Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-15/2021 08.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsndə qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd 5,6 mm-lik, yivsiz odlu silah hesab edilən Revolveri və 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm-lik kiçik kalibrli, istifadə və atəş üçün yararlı döyüş sursatı hesab edilən patronları əldə edib saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı evin həyətyanı sahəsində yerləşən üstüaçıq anbar tipli yerdən qeyd olunan "Revolver" markalı odlu silah və 04 ədəd 5,6 mmlik kiçik kalibrli, istifadə və atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində heyvanları otararkən dəmir yolunun kənarında qırmızı rəngli parça görmüş və diqqətini çəkdiyindən həmin parçanı yerdən götürüb açmış və içərisində 01 ədəd tapançanın, 04 ədəd patronun olduğunu görmüşdür. O, heyvanları otarmağa gedərkən qarşısına yırtıcı heyvanlar çıxdığından tapançanın ona lazım olduğunu fikirləşmiş, bu məqsədlə də, həmin parçaya bükülmüş tapançanı və patronları götürərək yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evinə gətirmiş və evin həyətyanı sahəsində yerləşən üstü açıq anbarda gizlətmişdir. Bundan sonra, həmin silahdan istifadə etməsə də, hər dəfə heyvanları otarmağa gedərkən özü ilə götürmüşdür. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə heyvanları otarmağa gedərkən özü ilə götürmüş, evə qayıtdıqdan sonra isə silahı ilk əvvəl tapdığı qırmızı rəngli parçaya bağlayaraq evinin həyətyanı sahəsində yerləşən üstü açıq anbara qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində evdə olarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları həyətə gələrək, qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğundan yaşadığı yerə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. O, etiraz etməyin mənasız olduğunu anlayıb, baxışa razılıq vermiş və tapançanın evin həyətyanı sahəsində yerləşən üstüaçıq anbarda gizlətdiyini etiraf etmişdir. Daha sonra, polis əməkdaşları anbarda gizlətdiyi 01 ədəd "Revolver" markalı odlu silahı və 04 ədəd patronlar aşkar edilərək götürülmüş və bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Xızı RPŞ-nin rəhbərliyinə raportla müraciət edərək, Xızı rayonunun Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətyanı sahəsində, sonuncu tərəfindən qanunsuz olaraq odlu silah saxlanılması ilə bağlı əməliyyat məlumatı olduğunu bildirmişdir. Əməliyyat məlumatı ilə əlaqədar Xızı RPŞ-də müvafiq qərar qəbul olunmuş və Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə əməliyyat məlumatının doğruluğunun yoxlanılması məqsədilə sonuncunun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həqiqətən yaşadığı evin həyətyanı sahəsində yerləşən yarimtikili anbarda qanunsuz olaraq odlu silah və patronların olmasını etiraf etmiş və odlu silahın saxlanıldığı yeri onlara göstərmişdir. Bundan sonra, həmin yerdən 01 ədəd "Revolver" markalı tapança və 04 ədəd patronlar aşkar edilərək götürülmüş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs həmin tapançanı və patronları 2019-cu ilin dekabr ayında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində heyvanları otararkən dəmir yolunun kənarından tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin vaxt Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləmiş Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 20/36R saylı məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli revolverdir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş silahdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən "güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-9-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən üstüaçıq anbar tipli tikilidə gizlətdiyi "Revolver" markalı tapança və 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-41-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən və iş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 1(105)-97/2009 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd kustar üsulla hazırlanmış revolver odlu silahı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd patronlar cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün Xızı RPŞnin Növbətçi hissəsinin saxlancına verilmişdir. Cinayət işinin 93-98-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin 45-46-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 4(068)-01/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi və saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə istintaq zamanı verdikləri ifadələr, ekspertiza rəyi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama kimi hüquqa zidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını, cəzasını ağırlaşdıran halın isə mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 2/3 həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olmasını və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, Xızı RPŞ-nin Növbətçi hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd kustar üsulla hazırlanmış 5,6 kalibrli revolver odlu silahı və 02 ədəd 5,6 kalibrli patronlar Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, Xızı RPŞ-nin Növbətçi hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd kustar üsulla hazırlanmış 5,6 kalibrli revolver odlu silahı və 02 ədəd 5,6 kalibrli patronlar Azərbaycan Respublikası DİNnin Təhcizat İdarəsinə təhvil verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-15/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-15/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver