Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-12/2021 10.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsi, Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci blokunun 5-ci mərtəbəsindəki mənzil ilə qonşuluqda yerləşən və qəsəbə sakini Fikrət adlı şəxsə məxsus, daimi yaşayış üçün istifadə olunmayan, mühafizəsi ona və ailə üzvlərinə tapşırılmış boş mənzilin otaqlarından birində, çoxməqsədli istifadə üçün nəzərdə tutulmuş plastmas vedrələrin içərisində qanunsuz olaraq 08 ədəd əkilib-becərilməsi qadağan olunan narkotik xassəli çətənə bitkilərini əkib və onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, 03 iyun 2020-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan mənzilə baxış keçirilən zaman plastmas vedrələrdə əkilib becərilmiş, yaş halda çəkisi 4,016 qram olan, ümumilikdə 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri və iki qardaşı ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsi, Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yaşayır. Əvvəllər yaşadığı qəsəbədə yerləşən “xxxx” MMC-də fəhlə işləsə də, 27 sentyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlayan kimi işdən çıxaraq könüllü olaraq döyüşlərə getmiş və həmin döyüşlərdə yaralandığından hazırda xəstəxanada müalicə alır. Əvvəllər Sumqayıt şəhərində tanımadığı şəxslərdən çətənə bitkisindən hazırlanmış nəşə alıb çəkmiş və həmin toxumlardan əkib, yetişdirmək üçün özündə saxlamışdır. Bu niyyətlə təxminən 2020-ci ilin aprel-may aylarında yaşadığı beşmərtəbəli yaşayış binasının birinci blokunun beşinci mərtəbəsində onlarla qonşuluqda yerləşən, həmkəndlisi Fikrət adlı şəxsə məxsus, lakin sonuncu tərəfindən uzun illər əvvəl nəzarət olunması üçün onlara tapşırılmış yaşayış olmayan mənzilin hamam otağı ilə üzbəüz otağında 08 ədəd plastmas vedrənin içərisinə həyətdən torpaq gətirib tökmüş və özündə olan çətənə bitkisinin toxumlarını həmin vedrələrdə əkmişdir. Bundan sonra, həmin toxumlara gündəlik olaraq qulluq etməklə onları sulamış, bir neçə günə toxumlar cücərməyə və boy atmağa başlamışdır. Daha sonra, bitkilərin keyfiyyətli yetişməsi üçün diblərini peyinlə gübrələmiş və beləcə, 1 ay müddətində yetişmiş olan 08 ədəd çətənə bitkisinə qulluq eləmişdir. 03 iyun 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı binanın həyətində olarkən blokun qarşısında iki nəfər mülki geyimli şəxs onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onunla birlikdə çətənə kolları əkdiyi mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. O, artıq polislərin çətənə kollarını əkdiyindən xəbər tutduqlarını başa düşmüş və etiraz etməyin mənasız olduğunu dərk edərək onlarla razılaşmışdır. Bundan sonra, binanın qarşısına daha çox polis əməkdaşları və mülki geyimli şəxslər yığışmış və onunla birlikdə qeyd olunan mənzilə qalxmışlar. Qapını açdıqdan sonra polis əməkdaşları evə baxış keçirməyə başlamış və həmin otağın qapısını açıb əkdiyi çətənə bitkilərini onlara göstərmişdir. Daha sonra, videoçəkilişlə çətənə kollarına baxış keçirilmiş və təxminən 8-28 sm arasında olan həmin kollar polis əməkdaşları tərəfindən əkdiyi vedrələrdən kökləri ilə birlikdə çıxarılaraq qablaşdırılmış və bununla bağlı orda olan müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Bundan sonra, polis əməkdaşları izahatının alınması üçün onu Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının, könüllü olaraq döyüş əməliyyatlarında iştirak edərək xəsarət almasının, eləcə də şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15 dekabr və 29 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 03 iyun 2020ci il tarixdə qərar qəbul edilərək, həmin gün təxminən saat 20:00 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində olmuş, onun razılığı və iştirakı ilə 5 mərtəbəli binanın birinci blokunun beşinci mərtəbəsində, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı mənzillə üzbəüz yerləşən və uzun illərdən bəri yaşayış üçün istifadə olunmayan, mühafizəsi Turqaya və ailə üzvlərinə tapşırılmış mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin hamam otağı ilə üzbəüz yerləşən otağında, döşəmə üzərində plastmas vedrələrin içərisində əkilmiş hündürlükləri təxminən 8-28 sm arasında olan 8 ədəd bitki aşkar olunmuşdur. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs plastmas vedrələrdə əkilən bitkilər barədə soruşduqda o, həmin bitkilərin həqiqətən əkilməsi və becərilməsi qanunla qadağan olunan, tərkibində narkotik maddələr olan çətənə bitkiləri olmasını və öz şəxsi istifadəsi üçün təxminən bir ay əvvəl əkdiyini bildirmişdir. Bitkilərin növünün müəyyən olunması məqsədilə dəvət olunmuş mütəxəssis-aqronom bitkilərə baxış keçirərək, onların həqiqətən də, spesifik qoxuya malik, tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər olmasını təsdiq etmişdir. Bundan sonra, həmin bitkilər aqronomun iştirakı ilə kökləri ilə birlikdə əkildikləri torpaqdan çıxarılmış, məhkəmə-bioloji ekspertiza tədqiqatına göndərilməsi üçün müvafiq şəkildə qablaşdırılmış və bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında dindirilmiş digər şahidlər Xızı RPŞ-nin İTB-nin bölmə rəisi Şahid2 və aqronom mütəxəssis Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xızı rayonu, Giləzi qəsəbəsi tam orta məktəbinin yaxınlığında fərdi evdə yaşayır. Həmçinin, qəsəbənin Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci blokunun beşinci mərtəbəsində 3 otaqlı kiçik mənzili də vardır, lakin onlar həmin mənzildən 2001-ci ildən çıxmışlar və orada yaşamırlar. Mənzil demək olar boşdur, bir-iki köhnə əşya və şkafdan başqa orada heç nə yoxdur. Eyni zamanda, mənzilin kommunal xətləri - elektrik, qaz və su xətləri də sıradan çıxmışdır. Onun həmin binada yerləşən mənzili ilə üzbəüz mənzildə yaşayan Təqsirləndirilən şəxs ona məxsus mənzilin otaqlarının birində 08 ədəd plastmas vedrədə, tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkməsindən xəbəri yoxdur. Belə ki, o, son 19 ildə öz mənzilinə 2 və ya 3 dəfə baş çəkmişdir. Buna görə də, qonşusu Cahangirin oğlu Turqayın orada çətənə bitkiləri əkməsindən onun xəbəri olmamışdır. O, mənzili Cahangirgilə verməmiş, sadəcə mənzil istifadəsiz qaldığına görə evin nəzarətini və mühafizəsini qonşusu kimi Cahangirə və ailə üzvlərinə tapşırmışdır. Onun bu barədə məlumatı olsaydı Cahangirin oğlu Turqayın həmin mənzildə çətənə kollarının əkməsinin vaxtında qarşısını alar və ya özü bu barədə polisə məlumat verərdi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan 03 iyun 2020-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs mənzil daxilindən aşkar olunaraq götürülmüş, plastmas vedrələrdə əkdiyi 08 ədəd bitki həqiqətəndə tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzəyir. Həmin bitkilərin konkret olaraq çətənə kolu olmasını isə məhkəmə-bioloji ekspertizası təsdiq edə bilər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 04 iyun 2020-ci il tarixdə verilmiş 7/292 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə koluna bənzər 08 (səkkiz) ədəd bitki kolu” yazılar və imzalar olan bir ədəd ağ rəngli kağız paketdə yaş vəziyyətdə, ümumi sayı 08 (səkkiz) ədəd, ümumi çəkisi - 4,016 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Təqdim edilmiş aqronomun rəyində bitkilərə aqrotexniki qaydada qulluq edilməsi qeyd edilmədiyi üçün qərarda qoyulmuş “həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdurmu” sualına cavab vermək mümkün olmamışdır. Tədqiqata cəmi 0,16 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 3,856 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 08 iyul 2020-ci il tarixdə verilmiş 1889 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə olaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-9-cu vərəqələrində olan 03 iyun 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən mənzil Xızı rayonu, Giləzi qəsəbəsi, Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən, qəsəbə sakini Şahid3 məxsus, lakin uzun illərdən bəri daimi yaşayış üçün istifadə olunmayan və mühafizəsi Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə tapşırılmış boş mənzil, həmin mənzilin vanna otağı ilə üzbəüz yerləşən otağıdır. Otağa daxil olduqda girişlə üzbəüz divara bitişik köhnə çarpayı üzərində karton qutular vardır. Otağın pəncərəsinin yanında, çarpayının qarşısında, yerdə 8 ədəd bitki kolu aşkar olundu. Şəxsi iştirakı və razılıq ərizəsi əsasında keçirilən baxışda iştirak edən Təqsirləndirilən şəxs plastmas vedrələrdə əkilmiş bitkilər barədə soruşduqda o, bildirdi ki, həmin bitkilər əkilməsi və becərilməsi qanunla qadağan olunan tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və həmin bitkilər onun özü tərəfindən, öz şəxsi istifadəsi üçün təxminən 20 gün əvvəl əkilmişdir. Daha sonra, mütəxəssis aqronom qismində dəvət olunmuş Xızı rayon İcra Hakimiyyəti Sosial və İqtisadi Şöbəsinin baş məsləhətçisi, ixtisasca ali təhsilli aqronom olan Şahid4 bitkilərə baxış keçirib onların həqiqətən də, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər bitki kolları olduğunu qeyd etdi. Ölçmə ilə müəyyən olundu ki, həmin bitkilərin hündürlükləri 8-28 sm arasında dəyişir. Bundan sonra, həmin bitkilər aqronomun iştirakı ilə kökləri ilə birlikdə əkildikləri vedrələrdən çıxarılaraq müvafiq şəkildə qablaşdırıldı və üzəri DİN-in zərflər üçün olan “131” nömrəli möhürü ilə möhürləndi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nun müstəntiqinin 11 avqust 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 08 ədəd narkotik təbiətli çətənə bitkiləri (ekspertiza tədqiqatından sonra qalıq qalmış çəki-3,856 qram) cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 iyun 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 03 iyun 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan 05 iyun 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-105-ci vərəqələrində olan 13 sentyabr 2020-ci il tarixli tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 iyul 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilərək, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsi tərəfindən 24 fevral 2021-ci il tarixdə verilmiş məktubdan və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb məntəqəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 30 sentyabr 2020ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 09 noyabr 2020-ci il tarixdə xəsarət alaraq hospitala təxliyə edilmiş və 31 dekabr 2020-ci il tarixdə hərbi hissədən tərxis olunaraq ehtiyata buraxılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini və xəsarət almasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayət olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunanları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, hadisədən sonrakı davranışını, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini və xəsarət almasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi və barəsində CM-nin 70-ci maddəsi tədbiq edilərək əsas cəzanın şərti olaraq tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdən 05 iyun 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 3,856 qram qram təşkil edən narkotik təbiətli 08 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 66,46 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 3,856 qram qram təşkil edən narkotik təbiətli 08 (səkkiz) ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 66,46 (altmış altı manat qırx qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-12/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-12/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver