Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-11/2023 18.09.2023 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1980-ci ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə yaxın dostu, Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs1 və ailə üzvləri ilə birlikdə hər biri idarə etdikləri avtomobillə Xızı rayonu Baxşılı kəndi ərazisində yerləşən «Həyat» kafesinə gələrək, orada yemək yeyib, iki nəfərə 0,5 lt spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə saat 22:00 radələrində yaşadıqları Siyəzən şəhərinə qayıdarkən özünün idarə etdiyi, ön dövlət qeydiyyat nişanı olmayan, «Vaz-21093» markalı B119-UN-05 rus qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib, Xızı-Giləzi şosse yolu ilə hərəkətdə olarkən, qarşı istiqamətdə hərəkət edən «KİA Sportage» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən Xızı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 tərəfindən sürücüyə səs ucaldıcı vasitəsilə «saxla» əmri verilmiş, sonuncu tabesizlik göstərib sürətini artırmaqla hərəkətinə davam edərək məsuliyyətdən yayınmaq üçün yaxınlıqda olan Giləzi qəsəbəsinin içərisinə doğru hərəkət etdikdə, avtomobilin alt hissəsi orada olan dəmirə ilişərək dayanmış, YPX-nin inspektorları yaxınlaşaraq avtomobili saxlamamasının səbəbi soruşulduqda, içkili olmasını bildirməklə, avtomobildə olan ailə üzvlərini yaşadığı ünvana yola saldıqdan sonra onların tələbinə uyğun olaraq RPŞ-yə gedəcəyini dedikdə, bu imkan yaradılmış, qəsəbə sakinləri tərəfindən avtomobil dayandığı yerdən çıxarıldıqdan sonra yenidən avtomobilə əyləşib oradan uzaqlaşmış, YPX əməkdaşları tərəfindən RPŞ-dən naryad çağırılmaqla Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən 81-ci km-də, saat 23:00 radələrində saxlanıldıqda, avtomobildə ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olan şəxs olmadığından avtomobilin duracağa aparılması məqsədilə sürücünü sükan arxasından kənarlaşdırmaq tələbinə tabe olmayaraq, hakimiyyət nümayəndəsi hesab edilən Xızı RPŞ DYPB-nin Yol Patrul Xidməti inspektoru işləyən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edib, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin qançırları, sağ bazu nahiyəsinin orta və aşağı 1/3-nin sıyrıqları xəsarətlərini yetirməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs1 10 avqust 2022-ci il tarixdə yaxın dostu Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs2 və ailə üzvləri ilə birlikdə hər biri idarə etdikləri avtomobillə Xızı rayonu Baxşılı kəndi ərazisində yerləşən «Həyat» kafesinə gələrək, orada yemək yeyib, iki nəfərə 0,5 lt spirtli içki qəbul etdikdən sonra, sərxoş vəziyyətdə saat 22:00 radələrində yaşadıqları Siyəzən şəhərinə qayıdarkən özünə məxsus “Chery” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşib Xızı-Giləzi yolu ilə hərəkətdə olarkən Amidin idarə etdiyi avtomobilin YPX əməkdaşları tərəfindən saxlanılması barədə mobil telefon vasitəsilə danışarkən məlumat aldıqdan sonra, saat 23:00 radələrində Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən 81-ci km-nə gələrək, orada Xızı RPŞ DYPB-nin Yol Patrul Xidməti inspektoru işləyən Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini icrası ilə əlaqədar geyim formasının kəmərindən tutub dartıqda, digər hakimiyyət nümayəndəsi hesab edilən DYPB-nin Yol Patrul Xidməti inspektoru işləyən Zərərçəkmiş şəxs1 xidməti fəaliyyəti ilə əlaqədar ona bu hərəkətinə görə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncuya qarşı zor tətbiq edib başın alın nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin qançırı xəsarətlərini yetirməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 avqust 2022-ci il tarixdə idarə etdiyi «Vaz- 21093» markalı avtomobillə şəhid qardaşının iki uşağı və həyat yoldaşı, eyni zamanda özünün uşağı və həyat yoldaşı ilə birlikdə istirahət etmək üçün Xızı rayonunda yerləşən “Cənnət Bağı” istirahət mərkəzinə gəlmişlər. Dostu Təqsirləndirilən şəxs1 da idarə etdikləri avtomobillə onların arxasınca gəlmiş, Xızı şəhərində olarkən marketdən özlərinə lazım olan bəzi ərzaq məmulatları və 0,5 lt həcmində spirtli içki almışlar. Bundan sonra “Cənnət Bağı” istirahət mərkəzini gəzib, rayonun Baxışlı kəndində yerləşən “Həyat” kafesində əyləşmişlər. Həmin kafedə çörək yeyib, bir az spirtli içki qəbul etmişlər. Bir müddət orada əyləşdikdən sonra Xızıda gecəni qalmaq məqsədilə kirayə tutduqları evə getmək üçün oradan çıxmışlar və idarə etdiyi avtomobillə bir az getdikdən sonra YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları ondan sənədləri tələb etmiş, o, üzərində hər hansı bir sənədin olmadığını, avtomobilin dostuna məxsus olduğunu və maşında ailəsinin olduğunu bildirmiş, eyni zamanda ailəsini digər avtomobillərlə yola salmasına icazə verməklərini xahiş etmişdir. İlk öncə getməyinə icazə versələr də, o, avtomobili hərəkət etdirən zaman polis əməkdaşları yenidən onun avtomobili saxlamaq istəmişlər, lakin o, avtomobili saxlamayaraq sürmüşdür. Bundan sonra X15 Xidmətinin əməkdaşları Xızı şəhərindən Giləzi qəsəbəsinə qədər arxasınca gəlmişlər. Giləzi qəsəbəsinə çatanda polis əməkdaşları tərəfindən yolun bağladığını görüb avtomobili qəsəbənin içərisinə tərəf sürmüşdür. Həmin vaxt avtomobilin alt hissəsi orada olan dəmirə ilişərək dayanmış və polis əməkdaşları ona çataraq avtomobildən düşürmüşlər. Lakin qəsəbə camaatı hadisə yerinə gəldiklərində polis əməkdaşları onu buraxmışlar. Daha sonra ora yığışan qəsəbə sakinlərinin köməkliyi ilə avtomobili xəndəkdən çıxarmış və sürərək yola çıxmışdır. Bundan sonra təxminən 100 metr aralanmışdır ki, polis əməkdaşları yolu kəsərək onu saxlayıb maşından çıxarmışlar. Daha sonra onu Post Patrul Xidmətinin avtomobilinə mindirərək Xızı Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin gecəni şöbədə qalmış və səhəri gün onu döyərək qabırğalarını, dişlərini sındırmışlar. Onun polis şöbəsində döyülməsini prokuror da, vəkil Pərvanə xanım da bilmişdir. Doğrudur o, həmin vaxt əmrə tabe olmamış, yol hərəkəti qaydalarını pozmuş, lakin orada X15 Xidmətinin əməkdaşlarına müqavimət göstərməmiş və heç kimə əl atmamışdır. Məhkəmədə son sözlə çıxış edərkən Təqsirləndirilən şəxs2 şəhid qardaşı olmaqla, hadisə zamanı polisləri vurub onlara xəsarət yetirmədiyini, verilmiş ittihamla razılaşmadığını, özünü həmin əməldə yox, yalnız yol hərəkəti qaydalarını pozmaqda təqsirli bildiyini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2la Xızı rayonu Altıağac qəsəbəsinə uşaqlar ilə ailəvi şəkildə istirahətə gəlmişlər. Həmin vaxt özləri ilə 0,5 litr həcmində spirtli içki də götürmüşlər. Gedib gəzdikdən sonra geri qayıdarkən Xızı rayonunun Baxşılı kəndində yerləşən “Həyat” kafesində oturub yemək yemişlər. Həmin gün onlar Xızı rayonunda qalmalı idilər, lakin zəng gəldiyi üçün evə getməli olmuşlar. Amid kafedən öz maşını ilə çıxmış, o isə içkili olduğu üçün avtomobili oğlu idarə etmişdir. Oğlunun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da, yaşı çatmışdır. Bir müddət getdikdən sonra uşaqlar ona polis əməkdaşlarının Amidin maşınını təqib etdiyi bildirmişlər. O, Amidə zəng edərək maşını saxlamasını demiş, lakin sonuncu ona içkili olması səbəbindən avtomobili saxlamaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Giləzi qəsəbəsinə çatdıqda polis maşınlarının çoxunun ara yola girdiyini görmüşdür. O, həmin yerə çatdıqda Amidin maşınının çökəkliyə düşdüyünü və kəndin camaatının maşını oradan çıxartmağa Amidə kömək etdiyini görmüş, maşın çökəkdən çıxdıqdan sonra isə Amid maşını yenidən sürərək oradan uzaqlaşmışdır. O, hətta qışqıraraq Amidə maşını saxlamasını desə də, sonuncu maşını sürərək magistral yola çıxmış və bir müddət getdikdən sonra X16 Xidməti əməkdaşları yenidən saxlamışlar. O, həmin yerə çatdıqda isə X16 Xidmətinin avtomobilinə mindirərək apardıqlarını görmüşdür. Bundan sonra oğlu avtomobili Amidin maşınının qarşısında saxlayıb yerə düşmüşlər. Düşdüyü zaman polis əməkdaşı Məmmədin maşını açaraq orada nəsə axtardığını görmüşdür. Həmin vaxt Amidin ailə-uşağı avtomobilin içində idi və qışqırırdılar. O, Məmmədin kəmərindən tutub çəkərək, maşında ailə-uşaq olduğunu və avtomobilə yaxın durmamağı demişdir. Həmin vaxt o, Məmmədlə mübahisə etməmiş və kameralardan da göründüyü kimi zərərçəkmişə qarşı əl-qol hərəkətləri etməmişdir. Lakin buna baxmayaraq onunda da avtomobilini polis şöbəsinə aparmış, özünü isə Post Patrul Xidmətinin avtomaşınına mindirərək şöbəyə gətirmişlər. Daha sonra hər ikisinin qoluna qandal vuraraq onları Sumqayıt şəhər narkoloji dispanserə aparmışlar. Xəstəxanaya çatdıqdan sonra yerə düşərkən Aslan əlindən tutaraq qandalı bilərəkdən öz alnına vurmuş və sonra guya ona əl-qol hərəkətləri etdiyini bildirmişdir. Xəstəxanada onlardan analiz götürdükdən sonra yenidən onları polis şöbəsinə gətirmişlər. Həmin gecəni Amid ilə qarşı qarşıya olan dəmir barmaqlıqlarda qalmışlar. Səhəri günü təxminən saat 10:00 radələrində Amidi götürüb yuxarı mərtəbəyə aparmışlar. Təxminən 30 dəqiqə sonra Amidi gətirdikdə onun döyülməsini və boynunun sıyrılmş, qabırğaları sınmış, əli əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, polis əməkdaşlarına adamı belə döyməzlər demişdir. Bunu dediyi üçün onu 5 nəfər polis əməkdaşı götürərək yuxarı, 3-cü mərtəbəyə aparmış və orada sol tərəfdə olan axırıncı otağa salaraq döymüşlər. Daha sonra onu yerə uzataraq, bir nəfər polis əməkdaşı boynunun arxasında oturaraq belinə dubinka ilə zərbələr vurmuşdur. Belindən əməliyyat olunduğu üçün qışqıraraq həmin yerə vurmamaqlarını istəmişdir. Məhkəmədə son sözlə çıxış edərkən Təqsirləndirilən şəxs1 hadisə zamanı polisləri vurub onlara xəsarət yetirmədiyini, polis əməkdaşlarına həmişə hörmətlə yanaşdığını, verilmiş ittihamla razılaşmadığını, özünü həmin əməldə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 10 avqust 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində xidmətdə olan zaman Xızı istiqamətinə hərəkətdə olarkən qarşıdan gələn nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanı olmadığı üçün ona saxla işarəsi verərək nəqliyyat vasitəsini saxlamasını tələb etmişlər. Lakin sürücü, sonradan şəxsiyyəti müəyyənləşdirilən Təqsirləndirilən şəxs2 həmin işarəyə məhəl qoymayaraq sürətini artıraraq hərəkətini davam etdirmişdir. Müəyyən qədər müşahidə etdikdən sonra Xızı rayonu, Giləzi qəsəbəsində dəmir yolunu keçərkən avtomobilin alt hissəsi dəmirə dəyərək dayanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaxınlaşdıqda spirtli içki təsiri altında olduğunu görmüş, həmin zaman aralarında mübahisə yaranmışdır. Dostu Famil gəldikdən sonra isə mübahisə daha da kəskinləşmişdir. Təqsirləndirilən şəxs2 avtomobildə olan ailənin, qadın və uşaqların yola salınması üçün imkan yaradılmasını istədikdə onlar razılaşmışlar. Daha sonra qəsəbə sakinlərinin köməkliyi ilə maşını qaldırıb dəmir maneədən keçirtmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 üzü Siyəzən istiqamətində hərəkətini davam etdirmişdir. Həmin avtomobilin əmrə tabe olmaması barədə növbətçi hissəyə məlumat verdikdən sonra post patrul xidməti əməkdaşlarının köməkliyi ilə avtomobili Siyəzən istiqamətində olan yolda saxlamışlar. Bundan sonra həmin şəxsləri polis şöbəsinə gətirərək, barələrində raport yazmış və növbətçi hissəyə təhvil vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 qanunun tələblərinə tabe olmağını tələb etmiş və sonuncu ona qolundan xəsarət yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 ona mane olmaq üçün kəmərindən tutaraq dartmışdır. Belə ki, onlar Amidi saxlayarkən sakit olmağını, əmrlərinə tabe olmalı olduğunu, sərxoş vəziyyətdə maşın sürməyin təhlükəli olduğunu başa salmağa çalışmışlar. Amid isə onları təhqir edərək üstünə hücum etmiş və xəsarət yetirmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslər onunla barışıq üçün hər hansı bir cəhd etməmişlər və onlardan şikayətçidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, hadisə ekipaj yoldaşı Zərərçəkmiş şəxs2 dedikləri kimi olmuşdur və Zərərçəkmiş şəxs2 dediklərini təsdiqləyir. Belə ki, Bakı-Quba yolunda təqsirləndirilən şəxslərlə onların arasında mübahisə yaranmışdır. Hər iki şəxs spirtli içki və narkotik vasitənin təsiri altında olduqlarından mübahisə zamanı çəkişmələr də yaranmış, eləcə də tutaşma nəticəsində fiziki təmas baş vermişdir. Belə ki, onlar birinci maşını saxlayanda Amid maşından düşüb ailəsini taksi ilə yola salması üçün şərait yaratmalarını onlardan xahiş edərək, sonra hara istəsək birlikdə gedəcəyini onlara bildirmişdir. Lakin avtomobili xəndəkdən çıxartdıqdan sonra Təqsirləndirilən şəxs2 gözləməyib maşını sürüb getmişdir. İkinci dəfə avtomobil saxlandığı zaman yolun ortasında olduğu üçün Zərərçəkmiş şəxs2 avtomobili yolun kənarına çəkmək istəmiş, bu zaman Famil gələrək Məmmədin kəmərindən tutub qırağa çəkmişdir. Həmin o, alın nahiyəsindən xəsarət almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ilə mübahisə zamanı sonuncu əl-qol hərəkətləri etdiyi üçün barmağındakı üzük alnına dəymiş və qan gəldiyini görmüşdür. Bundan sonra isə təqsirləndirilən şəxslərin tibbi müayinəsi zamanı spirtli içki qəbul etdikləri təsdiqlənmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslər onunla barışıq üçün hər hansı bir cəhd etməmişlər və onlardan şikayətçidir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, 10 avqust 2022-ci il tarixdə onlar ailəvi olaraq Xızı rayonuna gəzintiyə gəlmişlər və əvvəlcədən kirayə götürdükləri evə gedərkən polis əməkdaşları onların avtomobilini saxlamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına uşaqları həmin evə düşürüb qayıdacağını bildirsə də, polislər razı olmamışlar. Bundan sonra Amidi döyərək maşının pəncərəsindən yerə salmış və Xızı RPŞ-yə aparmışlar. Daha sonra onlar başqa avtomobillə yaşadıqları evə getmişlər. Hadisə vaxtı Amidin polis əməkdaşlarına xəsarət yetirdiyini görməmişdir, əksinə polis əməkdaşları özləri onun ərinə xəsarət yetirmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 10 avqust 2022-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə 1 gün əvvəldən yer danışaraq Xızı rayon Baxşılı kəndinə istirahətə gəlmişlər. İstirahətə gələrkən fikirləri gecəni Xızıda qalmaq olmuşdur. Onlar yemək yeyərək kafedən çıxdıqda, polis maşını qabaqlarına çıxmış və onlara saxla işarəsi vermişdir. Qaynı Amid maşının şüşəsini açaraq, uşaqları evdə düşürüb sonra onlarla görüşəcəyini dedikdə polis əməkdaşları əvvəlcə razılaşmışlar. Daha sonra isə onların arxası gələrək avtomobili təqib etməyə başlamışlar. Qaynı Amid isə maşını saxlamayaraq sürməyə davam etmişdir. Bir az getdikdən sonra isə avtomobil dəmir maneəyə ilişərək dayanmışdır. Həmin vaxt iki nəfər polis əməkdaşı xidməti maşından düşüb onların avtomobilinə yaxınlaşaraq maşının qapısını açmadan, pəncərəsindən qaynının üz nahiyəsinə zərbələr endirmişlər. İkinci polis əməkdaşı isə ona əl atmaq istədikdə, qışqıraraq əlini çəkməsini bildirmiş, bu zaman maşında olan 14 yaşındakı uşağı qışqıraraq özündən getmişdir. Belə ki, o, maşında arxada oturmuşdur. Məmməd maşının arxa qapısını açıb əli ilə onun köynəyini tutanda ona əlini çəkməsini bildirmiş, həmin an Famil polis əməkdaşını tutaraq qırağa çəkmişdir. Bundan sonra kənd camaatı gələrək uşağa su verib kömək etmişlər. Uşaq indi də həmin vəziyyətdədir. Daha sonra onlar çıxıb evlərinə gedərkən yenə də polis əməkdaşları yolda onları saxlamışdır. O, DİN-nin 102 xidmətinə zəng etmiş və digər polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında şahid Xızı RPŞ-nin PPXT-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, hadisə çoxdan baş verdiyi üçün necə olduğu dəqiq yadında deyil. Belə ki, təxminən 10 avqust 2022-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbəsində xidmətdə olmuşdur. Həmin gün saat 23:30 radələrində X18 əməkdaşları növbətçi hissə vasitəsi ilə onlarla əlaqəyə çıxaraq təcili kömək lazım olduğunu bildirmişlər. Onlar hadisə yerinə gedib sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs2 saxlayaraq Post Patrul Xidməti maşınına mindirərək polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 isə hadisə yerində deyil, daha sonra polis şöbəsində görmüşdür. Məhkəmə iclasında şahid Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, o, hadisə vaxtı əməliyyat qrupunda olmuşdur. Yol Patrul Xidmətinin əməkdaşları onlarla əlaqəyə çıxaraq kömək istəmişlər. YPX əməkdaşları Giləzi-Quba yolunun üstündə, Zarat ərazisi tərəfdə olmuşlar. Onlar hadisə yerinə yaxınlaşdıqda sürücülərlə polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında mübahisə olduğunu görmüşlər. Həmin vaxt PPXT-nın əməkdaşları Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmışlar. Onlar həmin şəxslərdən nə üçün mübahisə etdiklərini soruşduqda, cavab olaraq sürücünün maşını saxla əmrinə tabe olmadığını və maşından düşərək polis əməkdaşları ilə mübahisə etməyə başladığını bilmişlər. Həmin zaman onlar mübahisəni yatırtmaq məqsədilə onları aralamış və Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid Xızı RPŞ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid5 ifadəsində göstərdi ki, 10 avqust 2022-ci ildə növbətçi hissədə növbədə olmuşdur. Həmin gün saat 23:30 radələrində X15 xidmətini əməkdaşları növbətçi hissəyə bir sürücünün saxlama əmrinə tabe olmaması barədə məlumat vermişlər. Onlar əməliyyat qrupu ilə birlikdə yola çıxmışlar. Təxminən 25-30 dəqiqə ərzində Bakı-Quba yolunun Quba istiqamətində olan hissəsinin 81-ci km-nə çatmışlar. Onlar hadisə yerinə çatanda Təqsirləndirilən şəxs2 orada yox idi, sonuncunu Post Patrul Xidmətini avtomaşını ilə Xızı Rayon Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 isə orada idi və ailə üzvləri də maşının yanında dayanmışdır. Həmin vaxt Familin Aslanla əlbəyaxa mübahisəsi düşdü və Famil Aslanın alın nahiyəsinə yumruq ilə zərbə yetirdi. Bundan sonra onlar yaxınlaşıb Famili növbətçi hissənin maşınına mindirib polis şöbəsinə gətirmişlər. Daha sonra isə sərxoşluqlarının müayinə edilməsi üçün hər ikisini Sumqayıt şəhər narkoloji dispanserə aparmışlar. Orada sərxoş olduqları müəyyən olunduqdan sonra hər ikisini gətirib polis şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Amid və Famil qonaq kimi qardaşına məxsus kafeyə gəlib getdiyi üçün onları 10 ildən artıqdır tanıyır. Həmin gün də ailələri ilə birlikdə obyektə gəlmişlər. Yemək yeyib və az miqdarda spirtli içki qəbul etmişlər. Sonra isə obyektdən çıxıb getmişlər. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərdi ki, ona Famil və Amidin Xızı rayonunda polis əməkdaşları tərəfindən saxlanılması və döyülərək tutulması barədə zəng edib xəbər vermişlər. Avtomobil onun adına olduğu üçün Xızıya gəlmiş və polis şöbəsindən avtomobili təhvil almışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid - Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili işləmiş Şahid6 ifadəsində göstərmişdir ki, növbətçilik cədvəlinə uyğun olaraq 10 avqust 2022-ci il tarixdə saat 09:00-dan 11 avqust 2022-ci il tarixdə saat 09:00-a qədər Xızı RPŞ-nin əməliyyat-istintaq qrupunun tərkibində növbədə xidmətdə olarkən saat 23:30 radələrində növbətçi hissədən Giləzi qəsəbəsi yaxınlığında bir avtomobilin yol patrul xidməti əməkdaşlarının saxla əmrinə tabe olmaması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun tərkibində sahə rəisi Şahid7, NH-nin sürücü əvəzi Şahid5, təhqiqatçı Şahid4la birlikdə xidməti avtomobillə hadisə yerinə doğru yola çıxmışlar. Təxminən 25-30 dəqiqə sonra Bakı-Quba yolunun Quba istiqamətində 81-ci kilometrliyinə yaxınlaşdıqda **-YP-*** dövlət qeydiyyat nişanlı, Kia Sportage markalı yol patrul xidməti avtomobilinin Vaz 21093 markalı, rus qeydiyyat nişanlı avtomobil və Chery markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında dayandığını, avtomobillərin ətrafında həmin şəxslərin ailə üzvlərindən də bir neçə nəfərin olduğunu, xidmətdə olan yol patrul xidməti əməkdaşlarının Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğunu müəyyən etmişlər. Hadisə yerinə çatdıqda Vaz 21093 markalı avtomobilin sürücüsü olan adını sonradan bildiyi Amid adlı şəxsi artıq PPX avtomobilinə əyləşdirərək şöbəyə aparıldığını, yolun kənarında YPX avtomobilinin arxa tərəfində isə polis əməkdaşı Zərərçəkmiş şəxs1 “Chery” markalı avtomobilin sahibi adını sonradan öyrəndiyi Familə niyə Zərərçəkmiş şəxs2 kəmərindən tutub dartaraq çəkməsini soruşduğunu, onu polisin xidməti fəaliyyətilə əlaqədar qanuni tələbinə tabe olmağa çağırdığı barədə danışmasını eşitmişdir. Bu vaxt Familin Zərərçəkmiş şəxs1la mübahisə edərək əlbəyaxa olduğunu, mübahisə vaxtı Familin Aslanın sağ qol nahiyəsindən tutmaqla alın nahiyəsinə əl-qol atdıqda onun alnına əli ilə vurub xəsarət yetirməsini gördükdə digər polis əməkdaşları ilə yaxınlaşıb Famili ayırmaqla növbətçi hissənin avtomobilinə əyləşdirərək Xızı polis şöbəsinə gətirmişlər. Daha sonra hər iki şəxsi növbətçi hissənin xidməti maşını vasitəsilə Sumqayıt Narkoloji dispanserinə aparmışlar, onları sərxoşluq müayinəsindən keçirilərək sərxoş olmaları müəyyən olunduqdan sonra gətirib Xızı rayon polis şöbəsinə təhvil vermişlər. Məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 baş vermiş hadisə vaxtı Xızı RPŞnin TQ-nin təhqiqatçısı işlədiyindən və hazırki cinayət işi ilə əlaqədar öz prosessual səlahiyyətlərini həyata keçirdiyindən şahid qismində dindirilməli olmayan şəxs kimi onun məlumatlarından sübut kimi istifadə oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 95.2.4-cü maddəsinə əsasən cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi şahid qismində çağırıla və dindirilə bilməzlər. Həmin Məcəllənin 126.5-ci maddəsinə əsasən şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 məhkəmə-tibb ekspertizasının 12 avqust 2022-ci il tarixli, 24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazu nahiyəsinin 1/3nin qançırları, sağ bazu nahiyəsinin orta və aşağı 1/3-nin sıyrıqları küt əşya(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 məhkəmə-tibb ekspertizasının 12 avqust 2022-ci il tarixli, 25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin qançırı küt əşya(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 10-cu vərəqəsində olan 11 avqust 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4046 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı alkoqol və marixuana qəbulu faktı aşkarlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 15-ci vərəqəsində olan 11 avqust 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4047 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 müayinəsi zamanı alkoqol qəbulu faktı aşkarlanmışdır. Şəxs narkoloji müayinədən imtina etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 28-ci vərəqəsində olan Xızı RPŞ DYPB-nin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Yol Patrul xidməti naryadlarının post-cədvəlinin surətindən görünür ki, xx.xx.2022-ci il saat 09-00-dan xx.xx.2022-ci il saat 09-00-a qədər **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilində inspektorlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidmətdə olmuşlar. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin İ cildinin 209-210-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 14 sentyabr 2022-ci il tarixli, 016-116326-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci ilədək etibarlı) BD 004204 nömrəli “B1,B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Bununla yanaşı adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci ilədək etibarlı) BC 007736 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs1 adında xx.xx.2018-ci il tarixdən Y-278 nömrəli hərrac protokolu əsasında “CHERY A15” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Lakin onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 243-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 241-242-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 50-51-ci vərəqələrində olan 11 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 127-129-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 4(068)-27/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 315-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 179-181-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(068)-31/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətində, yəni 11 oktyabr 2022-ci il tarixədək seçilmiş “həbs” növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 224-225-ci vərəqələrində olan 11 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 65-66-cı vərəqələrində olan 11 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 131-133-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 4(068)-28/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 315-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 144-145-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 4(105)-57/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair material üzrə Xızı Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 4(068)-28/2022 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Xızı Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 4(068)-28/2022 nömrəli qərarı ilə seçilmiş 2 ay müddətinə “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 146-147-ci vərəqələrində olan 18 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 227-228-ci vərəqələrində olan Siyəzən rayon Siyəzən şəhər İƏD-dən verilmiş xx.xx.2022-ci il tarixli 1999 saylı xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, B.Dəmirov küçəsi, 38 nömrəli evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ailəlidir, 3 övladı var. Nümayəndəliyə Təqsirləndirilən şəxs2 barəsində şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 229-230-cu vərəqələrində olan Siyəzən rayon Siyəzən şəhər İƏD-dən verilmiş xx.xx.2022-ci il tarixli 1998 saylı xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, S.Xeyrullayev küçəsi, 15 nömrəli evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 ailəlidir, 2 övladı var. Nümayəndəliyə Təqsirləndirilən şəxs1 barəsində şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Gülbacı və xx.xx.2018-ci il təvəllüdlü Azad adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş İmişli regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 023560 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilmiş zədələnmələr, aortanın döş şöbəsinin travması səbəbindən ölmüşdür. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci il təvəllüdlü Vasif adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 254-cü vərəqəsində olan Siyəzən RPŞ-dən verilmiş xx.xx.2022-ci il tarixli, 183-11868-1222 saylı məktubdan görünür ki, Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bağlı Siyəzən RPŞ-nin Təhqiqat Qrupunda və İstintaq bölməsində hər hansı bir ərizə, şikayət, material və ya cinayət işi yoxdur, həmçinin həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata alınmamışdır. Cinayət işinin 300-310-cu vərəqələrində olan 30 noyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 315-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, həmçinin istintaq zamanı təqsirləndirilən şəxslərin əməllərində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, istintaq zamanı Xızı RPŞ DYPB-nin Yol Patrul Xidməti inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti fəaliyyətlərini yerinə yetirərkən hərəkətlərində hər hansı vəzifə səlahiyyətlərini aşma halları müəyyən edilmədiyindən həmin hal üzrə cinayət təqibi rədd edilmiş, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində Xızı RPŞ-yə gətirildikdən sonra orada fiziki zorakılıqlara məruz qalmaları ilə əlaqədar rayon prokurorluğunda aparılmış araşdırma nəzərə alınmış, tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan marixuana qəbul faktı aşkarlanmasına baxmayaraq, toplanmış ittiham sübutlarında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar fəaliyyəti təsdiq edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibi rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon prokurorluğundan göndərilmiş 21/c- 22 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatında göstərdiyi hallar öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası DİN-nin Xızı RPŞ-nin rəis müavini X3, RPŞ CAB-ın rəisi X6, RPŞ CAB-ın əməliyyatçıları X4, X1 vəRPŞ NMQ-nin əməliyyat müvəkkili Şahid6 hərəkətlərində qulluq mənafeyi əleyhinə olan cinayətlərə dair hər hansı hal müəyyən edilmədiyindən, toplanmış materialda cinayət təqibini istisna edən hallar müəyyən olunduğundan, cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin qərardan şikayət verilməmişdir. Həmin materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» X14 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 18 avqust 2022-ci il tarixli, 26 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – hər iki kürək, sol kürəküstü, döş qəfəsi, bel və hər iki bazu nahiyələrinin qançırları küt əşyanın (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Həmin materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» X14 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 18 avqust 2022-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol alt göz qapağı, sol gözaltı və sol bud nahiyələrinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə iclasında cinayət prosesi iştirakçıları ilə birlikdə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 avqust 2022-ci il tarixdə saat 23:00 radələrindən etibarən törətdiyi əməllərin «KİA Sportage» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin videoregistratoru vasitəsi ilə qeydə alınaraq CD diskə köçürülmüş görüntülərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, «KİA Sportage» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilinin müşayiət etdiyi “VAZ-21093” markalı avtomobil qəza işıqlarını yandırmaqla hərəkətini davam etdirir. Bundan sonra patrul avtomobili Giləzi qəsəbəsindəki yolun dairəvi hissəsinə çatdıqda “VAZ-21093” markalı avtomobil hərəkətini davam etdirməklə Giləzi qəsəbəsinin daxilindəki yola giriş edir və patrul avtomobili yenidən onun arxasınca hərəkət edir. Daha sonra “VAZ- 21093” markalı avtomobil torpaq yola girib hərəkətini davam etdirərkən yerdəki dəmir borunun üzərindən keçdikdə avtomobilin hərəkəti dayanır. Həmin vaxt patrul avtomobilində xidmət aparan YPX inspektorları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti formada avtomobildən enərək qarşıdakı minik avtomobilinə sürətlə yaxınlaşıb sürücünü, yəni iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 avtomobildən çıxarır və patrul avtomobilinin arxasına aparırlar. Həmin anda avtomobildəki sərnişinlərdən bir qadın və 2 azyaşlı uşaq avtomobildən enərək patrul avtomobilinin arxasına doğru baxmaqla müxtəlif əl-qol hərəkətləri etməklə sözlər deyirlər. Avtomobildəki digər qadın isə avtomobilin qapısını açıb enməyərək baş verənləri telefonla çəkir, patrul avtomobilinin qarşısında dayanmaqla danışmağa davam edir və bir neçə dəfə əliylə avtomobilin kapotuna vurur. Bundan sonra Təqsirləndirilən şəxs2 patrul avtomobilinin önünə gəlməklə arxada dayanan şəxslərə müxtəlif sözlər deyir və öz avtomobilinə əyləşir. Daha sonra qəsəbə ərazisindən bir neçə şəxs “VAZ-21093” markalı avtomobilin ətrafına yaxınlaşmaqla məzmunu müəyyən olmayan söhbətlər və hərəkətlər edir, onlar avtomobilin arxasına keçib itələməklə onun hərəkətə gəlməsinə kömək edir və avtomobil hərəkətini önə doğru davam etdirməklə ərazidən uzaqlaşır. Yol patrul avtomobili Giləzi qəsəbəsindəki yolla geri qayıtmaqla Bakı- Quba magistral yolunun Quba istiqamətində hərəkətdə olarkən yenidən həmin istiqamətdə “VAZ-21093” markalı avtomobilin hərəkətdə olduğunu müşahidə edir və onun arxasınca hərəkətə davam edir. Digər polis avtomobili isə qarşıdakı “VAZ-21093” markalı minik avtomobilini ötmə əməliyyatı etməklə onu saxlamağa çalışır. Bundan sonra PPX avtomobili yenidən qarşıya keçərək hərəkəti dayandırır və “VAZ-21093” markalı avtomobil də məcburən hərəkətini dayandırır. Daha sonra YPX inspektorları və 1 nəfər digər polis əməkdaşı Təqsirləndirilən şəxs2 polis avtomobilinə əyləşdirir və həmin avtomobil hərəkətini önə doğru davam etdirməklə qarşıdan geriyə dönərək Xızı istiqamətinə irəliləyir. Avtomobildəki sərnişinlər isə enərək avtomobilin ətrafında hərəkət edirlər, YPX inspektoru Zərərçəkmiş şəxs2 “VAZ-21093” markalı avtomobilin içərisinə əyilmiş vəziyyətdə olarkən Təqsirləndirilən şəxs1 avtomobilə yaxınlaşaraq Zərərçəkmiş şəxs2 kəmərindən tutmaqla geriyə çəkir. Həmin vaxt “VAZ-21093” markalı avtomobilin sərnişinləri olan qadınlar və azyaşlı uşaqlar polis əməkdaşlarına məzmunu müəyyən olunmayan sözlər deyir, telefonla patrula avtomobilinin görüntülərini çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin dispoziyasında nəzərdə tutulan hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə əməlinin törədilməsində təqsirli olmaları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara verilmiş ittiham üzrə özlərini təqsirli bilməmələri, polis əməkdaşına qarşı zor tətbiq etməmələri və. s. ilə bağlı xüsusatlara dair ifadələrində göstərdiklərinə tənqidi yanaşır və onların hüququ kimi qəbul edir, bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bunlar təqsirləndirilən şəxslərin məsuliyyətdən boyun qaçırmasına yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxslərin göstərdikləri hallar araşdırılmış, işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq edilməmişdir. Cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən olunur ki, həmin görüntüdə hadisə vaxtının qısa anı qeydə alınsa da, ittihamda aidiyyəti hissələrdə əksini tapmış cinayət xarakterli hərəkətlərə onların tərəfindən yol verildiyinin öz təsdiqini tapdığı müəyyən edilmişdir. Həmçinin, onların verilmiş ittiham üzrə təqsirli olmaları zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslərin arasında keçirilmiş üzləşdirmə haqqında protokollar, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməli nəticəsində Xızı RPŞ-in DYPBnin Yol Patrul Xidməti inspektorları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin xəsarətlərin hansı tarixdə və şəraitdə yetirilməsi, müəyyən edilmiş xəsarətlərin hansı qaydada alınması və onların ağırlıq dərəcələri canlı şəxslərin ekspertizasını həyata keçirmiş məhkəmə-tibbi ekspertizaları yolu ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olmaları, habelə onların müdafiəçilərinin iş üzrə bəraət hökmü çıxarılmalı olması barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməllərində cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aidiyyəti olmuşdur və onların bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Belə ki, CM-nin 315-ci maddəsində göstərilən müqavimət göstərmə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsidir. Zor tətbiq etmə isə hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmədir ki, belə təsir də həm fiziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zor hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitələr hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və sair məqsədinə xidmət etmiş olsun. CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Halbuki əvvəllər qüvvədə olmuş CM-nin 315.1ci maddəsində hakimiyyət nümayəndəsinin yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorun tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi ilə hədələməyə görə, CM-nin 315.2-ci maddəsində isə CM-nin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu. Lakin CM-nin 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağlamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. Polis haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin İİ bəndində qeyd edilir ki, polisin fəaliyyətinin əsas istiqamətləri 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Göründüyü kimi cinayət qanunvericiliyin qarşısında duran vəzifələrin həyata keçirilməsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən polisin fəaliyyətinin əsas istiqamətləridir ki, hazırki cinayət əməli də polis əməkdaşlarına qarşı törədilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şəhid qardaşı olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxslərə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alınmalı və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 11 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı), 31 avqust 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 02 (iki) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 11 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı) cəmi 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətlərinin əvvəli yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onlara hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin onlara hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 11 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı), 31 avqust 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 02 (iki) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 11 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı) cəmi 08 (səkkiz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-11/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-11/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver