Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-13/2022 11.05.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində X1 məxsus daimi yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qəsdən qanunsuz olaraq daxil olmuş, həyətdə saxlanılan sonuncunun qardaşı Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 55 manat olan, cəmi 275 manat dəyərində uzunluğu 3,75 (3,5-4) metr, eni 1,10 (1-1,2) metr olan, cəmi 5 ədəd dəmir barmaqlığı götürüb bir-bir daşıyaraq Xızı rayonu, Giləzi qəsəbəsində yaşadığı ünvana aparıb qəsdən vahid niyyətlə gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 275 manat məbləğində maddi ziyan vuraraq, qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. 01 noyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, qonşuluğunda yerləşən X1 məxsus yaşayış olmayan həyətdə sonuncunun qardaşı Zərərçəkmiş şəxs məxsus dəmir barmaqlıqların olduğunu əvvəlcədən görmüş, qaranlıq vaxtı həmin həyətə daxil olmağı və Muradəliyə məxsus dəmir barmaqlıqları oğurlamağı, sonra isə satıb pul əldə etməyi fikirləşmişdir. Bu məqsədlə də, 01 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində sutkanın qaranlıq vaxtı olmasından və ətrafda isə heç kimsənin olmamaşından istifadə edərək, Tarverdi Rüstəmova məxsus yaşayış olmayan evin həyətinə yaxınlaşmış, hasarının aşağı hissəsi ilə çəkilmiş qaz borusunun üstünə, oradan isə hasarın üstünə çıxaraq həyətə düşmüşdür. Həmin vaxt həyətdə heç kim olmamış və həyətdə hasarın yanına yığılmış dəmir barmaqlıqları bir-bir götürüb hasarın çöl tərəfindəki küçəyə toplamışdır. O, cəmi beş ədəd dəmir barmaqlıq götürmüş və oğurladığı həmin barmaqlıqları yaşadığı evin həyətinə aparmışdır. Səhəri gün, yəni 02 noyabr 2021-ci il tarixdə səhər saatlarında qonşusu Şahidla yaşadığı evin yanında rastlaşmış və Elqamın həyətin kənarını çəpərlədiyini görmüşdür. O, Elqama həyətin kənarını çəpərləmək üçün onda beş ədəd dəmir barmaqlıq olduğunu və həmin barmaqlıqları satmaq istədiyini bildirmişdir. Elqam isə barmaqlıqlara baxmaq istədiyini, çəpər çəkmək üçün uyğun olduğu halda alacağını ona demişdir. Bundan sonra o, Elqamla birlikdə yaşadığı ünvana getmiş və beş ədəd barmaqlığı sonuncuya göstərmişdir. Elqam barmaqlıqlara baxdıqdan sonra almaq istədiyini demiş və onlar cəmi 50 manata razılaşmışlar. Həmin vaxt Elqam ona 20 manat beh vermiş və o, beş ədəd barmaqlığı daşıyıb Elqamın həyətinə aparmışdır. Daha sonra, Elqam barmaqlıqların çox uzun olmasını və laqonda ilə təxminən bir metr uzunluqda kəsilməli olmasını bildirmiş, o da, laqonda ilə təxminən 4 metr uzunluqda olan beş ədəd dəmir barmaqlıqları kəsib 17 ədəd hissəyə ayırmışdır. Bundan 2-3 gün sonra Giləzi qəsəbəsində yerləşən Zahid adlı şəxsə məxsus mağazanın qarşısında Elqam qalan 30 manat pulu da ona vermiş və Elqamın ona pul verdiyini yaxınlıqda olan Zərərçəkmiş şəxs görmüşdür. 05 noyabr 2021-ci il tarixdə isə Muradəli onun barəsində Xızı rayon Polis Şöbəsinə şikayət etmiş, barəsində araşdırma aparılan vaxt oğurluq etməsini etiraf edərək, dəmir barmaqlıqları saxladığı yeri göstərmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır və təxminən 2000-ci ildən Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına tam orta məktəbdə gözətçi işləyir. 2011-ci il tarixdə həmin orta məktəb Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmiş və məktəbin dəmir barmaqlıqdan olan çəpəri, eləcə də damı, döşəməsi, qapıları, pəncərələri tamamilə sökülmüşdür. Həmin vaxt Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləmiş mərhum Həbib adlı şəxs qəsəbə sakinlərinə söküntüdən çıxarılmış əşyaları götürüb istifadə etmələrinə icazə vermişdir. Bundan sonra o, istifadə etmək üçün bir neçə ədəd pəncərə taxtası və təxminən 10 ədəd dəmir barmaqlıq götürmüşdür. Onun yaşadığı evin həyətində yer olmadığı üçün o, həmin əşyaları qonşuluğunda yerləşən, qardaşı Tarverdiyə məxsus natamam tikilmiş, yaşayış olmayan evin yerləşdiyi həyətə, kənarları mişar daşından hörülmüş hasarın yaxınlığına yığmışdır. Dəmir barmaqlığın hər biri təxminən 3,5 - 4 metr uzunluqda, 1 - 1,2 metr enliyində olmuşdur. Bu müddət ərzində o, dəmir barmaqlıqlardan istifadə etməmiş və həmin həyətdə saxlamışdır. 02 noyabr 2021-ci il tarixdə, səhər saatlarında qardaşı Tarverdiyə məxsus həyətə baxmış və orada saxladığı dəmir barmaqlıqlardan beş ədədinin yerində olmadığını görmüşdür. Yaşadığı ərazidə yalnız Təqsirləndirilən şəxs oğurluqla məşğul olduğunu bildiyi üçün o, dəmir barmaqlıqların Eynulla tərəfindən oğurladığını fikirləşmişdir. O, əvvəlcə kənd sakinlərindən maraqlanmış, lakin sakinlər ona məxsus barmaqlığın oğurlanmasından xəbərlərinin olmadığını demişlər. Təxminən 2-3 gün sonra yaşadığı qəsəbədə yerləşən mağazanın qarşısında qəsəbə sakini Şahid Təqsirləndirilən şəxs pul verdiyini və eləcə də, sonuncunun yaşadığı evin qarşısındakı küçə ilə hərəkət edərkən ona məxsus oğurlanmış dəmir barmaqlıqların Elqamın tövləsinin qarşısında olduğunu görmüşdür. Bundan sonra o, Şahid hadisə barədə məlumat vermiş, sonuncu həmin beş ədəd dəmir barmaqlıqların Eynulladan aldığını, lakin oğurluq olmasının bilmədiyini demişdir. Daha sonra o, baş vermiş oğurluq hadisəsi barədə Xızı rayon Polis Şöbəsinə ərizə vermişdir. Həmin beş ədəd dəmir barmaqlığın oğurlanması nəticəsində ona təxminən 250-300 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır. 02 noyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində yaşadığı evin yerləşdiyi həyətin kənarlarını mişar daşı ilə hörmüşdür. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs onun yanına gələrək nə etdiyini soruşmuş, o da, Eynullaya həyətin kənarlarına təxminən 40 sm hündürlükdə hasar hörəcəyini, sonra isə hasarın üstündən təxminən 60 sm hündürlükdə dəmir barmaqlıq çəkəcəyini demişdir. Eynulla bu mövzuda onunla söhbət edərkən, yaşadığı ünvanda bir neçə ədəd dəmir barmaqlığın olduğunu, həmin barmaqlığı metal qəbulu sexinə satacağını demiş və istədiyi halda ona sata biləcəyini təklif etmişdir. O, Eynullaya dəmir barmaqlıqlara baxmaq istədiyini, yararlı olduğu halda alıb həyətinin kənarına çəkəcəyini demişdir. Bundan sonra o, Eynulla ilə birlikdə sonuncunun yaşadığı evin həyətinə getmişdir. Eynulla həyətdə olan dəmir barmaqlıqları ona göstərmişdir. Həmin yerdə hər birinin uzunluğu təxminən 4 metr, eni 1 metr olan beş ədəd dəmir barmaqlıq olmuşdur. Eynulla həmin beş ədəd dəmir barmaqlığın özünə məxsus olduğunu və həmin barmaqlığın hamısını 60 manat pula satmaq istədiyini bildirmişdir. O, isə Eynullaya beş ədəd dəmir barmaqlıq üçün 50 manat pul verəcəyini demiş, sonuncu da razı olmuşdur. Daha sonra o, Eynullaya 20 manat pul vermiş, qalan 30 manat pulu isə bir neçə gün sonra verəcəyini demişdir. O, həmçinin Eynulladan dəmir barmaqlıqların oğurluq olub-olmamasını birdə soruşmuş, Eynulla isə dəmir barmaqlıqların oğurluq deyil, özünə məxsus olmasını əminlikdə ona bildirmişdir. O, da Eynullaya inanmış və sonuncu beş ədəd dəmir barmaqlığı daşıyıb onun yaşadığı evin həyətinə aparmışdır. Bundan sonra, həmin dəmir barmaqlıqlar uzun ölçüdə olduğu üçün Eynullaya təxminən 1 metr uzunluğunda doğramağın lazım olduğunu demiş, sonuncu da, laqonda aparatı gətirərərk, hər bir dəmir barmaqlığı təxminən 3-4 hissəyə bölmüş və cəmi 17 ədəd barmaqlıq yaranmışdır. 04 noyabr 2021-ci il tarixdə Giləzi qəsəbəsində yerləşən Zahid adlı şəxsə məxsus mağazanın qarşısında Eynullaya borclu qaldığı 30 manat pulu vermiş, səhəri gün isə qonşusu Zərərçəkmiş şəxs onun yanına gələrək Eynullanın ona satdığı dəmir barmaqlıqların oğurluq olmasını bildirmişdir. O, Muradəliyə həmin dəmir barmaqlıqları 50 manat pulun müqabilində Eynulladan aldığını, lakin oğurluq olduğunu bilmədiyini demişdir. Bundan sonra, onun yaşadığı ünvana polis əməkdaşları gəlmiş və dəmir barmaqlıqları götürüb aparmışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-25-ci vərəqələrində olan 05 noyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən Şahid yaşadığı ünvana baxış keçirilərkən həyətdə olan tövlədən Təqsirləndirilən şəxs oğurlayıb Şahid satdığı beş ədəd dəmir barmaqlıq kəsilərək 17 ədəd hissələrə bölünmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 9/8351 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında uzunluğu 3,75 (3,5-4) metr, eni 1,10 (1-1,2) metr olan dəmir barmaqlının istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilə olan orta bazar qiyməti təxminən 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 04 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 17 ədəd hissəyə bölünmüş dəmir barmaqlıq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan 31 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-113-cü vərəqələrində olan 23 fevral 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də təqsirləndirilən şəxsin və Şahid əməlində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə əməlində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından Şahid barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-106-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 fevral 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 11 may 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan 17 ədəd hissəyə bölünmüş dəmir barmaqlıq Zərərçəkmiş şəxs qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan 17 (on yeddi) ədəd hissəyə bölünmüş dəmir barmaqlıq Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-13/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-13/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver