Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-14/2020 27.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 0,219 qram narkotik vasitə olan heroini, 0,025 qram psixotrop maddə olan metamfetamini, 1 qram güclü təsir edən maddə olan tramadol-hidroxloridi və 0,4 qram güclü təsir edən maddə olan oksimetolonu qanunsuz əldə edib üzərində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə, saat 12:20 radələrində keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində Xızı rayonu, Şorabad körpüsü üzərində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli paltonun sağ iç cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, ümumi təmiz çəkisi 0,219 qram olan narkotik vasitə heroin, həmçinin digər psixotrop və güclü təsir edən maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxın olar narkomaniya xəstəliyindən əziyyət çəkir. xx xxxxxx 2019-cu il tarixdə, günorta saatlarında iş axtarmaq üçün Sumqayıt şəhərinə getmiş, lakin, özünə münasib iş tapa bilməmişdir. Belə olan halda, axşam tərəfi Xızı rayonu, Sitalçay kəndinə qayıtmamışdan öncə avtovağzalın yaxınlığında yerləşən kafelərdən birində oturub çay içmiş və narkotik qəbul etmədiyinə görə ağrıları başlamış və az qala ağrıdan qıvrılmışdır. Bu zaman bir nəfər şəxs ona yaxınlaşıb icazə alaraq, masasında əyləşmişdir. Ondan narkoman olub-olmadığını soruşduqda, o, həmin şəxsə narkoman olduğunu bildirmişdir. Bu zaman həmin şəxs ona “heroin” və “şüşə” olan narkotik maddələr təklif etmişdir. Ağrıları şiddətləndiyi üçün o da, narkotik maddə qəbul etmək istəmişdir. Həmin şəxs “heroin” və “şüşə” olan narkotik maddələri birlikdə ona 60 manata təklif etmiş, lakin, o, üstündə 50 manat pul qaldığını dedikdə həmin şəxs razı olduğunu bildirmişdir. Daha sonra, pulu çıxarıb ona vermiş və həmin şəxs də cibindən gizli şəkildə “şüşə” və “heroin”olan narkotik maddələri ayrı-ayrı kağızların arasında ona vermişdir. O da, tələsik narkotik vasitələri götürüb cibinə qoyaraq, sağollaşıb durub kafedən çıxmış və Xızı rayonuna gələn avtobusa minərək evə qayıtmışdır. Evdə qeyd etdiyi şəxsdən aldığı və gümüşü kağızın arasında olan narkotik vasitə heroinin az hissəsini istifadə etdikdən sonra qalanını başqa vaxt üçün saxlamışdır. Həmçinin, axşam kağızın arasındakı narkotik vasitə olan “şüşə”ni kağızdan boru şəklində büküm düzəldərək yandırıb çəkmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində yenə də, iş axtarmaq məqsədilə Sumqayıt şəhərinə getmək üçün evdən çıxmışdır. Bu zaman, Şorabad körpüsünün üzərində polis əməkdaşları onu saxlayaraq, narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Daha sonra, üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər, o da, etiraz etməmişdir. Polis əməkdaşları ona vəkil təqdim edəndən sonra təklif etmişlər ki, üzərində narkotik vasitə vardırsa təqdim etsin. O da, cibindən kağızın arasında olan narkotik vasitə “şüşə”ni, “heroin”i, daha sonra cibində olan “Tramadol” və “Oksimetolon” həblərini çıxarıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları üzərindən çıxan maddələri götürüb qablaşdırmışlar. Onu isə tutub polis şöbəsinə gətirib X4 təhvil vermişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının və gənc olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki,Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması, gəzdirməsi və saxlaması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxx 2019-cu il tarixdə həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək, həmin gün təxminən saat 12:20 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Şorabad körpüsünün üstündə əməliyyat-istintaq tədbiri həyata keçirmişlər. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs körpünün üstündə, üzü Bakı şəhəri istiqamətində piyada gedərkənşübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Bundan sonra, tərəflərindən Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının həyata keçirilməsi məqsədilə Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil X3 hadisə yerinə dəvət olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli paltonun sol yan cibindən “West” markalı siqaret qutusu, üzərində "Tramadol Hydrochloride 200 mg" sözləri yazılmış, içərisində 5 ədəd həb olan dərman kaseti, paltonun sol döş cibindən üzərində "Oxymetholone 50" sözləri yazılmış, içərisində 8 ədəd həb olan dərman kaseti, içərisində ağ rəngli, toz halında kütlə olan dəftər kağızı bükülüsü, paltonun sağ iç cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində açıqqəhvəyi rəngli toz halında kütlə və kağızdan hazırlanmış 2 ədəd borucuk çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs dərman kasetlərində olan həblərin güclü ağrıkəsici, gümüşü rəngli siqaret kağızı bükümündə olan açıq-qəhvəyi rəngli kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra, sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr və dərman kasetləri zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid - Xızı RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin vaxt Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləmiş Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, sabiq əməliyyat müvəkkili işləmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Xızı rayonu, Sitalçay kəndində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Həyat yoldaşı Cəlaləddin İbadov 1991-ci ildə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan ondan heç bir məlumatları yoxdur. İlkin isə evin tək oğlu olmaqla onu təkbaşına böyütmüşdür. O, artıq uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, dəfələrlə onu bu əməllərindən uzaqlaşdırmağa çalışsa da, lakin buna müvəffəq ola bilməmişdir. Maddi imkanı olmadığından İlkini müalicə etdirə bilməmişdir. İlkin xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 11-12 radələrində iş axtarmaq məqsədilə Sumqayıt şəhərinə getmək üçün evdən çıxmışdır. Həmin gün günortadan sonra Xızı rayon Polis Şöbəsindən onazəng edib İlkinin üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulduğu bildirilmişdir. Sonra isə İlkini polisin nəzarətində olmaq şərtilə evə buraxmışlar. O, oğlunun narkotik vasitə istifadəçisi olmasını artıq bir neçə ildir ki, bilsə də onun narkotik vasitəni kimdən, haradan, necə, hansı şəraitdə və hansı şərtlərlə əldə etməsindən heç bir xəbəri olmamışdır. Bununla bağlı heç nə deyə bilmir. Əgər oğluna narkotik vasitənin kimin verməsini bilsəydi, həmin şəxsi özü tapıb cəzalandırardı. Məhkəməyədək icraat dövründə aparılmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 19/1444a nömrəli tədqiqat haqqında arayışda ngörünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddə və dərman preparatlarından: bir ədəd “gümüşü” siqaret kağızı kəsiyi bükümündə təmiz çəkisi 0,219 qr. olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İki ədəd konvalyutada “Tramadol Hidroxlorid 200 mq” və “Oksimetolon” dərman preparatları “güclü təsir edən maddələr”in siyahısına daxil edilmişdir. Tədqiqata 0,005 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,214 qram təşkil etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 31833 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş açıq-qəhvəyi rəngli toz halında kütlə .....” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,214 qram olan qəhvəyimtil rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi - 0,025 qram olan ağ rəngli tozşəkilli maddə metamfetamindir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir (Siyahı İ). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş Tramadol və Oxymetholone tablet kasetləri ......” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd zavod üsulu ilə qablaşdırılma əlamətlərinə malik üzərində “Tramadol Hydrochloride 200mg” yazısı olan konvalyutun içərisində ümumi sayı 5 ədəd ağ rəngli dairəvi formalı həblər Tramadol Hydrochloride dərman preparatlarıdır və ümumi təsiredici maddəsinin miqdarı - 1,0 qramdır, həmin zərfdəki 01 ədəd zavod üsulu ilə qablaşdırılma əlamətlərinə malik üzərində “Oxymetholone 50” yazısı olan ümumi sayı 8 ədəd tablet təsiredici maddəsi oksimetolon olan dərman vasitəsidir; 8 ədəd tabletin tərkibində oksimetolon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram müəyyən edildi. Oksimetolon preparatları xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,194 qram, tədqiqata 0,01 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,015 qram, tədqiqata 1 ədəd həb sərf edildikdən sonra dərman preparatı Tramadolun qalığı 4 ədəd həb və tədqiqata 1 ədəd sərf edildikdən sonra dərman vasitəsi Oxymetholonenin qalığı 7 ədəd təşkil etmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 485 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli paltonun sol yan cibində «West» markalı siqaret qutusunu, üzərində “Tramadol Hydrochloride 200mg” sözləri yazılmış və içərisində 5 (beş) ədəd ağ rəngli həblər olan dərman kasetini, paltonun sol döş cibindən üzərində “Oxymetholone 50” sözləri yazılmış və içərisində 8 (səkkiz) ədəd ağ rəngli həblər olan dərman kaseti, eləcə də, içərisində ağ rəngli toz olan dəftər kağızı bükülüsünü, əynində olan paltonun sağ iç cibindən 1 (bir) ədəd gümüşü siqaret kağızı bükümündə, içərisində açıq-qəhvəyi rəngli toz halında kütlə və 2 (iki) ədəd kağızdan hazırlanmış borucuğu çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cinayət işinin 15-16-cı vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,219 (qalıq 0,194) qram narkotik vasitə olan heroin, 0,025 (qalıq 0,015) qram olan psixotrop maddə metamfetamin, 5 (qalıq 4) ədəd Tramadol Hydrochloride dərman preparatı və 8 (qalıq 7) ədəd Oxymetholone dərman vasitəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin 97-102-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd X7 üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,194 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 0,015 qram təşkil edən psixotrop maddə olan metamfetamin, qalıq qalan 4 ədəd Tramadol Hydrochloride dərman preparatı və qalıq qalan 7 ədəd Oxymetholone dərman vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,194 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 0,015 qram təşkil edən psixotrop maddə olan metamfetamin, qalıq qalan 4 ədəd Tramadol Hydrochloride dərman preparatı və qalıq qalan 7 ədəd Oxymetholone dərman vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-14/2020
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-14/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver