Məhkəmə qərarları › İş №1(068)-13/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-13/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-13/2021 29.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin may ayının axırlarında vahid niyyətlə özgənin əmlakını talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus olmaqla Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evinin hasarından aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq bir mərtəbəli fərdi yaşayış evinin zirzəmisindən 450 manat dəyərində 30 ədəd cərəyan ayırıcısını, ümumilikdə 1800 manat dəyərində 275x65x15 ölçüdə 4 ədəd avtomobil təkərini, 380 manat dəyərində 4 metr uzunluğunda olan 5x15 sm ölçüdə 27 ədəd taxtanı, 100 manat dəyərində olan 1 ədəd samovarı, 150 manat dəyərində 40 metr uzunluqda elektrik naqilini, 300 manat dəyərində məngənəni, 50 manat dəyərində qaz balonunu, 70 manat dəyərində avtomobilə aid əl tormozunun trosunu və 30 manat dəyərində 1 ədəd qaz peçini gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3380 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 08 fevral 2020-ci il tarixdə, gecə saatlarında “xxxx” MMC-nin X10 Giləzi poçt şöbəsinin qəsəbənin mərkəzində yerləşən birmərtəbəli inzibati binasının sol tərəfində yerləşən ikinci plastik pəncərəni özü ilə gətirdiyi mismarçəkən vasitəsilə zor tətbiq edərək açmaqla qanunsuz olaraq binaya daxil olub içərisində pullar, məktublar və danışıq kartları olan boz rəngli dəmir seyfin saxlanıldığı otağın giriş qapısını sındırmaqla otağa daxil olaraq orada olan seyfin içərisindəki 1063 manat nağd pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə nəticələnən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs eyni niyyətlə təkrarən özgə əmlakını gizli talamaq məqsədilə 09 fevral 2020-ci il tarixdə, gecə saatlarında Xızı rayonu, Giləzi qəsəbəsində yerləşməklə Zərərçəkmiş şəxs3 məxsus ərzaq mağazasının damını özü ilə gətirdiyi mismarçəkən vasitəsilə söküb oradan mağazaya qanunsuz daxil olaraq mağazadan 500 manat dəyərində dəmir pulları və hər bağlamada 10 qutu siqaret olmaqla, ümumi dəyəri 38 manat olan 2 bağlama “Palmall” siqaretini, ümumi dəyəri 60 manat olan 4 bağlama “Bakı” siqaretini, ümumi dəyəri 154 manat olan 7 bağlama “LD” siqaretini, ümumi dəyəri 120 manat olan 8 bağlama “Vegas” siqaretini, ümumi dəyəri 160 manat olan 10 bağlama “Winchester (compact)” siqaretini, ümumi dəyəri 165 manat olan 11 bağlama “Magna” siqaretini, ümumi dəyəri 70 manat olan 5 bağlama “Prima” siqaretini, ümumi dəyəri 340 manat olan 10 bağlama “Kent” (nazik) siqaretini, ümumi dəyəri 105 manat olan 7 bağlama “Classic” (qalın) siqaretini, ümumi dəyəri 64 manat olan 4 bağlama “West” (compact) siqaretini, ümumi dəyəri 45 manat olan 3 bağlama “NZ” siqaretini, ümumi dəyəri 66 manat olan 3 bağlama “Rothmans” (compact) siqaretini və ümumi dəyəri 54 manat olan 3 bağlama “Viceroy” siqaretini gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1941 manat maddi ziyan vurulması ilə nəticələnən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs eyni niyyətlə təkrarən özgə əmlakını gizli talamaq məqsədilə 2020-ci ilin iyun ayının axırlarında Xızı rayonu, Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs4 məxsus qəsəbə ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin yan tərəfindəki plastik pəncərəni özü ilə gətirdiyi mismarçəkən ilə açdıqdan sonra yaşayış sahəsinə qanunsuz daxil olaraq birinci mərtəbədə - mətbəxin yanında yerləşən yataq otağında, sol tərəfdə yerləşən çarpayının altından 400 manat dəyərində, təxminən 80 il əvvəl Xızı rayonu, Giləzi qəsəbəsində yun materialdan əllə toxunmuş, 3,50x2,20 sm ölçüdə olan 1 ədəd xovlu xalçanı və təxminən 50 il əvvəl Xızı rayonu, Giləzi qəsəbəsində yun materialdan əllə toxunmuş, 3,50x2,20 sm ölçüdə, hər biri ayrılıqda 100 manat olmaqla, ümümilikdə 300 manat dəyərində 3 ədəd xovsuz palazı gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 700 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs eyni niyyətlə təkrarən özgə əmlakını gizli talamaq məqsədilə 17 iyul 2020-ci il tarixdə, günorta saat 14 radələrində Xızı rayonu, Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs4 məxsus qəsəbə ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin yan tərəfindəki plastik pəncərədən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq - mətbəxin yanında yerləşən yataq otağında sağ tərəfdə yerləşən çarpayının altından 50 manat dəyərində 1 ədəd şirəçəkəni və 100 manat dəyərində “Kenwood” markalı ətçəkən maşını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 150 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs vahid niyyətlə təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 20 iyul 2020-ci il və 22 iyul 2020-ci il tarixlərdə, axşam saatlarında Zərərçəkmiş şəxs5 məxsus olmaqla Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarını aşmaqla həyətyanı sahədə yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə və bina hesab edilən digər tikiliyə qanunsuz daxil olduqdan sonra fərdi yaşayış evinin sol yan pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi mismarçəkən ilə yerindən qopardıqdan sonra plastik pəncərəni aralayıb açmaqla evə qanunsuz daxil olaraq oradan 15 manat dəyərində 1 ədəd nərdtaxtanı, hər biri 5 manat dəyərində olan ümumilikdə 10 manat dəyərindəki 2 ədəd divar saatını, hamam otağında quraşdırılmış 50 manat dəyərindəki “Delux” markalı istilik sobasını, ümümulikdə 20 manat dəyərindəki 20 ədəd boşqabı, 50 manat dəyərində 5 litr həcmli samovarı, həyətyanı sahədə yerləşən digər tikilidən isə 40 manat dəyərində 1 dəmir sobanı və 40 manat dəyərində 4 ədəd qazanı gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 225 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin may ayının axırlarında həmkəndlisi və uzaq qohumu Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamasını və hərdən bir Giləzi qəsəbəsində yerləşən özünə məxsus evinə baş çəkməsini bildiyindən evin hasarından aşaraq onun həyətyanı sahəsinə keçmiş, evin zirzəmisinə baxanda orada çoxlu sayda müxtəlif əşyalar olduğunu görüb həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Həmin günü birinci olaraq zirzəmidən cərəyan ayırıcıları, “Mercedes” markalı avtomobilə aid 4 ədəd disk-təkər, od samovarı, elektrik qoruyucusu və qaz balonu oğurlamışdır. Oğurladığı əşyaları kəndin kənarına çıxarıb orada yoldan keçən tanımadığı bir maşının sürücüsünə sataraq 150 manat pul əldə etmişdir. Bundan sonra, həmin günün səhərisi yenə də, Şahbalanın yaşadığı evə gedib yenidən eyni qaydada hasardan aşmaqla həyətə keçərək zirzəmiyə daxil olub mis elektrik naqili topunu, 2 ədəd məngənəni, avtomaşın üçün əl tormozunun trosunu və qaz peçini oğurlayıb, yenə də kəndin kənarına gətirərək həmin əşyaları gizlətdikdən sonra, yolun kənarına çıxarıb keçən maşınların sürücülərinə sataraq, bu dəfə satdığı əşyalara görə 140 manat pul əldə etmişdir. Səhəri gün qalan əşyaları oğurlamaq üçün Şahbalanın evinin həyətinə keçib zirzəmidən uzun taxtalar oğurlayıb, Bakı-Quba magistral yolunun kənarına çıxararaq 20 manata satdıqdan sonra yenə də, Şahbalanın evindən oğurluq etmək istəyərkən sonuncunun evinin zirzəmisindən oğurluq olmasından xəbər tutaraq əşyalarını oğurlayanı axtardığını eşitdiyinə görə bir daha həmin evdən oğurluq etməmişdir. Daha sonra, 2020-ci ilin qış aylarında işsiz olduğundan və narkotik vasitə almaqda çətinlik çəkdiyi üçün hansısa yolla bir qədər pul əldə etməyi düşünərək yaşadığı qəsəbədə yerləşən poçt filialının ətrafından bir neçə dəfə keçərkən inzibati binanın pəncərəsinin dəmir barmaqlıqlarının olmaması diqqətini çəkdiyindən oraya girərək bir qədər pul oğurlaya biləcəyini fikirləşmişdir. Bu məqsədlə o, 2020-ci ilin fevral ayının 7-dən 8-nə keçən gecə özü ilə pəncərələrdən birini sındırmaq üçün dəmir parçası götürüb poçtun inzibati binasının olduğu yerə gələrək bir qədər qaranlıqda dayanıb ətrafa göz gəzdirdikdən sonra binanın siqnalizasiya sisteminin olmasını fikirləşib, binaya gedən elektrik naqillərini əlindəki dəmir parçası ilə vurub qoparmış, sonra sol yan tərəfdə yerləşən plastik pəncərənin çərçivəsini əlindəki dəmir parçası ilə sındıraraq pəncərədən rahat içəri keçmişdir. Bundan sonra, dərhal içəridəki elektrik qovşağını da, dəmirlə vurub sındırmışdır ki, içəridə siqnalizasiya sistemi olsa, işləməsin. O, pəncərədən daxil olaraq üzbəüz yerləşən otağın qapısının kilidini dəmir parçası ilə aralayıb otağa daxil olduqda oradakı masaların və şkafların içərisində pul axtardıqda tapa bilməmişdir. Sonradan digər otağın giriş qapsını açmağa çalışsa da, qapının kilidli olmasını görərək əlindəki dəmir parçası ilə həmin taxta qapını sındırıb içəri girdikdə kiçik boz rəngli dəmir seyf görmüşdür. Dəmir seyfin içərisində pul ola biləcəyini fikirləşib dərhal əlindəki dəmir parçası ilə seyfin qapısını əyərək əlini içərisinə salıb axtarmağa başladıqda orada pullar tapıb, hissə-hissə oradan çıxarıb cibinə yığıb dərhal oradan uzaqlaşmışdır. Bundan sonra, poçtdan bir qədər uzaqlaşıb cibindəki pulları çıxarıb saya-saya Bakı-Quba yolunun kənarına gəlib oradan tanımadığı yol maşınları ilə X4 qəsəbəsinə gedərək, orada özünə narkotik vasitə alıb saxlayaraq, gecə saatlarında işləyən kafelərdən birinə girib yemək yemiş, bir müddət sonra isə yaşadığı qəsəbəyə qayıtmışdır. Oğurladığı pulların bir hissəsini narkotik vasitəyə, bir hissəsini isə qadınlara və yeməklərə xərcləmiş, qalan pulları isə növbəti dəfələrdə narkotik vasitə almaq üçün özündə saxlayıb bu barədə heç kəsə bildirməmişdir. Poçtdan oğurladığı pulların onda inam yaratması səbəbindən daha çox pul əldə etmək üçün yenə də, oğurluq etmək qərarına gələrək bu məqsədlə də, 08 fevral 2020-ci il tarixdə gecə saatlarında kəndin mərkəzindən bir qədər aralıda yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus mağazanın yanına gəlmişdir. Növbəti dəfə həmin mağazadan oğurluq etməyi qarşısına məqsəd qoyaraq bunun üçün mağazanın arxasından dama dırmaşaraq ilk öncə mağazanın şifer örtüklü damını sındırdıqdan sonra özü ilə gətirdiyi və poçt binasına daxil olarkən pəncərəni açmaq üçün istifadə etdiyi mismarçəkən ilə mağazanın tavanına vuraraq plastik lambirini sındırmışdır. Lambirinin sınan hissələri mağazanın içinə töküldükdən sonra rahatlıqla damdan mağazanın içinə düşmüş, marağını ilkin olaraq vitrinə düzülmüş siqaret qutuları çəkdiyi üçün vitrindəki müxtəlif markalı siqaret qutularını götürüb kənara qoyaraq mağazanı axtarmağa başlamışdır. Niyyəti kassadan pul oğurlamaq olduğu üçün mağazanın içərisində qoyulmuş dolabın birinci gözünün içərisindən xeyli miqdarda dəmir pullar olduğunu görüb onların hamısını götürmüşdür. Siqaret qutularını da, mağazadan götürdüyü ağ kisəyə doldurub çətinliklə dama dırmaşmışdır. Oradan gəldiyi qaydada mağazanın arxa tərəfindən aşağı düşüb mağazadan uzaqlaşaraq birbaşa dayısı Ayazın Xızı rayonu, Giləzi qəsəbəsində yerləşə evinin həyətinə gedib mağazadan oğurladığı 50 qəpiklikləri sayıb ümumi olaraq 500 manat olduğunu müəyyən etdikdən sonra, həmin pulun bir hissəsinə gündəlik olaraq tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmiş, digər hissəsini isə Hacı Zeynalabdin qəsəbəsindəki kafelərdə xərcləmişdir. Oğurladığı siqaretlərin isə bir hissəsini sonradan elə Hacı Zeynalabdin qəsəbəsində tanımadığı şəxslərə mağaza qiymətindən aşağı qiymətə satıb, bir hissəsini isə öz istifadəsi üçün saxlayaraq dayısı Ayaza məxsus evin həyətyanı sahəsində olan tövlədə gizlətmişdir. Oğurluqlardan əldə etdiyi pulları bir müddət istifadə etdikdən sonra yenidən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu dəfə 2020-ci ilin iyun ayının axırları Bakı şəhərində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs4 Giləzi qəsəbəsində yerləşən və daimi yaşayış olmayan evinə girib oğurluq etməyi düşünərək sonuncunun evinin yanına gələrək iki mərtəbəli evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olduqdan sonra evin sol yan tərəfindəki plastik pəncərəni mismarçəkənlə açıb oradan evə daxil olmuşdur. Evə tələsik göz gəzdirsə də, gözəgəlimli bir şeyə rast gəlmədiyi üçün orada xalça və palaz olduğunu görərək onları çarpayının altından çıxarıb götürüb çıxmağı düşünüb onları gəldiyi kimi pəncərədən çıxarıb evin həyətinə daşıyaraq birbaşa dayısı Ayazın evinin həyətindəki tövləyə qoymuşdur. Oğurladığı palazlardan ikisini sonrakı günlərdə yol maşını ilə Hacı Zeynalabdin qəsəbəsinə aparıb orada tanımadığı şəxslərə hər birini 25 manata satmışdır. Digər xalça və bir palazı isə sata bilmədiyi üçün onları dayısı Ayazın evinin həyətindəki tövlədə gizlətmişdir. İkinci dəfə 17 iyul 2020-ci il tarixdə, günorta saat 14:00 radələrində Zərərçəkmiş şəxs4 evinin ətrafında olarkən ilk dəfə evə daxil olduğu tərəfdən həyətə boylandıqda orada heç kimin olmamasını görüb yenə də oğurluq etmək üçün eyni yolla evin həyətyanı sahəsində girmişdir. Evin sol yan pəncərəsini yenidən itələyib açmaqla evə daxil olmuşdur. Bu dəfə də, evin əsas girişindən sağda yerləşən otaqdakı digər çarpayının altına baxıb orada qutunun içərisində ətçəkən və şirəçəkən maşın gördükdə hər ikisini çarpayının altından çıxarıb pəncərədən keçirməklə həyətə daşıyaraq, elə həmin gün də Bakı-Quba yolunun kənarına çıxıb ətçəkən maşını 30 manata, şirəçəkən maşını isə 25 manata tanımadığı şəxslərə satmışdır. Daha sonra, həmkəndlisi Zərərçəkmiş şəxs5 məxsus yaşayış evində uzun müddətdir yaşayış olmamasını bildiyindən oradan sərbəst şəkildə oğurluq edəcəyini fikirləşərək 20 iyul 2020-ci il tarixdə axşam saatlarında həmin evin yerləşdiyi yerə gələrək həyətyanı sahəni əhatə edən hasardan aşıb həyətə daxil olduqdan sonra özü ilə gətirdiyi dəmir parçası ilə evin yan tərəfindəki pəncərənin dəmir barmaqlığını yerindən qoparıb pəncərənin plastik çərçivəsini aralayaraq açıb evə daxil olmuşdur. Bundan sonra, oradan 2 ədəd divar saatı, 1 ədəd nərdtaxta, hamam otağında quraşdırılmış su qızdırıcısını və bir qutuda olan bir neçə boşqabları götürərək gəldiyi yolla geriyə qayıtmışdır. Həmin gün də, nərdtaxtadan başqa oğurladığı əşyaları Bakı-Quba yolunun kənarına çıxarıb tanımadığı şəxslərə sataraq 30 manat pul əldə etmişdir. Əldə etdiyi pulla Siyəzən şəhərində tanımadığı şəxsdən narkotik vasitə alaraq istifadə etmiş, nərdtaxtanı isə aparıb dayısının evinin həyətyanı sahəsindəki tövlədə gizlətmişdir. Evə ilk dəfə daxil olarkən götürdüyü əşyaların çoxluğundan evin həyətyanı sahəsindəki tikiliyə daxil olmaq, bundan əlavə isə evdəki samovarı götürmək niyyətini həyata keçirə bilməmiş, kiminsə onu görməsindən qorxaraq əşyalarla birlikdə dərhal oradan uzaqlaşmışdır. Daha sonra, 22 iyul 2020-ci il tarixdə axşam saatlarında əvvəlki niyyətini həyata keçirmək məqsədilə evin həyətyanı sahəsinə gələrək, eyni üsulla açıq olan pəncərədən evə daxil olaraq bir ədəd samovarı götürüb həyətə çıxdıqdan sonra evin həyətyanı sahəsində yerləşən köhnə tikiliyə yönəlmiş, pəncərənin dəmir barmaqlığını yerindən qoparmaqla oradan 4 ədəd alüminium qazan, həmçinin 1 ədəd istilik sobası götürüb çıxaraq, bütün əşyaları gətirib dayısının evinin həyətyanı sahəsindəki tövləyə yığmışdır. Elə həmin gün oğurladığı alüminium qazanlardan ikisini, samovarı və istilik sobasını Bakı-Quba yolunun kənarına gəlib orada dayanmış yük maşınının sürücüsünə həmin əşyaları təklif etdikdə, sürücü əşyaların ona lazım olduğunu deyib, hamısına 20 manat təklif etdikdə o, narkotik vasitə almaq üçün əşyaları həmin pula satmağa razılaşaraq həmin pulla narkotik vasitə əldə edib istifadə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, həbsdə olarkən atasının rəhmətə getməsinin, habelə “xxxx” MMC-nin X10 Giləzi poçt şöbəsinin nümayəndəsindən başqa digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2019-cu ilin may ayından etibarən “xxxx” MMC-nin X10 Giləzi poçt şöbəsinin rəisi vəzifəsində çalışır. Binanın içərisində iki xidməti otaq, bir sanitar qovşağı yerləşir. Poçt şöbəsi səhər saat 09:00-dan axşam saat 18:00-dək olmaqla həftə içi beş gün, şənbə günləri isə yarım iş günü fəaliyyət göstərir. Poçt şöbəsinin inzibati binasının qapısını hər gün özü açır, iş müddəti bitdikdən sonra isə bağlayır. Giriş qapısının, həmçinin əməliyyatçı və arxiv sənədlərinin saxlanıldığı otağın, içərisində nəğd pulların və məktubların, o cümlədən azercell danışıq kartları yığılmış dəmir seyfin açarı yalnız onda olur. Hər gün iş saatı bitdikdən sonra həmin seyfin, inzibati binadakı otaqların və binanın giriş qapsını açarla bağlayır. İnzibati binanın ümumi sahəsi təxminən 40 kvadrat metrdir və binanın dəmir barmaqlıqları olmayan 7 ədəd pəncərəsi vardır. Giləzi poçt şöbəsində ondan əlavə bır nəfər əməliyyatçı və bir nəfər poçtalyon olmaqla, ümumilikdə üç nəfər əməkdaş vardır. Əməliyyatçı vəzifəsində çalışan əməkdaş iş müddəti ərzində inzibati binada olur, poçtalyon isə ərazidə məktubları paylayır. Poçt şöbəsində aparılan əməliyyatlar nəticəsində əldə edilmiş pullar hər gün qeyd etdiyi dəmir seyfə yığılır və hər gün bir dəfə inkassator maşını ilə Xaçmaz rayonunda yerləşən regional filiala göndərilir. Mahiyyəti üzrə bildirir ki, 07 fevral 2020-ci il tarixdə əməliyyatçı vəzifəsində çalışan Günay Cəfərova ondan icazə aldığına görə o, iş vaxtı inzibati binada demək olar tək olmuşdur. Həmin günün sonunda əməliyyatlardan yığılmış 1063 manat nağd pulu, məktubları və təxminən 100 danışıq kartlarını sayıb arxiv sənədlərinin saxlanıldığı otaqda yerləşən gümüşü rəngli dəmir seyfin içərisinə qoyub açarla kilidləmiş, sonra isə saat 18:00-da inzibati binanın qapısını bağlayıb evə getmişdir. 08 fevral 2020-ci il tarixdə, saat 09:00-da inzibati binanın qapısını açıb içəri daxil olduqda girişdən sol tərəfdə yerləşən pəncərənin açıq qalmasını və pəncərənin qoruyucu torunun yırtılmasını görmüşdür. Daha sonra, inzibati binanın içərisində yerləşən digər iki otağın giriş qapısının da açıq olduğunu, qapılara diqqətlə baxdıqda hər iki qapının sındırıldığını müəyyən etmişdir. Vətəndaşların qəbul edildiyi otağa girdikdə stolun üstünə qoyulmuş sənədlərin dağıldığını, kompüter dəstinin və faks aparatının yerə atıldığını, lakin otaqdan hər hansı bir əşyanın oğurlanmadığını müəyyən etmişdir. Sonra isə içərisində nağd pulların, məktubların və danışıq kartları olan seyfin yerləşdiyi otağa daxil olmuşdur. Bu otaqda da, arxiv sənədlərinin dağıdıldığını və dəmir seyfin qapısının əzildiyini müəyyən etmişdir. Seyfə diqqətlə baxdıqda qapısının küt əşya ilə əyilməsini gördükdən sonra dərhal açarla seyfin qapısını açmağa çalışmış, lakin qapısı çox əzildiyindən aça bilməmişdir. Seyfin qapısının əyilən yerindən içəriyə baxdıqda əməliyyat nəticəsində yığılmış 1063 manat nağd pulun orada olmadığını müəyyən etmişdir. Dərhal baş vermiş hadisə ilə əlaqədar X10 rəisi Söhrab Əliyevə məlumat vermişdir. Hazırda onlara dəymiş ziyan ödənilmədiyindən Pərviz Ağayevdən şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, vəfat etmiş babası Gülbala Əliyevdən ona miras qalmış və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşasa da, Giləzi qəsəbəsində yerləşən evi təmir edərək tez-tez oraya gəlib-getmişdir. 2019-cu ilin may ayının axırlarında Sumqayıt şəhərindən çıxıb həmin evə gəldikdə evin zirzəmisinin açıq olmasını müəyyən etmiş, zirzəmiyə daxil olduqda isə 2018-ci ildə Sumqayıt şəhərindən bir ədədin orta hesabla 15 manata aldığı 30 ədəd cərəyan ayıranın, 2018-ci ildə Bakı şəhərindən 4 ədədini ümumilikdə 1800 manata almış 275x65x15 ölçüdə avtomobil təkərlərinin, ümumilikdə 380 manata almış, 27 ədəd 4 metr uzunluğunda olan 5x15 sm ölçüdə taxtaların, təxmini qiyməti 100 manat dəyərində olan samovarın, ümumilikdə 150 manata almış 40 metr uzunluqda olan elektrik naqilinin, ümumilikdə 300 manata almış məngənələrin, 50 manata almış qaz balonunun, avtomobilə aid əl tormozunun və 30 manata alınmış qaz peçinin oğurlandığını və baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ona təxminən 3380 manat məbləğində maddi ziyan dəyməsini müəyyən etmişdir. Oğurluqla əlaqədar həmkəndlisi Təqsirləndirilən şəxs şübhələnmiş, hadisə baş verdikdən sonra Pərvizi həmin evin yaxınlığında gördükdə sonuncuya oğurluğun onun tərəfindən törədildiyini bildiyini və bu barədə polisə məlumat verəcəyini dedikdə, Pərviz oğurladığı əşyaları geri qaytaracağını, bu mümkün olmazsa əşyaların dəyərini ödəyəcəyini bildirərək, polisə məlumat verməməsini xahiş etmişdir. Sonradan bir ədəd təkər və yeddi ədəd cərəyan ayıran ona qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində yaşadığı evin yaxınlığında özünə məxsus mağazası vardır və 2012-ci ildən etibarən həmin mağazanı işlədir. Mağazada əsasən ərzaq məhsulları, bundan əlavə tütün məmulatları və spirtli içkilər də satılır. Mağazanı hər gün səhər saat 09 radələrində özü açır, axşam isə saat 19 radələrində isə bağlayır. 2020-ci ilin fevral ayında siqaret məhsullarının qiymətlərinin qalxacağını eşitdiyi üçün təxminən 10-15 blok siqaret alıb mağazaya yığmış, həmçinin mağazada satılan məhsulların pullarını dəmir və kağız pullar olaraq ayrı - ayrı yerlərə qoymuşdur. 09 fevral 2020-ci il tarixdə saat 08:10-radələrində mağazanın giriş qapısını açıb içəri daxil olarkən mağazanın dam örtüyünün sındırıldığını görüb dərhal mağazada oğurluq hadisəsi baş verməsini başa düşmüş, ilk olaraq dəmir pulları yığdığı dolaba baxıb orada olan “50 qəpik” nominal dəyəri olan ümumilikdə 500 manat məbləğində dəmir pulların, ətrafa baxdıqda isə qutulara yığıb saxladığı ümumi dəyəri təxminən 1500 manat olan, hər blokda 10 qutu siqaret olmaqla, 2 blok “Palmali”, 4 blok “Bakı”, 7 blok “LD”, 8 blok “Vegas”, 10 blok “Winchester”, 11 blok “Magna”, 5 blok “Prima”, 10 blok “Kent”, 7 blok “Classic”, 4 blok “West”, 3 blok “NZ”, 3 blok “Rothmans”, 3 blok “Viceroy” siqaretlərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra, mağazaya oğlu Şahid1 gəlmiş və baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 2000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ümumilikdə 30 qutu siqaret ona qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, 2018-ci ildə vəfat edən anasından miras qalmış və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. Daimi olaraq Bakı şəhərində yaşadığı üçün həmin evə vaxt tapdıqca, əsasən isə yay aylarında ailəsi ilə birlikdə gəlir. 2020-ci ilin fevral ayının 5-dən 8-nə qədər həmin evdə olmuş, bundan sonra, axşam saatlarında evdən çıxıb Bakı şəhərinə getmiş, keçən bu müddət ərzində evə gəlməmiş, evin açarını isə yalnız özündə saxlamışdır. 2020ci ilin iyun ayının axırlarında onunla eyni həyətdə yaşayan qardaşı Şahid3 ona zəng edib evin arxa tərəfdən bir pəncərəsinin açıq olduğunu və gəlib evə baş çəkməsini bildirmişdir. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq qurulmuş postlardan keçmək üçün icazəsi olmadığı üçün o, bacısı oğlu Turaldan gedib evə baş çəkməsini və evdə vəziyyətin nə yerdə olması barədə ona məlumat verməsini xahiş etmişdir. Tural həmin gün Giləzi qəsəbəsinə gəlib evə daxil olanda onunla videozəng vasitəsi ilə əlaqə saxlayıb evin otaqlarını ona göstərmiş, həmin vaxt onlar giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı çarpayının altında olan, təxminən 80 il əvvəl Xızı rayonu, Giləzi qəsəbəsində yun materialdan əllə toxunmuş, 3,50x2,20 sm ölçüdə olan xovlu 1 ədəd xalçanın, təxminən 50 il əvvəl Xızı rayonu, Giləzi qəsəbəsində yun materialdan əllə toxunmuş, 3,50x2,20 sm ölçüdə olan xovsuz 3 ədəd palazın oğurlanmasını müəyyən etmişlər. O, Turaldan evdə olan digər xalça və palazları yığıb Bakıya gətirməsini, evin qapı və pəncərəsini bağlamasını xahiş etmiş, qardaşı Hacıya da evin pəncərələrini nəzarətdə saxlamasını tapşırmışdır. 17 iyul 2020-ci il tarixdə saat 14 radələrində qardaşı Hacı ona zəng edərək, evin həmin pəncərəsinin yenə açıq olduğunu bildirmiş, o da, evə baş çəkmək üçün dərhal Giləzi qəsəbəsinə gəlmiş, yolda olarkən baş vermiş hadisə barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Evə çatdıqda xalça və palazların oğurlandığı eyni otaqda digər çarpayının altında olan 2018-ci ildə Bakı şəhərindən 80 manata aldığı istifadə edilməmiş, markasını unutduğu 1 ədəd şirəçəkənin və 120 manata aldığı “Kenwood” markalı ətçəkən maşının oğurlanmasını müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində ona təxminən 7000 manata yaxın məbləğdə maddi ziyan dəymişdir. Sonradan bir ədəd xalça və bir ədəd palaz ona qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, 2006-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən torpaq sahəsi aldıqdan sonra həmin torpaq sahəsində 2011-ci ildə birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bakı şəhərində yaşadığından yalnız yay aylarında istirahət etmək məqsədilə oğlu Ağadadaşın ailəsi ilə birlikdə həmin evə gəlmişlər. 2020-ci ildə baş vermiş pandemiya ilə əlaqədar il ərzində həmin evə gələ bilməmişlər. Sonuncu dəfə 23 iyul 2020-ci il tarixdə oğlu Ağadadaş ilə birlikdə evə gəldikdə evin giriş qapısından sol tərəfdə yerləşən pəncərənin açıq olmasını və üzərindəki dəmir barmaqlıqların sındırılmasını görmüşlər. Oğlu Ağadadaş evə daxil olduqda pəncərəsi sındırılmış otaqdan və onun qonşuluğundakı otaqdan kustar üsulla hazırlanmış 1 ədəd nərdtaxtanın, 2015-ci ildə Bakı şəhərindən 12 manata alınmış markasını bilmədiyi 2 ədəd divar saatının, 2015-ci ildə Bakı şəhərindən alınmış 20 ədəd boşqabın, 5 litr həcmli samovarın, həmçinin evin içərisindəki hamamdan 2019-cu ildə Bakı şəhərindən 90 manata alınmış “Delux” markalı istilik sobasının, evin həyətində yerləşən digər köhnə tikilinin içərisindən isə 2010-cu ildə Bakı şəhərindən 80 manata alınmış dəmir materialdan olan sobanın və 4 ədəd dəmir materialdan olan kiçik qazanların oğurlandığını müəyyən etmişlər. Baş vermiş oğruluq nəticəsində ona təxminən 500 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan bir ədəd nərdtaxta və iki ədəd qazan ona qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 Zərərçəkmiş şəxs5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində yaşadıqları evin yaxınlığında atası Rafail Aftilova məxsus ərzaq mağazası vardır. 09 fevral 2020-ci il tarixdə, səhər saat 09 radələrində işə gedərkən mağazaya girmək qərarına gəlmiş və həmin vaxt mağazadan oğurluq olmasını bilmişdir. Həmin vaxt atası Rafail dolabda qoyulmuş 500 manat məbləğində dəmir pulların və ümumi dəyəri təxminən 1500 manat olan siqaretlərin oğurlanmasını ona bildirmiş, o da, dərhal bu barədə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə məlumat vermişdir. Daha sonra isə polis əməkdaşları gələrək həmin yerə baxış keçirmişlər. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun bacısıdır və bacısının onun yaşadığı evin həyətyanı sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin açarı bacısının özündə olmuş, o isə eyni həyətdə yaşadığından həyətyanı sahəyə nəzarət etmişdir. 2020-ci ilin iyun ayının axırlarında evin ətrafında gəzərkən evin sol yan pəncərəsinin açıq olmasını müəyyən etmiş, dərhal oğurluq olmasından şübhələnərək bacısına zəng edib bu barədə məluamt vermişdir. Bundan sonra, bacısı oğlu Tural həmin evə gəlmiş və birlikdə evə baxdıqda oradan 3 ədəd palazın və 1 ədəd xalçanın oğurlanmasını müəyyən etmişlər. Daha sonra, Tural Qızxanımın ona tapşırdığı evdə olan digər xalça və palazı götürüb qapını kilidlədikdən sonra Bakı şəhərinə qayıtmışdır. Bu hadisədən bir müddət sonra, yəni 17 iyul 2020-ci il tarixdə, səhər saat 08 radələrində şəxsi işləri ilə əlaqədar olaraq qəsəbənin içərisinə çıxmış, saat 14:30 radələrində yenidən evə qayıtdıqda evin ətrafını gəzərək pəncərələrə baxmış, bu zaman evin sol yan pəncərəsinin, yəni keçən dəfə açılmış eyni pəncərənin yenidən açıq olmasını müəyyən etdikdə dərhal bu barədə bacısına zəng edərək bildirmişdir. Həmin gün, axşam saat 18 radələrində bacısı yaşadıqları həyətə gəlmiş və birlikdə evə daxil olduqda çarpayının altında olan bir ədəd ətçəkən və bir ədəd şirəçəkən maşının oğurlanmasını müəyyən etmişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid4 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2020-ci il tarixli, 9/2936 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən hər blokda 10 qutu siqaret olmaqla 2 blok “Palmall” siqaretinin ümumi dəyəri 38 manat, 4 blok “Bakı” siqaretinin ümumi dəyəri 60 manat, 7 blok “LD” (nazik qutu) siqaretinin ümumi dəyəri 154 manat, 8 blok “Vegas” siqaretinin ümumi dəyəri 120 manat, 10 blok “Winchester (compact)” siqaretinin ümumi dəyəri 160 manat, 11 blok “Magna” siqaretinin ümumi dəyəri 165 manat, 5 blok “Prima” siqaretinin ümumi dəyəri 70 manat, 10 blok “Kent” (nazik) siqaretinin ümumi dəyəri 340 manat, 7 blok “Classic” (qalın) siqaretinin ümumi dəyəri 105 manat, 4 blok “West” (compact) siqaretinin ümumi dəyəri 64 manat, 3 blok “NZ” siqaretinin ümumi dəyəri 45 manat, 3 blok “Rothmans” (compact) siqaretinin ümumi dəyəri 66 manat, 3 blok “Viceroy” siqaretinin ümumi dəyəri 54 manat olmaqa, həmin siqaretlərin 2020-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1441 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2020-ci il tarixli, 9/2935 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu ildə Bakı şəhərində istehsal olunmuş, “KASPİY-İİ” markalı istifadəyə yararsız soyuducunun üzərinə quraşdırdırılmış “ORSK” markalı soyuducunun mühərrikinin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 45 manat, 2001-ci ildə kustar üsulla hazırlanmış nehrə yağı hazırlamaq üçün nəzərədə tutulan mühərrikin isə dəyəri təxminən 15 manat olmaqla, ümumi dəyərləri təxminən 60 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2020-ci il tarixli, 9/2934 nömrəli ekspert rəyindən görünür ki, fotoşəkilləri təqdim edilmiş 1 ədəd təxminən 80 il əvvəl Xızı rayonu, Giləzi qəsəbəsində yun materialdan əllə toxunmuş 3,50 x2,20 sm ölçüdə olan xovlu xalçanın 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 400 manat, 3 ədəd təxminən 50 il əvvəl Xızı rayonu, Giləzi qəsəbəsində yun materialdan əllə toxunmuş, 3,50x2,20 sm ölçüdə olan xovsuz palazın hər biri ayrılıqda 100 manat olmaqla, ümümilikdə 300 manat, 2018-ci il istehsalı olan, zərərçəkənin deməsinə görə 2018-ci ildə alınmış, istifadə edilməmiş, markasını unutduğu (ən adi, son model model nəzərə alınmaqla), 1 ədəd şirəçəkənin dəyəri 50 manat və 2018-ci il istehsalı olan, “Kenwood” markalı, istifadə edilməmiş, zərərçəkənin deməsinə görə 2018-ci ildə alınmış 1 ədəd ətçəkən maşının dəyəri 100 manat olmaqla, ümumi dəyərləri təxminən 850 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2020-ci il tarixli, 9/2974 nömrəli ekspert rəyindən görünür ki, 2018-ci ildə Bakı şəhərindən alınmış 27 ədəd 4 metr uzunluğunda olan 5x15 sm ölçüdə taxtaların istifadədə olması nəzərə alınmaqla, normal vəziyyətdə 2019-cu ilin may ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 189 manat, Bakı şəhərində istehsal olunmuş, 2018-ci ildə Bakı şəhərindən alınmış qaz balonunun dəyəri 30 manat, 1998-ci il istehsalı olan “KİA BESTA” markalı avtomobilə aid Koreya Respublikasında istehsal olunmuş əl tormozunun dəyəri 50 manat, 2018-ci ildə Bakı şəhərindən alınmış qaz peçinin dəyəri 25 manat olmaqla, ümumi dəyərləri təxminən 294 manat müəyyən edilir. Digər 5 adda mallar, yəni Rusiya Federasiyasında istehsal olunmuş, 2018-ci ildə Sumqayıt şəhərindən bir ədədi orta hesabla 15 manata alınmış 30 ədəd cərəyan ayıran, 2017-ci ildə BƏƏ-də istehsal olunmuş, 2018-ci ildə Bakı şəhərindən 4 ədədi ümumilikdə 1800 manata alınmış 275x65x15 ölçüdə markası bilinmədiyi avtomobil təkərləri, 1930-cu ildə istehsal olunmuş, təxmini qiyməti 100 manat dəyərində olan samovar, 2018-ci ildə Bakı şəhərindən ümumilikdə 150 manata alınmış 40 metr uzunluqda elektrik naqili və Rusiya istehsalı olan, 2018-ci ildə Bakı şəhərindən ümumilikdə 300 manata alınmış məngənələr haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin İİ cildinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2020-ci il tarixli, 9/2973 nömrəli ekspert rəyindən görünür ki, 2019-cu ildə Bakı şəhərindən alınmış “DELUX” markalı istilik sobasının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 50 manat, təxminən 100 il əvvəl istehsal olunmuş 5 litr həcmli samovarın dəyəri 50 manat, 2015-ci ildə kustar üsulla hazırlanmış 1 ədəd nərdtaxtanın dəyəri 15 manat, 2015-ci ildə Bakı şəhərindən alınmış markası bilinməyən 2 ədəd divar saatının bir ədədinin qiyməti 5 manat olmaqla, ümumilikdə dəyəri 10 manat, 2015-ci ildə Bakı şəhərindən alınmış, Bakı şəhərində istehsal olunmuş 20 ədəd boşqabın (ən adi, markası olmayan boşqab olması nəzərə alınmaqla) ümumilikdə 20 manat, 2010-cu ildə Bakı şəhərindən alınmış dəmir materialdan olan sobanın dəyəri 40 manat, 4 ədəd dəmir materialdan olan kiçik qazanların dəyəri 40 manat olmaqla, ümumi dəyərləri təxminən 225 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 176-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 04-05-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 10 sentyabr 2020-ci il tarixdə verilmiş 2489 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 234-239-cu vərəqələrində olan 18 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi yerə - Xızı rayonu, Giləzi qəsəbəsində yerləşməklə dayısı X3 məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə baxış keçirilərkən 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovlu xalça, 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovsuz palaz, 1 ədəd avtomobil təkəri, 7 ədəd cərəyan ayıran, ümumilikdə 30 qutu siqaret, 1 ədəd nərdtaxta və 2 ədəd dəmir qazan və Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi uzunluğu 88 sm, diametri 6 sm olan mismarçəkən aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 01-03-cü vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 18 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, aşkar edilərək götürülmüş 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovlu xalça, 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovsuz palaz, 1 ədəd avtomobil təkəri, 7 ədəd cərəyan ayıran, ümumilikdə 30 qutu siqaret, 1 ədəd nərdtaxta və 2 ədəd dəmir qazan və Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi uzunluğu 88 sm, diametri 6 sm olan mismarçəkən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 21-27-ci vərəqələrində olan 21 sentyabr 2020-ci il tarixli ərizə və qəbzlərdən görünür ki, aşkar edilərək götürülmüş 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovlu xalça, 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovsuz palaz, 1 ədəd avtomobil təkəri, 7 ədəd cərəyan ayıran, ümumilikdə 30 qutu siqaret, 1 ədəd nərdtaxta və 2 ədəd dəmir qazan saxlanılması üçün müvafiq qaydada aidiyyəti üzrə zərərçəkmiş şəxslərin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 sentyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən və işin İİ cildinin 85-91-ci vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 12 sentyabr 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən üzərində məhkumluğu olan şəxs olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 148-149-cu vərəqələrində olan 24 aprel 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 161-ci vərəqəsində olan 26 aprel 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 40-41-ci vərəqələrində olan 29 iyul 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 10-13-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 4(068)-14/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İİİ cildinin 37-59-cu vərəqələrində olan 29 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən ona elan edilmiş, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin İİİ cildinin 30-31-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Xızı rayon qeydiyyat şöbəsi tərəfindən 22 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 125482 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X8 04 fevral 2021-ci il tarixdə ürək çatmamazlığı səbəbindən ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 05 noyabr 2020-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənilmədiyindən, təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 01 aprel 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 01 aprel 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 01 aprel 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 01 aprel 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs müxtəlif tikililərə, o cümlədən bina və saxlanc yerlərinə, ayrı-ayrı vaxtlarda təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etməsini və həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, cəzasını ağırlaşdıran halın isə mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısında cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 aprel 2020-ci il tarixdən 26 aprel 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Xızı RPŞnin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi uzunluğu 88 sm, diametri 6 sm olan mismarçəkən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərin saxlancına verilmiş 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovlu xalçanın, 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovsuz palazın, 1 ədəd avtomobil təkərinin, 7 ədəd cərəyan ayıranın, ümumilikdə 30 qutu siqaretin, 1 ədəd nərdtaxtanın və 2 ədəd dəmir qazanın müvafiq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi uzunluğu 88 sm, diametri 6 sm olan mismarçəkən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərin saxlancına verilmiş 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovlu xalçanın, 1 ədəd yun materialdan əllə toxunmuş 3,50x2,20 sm ölçüdə olan xovsuz palazın, 1 ədəd avtomobil təkərinin, 7 ədəd cərəyan ayıranın, ümumilikdə 30 qutu siqaretin, 1 ədəd nərdtaxtanın və 2 ədəd dəmir qazanın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 250 (iki yüz əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar