Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-1/2023 25.01.2023 XIZI RAYON MƏHKƏMƏSİ X16 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə elan edilmiş ittihamda göstərilmişdir ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,207 qram miqdarında narkotik vasitə - heroin əldə edərək əynindəki şalvarının sol cibində “Prima” markalı siqaret qutusuna məxsus şəffaf sellofan torbacığın içərisində bir ədəd qızılı rəngli kağız bükümdə saxlamış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 26 aprel 2021-ci il tarixdə saat 11 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində saxlanılıb üzərində həmin tarixdə saat 11:10 dəqiqədən saat 11:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ cibindən “Prima” markalı siqaret qutusuna məxsus şəffaf sellofan torbacığın içərisində bir ədəd qızılı rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,207 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, zavod üsulu ilə 1962-ci il tarixdə istehsal edilmiş, “Aİ 5576” №-li, 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKM markalı, döyüş təyinatlı, istifadə-atəş açmaq üçün yararlı olan bir ədəd yivli-odlu avtomat silahını, zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, «AK- 74M», «AKS-74», «AK-74», «AKS-74U» avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə (atəşə) yararlı, döyüş sursatı hesab edilən 19 ədəd patronu, Kalaşnikov konstruksiyalı AK-74M», «AKS-74», «AK-74», «AKS-74U» avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı iki ədəd sandıqçanı, zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə, təyinatı üzrə istifadəyə (atəş-partlayışa) yararlı olan, həmin qumbara gövdələrinə komplekt hissələri təşkil edən “UZRQM-2” partladıcılarını bağladıqda döyüş sursatı hesab olunan qəlpəli “F-1” əl qumbaralarının 15 ədəd gövdə hissələrini, “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, saz vəziyyətdə, təyinatı üzrə istifadəyə (atəş-partlayışa) yararlı olan, “UZRQM-2” markalı 10 ədəd qumbara partladıcılarını qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib saxlamış, 28 iyun 2019-cu il tarixdə saat 10 radələrində zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə, təyinatı üzrə istifadəyə (atəş-partlayışa) yararlı olan, həmin qumbara gövdələrinə komplekt hissələri təşkil edən “UZRQM-2” partladıcılarını bağladıqda döyüş sursatı hesab olunan qəlpəli “F-1” əl qumbaralarının 15 ədəd gövdə hissələrini, “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, saz vəziyyətdə, təyinatı üzrə istifadəyə (atəşpartlayışa) yararlı olan, “UZRQM-2” markalı 10 ədəd qumbara partladıcılarını bir ağ rəngi un kisəsinin içərisində Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonu Giləzi qəsəbəsi ərazisindən keçən 100.2-ci kilometrliyinə 6 metr məsafədə kənarına qoymuş, həmin tarixdə saat 12:20 radələrində Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək həmin polis şöbəsinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzə Milli Agentliyinin əməkdaşları tərəfindən götürülərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlarına təhvil verilmiş, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2021-ci il tarixdə saat 12:10 dəqiqədən saat 12:50 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs Xızı rayonu Giləzi qəsəbəsində yerləşən yaşadığı ünvana razılıq ərizəsi əsasında onun, müdafiəçisinin iştirakı ilə, videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı evin həyətində yerləşən yardımçı tikilidən bir ədəd torbada qırmızı rəngli parçaya bükülüdə bir ədəd yivli-odlu avtomat silahı, döyüş sursatı hesab edilən 19 ədəd patron və odlu silahın komplekt hissəsi olan iki ədəd sandıqça aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında həmin ittihamın əsassız olduğu və ittihamın qanunvericliyin tələblərinin pozulması ilə toplanmış sübutlar məcmusuna əsaslandığı müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə ona verilmiş ittiham eynilik təşkil etsə də, o, məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 aprel 2021-ci il tarixdə, səhər saat 8-9 arası evdə yatarkən polis əməkdaşları qəflətən evə daxil olaraq onu saxlayaraq polis maşınına əyləşdirib Xızı rayon Polis şöbəsinə aparmışlar. Şöbədə onu 1 saat saxladıqdan sonra yenidən Giləzi qəsəbəsinə yaşadığı həyətə aparmışlar. Polis əməkdaşıları maşında olarkən ona bükülü təqdim edərək narkotik olduğunu və cibinə qoyaraq çəkiliş zamanı çıxarıb təqdim edəcəyini məcbur etmişlər. Eyni zamanda, çəkiliş başlamazdan əvvəl polis əməkdaşları sonradan ona məlum olan avtomat silahı və daraqlarının bükülünün içərisində həyətdə olan yarım tikiliyə qoyaraq onu da çəkiliş zamanı təqdim edəcəyinə onu məcbur edərək guya tapdığını bildirmişlər. Bundan sonra, çəkiliş altında onu həmin yerə gətirərək həyətdə olan yarımtikilidə bükülüdə olan avtomat silahını və cibində olan narkotik maddəni çıxaraq guya hər ikisinin ona məxsus olduğunu bildirib sənədləşdirmişlər. Bundan sonra, o, həmin gün yenidən polis şöbəsinə gətirilərək müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Daha sonra, məhkəmənin qərarına əsasən barəsində 3 ay həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına etap olunmuş, həbs müddəti başa çatdıqdan sonra isə azad olunmuşdur. Hesab edir ki, ona istinad edilən cinayət əməlini törətməmişdir. Məhkəməyədək istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadənin ziddiyyətini isə ibtidai istintaq zamanı verdiyi ifadənin qorxu və diktə altında olması ilə əsaslandırmış, eyni zamanda, məhkəmənin ədalət məhkəməsi olduğuna inanaraq həqiqəti məhkəmə prosesində deyəcəyi qərarına gəlmişdir. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Son vaxtlar oğlu Mehrabın narkotik vasitədən istifadə etməsini yaxın adamlardan eşitmişdir. Təxminən 2021-ci ilin aprel ayında oğlu Mehrab həyətdə olan ona məxsus dəmir hissələri icazəsiz olaraq satdığı üçün o, əsəbləşib Xızı rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin vaxt Xızı rayon Polis Şöbəsinin əməkdaşları səhər saatlarında gəlib Mehrabı evdən aparmışlar. Daha sonra, o, həyətdə olan zaman polis əməkdaşları Mehrabı həyətə gətirib çəkiliş apararaq əraziyə baxış keçirəcəklərini bildirdikdə o, buna etiraz etməyərək onları baxış keçirilməsinə dəvət etmişdir. Baxış keçirən zaman polis əməkdaşı Orxan adlı şəxs əlində bükülü gətirərək həyətdə olan kiçik bir daxmanı açıb oraya qoyaraq Mehrabı həmin yerə gətirdi və çəkiliş apararaq guya həmin bükülünün oradan çıxdığını bildirdilər. Həmin bükülünü açarkən bükülüdə avtomat silahının və daraqlarının olduğu müəyyən olundu. Halbuki, oğlunun həmin bükülüdən xəbəri olmayıb və ümumiyyətlə onun hər-hansı silah və sursatı olmayıb. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasındakı fərqi onunla izah etmişdir ki, o, oğlunun həyətdəki metalları dəyər dəyməzinə satmasını narkotik vasitə istifadəçisi olduğu ilə əlaqələndirmiş və bununla bağlı ərizə ilə polisə müraciət etməsinin səbəbi isə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək müvafiq qaydada tənbeh edilməsi olmuşdur. O, müraciətinin hazırki səviyyəyə gələcəyini və oğlunun cinayət məsuliyyətinə cəlb ediləcəyini bilməmiş və bunu zənn etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Son vaxtlar oğlu Mehrabın narkotik vasitədən istifadə etməsini yaxın adamlardan eşitmişdir. Hadisə olan zaman o, Bakı şəhərində olmuş bu səbəbdən də hadisəni real olaraq görməmişdir. Lakin, gəldikdən sonra ona məlum olub ki, Mehrab həyətdə olan atasına məxsus dəmir hissələri icazəsiz olaraq satdığı üçün atası bu hala əsəbləşərək Xızı rayon Polis Şöbəsinə şikayət edib. Həmin vaxt Xızı rayon Polis Şöbəsinin əməkdaşları səhər saatlarında Mehrabı həyətdən apararaq Polis Şöbəsində döyüblər və daha sonra onu həyətə gətirərək çəkiliş apararaq əraziyə baxış keçirəcəklərini bildiriblər. Baxış keçirən zaman polis əməkdaşı Orxan adlı şəxs əlində bükülü gətirərək həyətdə olan kiçik bir daxmanı açıb oraya qoyaraq Mehrabı həmin yerə gətirib və çəkiliş apararaq guya həmin bükülünün oradan çıxdığını bildiriblər. Həmin bükülünü açarkən bükülüdə avtomat silahının və daraqlarının olduğu müəyyən olunmuşdur. Halbuki, oğlunun həmin bükülüdən xəbəri yoxdur və ümumiyyətlə onun hər-hansı silah və sursatı olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 26 aprel 2021-ci il tarixdə əməliyyat tədbirinin kəçirilməsi barədə qərar qəbul edərək bu barədə şöbə rəhbərliyinə raportla məruzə edib həmin malumatın Xızı rayon polis şöbəsinin növbətçi hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qəydiyyatı kitabında qeydə alınması təmin olunmuşdur. Həmin gün saat 11:00 radələrində X10 qrupunun sabiq müstəntiqi Qalib Əhmədov və axtarış üzrə baş əməliyyat müvəkkili Təlman Kərimovla birgə Xızı rayonu, Giləzi qəsəbəsində əməliyyat-istintaq tədbiri həyata kəçirilmişdir. Həmin vaxt X5 qasəbə arazisində, yaşadığı evdən bir qədər kənarda yolda saxlanılmışdır. Mehraba müstəntiq tərəfindən Azərbaycan Rəspublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs olması elan olunmuş, sonuncunun müdafiə hüquqlarının həyata keçirilməsi məqsədilə Xırdalan şəhər vəkil bürosunun vəkili X6 dəvət olunmuşdur. Daha sonra, Mehraba hüquq və vəzifələri izah edilərək tutulmanın səbəbi və bununla əlaqədar Azərbaycan Rəspublikası cinayət prosessual qanunvericiliyə əsasən üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça şalvarın sol yan cibindən "Prima" markalı siqaret qutusunu çıxarmış, qutunun şəffaf sellofan cığalasının arasına kəçirilmiş bir ədəd qızılı rəngli kağız bükümü təqdim etmişdir. Mehrabdan təqdim etdiyi bükümdə nə olması soruşulduqda sonuncu bükümün arasında narkotik vasitə "kokos" olduğunu bildirmişdir. Həmin qızılı büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz halında kütlə aşkar olunmuşdur. Mehrabdan həmin kütləni haradan əldə etməsi soruşulduqda o, həmin gün səhər saatlarında qəsəbə ərazisində gəzərkən dəmir yolunun kənarında kibrit qutusunun içərisindən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən Mehrabdan yaşadığı evdə və ya hər hansı bildiyi digər bir yerdə qanunsuz əşya, narkotik vasitə, odlu və ya soyuq silah olub-olmadığını soruşulduqda sonuncu 5-6 il əvvəl Sitalçay kəndi ərazisində yərləşən hərbi hissə yaxınlığında dəmir axtararkən un kisəsinin içərisində "Kalaşnikov" avtomatı tapdığını və silahı evdə gizlətdiyini bildirmişdir. Daha sonra, müstəntiq Qalib Əhmədovun, onun, Mehrabın və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış kəçirilmişdir. Bu zaman Mehrab avtomatı gizlətdiyi yeri yaşadığı evə bitişik olan yardımçı tikilini göstərərək silahın orada olduğunu bildirmiş və yerini göstərmişdir. Baxış zamanı məişət əşyalarının arasında gizlədilmiş ağ rəngli un kisəsi aşkar olunmuş, kisəyə baxış kəçirilərkən içərisindən bir ədəd qundağı çıxarılmış "Kalaşnikov" avtomatı, iki ədəd avtomat darağı, daraqlardan birinin içərisinə doldurulmuş şəkildə 19 ədəd patron aşkar olunaraq götürülmüşdür. Bununla bağlı müstəntiq tərəfindən aşkar olunmuş vasitə ilə bağlı müvafiq protokol tərtib olunmuş, qeyd olunan narkotik vasitəyə bənzər kütlə və aşkar olunmuş silah-sursat müvafiq şəkildə qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid Xızı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusu Şahid3 ifadəsində göstərdi ki, o, 2010-cu il tarixdən Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluçusu işləyir. Onun əsas işi respublikadan xaricə gedən əsas magistral neft-qaz boru kəmərlərinin sağ-sol istiqamətində 10 metrlik məsafədə mühafizəsini təşkil etməkdən ibarət olmuşdur. Onun işi növbəlilik əsasında qurulmuş və xidmətə atlarla çıxmışdır. 28 iyun 2019-cu il tarixdə o, xidmətə çıxmış və xidmətini Bakı- Novorossiysk neft kəmərinin mühafizəsi ilə əsasən Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində aparmışdır. Saat 11:20 radələrində o, neft kəmərinin 100.2-ci kilometrliyində neft kəmərindən 5-6 metr kənarda bir ədəd ağ rəngli kisə görmüş, həmin kisəyə yaxınlaşmış və atdan düşərək kisəni açıb baxmışdır. Həmin vaxt o, kisənin içərisində on altı ədəd “F-1” əl qumbaraları, eyni zamanda yaşıl rəngli, silindrik formalı dəmir qutu görmüş və bu barədə dərhal Xüsusi Dövlət Mühafizə Xidmətinin Sumqayıt Regional Şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Daha sonra, məlumat əsasında hadisə yerinə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA), eyni zamanda Xızı rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. ANAMA əməkdaşları qumbaralara, yanındakı dəmir qutuya baxış keçirib şəkillərini çəkmiş, sonra qumbaraları və dəmir qutunu xidməti avtomobillə aparmışlar. Polis əməkdaşı hadisə yerinə baxış keçirdikdən sonra o, həmin ərazidən getmişdir. Məhkəmə istintaqında şahid Xızı RPŞ-nin PPXT-nin polis nəfəri Şahid4 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021-ci il tarixli, 6/1672 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “HK 1/83 nömrəli material üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,207 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,157 qram təşkil etmişdir. Cinayət işinin İ cild 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli, 7/399 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd ümumi təmiz çəkisi 0,005 qram olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Cinayət işinin İ cild 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli, 3/776 saylı məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 7,62 mm kalibrli olmaqla, “Kalaşnikov” konstruksiyalı, AKM markalı, 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “Aİ 5576” №-li, döyüş təyinatlı, yivli-odlu avtomat silahdır, istifadə-atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 19 (on doqquz) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik «AK-74M», «AKS-74», «AK-74», «AKS-74U» avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sandıqça Kalaşnikov konstruksiyalı «AK- 74M», «AKS-74», «AK-74», «AKS-74U» avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə (atəşə) yararlıdır. Cinayət işinin İ cild 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2019-cu il tarixli, 23297 saylı məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd qumbara gövdəsi zavod üsulu ilə istehsal edilmiş, qəlpəli “F-1” əl qumbaralarının gövdə hissələridirlər, təqdim edilmiş 10 (on) ədəd partladıcı isə “F- 1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, “UZRQM-2” markalı qumbara partladıcılarıdırlar və həmin qumbara gövdələrində, komplekt hissələrini təşkil edən “UZRQM-2” partladıcılarını bağladıqda, döyüş sursatı hesab olunan “F-1” markalı qəlpəli əl qumbaralarını təşkil edirlər. Təqdim edilmiş 16 (on altı) ədəd “F-1” markalı qumbara gövdələrinin 01 ədədinin (səthi yaşılımtıl rəngdə olan qumbara gövdəsinin) partladıcı borusu kənar təsir nəticəsində zədələndiyindən, onun daxilinə doldurulmuş partladıcı maddə dağılaraq qumbara gövdəsinin daxilinə yayılmaqla bərkləşib qaldığına görə, qumbara gövdəsinin daxilinə təyinatı üzrə nəzərdə tutulan “UZRQM-2” markalı qumbara partladıcısını bağlamaq mümkün olmadığı üçün, həmin 01 ədəd qumbara gövdəsi halhazırda təyinatı üzrə istifadəyə (atəş-partlayışa) yararsızdır, qumbara gövdələrinin digər 15 (on beş) ədədi və təqdim edilmiş 10 (on) ədəd “UZRQM-2” markalı qumbara partladıcıları isə saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə (atəş-partlayışa) yararlıdırlar. Cinayət işinin İ cild 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertizasının dəyəri 74 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 266-267-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 08 iyul 2021-ci il tarixdə verilmiş 2219 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 22-24-cü vərəqələrində olan 26 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolda göstərilmişdir ki, şəxsi axtarış Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində həyata keçirilmiş və Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılmışdır. Ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması izah olunmuş, Azərbaycan Respublikası CPM-nin 147-148-ci maddələrinə əsasən şübhəli şəxs qismində tutulması ona elan olunmuşdur. Müdafiə hüquqları təmin olunması üçün Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 dəvət olunmuşdur. Şübhəli şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbinə əsasən şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmiş, o, əynində olan tünd boz rəngli, xəttli parça şalvarın sol cibindən “Prima” markalı siqaret qutusunu çıxarmış, qutunun şəffaf sellofan torbacığının içərisində bir ədəd qızılı rəngli kağız bükümdə qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddəni və narkotik vasitə toxumlarına bənzər kütlələri təqdim etmişdir. Aşkar olunmuş kütlə barədə şübhəli şəxs Təqsirləndirilən şəxs soruşduqda o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni Xızı rayonu, Giləzi qəsəbəsinin ərazisindən keçən dəmir yolu xəttinə yaxın yerdən kibrit qutusunun içərisində tapmışdır. Aşkar olunmuş kütlə ekspertiza tədqiqatı üçün müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-nin zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü kompakt diskə köçürülməklə protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 11:10-da başlanmış, 11:35-də bitmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 31-35-ci vərəqələrində olan 26 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokolda göstərilmişdir ki, baxış Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində həyata keçirilmişdir. Ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması izah olunmuşdur. Müdafiə hüquqları təmin olunması üçün Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 dəvət olunmuşdur. Şübhəli şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələbinə əsasən baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən obyektin təsviri aşağıdakı kimi müəyyən edilmişdir. Evin girişi sağ tərəfdən göy darvaza ilə, darvazanın sağ tərəfi isə yarımtikili üstü qırmızı rəngli örtüklə əhatə olunmuşdur. Həyətyanı sahəyə daxil olarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus olan yarımtikili daxmada 01 (bir) ədəd 7,62 mm kalibrli, “Aİ 5576” nömrəli AKM markalı yivli-odlu silah, 19 (on doqquz) ədəd 5,45 mm kalibrli patronlar vardır. Həmin yarımtikiliyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, yarımtikilinin içərisində həqiqətən də köhnə əşyalar var. Daha sonra, Təqsirləndirilən şəxs yarımtikilidə silah-sursatı gizlətdiyi “karobka” adlanan materialın arxasında olan kisəni göstərdi. Kisə götürüldükdən sonra, müəyyən olundu ki, kisə un torbasına bənzər materialdandır və kisənin içərisində üzərində “1962 Aİ” sözləri yazılmış avtomat, qırmızı parçaya bükülmüş 02 ədəd narıncı və qara rəngli daraqlar, narıncı rəngli darağın içərisində 19 ədəd patron aşkar edildi. Aşkar edilmiş silah və sursatlar ekspertiza tədqiqatı üçün müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-nin zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmişdir. Hadisə yerinə baxış istintaq hərəkəti 12:10-da başlanmış, 12:50-də bitmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə araşdırmaları zamanı "xxxx" MMC-yə və "xxxx" MMC-yə verilmiş sorğular əsasında əldə edilmiş müştəri zənglərinin detallaşması qrafikinə və kompakt disklərə əsasən müəyyən edilmişdir ki, 26 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 9622 xidmət mərkəzindən 09:14:50, 09:14:55-də edilən zəng müddətində anten dairəsi - Xızı RRL, 13:36:11-də edilən zəng müddətində isə anten dairəsi - Xızı rayonu, Giləzi qəsəbəsi müəyyən edilmişdir. Eyni zamanda, 26 aprel 2021-ci il tarixdə Xızı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona müxtəlif nömrələrdən 10:43:58-də edilən zəng müddətində anten dairəsi - Xızı rayonu, Giləzi qəsəbəsi, 11:46:27, 11:54:19, 12:12:00, 12:36:32-də edilmiş zənglər müddətində isə anten dairəsi - Xızı RRL müəyyən edilmişdir. Bundan başqa, Xızı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona müxtəlif nömrələrdən daxil olan və çıxan zənglərin anten dairəsi 26 aprel 2021-ci ildə 11:26:44-də Giləzi qəsəbəsi, 11:29:50, 11:31:13, 11:31:16, 11:31:19, 11:33:44-da, 12:20:12, 12:25:15, 12:30:16, 12:30:48, 12:35:28-də UQUB2775B/GQUB2775 Khizi-New/"X3" /Siyazan (Xızı rayon mərkəzini əhatə edir) müəyyən edilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin 10 avqust 2022-ci il tarixli, 14436 saylı məktubundan görünür ki, Xızı RRL Xızı rayonu, Tıxlı kəndindən 2,4 km şimalı (təxminən Xızı şəhər mərkəzini), Xızı r-nu, Giləzi RRL isə Giləzi qəsəbəsini əhatə edir (antenlərin əhatə dairəsi 5 km qədər ərazini əhatə edə bilər). Bundan əlavə, "xxxx" MMC-nin 04 noyabr 2022-ci il tarixli (18 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş) məktubundan görünür ki, 055 226 54 54 saylı nömrənin zəng etdiyi zaman sütün anten hissədə Bakcell şəbəkəsinə məxsus baza stansiyası tərəfindən qeydə alındığı saytın ünvanına dair məlumatlar əks edilmişdir. Hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üs-üstə düşməyə bilər,o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnalogiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə,dağ,bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin, şəhər şəraitində baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 30-32 km qədər ərazini əhatə etmək imkanındadır. CELL İD-lərin tutma diapazonu abunəçilərin sayı və relyefə görə 100- 35000 metrə qədər əhatə edə bilər. Texniki səbəblərdən internet istifadələri zamanı istifadənin başlama və bitmə müddətinə uyğun olaraq əks olunan əhatə dairəsi ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsində fərqli anten məlumatları göstərilə bilər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 90-91-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 30 aprel 2021-ci il tarixli “narkotik vasitənin, odlu silahın və onun komplekt hissələrinin, döyüş sursatının maddi sübut tanınması və saxlanca verilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,207 qram, ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,157 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Təminat hissəsinin saxlancına, Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yardımçı tikilidən aşkar edilərək götürülmüş 01 (bir) ədəd 7,62 mm kalibrli, “Aİ 5576” nömrəli AKM markalı yivli-odlu silah, 19 (on doqquz) ədəd 5,45 mm kalibrli patronlar və 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 02 (iki) ədəd sandıqçalar maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 209-210-cu vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 23 dekabr 2019-cu il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə” qərarından görünür ki, Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən 100.2-ci kilometrliyinin 6 metrliyində aşkar edilmiş 16 (on altı) ədəd “F-1” markalı qəlpəli əl qumbaraları və həmin qumbaraların komplekt hissəsini təşkil edən 10 (on) ədəd “UZRQM-2” markalı qumbara partladıcılar maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin RAS anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 may 2021-ci il tarixdə verilmiş tələbnamədən, işin İİ cild 58-59-cu vərəqələrindəki Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 1(060)-285/2010 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 1-ci vərəqəsində olan Xızı rayon X10 qrupunun müstəntiqi X11 tərəfindən 27 aprel 2021-ci il tarixdə, saat 09:20-də tərtib edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 13-15-ci vərəqələrində olan 26 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00-da Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 83-85-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 4(068)-5/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 263-265-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 4(068)-21/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 26 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 269-270-ci vərəqələrində olan Xızı rayon X10 qrupunun müstəntiqi X12 tərəfindən 02 sentyabr 2021-ci il tarixdə qəbul olunmuş təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 326-333-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 1(068)-47/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilərək iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 2-3-cü vərəqələrində olan Xızı rayon X10 qrupunun müstəntiqi X8 tərəfindən 17 dekabr 2021-ci il tarixdə cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi əlavə istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 96-97-ci vərəqələrində olan 04 mart 2022-ci il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-110-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində yaşamış, aliləli olmaqla iki övladı vardır, lakin, ailədaxili münaqişə səbəbindən ailəsi ilə birgə yaşamır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir rəsmi şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 60-78-ci vərəqələrində olan 03 mart 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə 24 iyun 2021-ci ildə elan olunmuş ittihamın məzmununda dəyişikliklər edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan olunmuş, habelə əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,005 qram miqdarında üç ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrin siyahısına daxil olmadığından həmin xüsusat üzrə onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona həmin xüsusat üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs məxsus 16 (on altı) ədəd “F-1” markalı qumbara gövdələrindən səthi yaşılımtıl rəngdə olan bir ədəd qumbara gövdəsi təyinatı üzrə istifadəyə (atəş-partlayışa) yararsız olduğundan ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə verilmiş ittihamdan həmin xüsusat xaric edilmiş və həmin 01 (bir) ədəd qumbara gövdəsi ilə bağlı ona ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə Xızı rayon Məhkəməsində hazırlıq iclası zamanı əvvəl yaşadığı Giləzi qəsəbəsindən Xızı rayon polis şöbəsinə gətirildiyi, şöbədə onun üzərinə narkotik vasitə olan heroin qoyulduqdan sonra yenidən Xızı rayonu Giləzi qəsəbəsinə aparılaraq orada müvafiq sənədləşmə aparıldığı, aşkar edilmiş silah-sursatdan isə ümumiyyətlə məlumatının olmadığı, əraziyə baxış keçirilərkən vəkilin artıq orada olduğu, onun tərəfindən həmin vaxt vəkillərin siyahısından hər hansı bir seçim edilmədiyi, həbsdə olduğu müddətdə iki dəfə Xızı rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə etap edilib müdafiəçinin iştirakı olmadan dindirildiyi, həbsdən azad olunduqdan sonra isə bir dəfə polis şöbəsinə dəvət olunaraq yenə də müdafiəçinin iştirakı olmadan sənədlərə imza etdirilməsi barədə özünü müdafiə üçün gətirdiyi dəlillər istintaq zamanı onun etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə, baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edildiyindən rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılmasına və yaşadığı evə baxış keçirilməsinə dair video çəkilişi özündə əks etdirən 02 (iki) ədəd Compakt Disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin dispozisiyasına görə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə, həmçinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinə riayət etmədən tərtib olunması Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi cinayətini törətməsinə kifayət qədər şübhələr yaratmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə ondan ötrü Təqsirləndirilən şəxs məhz bu əsasla bəraət hökmü çıxarılması nəticəsinə gəlmişdir ki, cinayətin predmetləri olan narkotik vasitə və qanunsuz silahlar maddi sübut kimi tanınmış, lakin Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi, yəni təqsirliliyi sübut edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəlarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində qeyd edilir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin maddənin ikinci hissəsində qeyd olunur ki, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt, barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeydi əks etdirən protokol tərtib edir. Göründüyü kimi, 26 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə, eyni zamanda hadisə yerinə baxış aparılması barədə protokollar Azərbaycan Respublikası CPM-nin 247ci maddəsinin tələblərinə əməl edilməməklə insan və vətəndaşın konstitusion hüquq və azadlıqları pozulmaqla əldə edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində cinayət tərkibinin olması və törədilən cinayətdə təqsirli olması ibtidai istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilir. Belə sübutlar silsiləsinə aid sənədlər qanunvericiliklə müəyyən olunmuşdur ki, onlardan biri də istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən protokollardır. Hazırkı iş üzrə ibtidai istintaq orqanının tərtib etdiyi protokollar şəxsin ictimai təhlükəli əməli törətdiyini sübut edən hal kimi qanunvericiliyin tələb etdiyi tərzdə tərtib edilsə də, həqiqi reallığı əks etdirmir. Belə ki, şəxsin hansısa əməli törədib-törətməməsini təsdiq edən sənədlər özünü təkcə hərəkətlərin rəsmiləşdirilməsində deyil, həmin hərəkətlərin məkan və zaman baxımından reallığında və qərəzsizliyində də ehtiva edir. Çünki, rəsmiləşdirilməsi zəruri olan hal özünü mütləq şəkildə reallığın (faktiki mövcudluğun) təzahürü kimi göstərməlidir. Lakin, məhkəmə istintaqı zamanı ətraflı və obyektiv araşdırma nəticələri mövcud ibtidai istintaq araşdırmasının əksini sübut edir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə protokolda həmin istintaq hərəkətinin 26 aprel 2021-ci il tarixdə, saat 11:10-dan 11:35-dək aparılması göstərilmişdir. Məhkəmə araşdırması zamanı istər təqsirləndirilən şəxsin, istərsə də, şahidlərin bir qisminin (təqsirləndirilən şəxsin atasının və anasının) verdiyi ifadələr əsasında müəyyən edilmişdir ki, onların ibtidai istintaq zamanı verdikləri ifadələr saxtalaşdırılmaqla həqiqəti əks etdirmir. Məhz məhkəmə istintaqı zamanı verilmiş ziddiyyətli ifadələr və digər şübhə yaradan hallar ibtidai istintaq hərəkətlərinin qanuniliyini əlavə sübutlar toplamaqla araşdırma zərurəti yaratmışdır. Belə ki, məhkəmə istintaqı zamanı verilmiş ifadələr, ilk növbədə təqsirləndirilən şəxsin (özünün dediyinə görə 26 aprel 2021-ci il tarixdə, səhər saat 8-9 radələrində tutulmuşdur) tutulması vaxtını şübhə altına alır. Çünki, iş materiallarında olan 26 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da tutulmuşdur, lakin, Təqsirləndirilən şəxs, atasının və anasının verdiyi ifadələr bunun əksini göstərir. İbtidai istintaq dövründə həyata keçirilən prosessual hərəkətlərin dəqiq və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə bu və digər halların müəyyən edilməsi üçün təkcə verilən ifadələri deyil, eyni zamanda, ittihamın qanuni həlli üçün lazımı sənədlərin əldə edilməsini də zəruri hesab etmişdir. Ona görə də məhkəmə tərəfindən araşdırma predmeti olan sübutlar silsiləsindən hesab edilən "xxxx" MMC və "xxxx" MMCdən əldə edilən rəsmi məlumatlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 9622 xidmət mərkəzindən 09:14:50, 09:14:55-də edilən zənglər müddətində anten dairəsi - Xızı RRL, 13:36:11-də edilən zəng müddətində isə anten dairəsi - Xızı rayonu, Giləzi qəsəbəsidir. Bu hal özü özlüyündə Təqsirləndirilən şəxs həmin gün (26 aprel 2021-ci il tarixdə) saat 9 və 10 radələrində Xızı rayonu, Xızı şəhərində olduğu müəyyən edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması protokolunda göstərilmişdir ki, onun üzərində aparılmış şəxsi axtarış və götürmə 26 aprel 2021-ci il tarixində saat 11:10-dan 11:35-dək Xızı rayonu Giləzi qəsəbəsi ərazisində aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokolda göstərilmişdir ki, təqsirləndirilən şəxsin yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evə həmin tarixdə saat 12:10-dan 12:50-dək baxış keçirilmişdir. Buradan belə çıxır ki, təqsdirləndirilən şəxsin saxlanmasında iştirak etmiş Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ən azı xx.xx.2021-ci il tarixdə saat 11:10-dan 11:35-dək, həmçinin 12:10-dan 12:50-dək Xızı rayonu Giləzi qəsəbəsi ərzisində olmalı idilər. "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilən antenn məlumatlarında isə yuxarıda qeyd edildiyi kimi, həmin şəxslərin istifadələrində olan mobil nömrələrin antenn dairələri qeyd edilən müddət ərzində başqa ərazilərdən siqnal vermişdir. Bu da Təqsirləndirilən şəxs tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması, onun yaşadığı evə baxış keçirilməsi vaxtının rəsmiyyətlə reallıq arasında ziddiyyət yaratdığını bir daha təsdiq edir. Məsələn, De Vilde, Ooms və Versip Belçikaya qarşı məhkəmə işi üzrə X22 Məhkəməsinin 18 iyun 1971-ci il tarixli qərarı ilə aydınlıq gətirilmişdir ki, azadlığı məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil və şəxs konkret yeri tərk edə bilmirsə, bu onun tutulmuş hesab edilməsi üçün kifayətdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi halını şübhə altına alır və ümumiyyətlə həmin vasitənin ona məxsusluğunu qeyri-müəyyən edir. Eyni zamanda Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən 100.2-ci kilometrliyinin 6 metrliyində aşkar edilmiş 16 (on altı) ədəd “F- 1” markalı qəlpəli əl qumbaraları və həmin qumbaraların komplekt hissəsini təşkil edən 10 (on) ədəd “UZRQM-2” markalı qumbara partladıcılarının Təqsirləndirilən şəxs aid olması yalnız onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə müyyən edilmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin ifadəsini təkzib etmiş və qeyd edilən fakt hər hansı yanakı sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində CM-nin 228.1-ci maddəsinin tərkib hissəsinin olmasına dair ittihama da hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırmaları zamanı tədqiq edilmiş hallar sırasına daxil olan məsələlərdən biri də məhz Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş silah və sursatlarla bağlı olmuşdur. Yuxarıda qeyd edilən istintaq hərəkətlərinin aparılması ilə bağlı olan prosessual pozuntular eyni zamanda, ittihamın bu hissəsinə də şamil edilir. Belə ki, anten dairələri ilə bağlı əldə edilən məlumat Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış istintaq hərəkətinin də qeyri qanuni (qeyri real) olmasını özündə ehtiva edir. Bundan başqa, onu da qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə, eyni zamanda, ana və atasının verdiyi ifadələr ibtidai istintaq zamanı verilən ifadələrlə ziddiyyət təşkil etmişdir. Belə ki, hər üç şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən evdən aşkar edilmiş silah və sursatların Təqsirləndirilən şəxs heç bir aidiyyətinin olmamasını bildirmişlər. Hətta əlavə olaraq göstərmişlər ki, həmin silah və sursatlar narkotik vasitənin davamı olaraq polis əməkdaşları tərəfindən onların evinə qoyulmuşdur. Belə olan halda, məhkəmə ittihamın bu hissəsini də sübut edilməmiş hesab edir. Məhkəmə Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən 100.2-ci kilometrliyinin 6 metrliyində aşkar edilmiş 16 (on altı) ədəd “F-1” markalı qəlpəli əl qumbaraları və həmin qumbaraların komplekt hissəsini təşkil edən 10 (on) ədəd “UZRQM-2” markalı qumbara partladıcılara münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, həmin araşdırılan hallar həmin sursatların da təqsirləndirilən şəxsə aid olması faktını inkar edir. Belə ki, 2019-cu ildə aşkar olunmuş həmin sursatların sonradan ona məxsusluğunun ittiham tərəfindən yalnız şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrlə təsdiq edilməsi nə qanuna, nə də ki, hüququn ideya və prinsiplərinə uyğun gəlmir. Belə ki, cinayət prosessual qanunvericilik şəxsin təqsirini etiraf etməsini cinayət işinin digər sübutları ilə sübut edilmədiyi təqdirdə ona qarşı ittihamın əsasının təşkil edilməsinin yolverilməzliyini bir daha aydın şəkildə göstərmişdir. Ona görə də məhkəmə ittihamın bu hissəsini də əsassız hesab edir. Məhkəmə qeyd edilən hallardan başqa, onu da qeyd etməyi vacib hesab edir ki, cinayət işinin ilkin məhkəməyə verilməsi zamanı da məhkəmənin 15 dekabr 2021-ci il tarixli, 1(068)-47/2021 saylı qərarı ilə kobud və aradan qaldırılması mümkün olmayan pozuntularla əlaqədar işin baxılmasına xitam verilməsi və materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Sözügedən qərarda bir sıra mühüm pozuntular qeyd edilmişdir ki, bunlardan biri də Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusu olmuşdur. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məclləsinin 90.7.2 və 90.7.5-ci maddələrinə əsasən şübhəli şəxs tutulduğu və ya barəsində qətimkan tədbiri seçildiyi andan müdafiəçiyə malik olmaq və müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Qeyd edilən pozuntular bir daha onu göstərir ki, sübutların əsasını təşkil edən protokollar qanunvericiliyin ziddinə olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyası və Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit olunmuş müdafiə hüquqlarının pozulması ilə tərtib olunmuşdur. Bu da protokola həqiqətə uyğun olmayan məlumatların daxil edildiyini bir daha sübut edir. Belə olan halda həmin protokollar və bu protokollar əsasında götürülməsi qeyd edilmiş narkotik vasitələr və silah-sursatlar Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin İİ bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İİİ bəndinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə (147.1.1), ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (147.1.2), hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (147.1.3) tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, hazırki mövqe “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 28-ci bəndində əks etdirdiyi mövqeyə də, uyğundur. Həmin qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında da, şəxsin saxlandığı andan şübhəli şəxs kimi tutulmuş hesab edildiyini qeyd edir ki, bu isə bir daha onu təsdiq edir ki, saxlanılan şəxsin bütün hüquqları, o cümlədən müdafiə hüququ dərhal təmin edilməlidir. Beləliklə, məhkəmə hazırki iş üzrə məhkəmə istintaqını yekunlaşdırdıqdan sonra əldə edilmiş sübutlar məcmusu ilə belə qərara gəlir ki, hazırki iş üzrə ittiham hökmünün qəbul edilməsi qeyri mümkündür, belə ki, məhkəmə prosesində həqiqət müəyyənləşdirilmiş və təqsirləndirilən şəxsə bəraət verilməklə ədalət mühakiməsinin mənəvi məqsəd və məzmununa nail olunmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri də, itthamın əsasını təşkil edə bilməz. Belə ki, bir tərəfdən həmin ifadələrdə göstərilən xüsusatlar təqsirləndirilən şəxs tərəfindən məhkəmə icasında təkzib olunmuş, digər tərəfdən isə həmin ifadədə göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz bilinməli və ona bəraət verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda, Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən narkotik vasitə olan heroinin, yaşayış yerində keçirilmiş baxış zamanı 01 (bir) ədəd 7,62 mm kalibrli, “Aİ 5576” nömrəli AKM markalı yivli-odlu silahın, 19 (on doqquz) ədəd 5,45 mm kalibrli patronların və 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 02 (iki) ədəd sandıqçaların sonuncuya aid olması faktı məhkəmə istintaqında öz təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi tanınmış həmin qeyd edilən vasitənin və silah-sursatın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,157 qram narkotik vasitə olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancında saxlanmalıdır. Həmçinin, Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən 100.2-ci kilometrliyinin 6 metrliyində aşkar edilmiş 16 (on altı) ədəd “F-1” markalı qəlpəli əl qumbaraları və həmin qumbaraların komplekt hissəsini təşkil edən 10 (on) ədəd “UZRQM-2” markalı qumbara partladıcılarının Təqsirləndirilən şəxs aid olması faktı məhkəmə istintaqında öz təsdiqini tapmasa da, həmin sursatların Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin RAS anbarına təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347-ci, 349-350-ci, 353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,157 qram olan heroinin, 01 (bir) ədəd 7,62 mm kalibrli, “Aİ 5576” nömrəli AKM markalı yivli-odlu silahın, 19 (on doqquz) ədəd 5,45 mm kalibrli patronların, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 02 (iki) ədəd sandıqçaların, 16 (on altı) ədəd “F-1” markalı qəlpəli əl qumbaraları və həmin qumbaraların komplekt hissəsini təşkil edən 10 (on) ədəd “UZRQM-2” markalı qumbara partladıcılarının kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,157 qram narkotik vasitə olan heroinin, 01 (bir) ədəd 7,62 mm kalibrli, “Aİ 5576” nömrəli AKM markalı yivli-odlu silahın, 19 (on doqquz) ədəd 5,45 mm kalibrli patronların, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 02 (iki) ədəd sandıqçaların kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancında saxlanılsın. 16 (on altı) ədəd “F-1” markalı qəlpəli əl qumbaraları və həmin qumbaraların komplekt hissəsini təşkil edən 10 (on) ədəd “UZRQM- 2” markalı qumbara partladıcılarının kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər həmin sursatların Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin RAS anbarına təhvil verilməsi nəzərə alınsın. Həmçinin, axtarış və götürmə istintaq prosesinin video görüntüləri əks olunmuş 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-1/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-1/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver