Məhkəmə qərarları › İş №1(068)-13/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-13/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-13/2024 29.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1980-ci il tarixdə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Şorabad qəsəbəsində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz təyinatını itirmiş ov tüfənginin kəsiyini əldə edib üzərində gəzdirməklə Xızı rayonu, Şorabad qəsəbəsinin ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 02 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, Koroğlu prospekti 41A ünvanında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün saat 18:40-dan etibarən yaşadığı Xızı rayonu Şorabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün razılığı və icazəsi ilə baxış keçirilərkən evin yataq otağında yerləşən televizorun arxa hissəsindən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1948-ci ildə istehsal olunmuş 49449 №-li, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün hazırda öz təyinatını itirmiş 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, atası dünyasını dəyişəndən sonra sonuncudan qalmış ov tüfəngini yadigar olaraq yaşadığı evdə saxlamışdır. 02 fevral 2023-cü il tarixdə sürücüsü Şahid2 ilə birlikdə Sumqayıt şəhərində keçirilən yas məclisinə getmişdir. Həmin vaxt şəhərin işində mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib, hər ikisini idarəyə aparmışlar. İdarədə olarkən üzərinə və avtomobilə baxış keçirilsə də, heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra özü könüllü olaraq əməliyyatçılara yaşadığı Xızı rayonunun Şorabad qəsəbəsində yerləşən evində atasından yadigar qalmış bir ədəd “obrez” adlanan qundağı kəsilmiş ov silahı saxladığını, bu barədə kiminsə, o cümlədən də onunla birlikdə saxlanılmış sürücüsü Şahid2 də həmin silahdan xəbərsiz olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişlər və həmin silahı gizlətdiyi yerdən götürüb əməliyyatçılara təqdim etmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq atasının vaxtından silahın qundağı kəsilmiş vəziyyətdə olduğunu və silaha heç bir müdaxilə etmədiyini göstərmişdir. Eyni zamanda, müdafiəçinin sualına cavab olaraq elə bir hadisə törətmədiyini, polis əməkdaşları onu saxlayarkən özü könüllü olaraq evdə silahı olduğunu dediyini, atasının yadigarı olaraq evdə saxladığını, həmin silah ilə heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq silahı vaxtında təhvil vermədiyi üçün özünü təqsirli bildiyini, atasının 2023-cü ilin fevral ayında 72 yaşında rəhmətə getdiyini, atasının sağlığında silahı olduğunu bilmədiyini, rəhmətə gedəndən sonra bildiyini, sadəcə olaraq bu silahın evdə saxlanılmasının cinayət olduğunu dərk etmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Sumqayıt şəhərində saxladıqlarını, özlərini təqdim edərək, avtomobilə baxış keçirdiklərini, evdə silahın olmasını polis əməkdaşlarına özünün dediyini göstərmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 4 yetkinlik yaşına çatmayan övladının olmasının, ov tüfəngi kəsiyinin evdə saxlanılmasının cinayət olduğunu bilmədiyinin və könüllü olaraq evdə silahı olduğunu deməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, saxlanılmamışdan təxminən 3-4 gün əvvəl Təqsirləndirilən şəxs yanında sürücüsü işləməyə başlamışdır. Həmin gün Elnurla birlikdə Sumqayıt şəhərində yerləsən hüzr mərasiminə getmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları Sumqayıt-Saray yolunda saxlayaraq, idarəyə aparmışlar. O, 12 saat idarədə saxlanıldıqdan sonra, oradan çıxmışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs evində silahı olması barədə heç bir məlumatının olmamasını, Elnurun sürücü işləməsini, şöbədə saxlanılarkən ona ünvanlanan sualları cavablandığını göstərmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq Elnurun evində olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 02 fevral tarixində əməliyyat məlumatı daxil olmuşdur. Baş idarənin rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə saat 13:30 radələrində Sumqayıt şəhərində, səhv etmirsə Koroğlu küçəsindəki Araz marketin qarşısında avtomobilin yanında Elnuru və sürücünü saxlamışlar. Həmin şəxslərə vəsiqələrini təqdim edərək, onları əməliyyat tədbiri ilə bağlı Baş İdarəyə dəvət etmişlər. Orada təhqiqatçı və vəkilin iştirakı ilə hər iki şəxsin üzərinə baxış keçirildiyi zaman heç bir qeyri qanuni əşya və yaxud predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs odlu silahın, döyüş sursatının gəzdirilməsi ittihamı ilə saxlanılması barədə məlumat verilmiş, eləcə də evdə və yaxud hər hansı bir yerdə odlu silah saxlayıb - saxlamadığını soruşduqda, Elnur yaşadığı evdə belə bir silahın oduğunu onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən evə vəkil və digər iştirakçılarla birlikdə yaxınlaşmışlar. Otaqların birindəki televizorun arxasından 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkar olunmuş və qablaşdırılmışdır. Daha sonra iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunması üçün idarəyə qayıtmış və müvafiq sənədləşmələr aparılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-35-ci vərəqələrində olan 02 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat - axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 13:30-da Sumqayıt şəhəri, Koroğlu prospekti 41A ünvanında yerləşən ”Araz” marketin qarşısında idarə etdiyi “VMW" markalı, **-SS-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı X2 ilə birlikdə saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, üzərində olan istintaq əhəmiyyəti kəsb etməyən əşyaları təqdim etdikdə sonra yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən evində “obrez” adlandırılan silah saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-40-cı vərəqələrində olan 02 fevral 2024-cü il tarixli baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 13:30-da Sumqayıt şəhəri, Koroğlu prospekti 41A ünvanında yerləşən ”Araz” marketin qarşısında idarə etdiyi “BMW” markalı, **-SS-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı X2 ilə birlikdə saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı, **-SS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməsə də Elur Quliyev şifahi sorğu zamanı bir daha bildirmişdir ki, yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən evdə kəsilmiş silah saxlayır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan 02 fevral 2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 13:30-da Sumqayıt şəhəri, Koroğlu prospekti 41A ünvanında yerləşən ”Araz” marketin qarşısında idarə etdiyi “BMW” markalı, **-SS-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı X2 ilə birlikdə saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Şorabad qəsəbəsində yerləşən evinə həmin tarixdə saat 18:40-dan etibarən keçirilən baxış zamanı evin birinci mərtəbəsində yerləşən yataq otağındakı televizorun arxa hissəsindən bir ədəd qundaq və lülə hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cildinin 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 fevral 2024-cü il tarixli, 24/259 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 49449 №-li silah, ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1948-ci ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, caxmaqlı, hamar qoşa lülə ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda lüləsinin uzunluğu 405 mm, ümumi uzunluğu 615 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli caxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-cu vərəqələrində olan 09 fevral 2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 16 kalibrli TOZ-B modelli odlu yivsiz ov tüfənginin kəsiyi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-123-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-ci vərəqəsində olan 02 fevral 2024cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-95-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2024-cü il tarixli, 4(005)-186/2024 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-ci vərəqəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 5(005)-293/2024 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 126-138-ci vərəqələrində olan 19 fevral 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, həmçinin şəxsi axtarış, avtomobilə və evə baxış keçirilməsi və əşyaların götürülməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən ümumilikdə 03 ədəd DVD diskin sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ov tüfənginin kəsiyinin maddi sübut hesab edilməsi və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, habelə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmə, daşıma və saxlama cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuni hesab edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar nəzərə alınmış, eləcə də Təqsirləndirilən şəxs və X1 barəsində Azərbaycan Respublikası CM-in 228.2.1 və 228.3 maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs daşıdığı odlu silahı təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 229-cu maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işinin materiallarından 01 ədəd ov tüfənginin kəsiyinin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ayrıca icraata material ayrılmış, cinayət işi üzrə 02 fevral 2024-cü il tarixli ‘’şəxsi axtarış və götürmə aparılması haqqında’’ protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, ’’avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında’’ protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, ’’evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında‘’ protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadələri, şahid ifadələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 03 fevral 2024-cü il tarixli, 24/259 nömrəli rəyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qanunilik qərarı, əməliyyat tapşırığına cavab məktubu, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 aprel 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində dörd yetkinlik yaşına çatmayan övladı olan, Xızı rayonu, Şorabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ictimai fəaliyyəti, mənəvi keyfiyyətləri, əxlaqı və xeyriyyəçiliyi ilə qəsəbə sakinləri arasında hörmət qazanmış, qəsəbənin abadlıq işlərində köməklik göstərmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan, eləcə də şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Zeynəb, xx.xx.2008-ci il təvəllüdlü Oruc, xx.xx.2014-cü il təvəllüdlü Rüqəyya və xx.xx.2015-ci il təvəllüdlü Zəhra adında dörd yetkinlik yaşına çatmayan övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi və saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə istintaq zamanı verdikləri ifadələr, ekspertiza rəyi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 4 yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə qanunsuz olaraq odlu silah əldə etmə və saxlama kimi hüquqa zidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu, yəni 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olubolmaması məsələsini həll edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 49449 nömrəli, 16 kalibrli TOZ-B modelli hamar qoşa lüləli, odlu yivsiz ov tüfənginin kəsiyi dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 49449 nömrəli, 16 kalibrli TOZ-B modelli hamar qoşa lüləli, odlu yivsiz ov tüfənginin kəsiyi dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs üzərində, avtomobildə və yaşadığı evdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş cəmi 3 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar