Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-14/2021 04.03.2021 XIZI RAYON MƏHKƏMƏSİ X6 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Xızı rayonu, Yeni-Yaşma kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən aldığı qurudulmuş marixuananın içərisində olan təxminən 15 ədəd toxumu 2020-ci ilin may ayının əvvəllərində evinin həyətyanı sahəsində yerləşdirdiyi 3 ədəd dibçəkdə əkmiş, təxminən 1 ay müddətdən sonra dibçəkdəki bitkilərin artıq böyüdüyünü görərək həmin dibçəkləri qonşusu, Xızı rayonu Yeni-Yaşma kənd sakini Şahid3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini özünün yaşadığı evin həyətyanı sahəsindən ayıran torşəkilli dəmir çəpərlərin dibində təbii şəraitdə bitmiş kolluğun arasındakı kiçik talacıqda torpağa basdırmaqla yerləşdirmiş, qeyd edilən toxumları torpağa əkdiyi andan 2 ay müddətində mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərmişdir. Mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakı ilə 07 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində qeyd edilən əraziyə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilmiş və qulluq göstərilmiş hündürlükləri 70-120 sm arasında dəyişən, sayı 13 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 480 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir narkotik vasitənin “nəşə” adlandırılan qurudulmuş marixuana növünü siqaret kağızına bükərək, yandırıb tüstüsünü ciyərlərinə çəkmə yolu ilə istifadə etmişdir. Bundan əlavə, tez-tez spirtli içki də qəbul etmişdir. 2020-ci ilin aprel ayında öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən qurudulmuş marixuana almışdır. Həmin qurudulmuş marixuananı istifadə edərkən içərisindən təxminən 15 ədəd toxum taparaq sonradan əkmək üçün özündə saxlamışdır. Şəxsi istifadəsini ödəmək məqsədilə narkotik vasitəni almaqda çətinlik çəkdiyindən həmin toxumları əkmək qərarına gəlmiş və 2020-ci ilin may ayının əvvəllərində 3 ədəd dibçəyin içərisinə əvvəlcə münbit torpaq və gübrə dolduraraq toxumları orada əkmişdir. Dibçəklərə günəş şüaları yaxşı düşsün deyə yaşadıqları evin həyətyanı sahəsində “quş damı” kimi istfadə etdiyi tikilinin yanına qoymuşdur. Təxminən 1 ay müddətdən sonra dibçəkdəki bitkilərin artıq böyüdüyünü gördükdə onları həyətləri ilə qonşuları Mövludun həyətyanı sahəsini ayıran torşəkilli dəmir çəpərlərin yanında yerə basdırmaqla yerləşdirmişdir. Daha sonra, ətrafdan keçən şəxslər görüb şübhələnməsin deyə yaxınlıqda bitmiş böyürtkən kollarının budaqlarını kəsib dibçəklərin ətrafına yerləşdirmişdir. Dibçəkləri yerləşdirdiyi yerin üzərində “yolğun” ağacının budaqları olduğundan ətrafdan orada bitkilərin əkildiyini görmək mümkün deyildir. O, yaxşı məhsul əldə etmək üçün mütəmadi olaraq dibçəklərdəki çətənə kollarına su və gübrə vermişdir. Ətrafda heç kim onu görməsin deyə əkdiyi narkotik tərkibli bitkilərə ancaq gecə saatlarında qulluq göstərmişdir. Həmin kolları öz istifadəsi üçün əkdiyindən onların yerini heç kimə deməmişdir. 07 avqust 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində polis əməkdaşları həmin yerə baxış keçirən zaman onun əkdiyi narkotik tərkibli bitkiləri aşkar etmişlər. Bundan sonra, polis əməkdaşları ondan və orada olan qardaşı Xaliqdən bu barədə soruşduqda, onlar məlumatsız olduqlarını bildirmişlər. Daha sonra, polis əməkdaşları ilə bir müddət söhbət edərək, həmin bitkiləri əkdiyini və onlara qulluq göstərdiyini etiraf etmişdir. Lakin, qorxduğundan həmin ərazidən qaçıb uzaqlaşmışdır. Bir neçə saatdan sonra o, polis əməkdaşları ilə əlaqə saxlayıb görüşmüş və yenidən həmin yerə gəlmişdir. Bundan sonra, narkotik tərkibli bitkiləri kultivasiya etdiyi yerə mütəxəssis dəvət edilmiş, baxış zamanı onun əkib-becərdiyi hündürlüyü 70-120 sm arasında dəyişən 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüş və bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının, himayəsində 2 azyaşlı uşağının olmasını və gəncliyinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Yeni Yaşma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 07 avqust 2020-ci il tarixdə qərar qəbul edilərək, həmin gün təxminən saat 17:00 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmişlər. Həmin əraziyə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsini qonşusu Şahid3 məxsus həyətyanı sahədən ayıran torşəkilli dəmir çəpərin dib hissəsində narkotik tərkibli bitkilər əkməsi müəyyən edilmişdir. Əraziyə mütəxəssis aqronomun iştirakı ilə baxış keçirilməsi üçün ərazinin mühafizəsi təmin edilərək, həmin əraziyə Təqsirləndirilən şəxs, onun qardaşı Şahid5 və qonşusu Şahid3 dəvət olunmuşdur. Daha sonra, narkotik tərkibli bitkilərin kim tərəfindən əkilib becərilməsi soruşulduqda, hər üç şəxs bu hadisədən xəbərsiz olduqlarını demişlər. Həmin vaxt Şahid3 həmin yerin onun həyətyanı sahəsi tərəfdə olsa da, evinin arxa tərəfində yerləşdiyindən və orada tikanlı böyürtkən kolları bitdiyindən həmin əraziyə ümumiyyətlə nəzarət etmədiyini bildirmişdir. Həmçinin, Şahid3 qonşusu Təqsirləndirilən şəxs hərdən bir oradakı kolluqları yandırdığını, bunun üçün Xəyala icazə verdiyini də əlavə etmişdir. Bir müddət Xəyalla söhbət etdikdən sonra sonuncu öz əməlini etiraf etmişdir. Bundan sonra, əraziyə mütəxəssis-aqronom dəvət edərkən Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən istifadə edib oradan qaçaraq uzaqlaşmışdır. Lakin, bir neçə saat sonra polis əməkdaşları ilə telefon əlaqəsi saxlayaraq qorxduğu üçün qaçdığını bildirib, olduğu yeri polis əməkdaşlarına dedikdə Təqsirləndirilən şəxs həmin yerə gətirilməsini təmin etmişlər. Mütəxəssis gəldikdən sonra əraziyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib qulluq göstərilmiş 13 ədəd çətənə bitkisi aşkar edilmiş və bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında dindirilmiş digər şahidlər Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 və aqronom mütəxəssis Şahid6 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır. 07 avqust 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində polis əməkdaşları qonşusu Təqsirləndirilən şəxs həyətini onların həyətyanı sahəsi ilə ayıran çəpərin dibində narkotik tərkibli bitkilər əkildiyini bildirib, həmin ərazinin onun həyətyanı sahəsinə daxil olub-olmadığını soruşmuşlar. O, həmin yerin Təqsirləndirilən şəxs və ya onun həyətyanı sahəsinə daxil olub-olmadığını dəqiq bilmədiyini bildirmişdir. Belə ki, əvvəllər həmin yer piyadalar üçün gediş-gəliş yolu olmuş, sonradan həmin yerdə daş səkilər quraşdırılmış, istifadəsiz qaldığı üçün orada böyürtkən kolları bitməyə başlamışdır. Həmçinin, qeyd edilən yer yaşadığı evin arxa tərəfində olduğundan həmin ərazini istifadə etməmişdir. Bundan əlavə, qonşusu Təqsirləndirilən şəxs ondan icazə alaraq hərdən bir həmin yerdəki tikanları yığıb yandırmışdır. Xəyalın həmin kolluğun içərisindəki talacıqda narkotik tərkibli bitkilər əkib-becərməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və ailəsi ilə birlikdə onunla eyni ünvanda yaşayır. Xəyal günəmuzd işlərdə fəhlə kimi işləyir. Qardaşı Xəyalın zərərli vərdişləri barədə tam məlumatlı olmasa da, onun tez-tez spirtli içki qəbul etməsindən xəbərdardır. 07 avqust 2020-ci il tarixdə günorta saatlarında küçəyə çıxarkən polis əməkdaşlarını görmüşdür. Onlar evlərinin həyətyanı sahəsinin tor şəkilli dəmir çəpərinin dibində çətənə bitkisinin əkildiyini bildirib, həmin bitkilərin onun tərəfindən əkilib-əkilməməsini soruşduqda, polis əməkdaşlarına həmin bitkilərdən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları bir müddət həmin yerdə dayandığından o, telefonla zəng edərək Bakı şəhərində olan atasına məlumat vermişdir. Həmin vaxt qardaşı Xəyal da, polis əməkdaşları ilə birlikdə olmuş, lakin Xəyal bir müddət orada durduqdan sonra həmin vaxt hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Bir müddət sonra, təxminən axşam saatlarında polis əməkdaşları yenidən Xəyalın olduğu yeri müəyyən edərək onunla birlikdə hadisə yerinə gəlmişlər. Daha sonra, mütəxəssisin iştirakı ilə narkotik tərkibli bitkilərin əkildiyi yerə baxış keçirilmişdir. Baxış zamanı oradan 13 ədəd tərkibində narkotik maddə olan çətənə kolu aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında Şahid4 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-cü vərəqəsində olan 07 avqust 2020-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə tərkibində narkotik maddə olan bitkilərin əkilib-becərilməsini müəyyən etmək məqsədilə Xızı rayonu, Yeni Yaşma kəndində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən əkilmiş tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar, spesifik qoxuya malik cəmi 13 ədəd bitkilər aşkar edilmiş, həmçinin həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 08 avqust 2020-ci il tarixdə verilmiş 7/492 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ rəngli sintetik torbadakı sayı 13 (on üç) ədəd, yaş vəziyyətdə ümumi çəkisi - 480 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkibinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,26 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 479,74 qram təşkil etmişdir. Cinayət işinin 54-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 69,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş 2199 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-17-ci vərəqələrində olan 07 avqust 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Xızı rayonu Yeni-Yaşma kəndi ərazisindən keçən asfalt örtüklü yolla Xızı Rayon İcra Hakimiyyəti başçısının Yeni Yaşma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına doğru hərəkət etdikdə sağ tərəfdə Şahid3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həmin yer avtomobil yolundan təxminən 5 metr aralıda olmaqla yerləşir və ətrafında hasar və ya çəpər kimi örtülülər yoxdur. Həmin yerin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs özünün yaşadığı bir mərtəbəli fərdi yaşayış evinin həyətyanı sahəsini Şahid3 yaşayış evinin həyətyanı sahəsindən ayıran tor şəkilli dəmir çəpərinin dibində, Şahid3 məxsus həyətyanı sahədə 13 ədəd narkotik tərkibli çətənə kolu əkmişdir. Təqsirləndirilən şəxs həmin yerin ətrafının yaxınlığında bitən böyürtkən kollarının budaqlarını qıraraq çətənə kollarının ətrafına düzmüşdür. Həmçinin, həmin yerdə bitən “yulğun” ağacının budaqlarını əyərək həmin yerin üzərini örtmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən bitkiləri dibçəklərdə əkməklə torpağa basdırmışdır. Həmin yerdən təxminən 6 metr məsafədə Təqsirləndirilən şəxs yaşadığı ev yerləşir. Digər tərəfdən təxminən 20 metr məsafədə yolun qarşısında Yeni-Yaşma kənd tam orta məktəbin inzibati binası yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən 13 ədəd çətənə koluna bənzər bitkilər aşkar edilərək götürülmüş və əraziyə baxışın video görüntüləri mobil telefon vasitəsi ilə qeydə alınaraq, protokola əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nun müstəntiqinin 08 avqust 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 13 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 480 qram (qalıq 479,74 qram) təşkil edən narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-142-ci vərəqələrində olan 10 oktyabr 2020-ci il tarixli tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eyni zamanda onun əməlində Azərbaycan Respublikası CM-nin 188.1-ci və 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin əməllərində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin tərkibi olmadığından Şahid4, X3 və Şahid3 barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 avqust 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-44-cü vərəqələrində olan 07 avqust 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-79-cu vərəqələrində olan 08 avqust 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-118-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən, 114-cü vərəqəsində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Yeni Yaşma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır və himayəsində 18 dekabr 2017-ci il təvəllüdlü Müslüm və 13 dekabr 2019-cu il təvəllüdlü Ümid adlı iki övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 avqust 2020-ci il tarixdən 08 avqust 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 479,74 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 479,74 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-14/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-14/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver