Məhkəmə qərarları › İş №1(068)-1/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-1/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-1/2022 11.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X20 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının müvəkkil etdiyi nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçiləri - Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində 16 avqust 1999-cu il tarixində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaqla, Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) 2 saylı Ərazi Vergilər Baş İdarəsində 14 mart 2003-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) dövlət qeydiyyatına alınmış “X24 Qrupu”nun tərkibində olmaqla, Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin 20 oktyabr 2019-cu il tarixdən direktoru vəzifəsində işləyərkən həmin vəzifə üzrə təlimata əsasən, istirahət mərkəzində idarəetmə prinsiplərinin təşkilini həyata keçirmək, marketinq və satış üzrə planları hazırlamaq, satışın artırılmasına dair proqnozlar aparmaq, fəaliyyətin rentabelliyini təmin etmək, istirahət mərkəzinə gələn qonaqlara yüksək xidmətin göstərilməsinə və rahat şəraitin yaradılmasına nəzarət etmək, istirahət mərkəzinin personalının peşəkar hazırlığını təşkil etmək, edilən məsrəflərə (xərclərə) qənaət edilməsinə nəzarət etmək və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə “X24 Qrupu” ilə Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış Parkın Altıağac sahəsinin 7-ci dolayının (əvvəlki adı ilə 6-cı dolayının) 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət (rekreasiya) zonasının Xızı rayonunun inzibati ərazisində yerləşən 35 hektar təşkil edən hissəsinin 15 il müddətinə şirkətlər qrupunun istifadəsinə verilməsinə dair 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilə əsasında istifadədə olan 8 hektar və 10 hektarlıq ərazisində qeyd olunan müqavilənin, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun olmayan şəkildə saxlanılan ümumilikdə 195 baş olmaqla Xallı maral və Altay maralı cinsindən olan heyvanlar tərəfindən ərazidəki ağacların gövdələrinin və qabıqlarının yeyilərək məhv edilməsinin qarşısının alınması üçün hər hansı zəruri mühafizəedici tədbirlər görməməsi ilə əlaqədar marallar tərəfindən son bir ilə xarakterik təsirlər nəticəsində 3589 ədəd müxtəlif cinsli və diametrli köküstə yaş ağacların, o cümlədən göyrüş ağacı - 273 ədəd diametri 8 santimetrlik, 117 ədəd diametri 12 santimetrlik, 281 ədəd diametri 16 santimetrlik, 135 ədəd diametri 20 santimetrlik, 11 ədəd diametri 24 santimetrlik, 11 ədəd diametri 32 santimetrlik, 26 ədəd diametri 36 santimetrlik, ağcaqayın ağacı -364 ədəd diametri 8 santimetrlik, 114 ədəd diametri 12 santimetrlik, 231 ədəd diametri 16 santimetrlik, 43 ədəd diametri 20 santimetrlik, 35 ədəd diametri 24 santimetrlik, 6 ədəd diametri 28 santimetrlik, 1 ədəd diametri 36 santimetrlik, palıd ağacı - 55 ədəd diametri 8 santimetrlik, 79 ədəd diametri 12 santimetrlik, 185 ədəd diametri 16 santimetrlik, 131 ədəd diametri 20 santimetrlik, 104 ədəd diametri 24 santimetrlik, 32 ədəd diametri 28 santimetrlik, 31 ədəd diametri 32 santimetrlik, 19 ədəd diametri 36 santimetrlik, 1 ədəd diametri 40 santimetrlik, 1 ədəd diametri 44 santimetrlik, vələs ağacı -355 ədəd diametri 8 santimetrlik, 61 ədəd diametri 12 santimetrlik, 376 ədəd diametri 16 santimetrlik, 186 ədəd diametri 20 santimetrlik, 55 ədəd diametri 24 santimetrlik, 5 ədəd diametri 28 santimetrlik, qarağac ağacı -119 ədəd diametri 8 santimetrlik, 31 ədəd diametri 12 santimetrlik, 23 ədəd diametri 16 santimetrlik, 12 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, armud ağacı - 23 ədəd diametri 8 santimetrlik, 11 ədəd diametri 16 santimetrlik, 4 ədəd diametri 20 santimetrlik, 5 ədəd diametri 24 santimetrlik, yemişan ağacı -15 ədəd diametri 8 santimetrlik, 16 ədəd diametri 12 santimetrlik və 5 ədəd diametri 16 santimetrlik olmaqla marallar tərəfindən gövdə qabıqlarının soyularaq zədələnməsi və bioloji inkişafdan qalmasına görə təbiətə 22234 manat, habelə maral növündən olan heyvanların saxlandığı 10 hektar ərazidə öt örtüyünün korlanmasına görə 4400 manat, ümumilikdə 26634 (iyirmi altı min altı yüz otuz dörd) manat ziyan vurulması ilə dövlətin ekologiya, ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə mane olmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla, səhlənkarlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 20 oktyabr 2019-cu il tarixdən “X24 Qrupu”nun tərkibində olmaqla, Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və direktoru olduğu Altıağac “Cənnət Bağı” istirahət mərkəzi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni istirahət mərkəzinə daha çox müştəri cəlb edərək qonaqlamaq imkanı yaradıb müəssisənin daha yüksək gəlirlə fəaliyyət göstərməsini təmin etmək üçün “X24 Qrupu” ilə Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış Parkın Altıağac sahəsinin 7-ci dolayının (əvvəlki adı ilə 6-cı dolayının) 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət (rekreasiya) zonasının Xızı rayonunun inzibati ərazisində yerləşən 35 hektar təşkil edən hissəsinin 15 il müddətinə şirkətlər qrupunun istifadəsinə verilməsinə dair 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilə əsasında istifadədə olan ərazidə, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilən Milli Parkın kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə yaradılmış həmin ərazilərin sanitariya-mühafizə zonasında qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı, eləcə də Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılmasının yalnız Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizasından keçmiş müqavilələr əsasında yol verilməsi tələbinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 2019-cu ilin noyabr-dekabr aylarından başlayaraq, müvafiq ekoloji ekspertizadan keçmiş müqavilə olmadan, verdiyi tapşırıq əsasında istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə həmin ərazidə müxtəlif tikililər, o cümlədən 3x3 metr ölçüdə olmaqla, 9 kvadrat metr qazanxana, 12,5x8,5 metr ölçüdə olmaqla, 106,25 kvadrat metr hamam binası, 4x6 metr ölçüdə olmaqla, 24 kvadrat metr yardımçı tikili, 44 kvadrat metr ölçüdə olan hissəsi həmin əraziyə düşən 25x18 metr ölçüdə 2 mərtəbəli yaşayış binası inşa etdirib, bunlardan əlavə 20x5 metr ölçüdə və 30x4 metr ölçüdə qazıntı işi aparmaqla, həmin işlərin aparılması zamanı tikinti və qazıntı altına düşən torpağın münbit qatını qəsdən korlayıb “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarına uyğun olaraq təbiətə 27689,93 (iyirmi yeddi min altı yüz səksən doqquz manat, doxsan üç qəpik) manat məbləğində ziyan vurub, dövlətin ekologiya, ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində həyata keçirdiyi fəaliyyəti pozmaqla, bununla əlaqədar aparılan siyasətə mane olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 20 oktyabr 2019-cu il tarixdən “X24 Qrupu”nun tərkibində olmaqla, Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs qismində, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və direktoru olduğu Altıağac “Cənnət Bağı” istirahət mərkəzi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni istirahət mərkəzinə daha çox müştəri cəlb edərək qonaqlamaq imkanı yaradıb müəssisənin daha yüksək gəlirlə fəaliyyət göstərməsini təmin etmək üçün “X24 Qrupu” ilə Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış Parkın Altıağac sahəsinin 7-ci dolayının (əvvəlki adı ilə 6-cı dolayının) 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət (rekreasiya) zonasının Xızı rayonunun inzibati ərazisində yerləşən 35 hektar təşkil edən hissəsinin 15 il müddətinə şirkətlər qrupunun istifadəsinə verilməsinə dair 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilə əsasında istifadədə olan ərazidə qeyd olunan müqavilənin, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olaraq 12 sentyabr 2020-ci il tarixdən 14 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində istirahət mərkəzinin otel binasına aparan yolun ətrafındakı cəmi 8247,78 manat dəyərində 2039 ədəd müxtəlif cinsli və diametrli köküstə yaş ağacların, o cümlədən palıd ağacı -344 ədəd diametri 8 santimetrlik, 43 ədəd diametri 12 santimetrlik, 13 ədəd diametri 16 santimetrlik, 10 ədəd diametri 20 santimetrlik, 4 ədəd diametri 24 santimetrlik, 1 ədəd diametri 28 santimetrlik, 1 ədəd diametri 32 santimetrlik, 1 ədəd diametri 40 santimetrlik, 1 ədəd diametri 44 santimetrlik, 1 ədəd diametri 60 santimetrlik, vələs ağacı -139 ədəd diametri 8 santimetrlik, 18 ədəd diametri 12 santimetrlik, 3 ədəd diametri 16 santimetrlik, 1 ədəd diametri 20 santimetrlik, yemişan ağacı -10 ədəd diametri 4 santimetrlik, 243 ədəd diametri 8 santimetrlik, 10 ədəd diametri 12 santimetrlik, 1 ədəd diametri 16 santimetrlik, söyüd ağacı -204 ədəd diametri 8 santimetrlik, 1 ədəd diametri 12 santimetrlik, göyrüş ağacı -477 ədəd diametri 8 santimetrlik, 24 ədəd diametri 12 santimetrlik, 15 ədəd diametri 16 santimetrlik, 3 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, 2 ədəd diametri 28 santimetrlik, 1 ədəd diametri 36 santimetrlik, ağcaqayın ağacı -6 ədəd diametri 4 santimetrlik, 113 ədəd diametri 8 santimetrlik, 17 ədəd diametri 12 santimetrlik, 2 ədəd diametri 16 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, armud ağacı- 129 ədəd diametri 8 santimetrlik, 25 ədəd diametri 12 santimetrlik, 2 ədəd diametri 16 santimetrlik, 2 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, qarağac ağacı -108 ədəd diametri 8 santimetrlik, 24 ədəd diametri 12 santimetrlik, 2 ədəd diametri 16 santimetrlik, 1 ədəd diametri 20 santimetrlik, 2 ədəd diametri 24 santimetrlik, alça ağacı -29 ədəd diametri 8 santimetrlik, 1 ədəd diametri 12 santimetrlik, 1 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, həmçinin 321 manat dəyərində 107 ədəd müxtəlif cinsli kollar, o cümlədən 12 ədəd zirinc kolu, 32 ədəd göyəm kolu, 39 ədəd itburnu kolu, 11 ədəd gərməşov kolu, 13 ədəd mundarça kolu, 18 manat dəyərində ot örtüyü olmaqla, ümumilikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli Qərarına uyğun olaraq cəmi 8586,78 (səkkiz min beş yüz səksən altı manat, yetmiş səkkiz qəpik) manat dəyərində bioloji inkişafda olmuş yuxarıda göstərilən köküstə yaş ağac və kolları, habelə ot örtüyünü verdiyi tapşırıq əsasında istintaqa məlum olmayan şəxs(lər) vasitəsilə kəsib götürməklə, öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla xüsusi mühafizə olunan təbiət ərazilərində ağacları, kolları və digər yaşıllıqları vahid niyyətlə qanunsuz kəsmiş, həmin hərəkətləri ilə dövlətin ekologiya, ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində həyata keçirdiyi fəaliyyəti pozmaqla bununla əlaqədar aparılan siyasətə mane olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayından 2021-ci ilin aprel ayınadək “X24 Qrupu”nun nəzdində olan Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət və sağlamlıq mərkəzinin direktoru vəzifəsində işləmişdir. “X24 Qrupu” 14 mart 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Xızı rayonu, Altıağac qəsəbəsi olmaqla, təsisçisi X8, qanuni təmsilçisi isə X11r. Həmin vaxt direktoru olduğu istirahət zonası ümumilikdə 45 hektar ərazidə fəaliyyət göstərmişdir. Həmin ərazinin 10 hektarı xüsusi mülkiyyətdə olmaqla, bu barədə dövlət aktı mövcuddur, qalan 35 hektar sahə isə 19 iyun 2017-ci il tarixdə Altıağac Milli Parkı tərəfindən müqavilə əsasında 15 il müddətinə “Cənnət Bağı” şirkətlər qrupunun istifadəsinə verilmişdir. İstirahət mərkəzinin binaları əsasən mülkiyyətdə olan 10 hektarlıq ərazidə inşa olunmuş, işlədiyi dövrdə həmçinin ərazidə zooloji kolleksiya da, fəaliyyət göstərmişdir. Müəssisədə direktor işlədiyi müddət ərzində işçilərin işə qəbulu və işdən azad edilməsi istisna edilməklə, digər sahələrə rəhbərlik etmək ona həvalə edilmişdir. Həmin vaxt Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin istifadəsinə verilmiş ərazidə 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kök üstə ağacların və müxtəlif cinsli kolların kəsilməsi barədə heç kimə göstəriş verməmiş, yalnız istisna hallarda digər ağacların inkişafına mane olan, əyri bitmiş, oradakı infrastruktura mane olan qurumuş ağacların kəsilməsini işçilərə tapşırmışdır. Lakin, həmin ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməmiş və razılıq almamışdır. Eyni zamanda, istirahət mərkəzinin istifadəsində olan ərazidə heyvanların saxlanması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerinə baxış keçirilməklə, zooloji kolleksiya reyestrə daxil edilmiş və bu barədə şəhadətnamə də, verilmişdir. Maralların saxlandığı ərazi 8 və 11 hektar olmaqla, ümumilikdə təxminən 19 hektar ərazini əhatə etmiş, həmin ərazi Altıağac Milli Parkından müqavilə əsasında istifadəyə götürülmüş 35 hektar ərazinin daxilinə düşmüşdür. Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin ərazisi "xxxx" MMC tərəfindən mühafizə olunmuş və hadisə olan vaxt, yəni 14 sentyabr 2020-ci il tarixdə o, istirahət mərkəzində deyil, Bakı şəhərində olmuşdur. Otelin administratoru Şahid7 ona zəng vuraraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə ağacların kütləvi kəsintisinin müəyyən olunmasını və kəsilmiş ağacların sayılmasına başlanılmasını bildirmişdir. Həmin hadisənin səhəri günü, yəni 15 sentyabr 2020-ci il tarixdə o, Altıağac “Cənnət Bağı” istirahət mərkəzinə qayıtdıqda ərazidə kəsilmiş ağacların sayılması prosesinin davam etməsini görmüş, lakin bununla bağlı tərtib olunmuş hər hansı bir akta imza etməmişdir. Bu zaman pandemiya ilə əlaqədar işçilərin, yəni mühafizəçilərin sayı çox az olmuş və bu səbəbdən də, həmin 45 hektar ərazinin mühafizəsini tam təmin etmək mümkün olmamışdır. O, ərazidə əsasən qurumuş, yeni pöhrələnmiş ağacların kəsilərək ərazinin təmizlənməsini, həmçinin kolların və otların biçilməsini bağbanlara tapşırmış, kəsilməsi aşkar olunmuş ağaclar barədə hər hansı bir məlumatı olmamışdır. Bundan əlavə, zooloji kolleksiyaya daxil olan vəhşi heyvanlar, o cümlədən maralların saxlanması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun şifahi göstərişinə uyğun təşkil edilmiş, həmin heyvanlar ətrafı hasarlanmış ərazidə saxlanılmışdır. Heyvanların ərazidə olan ağacların gövdəsinə zərər verməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Eyni zamanda, ərazidə bir çox yardımçı tikililər vardır və qeyd edilən tikililər Altıağac Milli Parkından müqavilə ilə istifadəyə götürülmüş 35 hektarlıq ərazidə onun işlədiyi dövrdən əvvəl inşa edilmişdir. Həmin tikililərə dair müvafiq icazə sənədlərinin, layihələrin mövcud olub-olmaması barədə məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin, mülki cavabdehin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət nəticəsində dəymiş maddi ziyanın tamamilə ödənilməsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin - mülki iddiaçının, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının müvəkkil etdiyi nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2001-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan hazırki vaxtadək həmin dövlət qurumunda müxtəlif vəzifələrdə işləmiş, 3 mart 2020-ci il tarixdən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 xidmətinin Altıağac Milli Parkının direktoru vəzifəsində işləyir. Altıağac Milli Parkı Azərbaycan Respublikasının Prezidentinin 31 avqust 2004-cü il tarixli, 365 nömrəli Sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmış, Azərbaycanın şimal-şərqində, Xızı və Siyəzən inzibati rayonlarının ərazisində yerləşir və ərazisi 11035 hektardır. Bundan əlavə xüsusi mühafizəni təmin etmək üçün Milli Parka bitişik olan 2087,18 hektar ərazidə sanitariyamühafizə zonası yaradılmışdır. Həmin sanitariya-mühafizə zonasının torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanununa görə xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur. Yəni həmin ərazidə də hər hansı işlərin görülməsi, o cümlədən torpağın münbitliyinə təsir edən işlərin görülməsi, ərazinin hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilməsi tamamilə qadağandır. Altıağac Milli Parkı Xızı, Altıağac, Qars və Siyəzən sahələri olmaqla, 4 sahədən ibarətdir və Milli Parkda ümumilikdə 17 dolay və 107 kvartal vardır. Sonuncu dəfə “Cənnət Bağı” şirkətlər qrupunun baş direktoru X8 ilə Milli Parkın sabiq direktoru X14 arasında bağlanmış 19 iyun 2017-ci il tarixli, 2 saylı müqavilə əsasında Parkın Altıağac sahəsinin 7-ci dolayının 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət zonasının 35 hektar təşkil edən hissəsi 15 il müddətinə “Cənnət Bağı” şirkətlər qrupunun istifadəsinə verilmişdir. 12 sentyabr 2020-ci il tarixdə həmin ərazi üzrə sahə müfəttişi Şahid3 “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin ərazisində motorlu mişar səsi gəlməsi barədə ona məlumat vermişdir. Bundan sonra, həmin dolayın mühafizə yegeri Şahid1 həmin əraziyə gedib baxış keçirməsini və orada qanunsuz ağac kəsilib-kəsilməməsi barədə ona məlumat verməsini tapşırmışdır. Təxminən 1 saat sonra Ceyhun onu istirahət mərkəzinə buraxmadıqlarını, həmçinin ərazidən motorlu mişar səsi eşitmədiyini bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin yaxınlığında yerləşən Milli Parkın reabilitasiya mərkəzində olan zaman otelin həyətində yenidən motorlu mişar səsi eşidilmiş, buna görə də Ceyhun və İntiqam adlı yegerləri oraya göndərmişdir. Bir müddət sonra həmin şəxslər otelin ərazisində motorlu mişarla ağacların qanunsuz kəsilməsini, lakin onları otelin ərazisinə buraxmadıqlarını ona bildirmişlər. Bundan sonra o, müavini Şahid8 və sahə müfəttişi Şahid3 birlikdə otelin ərazisinə baxış keçirməyə getmişlər. Həmin vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü Şahid6 da yanlarında olmuşdur. Əraziyə baxış keçirən zaman bir çox ağac və kolların kəsildiyini müəyyən edib sahə müfəttişi Şahid3lə birlikdə həmin ağacları damğalamışlar. Daha sonra, elə həmin gün telefon vasitəsilə nazirliyin X1 xidmətinə bu barədə məlumat vermişdir. Bundan sonra, 4 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 monitorinqin aparılması üçün əraziyə göndərilmişdir. Həmin ərazi geniş olduğundan, həm də kəsilmiş ağaclar sayca çox olduğundan 14 sentyabr 2020-ci il tarixdə baxışı yekunlaşdıra bilməmişlər və növbəti gün, yəni 15 sentyabr 2020-ci il tarixdə həmin tərkibdə baxışı davam etdirmişlər. İctimai Şuranın üzvü Şahid6 14 sentyabrda baxış keçirilməsində iştirak etsə də, 15 sentyabr 2020-ci il tarixdə baxışda iştirak etməmişdir. Baxışda həmçinin, otel-restoranının administratoru Şahid7 və bağban Əlibala Abudov da iştirak etmişlər. Əvvəlcə otelin cənub hissəsinə, daha sonra, növbə ilə qərb və şimal hissələrinə baxış keçirmişlər. Baxış zamanı ərazidə ümumilikdə 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kök üstə ağacların qanunsuz kəsilməsini aşkar etmişlər. Belə ki, palıd ağacı 8 sm-lik 344 ədəd, 12 sm-lik 43 ədəd, 16 sm-lik 13 ədəd, 20 sm-lik 10 ədəd, 24 sm-lik 4 ədəd, 28 sm-lik 1 ədəd, 32 sm-lik 1 ədəd, vələs ağacı 8 sm-lik 139 ədəd, 12 sm-lik 18 ədəd, 16 sm-lik 3 ədəd, 20 sm-lik 1 ədəd, yemişan ağacı 4 sm-lik 10 ədəd, 8 sm-lik 243 ədəd, 12 sm-lik 10 ədəd, 16 sm-lik 1 ədəd, söyüd ağacı 8 sm-lik 204 ədəd, 12 sm-lik 1 ədəd, göyrüş ağacı 8 sm-lik 477 ədəd, 12 sm-lik 24 ədəd, 16 sm-lik 15 ədəd, 20 sm-lik 3 ədəd, 24 sm-lik 1 ədəd, 28 sm-lik 2 ədəd, 36 sm-lik 1 ədəd, ağcaqayın ağacı 4 sm-lik 6 ədəd, 8 sm-lik 113 ədəd, 12 sm-lik 17 ədəd, 16 sm-lik 2 ədəd, 24 sm-lik 1 ədəd, armud - 8 sm-lik 129 ədəd, 12 sm-lik 25 ədəd, 16 sm-lik 2 ədəd, 20 sm-lik 2 ədəd, 24 sm-lik 1 ədəd, qarağac ağacı 8 sm-lik 108 ədəd, 12 sm-lik 24 ədəd, 16 sm-lik 2 ədəd, 20 sm-lik 1 ədəd, 24 sm-lik 2 ədəd, alça ağacı 8 sm-lik 29 ədəd, 12 sm-lik 1 ədəd, 20 smlik1 ədəd, 24 sm-lik 1 ədəd olmaqla qanunsuz kəsilmişdir. Bundan başqa, 103 ədəd müxtəlif cinsli kolların da məhv edildiyi müəyyən edilmişdir. Belə ki, zirinc kolu 12 kol, göyəm 32 kol, itburnu 39 kol, gərməşov 11 kol, mundarça 9 kol qanunsuz kəsilmişdir. Qeyd etdiyi ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın məbləği 7697,78 manat ağaclara görə, 309 manat kollara görə olmaqla, cəmi 8006,78 manat təşkil etmişdir. Həmçinin, qanunsuz kəsilmiş ağacların yerləşdiyi ərazilərə baxış keçirən zaman müqavilə üzrə “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin istifadəsinə verilmiş ərazidə 8 hektar və 10 hektar olmaqla, 2 müxtəlif sahədə maral cinsindən olan heyvanların saxlanılması müəyyən edilmişdir. Həmin heyvanların saxlanıldığı ərazidə olan ağaclara baxış keçirilərkən 3589 ədəd müxtəlif cinsli və diametrli ağacların marallar tərəfindən gövdə qabıqlarının soyularaq zədələndiyi və bioloji inkişafdan qaldığı aşkar edilmiş və monitorinq aktına qeyd edilmişdir. Qeyd olunan ağacların məhv edilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın məbləği 22234 manat olmuşdur. Beləliklə də, ümumilikdə isə təbiətə 30240,78 manat ziyan vurulmuşdur. Baxış zamanı aşkar olunmuş bütün qeyd edilənlər barədə 15 sentyabr 2020-ci il tarixli, 43594 nömrəli akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Lakin, baxış zamanı əvvəldən sona qədər iştirak etməsinə baxmayaraq otel-restoranın administratoru Şahid7 aktı imza etməkdən imtina etmişdir. Yeger Şahid1 tərəfindən həmin ərazidə 14 sentyabr 2020-ci il tarixdə şəxsiyyəti məlum olmayan bir neçə şəxs tərəfindən ağac kəsilməsi aparılan zaman mobil telefon vasitəsilə video çəkiliş də, aparılmış və ağac kəsən şəxslərin yanında otelin işçisi Şahid7 da, olmuşdur. Həmin hadisədən iki gün sonra, yəni 17 sentyabr 2020-ci il tarixdə “Cənnət Bağı” Şirkətlər qrupunun tanımadığı işçisi və ya rəhbəri ona zəng edərək ağac və kolların kəsilməsinə görə müəyyən olunan ziyanın məbləğini və cəriməni haraya ödəməli olmalarını soruşmuş, o da həmin qaydada təbiətə 8006,78 manat ziyan vurulduğunu bildirərək Milli Parkın bank rekvizitlərini həmin şəxsə vermiş və həmin gün də “Cənnət Bağı” Şirkətlər qrupu tərəfindən qeyd edilən məbləğ onların hesabına ödənmişdir. Bu hadisədən bir müddət sonra, yəni 6 oktyabr 2020-ci il tarixdə o, sahə müfəttişi Şahid3, mühəndis Şahid4, mühafizə yegeri Şahid1 yenidən həmin otelin ərazisinə getmişlər. Otelin direktoru Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müqavilə üzrə “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin istifadəsinə verilmiş ərazidə ölçüsü 3x3 metr olan əsaslı tikinti sayılan qazanxana, ölçüsü 12x8 metr olan beton bünövrədən ibarət hamam binasının inşa edilməsi, həmin binanın yaxınlığında ölçüsü 20x5 metr olan açıq sahədə torpağın münbit qatının korlanması, ot örtüyünün tamamilə məhv edilməsi, hamam binasının yaxınlığında yol çəkmək məqsədilə 30x4 metr olan torpağın münbit qatının korlanması, eləcə də ot örtüyünün və ağac pöhrələrinin tamamilə məhv edilməsi, diametri 40, 44 və 60 sm-lik olmaqla, cəmi 3 ədəd palıd ağacının gövdəsinin soyularaq məhv edilməsi, mundarça cinsindən olan diametri 8 sm olan 2 ədədinin yandırılması, 2 ədədinin isə zədələnməklə məhv edilməsi, həmçinin maralların saxlandığı 10 hektar ərazidə ot örtüyünün tamamilə məhv edilməsi və nəticədə təbiətə ümumilikdə 27910,8 manat ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd olunanlar barədə 6 oktyabr 2020-ci il tarixli, 43592 nömrəli akt tərtib edilmiş, lakin baxışda iştirak etməsinə baxmayaraq otelin direktoru Təqsirləndirilən şəxs akta imza etməkdən imtina etmişdir. Hazırda onlara dəymiş ziyan tamamilə ödənildiyindən mülki iddianın geri götürülməsi barədə ərizə vermişdir. Odur ki, təqsirləndirilən şəxsə, mülki cavabdehə qarşı hər hansı bir şikayəti yoxdur, habelə mülki iddianın hazırkı vəziyyətdə baxılmadan saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, “Cənnət Bağı” şirkətlər qrupunun rəhbərliyi ilə Milli Parkın rəhbərliyi arasında bağlanmış 19 iyun 2017-ci il tarixli müqavilə əsasında Altıağac sahəsinin 7-ci dolayının 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət zonasının 35 hektar təşkil edən hissəsi 15 il müddətinə “Cənnət Bağı” şirkətlər qrupunun istifadəsinə verilmişdir. 12 sentyabr 2020-ci il tarixdə həmin ərazi üzrə mühafizə yegeri Şahid1 “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin ərazisindən motorlu mişar səsi gəldiyini bildirmişdir. Dərhal bu barədə Milli Parkın direktoru Elbrus Əliyevə demiş, bundan sonra həmin dolayın mühafizə yegeri Ceyhun əraziyə getmiş, lakin ərazidə motorlu mişar səsi eşitməmişdir. 14 sentyabr 2020-ci il tarixdə Elbrus Əliyevlə “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin yaxınlığında yerləşən Milli Parkın reabilitasiya mərkəzində olan zaman otelin həyətində motorlu mişar səsi eşitmişlər. Nə məsələ olduğunu öyrənmək üçün Elbrus Əliyev həmin əraziyə Ceyhun və İntiqam adlı yegerləri göndərmiş, həmçinin ona da, zəng edərək oraya getməsini tapşırmışdır. Oraya çatanda Ceyhunla İntiqam tanımadıqları şəxslər tərəfindən otelin ərazisində motorlu mişarla ağac və kolların qanunsuz kəsilməsini, lakin baxış keçirmələri üçün onları otelin ərazisinə buraxmadığını bildirmişlər. Belə ki, otelin istifadəsinə verilmiş ərazinin sərhədləri dəmir məftil ilə hasara alınmışdır. Elbrus Əliyevlə birlikdə gələn işçilər və o, əraziyə daxil olaraq otelin istifadəsinə verilmiş əraziyə baxış keçirməyə başlamışlar. Kömək etmək üçün 4 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 da əraziyə gəlmişdir. Əraziyə baxış keçirən zaman bir çox ağac və kolların qanunsuz kəsildiyini müəyyən etmişlər. Baxış keçirilən ərazi geniş olduğundan, həm də kəsilmiş ağaclar sayca çox olduğundan 14 sentyabr 2020-ci il tarixdə baxışı yekunlaşdıra bilməmişlər və növbəti gün, yəni 15 sentyabr 2020-ci il tarixdə həmin tərkibdə baxışı davam etdirmişlər. Baxışda otelin işçisi Şahid7 və bağban Əlibala Abudov da, iştirak etmişlər. Baxış zamanı ərazidə ümumilikdə 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kök üstə ağacların və 103 ədəd müxtəlif cinsli kolların qanunsuz kəsilməsini aşkar etmişlər. Qeyd edilən sayda ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın ümumi məbləği 8006,78 manat olmuşdur. Qanunsuz kəsilmiş ağacların yerləşdiyi ərazilərə baxış keçirən zaman “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin istifadəsinə verilmiş ərazidə 8 hektar və 10 hektar olmaqla, 2 müxtəlif sahədə maral cinsindən olan heyvanlar saxlanılması da, müəyyən edilmişdir. Həmin heyvanların saxlanıldığı ərazidə olan ağaclara baxış keçirilərkən 3589 ədəd müxtəlif cinsli və diametrli ağacların marallar tərəfindən gövdə qabıqlarının soyularaq zədələndiyi və bioloji inkişafdan qalıb məhv olduğu müəyyən edilmişdir. Qeyd olunan ağacların marallar tərəfindən məhv edilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın məbləği 22234 manat olmuşdur. Beləliklə də, təbiətə ümumilikdə 30240,78 manat ziyan vurulmuşdur. Eyni zamanda, 06 oktyabr 2020-ci il tarixdə direktor Elbrus Əliyev, mühafizə yegeri Şahid1 və o, yenidən həmin otelin ərazisinə getmişlər. Baxış zamanı otelin direktoru Təqsirləndirilən şəxs da iştirak etmişir. Baxış zamanı qeyd edilən müqavilə üzrə “Cənnət Bağı” Şirkətlər qrupuna aid olan otelin istifadəsinə verilmiş ərazidə ölçüsü 3x3 metr olan əsaslı tikinti sayılan qazanxana, ölçüsü 12x8 metr olan beton bünövrədən ibarət hamam binası inşa edilmiş, həmin binanın yaxınlığında ölçüsü 20x5 metr olan açıq sahədə torpağın münbit qatı korlanmış, ot örtüyü tamamilə məhv edilmiş, hamam binasının yaxınlığında yol çəkmək məqsədilə 30x4 metr olan torpağın münbit qatı korlanmış, ot örtüyü, ağac pöhrələri tamamilə məhv edilmiş, həmçinin diametri 40, 44 və 60 sm-lik olmaqla, cəmi 3 ədəd palıd ağacının gövdəsi soyularaq məhv edilmiş, mundarça cinsindən olan diametri 8 sm olan 2 ədədi yandırılaraq, 2 ədədi isə zədələnməklə məhv edilmiş, maralların saxlandığı 10 hektar ərazidə ot örtüyü tamamilə məhv edilməklə, bu qaydada ümumilikdə təbiətə 27910,8 manat ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd olunanlar barədə 6 oktyabr 2020-ci il tarixli, 43592 nömrəli akt tərtib edilmiş, lakin baxışda iştirak etməsinə baxmayaraq Təqsirləndirilən şəxs akta imza etməkdən imtina etmişdir. Həmçinin, direktor Elbrus Əliyevin diqtəsi ilə təbiətə vurulan ziyanın hesablanması barədə cədvəlləri tərtib edib imzalamışlar. Qeyd olunan 27910,8 manat ziyanın 550 manatı 3 ədəd palıd ağacının kəsilməsinə görə, 12 manatı 4 ədəd mundarça koluna görə, yerdə qalan 27348,8 manatı isə torpağın münbit qatının korlanması və ot örtüyünün məhv edilməsinə görə müəyyən edilmişdir. Məhkəmə istintaqında şahidlər - Şahid5, Şahid3, Şahid2, Şahid1 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid7 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından “X24 Qrupu”nun nəzdində olan Xızı rayonunun ərazisində fəaliyyət göstərən “Cənnət Bağı” istirahət və sağlamlıq mərkəzinin restoranının adminstratoru - inzibatçısı vəzifəsində işləmişdir. İşlədiyi istirahət mərkəzi ümumilikdə 45 hektar ərazidə fəaliyyət göstərir. Həmin ərazinin 10 hektarı xüsusi mülkiyyətdə olmaqla, bu barədə dövlət aktı mövcuddur. Qalan 35 hektar sahə isə Altıağac Milli Parkından müqavilə əsasında istifadəyə götürülmüşdür. İstirahət mərkəzinin binaları əsasən mülkiyyətdə olan 10 hektarlıq əraziyə düşür. Həmçinin, ərazidə zooloji kolleksiya fəaliyyət göstərir. İşi sırf restoranın fəaliyyəti ilə bağlı olduğundan istirahət mərkəzinin digər təsərrüfat fəaliyyəti barədə məlumatlı deyildir. Eyni zamanda, 19 iyun 2017-ci il tarixli, 2 saylı müqavilə əsasında “Cənnət Bağı” şirkətlər qrupunun istifadəsinə verilmiş ərazidə 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kök üstə ağacların və 103 ədəd müxtəlif cinsli kolların qanunsuz kəsilməsi barədə göstəriş verməmiş, belə bir göstərişin kim və ya kimlər tərəfindən verilməsini də bilməmişdir. Təqsirləndirilən şəxs daim işdə olmuş, amma istisna hallarda ərazidə olmadığı vaxtlarda müvəqqəti olaraq işlərə nəzarət etməyi ona tapşırmışdır. Lakin, heç bir şəxsə hər hansı ağac və kolun kəsilməsi barədə göstəriş verməmişdir. İşinə aidiyyəti olmadığına görə ağac və kolların kimlər tərəfindən kəsildiyini bilmir, ağac və kolları kəsən şəxsləri ərazidə görməmişdir. Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi hissəvi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, ərazidə qeyd olunan sayda və ölçülərdə ağac və kollar həqiqətən də kəsilmiş və zooloji kolleksiyada saxlanılan maralların gövdələrini yeyib zərər verməsi nəticəsində məhv edilmişdir. Belə ki, 23 sentyabr 2020-ci il tarixdə Baş Prokurorluğunun əməkdaşlarının iştirakı ilə qeyd olunan faktlar yerində araşdırılmış və öz təsdiqini tapmışdır. Həmin baxış zamanı o və otelin müdiri Təqsirləndirilən şəxs də iştirak etmişdir. Məhkəmə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə istirahət mərkəzinin digər təsərrüfat fəaliyyəti barədə məlumatlı olmaması, 19 iyun 2017-ci il tarixli, 2 saylı müqavilə əsasında “Cənnət Bağı” şirkətlər qrupunun istifadəsinə verilmiş ərazidə 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kök üstə ağacların və 103 ədəd müxtəlif cinsli kolların qanunsuz kəsilməsi barədə göstəriş verməməsi, belə bir göstərişin kim və ya kimlər tərəfindən verilməsini də bilməməsi, işinə aidiyyəti olmadığına görə ağac və kolların kimlər tərəfindən kəsilməsindən məlumatlı olmaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid7 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində ərazidə qeyd olunan sayda və ölçülərdə ağac və kolların həqiqətən də kəsilməsini və zooloji kolleksiyada saxlanılan maralların gövdələrini yeyib zərər verməsi nəticəsində məhv edilməsini, həmçinin 23 sentyabr 2020-ci il tarixdə Baş Prokurorluğunun əməkdaşlarının iştirakı ilə qeyd olunan faktların yerində araşdırılmasını və öz təsdiqini tapmasını, habelə baxış zamanı o və otelin müdiri Təqsirləndirilən şəxs də iştirak etməsini göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü olmaqla yanaşı, “GWARP” qeyri-hökumət təşkilatının prezidenti və “APPU” qeyri-hökumət təşkilatının sədr müavini işləyir. Həmin qeyri-hökumət təşkilatları heyvanların və ətraf mühitin mühafizəsi işləri ilə məşğul olur. 14 sentyabr 2020-ci il tarixdə heyvanların və ətraf mühitin mühafizəsi işləri ilə bağlı Xızı rayonunun ərazisində yerləşən Altıağac Milli Parkının ərazisinə getmiş və həmin vaxt yanında Milli Parkın direktor müavini Şahid8 da, olmuşdur. Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin ərazisindən keçərkən motorlu mişar səsi eşitmişlər. O, həmin səsin haradan gəldiyini və nə kəsildiyini Ədalət müəllimdən maraqlandıqda, sonuncu bu barədə məlumatsız olduğunu bildirmişdir. Belə olan halda o, Ədalət müəllimə həmin səs gələn istiqamətə gedərək məsələni aydınlaşdırmağı təklif etmişdir. Bundan sonra, onlar birlikdə mişar səsi gələn tərəfə getdikdə Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin giriş qapısında Milli Parkın direktoru Elbrus Əliyev və parkın digər işçiləri ilə qarşılaşmışlar. Daha sonra, birlikdə otelin istifadəsinə verilmiş, məhz ağac və kolların kəsildiyi əraziyə getmişlər. Baxış zamanı ərazidə minlərlə müxtəlif diametrli yaş köküstə ağacların kəsilməsi aşkar olunmuşdur. Altıağac Milli Parkının direktoru Elbrus Əliyevdən bunun səbəbini soruşduqda, sonuncu həmin ağacların kəsilməsi barədə məlumatının olmadığını, həmçinin ağac və kolların kəsilməsi barədə onlara müraciət olunmadığını bildirmişdir. Daha sonra, hadisə yerinə Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin administratoru kimi özünü təqdim edən Əhliman adlı şəxs gəlmiş və müdiriyyətdən heç kəsin olmadığını demişdir. Həmin vaxt Əhliman özünü itirərək onlara nə deyəcəyini bilməyib, heç bir cavab verməmişdir. Bundan sonra o, hadisə ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat vermişdir. Daha sonra, Milli Parkın işçiləri qanunsuz kəsilmiş ağac və kolları saymağa başlamış, onlar isə hadisə yerindən çıxıb getmişlər və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları özləri məsələ ilə maraqlanaraq araşdırmalarını davam etdirmişlər. Məhkəmə iclasında iştirak edən Şahid8 ifadəsində göstərdi ki, 14 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü Şahid6la Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin ərazisində olan marallara baxmaq və onlara yemək vermək üçün həmin əraziyə gedən zaman Altıağac Milli Parkının direktoru Elbrus Əliyev mobil telefonuna zəng edərək, istirahət mərkəzinin ərazisindən mişar səsi gəldiyini və həmin əraziyə təhkim olunmuş yegerlərin mühafizəçilər tərəfindən əraziyə buraxılmadığını bildirmişdir. Həmin vaxt o, Şahid6la birlikdə Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin əsas girişinə doğru getdikdə Elbrus Əliyev də, əraziyə gəlib çatmışdır. Onlar birlikdə əraziyə baxış keçirən zaman Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin ərazisində yerdə kəsilərək yığılmış ağacları görmüşlər. Lakin, əraziyə gəldikdə həmin ağacların kimlər tərəfindən kəsilməsini və həmin yerdə kimlərinsə ağac kəsməsini müşahidə etməmişlər. Növbəti gün yegerlərin avtomaşını olmadığı üçün yenidən onları ağacları saymaq üçün həmin əraziyə aparmış, lakin kəsilmiş ağacların sayılmasında və bu barədə aktın tərtib olunmasında iştirak etməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 152-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli 9/740 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 1) 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş 43594 nömrəli akta və ona əlavə olaraq tərtib edilmiş cədvəllər üzrə 2036 ədəd müxtəlif diametrli və cinsli köküstə yaş ağacların və 103 ədəd cinsli kolların qanunsuz kəsilməsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına dəymiş maddi ziyanın ümumi məbləği 8006,78 manat (7697,78 manat ağaclara görə, 309,00 manat kollara görə); 2) 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş 43594 nömrəli akta və ona əlavə olaraq tərtib edilmiş cədvəllər üzrə 3589 ədəd müxtəlif diametrli və cinsli köküstə yaş ağacların marallar tərəfindən gövdə qabıqlarının soyularaq zədələnməsi və bioloji inkişafdan qalmasına görə, cərimələrin tətbiq edilməsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına dəymiş maddi ziyanın ümumi məbləği 22234,00 manat; 3) 06 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş 43592 nömrəli akta və ona əlavə olaraq tərtib edilmiş cədvəllər üzrə dörd adda müxtəlif təyinatlı tikillərin inşa edilməsi zamanı torpağın münbit qatının və ot örtüyünün korlanması, maralların saxlandığı 10 hektar ərazidə ot örtüyünün korlanması, üç ədəd müxtəlif diametrli palıd köküstə yaş ağacların gövdəsi soyularaq və dörd ədəd mundaca cinsindən olan kolların məhv edilməsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına dəymiş maddi ziyanın ümumi məbləği 27910,80 manat (27338,80 manat torpağın münbit qatının və ot örtüyünün korlanması görə, 562,00 manat ağac və kollara görə). Ağac və kolların qanunsuz kəsilməsi, marallar tərəfindən məhv edilməsi, torpağın münbit qatının və ot örtüyünün korlanması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına dəymiş ziyanın ümumi məbləği 58152,58 manat müəyyən edilmişdir. Cinayət işinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 235-236-cı vərəqələrində olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin https://www.etaxes.gov.az/ebyn/commersialChecker.jsp internet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X24 Qrupu” 14 mart 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu **********-dir. Hüquqi ünvanı Xızı rayonu, Altıağac ŞTQ Altıağac qəsəbəsidir. Qanuni təmsilçisi X11r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 175-177-ci vərəqələrində olan “X24 Qrupu”nun direktorunun 20 oktyabr 2019-cu il tarixli, 103/K nömrəli əmrindən görünür ki, Əliyev X5 “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs həmin vəzifə üzrə təlimata əsasən, istirahət mərkəzində idarəetmə prinsiplərinin təşkilini həyata keçirmək, marketinq və satış üzrə planları hazırlamaq, satışın artırılmasına dair proqnozlar aparmaq, fəaliyyətin rentabelliyini təmin etmək, istirahət mərkəzinə gələn qonaqlara yüksək xidmətin göstərilməsinə və rahat şəraitin yaradılmasına nəzarət etmək, istirahət mərkəzinin personalının peşəkar hazırlığını təşkil etmək, edilən məsrəflərə (xərclərə) qənaət edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 8-9-cu vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının 15 sentyabr 2020-ci il tarixli, 43594 nömrəli aktından görünür ki, ümumi sayı 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kökü üstə ağaclar (palıd ağacı 8 sm-lik 344 ədəd, 12 sm-lik 43 ədəd, 16 sm-lik 13 ədəd, 20 sm-lik 10 ədəd, 24 sm-lik 4 ədəd, 28 sm-lik 1 ədəd, 32 sm-lik 1 ədəd, vələs ağacı 8 sm-lik 139 ədəd, 12 sm-lik 18 ədəd, 16 sm-lik 3 ədəd, 20 smlik 1 ədəd, yemişan ağacı 4 sm-lik 10 ədəd, 8 sm-lik 243 ədəd, 12 sm-lik 10 ədəd, 16 smlik 1 ədəd, söyüd ağacı 8 sm-lik 204 ədəd, 12 sm-lik 1 ədəd, göyrüş ağacı 8 sm-lik 477 ədəd, 12 sm-lik 24 ədəd, 16 sm-lik 15 ədəd, 20 sm-lik 3 ədəd, 24 sm-lik 1 ədəd, 28 sm-lik 2 ədəd, 36 sm-lik 1 ədəd, ağcaqayın ağacı 4 sm-lik 6 ədəd, 8 sm-lik 113 ədəd, 12 sm-lik 17 ədəd, 16 sm-lik 2 ədəd, 24 sm-lik 1 ədəd, armud - 8 sm-lik 129 ədəd, 12 sm-lik 25 ədəd, 16 sm-lik 2 ədəd, 20 sm-lik 2 ədəd, 24 sm-lik 1 ədəd, qarağac ağacı 8 sm-lik 108 ədəd, 12 sm-lik 24 ədəd, 16 sm-lik 2 ədəd, 20 sm-lik 1 ədəd, 24 sm-lik 2 ədəd, alça ağacı 8 sm-lik 29 ədəd, 12 sm-lik 1 ədəd, 20 sm-lik1 ədəd, 24 sm-lik 1 ədəd) və 103 ədəd yaş müxtəlif cinsli kollar (zirinc 12 kol, göyəm 32 kol, itburnu 39 kol, gərməşov 11 kol, mundarça 9 kol) qanunsuz kəsilmişdir. “Cənnət Bağı” Şirkətlər Qrupunun maral və müxtəlif növ vəhşi heyvanların saxlanıldığı əraziyə baxış keçirilən zaman gövdə qabıqları heyvanlar tərəfindən soyulmuş kök üstə qurumuş və inkişafdan dayanmış 3589 ədəd müxtəlif cinsli və diametrli ağaclar (göyrüş ağacı 8 sm-lik 273 ədəd, 12 sm-lik 117 ədəd, 16 sm-lik 281 ədəd, 20 sm-lik 135 ədəd, 24 sm-lik 11 ədəd, 32 sm-lik 11 ədəd, 36 sm-lik 26 ədəd, ağcaqayın ağacı 8 sm-lik 364 ədəd, 12 sm-lik 114 ədəd, 16 sm-lik 231 ədəd, 20 sm-lik 43 ədəd, 24 sm-lik 35 ədəd, 28 sm-lik 6 ədəd, 36 sm-lik 1 ədəd, palıd ağacı 8 smlik 55 ədəd, 12 sm-lik 79 ədəd, 16 sm-lik 185 ədəd, 20 sm-lik 131 ədəd, 24 sm-lik 104 ədəd, 28 sm-lik 32 ədəd, 32 sm-lik 31 ədəd, 36 sm-lik 19 ədəd, 40 sm-lik 1 ədəd, 44 smlik 1 ədəd, vələs ağacı 8 sm-lik 355 ədəd, 12 sm-lik 61 ədəd, 16 sm-lik 376 ədəd, 20 smlik 186 ədəd, 24 sm-lik 55 ədəd, 28 sm-lik 5 ədəd, qarağac ağacı 8 sm-lik 119 ədəd, 12 sm-lik 31 ədəd, 16 sm-lik 23 ədəd, 20 sm-lik 12 ədəd, 24 sm-lik 1 ədəd, armud ağacı 8 sm-lik 23 ədəd, 16 sm-lik 11 ədəd, 20 sm-lik 4 ədəd, 24 sm-lik 5 ədəd, yemişan ağacı 8 sm-lik 15 ədəd, 12 sm-lik 16 ədəd, 16 sm-lik 5 ədəd) aşkarlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 12-13-cü vərəqələrində olan 15 sentyabr 2020-ci il tarixdə aparılmış yoxlama zamanı “Cənnət Bağı” Şirkətlər Qrupunun saxladığı heyvanların müdaxiləsi zamanı qurumuş ağacların köküstə sayı və diametrinə görə cərimənin hesablama cədvəlinə görə təbiətə 22234 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 14-16-cı vərəqələrində olan 15 sentyabr 2020-ci il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş yaş köküstə qanunsuz kəsilmiş ağacların həcm-qiymət cədvəlinə əsasən təbiətə 8006,78 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 184-cü vərəqələrində olan 17 sentyabr 2020-ci il tarixli, XT0000051 nömrəli ödəniş tapşırığından görünür ki, “Cənnət Bağı” Şirkətlər qrupu tərəfindən Altıağac Milli Parkının bank hesabına 8006,78 manat ödəniş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 6-7-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və X22 Muxtar Babayevin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyeva ünvanlandığı 18 sentyabr 2020-ci il tarixli, 4/2062-01-21 nömrəli məktubundan görünür ki, 19 iyun 2017-ci il tarixində Altıağac Milli Parkı ilə “Cənnət Bağı” Şirkətlər Qrupu arasında bağlanılmış müqavilə əsasında Şirkət tərəfindən Milli Parkın Altıağac sahəsinin 6 saylı dolayının 22-ci kvartalından 35 hektar torpaq sahəsi 15 il müddətinə turizm (rekreasiya) məqsədilə istifadəyə götürülmüşdür. 15 sentyabr 2020-ci il tarixdə Altıağac Milli Parkının əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilən zaman ərazidə 37,02 m3 həcmində, 7697,78 nırx dəyərində 2036 ədəd müxtəlif cinsli ağacların (o cümlədən palıd cinsindən 4,834 m2 həcmində 416 ədəd, vələs cinsindən 3,704 m2 həcmində 161 ədəd, göyrüş cinsindən 11,542 m2 həcmində 523 ədəd, yemişan cinsindən 1,649 m2 həcmində 264 ədəd, ağcaqayın cinsindən 3,613 m2 həcmində 139 ədəd, armud cinsindən 4,355 m2 həcmində 159 ədəd, qarağac cinsindən 3,529 m2 həcmində 137 ədəd, alça cinsindən 0,498 m2 həcmində 32 ədəd və söyüd cinsindən 3,3045 m2 həcmində 205 ədəd) və 309 manat dəyərində 103 ədəd müxtəlif cinsli kolların kəsilməsi faktı aşkar edilmişdir. Həmin ərazidə saxlanlan marallar tərəfindən 3589 ədəd müxtəlif cinsli ağacların (o cümlədən palıd cinsindən 638 ədəd, vələs cinsindən 1038 ədəd, yemişan cinsindən 36 ədəd, göyrüş cinsindən 854 ədəd, ağcaqayın cinsindən 794 ədəd, qarağac cinsindən 186 ədəd, armud cinsindən 43 ədəd) gövdəsi və qabığı yeyilərək korlanmış, buna görə də həmin ağaclar tam olaraq qurumuş və nəticədə təbiətə 22,234 manat ziyan dəydiyi müəyyən edilmişdir. Faktla bağlı 15 sentyabr 2020-ci il tarixli, 43594 nömrəli akt tərtib edilmiş və Altıağac Milli Parkına ümumilikdə 30240,78 manat zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 32-37-ci vərəqələrində olan baxış keçirilməsi haqqında 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, ümumi sayı 2036 ədəd müxtəlif cinsli və diametrli yaş kökü üstə ağaclar, o cümlədən 416 ədəd palıd, 161 ədəd vələs, 523 ədəd göyrüş, 264 ədəd yemişan, 139 ədəd ağcaqayın, 159 ədəd armud, 137 ədəd qarağac, 32 ədəd alça, 205 ədəd söyüd ağacı, 103 ədəd yaş müxtəlif cinsli kollar, o cümlədən 12 kol zirinc, 32 kol göyəm, 39 kol itburnu, 11 kol gərməşov, 9 kol mundarçanın qanunsuz olaraq kəsilməsi aşkar olunmuşdur. Bunlardan əlavə 8 və 10 hektarlıq ərazidə 3589 ədəd müxtəlif cinsli və diametrli ağaclar maral cinsindən olan heyvanlar tərəfindən gövdə hissəsi yeyilərək bioloji inkişafdan qalıb kök üstə qurumuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının 06 oktyabr 2020-ci il tarixli, 43592 nömrəli aktdan görünür ki, Altıağac Milli Parkının Altıağac sahəsinin 7 saylı dolayının 22-ci kvartalında (“Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmiş ərazidə) ağaclarla örtülü olan sahədə ağacların arasında ölçüsü 3x3 metr olan 1 (bir) ədəd əsaslı tikinti hesab edilən qazanxana, ölçüsü 12x8 metr olan 1 (bir) ədəd beton bünövrədən ibarət olan bir mərtəbəli hamam binası inşa edildiyi, hamam binasının yaxınlığında ölçüsü 20x5 metr olan açıq sahədə torpağın münbit qatının korlandığı və ot örtüyünün tamamilə məhv olduğu, hamam binasının yaxınlığında həmin ərazidə aparılan tikinti sahəsinə daxil olmaq üçün yol açmaq məqsədilə ölçüsü 30x4 metr olan açıq sahədə torpağın münbit qatının korlandığı, ağac pöhrələrinin və ot örtüyünün tamamilə məhv olduğu, ərazidə aparılan tikinti işləri zamanı palıd cinsindən olmaqla diametrləri 40, 44 və 60 santimetr olan 3 ədəd ağacın gövdəsinin bir hissəsinin soyularaq zədələndiyi, murdarça cinsindən olan diametri 8 santimetrlik 2 ədəd kolun yandırılaraq məhv edildiyi, 2 ədədinin zədələndiyi, maral cinsindən olan heyvanların saxlandığı 10 hektarlıq ərazidə ot örtüyünün tamamilə korlandığı aşkarlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 144-cü vərəqəsində olan Altıağac Milli Parkının Altıağac sahəsinin 7 saylı dolayının 22-ci kvartalında (“Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmiş ərazidə) 06 oktyabr 2020-ci il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş torpağın münbit qatının korlanması və ot örtüyünün məhv olunmasının hesablanması cədvəlinə əsasən təbiətə 27338,8 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 145-ci vərəqəsində olan Altıağac Milli Parkının Altıağac sahəsinin 7 saylı dolayının 22-ci kvartalında (“Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmiş ərazidə) 06 oktyabr 2020-ci il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş yaş köküstə ağacların zədələnməsi həcm-qiymət cədvəlinə əsasən təbiətə 562 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 143-cü vərəqəsində olan Azərbaycan Respublikasının Ekologiya və X22 Muxtar Babayevin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyeva ünvanlandığı 09 oktyabr 2020-ci il tarixli, 4/2294-01-17 nömrəli məktubdan görünür ki, “Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmiş ərazidə tikinti və planlama işlərinin aparılması nəticəsində torpağın münbit qatının korlanması və ot örtüyünün məhv edilməsi nəticəsində Altıağac Milli Parkına 27910,8 manat ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 57-58-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 fevral 2021-ci il tarixli, 4/265-02-21 nömrəli məktubundan görünür ki, “Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmiş ərazi 2012-2014-cü illərdə hasara alınmışdır. Bu işlərin aparılması ilə bağlı Nazirliyə müraciət olunmamış və ya hər hansı bir icazə verilməmişdir. Altıağac Milli Parkı ilə “Cənnət Bağı” Şirkətlər Qrupu arasında 19 may 2012-ci il tarixli 35 hektar ərazinin 5 il müddətinə istifadəyə verilməsinə dair müqavilədə tikinti və hasarlama işlərinin aparılması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilən ərazidə tikili və avadanlıqların (o cümlədən iaşə və digər obyektlərin) quraşdırılması ilə bağlı hər hansı müraciət olunmamış və ya icazə verilməmişdir. Lakin, həmin ərazidə qanun pozuntusu hallarına rast gəlindiyi üçün 18 sentyabr 2020-ci il tarixli 53 nömrəli əmrlə Altıağac Milli Parkı ilə “Cənnət Bağı” Şirkətlər Qrupu arasında bağlanmış 19 iyun 2017-ci il tarixli, 2 nömrəli müqaviləyə onun 8.2.4 və 8.2.5-ci bəndlərinə əsasən xitam verilib, ərazinin əvvəlki vəziyyətinə qaytarılması, baş vermiş qanun pozuntuları nəticəsində təbiətə dəymiş ziyanın aradan qaldırılması və tələb olunan digər tədbirlərin həyata keçirilməsi ilə bağlı Milli Park tərəfindən “Cənnət Bağı” Şirkətlər Qrupuna 18 sentyabr 2020-ci il tarixli, 271 nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 64-67-ci vərəqələrində olan 19 mart 2012-ci il tarixli “Altıağac Milli Parkında ekoturizm və rekreasiya fəaliyyəti məqsədi üçün torpaqdan istifadə hüququna dair” müqavilənin surətindən görünür ki, Altıağac Milli Parkının ərazisində yerləşən müvafiq torpaq sahəsindən 35 (otuz beş) hektarlıq ərazinin sərhədlərinin sxem-planına əsasən 5 (beş) il müddətinə “Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmişdir. Müqaviləyə əsasən ərazidə əsaslı tikinti aparmaq, torpağın üst qatına və Milli Parkda məskunlaşan vəhşi heyvanların həyat tərzinə və miqrasiya yollarına zərər vuran fəaliyyət qadağandır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 293-296-cı vərəqələrində olan 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilənin surətindən görünür ki, Altıağac Milli Parkının Altıağac sahəsinin 6 saylı dolayının 22-ci kvartalına aid 35 (otuz beş) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə “Cənnət Bağı” Şirkətlər Qurupunun istifadəsinə verilmişdir. Müqaviləyə əsasən istifadəçi, yəni “Cənnət Bağı” Şirkətlər Qrupu istifadəyə götürülmüş torpaq sahəsindən müqavilənin, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə etmək, istifadəyə götürdüyü torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, müqavilənin predmetini təşkil edən fəaliyyətdən kənar işlərə yol verməmək kimi öhdəliklər götürmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 62-63-cü vərəqələrində olan zooloji kolleksiyanın reyestrə daxil edilməsi barədə 17 may 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, “Cənnət Bağı” X16 rayonunun Altıağac qəsəbəsində fəaliyyət göstərən istirahət zonasında yerləşən zooloji kolleksiyası reyestrə daxil edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 172-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2004-cü il tarixli, 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikasının Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli, 365 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri ilə istifadə edilə bilər. Xüsusi mühafizəni təmin etmək üçün Milli Parka bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizasından keçmiş müqavilələr əsasında həyata keçirilə bilər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 18-ci vərəqəsində olan Xızı Rayon İcra Hakimiyyətinin 21 yanvar 2021-ci il tarixli, 36 saylı məktubundan görünür ki, Altıağac Milli Parkının Altıağac sahəsinin 6 saylı dolayının 22-ci kvartalına aid olan, 19 iyun 2017-ci il tarixli müqavilə əsasında “Cənnət Bağı” Şirkətlər Qrupunun istifadəsinə verilmiş 35 (otuz beş) hektar torpaq sahəsində hər hansı bir iaşə və digər obyektlərin tikintisinə Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 1-2-ci vərəqələrində olan “CD” diskə baxış keçirilməsi haqqında 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış istintaq hərəkətində iştirak edən Şahid1 ərazidə motorlu mişar səsi eşidildiyi üçün mühafizə yegeri Şahid2 ilə birlikdə həmin əraziyə gedib diskdəki videogörüntüləri özünə məxsus mobil telefonun texniki imkanlarından istifadə edərək çəkdiyini, həmin görüntülərdə Milli Parkın “Cənnət Bağı” Şirkətlər qurupunun istifadəsinə verilmiş ərazisində qanunsuz ağac və kolları kəsən şəxsləri qeydə aldığını bildirmişdir. Qeyd edilən “CD” diskdəki məlumatların nədən ibarət olmasını müəyyən etmək üçün diskdəki məlumatlara “hp” markalı kompüterdən istifadə etməklə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin diskdə iki ədəd -“DTLO1925.MP4” və “VİD-20200924- WA0006.mp4” adlı fayllar vardır. “DTLO1925.MP4” adlı fayl açıldıqda içərisində ümumilikdə 2 dəqiqə 45 saniyə davam edən videogörüntülərin olduğu aşkar edilmişdir. Həmin görüntülərə baxış zamanı hadisələrin meşəlik ərazidə, açıq hava şəraitində baş verdiyi müəyyən olunur. Həmçinin, ağacların kəsildiyi ərazinin otel binasına çox yaxın olduğu müşahidə edilir. Videoçəkiliş aparan şəxslər (Şahid1 və Şahid2) “kim icazə verib ağacları kəsirsiz” deyə sual verdikdə ərazidə olan video görüntülərə düşən 3 nəfər şəxsdən birisi ağacları kəsmək üçün otelin yiyəsinin, sahibinin onlara belə göstəriş verdiyini deyir. “VİD-20200924-WA0006.mp4” adlı fayl açıldıqda içərisində ümumilikdə 1 dəqiqə 30 saniyə davam edən video görüntülərin olduğu, çəkilişin “DTLO1925.MP4” adlı qovluqda olan videogörüntülərlə eyni ərazidən çəkildiyi müəyyən edilir. Bir neçə nəfər şəxs video çəkiliş aparan Şahid1 və Şahid2 yaxınlaşırlar. Görüntülərdən aydın olur ki, çəkiliş dəmir məftillə hasara alınmış ərazinin bayır hissəsindən çəkilmişdir. Şahid1 və Şahid2 həmin şəxslərə özlərini təqdim edərək ərazidəki qanunsuz ağac kəsilməsi faktına görə gəldiklərini dedikdə, qarşı tərəfdəki şəxslərdən birisi ərazidə yalnız qurumuş ağacların və yeni ağac pöhrələrinin kəsildiyini bildirir. Baxış istintaq hərəkətində iştirak edən Şahid1 bildirmişdir ki, ağac kəsən şəxsləri tanımır, onları əvvəllər heç vaxt görməmiş, lakin “VİD-20200924-WA0006.mp4” adlı qovluqdakı videoda ərazidə yalnız qurumuş ağacların və yeni ağac pöhrələrinin kəsildiyini bildirən şəxsi tanıdığını, həmin şəxsin “Cənnət Bağı” Altıağac istirahət mərkəzinin işçisi Əhliman olduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 10-cu vərəqəsində olan 23 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd “CD” disk öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq maddi sübut qismində tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 108-110-cu vərəqələrində olan internet proqramına baxış keçirilməsi haqqında 16 fevral 2021-ci il protokoldan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Xızı rayonunda fəaliyyət göstərən “X24 Qrupu”nun tərkibində olan “Cənnət Bağı” Altıağac istirahət və sağlamlıq mərkəzinin ərazisinin əvvəlki dövrlər üzrə vəziyyətini müəyyən etmək üçün “X29” proqramına baxış keçirilmişdir. Qeyd olunan proqram açılaraq axtarış bölməsində “Azərbaycan, Xızı” yazılaraq axtarış düyməsi vurulmuş və proqram avtomatik olaraq Xızı rayonunun inzibati ərazi hüdudlarını yaxınlaşmış, iş materiallarında olan sxem-planlara uyğun ərazinin yerləşməsi coğrafiyasına əsasən “Cənnət Bağı” Altıağac istirahət və sağlamlıq mərkəzi həmin proqramda tapılmışdır. Bundan sonra, proqramda ərazinin əvvəlki illərdə vəziyyətini göstərən “saat” işarəsi üzərinə vurulduqda ekranda 2007-ci ildən 2020-ci ilə kimi ərazinin vəziyyətini göstərən interfeys açılmışdır. Müəyyən edilmişdir ki, avtomobil yolu ilə həmin istirahət mərkəzinin ərazisinə daxil olduqdan sonra sol tərəfdə dam örtüyü qırmızı rəngdə olan tikililər vardır. Proqramın texniki imkanlarından istifadə edib ərazinin əvvəlki dövrünə baxdıqda isə müəyyən edilmişdir ki, 2018-ci ildə həmin tikililər mövcud olmamışdır. Yenə həmin proqramın texniki imkanlarından istifadə edib ərazinin əvvəlki dövrünə baxdıqda müəyyən edilmişdir ki, 2020-ci ildə həmin tikililər mövcud olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 132-144-cü vərəqələrində olan baxış keçirilməsi haqqında 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Xızı rayonunun Altıağac qəsəbəsində fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin istifadəsinə verilmiş ərazinin sərhədləri mişar daşı və dəmir məftillərdən istifadə edilməklə hasara alınmışdır. İstirahət mərkəzinə daxil olduqda sol tərəfdə beton bünövrədən istifadə edilməklə əsaslı tikinti işləri aparılaraq mişar daşından hörgü işlərinin aparılması müşahidə edilmişdir. Belə ki, ərazidə 25x18 metr ölçüdə iki mərtəbəli tikilinin, 8,5x12,5 metr ölçüdə hamam binasının, 4x6 metr ölçüdə yardımçı tikilinin, 3x3 metr ölçüdə paylayıcı-qazanxananın inşa edilməsi, 20x5 metr və 30x4 metr ölçüdə torpağın münbit qatının korlanması və ot örtüyünün məhv edilməsi, maralların saxlandığı 10 hektarlıq ərazidə ot örtüyünün məhv olduğu müəyyən edilmişdir. Baxış istintaq hərəkətinin aparılmasında iştirak edən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Təqsirləndirilən şəxs işlərin aparılması ilə bağlı hər hansı icazəverici sənəd təqdim etməmişdir. Baxış istintaq hərəkətinin aparılmasında iştirak edən Milli Parkın direktoru Elbrus Əliyev qeyd edilən tikililərin 2019-cu ilin noyabr-dekabr aylarından başlayaraq inşa edildiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 172-174-cü vərəqələrində olan 23 fevral 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 19 iyun 2017-ci il tarixli, 2 saylı müqavilə əsasında Milli Parkın Altıağac sahəsinin 7-ci dolayının 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejiminin tətbiq edilmədiyi turizm və istirahət zonasının 15 il müddətinə “Cənnət Bağı” Şirkətlər qurupunun istifadəsinə verilmiş 35 hektar təşkil edən hissəsinin 44 kv.metr sahəsində torpağın üst münbit qatının götürülməsi nəticəsində 2679,60 manat, ot örtüyünün qanunsuz götürülməsi nəticəsində 1,94 manat, 24 kv.metr sahəsində torpağın üst münbit qatının götürülməsi nəticəsində 1461,60 manat, ot örtüyünün qanunsuz götürülməsi nəticəsində 1,06 manat, 106,25 kv.metr sahəsində torpağın üst münbit qatının götürülməsi nəticəsində 6470,63 manat, ot örtüyünün qanunsuz götürülməsi nəticəsində 4,67 manat təbiətə ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 202-206-cı vərəqələrində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 fevral 2021-ci il tarixli, **********82 nömrəli məktubu ilə daxil olmuş arayışdan görünür ki, mübahisəli torpaq sahəsinə nümayəndələr - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X18, X19, Altıağac Milli Parkının direktoru Zərərçəkmiş şəxs, “X24 Qrupu”nun istifadəsində olan Altıağac Cənnət bağının direktoru Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Ərazidə GPS aləti ilə mübahisəli torpaq sahəsində ölçmə-dəqiqləşdirmə işləri aparılmışdır. Kameral şəraitdə ölçülən torpaq sahəsi elektron kadastr məlumat bazasında araşdırılaraq məlum olmuşdur ki, ölçülən 0,23 ha torpaq sahəsi ümumilikdə dövlət mülkiyyətində olmaqla, daxilində 1 ədəd əsas tikili, 3 ədəd köməkçi tikili mövcuddur və həmin ərazinin sxemi hazırlanmışdır. Ölçülən 0,23 ha torpaq sahəsinin (1 nömrəli parsel) 0,0037 ha hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2016-cı il tarixli, 419 nömrəli qərarı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə X10 Aerogeodeziya Müəssisəsi tərəfindən 2016-cı ildə tərtib edilmiş Altıağac Milli parkının sanitariya-mühafizə zonasının müəyyən edilməsinə dair torpaq sahəsinin xəritəsinə əsasən Altıağac Milli Parkına, 0,0957 ha hissəsi Altıağac Milli Parkının sanitariya-mühafizə zonasına və qalan 0,1306 ha hissəsi isə dövlət mülkiyyətində yerləşən “X24 Qrupu”nun istifadəsində olan əraziyə düşür. Ölçülən 0,23 ha torpaq sahəsinin daxilində mövcud olan 324,0 kv.metr əsas tikilinin (2 nömrəli parsel) 44,0 kv.metr hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2016-cı il tarixli, 419 nömrəli qərarı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə X10 Aerogeodeziya Müəssisəsi tərəfindən 2016-cı ildə tərtib edilmiş Altıağac Milli parkının sanitariya-mühafizə zonasının müəyyən edilməsinə dair torpaq sahəsinin xəritəsinə əsasən Altıağac Milli Parkının sanitariya-mühafizə zonasında, 280,0 kv.metr hissəsi isə dövlət mülkiyyətində yerləşən “X24 Qrupu”nun istifadəsində olan ərazidə yerləşir. Ölçülən 0,23 ha torpaq sahəsinin daxilində mövcud olan 24,0 kv.metr köməkçi tikili (3 nömrəli parsel) bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2016-cı il tarixli, 419 nömrəli qərarı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə X10 Aerogeodeziya Müəssisəsi tərəfindən 2016-cı ildə tərtib edilmiş Altıağac Milli parkının sanitariya-mühafizə zonasının müəyyən edilməsinə dair torpaq sahəsinin xəritəsinə əsasən Altıağac Milli Parkının sanitariya-mühafizə zonasında yerləşir. Ölçülən 0,23 ha torpaq sahəsinin daxilində mövcud olan 106,0 kv.metr köməkçi tikilinin (4 nömrəli parsel) 91.0 kv.m hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2016-cı il tarixli, 419 nömrəli qərarı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə X10 Aerogeodeziya Müəssisəsi tərəfindən 2016-cı ildə tərtib edilmiş Altıağac Milli parkının sanitariya-mühafizə zonasının müəyyən edilməsinə dair torpaq sahəsinin xəritəsinə əsasən Altıağac Milli Parkının sanitariya-mühafizə zonasında, qalan 15,0 kv.metr hissəsi isə Altıağac Milli Parkının ərazisində yerləşir. Ölçülən 0,23 ha torpaq sahəsinin daxilində mövcud olan 9,0 kv.metr köməkçi tikili (5 nömrəli parsel) bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2016-cı il tarixli, 419 nömrəli qərarı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə X10 Aerogeodeziya Müəssisəsi tərəfindən 2016-cı ildə tərtib edilmiş Altıağac Milli parkının sanitariya-mühafizə zonasının müəyyən edilməsinə dair torpaq sahəsinin xəritəsinə əsasən Altıağac Milli Parkının sanitariya-mühafizə zonasında yerləşir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 218-219-cu vərəqələrində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 26 fevral 2020-ci il tarixli, 21/82 nömrəli məktubundan görünür ki, “Cənnət Bağı” Şirkətlər Qrupu tərəfindən inşa edilmiş qanunsuz tikililər Altıağac Milli Parkının sanitar-mühafizə zonasında inşa edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 26-cı maddəsinin 1-ci bəndinə əsasən Milli Parkların torpaqları təbii qoruq təyinatlı torpaqlardır. Həmin maddənin 2-ci bəndində göstərilir ki, qoruqların torpaqları dedikdə hüdudlarında elmi və mədəni dəyərə malik olan təbiət obyektləri (tipik və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri, canlı orqanizm qrupları və s.) olan və qanunvericilikdə müəyyən edilmiş qaydada qoruq təşkilatlarına təhkim edilmiş torpaq sahələridir və qoruqların ərazisində, eləcə də onların ətrafında müəyyən edilmiş mühafizə zonalarında qoruqların təbii komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni dəyərli təbii obyektlərin mühafizəsi üçün təhlükə törədən hər hansı fəaliyyət qadağan edilir. Məcəllənin 30-cu maddəsi qoruq torpaqlarının ətrafında mühafizə və sanitariya zonalarının yaradılmasını nəzərdə tutur və bu zonaların torpaqlarından istifadə qaydaları, şərtləri və onların ölçüsü müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə müvafiq olaraq sanitariya-mııhafizə zonaları xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir və bu zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Həmin sahədə digər antropogen təsirlərlə yanaşı, torpağın münbitliyinə təsir edən işlərin görülməsi də qadağandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli, 114 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.3cü maddəsinə əsasən Milli parkların turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə Xidmət göstərilən zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitin yaradılması Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanununa uyğun olaraq, müvafiq milli parkın xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə ilə təbiət istifadəçisi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 250-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 noyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 256-cı vərəqəsində olan 04 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 220-221-ci vərəqələrində olan Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti MKTB-nin 106 saylı MKİS tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında daimi qeydiyyatda olmaqla, yaşayır və barəsində 106 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 1-44-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələri ilə olan ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmış, həmçinin X7, X9, Şahid7, X4, X3, Şahid1 və Şahid3 barəsində əməllərində cinayət tərkibinin olmaması əsası ilə cinayət təqibinin başlanması rədd edilmiş, eləcə də “X29” proqramına baxış keçirilməsinə dair 16 fevral 2021-ci il protokola əlavə edilmiş 4 ədəd fotoşəkil öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut qismində tanınmışdır. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkı təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin tutulması” barədə iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cinayət nəticəsində dəymiş 54903,93 manat zərərin əvəzinin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Milli Parkın hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin, mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs 05 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, hazırda mülki iddianın dəqiqləşdirilməsi və müəyyən xüsusatlara aydınlıq gətirilməsi məqsədilə mülki iddianın geri götürülməsi zərurəti yarandığını bildirərək, mülki iddianın baxılmamış saxlanılmaqla, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə, cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin, mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs 23 dekabr 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vurulmuş maddi ziyan tamamilə ödənildiyindən, təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert, mütəxəssis rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs onun ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş maddi ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının müvəkkil etdiyi nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə ali təhsilli olmaqla, gəncliyini və yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkı tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, cinayət nəticəsində dəymiş 54903,93 manat zərərin əvəzinin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Milli Parkın hesabına ödənilməsi barədə mülki iddia baxılmadan saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, təqsirləndirilən şəxs, mülki cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iddia baxılmadan saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan - Şahid1 təqdim etdiyi 1 ədəd “CD” disk və “X29” proqramına baxış keçirilməsinə dair 16 fevral 2021-ci il protokola əlavə edilmiş 4 ədəd fotoşəkil cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri ilə 8000 (səkkiz min) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə isə 2000 (iki min) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10000 (on min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan - Şahid1 təqdim etdiyi 1 ədəd “CD” disk və “X29” proqramına baxış keçirilməsinə dair 16 fevral 2021-ci il protokola əlavə edilmiş 4 ədəd fotoşəkil cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin tutulması” barədə iş üzrə mülki iddiası baxılmadan saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar