Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-10/2025 26.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Xızı rayonu, Şorabad qəsəbəsi ərazisindən keçən 60-cı kilometrliyində idarə etdiyi “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətində 90 km/saat sürətlə sağ zolaqla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib qarşısında eyni istiqamətdə hərəkətdə olan Şahid3 35-40 km/saat sürətlə idarə etdiyi “Kamaz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ötmə əməliyyatı etmək istərkən digər nəqliyyat vasitəsi sol zolaqda ötmə əməliyyatında olduğundan Təqsirləndirilən şəxs avtomobili sağa doğru istiqamətləndirmiş və “Kamaz” markalı yük avtomobilinin arxa sol təkər hissəsi ilə onun avtomobilinin sağ qabaq yan hissəsi arasında toqquşma baş vermiş, zərbədən “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil aşmış, nəticədə “Kia Rio” markalı avtomobildə olan sərnişin X3 ehtiyatsızlıqdan beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma, beynin sərt və yumşaq qişasının cırılması, alın sümüyünün açıq basılmış sınığı, alnın yarası kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 20 iyun 2024-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan dostu ona zəng edərək, avtomobilinin nasaz olduğunu, 3 nəfər xanımı Bakı şəhərinə aparmaq lazım olduğunu bildirmiş, o da, razılaşmışdır. Mina qabaq sağ, Könül arxa sol, Lalə isə arxa sağ oturacaqda əyləşmişdir. Bir qədər getdikdən sonra o, avtomobili Qaraçay kəndində saxlamış və xanımlar meyvə aldıqdan sonra təkrar yola davam etmişdir. Yol gedərkən xanımlar öz aralarında söhbət etmiş, telefondan şəkilləri birbirilərinə göndərmişlər. Bu zaman o, həmin xanımları ona yönəldən sürücü dostundan 10 gün bundan qabaq yolda baş vermiş hadisənin telefondan ona göndərilməsini xahiş etmiş, dostu da videonu ona göndərmiş, həmin video telefonda qalmış, heç kimə göstərməmiş və baxmamışdır. Bundan sonra hərəkətdə olarkən yolda “Kamaz” markalı avtomobilin sağ zolaqla getdiyini görmüş, lakin ondan xeyli aralıda olmuşdur. O, yolun sol istiqamətində saatda 90 km/saat sürətlə hərəkətini davam etdirmiş, bu zaman arxadan dördgöz deyilən “Mercedes” markalı avtomobilin sürətlə hərəkət etdiyini görmüşdür. O, sağa dönmə işığını yandırıb sağ zolağa çıxmış, həmin “Mercedes” markalı avtomobil yanından keçəndən sonra öz zolağına qayıtmışdır. Həmin anda telefon əlində yox, şitin üzərində, yəni maqnitə bitişik olmuşdur. “Mercedes” markalı avtomobil “Kamaz” markalı avtomobili ötəndən sonra o, ötmə əməliyyatı etmək üçün “Kamaz” markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin iki təkəri qırıq-qırıq xətdən sol tərəfdə olmuş, Mina xanım qışqıranda artıq “Kamaz” markalı avtomobil onun yolunda olmuşdur. O, idarə etdiyi avtomobili yana qaçırmağa çalışsa da, bacara bilməmiş, avtomobilinin sağ qabaq yan hissəsi ilə qarşıda sağ zolaqda hərəkət edən sonradan adını bildiyi Şahid3 idarə etdiyi “Kamaz” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol arxa təkəri ilə toqquşmuşdur. Zərbədən avtomobili aşmış və bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. O, dərhal avtomobildən düşmüş və Lalənin yolun hərəkət hissəsində ölü vəziyyətdə olduğunu görmüş, geriyə avtomobilə qayıdaraq Könül və Minanı avtomobilin salonundan çıxarmışdır. Bundan sonra hadisə yerinə tibb işçiləri və polis əməkdaşları gəlmiş, o, müayinə üçün Sumqayıt Narkoloji dispanserə dəvət olunmuşdur. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq cərimə balları limiti keçdiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 2021-ci il tarixdə altı ay müddətinə məhdudlaşdırıldığını, taksi fəaliyyəti ilə məşğul olduğundan istər-istəməz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətdiyini bildirmişdir. Eyni zamanda, müdafiəçinin suallarına cavab olaraq sərnişinləri Könül və Minanı avtomobilin salonundan özünün çıxardığını, həmin vaxt onun öz telefonu itdiyində başqa bir xanımın telefonu ilə təcili yardıma zəng etdiyini, hadisədən sonra “Kamaz” markalı avtomobilin 150-200 metr aralıda, yolun sağ istiqamətinə çıxıb dayandığını qeyd etmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq əvvəlcə idarə etdiyi avtomobillə sol zolaq ilə hərəkət etdiyini, sonra sağa keçərək arxadan gələn avtomobilə yol verdiyini, daha sonra yenidən yolun sol istiqamətinə keçdiyini, “Kamaz” markalı avtomobilin ondan xeyli aralıda həkətdə olduğunu, hadisə vaxtı “Kamaz” markalı avtomobilin qəfildən sol zolağa, yəni onun hərəkətdə olduğu zolağa çıxdığını, toqquşma anından sonra “Kamaz” markalı avtomobilin sürücüsü maşını sağa çəkdiyini, burada onun günahının olmamasını, bununla bağlı Baş prokurorluğa ərizə ilə müraciət etdiyini, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, yaşadığı ərazini tərk etməsinə məhdudiyyət qoyulsa da, Umud adlı icra məmuru ona tətbiq olunmuş elektron qolbağın aparatını özündə saxladığını, bu səbəbdən ayağında olan elektron qolbağın işləmədiyini, bunun müqabilində həmin icra məmuru ilə ayda 200 manat verməsinə razılaşdıqlarını, bundan sonra icra məmurunun ona “hara istəsən gedə bilərsən” dediyini göstərmişdir. Məhkəmədə son sözlə çıxış edərkən Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsində günahının olmamasını, verilmiş ittihamla razılaşmadığını, “Kamaz” markalı avtomobilin sürücüsünün cinayət məsuliyyətinə cəlb edilməli olduğunu və özünü həmin əməldə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ziddiyyətli ifadə verərək ittiham üzrə özünü təqsirli bilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsində günahının olmaması barədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 19 iyun 2024-cü il tarixdə anası Lalə rəfiqələri ilə birlikdə Quba rayonuna getmişdilər. Həmin gün orada qaldıqdan sonra səhəri gün, yəni 20 iyun 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmaq üçün Quba rayonundan taksiyə əyləşərək yola çıxmışlar. Axşam saatlarında Bakı-Quba- Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 60-cı km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən Şahid3 idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə “Kia Rio” markalı avtomobildə olan anası X5 hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, bu halın təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 20 iyun 2024-cü il tarixdə səhər saatlatında yaşadığı ünvandan idarə etdiyi “Kamaz 55111” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yola çıxaraq Xızı rayonu Şurabad qəsəbəsinə gəlmiş, orada növbəsi çatdıqda yük avtomobilinə qum doldurduqdan sonra onu Xırdalan şəhərinə boşaltmaq üçün yola çıxmışdır. Həmin gün axşam saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu Şurabad qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi yük avtomobil ilə Bakı istiqamətində yolun hərəkət hissəsinin sağ zolağı ilə 35-40 km/saat sürətlə hərəkətdə olarkən anidən avtomobilinin sol arxa təkərinə zərbə dəymiş, zərbədən avtomobilin sol arxa təkərləri oxdan çıxmış və sürəti az olduğundan avtomobilini yolun hərəkət hissəsinin sağ zolağında dayandırmışdır. Dərhal avtomobildən düşmüş və idarə etdiyi avtomobillə toqquşan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yolun hərəkət hissəsində aşmış vəziyyətdə olduğunu görmüşdür. O, onlara yaxınlaşdıqda sonradan adını bildiyi X2 ölü vəziyyətdə, sürücü və iki nəfər sərnişinin isə xəsarət almış vəziyyətdə olduğunu müəyyən etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və tibb işçiləri gəlmiş, o, müayinə olunmaq üçün Sumqayıt Narkoloji dispanserə dəvət olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, X5 və Şahid2 Mönsün qızı onun rəfiqələridir. Onlar birlikdə “Baku Medical plazada” işləmişlər. 19 iyun 2024-cü il tarixdə Lalə, Mina ilə birlikdə marşrutla Quba rayonuna istirahətə getmişlər. Həmin gün orada qaldıqdan sonra səhəri gün, yəni 20 iyun 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmaq üçün Quba rayonundan taksi fəaliyyəti ilə məşğul olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yola çıxmışlar. Mina qabaq sağ, Lalə arxa sağ, o, isə arxa sol sərnişin oturacağında əyləşmişdir. Təxminən saat 19:00 radələrində Xızı rayonu ərazisində hərəkətdə olarkən əyləşdiyi avtomobilin qarşıda yolun hərəkət hissəsinin sağ zolağı ilə aşağı sürətlə hərəkət edən yük avtomobilinə çatdığını görmüş, o, sürücüyə nəzər edərkən sürücünün telefona baxdığını görmüş və yola baxması ilə bağlı sürücüyə iradını bildirmiş, bu zaman əyləşdiyi avtomobil qarşıda gedən “Kamaz” markalı avtomobili ilə toqquşmuş, zərbədən avtomobil aşmış və bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. O, avtomobildən çıxmış və Lalənin hadisə yerində öldüyünü görmüşdür. Bundan sonra hadisə yerinə tibb işçiləri və polis əməkdaşları gəlmiş, onu və Minanı Sumqayıt şəhər TTYX-na aparmışlar. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi təsdiq edərək, Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 20 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 4-9-cu vərəqələrində olan “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 60-cı kilometrliyində olmuşdur. Baş verən yol asfaltbeton örtüklü, quru olmuş, hadisə baş verən yolun hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4,5 metr, yol örtüyünün eni 9 metr olmuşdur. Toqquşma yolun hərəkət hissəsinin sağına nəzərən 4,2 metr məsafədə olmuşdur. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir və hər iki avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Şinlərin və tormozlamanın izləri yoxdur. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 58-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 29 iyun 2024-cü il tarixli, 72 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində aşkar olunmuş xəsarətlər beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma, beynin sərt və yumşaq qişasının cırılması, alın sümüyünün açıq basılmış sınığı, alnın yarası küt əşya təsirindən törənmişdirlər, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Ölümünə səbəb beyin maddəsinə və mədəciklərinə qansızma, sərt və yumşaq beyin qişalarının cırılması olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 65-ci vərəqəsində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 iyun 2024-cü il tarixdə kəllə tağının sınığı səbəbindən ölmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-ci vərəqəsində olan 25 iyun 2024cü il tarixli haqqında qərara əsasən X4 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş anası X2 hüquqi varisi qismində tanınmışdır. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 86-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-8/2011 nömrəli ekspert rəyindən görünür ki, ilkin kontakt halında toqquşma “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Kamaz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən qarşılıqlı vəziyyətlərini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya nisbətən sağdan sola doğru, “Kamaz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr arxadan qabağa nisbətən soldan sağa doğru istiqamətlənmişdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2024-cü il tarixli, 8/2573 nömrəli ekspert rəyindən görünür ki, “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, həmçinin işin 102-112-ci vərəqələrindəki Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-201/2022 nömrəli hökmünün surətindən, eləcə də, cinayət işinin materiallarına əlavə edilmiş Quba rayon icra və probasiya şöbəsinin 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixə 02 il 02 ay 23 gün müddətinə cəzasını çəkmiş, 03 ay 07 gün çəkilməmiş cəza müddəti qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 28-ci vərəqəsində olan BC seriyalı, 472727 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 106072/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək müddətə etibarlı olan olan) BC seriyalı, 472727 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixədək müddətinə məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə isə sürücülük vəsiqəsi qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 20 iyun 2024cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 3161 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol və narkotik maddə qəbul etməsi faktı aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-30-cu vərəqələrində olan BA seriyalı, 354146 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-Vİ № 959825, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X7 sahibliyində olan “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil 9 il 9 ay 11 gün müddətində idarə etmək üçün Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 156-cı vərəqəsində olan 07 mart 2025ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 1(068)-10/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 10 may 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin 12 may 2025-ci il tarixli, 3-13-80/2-1822/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞ-nin MSY-nə, daha sonra isə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-170-ci vərəqələrində olan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, himayəsində xx.xx.2009-cu il təvəllüdlü Ayşə və xx.xx.2020-ci il təvəllüdlü İmran adında iki yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 171-176-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş “Kamaz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmış, iş üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb ola cinayətini törətməsi tamamilə sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi (baş vermiş yol-nəqliyyat hadisəsində günahının olmaması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsində günahı olmadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının və məhkəmə trassoloji ekspertizasının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-201/2022 nömrəli hökmünə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-201/2022 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər də yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsini, buna görə də inzibati məsuliyyətə cəlb edilməsini, inzibati mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsini, həyat şəraitini və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-201/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və tutulduğu, yəni 10 may 2025-ci il tarixə kimi 02 il 03 ay 09 gün müddətinə cəzasını çəkmiş, 02 ay 21 gün çəkilməmiş cəza müddəti qalmışdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)- 201/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 238 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-201/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 21 (iyirmi bir) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 238 (iki yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 175 (yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-10/2025
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-10/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver