalarında, günorta saatlarında o, Xızı şəhəri, M.Müşfıq küçəsində Loğman Zülfüqarlının bağ evinin həyətində görüşmüşdür. Həmin vaxtı sonradan adını Təqsirləndirilən şəxs1 öyrəndiyi, əvvəllər tanımadığı, orta boylu, qarabuğdayı, normal bədən quruluşlu özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs də Təqsirləndirilən şəxs1la birlikdə gəlmişdir. O, torpağa aid olan hüquqverici sənədləri, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Seriya RX № 1211910, Seriya RX №1280275, Seriya RX № 1211859, Seriya RX № 1211908, Seriya RX № 1211860, Seriya RX № 1211909, Seriya RX № 1211911, Seriya RX № 1211870, Seriya RX № ******* çıxarışları Xəqaniyə təqdim etmiş, bundan sonra Xəqanin torpaqla əlaqədar sənədini təqdim etməsini xahiş etmiş, lakin Xəqani bu dəfə də ona hər hansı bir sənəd təqdim etməmiş və hasarlanan ərazini göstərərək həmin sahəni onunla birlikdə gələn Təqsirləndirilən şəxs2 40000 manat müqabilində almasını, 10000 manat isə sənədləşdirmə işləri üçün Bələdiyyəyə xərc çəkməsini deyərək, bu işi belə buraxmayacağını ona bildirmişdir. Mənsur isə onun təqdim etdiyi çıxarışlara baxdıqdan sonra “mən nə deyə bilərəm ki, çıxarışları var, Allah xeyirinizi versin” sözlərini demişdir. Xəqani isə “mən bununla razılaşa bilmərəm, Loğman müəllimə denən ki, mənim 50000 manatımı versin, yoxsa sizi rüsvay edəcəm”. Səhəri gün o bu barədə Loğman müəllimə demiş, sonuncu isə ona araşdırma aparmağı tapşırmış və bildirmişdir ki, «əgər həqiqətəndə Təqsirləndirilən şəxs1 dedikləri düzdürsə çəkdiyi xərcləri ödəyək, yox əgər yalandan bizdən pul tələb edirsə 10000 manat pul verək boş yerə adımızı hallandırmasın. Çünki, Təqsirləndirilən şəxs1 itirəcək heçnəyi yoxdur, bizim isə cəmiyyətdə nüfuzumuz var». Bundan sonra o, Təqsirləndirilən şəxs1la telefonda danışıb, yenidən Xızı şəhərində həmin ərəfələrdə görüşmüş və Loğman müəllimin sözlərini Təqsirləndirilən şəxs1 bildirmişdir. Xəqani isə qəti olaraq 10000 manatın çox az olduğunu, torpağa görə 50000 manat xərc çəkdiyini deyib və qeyd etdiyi pulun ona çatmadığı tədqirdə Loğman Zülfüqarlını biyabır edəcəyini və bu sözləri Loğman Zülfüqarlıya çatdırmasını ona bildirmişdir. O, Xəqaninin dediklərini Loğman müəllimə dedikdə, sonuncu bundan əsəbiləşərək Xəqaniyə hər hansı bir məbləğ verməyəcəyini ona bildirmişdir. O, yenidən Xızı şəhərində Təqsirləndirilən şəxs1la görüşmüş və Loğman müəllimin sözünü Xəqaniyə demişdir. Təqsirləndirilən şəxs1 isə “görərsiz sizin başınıza nə oyun açaram” deyərək ondan ayrılmışdır. Bir müddət sonra isə Xəqani Loğman müəllim barəsində müxtəlif mətbuat orqanlarına və dövlət orqanlarına həqiqətə uyğun olmayan yalan məlumatlar verərək Loğman Zülfüqarlını “vətən xaini”, “müxafilətçi” adlandıraraq, guya onun torpaq sahəsini qanunsuz zəbt edərək 50000 manat məbləğində maddi ziyan vurmasını bildirmiş və X3 şəxsiyyətinə və işgüzar nüfuzuna ləkə gətirmişdir. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərdi ki, 2007-ci ildə bacanağı Təqsirləndirilən şəxs2 öz adına torpaq sahəsi olduğundan, onun adından Xızı şəhər Bələdiyyəsinə müraciət edib bütün xərcləri Mənsur çəkməklə, lakin sənədləşdirmə onun adına getmək şərti ilə torpaq sahəsi almasını təklif etmişdir. Mənsurla razılaşdıqdan sonra sənədləşdirmə işləri ilə məşğul olması üçün həmin dövrdə ona etibarnamə də vermişdir. Etibarnamənin bir nüsxəsi ona verilsə də, elə də lazımlı sənəd olmadığından hazırda həmin etibarnaməni harada saxlamasını xatırlamır. Sumqayıt şəhər sakini olduğundan Xızı rayonu ərazisində qayınatası İmran Qarayevin və onun yaxın qohumlarının evlərindən başqa heç bir yeri tanımır. Həmin evlər də çox sadə yerdə, yəni Xızı rayon İcra Hakimiyyətinin arxasındakı məhəllədə yerləşir, digər ərazilərdən isə demək olar məlumatı yoxdur. Xızı rayonundakı əraziləri tanımadığından və aldığı torpaq da sənəd üzərində onun, faktiki olaraq isə bacanağı Mənsurun olduğuna görə Bələdiyyədən torpaq üçün hansı sənədlərin verilməsi barədə də heç bir məlumatı olmamış və bu barədə maraqlanmamışdır. 2018-ci ilin iyun ayının əvvəllərində bacanağı Mənsur ona zəng edərək, 2007-ci ildə Xızı şəhər Bələdiyyəsindən aldıqları torpağı dostu Xəqani adlı şəxsə satdığını, lakin torpağa görə həmin vaxt Mənsura verdiyi etibarnamənin müddəti bitdiyindən və həmin torpağın onun adına olmasına görə Xəqaniyə etibarnamə verməsini xahiş etmişdir. O da, torpağın faktiki Mənsurun mülkiyyəti olmasına görə hər hansı bir problem görmədiyindən etiraz etməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1la 06 iyun 2018-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzində görüşərək, Xızı rayonunda adına rəsmiləşdirilmiş torpaq sahəsinə görə sonuncuya etibarnamə vermişdir. Şahid X12 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 2007-ci ildə bacanağı Təqsirləndirilən şəxs2 ona təklif etmişdir ki, öz adına torpaq sahəsi olduğundan, onun adından Xızı Bələdiyyəsinə müraciət edib adına torpaq sahəsi alsınlar, bütün xərcləridə Mənsur çəkməli, torpaq isə sənəd üzərində onun, lakin faktiki olaraq Mənsurun olmalı imiş. Mənsurla razılaşdıqdan sonra həmin ildə, birlikdə onun adından Xızı bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə müraciətləri ilə əlaqədar onlara müsbət cavab vermiş və Bələdiyyə torpağının ona satılmasına hər hansı bir mane olmadığını bildirmişdir. Bundan sonra, bələdiyyə qərarı ilə Xızı rayonunda 0,08 ha torpaq sahəsi adına verilmişdir. Sumqayıt şəhər sakini olduğundan Xızı rayonu ərazisini demək olar ki, tanımır, burada yalnız qayınatası İmran Qarayevin və onun yaxın qohumlarının evlərini tanıyır, həmin evlər də, çox sadə yerdə, Xızı rayon İcra Hakimiyyətinin arxasındakı məhəllədə yerləşir, digər ərazilərdən isə demək olar ki, məlumatı yoxdur. Xızı rayonundakı əraziləri tanımadığından və torpaq da sənəd üzərində onun, faktiki olaraq isə bacanağı Mənsurun olduğuna görə bələdiyyədən torpaq üçün hansı sənədlərin verilməsi barədə də heç bir məlumatı olmamış və bu barədə maraqlanmamışdır. Əlavə sənədləşdirmə işləri ilə məşğul olması üçün bacanağı Mənsura həmin dövrdə etibarnamə vermişdir. Etibarnamənin bir nüsxəsi ona verilsə də, etibarnamə ona elə də lazımlı sənəd olmadığından hazırda həmin etibarnaməni harada saxlamasını xatırlamır. 2018-ci ilin iyun ayının əvvəllərində bacanağı Mənsur öz istifadəsində olan mobil nömrədən onun mobil nömrəsinə zəng edərək, 2007-ci ildə Xızı Bələdiyyəsindən aldıqları torpağı dostu Xəqani adlı şəxsə satdığını, lakin torpağa görə həmin vaxt Mənsura verdiyi etibarnamənin müddəti bitdiyindən, torpağın onun adına olmasına görə Xəqaniyə etibarnamə verməsini xahiş etmişdir. O da, torpağın faktiki Mənsurun olmasına görə hər hansı bir problem görmədiyindən etiraz etməmişdir. Təqsirləndirilən şəxs1la 06 iyun 2018-ci il tarixdə Sumqayıt şəhər Asan Xidmətdə mərkəzində görüşmüş və Xaqaniyə Xızı rayonunda adına rəsmiləşdirilmiş torpaq sahəsinə görə etibarnamə vermiş, dövlət rüsumunuda Xaqani özü ödəmişdir. Xəqaninin torpaqla əlaqədar yarı-yarımçıq danışığından belə başa düşmüşdür ki, torpağı Mənsurdan sotu 5000 manat olmaqla ümumilikdə, 40000 manata almışdır, lakin bu məsələlər onu maraqlandırmadığından Xəqaniyə əlavə suallar verməmişdir. Nadir Aşurov dindirmə zamanı ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsi sənəd üzərində onun adına olsa da, faktiki olaraq bacanağı Təqsirləndirilən şəxs2 olduğundan sənədləşmə işləri ona heç maraqlı deyilmiş, həm də açığı heç torpaq işlərindən başı da çıxmır, o, sadəcə Məsurun torpaq sahəsi almasına adı və imzası ilə köməklik etməyə çalışmışdır. Bacanağı Mənsurun əvvəllər bələdiyyədə işlədiyini bildiyindən sənədlərə də dəqiqliklə Mənsur baxırmış, ona imza edəcəyi sənəddə problem olmadığını bildirmiş, o da Mənsura etibar etdiyindən sonuncunun işlərinin düzəlməsi üçün dediyi sənədlərdə adı yazılan hissədə imza etmişdir. 2007-ci il hansı bələdiyyə sədrinin və ya hər hansı bir şəxsin ona hər hansı bir yerdə torpaq sahəsinin yerini göstərməsini xatırlamır, torpaq sahəsi verilməsi üçün sənədlərdən hansında imza etməli olmuşdursa, həmin sənədlərə baxıb imza etmişdir, lakin hər hansı bir plan və ya xəritəyə imza etməyini və ya həmin formada sənədlərin təqdim edilməsini də xatırlamır. Ona 2007-ci ildə bələdiyyənin verdiyi sənədlərə imza etdikdən sonra həmin sənədləri belə özü ilə götürməmişdir. Həmin torpaq sahəsinin faktiki sahibi bacanağı Mənsur olduğuna görə ona etibarnamə verib həmin sənədləri də Mənsura təqdim etmişdir. Torpağın yeri barədə yalnız onu göstərə bilər ki, Mənsur qızı Türkanəni evləndiridiyi ərəfədə, yəni 2015-ci ilin xatırladığı qədəri ilə payız aylarının sonlarında bacanağı Mənsurun adına olan torpağını dostu Xəqaniyə satması söz-söhbətləri var imiş, bununla əlaqədar Xəqani, o, Sumqayıt şəhərindən bildiyi qədəri ilə Xəritəçəkmə İdarəsinin adını xatırlamadığı əməkdaşı və ondan əlavə bir nəfər də tanımadığım şəxsin iştirakı ilə Xızı şəhərində, Xızı-Altıağac yolunun sol tərəfindəki təpədə yerləşən sahədə GPRS cihazı ilə koordinat vurma işləri aparılmış, bundan təxminən 2-3 həftə sonra Sumqayıt şəhərində Mənsurun xahişi ilə adı yazılan koordinatlar göstərilən sənədə imza etmişdir. Yuxarıda qeyd etdiklərindən əlavə torpaqla əlaqədar hər hansı bir görüşdə iştirak etməyini xatırlamır. 07 dekabr 2015-ci il tarixli aktda tərtib edilmə yeri Xızı rayonu göstərilsə də qeyd etdiyi kimi həmin görüşdən təxminən 2-3 həftə sonra Sumqayıt şəhərində Mənsurun xahişi ilə adı yazılan koordinatlar göstərilən sənədə imza etmişdir. O, imza etdiyi zaman akt hazır olmuş, aktda adları göstərilən digər şəxslər də imzasını etmişlər, hətta akta möhür də vurulmuşdur. Yalnız onun adı yazılan hissənin qarşısı imzası üçün boş saxlanılmışdır. O da, həmin hissəyə Mənsurun xahişi ilə imza etmişdir. İmzasına rəsmi olaraq hər hansı bir dəyişiklik heç vaxt etməmiş, lakin əhəmiyyətsiz bildiyi sənədlərdə tələsik imzalar etmişdir. Həmin akta imza edərkən isə Mənsurla həmin vaxtlarda aralarında yaranmış şəxsi soyuqluğa görə biraz fərqli imza etmiş, lakin heç vaxt fikirləşməmişdir ki, həmin imza sonradan problem ola bilər, yenidən təkrar edir ki, həmin imzanı o, şəxsən Mənsurun xahişi ilə çəkmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 torpaq sahəsi alması barədə məlumatı olmuşdur. Lakin, qardaşının həmin torpaq sahəsini hansı şəraitdə və hansı şərtlər daxilində almasını bilməmişdir. Həmçinin, qardaşı Təqsirləndirilən şəxs1 tərəfindən Xızı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs 10000 manat pul verilməsindən xəbərim olmamışdır. Belə bir hal olsaydı ən azından onun da məlumatı olardı. Eyni zamanda, 07 dekabr 2015-ci il tarixli aktı görməmiş, həmin aktda göstərilən koordinatların niyə, necə və hansı şəraitdə Təqsirləndirilən şəxs2 tərəfindən dəyişdirilməsini bilməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Xızı şəhər sakini kimi və Zərərçəkmiş şəxs isə hazırda Xızı Bələdiyyəsinin sədri kimi tanıyır. Onların hər ikisini tanımasına baxmayaraq heç biri ilə şəxsi münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 barəsində hər hansı bir müsbət və ya mənfi fikri yoxdur. Zərərçəkmiş şəxs isə normal, dürüst, problemsiz bir şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs1 guya onun 2018-ci ilin yay aylarında Sumqayıt şəhərində onunla görüşərək sonuncuya yuxarıda qeyd olunan cinayət əməlinin istintaq araşdırması zamanı Zərərçəkmiş şəxs adını çəkməməsi müqabilində 20000 manat pul və 0,06 ha torpaq sahəsi təklif etməsi barədə dedikləri tamamilə yalandır. O, heç vaxt Xəqani ilə bu mövzuda danışmamış, ola bilər ki, Təqsirləndirilən şəxs1la Sumqayıt şəhəri ərazisində görüşsün, lakin bu normal haldır, çünki Sumqayıt şəhəri Xızıya yaxın olan böyük şəhərdir və Xızı sakinlərinin böyük əksəriyyəti bu və ya başqa mənada Sumqayıt şəhərinə bağlı insanlardır. Lakin, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əvəzindən 20000 manat pul və 0,06 ha torpaq sahəsi təklif etməmiş, Xəqaninin belə bir məsələdə onun adını çəkməsi də, ona aydın deyildir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı Layihə Tədqiqat İdarəsində mühəndis vəzifəsində işləyir 2018-ci ildə İdarənin qeydiyyat şöbəsinə Nadir Aşurov tərəfindən müraciət edilmiş və həmin müraciət əsasında 14 mart 2018-ci il tarixdə Daşınmaz Əmlakın dövlət Reyestr xidməti tərəfindən koordinat məktubu hazırlanıb verilmişdir. Sənədlərə baxıldıqdan sonra o, gəlib yerə baxış keçirmiş və ərazidə akt tərtib edib yer quruluşunun müayinə aktı vermişdir. Həmin yerə dair 2015-ci ildə vurulan koordinatlar sistemə işlənmədiyindən onları görmək mümkün olmamışdır. Əgər sistemdə görünsəydi təbii ki, onu yenidən vurmaq mümkün olmazdı. Koordinatların 2015-ci il tarixdə dəqiq vurulub vurulmamasını dəqiq deyə bilmir. 2018-ci ildə Reyestr Xidməti tərəfindən ona müraciət olunduğu üçün baxış keçirilməsində bələdiyyənin iştirakı olmamışdır. 2015-ci ildə isə həmin torpağın koordinatının olub olmamasından məlumatı olmamışdır. Vətəndaş Reyestr Xidmətinə müraciət etmiş, onlarda reyestrin məktubuna əsasən gəlib yerə baxış keçirmişlər. Reyestr Xidmətinə isə Loğman Zülfüqarlı tərəfindən müraciət olunmuşdur. Həmin vaxt torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etsəydi yenidən həmin torpaq sahəsini təkrar vurmazdı. 14 mart 2018-ci il tarixdə Reyestr Xidməti tərəfindən MMC-yə müraciət olunmuşdur. Onlar MMC-yə Reyestr Xidməti tərəfindən müraciət olunduğu halda həmin yerə gedib nöqtələri vuraraq torpaq sahəsinin üst-üstə düşməsini müəyyən edirlər. Ölçmə işlərini plan sxem vasitəsilə həyata keçirirlər. 2015-ci ildə torpaq sahəsi kadastrda yerləşdirilsəydi onun mövcud olması müəyyən olunardı. Koordinatlar olan məktuba o, imza etmişdir. Torpaq sahəsinə müraciət edən şəxs Loğman Zülfüqarlının nümayəndəsinin iştirakı ilə baxış keçirmişdir. Baxış keçirən zaman bələdiyyə sədri həmin ərazidə iştirak etməmişdir. Torpaq sahəsində müraciət olunan sənədlər əsasında 2018-ci ildə GPS vasitəsi ilə ölçmə işləri aparmışdır. Torpaq sahəsini ölçən vaxt əlində koordinatlar olmamışdır. Torpaq sahəsini ölçükdən sonra yüklü olmadığı müəyyən olduqdan sonra sənəd verirlər. 2015-ci ildə vurulmuş torpaq sahəsi yenidən təkrarən vurulmuşdur. 2015-ci ildə Xidmət yeni yaradıldığından və baza təkminləşmədiyi üçün torpaq sahəsi sistemə vurulmamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, cinayət işinin gedişatından təxmini məlumatı olmuş, bildiyinə görə əsas da 2 şəhadətnamənin üst üstə vurulması olmuşdur. Təqsirləndirilən şəxs1 ola bilər qəbulunda olub lakin, onu tanımır. 2015-ci ildə ƏMDK-nin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı Layihə-Təqdqiqat İdarəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilə kimi işlərin elektron versiyaya keçidi ilə əlaqədar olaraq sənəd qəbulunu müvəqqəti dayandırıblar. Sonradan vətəndaşlar tərəfindən narazılıqlar artdığından yenidən vətəndaşlardan sənədlərin qəbul edilməsinə göstəriş veriblər. Həmin müddətdə elektron versiyaya yeni keçdiklərindən sənədləşdirməni elektron qaydada tam yerləşdirilməsi mümkünsüz olmuşdur. Vətəndaşlar onlara müraciət edərkən ilkin olaraq bələdiyyə qərarı və ya XDS-nin qərarına aid sənədlərinin olduğu halda sənədlərini qəbul edirmişlər. Sənədlər hamısı hüquqi cəhətdən tam olduğunda bu barədə baş idarəyə məruzə edirmiş. Vətəndaş tərəfindən müraciət üçün 60 manat dövlət rüsumu keçirilirmiş. Bundan sonra, 3 gün ərzində ölçü işləri aparılması üçün mütəxəssisi həmin əraziyə təhkim edirmişlər. Mütəxəssis baxış keçirən zaman orada bələdiyyə sədrinin və torpağın mülkiyyətçisinin iştirakları mütləq imiş. Torpağa baxış keçiriləndən sonra həmin şəxslərin iştirakları ilə akt tərtib olunaraq imzalanırmış. Aktı tərtib edib möhürünü vurduqdan sonra vətəndaşla onun əlaqəsi yekunlaşırmış. Bundan sonra, vətəndaş Reyestr Xidmətinə gedərək çıxarışını ala bilərmiş. Sənədlər bazada xəritə əsasında formalaşırmış. Aktı onlardan əlavə mütləq bələdiyyə sədri də təsdiq etməlidir. Onlarda qalan sənədlər mütəxəssis tərəfindən elektron versiyada işlənilərək orada olan Xızı bələdiyyəsi qovluğunda saxlanılırmış. 2018-ci il tarixdən o, həmin vəzifədən çıxmış və ondan sonra nə baş verdiyindən xəbəri olmamışdır. 2018-ci ildən mütəxəssis Şahin Abasova xəzər dənizinin mühafizə zolağı tapşırıldığından Xızı rayonuna mütəxəssis kimi Rəfail Hüseynov cəlb edilmişdir. X21 rayonunda hər hansı bir ölçü işi apararkən mütəxəssis Şahid5 yaxınlaşmalıdır ki, qovluğa baxsın və həmin koordinatların üst üstə düşüb düşmədiyi müəyyən edilsin. O, xidmətdə işləyən zaman hər hansı bir pozuntu baş verə bilməzdi. 2014-cü ilə qədər olan dövrdə Loğman Zülfüqarlının ilkin torpaq ayırma sənədi olub. Həmin vaxt bələdiyyə xəritələri yenidən işlənməsi və elektron versiyaya keçirilməsi barədə göstəriş verildiyi üçün sənəd qəbulu dayandırılmışdır. Koordinat vurulduqdan sonra vətəndaş nə vaxt istəsə çıxarış ala bilər. Mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirildikdən sonra tərtib edilmiş sənədlərin bir nüsxəsi vətəndaşa verilir. Sənədləri struktur yeni yaradıldığı üçün dəqiq yoxlama aparmadan heç bir hüququ olmadığı halda Təqsirləndirilən şəxs1 vermişlər. 2015-ci il tarixdə baza tam formalaşmadığı üçün mütəxəssis Rəfail Hüseynov torpaq sahəsini digər mütəxəssis Şahid5 soruşub dəqiqləşdirməli sonradan isə koordinatları vurmalı idi. Şəhadətnamə bazada yerləşdirilmədiyi üçün onu sistemdə görə bilmirmişlər. Əgər sistemdə görünsəydi təbii ki, onu yenidən vurmaq mümkün olmazdı. Koordinatların 2015-ci il tarixdə dəqiq vurulub vurulmamasını dəqiq deyə bilmir. Tərtib olunmuş aktın bir nüsxəsi onlarda qalır, müayinə aktı tərtib edilərək torpaq sahəsinin koordinatları göstərilir və lazım olan hüquqi sənədləri vətəndaşa təqdim edirlər. 2015-ci ildə Xidmət yeni yaradıldığından və baza təkminləşmədiyi üçün torpaq sahəsi sistemə vurulmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 12-14-cü vərəqələrində olan keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin 15 noyabr 2007-ci il tarixli Aşurov (Abışov) Nadir Qabil oğluna fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsinin satılması barədə rəyin, Xızı bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 13 saylı iclasının qərarından çıxarışın və torpaqların alqı-satqısına dair 30 noyabr 2007-ci il tarixli aktın surətlərindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla, Xızı rayon Xızı bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan prespektiv inkişaf fonduna ayrılmış torpaq sahəsindən alqı-satqı qaydasında Sumqayıt şəhər sakini X15 fərdi mənzil tikintisi üçün 0,08 ha torpaq sahəsi satılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 2 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib olunmuş 25 dekabr 2015-ci il tarixli, 90/12 nömrəli arayışın və 07 dekabr 2015-ci il tarixli müayinə (baxış) aktının surətlərindən görünür ki, Xızı rayonu Xızı bələdiyyəsi ərazisində X15 məxsus 0,08 ha torpaq sahəsinə 2 saylı Layihə Tədqiqat İdarəsinin mühəndisi Şahid5, Xızı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs və mülkiyyətçi Nadir Abışovun (Aşurovun) iştirakı ilə yerində baxış keçirilmiş və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsinin koordinatları GPS sistemli ölçmə aparatının köməyi ilə dəqiqləşdirilmiş, eləcə də həmin arayış 2 saylı Layihə Tədqiqat İdarəsinin rəisi X4 tərəfindən imzalanmaqla, möhürlə təsdiq olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2021-ci il tarixli, 4/520 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 235-ci vərəqəsində olan 07 dekabr 2015-ci il tarixli aktda «Aktın doğruluğunu imzalarımızla təsdiq edirik» qrafasında 3-cü sırada «X18» yazıları qarşısındakı imzanın - X17 tərəfindən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzanı X12, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı və həm də fərqləndirici əlamətlərin mövcud olması və imzaların oxşadılmaqla icra olunması, müqayisə vaxtı imkan vermir ki, həmin imzanın müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 122 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 64-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 noyabr 2018-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qərarı ilə həmin azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 noyabr 2018-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİİ cildinin 196-208-ci vərəqələrində olan 22 yanvar 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 178.2.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 182-ci maddəsinin, iş üzrə şahid X12 əməlində Azərbaycan Respublikası CM-in 29, 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Xızı bələdiyyəsinin 16 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 2015-ci ildə Xızı bələdiyyəsinin ərazisində torpağın satış qiyməti 0,01 ha üçün 335 manat olmuşdur. İş materiallarında olan Kapital Bank ASC-nin Xızı filialının 12 oktyabr 2021-ci il və 14 oktyabr 2021-ci il tarixli qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə ayrı ayrılıqda 134 manat olmaqla, ümumilikdə 268 manat məbləğində ödəniş etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ilə barışdıqlarını, cinayət nəticəsində qəsdin yönəldiyi əmlakın on faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini, zərərçəkmiş şəxsin onlardan heç bir şikayəti və tələbinin olmadığını göstərərək barələrində Azərbaycan Respublikası CM-nin 29, 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ziyan tam ödənildiyindən onlardan heç bir şikayəti və tələbi olmadığını göstərərək, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli məhkəmə istintaqı zamanı özlərinin etirafedici ifadələrindən əlavə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ilə barışdıqlarından, dəymiş ziyanı tamamilə ödədiklərindən və cinayət nəticəsində qəsdin yönəldiyi əmlakın on faizi miqdarında, yəni ayrı ayrılıqda 134 manat olmaqla, ümumilikdə 268 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiklərindən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə və həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin İİ və İİİ bəndlərinə əsasən əsasən təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 29, 178.2.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Qeyd olunan Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən isə bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 - 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 39-cu, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 122 (yüz iyirmi iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X7, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar