Məhkəmə qərarları › İş №1(068)-14/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-14/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-14/2023 04.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X14 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 26 avqust 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olmaqla, Xızı rayonunun Sitalçay kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxx 1987-ci il tarixdə Qubadlı rayonu, Yusifbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Yusifbəyli kəndində qeydiyyatda olmaqla, Xızı rayonunun Sitalçay kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Təzə Corat yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Xızı rayonunun Sitalçay kəndində bələdiyyə ərazisində olan açıq sahədən, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2, Xızı RPŞ-nin PPX tağımının polis nəfəri işləyən Təqsirləndirilən şəxs3 və “Hyundai” markalı traktoru idarə edən ad, soyadı istintaqa məlum olmayan bir nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yerin alt hissəsindən keçən su borularını talamaq məqsədilə həmin əraziyə gələrək, oradan "xxxx" ASC-nin X9 İdarəsinin balansında olan 6250 manat dəyərində, 250 metr uzunluğunda,15 mm qalınlığında, diametri 159 mm olan D159 mm-lik çuqun su borularını çıxarıb talayarkən, həmin vaxt əraziyə gəlmiş Sitalçay kənd Bələdiyyəsinin sədri Şahid8 və kənd İƏD üzrə nümayəndəsi Şahid7 qanunsuz əməlin dayandırılmasının tələb edilməsinə baxmayaraq işlərini davam etdirməklə soyğunçuluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Xızı rayonunun Sitalçay kəndində bələdiyyə ərazisində olan açıq sahədən, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1, Xızı RPŞ-nin PPX-i tağımının polis nəfəri işləyən Təqsirləndirilən şəxs3 və “Hyundai” markalı traktoru idarə edən ad, soyadı istintaqa məlum olmayan bir nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yerin alt hissəsindən keçən su borularını talamaq məqsədilə həmin əraziyə gələrək, oradan "xxxx" ASC-nin X9 İdarəsinin balansında olan 6250 manat dəyərində, 250 metr uzunluğunda, 15 mm qalınlığında, diametri 159 mm olan D159 mm-lik çuqun su borularını çıxarıb talayarkən, həmin vaxt əraziyə gəlmiş Sitalçay kənd Bələdiyyəsinin sədri Şahid8 və kənd İƏD üzrə nümayəndəsi Şahid7 qanunsuz əməlin dayandırılmasının tələb edilməsinə baxmayaraq işlərini davam etdirməklə soyğunçuluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Xızı rayonunun Sitalçay kəndində bələdiyyə ərazisində olan açıq sahədən, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Hyundai” markalı traktoru idarə edən ad, soyadı istintaqa məlum olmayan bir nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yerin alt hissəsindən keçən su borularını talamaq məqsədilə həmin əraziyə gələrək, oradan "xxxx" ASC-nin X9 İdarəsinin balansında olan 6250 manat dəyərində, 250 metr uzunluğunda,15 mm qalınlığında, diametri 159 mm olan D159 mm-lik çuqun su borularını çıxarıb talayarkən, həmin vaxt əraziyə gəlmiş Sitalçay kənd Bələdiyyəsinin sədri Şahid8 və kənd İƏD üzrə nümayəndəsi Şahid7 qanunsuz əməlin dayandırılmasının tələb edilməsinə baxmayaraq işlərini davam etdirməklə soyğunçuluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin gün yaşadığı Xızı rayonu Sitalçay kəndində olarkən boşluq ərazidə traktorun işlədiyini görmüş, lakin o, traktordan 200-250 metr aralıda olmuşdur. O, 12 ildir metal yığmaq ilə məşğul olur və dəmir qırıntıları yığıraq satır. Boruların kimlər tərəfindən çıxarılmasından məlumatı yoxdur, həmin ərazini o, qazmamışdır. Səmimi olaraq etiraf edir ki, ərazidən ancaq metal qırıntıları yığmışdır. “Mercedes ML” markalı maşın isə onun deyil, Rafael adında dostunundur və müvəqqəti sürmək üçün etibarnamə əsasında sürmək üçün ona vermişdir. Onun çörəyi dəmirdən, metaldan çıxır. Əvvəlcədən ərazidən çıxarılmış boruların, metalların qırıntıları qalmış və həmin qırıntıları yığmışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq ərazidə olan traktorun kimə məxsus olmasını bilmədiyini, dəmir qırıntıları yığarkən heç kimdən icazə almamasını, traktorunun təxminən 15 gündən artıq çöldə qalmasını, Şahid5 traktoru gətirmək üçün çağırdığını, traktorun feredosunun, əyləcinin zəif işləməsini, yanacağının olmamasını, ona görə də traktoru təmir etmək, təmir etmək mümkün olmadığı təqdirdə isə metal qəbulu sexinə vermək istəməsini bildirmişdir. Həmçinin Müdafiəçi1 suallarına cavab olaraq traktoru qazıntı söhbətindən təxminən 7-8 ay əvvəl almasını, istehsal tarixini isə bilmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə dəmir qırıntılarını həyətlərini yığdığını, daha sonra kisələrdə aparıb təhvil verməsini, həmin vaxt Təqsirləndirilən şəxs2la birlikdə dəmir yığdıqlarını, Təqsirləndirilən şəxs3 isə görmədiklərini, “Hyundai” markalı traktorun boruları çıxarıb yerə yığdığını, uzaqdan həmin ərazidə 2 nəfərin olmasını gördüyünü, qırıntı yığmaqlarına icazə verməyəcəklərindən ehtiyat edərək onlara yaxınlaşmadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs1 verilmiş ittihamın uydurma və yalan olduğunu bildirərək, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Xızı rayonu Sitalçay kəndində yaşayır və günü 10- 15 manata qırıntı yığıb satmaqla ailəsini dolandırır. Onun baş vermiş hadisəyə heç bir əlaqəsi olmamışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq dəmir qırıntısı yığıb satmasını, böyrək əməliyyatı keçirtdiyi üçün ağır işlə məşğul ola bilmədiyini, ona görə də qırıntı yığaraq ailəsini dolandırdığını, qırıntını qazıntı olan yerdən və dəmir yolundan yığıb satmasını, bəzən özü tək, bəzi vaxtlarda isə Rəşadla birlikdə qırıntıları yığmasını, qırıntıları kənddə dəmir almaq üçün gələn adamlara satmasını, hadisə baş verən günü isə Siyəzən rayonu, Gilgilçay kəndində olmasını, qaynına məxsus əkin sahəsində ot biçimi ilə məşğul olmasını, sonradan zəng edib onu çağırdıqları üçün axşam saat 22:00-da Xızıya gəlməsini göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq aprel ayının 6-sı və 7-si Xızı rayonunun ərazisində olmasını, sonradan Siyəzən rayonuna gedib gəlməsini və Rəşadla bir yerdə olmasını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 verilmiş ittihamın uydurma və yalan olduğunu bildirərək, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə ərəfəsində Xızı RPŞ-nin PPX-i tağımının polis nəfəri işləmiş və həmin ərazidə partlayıcı qurğu aşkar olunmuşdur. Həmin vaxt o, ərazidə post patrul xidməti aparmış, ona həmin əraziyə yaxınlaşmağı və partlayıcı qurğunu ANAMA-ya təhvil verəcəklərini demişlər. O, əraziyə getdiyində Fövqəlada Hallar Nazirliyinin və ANAMA-nın əməkdaşları və icra nümayəndəsi də oraya gəlmişdir. O, icra nümayəndəsinin yanında partlayıcı qurğunu akt əsasında ANAMA-nın əməkdaşlarına təhvil vermişdir. O, həmin əraziyə çatanda orada nə traktor, nə də digər şəxslər olmamışdır. Onun əsas ərazisi Giləzi qəsəbəsi olsa da, gün ərzində 1 dəfə rayonun Sitalçay, Şorabad və Yeni-Yaşma kəndlərinin ərazilərində xidmət apararaq yenidən Giləziyə qayıtmışdır. Belə ki, Giləzi qəsəbəsində cinayət hadisəsi çox olduğu üçün, rəhbərliyin göstərişi ilə oradan kənara çox çıxmamaq tapşırılmışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq işdən azad olmamışdan 15-20 gün qabaq Quba rayonunda Daxili Qoşunların təliminə getməli olmalarını, onun belində sümük xəstəliyi olduğu üçün oturub-durduğu zaman narahat olmasını, bu səbəbdən də müalicə almasını, habelə ödündən də əməliyyat olunmasını, ona görə də təlimə gedə bilməyəcəyini dediyi zaman Xızı RPŞ-də şəxsi heyət üzrə rəis müavini Şirzad müəllimlə aralarında mübahisə yaranmasını, onunla kobud rəftar etdiyi üçün ondan rəisə məruzə etməsini, polisdən çıxmasının səbəbi kimi xidməti uyğunsuzluq göstərilməsini, Təqsirləndirilən şəxs1 2018-ci ildən kənd sakini kimi tanımasını, Rəşadla hadisədən əvvəl, həmçinin sonra da telefon danışıqlarının olmasını, həmin gün partlayıcı qurğunu təhvil vermək üçün Sitalçay kəndinə getməsini, eyni zamanda avtomobilini həmin kənddə yaşayan ustaya təmirə verdiyi üçün ora gedib-gəldiyini, həmin vaxt ərazidə nə “Hyundai” markalı traktor, nə də traktorun boru çıxartdığını görməməsini, ərazidə olarkən bələdiyyə sədrini görməsini, lakin icra nümayəndəsini görməməsini bildirmişdir. Həmçinin Müdafiəçi3 suallarına cavab olaraq partlayıcı qurğunu ANAMA-nın əməkdaşlarına təhvil verməyə gedərkən iki maşın olmalarını, onun olduğu maşında 2 nəfər, digər maşında isə 3 nəfər Xızı RPŞ-nin əməkdaşlarının olmasını göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq Sumqayıt metal əritmə zavoduna getmədiyini və ümumiyyətlə həmin yeri tanımamasını, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu zaman vəkil tələb etsə də, ona vəkil təyin edilmədiyini, 2 gün saxlanıldıqdan sonra həbsdən azad edilərkən vəkildən imtina ərizəsini imzalamasını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs3 verilmiş ittihamın uydurma və yalan olduğunu bildirərək, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmənin 19 aprel 2023-cü il tarixli iclasında zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin X9 İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin rəisi - baş mühasib vəzifəsində işləyir. Həmin borular əmlak olaraq onların idarəsinin istifadəsində olsa da, "xxxx" ASC-nin daşınmaz əmlakı olmuşdur. Belə ki, keçmiş illərdə hərbi hissəyə şirin su təchizatı üçün çəkilmiş xətt olmuş, sonradan həmin xətt yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2017-ci il tarixli sərəncamı ilə həmin əmlak onların idarəsinin balansdan silinmişdir. Lakin 2022-ci ildə keçirilən monitorinq nəticəsində həmin əmlak silinməsinə baxmayaraq qiymətli olduğu nəzərə alınmış və əmlaka xərc çəkdikləri üçün "xxxx" ASC-nin daşınmaz əmlak şöbəsi həmin əmlakı onların idarəsinin anbarına mədaxil ediləcəkdir. Metal olduğu üçün onlar boruları qiymətləndirib anbara mədaxil etməli idilər. Bundan əlavə Müdafiəçi2 suallarına cavab olaraq monitorinq zamanı komissiya üzvləri iştirak edərək boruların yararlı və ya yararsız olduğunu müəyyən etməli, yararsız hissəsini metal kimi anbara mədaxil etməli, yararlı hissəsini isə material kimi qəbul edib sonra istifadə etməli olduqlarını bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq isə təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını, istismar hüququ onların idarəsində olmaqla, həmin əmlaka görə məsuliyyət daşıdıqları üçün vurulmuş zərərin ödənilməsini məhkəmədən xahiş etdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xızı RİH ərazi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. Hadisə günü təxminən saat 15-16 radələrində Xızı RİHB-nin Sitalçay kəndi üzrə icra nümayəndəsi Şahid7 ona zəng edərək, kənd ərazisində qazıntı aparıldığını və həmin yerdən boru çıxarılması ilə əlaqədar məlumat vermişdir. O da, həmin gün Giləzi qəsəbəsində COVİD-19 xəstəliyi ilə əlaqədar vaksinasiya olduğu üçün həmin personala rəhbərlik etmişdir. Bundan sonra, həmin əraziyə getdiyində yerin qazıldığını və oradan 150-250 metr uzunluğunda olan boru çıxarıldığını görmüşdür. Daha sonra qazılan yerin şəkillərin çəkmiş və həmin ərazinin kim tərəfindən qazıldığını soruşmuşdur. Sitalçay kənd bələdiyyəsinin sədri Şahid8 qazıntı işlərinin kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən aparıldığını bildirmişdir. Bundan əlavə Müdafiəçi1 suallarına cavab olaraq ümumi söhbət əsnasında bələdiyyə sədrinin burada metal işinə Rəşad baxdığı üçün çox güman ki, bu Rəşadın işi olmasını, onun boruların yanında dayanmadığını, həmin gün təxminən saat 11-12-yə qədər 2–3 dəfə gedib baxıb nəzarət etdiyini, həmin gün Hüseynbala adlı şəxsi orada görmədiyini, qazıntı aparılan ərazidən 300-400 metr qabaqda traktor olduğunu, həmin ərəfədə səyyar qəbulda vətəndaş müraciəti əsasında ərazidə çirkab sularının axıdılması və əkin sahələrinin suvarılması ilə bağlı kanallarda problem olduğundan bu ərazidə traktor işlədiyini, Rəşadı istismar müddəti bitmiş dəmir qırıntıları yığan, problemsiz şəxs kimi tanıdığını, ərazidə gedib “Hyundai” markalı traktora baxış keçirdiyini və dövlət qeydiyyat nömrəsinin üzərində olmadığını bildirmişdir. Müdafiəçi2 suallarına cavab olaraq həmin torpaq sahəsi dövlət mülkiyyəti olmadığı üçün polisə məlumat vermədiyini, bu barədə rəhbərliyə məlumat verdiyini, Təqsirləndirilən şəxs2 və digər şəxsləri həmin ərazidə görmədiyini, bu məsələ ilə bağlı heç kəsin haqqında heç nə deyə bilmədiyini göstərmişdir. Müdafiəçi3 suallarına cavab olaraq o, həmin ərazidə olanda icra nümayəndəsi Şahid7 və bələdiyyə sədri Şahid8 gördüyünü, ümumi qazıntı işini və boruların şəkillərini çəkdiyini, boruların qeyri-qanuni çıxarıldığını ehtimal etdiyini, ərazi bələdiyyə mülkiyyəti olduğu üçün bu barədə müvafiq qrumlara məlumat verməyi bələdiyyə sədrinə tapşırdığını, həmin ərazinin onların evin 400-500 metr məsafəsində yerləşdiyini və bir gün qabaq həmin ərazidə Təqsirləndirilən şəxs1 məxsus metalik rəngli Mercedes avtomobilini gördüyünü bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq təqsirləndirilən şəxsləri hadisə yerində görmədiyini, Təqsirləndirilən şəxs1 metal alqısatqısı ilə məşğul olduğundan və bir gün qabaq həmin ərazidə Rəşadın avtomobilinə oxşar avtomobil gördüyü üçün Rəşadın ola biləcəyini ehtimal etdiyini, həmin əraziyə gələndə orada bələdiyyə sədrini və icra nümayəndəsini gördüyünü, onlardan burada qazıntı işini kimin apardığını soruşduğunu, ona bir az əvvəl bir texnikanın burada qazıntı işi apardığını bildirdiklərini, bundan sonra avtomobil ilə ərazini gəzərkən dəmir yoluna yaxın yerdə dövlət qeydiyyat nişanı olmayan bir texnikanın dayandığını gördüyünü, yaxınlaşıb içərisindəki sürücüdən məlumat almağa çalışdığını, lakin sürücünün ona bu barədə heç bir məlumatının olmadığını dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Xızı RİHB-nin Sitalçay kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Hadisənin üstündən uzun müddət keçdiyi üçün tarixi dəqiq yadında olmadığı gündə, günorta saatlarında ona ərazidə partlayıcı qurğu tapılması barədə məlumat verilmişdir. O da, baxış üçün həmin əraziyə gedəndə bir texnikanın qazıntı işi apardığını görmüşdür. Ərazidə iki yerdə insanlar olmuş, texnika işləyən yerə yaxınlaşdıqda kənd sakinləri Şahid4 və Təqsirləndirilən şəxs2 görmüşdür. Həmin şəxslərdən burada nə etdiklərini soruşduğunda işlədiklərini bildirmişlər. Bundan sonra partlayıcı qurğu tapılan yerə getdiyində orada Təqsirləndirilən şəxs1 görmüş, sonuncudan burada nə etdiyini soruşduğunda, ona dəmir yığdığını bildirmişdir. Daha sonra həmin şəxslərə bir az aqressiv şəkildə ərazini tərk edərək çıxıb getmələrini tapşırmış, onlar da ərazini tərk edərək çıxıb getmişlər. Bundan sonra o, bu barədə Xızı Rayon İcra Hakimiyyətinə məlumat vermiş, ərazi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid6 həmin əraziyə gəlmiş, şəkillər çəkərək axşama kimi orada olmuşlar. Səhər gəldiklərində isə boruların orada olmadığını görmüşlər. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq hadisə ilə bağlı məlumatı ona kənd sakinlərinin verdiyini, məlumatın məzmununun ərazidə partlayıcı qurğu tapılması barədə olmasını, texnikanın kimə məxsus olduğunu bilmədiyini, birinci istiqamətdə baxdıqda kənd sakinləri Vüqar və Nicatı gördüyünü, lakin onların dəmir yığdıqlarını görmədiyini, özlərinin ona dəmir, dəmir qırıntıları yığdıqlarını dediklərini, ibtidai istintaqda verdiyi ifadədə guya Təqsirləndirilən şəxs1 boruları aparmağı barədə məlumatının olduğunun yazılmasını, ifadəsi yazılarkən yaxşı oxumadığını və yalnışlığa yol verdiyini, Təqsirləndirilən şəxs1 boruları aparması barədə məlumatının olmadığını və onu boru aparan yerdə görmədiyini bildirmişdir. Həmçinin Müdafiəçi1 suallarına cavab olaraq boruların olmaması barədə Xızı Rayon İcra Hakimiyyətinə məlumat verdiyini, həmin boruların Təqsirləndirilən şəxs1 aparması barədə məlumatının olmamasını, ərazidə olan nömrəsiz traktorun Rəşadın traktoru olmamasını göstərmişdir. Müdafiəçi2 suallarına cavab olaraq ərazidən belə bir su xəttinin keçdiyini bilmədiyini və hər hansı bir məlumatının olmamasını, çıxarılan boruların metal borular olmasını, təqsirləndirilən şəxslərin özbaşına həmin ərazidən boruları çıxarıb aparmağa imkanlarının olmamasını bildirmişdir. Müdafiəçi3 suallarına cavab olaraq boruların uzunluğunun təxminən 150-200 metrə yaxın olmasını, traktorun ərazidə qazıntı apardığı zaman onun işini saxladığını, traktorun sürücüsünün ərazini hansı məqsədlə qazdığını ona demədiyini, axşama kimi həmin ərazidə olduqları vaxt təqsirləndirilən şəxslərin heç birinin orada qalmadığını, təxminən səhər saat 08:00 radələrində boruların həmin ərazidə olmamasının ona məlum olmasını bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq ərazidə partlayıcı qurğunun tapılması ilə əlaqədar sərf etmirsə aprel ayının 7-si saat 15-16 radələrində ona zəng vurularaq məlumat verildiyini, qazıntı aparılan yerə getdikdə kənd sakini Şahid4 və traktorun sürücüsünü gördüyünü, sonra partlayıcı qurğu tapılan yerə getdiyini, boruların partlayıcı qurğu tapılan yerə yaxın olmasını, boruların bölünərək ardıcıllıqla yığılmasını, ərazidə bir ədəd texnika olmasını, bələdiyyə sədrinin bu məlumatı ona verməmişdən əvvəl ərazidə partlayıcı qurğu tapılması barədə məlumatının olmasını, partlayıcı qurğunun kim tərəfindən aşkar olması barədə məlumatının olmamasını, qazıntı işini aparan şəxslərlə sorğu-sual aparmadığını, sadəcə boruların ağ rəngdli “Kamaz” markalı avtomobilin gəlib apardığını eşitdiyini göstərmişdir. Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsinin ziddiyyət təşkil edən hissəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Xızı şəhərinə gedərkən kənd ərazisində açıq sahədə “Hyundai” markalı sarı rəngli traktorun olduğunu görmüş və düşünmüşdür ki, yəqin Suvarma Sistemləri İdarəsindən ərazidə bəzi təmizlik işlərinin aparılması üçün gətirdiyi traktordur. Nahar fasiləsindən sonra Sitalçay bələdiyyəsinin sədri Şahid8la görüşdükdə bildirmişdir ki, həmin traktorla orada olan metal su borularını yerin altından çıxarılması ilə məşğul olurlar və buna görə onlara xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xızı rayonunun Sitalçay kəndində yerləşən fərdi yaşayış evinin həyətində avtomobillərin təmiri ilə məşğul olmuşdur. O, bu hadisəni görməmiş və hadisə ilə bağlı heç nə eşitməmişdir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs3 qonçusu Təqsirləndirilən şəxs1la birlikdə avtomobilini təmir etdirmək üçün yanına gəlmişlər. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs3 işə gedən zaman avtomobili gətirib yanına qoyduğunu, təxminən avtomobili 6 ay müddətinə çürük, pas atmış dəmir hissələrini təmir edərək, rənglədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Xızı rayon Sitalçay bələdiyyəsinin sədri işləyir. 2022-ci il aprelin 9-u ya 10-u olardı qazıntı aparılan yerə gedərək, orada olan şəxslərə buradan strateji əhəmiyyətli Bakı-Şollar və Bakı-Novorossiysk xətlərinin keçdiyini, qazıntı işlərinin aparılmasının qadağan olduğunu deyib işə qayıtmışdır. Bundan sonra polis şöbəsinə zəng edərək, onlara ərazidə qazıntı işlərinin aparılması barədə məlumat vermişdir. Polis şöbəsindən ona bu barədə xəbərlərinin olduğunu və araşdıracağlarını demişlər. Hadisə yerinə gələrkən traktoru və günəmuzd işləyən işçiləri görmüşdür. Kənd sakinlərindən Şahid4 və Təqsirləndirilən şəxs2 da orada olmuşdur. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq qazıntı işlərinin traktor vasitəsi ilə aparıldığını, ərazidə bir ədəd traktorun olmasını, digər traktorun isə ərazidən uzaqda olmasını, traktoru idarə edən şəxsi tanımadığını, həmin əraziyə çatdıqda orada kənd sakinləri Nicat, Vüqar, traktorun sürücüsü və tanımadığı 1 nəfər olmuş, sonradan həmin adamın Alşan olduğunu bilməsini, həmin boruların Vyetnam müharibəsi zamanı, 1962-1964-cü illərdə hərbi hissə üçün çəkilməsini, hazırda işdifadə olunmadığını, ərazidə olarkən kənarda təxminən 50 metr hissə-hissə yığılmış borular olmasını gördüyünü, qazıntı aparılan yerin Bakı-Şollar xətti ilə təxminən 40 metr, neft kəməri ilə isə 250-300 metr məsafədə olmasını, ərazidə olan şəxslərə burada qazıntı işlərinin aparılmasının qadağan olduğunu deməsini, sonra bu barədə polis şöbəsinin əməkdaşı Mədət müəllimə və kənd icra nümayəndəsi Şahid7 zəng edərək məlumat verməsini, telefonunda kamera funksiyası olmadığı üçün şəkil çəkə bilmədiyini, amma icra nümayəndəsi Şahid7 ondan sonra gəlib şəkillərini çəkdiyini, boruların kim tərəfindən aparılmasını görmədiyini, ərazidə olan təkərli texnikanın əvvəlcə Azay adlı şəxsə məxsus olmasını zənn etdiyini, sonradan isə həmin texnikanın sonuncuya məxsus olmadığını bildiyini, digər texnikanın isə Təqsirləndirilən şəxs1 məxsus olmasını, lakin həmin texnikanın ərazidən kənarda olmasını, ibtidai istintaqda verdiyi ifadəsini tam təsdiq etmədiyini, ifadədə guya Təqsirləndirilən şəxs3 mobil telefon nömrəsini bildiyi qeyd olunsa da, Alşanı tanımadığını və mobil telefon nömrəsini də bilmədiyini, həmçinin ifadə də boruların Təqsirləndirilən şəxs1 tərəfindən aparıldığını gördüyü qeyd olunsa da, həqiqətdə boruların Təqsirləndirilən şəxs1 tərəfindən aparıldığını görmədiyini, ondan əlavə ifadəsində guya Hyundai markalı ekskovatoru idarə edən şəxsin Samir Səmədov olduğunu və onun da ərazidə olduğu göstərilsə də, elə bir adam tanımadığını və elə bir ifadə vermədiyini bildirmişdir. Həmçinin Müdafiəçi3 suallarına cavab olaraq ikinci dəfə prokurorluğun müstəntiqi ilə təxminən 20-25 gün sonra həmin qazıntı aparılan əraziyə getməsini, ərazidə olan texnikanın təkərli yapon traktoru olmasını, boruların ağ rəngli “Kamaz” markalı avtomobilə yüklənərək aparıldığını eşitdiyini, çıxarılan boruların ölçülərinin standart uzunluqda olmasını, boruları çıxarıb aparmaq üçün insan qüvvəsi yetərli olsa da, borunun üzərində torpaq olmasını və ağır olduğuna görə texnika lazım olmasını bildirmişdir. Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 normal kənd sakini kimi tanımasını, kiminləsə hər hansı bir problem, münaqişə yaratmasını eşitməməsini, Rəşada məxsus traktorun həmin ərazidən təxminən 200-250 metr uzaqlıqda dayanmasını göstərmişdir. Müdafiəçi2 suallarına cavab olaraq həmin əraziyə gələrkən Təqsirləndirilən şəxs1 məxsus traktorun işləmədiyini və orada başqa tanımadığı traktorun işlədiyini, çıxarılmış boruların kim tərəfindən aparılmasını görmədiyini, Təqsirləndirilən şəxs2 həmin ərazidən boru çıxartdığını görmədiyini, bu vaxta qədər Vüqarın oğurluq etməsi ilə bağlı heç nə eşitmədiyini bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq təqsirləndirilən şəxsləri tanıdığını, qazıntı aparılan yerdə Təqsirləndirilən şəxs1 görmədiyini, Vüqar, Nicat və Alşanı həmir ərazidə gördüyünü, Nicatın günəmuzd işləyən fəhlə olduğunu, polis şöbəsində Mədət müəllimdən başqa heç kimə zəng etmədiyini, ona məlumat verdikdən sonra 2 gün gözlədiyini, səhv etmirsə aprel ayının 13-ü məktub ilə müraciət etdiyini, heç bir xəbər çıxmadıqda isə prokurorluğa müraciət etdiyini, boruların kimlər tərəfindən və hansı maşınla aparıldığını görmədiyini, boruların 50-60 ilin köhnə borular olmasını, faktiki istifadə olunmadığını, Təqsirləndirilən şəxs1 məxsus traktoru həmin ərazidə gördüyü üçün sonuncunun da orada olmasını fikirləşdiyini, amma Rəşadı orada görmədiyini və boruları onun satdığı barədə məlumatının olmamasını, ibtidai istintaq zamanı verdiyi ifadəsinin yadında olmamasını və hazırda məhkəmə istintaqında verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, nahar fasiləsindən sonra Xızı rayon Sitalçay kəndində məskunlaşan Təqsirləndirilən şəxs1 məxsus «Belarus» və digər «Hyundai» markalı traktorlar bələdiyyə ərazisində məcburi köçkünlərin məskunlaşdığı evlərdən təxminən 300 metr məsafədə olan açıq sahədə, yerin altında su borularının çıxarılması məqsədilə ilkin işlər aparılmasını görmüşdür. Həmin vaxt orada traktorçu Şahid5, fəhlələr Şahid4, Təqsirləndirilən şəxs2, Yaşma bağları deyilən ərazidə yaşayan «Hyundai» markalı ekskovatoru idarə edən X10 və polis əməkdaşı X5 olmuşdur. O, həmin şəxslərə yaxınlaşıb burada nə iş görmək istəmələrini soruşmuş, fəhlələr cavab olaraq günəmuzd işlədiklərini, polis əməkdaşı isə rəhbərliyin xəbəri vardır, yerin altında olan su borularını çıxarıb aparacaqlarını ona bildirmişdir. O, həmin şəxslərə yaxınlıqda Bakı İ su kəməri və Bakı- Novarasiyski neft kəməri keçir, burada qazıntı işləri aparmaq olmaz, cərimə olunacaqsınız, deyərək çıxıb getmişdir. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində həmin əraziyə getmiş, traktorlar 250-300 metr qazıntı işləri apararaq metal boruları çıxarıb bir hissəsini Rəşada məxsus «Qaz-31» markalı təyinatı dəyişdirilmiş yük avtomobili ilə aparılmış, digər az bir hissəsini isə kənara yığılmışdır. Onların dediyi sözlərə əhəmiyyət vermədiklərini görüb, Xızı RPŞ-də mayor rütbəsində olan Mədət müəllimin Sitalçayın nümayəndəsi Şahid7 aldığı ***-***-**-** nömrəsinə, özünə məxsus ***-***-**-** nömrəsi ilə zəng edib, şəxsən özü ilə danışmış və Sitalçay ərazisindən metal su borularının çıxarılması barədə məlumat vermiş, orada olan polis əməkdaşının həmin işdən rəhbərliyin xəbərinin olmasını deməsinə görə, işlərin kimə aid olmasını soruşmuşdur. Mədət müəllim bildirdi ki, «həmin iş bizə aiddir, işi biz görürük». Bundan sonra orada olan dəmir boruların aparılmamasını və qazılmış kanalların doldurulmamasını deyib, çıxıb getmiş və bu barədə Sitalçay İƏD-nin nümayəndəsi Şahid7 məlumat vermişdir. Ondan sonra Əli müəllim həmin əraziyə gedərək orada qazılmış sahələrin və çıxarılmış metal boruların qalmış hissəsinin şəkillərini çəkərək sonradan ona təqdim etmişdir. Orada qalmış borular eşitdiyinə görə ağ rəngli «Kamaz» markalı avtomobillə aparılmışdır. O da, bu barədə rəsmi olaraq rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin X1 rəisi vəzifəsində işləyir. Cinayət hadisəsinin baş verməsindən uzun müddət keçdiyi üçün baş verən hadisələr dəqiq yadında qalmamışdır. Bundan əlavə Müdafiəçi3 suallarına cavab olaraq aparılmış qazıntı işləri ilə əlaqədar ona heç kimin zəng etmədiyini, Təqsirləndirilən şəxs1 çoxdan tanıdığını, onunla qazıntı işləri ilə bağlı deyil, başqa bir məsələ ilə əlaqədar zəng edib danışmasını, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə üzləşdirilməməsini bildirmişdir. Müdafiəçi2 suallarına cavab olaraq qazıntı işləri aparılan gün Xızı rayon Sitalçay bələdiyyəsinin sədri Şahid8la olan telefon danışığının çıxarılmış borular ilə əlaqədar deyil, sanitariya ilə bağlı bələdiyyə sədri barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onun icrası ilə əlaqədar olmasını, Təqsirləndirilən şəxs3 həmin vaxt Xızı RPŞ-nin PPX-i tağımının polis nəfəri işlədiyini və həmin ərazidə post patrul xidməti apardığını, həmin işlə bağlı deyil, başqa səbədən işdən çıxarıldığını bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq polis sahə rəisinə əraziyə atılmış zibil qalıqları ilə bağlı protokol tərtib etməsi üçün göstəriş verməsini, bu səbəbdən bələdiyyə sədrinin onunla prinsip apardığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, həmin vaxt Təqsirləndirilən şəxs1la bir yerdə işləmiş və günü 15 manata dəmir qırıntıları yığmışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin ərazidə görməmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq yazıb oxuya bilmədiyi üçün ibtidai istintaq zamanı bütün yazılanlara imza etdiyini və nə yazıldığını bilmədiyini, əvvəllər oğurluq etdiyi üçün üzərində məhkumluğunun olmasını bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 ilə bir gün həmin ərazidə metal qırıntısı yığdığını və sonra Rəşadın həmin qırıntıları tanımadığı adama satmasını, hər hansı bir boru çıxarmadıqlarını və həmin vaxt ərazidə hər hansı bir texnikanı görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Xaçmaz RPŞ-nin X17 Bölməsinin rəisi vəzifəsində işləyir, hadisə vaxtı isə Xızı RPŞ-nin X17 Bölməsinin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 bir dəfə ona məxsus “GAZ 3110” markalı avtomobilin arxasını kəsdirib, təyinatını dəyişərək sürdüyü üçün ondan avtomobilinin saxlanılmamasını xahiş etmiş və həmin avtomobillə ailəsini dolandırdığını bildirmişdir. Rəşadla başqa hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3 isə onun əmisi nəvəsidir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Alşanla qohum kimi çox yaxın münasibətləri olmasını, telefonla tez-tez əlaqə saxladıqlarını, axırıncı dəfə 7-10 gün əvvəl əmisi rəhmətə gedəndə danışmalarını, baş vermiş bu cinayət faktı ilə bağlı onun heç bir məlumatının olmamasını, prokurorluğa çağırılaraq izahat verdiyini və orada olarkən boru oğurluğu ilə bağlı dindirildiyini bildiyini, hadisə baş verən gündə Rəşadla telefonla danışmasının yadında olmamasını göstərmişdir. Həmçinin Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 özünə məxsus “GAZ 3110” markalı avtomobilin arxasını kəsdirdiyi üçün standartlara uyğun gəlmədiyini və təyinatının düzgün olmadığını, ona görə ondan icazə almaq üçün zəng etməsini göstərmişdir. Müdafiəçi2 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 tanımadığını və onunla hər hansı bir əlaqəsinin olmamasını bildirmişdir. Müdafiəçi3 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1la telefon danışığı olduğuna görə rayon prokurorluğuna çağırılmış və ifadəsi alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, bu işlə bağlı onun heç bir məlumatı yoxdur. O, əvvəllər Təqsirləndirilən şəxs1 “Belarus” markalı traktorunu sürmüş, dağlıq ərazidə işləmiş və ağac yeri qazmışdır. Rəşad sonradan ondan traktorunu gedib kəndə gətirməyini istəmiş, traktoru gətirərkən kəndin arxasında xarab olmuş, zəng edib xəbər etdikdən sonra gəlib traktoru dartaraq həyətinə aparmışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq traktor bir neçə gün idi dağlıq ərazidə qaldığına görə həyətlərinə gətirməyini Rəşad ondan istədiyini, ibtidai istintaqda ona heç bir təzyiq olunmasa da, Əlibaba müəllim sənədləri imzalamağı ondan xahiş etməsini, lakin onun tərəfində imtina olunmasını bildirmişdir. Bundan əlavə Müdafiəçi2 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 qonşusu olmaqla, kənd sakini kimi tanıdığını, bu işlə bağlı onu görmədiyini, yazıb oxuya bilmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini deyil, hazırki ifadəsini təsdiq etdiyini bildirmişdir. Müdafiəçi3 suallarına cavab olaraq prokurorluğa çağırılan zaman Təqsirləndirilən şəxs3 gördüyünü və əvvəllər tanımadığını göstərmişdir. Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1la qonşu olmaqla, yaxşı münasibətlərinin olmasını, onun idarə etdiyi traktor kiçik olduğu üçün həmin boruları qazaraq yerdən çıxara bilmək gücündə olmamasını, prokurorluqda olarkən həmin boruların yerdən 1,5 metr dərinlikdən qazıb çıxarılmasını eşitdiyini, kimlər tərəfindən çıxarılıb aparılması barədə isə hər hansı bir məlumatının olmamasını göstərmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq prokurorluğa çağırıldıqdan sonra müstəntiq onu əraziyə apararaq həmin yeri göstərdiyini və bundan sonra boruların 1,5 metr dərinlikdən çıxarıldığını bildiyini, boruların ancaq iri həcmli və təzə traktorlar vasitəsi ilə çıxarıla biləcəyini göstərmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatətinə əsasən izahatı alınmaq üçün çağırılmış Xızı rayon prokurorunun köməkçisi X3 izahatında göstərdi ki, 08 aprel 2022-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətindən Xızı rayon Sitalçay kəndində yerin altında olan boruların qanunsuz olaraq çıxarılaraq daşınması ilə bağlı Xızı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Səhəri gün Xızı rayon Sitalçay kənd bələdiyyəsinin sədri Şahid8 Xızı rayon prokurorluğuna gələrək ərizə ilə müraciət etmiş və sənədləri təqdim etmişdir. Bununla bağlı Xızı rayon prokuroru tərəfindən bu işin araşdırılması ona tapşırılmış və araşdırma nəticəsində ilkin olaraq şikayətçidən, sonra Xızı rayon Sitalçay kənd icra nümayəndəsindən izahat alınmışdır. Orada iştirak edən şahidlərin dəfələrlə dəvət olunmasına, çağırılmasına baxmayaraq çağırışa gəlməkdən imtina etmişlər. Bununla bağlı araşdırmanın müddəti başa çatmaq üzrə olduğundan məcburi gətirmə qərarının çıxarılması üçün 04 may 2022-ci ildə cinayət işi başlanmış və istintaqın aparılması prokurorluğun müstəntiqi Kənan Əlizadəyə tapşırılmışdır. Məcburi gətirmə qərarlarının çıxarılmasına baxmayaraq onun icrası təmin edilməmış, şahidlərin Xızı rayon prokurorluğuna gətirilməsi üçün Daxili İşlər Nazirliyinə məktub ilə müraciət olunmuş və bundan sonra şahidlər prokurorluğa gətirilmişdir. İlkin olaraq şübhəli şəxs kimi tapılıb aşkar edilməsi üçün şahidlər dindirilmış və üzləşmələr aparılmışdır. Bundan sonra Kənan Əlizadənin icraatında işlərin çox olması səbəbindən cinayət işi üzrə istintaqın davam etdirilməsi ona həvalə olunmuşdur. Bir neçə istintaq hərəkətləri aparmış və üzləşmələr keçirdikdən sonra növbəti əmək məzuniyyətinə çıxmağı ilə əlaqədər yenidən istintaqın davam etdirilməsi Kənan Əlizadəyə tapşırılmışdır. Daha sonra istintaq yekunlaşdırılaraq cinayət işi məhkəməyə göndərilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq cinayət işini ilkin olaraq CM-nin 180.2.1-ci maddəsi ilə başladıqlarını, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq əməllərinin törədilməsi sonradan isə xeyli miqdar olduğu üçün CM-nin 180.2.5-ci maddəsi ilə həmin şəxslərə ittiham elan olunmuş, həmin boruların oğurlanması ilə bağlı icra nümayəndəsi və bələdiyyə sədri əraziyə gələrək həmin şəxslərə fəaliyyətlərinin qanunsuz olduğunu bildirməklə dayandırmalarını tələb etmələrinə baxmayaraq onlar həmin talamanı davam etdirmələrini, əmlaklar "xxxx" ASCnin əmlakı olmasını, ağ rəngli “Kamaz” markalı avtomobillə apardıqlarını, lakin hara apardıqlarını müəyyən edə bilmədiklərini, istintaq vaxtı yaxın ərazidə kameraların olmadığını gördüklərini, Bakı şəhəri, Biləcəri qəsəbəsində qəbul məntəqəsi olduğu üçün oraya aparıldığını təxmin etdiklərini, o, heç vaxt heç kimə qarşı təhqiramiz ifadələr işlətmədiyini, Təqsirləndirilən şəxs3 bələdiyyə sədri ilə üzləşdirmək üçün mobil telefon nömrəsinə zəng edərək prokurorluğa dəvət etməyinə baxmayaraq gəlməkdən imtina etdiyi və danışdıqları zaman ona qarşı kobud sözlər işlətdiyini, həmin günü işi dayandıraraq barəsində axtarış elan etdiyini, Nicat ilə Hüseynbala yeganə şahidlərdir ki, hadisəni obyektiv, olduğu kimi danışdıqlarını, Şahid4 Təqsirləndirilən şəxs1la üzləşməsi zamanı hər şeyi olduğu kimi danışdığı üçün Təqsirləndirilən şəxs1 həmin üzləşməyə imza çəkmədiyini, Şahid4 Təqsirləndirilən şəxs1 onu işlətdiyini və gün ərzində ona 15 manat pul verdiyini, həmin gün də saat 11:00-dan 17:00-a dək orada işlədiyini, boruları Kamaza yığdıqlarını dediyini, həmçinin Nicat orada qırıntılar deyil, borular çıxartdıqlarını dediyi, onun orada işləməsi üçün göstərişi isə Təqsirləndirilən şəxs1 verdiyini bildirdiyini, Təqsirləndirilən şəxs1la onların arasında isə 5-6 metr məsafə olduğunu və Hyundai markalı traktorun yanında dayandığını dediyi, kiminlə dayandığını soruşduqda isə Alişan adlı polis əməkdaşı ilə dayandığını görməsini bildirmişdir. Həmçinin Müdafiəçi1 suallarına cavab olaraq “Kamaz” markalı avtomobillə bağlı kamera görüntülərini almaq üçün sorğu vermədiyini, o, istintaqı qısa müddətdə apardığını bildirmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq bələdiyyə sədrinin ilkin izahatına əsasən oğurlanan boruların təxminən 250 metr olduğunu bildiklərini, ekspertizaya borunun özü olmadığı üçün yalnız fotoşəkili təqdim olunduğunu, müstəntiq Kənan Əlizadənin hadisə yerinə gedərək baxış keçirməsini və şəkillər çəkməsini, onların ekspertdən nəzəri qaydada rəy verməsini xahiş etdiklərini və ekspert də nəzəri qaydada qiymətləndirərək rəy verdiyini göstərmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatətinə əsasən izahatı alınmaq üçün çağırılmış Xızı rayon prokurorluğunun müstəntiqi X6 dövlət ittihamçısının sualına cavab olaraq 04 may 2022-ci il tarixdə cinayət işinin başlanmasını və istintaqın aparılmasının ona həvalə olunmasını, bələdiyyənin sədrinin və icra nümayəndəsinin verdiyi ifadəyə görə axşam saatlarına qədər orada gözləməsini, boruların çıxarıldığını aşkar etdiklərini, sonra şahidlərin çağırılması ilə bağlı məktublar göndərildiyini, bələdiyyə sədri və icra nümayəndəsinin ifadələrinin alındığını, telefon nömrələrindən danışıqlarının çıxarılması barədə məhkəməyə vəsatətlər verildiyini, şifahi olaraq hadisə yerinə baxış keçirildiyini, lakin protokol ilə rəsmiləşdirilmədiyini, bələdiyyə sədrinin, icra nümayəndəsinin və digər şahidlərin ifadələrinə görə boru olmasını bildiklərini, boruların nə ilə kəsilməsini dəqiq bilmədiyini göstərmişdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq hadisə yerinə baxış keçirilən zaman ərazinin qazıldığını, boruların çıxarıldığını gördüyünü, İcra Hakimiyyətinin işçisi Şahid6 hadisə yerində olduğunu, dəqiq tarixin yadında olmadığını, cinayət işi başladıqdan bir neçə gün sonra hadisə yerinə baxış keçirdiyini, hansısa metal qəbulu məntəqəsinə getmədiyini, Vüqarın bu işin soyğunçuluq olduğunu bildiyi üçün onu təqsirləndirilən şəxs kimi işə cəlb etdiklərini, Şahid4 Əlibaba müəllim dindirdiyini, Təqsirləndirilən şəxs3 ərizə ilə vəkildən imtina etdiyi üçün onu vəkil ilə təmin etmədiklərini, Təqsirləndirilən şəxs3 vəkildən imtina ərizəsini avqust ayının 27-də yazdığını bildirmişdir. Cinayət işinin İ cild 06-cı vərəqəsində olan Xızı rayonu Sitalçay bələdiyyəsinin sədri Şahid8 Xızı rayon prokuroruna ünvanladığı 11 aprel 2022-ci il tarixli məktubdan görünür ki, 08 aprel 2022-ci il tarixdə Sitalçay bələdiyyəsi ərazisində bələdiyyə tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı bir qrup şəxs tərəfindən Sitalçay bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində mövcud normativ-hüquqi aktların tələbləri pozulmaqla Azay Quliyevə məxsus «Hunday» markalı texnika və Sitalçay kəndində müvəqqəti məskunlaşmış Qubadlı rayonundan köçkün Təqsirləndirilən şəxs1 məxsus «Belarus markalı» traktor vasitəsilə özbaşına qazıntı işlərinin aparılaraq təxminən 250-300 metr uzunluğunda 150-200 mm-lik metal su borularının çıxarılması və Təqsirləndirilən şəxs1 tərəfindən satılması faktı aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, həmin metal borular Bakı İİ su kəmərindən XX əsrin 60-cı illərinin sonunda Sitalçay hərbi şəhərciyinə çəkilən «Vyetnam» su borularıdır. Aşkarlanmış qanun pozuntusu ilə bağlı edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, qanunvericilyin tələblərinə zidd olaraq qazma işləri davam etdirilmişdir. Qeyd olunnaları nəzərə alaraq, Sitalçay bələdiyəsinin ərazisində aparılan qazıntı işləri və metal boruların çıxarılaraq satılması nəzərə çatdırılmaqla qanunericiliyə uyğun müvafiq tədbirlərin görülməsini xahiş edilmişdir. Cinayət işinin İ cild 27-ci vərəqəsində olan "xxxx" ASC-nin X9 İdarəsinin Xızı rayon prokuroruna ünvanladığı 28 aprel 2022-ci il tarixli məktubdan görünür ki, XX əsrin 60-70-ci illərində İİ Bakı su kəmərində Sitalçay hərbi şəhərciyinə çəkilmiş D159 mm-lik çuqun boru yenisi ilə əvəz edildiyindən istismardan çıxarılmışdır və X9 İdarəsinin balansındadır. "xxxx" ASC-nin Əsaslı fondların idarə olunması və monitorinq şöbəsinin əməkdaşlarının iştirakı ilə söküntüsü başa çatmamış həmin xəttdə monitorinq aparıldıqdan sonra xəttin söküntüsü icra edilərək yararlı mal-materialların X9 İdarəsinin anbarına mədaxil olunması təmin ediləcəkdir. Cinayət işinin İ cild 01-02-ci vərəqələrində olan 04 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Xızı rayon prokuroru Rahim Səfəralıyev tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, ibtidai istintaqın aparılması rayon prokurorluğunun müstəntiqi X4 tapşırılmışdır. Cinayət işinin İ cild 265-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3200 nömrəli ekspert rəyindən görünür ki, XX əsrin 60-70-ci illərindən istismarda olan, 250 metr uzunluğunda, 15 mm qalınlığında, diametri 159 mm olan çuqun su borularının metal qırıntı kimi 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6250 (250 metr x 25 manat) manat müəyyən edilir. Cinayət işinin İ cild 264-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Cinayət işinin İ cild 283-cü vərəqəsində olan 01 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 13:43-də Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 308-ci vərəqəsində olan 02 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 16:40-da Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 313-cü vərəqəsində olan 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və 180.2.5-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin İ cild 314-cü vərəqəsində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin İ cild 326-cı vərəqəsində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin İİ cildinin 2-4-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(068)-15/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Cinayət işinin İİ cildinin 6-8-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(068)-14/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Cinayət işinin İİ cild 10-11-ci vərəqələrində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 12-13-cü vərəqələrində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 41-44-cü vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(105)-40/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(068)-14/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 48-50-ci vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(105)-41/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(068)-15/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 73-74-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 iyun 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx.xx.2013-cü il təvəllüdlü Türkan və xx.xx.2015-ci il təvəllüdlü Tunar adında iki övladı olan Təqsirləndirilən şəxs2 həqiqətən Xızı rayonu, Sitalçay kəndində müvəqqəti məskunlaşmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 75-76-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 iyun 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx.xx.2012-ci il təvəllüdlü Sara, xx.xx.2014-cü il təvəllüdlü Nihat və xx.xx.2016-cı il təvəllüdlü Murad adında üç övladı olan Təqsirləndirilən şəxs1 həqiqətən Xızı rayonu, Sitalçay kəndində müvəqqəti məskunlaşmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin İİ cild 82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cild 83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cild 118-ci vərəqəsində olan 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-nin X9 İdarəsinin sahə rəisi Zərərçəkmiş şəxs Buludxan oğlu cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin İİ cild 134-cü vərəqəsində olan 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin İİ cild 153-cü vərəqəsində olan 27 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 13:05-də Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 179-180-ci vərəqələrində olan 29 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 192-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli, 117086-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Cinayət işinin İİ cild 246-255-ci vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 180.2.1-ci və 180.2.5-ci maddələri ilə yeni məzmunda ittiham elan olunmuş, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham nəzərə alınmış, həmçinin iş materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində boruların çıxarılmasında iştirak etməmələri, ancaq orada qalan dəmir qırıntıları yığmalarını göstərməsi onların özünü müdafiəsi və məsuliyyətini yüngülləşdirmək üçün göstərdiyindən həmin xüsusat özünü müdafiə kimi qiymətləndirilməklə rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsində boruların çıxarılmasına heç bir aidiyyəti olmamasını göstərməsi onun özünü müdafiəsi və məsuliyyətini yüngülləşdirmək üçün göstərdiyindən həmin xüsusat özünü müdafiə kimi qiymətləndirilməklə rədd edilmiş, Şahid5 və Şahid4 istintaqla hadisə zamanı fəhlə kimi işlədikləri müəyyən edildiyindən onların barəsində cinayət təqibinin başlanması rədd edilmiş, habelə “Hyundai” markalı traktorun, “Kamaz” markalı yük maşınının sürücüsünün və qeyrilərinin cinayət əməlində iştirakını və şəxsiyyətlərini istintaq zamanı müəyyən etmək mümkün olmadığından onların barəsində CM-nin 180.2.1-ci və 180.2.5-ci maddələri ilə cinayət işi ayrı icraata ayrılmaqla istintaq davam etdirilmiş, iş üzrə şahid ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, digər istintaq hərəkəti protokolları, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3200 saylı rəyi sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin İİ cild 256-257-ci vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından ayrıca cinayət işi materialları ayrılaraq ibtidai istintaqın aparılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xızı RPŞ-dən göndərilmiş 23 may 2023-cü il tarixli, 3-13-80/2-2458/2023 nömrəli məktubdan görünür ki, 08 aprel 2022-ci il tarixdə Xızı rayanu Sitalçay kəndi ərazisində partlayıcı maddə (mərminin) aşkarlanması barədə Xızı RPŞ-nə məlumat daxil olmuş və həmin tarixdə dislokasiya üzrə Sitalçay kəndində PPXTnin polis nəfərləri, polis baş serjantı Eyvaz Əzimov və polis serjantı Xəyyam Əsədov xidmətdə olmuşlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən göndərilmiş 04 iyul 2023-cü il tarixli, 11-7/2-1337/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 2023-cü il tarixli, 2-2- 03/2-2193/2023 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Minatəmizləmə Agentlyinin mütəxəssisləri tərəfindən partlayış baş vermiş əraziyə baxış keçirilən zaman 45 mm-lik top mərmisinin partladığı müəyyən edilmiş və müfaviq akt imzalanaraq Xızı rayon prokurorluğuna təqdim edilmişdir. Məhkəmənin ilkin mövqeyi və yuxarıda tədqiq olunan sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını açıq talama cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını açıq talama cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə bəraət verilməlidir. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam təqsirləndirilən şəxslərin və şahidlərin ittihamda göstərilən halların əksinə olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin ərazidə hər hansı bir boruların çıxarılmasında iştirak etməməsi, şahidlərin də onları boru çıxararkən görməmələri və digər xüsusatlar üzrə verdiyi ifadələri əsas olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməlidir. Göstərilən normanın mənasına görə, obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. İctimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Məhkəmə qeyd edir ki, soyğunçuluğun obyekti öz sosial-iqtisadi məzmununa görə özgə əmlakın talamanın digər formalarının obyektləri ilə üst-üstə düşür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətinin tərkibini yaratmır. Talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir. Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin gözü qarşısında baş verir və onlar bu hərəkətlərin cinayət olduğunu dərk edir. Subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin əmlakını açıq şəkildə qanunsuz və əvəzsiz olaraq götürüldüyünü dərk edir və bunu etməyi arzu edir. Belə ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Eyni zamanda soyğunçuluq cinayətinin subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərə qarşı verilmiş ittiham fərziyyələrə əsaslanmış, hadisəni birbaşa görən şahidlər olmamış, ibtidai istinrtaq zamanı alınmış şahid ifadələrində də onlar tərəfindən təqsirləndirilən şəxslərin boruları talamasını birbaşa görmədikləri bildirilmiş, ittiham tərəfi isə iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmadan əsassız ittiham irəli sürməklə cinayət işini yekunlaşdırıb məhkəməyə göndərmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Xızı rayonunun Sitalçay kəndində bələdiyyə ərazisində olan açıq sahədən qabaqcadan əlbir olan bir qrup şəxs halında yerin alt hissəsindən keçən su borularını talamaq məqsədilə həmin əraziyə gələrək, oradan "xxxx" ASC-nin X9 İdarəsinin balansında olan 6250 manat dəyərində, 250 metr uzunluğunda,15 mm qalınlığında, diametri 159 mm olan D159 mm-lik çuqun su borularını çıxarıb taladığını məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş yalnız zərəçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslandığından, eləcə də şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Göründüyü kimi məhkəmə şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə baş vermiş hadisənin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürərkən yalnız zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmışdır. Halbuki ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə şahidlərin üzləşdirmədə dindirmə protokollarında da, şahidlərin heç biri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 boruları çıxararkən görmədiklərini, lakin eşitdiklərini göstərmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: Həmin Məcəllənin 127.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir; Həmin Məcəllənin 127.1.2-ci maddəsinə əsasən bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. Həmin Məcəllənin 127.2-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı hadisə yerinə baxış ümumiyyətlə keçirilməmiş və oğurlanmış boruların nümunəsi götürülməmiş, ekspertiza tədqiqatına oğurlanmış boruların nümunəsi deyil, sosial şəbəkə vasitəsilə əldə olunmuş fotoşəkil təqdim olunmuş, həmin fotoşəklin hansı mənbədən əldə olunması sənədləşdirilməmiş, cinayət əməli üzrə vurulmuş ziyanla bağlı zərərçəkmiş şəxsin mövqeyi tam araşdırılmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3200 nömrəli ekspert rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəyin giriş hissəsində tədqiqat obyektləri: ekspertiza təyini haqqında xx.xx.2022-ci il tarixli qərar, 01 vərəq əlavə məlumat, 01 ədəd fotoşəkil və boru qeyd olunsa da, rəyin tədqiqat prosesinin təsviri hissəsində tədqiqat obyekti tədqiqata təqdim edilmədiyindən qiymətləndirmənin nəzəri qaydada aparılması göstərilmişdir. Belə olan halda, qeyrimötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3200 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPMnin 146-cı maddəsi). Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Sübutların yekun qiymətləndirilməsi məhkəmə istintaqının aparılması nəticəsində mümkün olur ki, həmin qiymətləndirmə yolu ilə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələ həll olunur. Arbitr rolu oynayan məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi yolu ilə ibtidai istintaq zamanı toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir və bununla da sübutların qəbuledilənliyi məsələsi həll edilir. İbtidai istintaq zamanı toplanmış sübutların müstəqil və qərəzsiz məhkəmə tərəfindən yenidən tədqiq edilərək qiymətləndirilməsinin məqsədi isə həmin sübutların toplanılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilib-verilməməsini aydınlaşdıraraq, ittihamın əsaslandırılmasında istifadə olunan ayrıayrı sübutların CPM-in tələblərinə uyğun olaraq əldə edilib-edilməməsini müəyyən etməkdir. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlara istintaq orqanı özünün sübutların qiymətləndirilməsi haqqında qərarı ilə qiymət verir və şübhəsiz haldır ki, sübutu toplayan orqan həmin sübutun qiymətləndirilməsi zamanı qərəzsiz mövqe nümayiş etdirə bilməyəcəkdir. Məhz onun nəticəsidir ki, sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı bəzi hallarda sübutların CPM-in tələblərinə uyğun olaraq əldə edilməsi və qəbuledilənliyi ciddi şübhələr doğurur. Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İttiham tərəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş əməlini törətmələri və bununla da onlara qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxslərin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edilən hallardan başqa, onu da qeyd etməyi vacib hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs3 27 avqust 2022-ci il tarixdə, saat 13:05-də Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularkən hüquq və vəzifələrinin izah olunması barədə protokolu, bildirişi imzalamaqdan imtina etsə də, ona müdafiəçi real təyin olunmamış, müdafiçinin iştirakı ilə dindirilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məclləsinin 90.7.2 və 90.7.5-ci maddələrinə əsasən şübhəli şəxs tutulduğu və ya barəsində qətimkan tədbiri seçildiyi andan müdafiəçiyə malik olmaq və müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X12 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPMnin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların əməlində cinayət tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Əksinə olaraq təqsirləndirilən şəxslərin təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların həmin cinayətin törədilməsinə aidiyyətini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmçinin, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPMnin müddəaları ilə nəzərdə tutulmuş qaydada boruların kim və ya kimlər tərəfindən talanmasının araşdırılması və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs3 izah edilsin. İş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada boruların kim və ya kimlər tərəfindən talanmasının araşdırılması və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar